Azəri
Sunday 16th of June 2019
  505
  0
  0

IKi məKtəbin Peyğəmbər ¡ sünnəsi barəsindəKi nəzərləri

IKi məKtəbin Peyğəmbər ¡ sünnəsi barəsindəKi nəzərləri

1-Iki məktəbin Peyğəmbər ¡-dən hədis rəvayət edən şəxslər (ravilər) barəsindəki nəzəri;

2-Iki məktəbin Peyğəmbər ¡n hədisinin birinci hicri əsrində yayılması barəsindəki nəzəri;

3-Birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡ sünnəsinin yazılmasının qadağan olunması:

a-Əbu Bəkrin və Ömərin dövründə;

b) Osmanın dövründə;

v) Müaviyənin dövründə;

q) Israiliyyat qapısının açılması;

ğ) Ömər ibni Əbdül-Əzizin dövründə;

e) Bir-birinə zidd olan iki hədisin yaranma səbəbləri.


 

Müqəddimə

Hər iki məktəb Peyğəmbəri Əkrəm ¡-in sünnəsinin is­lami şəriət mənbələrindən olmasına və ona əməl edil­mə­si­nin vacibliyinə iman gətirmiş və bu barədə yekdil nəzərə ma­lik­dirlər. Lakin Peyğəmbəri Əkrəm ¡-in sünnəsi, yə`­ni o həzrətin sirəsi, hədisi və başqalarının əməllərini təs­diq etməsi (buna təqrir deyilir) ravilərin rəvayət etməsi va­si­təsilə əlimizə çatdığından, bu iki məktəb aşağıdakı iki məsələ barəsində ixtilafa düçar olmuşlar:

1-Peyğəmbər ¡-dən rəvayət nəql edənlərin bə`zi vasi­tə­ləri barəsində;

2-Birinci hicri əsrində Peyğəmbər hədisinin yazılma­sının caiz olması barəsində.

Biz, Allahın köməyi ilə, gələcək bəhslərdə hər iki möv­zu­nu araşdıracağıq.

1-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi nəzəri

«Səhabə» və «imamət» bəhslərində qeyd olunduğu kimi, Əh­li-beyt məktəbinin ardıcılları öz dini maarifini və nişa­nə­lə­rini Əhli-beytdən olan on iki imamdan ¢ əxz edir­lər, xüləfa məktəbinin ardıcılları isə öz dini maarif­lə­ri­ni və nişanələrini Peyğəmbəri Əkrəm ¡-in səhabə­lə­rin­dən olan hər bir şəxsdən – onların arasında heç bir fərq qoymadan – əldə edirlər. Çünki onların hamısını əda­lət­li bilirlər, halbuki, Əhli-beyt məktəbinin ardıcılları ki, Cə­məl müharibəsində Əli -la müharibə aparan Təlhə[1] və Əb­dül­lah ibni Zübeyr[2] kimi səhabələrdən, Həmçinin, «Sif­feyn» müharibəsində onunla müharibəyə gələn Müaviyə[3], Əmr ib­ni As[4] və Nəhrəvanda onunla müharibə aparan Zul-Xu­vəy­si­rə[5] və Əbdüllah ibni Vəhhab[6] kimi şəxslərin heç birinə mü­ra­ciət etmirlər.

Əhli-beyt ardıcıları yenə də öz maariflərini bu şəxs­lə­rin oxşarlarından əldə etmirlər – istər səhabə olsunlar, is­tər tabein, istərsə də tabeinlərin ardıcılları, yaxud da sair ra­vilər təbəqəsindən.[7]

Halbuki, misal üçün imamül-mühəddisin Buxari Əhli-beyt imam­ların altıncısı olan Imam Cə`fər Sadiq -dan bir hə­dis belə, öz «Səhih» kitabında rəvayət etməmişdir.[8] Hal­bu­ki, Əhli-beyt ¢ məktəbinin ardıcıllarından olan min­lər­lə mühəddis imam Sadiq -dan hədis rəvayət etmişdir. Bu­xa­ri, Əbu Davud və Nisai də öz «Səhih» kitablarında Imran ibni Həttan kimi xaricidən hədis rəvayət edirlər[9]. O həmin şəxsdir ki, Imam Əli -ın qatili olan Əbdür-Rəhman ibni Mülcəmi tə`rifləyərək deyir:

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا

"Necə yaxşı bir zərbə idi ki, onu vuran təqvalı bir şəx­sin məqsədi,

Ərşin sahibinin rizvan və razılığını qazanmaqdan başqa bir şey deyildi.

Mən hər gün onu xatırlayır və belə təsəvvür edirəm ki,

Onun mükafatı Allah yanında bütün məxluqlardan artıq­dır!"

Həmçinin, Nəsai «Səhih» kitabında Imam Hüseyn -ın qa­tili olan Ömər ibni Səddən[10] də rəvayət nəql etmişdir. Xü­lə­fa məktəbinin rical alimləri onun barəsində demişlər: «Həd­dindən artıq düz danışandır. Lakin camaat onu düşmən he­sab edirlər. Çünki o, Hüseyn ibni Əlini qətlə yetirən bir or­du­nun sərkərdəliyini öhdəsinə almışdı.» Halbuki, Əhli-beyt məktəbinin ardıcılları həmişə onu lənətləyirlər.

Məhz buna görə də bu iki məktəb arasında Peyğəmbər ¡ hədisini kimdən əxz etməklə əlaqədar ixtilaf yaran­mış­dır.

2-IKi məKtəbin birinCi hiCri əsrində Peyğəmbər ¡ hədisinin yayIlmasI barəsindəKI nəzərləri

Yuxarıda qeyd olunanlara bunu da əlavə etməliyik ki, bu iki məktəbin böyük şəxsiyyətləri özlərinə məxsus olan çər­çi­və və məhdudiyyət daxilində hədisi yaymağa başlamışlar. Bir mək­təbin xəlifələri Peyğəmbər ¡ hədisinin yazılıb-ya­yıl­masının qarşısını aldığı vaxt, digər məktəbin ardı­cıl­ları bütün var-qüvvələrini hədisin yayılmasına sərf et­miş, xüləfa məktəbi də bunun qarşısını alaraq ciddi müba­ri­zəyə qalxmışdır. Bu hadisə Peyğəmbəri Əkrəm ¡-in hə­ya­tının son anlarından başlamışdı. O həzrət «Mənə ka­ğız-qələm gətirin, sizin üçün bir şey yazım ki, məndən sonra heç vaxt azğınlığa düşməyəsiniz» – dedikdə, orada hazır olan­lardan bə`ziləri demişlər: «Peyğəmbər sayaqlayır!»[11]

Buxari başqa bir hədisdə ibni Abbasın dilindən bu sö­zün kim tərəfindən deyilməsini araşdırıb yazır: «Pey­ğəm­bər ehtizar halına düşdükdə otaqda olan kişilərə – on­lar­dan biri də Ömər idi – buyurdu:

ائْتُونِي بِكِتابٍ اَكْتُبْ لَكُمْ كِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ اَبَدًا

"Mənə bir vərəq gətirin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt azğın­lığa düşməyəsiniz!"

Bu zaman Ömər dedi: «Peyğəmbərin ağrısı şiddət­lən­miş­dir! Allahın Kitabı sizin yanınızdadır, Allahın Kitabı bi­­zə kifayətdir!» Bu söz evdə olanların arasında ixtilafa sə­bəb oldu: Bə`ziləri Ömərin sözünü təkrarladılar. Ixtilaf şid­­dət­lənən zaman Peyğəmbər ¡ buyurdu:

قُومُوا عَنِّي وَلا يَنْبَغِي عِنْدِي التَّنَازُعُ

"Mənim yanımdan qalxın! Mənim yanımda mübahisə etmək rəva deyil­dir!"[12]

Digər bir rəvayətdə mübahisənin necə olması Ömərin di­lin­dən bəyan edilir. O deyir: «Peyğəmbərin yanında idik. Bi­zi­m­lə qadınların arasından bir pərdə asılmışdı. Pey­ğəmbər buyur­du:

اغسلوني بسبع قرب، واتوني بصحيفة ودواة اكتب لكم كتابا لن تضلوا بعده

 "Məni yeddi məşk su ilə yuyarsınız: Mənə kağız və mürəkkəb gə­ti­rin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt yolunuzu az­ma­yasınız." Qadınlar dedilər:[13] «Peyğəmbərin istədiyi şeyi gə­ti­rin!» Ömər deyir: Mən dedim: «Sakit olun! Siz onun zövcə­lə­ri­siniz! O qadınlarsınız ki, əgər xəstələnsə, göz yaşı axı­darsınız, əgər sağalsa, yaxasından tutarsınız.» Peyğəmbər buyur­du: «Onlar sizdən çox-çox yaxşıdır!»[14]

Digər bir rəvayətdə isə deyir: Peyğəmbərin zövcəsi Zeynəb de­di: «Eşitmirsiniz ki, Peyğəmbər sizdən nə istəyir?» Onlar səs-küy saldıqları zaman Peyğəmbər ¡ «qalxın!» - deyə buyur­du. Onlar qalxdıqdan (və getdikdən) sonra Peyğəmbər ¡ öz yerində vəfat etdi.»[15]

Bə`zi hədislərdən aydın olur ki, onlar bu hadisədən öncə, elə Peyğəmbərin sağlığında o həzrətin hədisini yazmağın qar­şısını almaq üçün özlərini hazırlamışdılar. Belə ki, Əb­dül­lah ibni Əmr ibni As deyir: Mən Peyğəmbərdən eşit­diyim hər bir şeyi yazırdım. Qureyş məni bu işdən çəkin­di­rə­rək dedilər: «Sən Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazır­san, halbuki, Peyğəmbər də bir bəşərdir: həm qəzəb­lə­nən­də, həm razı olan halda danışır!» Mən hədis yazmağı sax­ladım və onu Peyğəmbər ¡ üçün dedikdə o, ağzına işa­rə etdi və buyurdu:

اُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا خَرَجَ مِنْهُ اَلَّا حّقٌّ

"Yaz: çünki canım əlində olan Allaha and olsun, bu ağızdan haqdan başqa heç nə çıxmaz!"[16]

Bəli! Onlar özlərinin Əbdüllah ibni Ömər ilə olan söz­lə­rində öz batini niyyətlərini aşkar edərək, hədisi yazmağa mane olmalarının səbəbini bəyan etmişdilər. Bu da Peyğəm­bə­ri Əkrəm ¡-in bir-birilə fərqli olan iki qrup ara­sın­da dediyi sözlərdən ibarət idi: Razı olduğu halda cama­a­tın bir qrupu haqqında danışdığı söz, qəzəb halında başqa bir qrup haqqında danışdığı söz. Biz elə burada onların Pey­ğ­əmbərin həyatının son anlarında vəsiyyətini yazmasına ma­ne olmalarının səbəbini dərk edirik. Belə ki, o həzrətin və­fat etdiyi vaxta qədər onun yanında səs-küy salınması əvvəl­cədən tə`yin olunmuş bir hiylə və məkr idi. Belə ki, öz höku­mətləri dövründə bu işi davam etdirdilər və Peyğəm­bərin hədisinin yazılmasının qarşısını aldılar!

3-BirinCi hiCri əsrinin axIrlarIna qədər Peyğəmbər ¡nnəsinin yazIlmasInIn qarşIsInIn alInmasI

Əbu BəKrin dövründə

Zəhəbi rəvayət edir ki, Əbu Bəkr Peyğəmbərin vəfatından son­ra camaatı çağıraraq dedi: «Siz özünüz Peyğəmbərdən müəyyən sözlər nəql edərək onun barəsində ixtilafa düçar olur­sunuz. Sizdən sonra gələnlər daha artıq ixtilaf edə­cək­lər. Belə isə, Peyğəmbərdən heç bir şey nəql etməyin; əgər bir şəxs sizdən bir şey soruşsa, cavabında deyin: «Allahın Ki­ta­bı sizin aranızdadır, onun halalını halal, haramını ha­ram bilin.»[17]

Ömərin dövründə

Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Peyğəmbərin hə­dis­ləri Ömər ibni Xəttabın dövründə genişlənib sür`ətlə ya­yıl­mağa başladı. O, camaatdan istədi ki, üzərində hədis ya­zıl­­dığı hər bir şeyi onun yanına gətirsinlər. Onlar gətir­dikdə, hamısının yandırılmasına dair hökm verdi.»[18]

Xüləfa məktəbi birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡-in hədisinin yazılmasının qarşısını al­dı­lar. Kaş bununla kifayətlənəydilər! Amma onlar Peyğəmbər ¡ hədisinin rəvayət edilməsinə də maneçilik törət­di­lər. Belə ki, Qərzət ibni Kə`b deyir: «Ömər bizi Iraqa gön­dər­­diyi zaman Sirar məntəqəsinə qədər bizi müşayiət etdi və son­ra dedi: – Sizi nə üçün müşayiət etdiyimi bilirsinizmi?

Dedik: – Bizim qəlbimizi ələ almaq və hörmət etmək istə­yirdin.

Dedi: – Bundan əlavə, digər bir istəyim də vardır: Siz elə şəxslərin yanına gedirsiniz ki, onların Qur`an səsləri bal arısının səsi kimi ucalır. Siz Peyğəmbər ¡ hə­di­sini nəql etməklə onları bu işdən saxlamayın, bilin ki, mən sizə nəzarət edirəm.

Qərzət deyir: «Mən bundan sonra Peyğəmbərdən heç bir hə­dis və söz rəvayət etmədim!»

Digər bir rəvayətdə isə deyilir: Qərzət ibni Kə`b daxil ol­duqda camaat dedi: «Bizim üçün Peyğəmbərdən bir söz (hədis) danış.» O dedi: «Ömər bizi bu işdən çəkindirib!»[19]

Bəli, səhabələrin arasında Qərzət ibni Kə`b kimi şəxslər var idi ki, xüləfanın sünnəsinə tabe olur, amma Peyğəm­bər¡-in sünnəsinin yayılıb bəyan olunmasından imtina edir­di­lər. Bunların müqabilində də birinci dəstədən Əbdül­lah ibni Ömər, Sə`d ibni Əbi Vəqqas kimiləri də var idi. Belə ki, Darəmi özünün «Sünən» kitabında (1-ci cild, səh.84-85) «fətva verməkdən qorxan şəxslər» adlı babında Şə`bidən rə­vayət edərək deyir: «Bir il Ibni Ömərlə oturub-durdum, am­ma onun Peyğəmbərdən bir şey rəvayət etdiyini eşitmədim.»

Digər rəvayətdə deyir: «Iki il, yaxud il yarım Ibni Ömərlə oturub-durdum, lakin ondan Peyğəmbər ¡ hədisi barəsində bir şey eşitmədim. Yalnız bu hədisi!»

Saib ibni Yəziddən rəvayət edir ki, o belə deyirmiş: «Sə`d ib­ni Əbi Vəqqasla birlikdə Məkkəyə getdik. Mədinəyə qayı­dın­ca Peyğəmbərdən bir hədis belə söylədi­yi­ni eşit­mədim!»

Xüləfanın sünnəsi ilə müxalifət edərək Peyğəmbər ¡ sünnəsini rəvayət edən və bu yolda ağır əzab-əziy­yət­lə­rə, işgəncələrə qatlaşan ikinci qrupdan Əbdüllah ibni Hü­zey­fə, Əbu Dərda, Əbuzər və Əqəbə ibni Amir kimilərin ad­la­rını qeyd etmək olar ki, «Kənzül-ümmal» kitabında Əb­dür-Rəhman ibni Ovfun belə dediyi rəvayət olunur: «Ömər ibni Xəttab öz ölümündən qabaq Peyğəmbər ¡ səhabə­lə­rin­dən Əbdüllah ibni Hüzeyfə, Əbu Dərda, Əbuzər, Əqəbə ibni Ami­ri ətraf yerlərdən öz yanına çığırıb dedi: «Ətraf nahi­yə­lər­də Peyğəmbərin tərəfindən yaydığınız bu hədislər nə­dir?!» Onlar dedilər: «Bizi bu işdən çəkindirirsənmi?!» Ömər dedi: «Xeyr! Siz mənim yanımda qalın, Allaha and ol­sun ki, sağ olduğum vaxta qədər məndən ayrılmayacaqsınız. Biz daha ağıllıyıq: sizdən alır və sizin əleyhinizə qaytarırıq!» On­lar ömürlərinin axırına qədər Ömərin yanından başqa yerə getmədilər.»[20]

Zəhəbi rəvayət edərək deyir: Ömər, ibni Məs`udu, Əbu Dər­da­nı, Əbu Məs`ud Ənsarini həbs edib dedi: «Siz Peyğəmbərin sözlərini lazım olan həddən artıq rəvayət edirsiniz!»[21]

Ömər həmişə səhabələrə deyirdi: «Əməli hökmlərdə Pey­ğəm­bərin sözlərini rəvayət etməyi azaldın!»[22] Bu rəvayət hə­dəf baxımından Əbdüllah ibni Əmr ibni Asın rəvayəti ilə eyni vəziyyətdədir: Qureyş onu Peyğəmbərin sözlərini yazmaqdan çə­kin­dirmişdi.

OsmanIn dövründə

Osman da keçmiş siyasətləri dəstəkləyib minbərdə de­miş­di: «Əbu Bəkrin və Ömərin zamanında eşidilməyən bir hə­di­si rəvayət etməyə heç kəsin haqqı yoxdur!»[23]

Darəminin və başqalarının rəvayətlərindən aydın olur ki, Əbuzər bir gün «Cəməreyi vüsta»nın yanında oturmuşdu. Ca­ma­at da onun ətrafını alaraq ondan fətva istəyirdilər. Bu za­man ki, bir nəfər onun başı üzərində dayanıb dedi: «Mə­gər sənin fətva verməyin qadağan olunmayıbdımı?!» Əbuzər ona baxıb dedi: «Sən mənə nəzarətçisənmi? (Sonra öz boynuna işa­rə edərək dedi:) Əgər qılıncı bura qoysanız və ölməzdən qa­baq Peyğəmbərdən eşitdiyim bir sözü deməyə qadir olduğumu bil­səm, hökmən bu işi görərəm!»[24]

Bu dövrə hakim olan şəraiti Əhnəf ibni Qeys belə rə­va­yət edir: «Şama gedib cümə namazında iştirak edim. Gördüm ki, bir kişi hər qrupa tərəf gedirsə, onun ətrafından dağı­lır! O namaz qılır, namazını uzatmırdı. Onun yanıda oturub de­dim: «Ey Allahın bəndəsi! Sən kimsən?» O dedi: «Mən Əbu­zərəm. Bəs sən kimsən?» Mən dedim: «Əhnəf ibni Qeysəm.» Dedi: «Mənim yanımdan qalx ki, səni öz şərinə giriftar et­mə­yim!» Dedim: «Məni öz şərimə necə giriftar edərsən?» De­di: «Bu şəxsin – yə`ni Müaviyənin – çarcısı car çəkib de­miş­dir ki, heç kəs mənim yanımda oturmamalıdır!»[25]

Bəli, Əbuzər hakim dairənin fərmanları ilə müxalifət et­­di­yinə görə bir şəhərdən digərinə sürgün olunurdu. O, hə­ya­­tı­nın sonunda qovulmuş və yalqız halda Rəbəzədə vəfat et­di!

Bu üslub Osmanın xilafətinin birinci yarısına qədər da­­vam etdi. Onun xilafətinin ikinci yarısında isə qurduğu iş­­lər pərakəndəliyə düçar oldu, Ümmül-mö`minin Ayişə, Təl­hə, Zübeyr, Əmr ibni As və başqa səhabə və tabeinlərlə əlbir olub onunla mübarizəyə qalxdılar. Bu dövrdə Peyğəmbər ¡ sünnəsini rəvayət etmək istəyən səhabələr üçün heç bir maneə qalmamışdı. Peyğəmbər ¡ sünnəsinin müəyyən bir qismi bu əsrdə yayılmağa başladı, lakin kitab halına salın­­madı.

Imam Əli -ın xilafəti dövründə də Peyğəmbəri Əkrəm ¡-in əvvəllər rəvayət olunması qadağan olunan sün­nəsinin ümdə hissəsi səhabələrin vasitəsi ilə rəvayət olu­nub yayıldı. Lakin yenə də toplanıb kitab halına sa­lın­madı.

Bunlar xəlifələrin dövründə Peyğəmbər səhabələri üçün hədis yayılması ilə əlaqədar qoyulan maneə və məhdudiyyətlər idi, məqsədləri də o həzrətin hədisinin qarşısını almaq idi. Onlar sadəcə olaraq öz sözlərini müəmmalı şəkildə deyirdilər və özlərinin nəzərdə tutduqları hədəf Mүafiyyә kimi, aşkar şəkildə demirdilər.

Müaviyənin dövründə

Əbdüllah ibni Amir Yəhsubi deyir: Dəməşqin minbərində olan bir halda Müaviyənin belə dediyini eşitdim: «Ey insan­lar! Peyğəmbər hədislərini rəvayət etməkdən çəkinin! Yalnız o hə­d­is­lərə icazə verilir ki, Ömərin xilafəti dövründə bəyan olun­muşdur. Çünki Ömər camaatı Allah xatirinə qorxu­dur­du.»[26]

Rəca ibni Əbis Səlmə deyir: Mənə xəbər verdilər ki, Müa­viyə belə deyirmiş: «Siz gərək hədis barəsində Ömərin dövründə olduğu kimi əməl edəsiniz. Çünki o, camaatı Peyğəmbər ¡ hədisini bəyan etməkdən qorxudurdu!» [27]

Təbəri belə rəvayət edir: Müaviyə 41-ci hicri ilində Mü­ğey­rə ibni Şö`bəni Kufəyə vali təyin edən zaman onu çağırıb de­di: «Sənin üçün çoxlu tövsiyələrim vardır ki, onların ha­mı­sını sənin ayıqlığına e`timad etdiyimə görə tərk edirəm, lakin mənim bir tövsiyəmi unutma: Əlini söyüb ona nalayiq sözlər deməyi, Osmana tərəhhüm edib onun üçün istiğfar etməyi heç vaxt unutma! Əlinin köməkçilərində eyb axtar və onları özündən uzaqlat, Osmanın köməkçilərini tə`rifləyib onları özünə yaxınlaşdır!»

Müğeyrə dedi: «Mən təcrübə görmüş, sınaqdan çıxmış bir adamam, səndən qabaq başqaları üçün də işləmiş və heç vaxt danlaq görməmişəm. Tezliklə işimin tə`sirləri aşkar olar və sən də məni ya tə`rifləyər, ya da məzəmmət edərsən!»

Müaviyə dedi: «Inşallah ki, səni tə`rifləyərəm!»[28]

Mədainin «Əl-əhdas» kitabında yazır: Müaviyə amul-cə­ma­ət­dən sonra (Müaviyənin tam hakimiyyətə gəldiyi ilə deyi­lir) vahid bir e`landa öz işçilərinə yazdı: «Mən Əbu Turabın və onun Əhli-beytinin fəziləti barədə bir şey nəql edənlərdən ama­nımı götürdüm!» Bu zaman camaat arasında ən çox bəla çə­kən kufəlilər oldular.[29]

Məhz Hücr ibni Ədi[30] və onun köməkçiləri həmin yolda işgəncəyə mə`ruz qalaraq qətlə yetirildilər, Rəşid Həcəri[31] və Meysəm Təmmar[32] öldürüldü və dar ağacına asıldı! Xüləfa mək­təbində bu minvalla tabeinlərin və səhabələrin səslərini çıxar­tmağa qoymur, öz siyasətlərinin müxaliflərini aradan gö­türür və bunun müqabilində başqalarının üzünə qapıları açıb onlara tam ixtiyar verirdilər ki, istədikləri kimi müsəlmanların müqabilində çıxış edib nağıl danışsınlar.



[1] Əbu Məhəmməd Təlhə ibni Əbdüllah Qureyşi. Peyğəmbər ¡ onunla Zübeyr ara­sında qardaşlıq əqdi oxumuşdu. O, Osmanın əleyhinə qiyam edənlərin ən qabaq­cıl­la­rından biri idi. Osman qətlə yetirildikdən sonra Əli -a bey`ət edən ilk adam idi. Sonra Osmanın intiqamını Imam Əli -dan almaq bəhanəsi ilə Bəsrəyə getdi. Onun havadarlarından olan Mərvan Cəməl müharibəsində onu oxla vurub öldürdü. «Si­hah» müəllifləri ondan 38 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Ayişənin is­lam tarixindəki rolu» və «Cəvamiüs-sirə» kitablarında – səh.281-də mövcudur.

[2] Əbu Həbib Əbdullah ibni Zübeyr Qürəyşi. Onun anası Əbu Bəkrin qızı Əsma idi, Ümmül-mö`minin Ayişə də onu çox istəyir və əzizləyirdi. O, Əhli-beytin düşməni idi və Imam Əli onun barəsində belə buyurmuşdu: "Zübeyr, oğlu Əbdüllah böyüyənə qədər həmişə biz Əhli-beyt ilə idi.» O, Cəməl müharibəsində Ayişəni Əli -ın əleyhinə təhrik edənlərdən biri idi. Imam Hüseyn -ın şəhadətindən sonra Məkkədə istiqlaliyyət şüarı verdi və 73-cü hicri ilində Həccac ibni Yusifin əli ilə öldürüldü. «Sihah» müəlifləri ondan 33 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», «Cəvamiüs-sirə» və «Ayişənin islam tarixindəki rolu» kitablarında, Cəməl müharibəsi bölməsində qeyd olunmuşdur.

[3] Əbu Əbdillah Müaviyə ibni Əbu Süfyan Qurəyşi Əməvi. Onun anası Hind Ütbənin qızıdır. Məkkənin fəthindən sonra islamı qəbul etmişdir. Onun qardaşı hicrətin 18-ci ilində Əmvasda zərbətləndikdən sonra onu öz yerinə tə`yin etdi. Ömər də onu təsdiqlədi. O, Osmanın qətlə yetirildiyi vaxta qədər Şamın valisi idi. Ondan sonra Imam Əli -ın əmr və fərmanından imtina və o həzrətin əleyhinə müharibədə ordunun yaraqlandırılmasına kömək etdi. 36-cı hicri ilində Siffeyn müharibəsində Imamla qarşılaşdı və Imamın ordusunun qələbəsini hiss etdiyi zaman Qur`anları nizə ucuna vurub qaldırmaqla onları həkəmiyyətə də`vət etdi və bununla da onları aldatdı. Həkəmiyyət hadisəsində də Əmr ibni As, Əbu Musa Əş`ərini aldatdı. 41-ci hicri ilində Imam Həsən onunla sülh etdi. Bundan sonra o, müsəlmanların xəlifəsi oldu və 60-cı hicri ilində dünyadan getdi. «Sihah» müəllifləri ondan 163 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Ayişənin islam tarixindəki rolu» və «Cəvamüs-sirə» kitabında, səh.277 mövcuddur.

[4] Əbu Əbdillah Əmr ibni As Qurəyşi Səhmi. Onun anası cahiliyyət dövrünün məşhur fahişələrindən idi. Xeybərin fəth olunduğu ildə Islamı qəbul etmiş, Ömərin xilafəti dövründə Misri fəth etmiş və oranın hakimi olmuşdu. Osman onu vəzifədən götürdükdən sonra camaatı onun əleyhinə təhrik edənlərdən biri və Osmanın qətlindən sonra Misrə hakim olmaq şərti ilə Müaviyənin köməkçisi oldu və Siffeyn müharibəsində iştirak etdi. Qur`anların nizəyə vurulması təklifini də o irəli sürmüşdü. Sonra həkəmiyyət hadisəsində Əbu Musa Əş`ərini aldatdı, daha sonra Misrə getdi, orada Məhəmməd ibni Əbu Bəkri qətlə yetirib oranın hakimi oldu və 40-cı hicri ilində dünyadan getdi. «Sihah» müəllifləri ondan 39 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Ayişənin islam tarixindəki rolu» və «Cəvamius-sirə»də, (səh.280) qeyd olunmuşdur.

[5] Zul-Xuvəysirə Təmimi. Onun adı Hərqus idi. Peyğəmbəri Əkrəm ¡ bir gün beytul-malı bölüşdürəndə, o demişdi: «Ey Allahın Rəsulu! Ədalətlə bölüşdür!» Peyğəmbər ¡ buyurmuşdu: «Vay olsun sənə! Əgər mən də ədalətə irayət etməsəm, onda kim ədalətli olar?!» Peyğəmbər onun islam dinindən çıxıb sonra qətlə yetiriləcəyindən xəbər vermişdi. O, Nəhrəvanda xəvaricin cərgəsində həlakətə çatdı və Əli , Peyğəmbər ¡-in xəbər verdiyi kimi, onun cənazəsini tapdı. Onun tərcümeyi-halı «Usdul-ğabə»də qeyd olunmuşdur.

[6] Əbdüllah ibni Vəhəb Rasibi Səbai. 37-ci ildə Xəvaric onunla bey`ət etdi ki, onların xəlifəsi olsun. O da Nəhrəvanda qətlə yetirildi. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kitabında qeyd olunmuşdur.

[7] Əlbəttə, bə`zən Imam Əli -ın fəzilət və üstünlüyünə dəlalət edən bu və başqa rəvayətləri onlardan nəql edirlər. Səbəbi də budur ki, əsl fəzilət odur ki, düşmən ona şəhadət versin.

[8] Şeyx Müfid «Irşad» kitabının 252-ci səhifəsində deyir: «Hədis müəllifləri Imam Sadiq -dan hədis nəql edən dörd mindən artıq nəfərin adını qeyd etmişlər.» O həzrət 148-ci ildə vəfat etmişdir.

[9] Imran ibni Həttan Bikri xəvaricin şairlərindən idi. Onun tərcümeyi-halı «Əğani», Sasi çapı, 16-cı cild, səh.147-148-də qeyd olunmuşdur.

[10] Əbu Cə`fər Ömər ibni Sə`d Qureyşi 65, yaxud 66, yaxud 76-cı hicri ilində Muxtarın əli ilə qətlə yetirildi. Onun tərcümeyi-halı «Təhzibüt-təhzib», 7-ci, səh.451-də qeyd olunmuşdur.

[11] «Səhihi-Buxari», cihad kitabı, 2-ci cild, səh.120, cizyə kitabı, 2-ci cild, səh. 126; «Səhihi Müslüm», tərkül-vəsiyyət babı, 5-ci cild, səh.75-də onu 70 sənədlə rəva­yət et­mi­şlər; «Müsnədi-Əhməd», Əhməd Məhəmməd Şakirin təhqiqi, 1-ci cild, səh.222, hədis:935; «Təbəqati ibni Sə`d», Beyrut çapı, 2-ci cild, səh.244, «Tarixi Təbəri», 3-cü cild, səh.193. Bə`zi ibarələrdə belə qeyd olunur: «Ona nə olmuşdur?! Sayaqlayırmı?!» Di­gər rəvayətlərdə isə belə qeyd olunur: «Peyğəmbər yalnız sayaqlayır!»

[12] «Səhihi-Buxari», elm kitabı, elm babı, 1-ci cild, səh.22

[13] «Əmtaul-Əsma» kitabının 546-cı səhifəsində qeyd olunur ki, bu sözü Zeynəb binti Cəhş və Peyğəmbərin zövcələri demişdir.

[14] «Təbəqati ibni Sə`d», Beyrut çapı, 2-ci cild, səh.243-244; «Nihayətül-irəb», 18-ci cild, səh.357; «Kənzül-ümmal», 1-ci çap, 3-cü cild, səh.138, 4-cü cild, səh.52.

[15] «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.241-242.2.44

[16] «Sünəni Darəmi», 1-ci cild, səh.125; «Sünəni Əbu Davud», 2-ci cild, səh.126; «Müs­nədi-Əhməd», 2-ci cild, səh.162, 192, 207, 215; «Müsdədrəki Hakim», 1-ci cild, səh.105-106; «Camiu bəyanil-elm», Ibnu Əbdil-Birr, 2-ci çap, Qahirə, 1388-ci il, 1-ci cild, səh.85. Əbdüllah ibni Əmr ibni As Qürəyşi Səhmi 63, yaxud 65-ci ildə Məkkədə dün­yadan getmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.23, «Siyəru ə`la­mun-nübəla», 3-cü cild, səh.56, «Təhzibut-təhzib», 5-ci cild, səh.327-də gəlmişdir.

[17] «Təzkirətül-hüffaz», Əbu Bəkrin tərcümeyi-halı, 1-ci cild, səh.2-3.

[18] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.140, Qasim ibni Məhəmməd ibni Əbu Bəkrin tərcümeyi-halı.

[19] «Camiu bəyanil-elm», ibni Əbdül-Birr, 2-ci cild, səh.147; «Şərəfu Əshabil hə­dis», Xətib Bağdadi, səh.88; «Təzkirətül-Hüffaz», Zəhəbi 1-ci cild, səh.4-5; «Usdul-ğa­bə»­də (2-ci cild, səh.203) deyilir: Qərzət ibni Kə`b Ənsari, Ömərin Əmmar ilə bir­lik­də Kufəyə gördərdiyi on nəfərdən biri idi. Ühüd müharibəsində və ondan sonrakı mü­ha­ribələrdə iştirak etmiş, 23-cü hicri qəməri ilində Rey şəhərini fəth etmiş və Imam Əli Cəmələ gedən zaman onu Kufəyə vali tə`yin etmişdi. O həzrətin xila­fəti dövründə həmin yerdə vəfat etmişdir.

[20] «Kənzül-ümmal», 1-ci çap, 5-ci cild, səh.239, hədis:4865, 2-ci çap, 10-cu cild, səh.80, hədis:1398 «Müntəxəbü Kənzül Ümmal», 4-cü cild, səh.62.

Əbdür-Rəhman ibni Ovf Qürəyşi Zəhri. Peyğəmbər ¡ onunla Osman arasında qardaşlıq siğəsi oxumuş, Ömər də altı nəfərlik şurada xəlifə tə`yin edilməsini onun öhdəsinə qoymuşdu. O isə Osmanla bey`ət etmişdir. 31, yaxud 32-ci hicri ilində Mədinədə dünyadan getmişdir. «Səhih» müəllif­ləri ondan 65 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Cəvamiüs-sirə», səh.279 və «Əbdüllah ibni Səba», 1-ci cilddə qeyd olunmuşdur.

Əbdülah ibni Hüzeyfənin tərcümeyi-halını heç bir kitabda görmədik. Bəlkə də o, Əbdüllah ibni Hüzeyfə Qurəyşidir ki, mühacirlərdən öndə gedən­lər idi və Osmanın xilafəti dövründə Misirdə vəfat etmişdir. («Təqribüt-Təhzib», 1-ci cild, səh.409)

Əbu Dərda, Üveym, yaxud Amir ibni Malik Ənsari. Islamı axır vaxt­lar­da qəbul etmiş və Xəndək müharibəsində və ondan sonrakı hadisələrdə iş­ti­rak etmişdir. Peyğəmbəri Əkrəm ¡ onunla Salman arasında qardaş­lıq əqdi bağlamışdı. Osmanın dövründə Dəməşqin qazisi oldu və 32, yaxud 33-cü ildə vəfat etdi. «Sihah» müəllifləri ondan 79 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.159 160, 187 və 188 «Cəvamiüs-sirə», səh.277-də qeyd olunmuşdur.

Üqbə ibni Amir adla iki nəfər vardır: biri Cühənidir ki, «Sihah» müəllifləri ondan 55 rəvayət nəql etmişlər. Digəri isə Ənsari Səlmidir. «Usdul-ğabə», 3-cü cild, səh.417; «Cəvamiüs-sirə», səh.179.

[21] «Təzkirətül-hüffaz», 1-ci cild, səh.7, Ömərin tərcümeyi-halı.

Əbdüllah ibni Məs`ud islamı qəbul edən ilk şəxslərdən idi və Məkkədə, kafirlərin arasında Qur`anı uca səslə oxumuşdu. Buna görə onu o qədər döymüşdülər ki, burnundan qan açılmışdı. Sonra Həbəşistana, daha sonra Mədinəyə hicrət etmiş, Bədr və ondan sonrakı hadisələrdə iştirak etmişdi. Osman onun beytul-maldan olan maaşını iki il müddətində kəsmişdi. Çünki o, Kufənin valisi Vəlidin törətdiyi yaramaz işlərə görə onunla çarpışmışdı. 32-ci hicri ilində vəfat edərkən vəsiyyət etmişdi ki, Osman ona namaz qılmasın. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.256-260; «Müstədrəki-Hakim», 3-cü cild, səh.315-320-də qeyd olunmuşdur.

Əbu Məs`ud Ənsari, Əqəbət ibni Əmr Bədrinin tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.296-da qeyd olunmuşdur.

[22] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.107.

[23] «Müntəxəbu Kənzül-Ümmal», («Müsnədi Əhməd»in haşiyəsində), 4-cü cild, səh.64.

[24] Bu hadisələr ona görə Osmanın dövründə baş verirdi ki, səhabələrdən heç biri Ömərin dövründə hökumət fərmanı ilə mübarizə etməyə cür`ət tapmamışdılar. Bu rəvayət «Sünəni Darəmi», 1-ci cild, səh.132; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.354-də Əbuzərin tərcümeyi-halında gəlmişdir. Buxari də onu öz «Səhih» kitabında xülasə şəkildə (1-ci cild, səh.161) «Əl-elmu qəbləl-qovl» babında qeyd etmişdir.

[25] «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.168 Əhməd ibni Qeys Təmimi Sə`di Peyğəm­bə­rin dövründə olmuş, lakin o həzrəti görməmişdi. Cəməl müharibəsində kənara çəkil­miş, Siffeyn müharibəsində Imam Əli -ın tərəfində döyüşmüş və 67-ci hicri ilin­də Kufədə vəfat etmişdir. «Sihah» müəlliflərinin hamısı ondan rəvayət nəql et­miş­lər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Təqribut-Təhzib» kitablarında qeyd olun­muşdur.

[26] «Tarixi-Dəməşq», Məcməul-elmiyil-islamiyy, əlyazması, 9-cu cild, 2-ci hissə, səh.236-237, «Şərəfu Əshabil-hədis», səh.91.

[27] «Təzkirətül-Hüffaz», 1-ci cild, səh.7.

[28] «Tarixi Təbəri», 2-ci cild, səh.112-113; «Tarixi ibni Əsir», 3-cü cild, səh.102, 51-ci h.q ilinin hadisələri. Müğeyrə ibni Şö`bə Xəndək müharibəsi ilində Islamı qəbul etmişdi. Onun Islamı qəbul etməsinin səbəbi, Vaqidinin «Məğazi»də (2-ci cild, səh.595-598) bəyan etdiyinə əsasən, bu hadisə olmuşdu: O, 14 nəfərlə birlikdə Məquqisin sa­rayına getmişdi, o da onları əzizləmişdi. Qayıdarkən Xeybərlə Mədinə arasında şə­rab içməyə başladılar. Müğeyrə şərab içmədi və özünün məst olmuş yoldaş­la­rın­dan 13 nəfərini qılıncdan keçirtdi, on dördüncüsü də qaçıb canını qurtardı. Müğey­rə onların mal-dövlətlərini öz ixtiyarına keçirib Peyğəmbər ¡-in yanına gəldi və Islamı qəbul etdi. Lakin Peyğəmbər ¡ buyurdu: «Mən bu mal-dövlətin xüm­sü­nü götürmürəm; bu, məkr və hiylədir.» Ürvə ibni Məs`ud (Müğeyrənin əmisi) on üç nə­fər öldürülənin diyəsini onun əvəzinə verdi. Həmçinin, Kufədə hakim olduğu zaman onun zina etməsinə şahidlik etdilər. Şahidlər Ömərin yanına getdikdə Ömər onlar­dan birini öz tərəfinə çəkdi ki, onun verdiyi şəhadət qalan üç nəfərin şəhadəti ilə eyni olmasın və nəticədə onun barəsində zina həddi (cəza tədbiri) götürülsün. «Səhih» müəllifləri ondan 136 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Cəvamius-sirə», səh.288-də mövcuddur

[29] «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.15-16

[30] Hücr ibni Ədi Kindi öz qəbiləsinin nümayəndə hey`əti ilə Peyğəmbər ¡-in gö­­rü­şünə getmişdi. Qadisiyyənin fəth olunmasında iştirak etmiş, Cəməl və Siffeyn mü­­ha­ribələrində Imam Əli -ın tərəfində olmuş, Nəhrəvanda Kində qəbiləsinin sər­kərdəliyini öhdəsinə almış və Imam Əli -ın ordusunun sağ çinahında yer­ləş­mişdi. Ziyad ibni Əbih ilə, Imam Əli -a lə`nət etmək üstündə savaşdı və bir dəfə də namazı tə`xirə saldığına görə də onu xırda daşla vurdu. Ziyad Müavi­yə­nin gös­tərişi ilə onu və köməkçilərini Şama göndərdi. Müaviyə fərman verdi ki, on­lar­­dan hər biri Əlidən bezarlıq etməsə, onu öldürsün. Hücr buna görə də 51-ci ildə Mə­­rəc-Əzrada şəhadətə çatdı. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kita­bının 2-ci cil­dində verilmişdir.

[31] Rəşid Həcəri, Yəmənin Həcər qəbiləsinə mənsubdur. O, rəc`ətə iman gəti­rənlər­dən biri idi və Kufədə bu barədə söhbət edirdi ki, Ziyad onun dilini kəsib dar ağa­cın­dan asdı. Onun tərcümeyi-halı «Istiy`ab», «Usdul-ğabə» və «Ricali Kəşşi»də qeyd olun­muşdur.

[32] Meysəm Təmmar Bəni Əsəd qəbiləsindən bir qadının qulu idi ki, Imam Əli onu alıb azad etmişdi. Ibni Ziyad onu tutub saxlayan zaman dedi: Mən öldürül­mə­­mişdən qabaq məndən soruşun. Camaat ondan sual etdikləri vaxt cavablarını verdi. Ib­­ni Ziyad göstəriş verdi ki, onun başına cilov salsınlar. Islamda cilovlanan ilk şəxs o olmuşdur. Onun tərcümeyi-halı «Istiy`ab»; «Usdul-ğabə» və «Ricali Kəşşi»də möv­cuddur.

  505
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment