Azəri
Thursday 21st of November 2019
  636
  0
  0

Həyatda olanlara təvəssül edib yardım diləmək

Həyatda olanlara təvəssül edib yardım diləmək

Bu dünyada ömür sürənlərdən yardım diləyib kömək istəmək olar. Bunu şirk hesab etmək olmaz. Bu, Quran dastanlarının düzgün bilib təsdiqlədiyi məsələlərdəndir. Məsələn, Yusif peyğəmbər zindanda olarkən öz zindan yoldaşına azad olan kimi onun vəziyyəti barədə zamanın padşahı ilə söhbət etməsini xahiş edir. [1] (اذكرني عند ربك) Yaxud da Xızır peyğəmbərlə Musa (əleyhiməssəlam) bir kəndə çatdıqları zaman o kəndin camaatından xahiş etdilər

[2](فَانْطَلَقَا حَتَّى إذَا أتَيَا اهل قريه اسْتَطْعمَا أَهْلَهَا Beləliklə, kəndə gedib oranın camaatına çatdılar. Oranın adamlarından kömək istədilər.

Bu üç böyük şəxsiyyətin belə rəftarları şirk olmadığı halda belə hətta ağıllı bir rəftar sayılaraq onların isməti ilə heç bir təzadı yoxdur. Bu sözləri təsdiqləmək üçün Peyğəmbərə (s) olunan bu xitab ayəsinə istinad etmək olar:

“Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmalarını istəsəydilər peyğəmbər (də) onlar üçün əfv olunmalarını istəsəydi, yəqinliklə onlar Allahın Mehribanlığının şahidi olardılar”.[3]

 Bu ayəyə əsasən Peyğəmbər (s) günahkarların şəfaət vericisi olması icazəsi verilmişdir. Şiə etiqadına əsasən isə bu vasitəçilik yalnız Peyğəmbərin (s) həyatı dövrünə aid olmayıb hələ davam edir.

Allahın zatına təvəssül üstündürmü?

Bu mövzuda söhbətimizi bitirməzdən öncə bu suala cavab vermək istərdik: Allahın zatına təvəssül etmək üstündür yaxud övliyaullahların? "أيَّهُمْ أقْرَب" ayəsindən Allah Taalaya olan təvəssülün öncə olduğu nəticəsinə gəlmək olar. Yəni imkan olduğu qədər yalnız Allahdan yardım istəmək lazımdır. Bu islamçı ariflərin sadiq qaldığı bir üsuldur. Lakin insanlar çox zaman həyat keçidində ağıl, fitrət digər vasitələrdən istifadə etdikləri kimi, mənəvi dəyərlər yaxın ilahi münasibətlərdən kömək umurlar.

Təvəssül elə bəndəliyin özüdür

Peyğəmbərlər ilahi övliyalara təvəssül etmək Allahın fərmanı ilə mələklərə səcdə etmək kimi olduğu üçün bu şəxslərə təvəssül etmək elə bəndəliyin ibadətin özü deməkdir. Müsəlman firqələri arasında təvəssül onun ibadi xüsusiyyətlərinə etiqadı olmayan yalnız vahabiçilikdir. Qeyd etmək lazımdır ki, bu məzhəbi firqənin başçıları özünün səhv düzgün olmayan təfəkkürünə hakimiyyət bağışlamaq istəyirlər.

Sadəcə olaraq biz vahabilərin təvəssül barəsində nəzəriyyələrinin düzgün bir fikir olmadığını iddia edib onlarla müxalifətçiliyimizin səbəbini etibarlı rəvayət hədislərin əsasında bu firqə etiqadının əksini isbat etmək istəyirik. Nümunə olaraq bu hədisi diqqətinizə çatdırmaq istəyirik: Peyğəmbərin (s) vəfatından sonra ərəblərdən bir nəfər Peyğəmbərin (s) türbətinə (qəbrinə) yaxınlaşır türbətin üzərinə yıxılaraq qəbir torpağını başına tökərək belə xitab edir: Ey Rəsulallah, sizdən

" وَ لَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ"[4]

Bu ayəni eşitmişəm. İndi isə özümə qarşı zülm edib günahlarımın bağışlanması üçün buraya gəlmişəm”. Hədisin sonunda bu hadisə haqqında belə deyilir:

"فَنُودي مِنَ الْقَبْرِ قَدْ غَفَر لَكَ"

“Qəbirdən nida gəldi ki, Allah səni əfv etdi”.

Digər rəvayətdə deyilir: Bir dəfə Məkkədə qıtlıq olur. Səhabələrdən olan Bilal ibn Haris Peyğəmbərin (s) qəbri üstünə gəlir deyir: Ey Rəsulallah, bir neçə vaxtdır ki, yağış yağmır. Allahdan bizim üçün rəhmət yağışını göndərməsini xahiş et. Həmin gecə Peyğəmbər (s) yuxu aləmində ona deyir: Tezliklə ilahinin rəhmət yağışindan bəhrələnəcəksiniz.

Yeri gəlmişkən, sünnə əhlinin görkəmli şəxslərindən olan Məhəmməd ibn İdris Şafei Əhli Beytə təvəssül etməyə izn verdiyi məsələ haqqında söhbət etmək faydasız olmazdı. O deyir:

"آل النَبِي ذَرْعَتِي وَ هُمْ إلَيْهِ وَسِيلَتِي"

“Peyğəmbərin (s) Əhli Beyti mənin dirəyim Allah Taalaya yaxınlaşmaq üçün vasitələrimdirdər”.

Fatimeyi-Zəhra (s) barəsində belə bir rəvayət nəql olunur:

"أن فَاطِمَةَ – سلام الله عليها – جَاءَتْ فَوَقَفَتْ عَلَى قَبْرِ رَسُولِ الله (ص) فَاَخَذَتْ قَبْضَةً مِنْ تُرَابِ الْقَبْر فَوَضَعتها عَلَى عيْنَهَا فَبَكَتْ"

“Fatimə - salamullah əleyha Rəsulullahın (s) qəbri üstünə gəldi o həzrətin qəbirindən bir miqdar torpaq götürüb gözünə sürtdükdən sonra ağladı”.

Bu hədisdən belə məlum olur ki, Peyğəmbər (s), Məsum İmamlar din başçılarına ehtiyac əli uzatmaq heç dini etiqadın əksinə deyildir. Çünki, Fatimeyi Zəhra kimi bir şəxsiyyət əziz atasının qəbri üstə gedərək ona təvəssül etdiyi halda üçün digərləri üçün qadağan olmalıdır?! Bu məzmunda belə bir rəvayət vardır:

“Yağıntı olmadığından qıtlıq çəkənlərdən bir neçə nəfər (Peyğəmbərin (s) həyat yoldaşı) Aişənin evinə gəlib ondan məsləhət istədilər. Aişə onlara dedi: Peyğəmbərin (s) hörmətinə görə yağış yağması üçün onun mübarək məqbərəsinin tavanından qəbirin səmadan görünəcəyi qədər bir dəlik açın”.

Səhabələrin şəfa tapıb təbərrük etmək üçün Peyğəmbərin (s) türbətinə təvəssül etmələri barədə “Əttəbərrok”[5] adlı kitabda çoxlu hədislər nəql olunmuşdur.

Əbdül Vəhhab İbn Teymiyyənin nəzərində şəfaət

Şeyx Məhəmməd bin Əbdül Vəhhab, İbn Teymiyyə digər vahabilər bir neçə ayə əsasında Allahdan qeyrisindən yardım diləmək, ya onlardan şəfaət tələb etməyi şirk sayırlar. Onların əsas dəlilləri Yunus surəsinin 18-ci ayəsindəki "من دون الله" sözüdür. Vahabilər peyğəmbərlər, övliyalar, bütlər, cinlər ölüləri bu ayənin açıq-aşkar nümünəsi hesab edirlər.

Onlar həqiqətdə Peyğəmbərin bu dünyadan köçərək əlinin hər yerdən kəsildiyi, bir görə bilməyəcəyi təfəkkürü ilə cahillik dövründə onların babalarının diqqətini özünə cəlb edən cahillik bütləri ilə Peyğəmbərin o böyük şəxsiyyəti arasında fərq qoymurlar. Elə bu səbəbə görə Qiyamət günü yalnız Allahın şəfaətini müsbət, Peyğəmbərin özünün digər övliyaların şəfaətini isə mənfi cilvələndirirlər.

Vahabilərin sözlərinin zahirindən belə çıxır ki, bu firqə tam surətdə şəfaəti inkar edir. Amma onlar şəfaəti iki hissəyə: müsbət mənfi şəfaətə bölürlər.

1. Müsbət şəfaət yalnız Allah Taalaya məxsusdur bir çox ayələr buna sübutdur. Şəfaətin bu növü haqqında heç bir mübahisə yoxdur.

2. Mənfi şəfaət, Allahdan qeyrisinə məsələn, peyğəmbərlərə, övliyalara olan şəfaət - əlbəttə onların həyatda olmadıqları halda - yaranır;

Vahabilərin bu etiqadlarının əsas dəlili bu mübarək ayədir:

"وَ يَعْبُدُونَ مِنْ دُونِ اللهِ مَا لا يَضُرُّهُمْ وَ لا يَنْفَعُهُم وَ يَقُولُونَ هَؤُلاءِ شُفَعَائُنَا عِنْدَ اللهِ"[6]

“Allahın əvəzinə onlara ziyan verən mənfəət verən şeylərə sitayiş edirlər deyirlər: Bunlar Allah dərgahında bizim şəfaətvericilərimizdir”.

Şərif ayənin təhlili: Ayənin zahiri mənasından Allah Taalanın insanların şəfaətini deyil, bütlərin şəfaətini inkar etdiyi sübut olunur. Bir başqa sözlə desək من دون الله sözünü deməkdə məqsəd bütlərdirlər. Haqqın qəbul etmədiyi şəfaət bütlərin edəcəyi şəfaətdir. Aşağıdakı ayə isə bu məzmunu təsdiqləyir:

"وَ لا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَ لا يُؤخَذُ مِنْهاَ عَدْل وَ لا هُمْ يُنْصَرُونَ"[7]

“Ondan şəfaət qəbul ediləcək, onun əvəzi götürüləcək yardım ediləcəkdir”.

Qurani Kərimdə çox işlənən "من دون الله" kəlməsindən ümumiyyətlə, mütləq surətdə şəfaətin inkar olunduğu istifadə olunur. Lakin bu ümumilik mütləqlik digər ayələr vasitəsi ilə azalaraq şəfaətin müəyyən şəraitlərə sahib olan şəxslər tərəfindən olunmasına gətirib çıxarır. Aşağıdakı ayələr bu məsələyə işarədir:

"وَ لا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَا لِمَنْ اَذِنَ لَهُ "[8]

“Onun dərgahında Onun izni olmadan heç bir şəfaətverici fayda verməyəcək”.

"مَنْ ذَا الَّذِى يَشْفَعُ عنده اِلا بِاِذْنِهِ"[9]

“Allah dərgahında onun izn verdiyi şəxslərdən başqa şəfaətveici kimdir?”.

"يَوْمَئِذٍ لا تَنْفَعُ الشَّفَاعَةُ اِلا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَ رَضِي لَهُ قَوْلاً"[10]

“Rəhman Allahın, sözünü bəyənib icazə verdiyi kəsdən başqa O gündə heç bir şəfaət fayda verməz”.

"وَ لا يَشْفَعُونَ اِلا لِمَنِ ارْتَضَى..."[11]

“Onun razılıq verdiyi kəsdən başqa heç kəs şəfaət verməz”.

Beləliklə, da bu ayələrdən belə nəticəyə gəlmək olar ki, yalnız İlahi iznə sahib olanlar şəfaət verə bilərlər.

Burada belə bir sual meydana çıxır. Peyğəmbərlər övliyaların şəfaətini inkar edənlər bu ayələri görməyə bilərlərmi yaxud bu iddiaları üçün digər dəlilləri vardırmı?

Cavabında demək lazımdır ki, vahabilərin şiələrlə inadkarlıqları onları şəfaəti təsdiqləyən deyil, inkar edən ayələrə diqqət etməyə vadar etmişdir. Onlar bu siyasət metodları ilə islam dünyasını şiənin əleyhinə qaldırmaq üçün onları küfr damğası ilə ittiham etmək istəyirlər. Beləliklə vahabilərin bəzi məzhəbi etiqadlarında istemarçıların gizlin uzanan əllərini müşahidə etmək olar.

Bu etiqad növünün müqabilində Quran Peyğəmbər sünnəsinə arxalanan, Qiyamət günündə peyğəmbərlərin övliyaların şəfaətini qəbul edib onların müqəddəs türbətlərinə ehtiramla yanaşan, xüsusilə Peyğəmbərə (s) xüsusi hörmət bəsləyən şiə əqidəsi belə bir etiqadı bir çox maddi mənəvi təsirlərin mənşəyi hesab edir. Vahabilər (bu əqidəni nöqsanlı etməkdən ötrü) yalnız təvəssül edib qəbir daşlarını ziyarət etməyi haram şirk hökmünü vermək deyil, tamamilə şəfaətin əsaslarını inkar edirlər.[12] Bu Peyğəmbər (s) Məsum İmamlardan uzaqlaşmaqla nəticələnəcəkdir ki, bir növ İslamın əleyhinə gizli mübarizədir.

Təvəssül və şəfaətin inkarı tarixi

Sünnə əhlinin hicri-qəməri tarixinin 7-ci əsrində yaşamış Hənbəli alimlərindən olan İbn Teymiyyə təvəssül şəfaət barəsində belə deyir:

“Allahı nəzərdə tutmadan - hətta peyğəmbər olmuş olsa belə - ölüdən kömək istəmək, ya ölmüş şəxsdən Allahdan bizim hacətimizi yerinə yetirməsini istəmək, ya Allahdan: Ey Allahım, hansısa bir şəxsin məqamına xatir bizim hacətimizi yerinə yetir... bu kimi sözlər demək qadağan olub məsləhət görülmür. Bunların hamısı sonda ibadətdə şirklə nəticələnir”.[13]

Vahabilərin təfəkkür özülçüsünün İbn Teymiyyə olduğunu gördüyümüz kimi Məhəmməd ibn Əbdül Vəhhab xüsusilə təvəssül şəfaətin inkarı əqidəsini daha şiddətli təəssübkeşliklə müzakirə edir. Fürsət güdən[14] istemarçı qüvvələr vahabilərin digər məzhəblərlə təzadlı təfəkkür tarixindən bəhrələnmək üçün həmişə çalışıb çalışmaqdadırlar. Belə isə, vahabi etiqadının azyaşlı tarixinin özü vahabiçilik cərəyanının məzhəb olmamasına aşkar dəlil olduğuna görə bu firqəni İslami firqələrdən saymaq düzgün deyildir. Çünki elə ilk günlərdən müsəlman milləti, xüsusilə sünnə əhli İbn Teymiyyə onun davamçılarının təfəkkürünü dinin xilafına bidət olduğunu söyləmişdilər.

İbn Teymiyyənin fikirləri və sünnə əhlinin etirazı

Təqiyyuddin Əbul Abbas Əhməd ibn Teymiyyə hicri-qəməri tarixinin 661-ci ilində Türkiyənin kürdlər yaşayan zonası Urfa şəhərində anadan olmuşdur. Tatarların İslam dövlətlərinə həmləsi zamanı, o, ailəsi ilə Dəməşqə gedir orada Hənbəli mədrəsəsinə daxil olub Quran əzbərləməyə başlayır. Bu dövrdə o, İbn Hənbəlin “Müsnəd” Təbərinin “Əlmocəm” kitablarını oxuyaraq digər elmləri öyrənməklə məşğul olur. Deyirlər gözəl hafizə fövqəladə istedad sahibi imiş.[15]

Həddən artıq bacarıq zövqü onu təhsil illərində bir çox fikri problemlərlə qarşılaşdırır. Ustadlarının nəzər- cavabları ilə qane olmayan İbn Teymiyyə yavaş-yavaş zamanın alim fəqihlərinin etirazına səbəb olaraq həbsə alınıb sürgün düşməsi ilə nəticələnir.

İbn Teymiyyə tövbə etdikdən sonra dövrün hakimi olan Əl-Sultan Nasir hicri-qəməri tarixinin 709-cu ilində onu yenidən Dəməşqə göndərir. O isə alimlər fəqihlər ilə sülh yolu ilə davranır.[16] Hicri-qəməri tarixinin 720-ci ilində yenə fəqihlərlə “talaq” məsələsi barəsində nəzəriyyəsinə görə zindana düşərək 721-ci ildə Sultanın məktubu əsasında azad olunur.

Azadlığa çıxandan sonra isə bu dəfə verdiyi fitvalara görə ölkəsinin şiə sünnü alimləri ilə ixtilafa düçar olaraq zamanın hökumətinin fərmanı ilə Dəməşq qülləsində zündana düşür.

Bu dəfə hökümət onun fitva verməsini qadağan edərək Şafei hakiminin fitvası əsasında onun bütün şagirdlərini, o cümlədən İbn Qəyyim Covzini, həbsə alırlar. Yeri gəlmişkən demək lazımdır ki, camaat ondan çox narahat olduqları üçün hətta onu öldürmək qərarına da gəlmişdilər.



[1] Yusuf (12), 42-ci ayə.

[2] Kəhf (18), 77-ci ayə.

[3] Nisa (4), 64-cü ayə.

[4] Nisa (4), 64-cü ayə.

[5] Ayətullah Əhmədi Miyanci, “Əttəbərrok”, səh. 147-151, Beyrut çapı.

[6] Yunus (10), 18-ci ayə.

[7] Bəqərə (2), 48-ci ayə.

[8] Səbə (34), 23-cü ayə.

[9] Bəqərə (2), 255-ci ayə.

[10] Taha (20), 109-cu ayə.

[11] Ənbiya (21), 28-ci ayə.

[12] Daha çox məlumat almaq üçün Seyid İbrahim Ələvinin “Tarixçeye nəqd və bərresiye vahabiyan” kitabının 257-353 səhifələrinə və digər kitablara müraciət edin.

[13] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyənin “Bətələl islahud-diniy”, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 136 və 139.

[14] Bulanlıq sudan balıq tutanlar (kitabda bu atalar sözü istifadə olunmuşdur).

[15] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyə “Bətələl islahud-diniy”, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 16.

[16] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyə Bətələl islahud-diniy, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 30.

  636
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
    Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
    Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
    Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
    Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
    Kovsər hovuzu nədir?
    Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
    Quran baхımından Allahı tanımaq yоlu
    Davranış

latest article

    Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
    Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
    Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
    Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
    Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
    Kovsər hovuzu nədir?
    Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
    Quran baхımından Allahı tanımaq yоlu
    Davranış

 
user comment