Azəri
Thursday 18th of July 2019
  1259
  0
  0

Xüləfa məKtəbində iCtihad mə`nasInIn dəyişiKliyə uğrama yolu

Müqəddimə

«Fiqh» və «ictihad» kəlməsi son əsrdə bir-birilə elə qa­rış­mışdı ki, onların arasında fərq qoymaq kifayət qədər araş­dırma aparmadan müyəssər deyildi. Buna görə də biz əv­vəl­cə xüləfa məktəbində «ictihad» kəlməsini araşdırır, da­ha sonra Əhli-beyt məktəbində «fiqh» və «ictihad» barəsin­də­ki nəzəriyyələrini bəyan edəcəyik. Inşallah!

Xüləfa məKtəbində iCtihad mə`nasInIn dəyişiKliyə uğrama yolu

Ictihad və müctehid istilahı səhabə və tabein əsrindən uzun illər sonra yaranmış istilahlardır. Səhabə və tabein əh­kamları öz şəxsi nəzərləri əsasında dəyişdirməyi tə`vil ad­lan­dırırdılar. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in iş­çi­si Malik ibni Nüveyrənin qətlə yetirilməsi hadisəsində Xalid ibni Vəlid Əbu Bəkrə demişdi: «Ey Rəsulullahın xəlifəsi! Mən tə`vil etdim, düz və səhvə yol verdim.» Əbu Bəkr də Ömərin dediyi «Xalid zina etmişdir, onu daş-qalaq et!» - sözünün cavabında demişdi: «Mən onu daş-qalaq etməyə­cə­yəm, çünki o, tə`vil etmiş və səhvə düşmüşdür!»[1]

Həmçinin, Zühərinin Ürvədən, onun da Ayişədən nəql et­di­yi bir rəvayəti də qeyd etmək olar. O deyir: «Vacib namaz əv­vəl­də iki rəkətli idi ki, bu iki rəkət səfərdə sabit qaldı, lakin həzərdə (səfərdə olmayan hallarda) namaz tamam­dır.» Zühəri deyir: Ürvəyə dedim: «Bəs nə üçün Ayişə səfərlərdə namazlarını tamam qılırdı?» Dedi: «Osmanın tə`vil etdiyi kimi, o da tə`vil etmişdir.»[2]

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbul Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanda iştirak edən, Al­lah-taalanın qəlblərinin paklığına şəhadət verdiyi, qəlb­lə­rinə aramlıq əta etdiyi və onlardan razı olduğu şəxs­lər­dən­dir. Əbul-Ğadiyə mütəəvvil (tə`vil edən) və müctehid oldu­ğu­na görə səhv üzündən ona zülm etdi, hətta onun özü də (bu qətl işinə görə) əcr və savab qazanacaqdır – bir əcr. O, Os­ma­nın qatilləri kimi deyildir, çünki onlar üçün onu öldür­mək barədə ictihad etməyə macal yox idi.»[3]

Ibni Həcər, Əbul-Ğadiyənin tərcümeyi-halında yazır: «Bi­zim bütün bu müharibələrdə səhabə barəsindəki nəzərimiz bu­dur ki, onlar tə`vil və ictihad etdilər, səhvə yol verən müc­te­hid də savab qazanır. Əgər bu qayda camaatın ayrı-ayrı fərd­ləri barəsində sübuta yetərsə, onda sənin barəndə sözsüz ki, sübuta yetər.»[4]

Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani də «Əl-cövhərün-nəqiyy» kitabında yazır: Ümmət üzvlərində heç biri şəkk etmir ki, Əbdür-Rəman ibni Mülcəm Əlini qətlə yetirməkdə mütəəvvil və müctehid olmuşdu. O, belə təsəvvür edirdi ki, düz yola gedir. Buna görə də Imran ibni Həttan onun barəsində deyir:[5]

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا

Şeyx Əbdül-Lətif «Səvaiq» kitabının haşiyəsində yazır: «Əli­nin dövründə olan bütün səhabələr – istər onunla yana­şı olsunlar, istərsə onun əleyhinə, istərsə də hər iki ordu­dan çəkilib bitərəf mövqe seçsinlər – hamlıqla müctehid idilər və öz əməlləri ilə ədalətdən xaric olmurdular.»[6]

Ibni Kəsir Yezidin barəsində yazır: «Bizim alimlərimiz onun yaramaz işlərini belə yozmuşlar ki, o tə`vil və ictihad etmişdir. Həmçinin, demişlər: Bununla yanaşı, o, fasiq bir imam idi, amma heç vaxt işdən götürülməməli idi... Onun əleyhinə qiyam etmək də caiz deyildir.» Amma bə`zilərinin dediyi «Yezid Mədinə əhlinin hadisələrindən və Hirrə vaqi­ə­sin­də baş verən faciələrdən agah olduğu zaman şiddət­lə se­vinc hissi keçirmişdi» - sözünə gəldikdə isə, onun səbəbi bu idi ki, o özünü imam bilirdi, Mədinə əhli isə onun ita­ə­ti dairəsindən çıxmış, başqasını özlərinə əmir seç­miş­di­lər, onun da haqqı var idi ki, onlarla vuruşsun, onları öz itaətinə keçirməyə vadar etsin və camaatla eyni olsunlar.»[7]

Birinci xəbərdə qeyd olundu ki, o iki səhabə – Xalid ib­ni Vəlid və xəlifə Əbu Bəkr, Malik ibni Nüveyrəni öldür­mək və onun həyat yoldaşı ilə zina etməyi tə`vil adlan­dır­mış­lar. Ikinci rəvayətdə də tabeindən olan Ürvə ibni Zübeyr Ayi­­şənin işini – rəvayət etdiyinin əksinə, olaraq namazını sə­fər­də bütöv qılmasını tə`vil adlandırırdı. Halbuki, Os­man da belə etmişdi.

Neçə əsrlər keçdikdən sonra görürük ki, Ibni Həzm (456-cı ildə vəfat edib) Əmmarın qatili olan Əbul Ğadiyəni mü­təəvvil və müctehid adlandırır və onun yalnız bir savaba nail olacağını iddia edir!

Ondan sonra həm o, həm də Ibni Türkmani Hənəfi (750-ci il­də vəfat edib) Imam Əli -ın qatili ibni Mülcəmi də tə`vil­çi müctehid adlandırmışlar.

Ondan sonra ibni Həcər (852-ci ildə vəfat edib) o müha­ri­bədə iştirak edən bütün səhabələri mütəəvvil və müctehid ki­mi təqdim edərək deyir: «Səhvə yol verən müctehid bir sava­ba layiq görülür!»

Beləliklə, əvvəlcə şəxsi rə`y və nəzərə əməl etməyi tə`vil ad­lan­dırırlar. Daha sonra onu ictihad adlandırır, daha son­ra xüləfa məktəbinin alimləri səhabələrə və xəlifələrə tabe ola­raq bu ictihad qapısını (şəxsi rə`yə və nəzərə əməl et­mə­yi) öz üzlərinə açmış və onun üçün müəyyən qayda-qanunlar tə`­yin etmiş, hər birinə də xüsusi ad qoymuşlar. Üsul elminin mü­əy­yən bablarını ona məxsus etmiş, özlərindən düzəlt­dik­ləri bu qayda-qanunlara və onların əsasında hökmlərin əldə edilməsini də ictihad, bu yolu ötənlərə isə müctehid adı vermişlər. Halbuki, din elminin şər`i istilahı fiqh, onun yolunda hərəkət edənə isə fəqih deyilir. Indi yaxşı olar ki, aşağıda qeyd olunan üç mövzunu araşdıraq:

1-Ictihad adının qoyulması;

2-Birinci əsrin müctehidləri və onların ictihad etdikləri şeylər;

3-Ikinci əsrdən sonrakı dövrlərdə ictihad və səhabələrin əməlinə istinadən islami hökmlərin əldə edilməsi.



[1] Gələn bəhsdə «Əbu Bəkrin ictihad etdiyi hallar»a müraciət edin.

[2] «Səhihi-Müslüm», səlatul-müsafirin və qəsruha babı, hədis:3; «Səhihi-Buxari», 1-ci cild, səh.134, təqsirüt-səlat babı, o, «fis-səfər» kəlməsini Ümmül-mö`minin Ayişəyə hörmət əlaməti olaraq hədisdən çıxartmışdır.

[3] «Əl-fəsl», 4-cü cild, səh.161

[4] «Əl-isabə», 4-cü cild, səh.151

[5] «Əl-Mühəla», Ibni Həzm, 10-cu cild, səh.484; «Əl-cövhərun-nəqiyy», Ibni Türkmani Hənəfi (750-ci ildə vəfat edib); «Sünəni Beyhəqi», 8-ci cild, səh.58-59.

[6] «Səvaiq»in haşiyəsi, səh.209.

[7] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.223 biz onun xülasəsini qeyd etdik.

  1259
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment