Azəri
Wednesday 27th of March 2019
  524
  0
  0

KEÇƏN RƏVAYƏTLƏRIN XÜLASƏSI

KEÇƏN RƏVAYƏTLƏRIN XÜLASƏSI

Keçən rəvayətlərdə deyilirdi ki, Peyğəmbəri Əkrəm ¡ göstəriş vermişdir ki, yerdən çıxarılan qızıl və gü mü şün xümsünü versinlər; istər xəzinə olsun, istərsə də mə` dən, bunların arasında heç bir fərq yoxdur. Aydındır ki, bu iki növ qənimət müharibə qənimətlərindən deyildir ki, ca ma at xüms ayəsində istifadə olunan «ğənimtum» kəlməsindən yal nız müharibə qənimətlərini nəzərdə tutmuş olsunlar. De mə li, yuxarıda qeyd olunanların məcmusundan aydın olunur ki, xüms Islamda təkcə müharibə qənimətlərinə məxsus deyil dir. Xüləfa məktəbinin fəqihlərindən bə`ziləri bu rəvayət lər dən həmin mə`nanı istixrac etmişlər, müharibə qənimət lə rindən qeyrilərindən də xüms verməyi vacib bilmişlər.[1]

Qazi Əbu Yusif «Xərac» kitabında yazır: «Mə`dəndən əldə olu nan hər şeyin xümsü – istər az olsun, istərsə də çox – va cib dir. Əgər bir şəxs mə`dəndən iki yüz dirhəm gümüşdən, ya xud iyirmi dinar qızıldan az taparsa, onun da xümsü var dır, burada zəkata yer yoxdur.[2] Və bu ikisi qənimət yerindən iba rətdir və onların (qızılla gümüşün) torpağında heç bir xüms yoxdur. Çünki xüms xalis qızıl və gümüşə, dəmirə, mi sə, qurğuşuna aid edilir. Onun çıxarılmasına sərf olunan xərc lərə xüms yoxdur. Belə ki, bə`zən onun hamısı çıxarılmasına sərf olunur və bu halda da xümsü yoxdur. Onun xümsü saf laş dı rıldıqdan sonra verilməlidir, istər az olsun, istərsə də çox. Amma mə`dəndən çıxarılan digər şeylər, o cümlədən ya qut, firuzə, sürmə, civə, kükürd, qırmızı gil və s. bu hökmə şa mil deyildir.[3] Çünki onların hamısı torpaq və gil hökmün dədir.»

Yenə deyir: «Əgər bir şəxs qızıl, gümüş, yaxud dəmir, qur ğuşun və mis kimi şeyləri tapsa və çox böyük borcları ol sa, onun bu borcu xümsün batil olmasına səbəb olma yacaq dır. Məgər görmürsən ki, əgər ordudan olan bir şəxs düş mən dən bir şeyi qənimət alsa, onun xümsü ayrılır, onun borc lu olub-olmamasına diqqət yetirilmir və onun borclu olma sı xüms verməsinə maneçilik törətmir?!»

Başqa yerdə deyir: «Amma rəkaz, yə`ni Allah-taalanın yerin xil qətinin əvvəlindən yaratdığı və orada yer verdiyi qızıl ilə gümüşə gəldikdə isə onun xümsü vacibdir. Başqalarının mül kündən qeyrisində adi qaydada dəfn olunmuş bir xəzinəni ta pan şəxs, əgər onda qızıl, gümüş, gövhər, yaxud paltar olar sa, onun xümsünü verməsi vacibdir, yerdə qalan beşdə dörd hissəsi isə tapanındır. Bu, eynilə qənimət kimidir ki, onu hər hansı qrup əldə edirsə, xümsü ayrılır, yerdə qalan ları isə onların özlərinə çatır.»

Yenə deyir: «Əgər hərbi kafir Islam ölkəsində dəfinə tap sa və bir kəsin amanına varid olsa, onun hamısı ondan alı nacaq və ona heç bir şey verilməyəcəkdir. Amma əgər zim ni kafir olsa, yalnız onun xümsü ondan alınacaq, necə ki, mü səl man şəxsdən alınırdı, yerdə qalan beşdə dörd hissəsi isə ona təhvil verilməlidir. Həmçinin, mükatəb qul bir də fi nəni Islam ölkəsində tapsa, o da xümsünü verdikdən sonra yer də qalanlarının maliki olacaqdır.»

Həmçinin dəryadan çıxarılan şeylər fəslində xəlifə Ha run ər-Rəşidə xitabən deyir: «Ya Əmirəl-mö`minin! Sizin dər yadan çıxarılan şeylər barəsində sualınıza cavabda deyirəm: Dər yadan çıxarılan şeylər, bəzək alətləri və ənbərin də xümsü vardır.»[4]

Bura qədər Peyğəmbər ¡-in müharibə qəni mət lərin dən başqa şeylərdən əldə olunanların xümsünün ve ril məsinin va cib liyi barəsindəki hökmü, eləcə də fəqihlərin bu rə vayət dən əldə etdikləri nəticəni mülahizə etdik. Indi isə o həz rə tin xümsün vacibliyini bəyan etdiyi məktublarını və müqa vi lələrini araşdırırıq:

PEYĞƏMBƏRI-ƏKRƏm ¡-IN MƏKTUBLARINDA VƏ MÜQAVILƏLƏRINDƏ XÜMS MƏSƏLƏSI

a) «Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Nəsai» və «Müs nədi Əhməd» kitablarında deyilir: Əbdül-Qeys qəbilə nü mayəndə hey`əti Peyğəmbəri Əkrəm ¡-ə dedilər: «Mün zər qəbiləsinin müşrikləri bizimlə sizin aranızda fasilə sal mışlar, biz yalnız haram aylarda sizi görə bilərik. Buna gö rə də elə tə`limləri bizə öyrət ki, əgər onlara əməl etsək, be hiştə daxil olaq, öz ətrafımızda olanları bu işlərə də` vət edək.» Peyğəmbər ¡ buyurdu: "Mən sizə dörd şe yi əmr edir və dörd şeydən də çəkindirirəm: "Allaha iman gə tirin; bilir si niz mi Allaha iman gətirmək nədir?! "La ila hə illəllah" şəhadətini ver mək, namazı bərqərar etmək, zəka tı və qənimətlərin xümsünü vermək."[5]

Peyğəmbəri Əkrəm ¡ Əbdül-qeys qəbiləsinin nüma yən də hey`ətinə «öz qənimətlərinizin xümsünü verin» - deyə buyur duq da aydın idi ki, onlar üçün müharibə qənimətlərinin xümsünü bəyan etmirdi. Çünki onlar Münzər qəbiləsinin müş rik lə rinin qorxusundan yalnız haram aylarda öz hüdudlarından xa ric ola bilirdilər. Deməli, o həzrətin «qənimət» dedikdə məq sədi, onun ərəb dilində olan həqiqi mə`nasından, yə`ni mə şəq qət olmadan əldə edilən qazancdan ibarətdir. Yuxarıda da onun təfsirində qeyd olunmuşdu ki, onlar əldə etdiklərinin xümsünü verməlidirlər; yaxud heç olmazsa, o həzrətin məqsədi şəriət dəki qənimətin həqiqi mə`nası olmuşdur ki, həm müha ribə, həm də qeyri-müharibə yolları ilə əldə edilən qa zanc lara şamil idi.

Həmin mə`na ərəb qəbilələrinin nümayəndələri ilə bağ la nan müqavilələrdə, o həzrətin göndərdiyi səfirlərin məktub la rında, onun onlara valilik hökmlərinin verməsində və s. ha mı sında əyani olaraq görünməkdədir. Misal üçün: «Fütuhi-Bi la zəri» kitabında belə qeyd olunur: Peyğəmbəri Əkrəm ¡-in qələbəsi və haqq olması xəbəri yəmənlilərə çat dıqda, öz nümayəndələrini Peyğəmbərin yanına göndərdilər. Pey ğə mbər onlar üçün bir müqavilə yazdı ki, islamı qəbul etmək lə mal-dövlətləri, əraziləri və mə`dənləri öz yerində qalır dı. Onlar islamı qəbul etdilər, Peyğəmbəri Əkrəm ¡ öz səfirlərini və işçilərini də onların yanına gön dərdi ki, Islam şəriətini və Peyğəmbər sünnəsini onlara tə`lim versin, onların sədəqələrini toplasın, yəhudi, məsihi və məcusi dinində qalanlardan isə cizyə alsın.

b) Həm o, həm də Ibni Hişam, Təbəri və Ibni Kəsir xatırlatmışlar ki, Peyğəmbəri Əkrəm ¡ Əmr ibni Həzəmi Yəmənə göndərdiyi zaman elə belə yazmışdı:

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ، هِذِا بِيِانٌ مِنَ اللّهِ وَرَسُولِهِ، يَا اَيُّهَا الَّذِينَ آمَنُوا اَوْفُوا بِالْعُقُودِ عَهْدٌ مِنْ مُحَمَّدٍ النَّبِيِّ رَسُولِ اللّهِ لِعَمْرِو بْنِ حَزَمٍ حِينَ بَعَثَهُ اِلَى الْيَمَنِ اَمَرَهُ بِتَقْوَى اللّهِ فِي اَمْرِهِ كُلِّهِ، وَاَنْ يَاْخُذَ مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ، وَمَا كُتِبَ عَلَى الْمُؤْمِنِينَ مِنَ الصَّدَقَةِ مِنَ الْعِقَارِ عُشْرٌ مَا سَقِىَ الْبَعْلُ وَسَقَتِ السَّمَاءُ، وَنِصْفُ الْعُشْرِ مِمَّا سَقِىَ الْغربُ

"Bismillahir-rəhmanir-rəhim! Bu, Allah və Onun Rəsulunun tərə fin dən olan bir bəyandır: “Ya əyyuhəlləzinə amənu əvfu bil-üqud”-ey iman gə ti rənlər, öz əhd-peymanlarınıza vəfa edin."[6] Bu, Allahın Peyğəmbəri və nəbisi Mühəmməd tərəfindən Əmr ibni Həzəm üçün (yazdığı) bir əhd na mə dir.

Sonra onu Yəmənə göndərdi və fərman verdi ki, bütün iş lər də Allah qarşısında təqvalı olsun, qənimətlərdən Alla hın xümsünü çıxartsın, Allahın mö`minlərə vacib etdiyi sə də qəni alsın. Demyə sahələrindən əldə olunan məhsullardan on da bir, sulu sahələrdə olan şeylərdən isə iyirmidə bir qə dər alsın.[7]

v) O həzrət Qüzaədən Sə`d Hüzeym qəbiləsi üçün və Cəzam qəbiləsi üçün vahid bir yazıda vacib sədəqələri onlara xatırlatdı və fərman verdi ki, sədəqəni və xümsü onun göndərdiyi şəxslərə – Üdey və Ənbəsəyə, yaxud o iki şəxsin göndərdiyi adamlara təhvil versinlər.[8]

Peyğəmbər ¡ Sə`d və Cəzam adlı iki qəbi lə d ən istə yir ki, sədəqə və xümsü onun göndərdikləri şəxs lə rə, yaxud on la rın nümayəndələrinə təhvil versin. Onlar da ka fir lərlə aparılan müharibə qənimətlərini istəmirdilər; əksinə, o həzrətin məqsədi yalnız onlara vacib edilən xüms və sədə qə lər idi ki, onların əldə etdikləri hər bir şeyə şamil idi.

q) Malik ibni Əhmər Cəzamiyə və onun ardıcılı olan müsəlmanlara yazdığı bir müqavilədə deyilir:

وَكَذَلِكَ مَا كَتَبَ لِمَالِكِ بْنِ اَحْمَرَ الْجَذَامِيِّ، وَلِمَنْ تَبِعَهُ مِنَ الْمُسْلِمِينَ اَمَانًا لَهُمْ مَا اَقَامُوا الصَّلاَةَ وَاتَّبَعُوا الْمُسْلِمِينَ وَجَانَبُوا الْمُشْرِكِينَ وَاَدَّوُا الْخُمْسَ مِنَ الْمَغْنَمِ وَسَهْمِ الْغَارِمِينَ وَسَهْمِ كَذَا وَكَذَا، الكتاب

"Nəhayət namazı bərqərar etsinlər, müsəlmanlara tabe olsunlar, müş riklərdən uzaq olsunlar və qənimətlərin xümsünü versinlər, borc luların paylarını ödəsinlər, bu zaman amanda olarlar."[9]

ğ) Fəci` və onun ardıcıllarına yazılan əhd-peymanda deyilir:

مِنْ مُحَمَّدٍ النَّبِيِّ لِلْفَجِيعِ وَمَنْ تَبِعَهُ وَاَسْلَمَ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ cوَاَطَاعَç اللّهَ وَرَسُولَهُ، وَاَعْطَى مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ، وَنَصَرَ الَّنِبيَّ وَاَصْحَابَهُ، وَاشْهَدَ عَلَى اِسْلاَمِهِ، وَفَارَقَ الْمُشْرِكِينَ فَاِنَّهُ آمَنَ بِاَمَانِ اللّهِ وِاَمِانِ مُحَمَّدٍ

"Allahın Rəsulu Mühəmməddən Fəci və onun ardıcıllarına; ki, Is la mı qəbul etmiş, namazı bərqərar etmiş, zəkatı vermiş, Allaha və Rə su luna itaət etmiş, məğanimdən Allahın xümsünü ödəmiş, Pey ğəm bə rə və onun köməkçilərinə kömək etmiş, islamlarına dair şahid olmuş və müşriklərdən ayrılmışlar. Həqiqətən o, Allahın amanı və Mühəm mə din amanı ilə əmin-amanlıqdadır."[10]

d) «Əsbəziyyəyn» əhdnaməsi:

مِنْ مُحَمَّدٍ النَبِيِّ رَسُولِ اللّهِ لِعِبَادِ اللّهِ الْاَسْبَذِيَّيْنِ مُلُوكِ عَمَّانَ، مَنْ مِنْهُمْ بِالْبَحِرَيْنِ اَنَّهُمْ اِنْ آمَنُوا وَاَقَامُوا الصَّلاَةَ وَآتَوُا الزَّكَاةَ وَاَطَاعُوا اللّهَ وَرَسُولَهُ، وَاَعْطَوْا حَقَّ النَّبِيِّ، وَنَسَكُوا نسْكَ الْمُسْلِمِينَ فَاِنَّهُمْ آمَنُوا وَاِنَّ لَهُمْ مَا اَسْلَمُوا عَلَيْهِ، غَيْرَ اَنَّ مَالَ بَيْتِ الناَّرِ ثَنِيًا للِّهِ وَلِرَسُولِهِ، وَاَنَّ عَشُورَ التَّمْرِ صَدَقَةٌ وَنِصْفَ عَشُورِ الْحَبِّ، وَاَنَّ لِلْمُسْلِمِينَ نَصْرَهُمْ وَنَصْحَهُمْ وَاَنِّ لَهُمْ اَرْحَاءَهُمْ يَطِحُنونَ بِهَا مَا شَاؤُوا

"Allahın Rəsulu Mühəmməddən Əmman malikləri olan Əsbəziyyəyn Al lah bəndələrinə! Onlardan Bəhreyndə yaşayanlar əgər iman gətirib na maz qılsalar, zəkat versələr, Allaha və Onun Rəsuluna itaət etsələr, Pey ğəmbərin haqqını ödəsələr və müsəlmanların yolu ilə getsələr, onda on lar mö`minlərdir. Malik olduqları hər bir şey Islam əsasında onla rın özünə məxsusdur. Yalnız atəşkədələrin mal-dövləti istisna olunur ki, bunlar Allaha və Rəsuluna məxsusdur. Həmçinin, xurma məhsullarının on da birini, paxlalı məhsulların iyirmidə birini sədəqə verməlidirlər. Mü səlmanlara kömək edərək onlar üçün xeyirxah olmalıdırlar. Onların dəyir manları da özlərinə məxsusdur, nə istəsələr onu üyütsünlər."[11]

Bu məktubda Peyğəmbərin haqqı dedikdə, məqsəd ya təklikdə xüms, yaxud xüms və səfiy nəzərdə tutulur ki, səfiyyin mə`nası yuxarıda qeyd olundu.

s) Həmçinin, o həzrətin Hədəs və Ləxm qəbilələrinə yaz dı ğı məktubda qeyd olunan Həzzullah və Həzzur-Rəsul kəlmə lə rindən də məqsəd

فِي مَا كَتَبَ لِمَنْ اَسْلَمَ مِنْ حَدسٍ وَلَخْمٍ وَاَقَامَ الصَّلاَةَ وَاَعْطَى الزَّكَاةَ وَاَعْطَى حَظَّ اللّهِ وَحَظَّ الرَّسُولِ، وَفَارَقَ الْمُشْرِكِينَ فَاِنَّهُ آمَنَ بِذِمَّةِ اللّهِ وَذِمَّةِ مُحَمَّدٍ، وَمَنْ رَجَعَ عَنْ دِينِهِ فَاِنَّ ذِمَّةَ اللّهِ وَذِمَّةَ رَسُولِهِ مِنْهُ بَرِيئَةٌ

"Hədəs və Ləxm qəbilələrindən islamı qəbul edib namazı qı lan və zəkatı verənlər, həzzullahı – Allahın payını və həzzur-Rəsulu – Peyğəmbərin payını verənlər və müş rik lər dən ayrılanlar Allahın və Mühəmmədin pənahındadırlar. Hər kəs öz dinindən dönsə, Allahın və Peyğəmbərin zimməsi on dan götürülmüş olar."[12]

ə) Həzrət Peyğəmbər ¡-in Cünadə Əzudi, onun qövmü və ardıcılları üçün belə yazmışdı:

وَفِي مَا كَتَبَ لِجُنَادَةَ الْاَزْدِي وَقَوْمَهُ وَمَنْ تَبِعَهُ K مَا اَقَامُوا الصَّلوةَ وَآتَوُا الزَّكَاةَ وَاَطَاعُوا اللّهَ وَرَسُولَهُ وَاَعْطَوْا مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ وَسَهْمَ النَّبِيِّ وَفَارَقُوا الْمُشْرِكِينَ فَاِنَّ لَهُمْ ذِمَّةَ اللّهِ وَذِمَّةَ مُحَمَّدِ بْنِ عَبْدِ اللّهِ

"Nə qədər ki, namazı bərqərar edib zəkat verirlər, Allaha və Peyğəmbərə itaət edirlər, Allahın xümsünü və Peyğəmbərin qənimətdən olan səhmini əda edirlər və müşriklərdən ayrıdırlar, Allahın və Mühəmməd ibni Əbdüllahın zimməsi onlara məxsus olacaqdır.[13]

ç) Müaviyət ibni Cərul Tai üçün bir məktub yazıb belə buyurmuşdu:

وَفِي مَا كَتَبَ لِبَنِي مُعَاوِيَةَ بْنِ جَرُولٍ الطَّائِيِّينَK لَمَنْ اَسْلَمَ مِنْهُمْ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَاَطاَعَ اللّهَ وَرَسُولَهُ وَاَعْطَى مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ وَسَهْمَ الَّنِبِّي وَفَارَقَ الْمُشْرِكِينَ وَاَشْهَدَ عَلَى اِسْلاَمِهِ اَنَّهُ آمَنَ بِاَمَانِ اللّهِ وَرَسُولِهِ وَاَنَّ لَهُمْ مَا اَسْلَمُوا عَلَيْهِ

"Islamı qəbul edib, namaz qılan, zəkatı verən, Allaha və Peyğəmbərə itaət edən, Allahın xümsünü və Peyğəmbərin səhmini qənimətdən əda edən, müşriklərdən ayrılan və öz Islamına şəhadət verənlər Allahın və Peyğəmbərin amanı ilə amandadırlar, Islamı qəbul etmə halında malik olduqları şeylər onların özlərinə məxsusdur."[14]

Peyğəmbəri Əkrəm ¡ Cübeyr Tai üçün digər bir məktub yazmışdır ki, bu da qısa bir rəvayətdə azacıq ixtilafla əvvəldə qeyd etdiyimiz məktub ola bilər.[15]

m) Cüheynət ibni Zeyd üçün belə yazmışdı:

وَفِي مَا كَتَبَ لِجُهَيَْنَةَ بِنْ زَيْدٍK اِنَّ لَكُمْ بَطُونَ الْاَرْضِ وَسَهُولَهَا وَتَلاَعَ الْاَوْدِيَةِ وَظَهُورَهَا، عَلَى اَنْ تَرْعَوْا نَبَاتَهَا وَتَشْرَبُوا ماَءَهَا، عَلَى اَنْ تُؤَدُّوا الْخُمُسَ وَفِي التَّيْعَةِ وَالصَّرِيمَةِ شَاتَانِ اِذَا اجْتَمَعْتَا، فَاِنَّ فَرْقَتَاَ فَشَاةٌ شَاةٌ، لَيْسَ عَلَى اَهْل الْمَثِيرِ صَدَقَةٌ

"O ölkənin altı-üstü, alçaqlığı və yüksəkliyi sizə məxsus olsun ki, heyvanlarınız onların otlarından otlasın, sularını içsin, bu şərtlə ki, xümsü verəsiniz; əgər Tiə və Səriədə bir yerə toplaşsalar, iki qoyundur. Əgər ayrılsalar, hər biri bir qoyundur. Məsir əhlinə (yeri şumlayan inəklər sahibinə) sədəqə vermək lazım deyildir."[16]

Ibni Əsir «Nihayətul-lüğət» kitabında deyir: «Tiə – zəkatı vacib olan şey üçün qoyulan addır, Səriə – dəvə və qoyun sürüsünə deyilir.» O, belə əlavə edir: «Hədisdəki Səriə sözündən məqsəd 121-200 baş qoyuna deyilir ki, əgər bu nisab həddinə çatsalar, onun zəkatı iki qoyundur, əgər iki nəfərin malı olarsa və onlar bir-birindən ayrılarsa, onların hər biri bir qoyun zəkat verməlidir.»

i) Peyğəmbəri Əkrəm ¡-in məktublarının bə`zi lə rin də «səhmün-Nəbiyy» qeydindən sonra «səfi» kəlməsi də qeyd olu nur. Müluk Hümeyrə yazdığı məktubu qeyd edə bilərik:

اَمَّا بَعْدُ، فَاِنَّ اللّهَ هَدَاكُمْ بِهِدَايَتِهِ اِنْ اَصْلَحْتُمْ وَاَطَعْتُمُ اللّهَ وَرَسُولَهُ وَاَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكاَةَ مِنَ الْمَغَانِمِ، خُمُسَ اللّهِ وَسَهْمَ النَّبِيِّ وَصَفِيَّهُ وَمَا كَتَبَ اللّهُ عَلَى الْمُؤْمِنِينَ مِنَ الصَّدَقَةِ الكتاب

"Əmma bə`d. Allah sizi Öz hidayəti ilə hidayət etmişdir. Əgər özü nüzü islah edib Allaha və Peyğəmbərə itaət etsəniz, namaz qılıb zə kat versəniz, Allahın xümsünü, Peyğəmbərin səhmini, onun xalisəsini və va cib sədəqəsini, həmçinin mö`minlərə vacib olan sədəqəni əda et səniz..."[17]

t) o həzrətin Bəni Sə`ləbət ibni Amir qəbiləsinə yazdığı məktubda qeyd olunur:

وَمَا جَاءَ فِي كِتَابِهِ لِبَنِي ثَعْلَبَةَ بْنِ عَامِرٍ مَنْ اَسْلَمَ مِنْهُمْ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَخُمُسَ الْمَغْنَمِ وَسَهْمَ النَّبِيِّ وَالصَّفِيَّ فَهُوَ آمَنَ بِاَمَانِ اللّهِ

"Onlardan hər kəs islamı qəbul edərək namaz qılsa və zəkat versə, qənimətlərin xümsünü, Peyğəmbərin səhmini və səfini əda etsə, o, Allahın amanında olacaqdır.[18]

f) o həzrətin Bəni Züheyr qəbiləsi üçün yazdığı məktu bda deyilir:

فِي كِتَابِه ِلِنَبِي زُهَيْرٍ الْعَكْلِيَّينَ   اِنَّكُمْ اِنْ شَهِدْتُمْ اَنْ لاَ اِلَهَ اِلَّا اللّهُ وَاَنَّ مُحَمَّدًا رَسُولُ اللّهِ وَاَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَاَدَّيْتُمُ الْخُمُسَ مِنَ الْمَغْنَمِ وَسَهْمَ النَّبِيِّ وَسَهْمَ الصَّفِيَّ اَنْتُمْ آمِنُونَ بِاَماَنِ اللّهِ وَرَسُولِهِ

"...Siz əgər Allahın yeganəliyinə və Mühəmmədin risalətinə şəha dət versəniz, namazı bərqərar edib zəkatı versəniz, qənimətlərin xümsü nü, Peyğəmbərin səhmini və səfi səhmini əda etsəniz, onda Allahın və Onun Rəsulunun amanındasınız."[19]

ı) Peyğəmbəri Əkrəm ¡-in Cüheynə qəbilə başçı la rın dan bə`zilərinə yazdığı məktubda deyilir:

فِي كِتَابِهِ لِبَعْضِ اَفْخَاذِ جُهَيْنَةَ  مَنْ اَسْلَمَ مِنْهُمْ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكاَةَ وَاَطاَعَ اللّهَ وَرَسُولَهُ وَاَعْطَى مِنَ الْغَنَائِمِ الْخُمُسَ وَسَهْمَ النَّبِيَّ الصَّفِيَّ

"Onlardan hər kəs islamı qəbul edib namazı qılsa, zəkatı versə, Allaha və Peyğəmbərinə itaət etsə, qənimətlərin xümsünü, səhmün-Nəbini və səfini əda etsə..."[20]

Bu məktubda qeyd olunan və cəm forması «səfaya» gələn «səfi» kəlməsi Peyğəmbəri Əkrəm ¡-in əmvaldan və əm lak dan olan xalis haqqıdır. Əvvəldə izah etdiyimiz kimi, bu, o həzrətin xümsdan olan payından tamamilə ayrıdır. Bundan əla və, Peyğəmbər ¡-ə mənsub edilən iki mək tubda xüms kəlməsinin zikr olunmasına baxmayaraq, biz o iki mək tuba e`tina etmədik, çünki onların birincisində qeyd olu nur ki, onu Əbdü Yəğus üçün yazmışdır.[21] Amma Peyğəmbər ¡-in Əbdü Yəğus üçün bir şey yazmış olması ina nılası deyildir. Çünki Yəğus bir bütün adı idi və Pey ğəm bər bu cür adları həmişə dəyişdirirdi. Misal üçün, Əb dül-Üzza adını dəyişdirərək Əbdür-Rəhmana çevirmiş, Əb dül-Həcər, Əbdül-Əmr və Əl-Əsəm adlarını da Əbdüllaha də yiş dirmiş idi.[22]

Ikinci məktubda isə belə deyilir: Onu Nə`şəl ibni Ma lik Vailiyə yazdı, onun əvvəlində «Bismillahir-rəhmanir-rə him» yerinə (Peyğəmbəri Əkrəm ¡ özünün bütün məktub la rını bununla başlayırdı) «Bismikəllahummə» qeyd olunur.

Gördüyümüz kimi, yuxarıda qeyd olunan məktublarda və mü qa vi lələrdə Peyğəmbəri Əkrəm ¡ Sə`d Hüzeym qəbiləsinə «xüms və sədəqəni mənim göndərdiyim şəxslərə verin» - deyə ya zır və onlardan istəmir ki, müharibə qənimətlərinin xümsünü versinlər; əksinə, onların mal-dövlətinə aid olunan xüms və sədəqələrin verilməsini tələb edir.

Həmçinin Cüheynə qəbiləsinə yazdığı məktubda qeyd olunur ki, ölkələrin suyundan və otlaqlarından bu şərtlə istifadə et sinlər ki, onun xüms və sədəqəsini ödəmiş olsunlar. Xümsün ödənməsini müharibəyə girişmək və müharibədə onların qə nimət əldə edilməsi ilə şərtləndirmədi, əksinə, yerdə möv cud olan ne`mətlərdən bəhrələnməyin şərtini xümsü və sədə qəni verməklə əlaqələndirdi, yə`ni həqiqətdə kəsb-ticarət iş lərinə hakim olan Islam qanununu onlara öyrətmiş oldu.

Həmçinin, Əbdül-Qeysin nümayəndə hey`ətinə də – onlar müşriklərin qorxusundan öz hədd-hüdudlarından xaric olmağa cür`ət etmirdilər, yalnız haram aylarda çıxa bildilər – əməl edəcəkləri surətdə behiştə daxil olacaqları bir neçə göstərişi öyrətdikdən sonra buyurdu ki, qənimətlərin xümsünü ödəsinlər; onlardan heç də istəmədi ki, özlərinin müşriklər əleyhinə apardığı müharibə qənimətlərini ödəmiş olsunlar, əksinə, onlardan sadəcə istəyir ki, əldə etdikləri hər bir şeyin xümsünü versinlər.

Əmr ibni Həzəm qəbiləsinin böyük şəxsiyyətlərinə yazdığı müqa vilədə də qeyd edir ki, mal-dövlətlərinin sədəqələrini və xümsünü Yəmən qəbilələrindən alsınlar, onlardan heç vaxt tə ləb etmirdi ki, o qəbilələrlə aparılan müharibə qənimət ləri nin xümsünü versin.

Eləcə də o qəbilələrə və başqalarına yazırdı ki, xümsü ver sinlər. Əmr ibni Həzəmdən başqa özünün sair işçilərinə yaz dığı məktubda qeyd edirdi ki, qəbilələrdən xümsü alsınlar. Bü tün bu məktublarda və müqavilələrdə xümsün şə`ni eynilə sə də qənin şə`nidir ki, hər ikisi mal-dövlətdə Allahın haqqı he sab olunur və Allah tərəfindən vacib edilmə ilə vacib ol muş lar.

Bizim bu barədəki nəzəriyyəmizi, yə`ni bu məktublarda və mü qa vilələrdə məqsədin müharibə qənimətlərindən əldə olu nan mal-dövlətin xümsü olmamasını təsdiqləyən şey budur ki, Islamdakı müharibə hökmü, Islamdan əvvəlki ərəb qəbilələri ara sında mövcud olan müharibələrlə tamamilə müxalifdir və is lamda hər hansı qrupun, yaxud fərdin ixtiyarı yoxdur ki, özü nün həmpeymanları olan qəbilələrdən başqalarına yürüş et sin və onların mal-dövlətini qarət edərək öz ixtiyarlarına ke çir sin, hər kəs hər bir şeyi qarət etsə, onun öz malı ol sun, əldə etdiyi şeyin dördə biri qəbilə başçısına məxsus ol sun. Xeyr, belə bir şey islamda qəbul olunmamışdır ki, Pey ğəm bər də qarət olunmuş mal-dövlətin dörddə biri əvə zi nə xümsünü – beşdə birini onlardan tələb etmiş olsun! Xeyr, Islamda heç bir fərd və heç bir qrupun öz tərəfindən qey ri-müsəlmanlarla müharibə etməyə, onların üzərinə yürüş edib mal-dövlətlərini ürəyi istədiyi kimi qarət etməyə haqqı yox dur. Yalnız Islam hakimi Islam qanunları əsasında onun şərt lərini və qayda-qanunlarını tə`yin edə bilər. Mü səl man lar da onun hökmünü və qərarını yerinə yetirirlər. Bundan əla və, yalnız Islam hakimi, yaxud onun nümayəndəsi qələbədən ön cə bütün müharibə qənimətlərini öz ixtiyarına keçirə bi lər, or du üzvlərindən heç biri də müharibə qənimətlərini – qət lə yetirdiyi şəxsin mal-dövlətindən başqa – bir şeyə ma lik ol mur. Bütün cəngavərlər əldə etdikləri şeyi hakimin, ya xud onun nümayəndəsinin yanına gətirirlər və əgər belə et mə sə lər, onda xəyanətkar hesab olunur, belə bir xəyanət dam ğa sı nı öz ailəsinə rəva görür və Qiyamətdə də onun əzabını da da caq lar! Islam hakimi də xümsü ayırmazdan qabaq piya da la rın və sü va rilərin payını tə`yin edir, onun müəyyən bir his sə si ni mü ca hidlərin arvadlarına məxsus edir, bə`zi vaxtlar mü ha ribədə iştirak etməyənləri də həmin mal-dövlətdə şərik edir. Bə`zən də «müəllifətu qulubihim» olan şəxslərə mü cahid mö`minlərdən də daha artıq mal-dövlət verir.

Halbuki, müharibə e`lan olunması və ondan əldə olunan qəni mətlərin xümsünün çıxarılması Peyğəmbəri Əkrəm ¡-in dövründə o həzrətin özünə məxsus olan işlərdən bi ri idi. Deməli, camaatdan xüms verilməsinə dair istək və bu məsələnin məktublarda və ardıcıl müqavilələrdə tə`kid edil məsi göstərir ki, bu, məktubda xitab olunanların öz əldə et dik ləri mal-dövlətin xümsündan başqa bir şey deyildir. Xüms da eynilə, sədəqə kimidir və yalnız müharibə qəni mətlə ri nə məxsus deyildir.

Buna əsasən, yeganə çıxış yolu bundadır ki, bu mək tub lar da və müqavilələrdə qeyd olunan «məğnəm» və «ğənaim» kəl mə ləri ya özünün lüğətdəki mə`nasına –məşəqqət olmadan əş ya ları əldə etmək mə`nasına – yozulmalı, ya da onun şər`i mə`na sına – müharibə və qeyri-müharibə yolu ilə əldə olunan şeylər kimi – təfsir edilməlidir.

Qeyd olunanlara bunu da əlavə etmək lazımdır ki, bəhsin əv və lində qənimət sözünün təfsiri ilə əlaqədar qeyd olundu ki, Islam cəmiyyətində qənimət, lüğət kitab halına salın dıq dan sonra, müharibə qənimətləri mə`nasına işlədilmiş və mü tə şərriə bir həqiqət halına düşmüşdür. Buna əsasən, Pey ğəm bərin hədisində gələn bir şeyi ondan təqribən iki əsr son ra camaat arasında qəbul edilən şeylərlə izah etmək düz gün deyildir.

Amma bu məktubların və müqavilələrin bə`zilərində «həz zül lah», «həzzür-Rəsul», «həqqün-Nəbiyy», «səhmün-Nəbiy» və sair kimi qeyd olunanlar da elə bu şərif ayədə buyurulandır:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ ...

"Bilin ki, əldə etdikləriniz hər bir şeydə Allah və Peyğəmbər üçün xüms vardır."

Həmçinin, bu ayəni bəyan və təfsir edən Nəbəvi sün nə sin də də Allahın səhmi, Peyğəmbərin səhmi qənimətdən olduğu hal da xüms kimi tə`yin olunur ki, o ikisinin haqqı və həzzi (pa yı) mə`nasınadır.

Bura qədər aydın oldu ki, Peyğəmbəri Əkrəm ¡ həm mü ha ribə, həm də qeyri-müharibə qənimətlərinin xümsünü alır, Islamı qəbul edən hər kəsdən istəyirdi ki, əldə etdiyi şey lərin xümsünü-sədəqənin vacib olduğu hallardan başqa yer lər də – versin. Indi isə xümsün məqamı və sərf olunma yer lə rini araşdırırıq.



[1] «Əl-xərac», səh.25-27.

[2] Burada zəkat dedikdə məqsəd xumsun müqabilində dayanan sədəqədir.

[3] Bu nəzər xums ayəsinin ümumi mə`nası ilə müxalifdir və Əhli-beyt imamlarının ¢ fiqhində olanlarla uyğun gəlmir.

[4] «Əl-xərac», səh.83.

[5] «Səhihi Buxari», «tovhid» kitabı, 4-cü cild, səh.205, 1-ci cild, səh.13, 19, 3-cü cild, səh.50; «Səhihi Müslüm», «əl-əmru bil-iman» babı, 1-ci cild, səh.35-36; «Sünəni Nə sai», 2-ci cild, səh.333; «Müsnədi Əhməd», 3-cü cild, səh.318, 5-ci cild, səh.136. Əb dül-Qeys Rəbiədən olan bir qəbilədəndir ki, Təhamə dağlarında yaşamış, sonralar isə Bəh reynə getmişdilər. Onların nümayəndə hey`əti 9-cu hicri ilində Peyğəmbərin hü zuruna gəlmişdi.

[6] «Maidə» surəsi, 1-ci ayə.

[7] «Fütuhul-büldan», «Yəmən» babı, 1-ci cild, səh.82; «Ibni Hişamın sirəsi», 4-cü cild, səh.265-266; «Tarixi Təbəri», 1-ci cild, səh.1727-1729; «Tarixi ibni Kəsir», 50-ci cild, səh.76; Əbu Yusifin «Xərac» kitabı, səh.85. Bu barədə digər bir rəvayət də mövcuddur ki, Hakim öz «Müstədrək» kitabının 1-ci cildinin 395-396-cı, Müttəqi Hindi «Kənzül-ümmal» kitabının 5-ci cild, 517-ci səhifələrində qeyd etmişdir.

[8] «Təbəqati ibni Sə`d», 1-ci cil, səh.207. Cəzam Qəttanilərin böyük bir qəbiləsindən ibarət idi ki, Ibni Həzmin «Cəmhərə» kitabının 420-421-ci səhifələrində onların nəsəbi qeyd olunmuşdur. Sə`d Hüzeym də Qüzaənin şaxələrindən və Qəttana mənsub olan bir qəbilədir ki, onların da nəsəbləri «Cəmhərə» kitabının 477-ci səhifəsində qeyd olunmuşdur.

[9] «Usdul-ğabə», 4-cü cild, səh.271; «Əl-isabə», 3-cü cild, nömrə: 7593; «Lisanul-mi zan», 3-cü cild, səh.20. Onun adı həmin kitabda Malik əvəvzinə Mübarək qeyd olunur. Ma lik «Təhlan» şaxələrindən idi və Mədyəndən Təbuka gedən yol arasında yaşayırdı. Is la mı qəbul edən zaman Peyğəmbərdən istədi ki, onun üçün bir məktub yazsın ki, qöv münü Islama də`vət etsin. Həzrət də uzunluğu bir qarış, eni isə dörd barmaq miq darın da olan dəriyə bir məktub yazdı.

[10] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.304-3-5; «Usdul-ğabə», 4-cü cild, səh.175; «Əl-isabə», 4-cü cild, nömrə: 6960.

[11] «Əl-vəsaiqus-siyasiyyə», Əbu Übeydin «Əl-əmval» kitabından nəqlən, səh.52; Qəlqə şən dinin «Sübhül-ə`şar» kitabı, 6-cı cild, səh.380. Əsbəz Hicrin kəndlərindən biri dir. Deyilmişdir ki, Əsbəziyyəynə mənsub olmaq ata pərəstiş etdiklərinə görə olmuş dur, halbuki Peyğəmbəri Əkrəm ¡ öz məktubunda onları «Allahın bəndələri» de yə vəsf edir, bu da qeyd olunan müddəa ilə ziddiyyət təşkil edir. Çünki Peyğəmbər onla rı Allaha bəndəçiliyə nisbət vermişdir və bu onların atpərəstliyə nisbət veril məsi ilə uyğun gəlmir. «Fütuhul-büldan», səh.95.

[12] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.266; Hədəs ibni Üreyş-Qəhtani Ləxm qəbiləsinin böyük şaxələrindən biridir ki, onların nəsəbi Ibni Həzmin «Cəmhərə» kitabının 423-cü səhifəsində qeyd olunmuşdur.

[13] Yenə orada, 1-ci cild, səh.270; «Usdul-ğabə», 1-ci cild, səh.300; «Cünadənin tərcümeyi-halı», «Kənzül-ümmal», 5-ci cild, 1-ci çap, səh.320.

[14] Yenə orada, 1-ci cild, səh.269.

[15] Yenə orada.

[16] «Əl-vəsaiqus-siyasiyyə», səh.142, nömrə: 157, Süyutinin «Cəvame» kitabından nəqlən. Cüheynət ibni Zeyd Qəhtanın Qəzaə qəbiləsindən bir şaxədir ki, onların nəsəbi Ibni Həzmin «Cəmhərə» kitabının 444-446-cı səhifələrdə qeyd olunmuşdur.

[17] «Fütuhul-büldan», 1-ci cild, səh.85; «Sireyi Ibni Hişam», 4-cü cild, səh.258-259; «Müs tədrəki Hakim», 1-ci cild, səh.395; «Təhzibu tarixi ibni Əsakir», 6-cı cild, səh. 273-274; «Kənzül-ümmal», 1-ci çap, 6-cı cild, səh.165; «Əl-əmval», Əbu Übeyy, səh.13. Hü meyr qəbiləsi Bəni Səba Qəhtanilərinin böyük bir şaxəsi idi ki, islamdan əvvəl Yə mən də yaşayırdılar. Hicrətin 9-cu ilində öz nümayəndələrini Peyğəmbərin hüzuruna gön dərdilər və o Həzrətin məktubu Hümeyrin padşahlarından olan Haris ibni Əbdül-kə lal və Nö`man üçün yazılmışdı. Bu iki qəbilənin tərcümeyi-halı Ibni Həzməin «Cəm hərə» kitabının 432-438-ci səhifələrində qeyd olunmuşdur.

[18] «Əl-isabə», 2-ci cild, səh.189, nömrə: 4111; «Istiy`ab»- «Isabənin haşiyəsində», 2-ci cild, səh.186; «Usdul-ğabə», 3-cü cild, səh.34. Bəni Sə`ləbət ibni Amir Ədnanilərdən olan Bəkr ibni Vailin şaxəsindən idi ki, hicrətin 8-ci ilində öz nümayəndələrini Peyğəmbərin hüzuruna göndərmişdilər. Bu barədə əlavə mə`lumatı Ibni Həzmin «Cəmhərə» kitabının 316-cı səhifəsindən; Ibni Sə`din «Təbəqat» kitabı, 1-ci səh.298 və «Üyuni Riza» kitabı, 2-ci cild, səh.248-dən əldə edə bilərsiniz.

[19] «Sünəni Əbi Davud», «xərac» kitabı, 2-ci cild, səh.55; «Daru ehyais-sünnətin-nəbəviyyə» çapı, 3-cü cild, səh.153-154; «Sünəni Nəsai», 2-ci cild, səh.179; «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.279; «Müsnədi Əhməd», 5-ci cild, səh.77-78 və 363; «Usdul-ğabə», 5-ci cild, səh.4 və 389; «Əl-əmval», Əbu Übeyy, səh.13.

[20] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.271.

[21] Yenə orada, 1-ci cild, səh.268.

[22] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.305.

  524
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment