Azəri
Tuesday 26th of March 2019
  504
  0
  0

HÖKUMƏTİN XÜSUSİYYƏTİ

HÖKUMƏTİN XÜSUSİYYƏTİ

Əvvəlki bölmələrdə İmam Məhdi (ə)-ın hökumətinin hədəfləri, proqramları və nailiyyətələri barəsində söhbət olundu. Sonda isə bu hökumətin bə`zi xususiyyətlərini qeyd edirik. O cümlədən, hökumətin sərhədləri, mərkəzi hökumətin müddəti, işçilərin tə`yin edilməsi, onların təqdim edilməsi eləcə də hökumətin böyük rəhbərinin tutuduğu üsblub və s.ni araşdıracağıq.

Hökumətin sərhədləri və onun mərkəzi

Şübhəsiz həzrəti Məhdi (ə)-ın hökuməti dünya səviyyəlidir, çünki bütün bəşəriyyətə onun və`dəsi verilmişdir və bütün insanların arzularının həyata keçməsi onun əli ilə olacaqdır. Buna görə də onun hökuməti dövründə yaranacaq gözəlliklər və yaxşılıqlar dünyanın hər bir yerini əhatə edəcəkdir. Çoxlu rəvayətlər bu həqiqəti təsdiqləyir ki, onlardan bə`zilərini qeyd edirik.

A) Bir çox rəvayətlərin məzmunu belədir ki, həzərti Məhdi (ə) yer üzünü haqq-ədalətlə dolduracaq. Necə ki, zülm və haqqsızlıqla dolmuşdur.[1] Yer («ərz») kəlməsi bütün yer kürəsini əhatə edən bir mə`naya malikdir və onun yer kürəsinin hər hansı məhdud bir hisəsinə şamil olmasına heç bir dəlil yoxdur.

B) İmam Məhdi (ə)-ın dünyanın müxtəlif məntəqələrinə hakim kəsiləcəyindən xəbər verən rəvayətlər. Bu da o məntəqələrin geniş səviyyəli olmasından və əhəmiyyətindən söhbət açır və o həzrətin bütün dünyaya hakim kəsiləcəyini göstərir. Bu da bəyan edir ki, rəvayətlərdə bə`zi ölkələrin və şəhərlərin adının qeyd edilməsi xüsusi şəkildə nümunələr və misallar qəbilindən olmuş, eləcə də həmin dövrdə yaşayan dinləyicilərin dərk etmə qüvvəsi nəzərə alınmışdır.

Müxtəlif rəvayətlərdə Rum, Çin, Deyləm, Türk, Sind, Hind, Qostəntəniyyə Kabul, Şah və Xəzərdən İmam Məhdi (ə)-ın hakim kəsildiyi və onun əli ilə fəth edilən məntəqələr ünvanı ilə qeyd edilmişdir.[2]

Qeyd etmək lazımdır ki, həmin məntəqələr İmamların dövründə hazırkı dövrdə olduğundan daha geniş miqyaslı ərazilərə aid edilirdi. Misal üçün, Rum dedikdə bütün Avropaya hətta Amerika qitələrinə də şamil olurdu. Çin dedikdə bütün Şərqi Asiya, hətta Yaponiyaya da şamil olurdu. Eləcə də, Hindistan dedikdə hazırkı Pakistan ölkəsinə də aid edilirdi.

Qostəntəniyyə dedikdə İstanbul şəhəri nəzərdə tutulurdu ki, o dövrdə mövcud olan məntəqə və şəhərlər arasında ən müqavimətli şəhər hesab olunur və həqiqətdə onun fəth olunması ən böyük bir qələbə sayılırdı. Çünki Avropaya daxil olmaq üçün əsl yollardan biri sayılırdır.

Bir sözlə, İmam Məhdi (ə)-ın dünyanın mühüm və həssas məntəqələrinə hakim kəsilməsi onun dünya səviyyəsində olan hökumətinin miqyasını bəyan edir.

V) Birinci və ikinci qismdən olan rəvayətlədən əlavə, çoxlu rəvayətlərdə göstərilir ki, imam Məhdi (ə)-ın hökuməti dünya səviyyəli olacaqdır.

Peyğəmbəri Əkrəm (s) buyurur ki, Allah-Taala belə buyurmuşdur: «Mən Öz dinimi onların 12-ci imamının əli ilə bütün dinlərə qalib edəcəyəm, onların əli ilə Öz fərmanımı (bütün insanlara) hakim edəcəyəm, onların axırıncısının İmam Məhdinin (qiyamı) vasitəsilə yer üzünün hər bir yerini Öz düşmənlərimdən paklayacağam və onu yerin şərqinə və qərbinə hakim edəcəyəm.»[3]

İmam Baqir (ə) buyurur:

اَلْقائِمُ مِنّا... يَبْلُغُ سُلْطانَهُ الْمَشْرِقَ وَالْمَغْرِبَ وَيُظْهِرُاللهُ عَزَّ وَ جَلَّ بِهِ دينَهُ عَلَى الدّينِ كُلِّهِ وَلَوْكَرِهِ الْمُشْرِكُونَ...

«Qaim bizdən (Peyğəmbər xanədanından) olacaqdır... (O bir şəxsdir ki), onun hakimiyyəti aləmin şərqini və qərbini əhatə edəcək, Allah onun əlləri ilə Öz dinini bütün dinlərə qalib edəcəkdir, -hətta müşriklərin xoşuna gəlməsə də belə.»[4]

Amma Məhdi (ə)-ın dünya səviyyəli hökumətinin mərkəzinə gəldikdə isə, tarix də Kufə şəhəri qeyd olunur ki, o zamanda böyük miqyasa malik olacaqdır. Belə ki, bu, onun bir neçə kilometrliyində olan Nəcəf şəhərinə də şamil olur. Məhz buna görə də bə`zi rəvayətlərdə Kufə, bə`zi rəvayətlərdə isə Nəcəf şəhəri imamın hökumətinin mərkəzi kimi qeyd olunmuşdur.

İmam Sadiq (ə) uzun bir hədisdə belə buyurmuşdur: «Onun (Həzrəti Məhdinin) hökumətinin mərkəzi Kufə şəhəri, onun qəzavət etdiyi yer isə Kufənin böyük məscidi olacaqdır.»[5]

Qeyd etmək lazımdır ki, Kufə şəhəri qədim dövürlərdən etibarən Peyğəmbər əhli-beytinin diqqət yetirdiyi bir mərkəz, Həzrəti Əli (ə)-ın hakimiyyət yeri olmuşdur. Onun məşhur məscidi də islam dünyasında dörd böyük məsciddən biridir. İmam Əli (ə) orada namaz qılmış, xütbə oxumuş qəzavət işlərini yerinə yetirmiş və nəhayət, həmin məscidin mehrabında şəhadətə çatmışdır.

Hökumətin davam etmə müddəti

Bəşəriyyət çox uzun bir müddətdə -zülm və haqsızlığın hakimiyyətini arxada qoyduqdan sonra, dünya Allahın axırıncı höccətinin zühur etməsi ilə yaxşılıqların hakimiyyətinə doğru gedəcək, hökumət yaxşı insanların əlində qərar tutacaqdır. Bu da Allah-Taalanın və`də verdiyi labud və qaçılmaz işlərdəndir.

Həzrəti Məhdi (ə)-ın hakimiyyəti ilə başlanaraq dünyanın axırına qədər davam edən yaxşılıqlar hökumətində zülmün və zalımların dövranı bir daha təkrar olunmayacaqdır.

Bundan öncə Peyğəmbəri Əkrəmdən (s) nəql etdiyimiz «Allah-Taala axırıncı mə`sum rəhbərin hakimiyyətini müjdə vermişdir» kəlamının axırında buyurulur: «(Məhdi hakimiyyətə çatandan sonra) onun dövləti davam edəcək və qiyamətə qədər yer üzünün hakimiyyətini Özünün dostlarının əli ilə dolandıracağdır.»[6]

Buna əsasən, imam Məhdi (ə) tərəfindən qurulan ədalət qurşluşundan sonra heç bir dövlət gəlməyəcəkdir və həqiqətdə bəşər həyatının yeni bir tarixi başlanacaqdır ki, yer üzünün hər tərəfində ilahi hakimiyyət bərqərar olunacaq.

İmam Baqir (ə) buyurur: «Bizim dövlətimiz dövlətlərin axırıncısıdır və dövlət sahibi olan elə bir xanədan qalmaz ki, bizim hökumətimizdən sonra hakim olsun. Nəhayət (Əhli-beytin hökuməti bərqərar olar və) hökmranlıq üslubunu görən zaman deyərlər: Əgər biz də hakim olsaydıq, belə əməl edərdik.»[7]

Buna əsasən, zühurdan sonra ilahi hökumət quruluşunun davam etmə müddəti imam Məhdi (ə)-ın şəxsən özünün hökumətdə olduğu müddətdən ayrıdır. Rəvayətlərə uyğun olaraq o Həzrət ömrünün qalan hissəsini hakimiyyətdə olacaq və nəhayət dünyadan gedəcəkdir.

Şübhəsiz, o Həzrətin hökumət müddəti o qədər olmalıdır ki, bütün dünya səviyyəsində ədalətin həyata keçməsi və bərqərar olunması üçün imkan mövcud olsun. Lakin bu hədəfin neçə ildə həyata keçməsinə gəldikdə isə, o, təxmini nəzərdən başqa bir şey deyildir və rəvayətlərə müraciət etmək lazımdır.

Əlbəttə, o ilahi rəhbərin qabiliyyətlərinə, o Həzrətin ilahi tofiq və qeybi yardımlarına, eləcə də onun ixtiyarında olan layiqli köməkçilərinə, zühur zamanında insani dəyərlərin və gözəlliklərin hakimiyyətini qəbul etmək üçün hazırlığın olmasına diqqət yetirməklə, mümkündür ki, və`dəsi verilən Həzrət Məhdinin ilahi risaləti nisbətən qısa müddət ərzində baş versin və bəşəriyyətin uzun əsrlər boyu aciz olduqları bir şey on ildən də qısa bir müddətdə baş versin.

Həzrəti Məhdi (ə)-ın hökumətinin davam etmə müddətini bəyan edən rəvayətlər müxtəlifdir: Bə`ziləri o həzrətin hökumətinin müddətini 5 il, bə`ziləri 8 il, bə`ziləri 9 və 10 il bəyan etmişlər. Bə`zi rəvayətlərdə bu müddət 19 ildən bir neçə ay artıq və nəhayət 40 il və 309 il qeyd edilmişdir.[8]

Bundan əlavə, rəvayətlərdə bu qədər fərqlərin səbəbi mə`lum deyildir. O həzrətin hakimiyyətinin həqiqi müddətini bu rəvayətlərin arasından tapmaq çətindir. Amma bə`zi şiə alimləri yeddi il müddətinin məşhur olduğuna görə bu nəzəri seçmişdir.[9]

Bə`ziləri demişlər ki, İmam Məhdi (ə)-ın hökumətinin müddəti  yeddi ildir, lakin o həzrətin hökumətinin illərinin hər biri bizim illərin on ilinə bərabərdir ki, bu mətləb də bə`zi rəvayətlərdə qeyd olunmuşdur.

Ravi İmam Sadiq (ə)-dan Həzrəti Məhdi (ə)-ın hökumətinin neçə il davam edəcəyi barədə sual etdikdə İmam buyurdu: «(Həzrəti Məhdi) yeddi il hökumət edəcəkdir ki, sizin dövranınızın yetmiş ilinə bərabərdir.[10]

Mərhum Əllamə Məclisi buyurur: «İmam Məhdi (ə)-ın hakimiyyət müddəti ilə əlaqədar nəql olunan rəvayətlərdə aşağıdakı ehtimallara diqqət yetirmək lazımdır: Rəvayətlərin bə`ziləri isə hökumətin bütün müddətinə işarə edir, bə`ziləri hökumətin səbat və möhkəmliyinə. Bə`ziləri bizim tanış olduğumuz illər və günlərlə, bə`ziləri də o həzrətin dövranına aid olan illər və günlərə müvafiqdir ki, nisbətən daha uzun olacaq. Allah bu məsələnin həqiqətini daha yaxşı bilir.»[11]

İmamın hökumətdə tutduğu üslub

Hər bir hakim özünün müxtəlif idarəçilik və hökumət yönlərində xüsusi üslublara malikdir ki, bunun özü də onun hökumətinin imtiyazlarından sayılır. İmam Məhdi (ə) da dünya səviyyəli hökumətin idarə olunmasını öhdəsinə alan zaman özünün dünya səviyyəli quruluşunun tədbir və idarəçiliyində xüsusi üslubdan istifadə edəcəkdir. Keçən bölmələrdə o həzrətin tutduğu üslublardan bə`zilərinə işarə edilsə də, amma mövuzunun əhəmiyyətini nəzərə almaqla münasib görürük ki, bu bölmədə onu ayrıca şəkildə araşdıraq və Peyğəmbəri Əkrəm (s) və imamların dəyərli kəlamlarından İmam Məhdi (ə)-ın hökumət üslubunu daha yaxşı şəkildə anlayaq.

Əvvəldə demək lazımdır ki, rəvayət o həzrətin tutduğu üslubdan ümumi bir təsvir yaradır. O da bundan ibarətdir ki, imam Məhdi (ə)-ın tutduğu üslub elə Peyğəmbəri Əkrəmin (s) üslubudur. Peyğəmbəri Əkrəm (s) özünün zahir olduğu dövrdə cahiliyyətin hər bir yönündə mübarizə aparıb insanın dünya və axirət səadətinə zəmanət verən həqiqi islamı öz mühitində hakim etdiyi kimi, həzrəti Məhdi (ə) da özünün zühuru ilə qədim cahiliyyətdən qat-qat ürək yandıran olan yeni cahiliyyətlə mübarizə apararaq islami və ilahi dəyərləri yeni cahiliyyətin virançılıqları arasında bərqərar edəcəkdir

İmam Sadiq (ə)-dan Həzrəti Məhdi (ə)-ın üslubu barəsində soruşulduqda, buyurdu:

يَصْنَعُ كَما صَنَعَ رَسُولُ اللهِ يَهْدِمُ ما كانَ قَبْلَهُ كَما هَدَمَ رَسُولُ اللهِ اَمْرَالْجاهِلِيَّة وَيَسْتَأْنِفُ الْاِسلامَ جَديداًٍ

«İmam Məhdi (ə) Peyğəmbəri Əkrəm (s) kimi əməl edəcək. Peyğəmbəri Əkrəm (s) (camaatın arasında) mövcud olan cahiliyyət adət-ən`ənələrini məhv edib aradan apardığı kimi, imam (ə) da öz zühurundan əvvəl mövcud olan cahiliyyət adətlərini məhv edəcək, islamı yenidən quracaqdır.» [12]

Bu qeyd olunanlar və`dəsi verilən imamın, öz hakimiyyəti dövründə ümumi və külli siyasətlərindən ibarət idi. Əlbəttə, zaman baxımından şəraitlər bir-birindən fərqli olduğuna görə hökumətin idarəçiliyində və qanunların icra olunma üslublarında dəyişikliklərin olunmasını tələb edir ki, bu da rəvayətlərdə qeyd olunmuşdur. Biz bu böləmədə həmin rəvayətlərin bir qismini bəyan edirik.

Cihad və mübarizə üslubu

İmam Məhdi (ə) özünün dünya səviyyəli iniqilabı ilə küfr və şirki dünyanın hər bir yerindən təmizləyəcək, bütün insanaları müqəddəs islam dininə də`vət edəcəkdir.

Peyğəmbəri Əkrəm (s) bu barədə buyurmuşdur:

«Onun (İmam Məhdinin) tutduğu yol eyni ilə mənim yolumdur: O camaatı mənim dinim və şəriətimdə qərar verəcəkdir.»[13]

Əlbəttə, o həzrət elə bir şəraitdə zühur edəcəkdir ki, haqq tam aşkar şəkildə təqdim olunacaq, dünya insanlarına höccət hər bir cəhətdən tamam ediləcəkdir.

Bununla belə, bə`zi rəvayətlərə əsasən Həzrəti Məhdi (ə) həqiqi və təhrif olunmamış Tövratı və İncili Antakiyadkı bir mağaradan çıxaracaq, onların vasitəsi ilə yəhudilərə və məsihilərə dəlil gətirəcəkdir ki, nəticədə onların çoxu islamı qəbul edəcəklər.[14] Müxtəlif xalqların o dövrdə islama yönəlməsinin səbəbi bundan ibarətdir ki, onların hamısı Məhdi (ə)-a qeybdən yardım olunduğunu, Həzrəti Musanın əsasının, Süleyman peyğəmbərin üzüyünün, Peyğəmbəri Əkrəmin (s) zirehli libası, qılıncı və bayrağının onunla yanaşı olduğunu,[15] eləcə də o həzrətin Allah peyğəmbərlərinin hədəflərinin həyata keçirilməsi, dünya səviyyəli ədalətin bərqərar olunması üçün qiyam etdiyini gördükləri zaman islama daha çox meyl edəcəklər. Aydındır ki, haqq və həqiqətin bütün dünya xalqlarına təqdim olunduğu belə bir şəraitdə yalnız o kəslər dindən kənarda qalacaqlar ki, özlərinin insani və ilahi hüviyyətlərini əldən vermiş olsunlar. Bunlardan da fəsad, zülm və sairdən başqa şeylər gözlənilmir. Həzrəti Məhdi (ə)-ın pak dövləti onların napak və iyrənc varlıqlarında paklanmalıdır. Məhz belə olan yerdə Məhdi (ə)-ın iti ədalət qılıncı, qınından çıxacaq, tam qüdrət və şövkətlə inadkar zalımların başına enəcək, onlardan bir kəs belə sağ qalmayacaqdır. Bu da elə Peyğəmbəri Əkrəm (s) və Həzrəti Əli (ə)-ın tutduğu üslub idi.[16]

İmamın məhkəmə pirinsiplərində tutduğu üslüb

Və`dəsi verilən şəxs ədalətin bütün yer üzərində bərqərar edilməsi üçün ehtiyat saxlanıldığından, bu ilahi vəzifənin yerinə yetirilməsi üçün möhkəm bir məhkəmə sisteminə ehtiyac duyulur. Buna əsasən, o Həzrət bu sahədə də əziz atası imam Əli (ə)-ın tutduğu üsluba əməl edəcək, insanların tapdalanmış haqlarını tam cidiyyətlə və qüdrətlə bərpa etməyə çalışacaq, hər yerdə olursa olsun, haqqı alaraq sahibinə qaytaracaqdır.

O həzrət ədalətə elə dəqiq şəkildə əməl edəcəkdir ki, rəvayətlərə uyğun olaraq, diri insanlar arzu edəcəklər ki, kaş ölülər qayıdaraq onun ədalətinin bərəkətindən bəhrələnəydilər.[17] Bə`zi rəvayətlərdə qeyd edilir ki, İmam Məhdi (ə) qəzavət və mühakimə məqamında həzrət Süleyman və Həzrəti Davud (ə) kimi əməl edəcək, onlar kimi, zahiri şahidlərin şahadətinə görə deyil malik olduğu ilahi elm əsasında əməl edəcəkdir.

İmam Sadiq (ə) buyurmuşdur:

«Ali-Məhəmmədin Qaimi qiyam edən zaman Davud və Süleyman kimi mühakimə yürüdəcəkdir: (yə`ni) heç bir şahid istəməyəcəkdir.»[18]

Bu cür mühakimələrin sirri bəlkə də bu ola bilər ki, o, ilahi elmə etimad etdiyinə görə həqiqi ədaləti bərqərar edəcəkdir, halbuki, zahiri şahidlərə və onların sözlərinə etimad olunsa təkcə zahiri ədalət hakim olacaqdır. Çünki hər bir halda şahidlər insanların arasından olduqlarına görə, səhv və yanlışlıq ehtimalı veriləcəkdir.

Əlbəttə, İmam Məhdi (ə)-ın qeyd olunan üslubdakı qəzavətinin necəliyinə gəldikdə isə, bu barədə nəzər vermək çox çətindir. Lakin bunu anlamaq olar ki, həmin üslub o həzrətin dövranına hakim olan şəraitə uyğun gələcəkdir.

İmamın idarəçilikdə tutduğu yol

Hökumətin mühüm işlərindən biri də qanun icarçılarından işçilərdən ibarətdir. Hökumətin məsuliyyətli işçilərinin layaqətli insanlar olduğu təqdirdə dövlət və xalqın işi çox tez qaydasına düşəcək, hökumətin izlədiyi hədəflərə çatmaq daha asan olacaqdır.

Həzrət Məhdi (ə) dünya səviyyəli bir hökumətin başçısı ünvanı ilə ən yaxşı köməkçilərinin arasından dünyanın müxtəlif məntəqələrinə özünün hakimlər tə`yin edəcəkdir. Onlar islam hakiminin bütün xüsusiyyətlərinə, o cümlədən idarəçilik, elm, təqva niyyətdə və əməldə pak olmaq, qərar qəbul etmək məqamında şücaətli olmaq və s. Bütün bunlarla belə, İmam (ə)-ın özü aləmin idarəçilik mərkəzinin böyük rəhbəri kimi, daim hakimlərin əmələrini nəzarət altına saxlayacaq, tam diqqətlə, heç nəyə güzəşt etmədən onlardan hesab çəkəcəkdir. İmam Məhdi (ə)-ın hökumətindən əvvəl təqribən unudulmuş olan bu mühüm xüsusiyyət rəvayətlərdə «imam Məhdi (ə)-ın əlamətinin biri» ünvanı ilə bəyan edilmişdir. Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:

عَلامَةُ المَهْدى اَنْ يَكُونَ شَديداً عَلَى العُمّالِ جَواداً بِالْمالِ رَحيماً بِالْمَساكين

«Məhdinin əlaməti bundur ki, özünün işçiləri ilə çox şiddətli (və dəqiq) olacaqdır. Onun çox-çox əta edən əli vardır, miskinlərə və yoxsullara qarşı çox mehribandır.»[19]

İmamın iqtisadi üslubu

Hökumətin maddi cəhətdən idarə olunmasında İmam Məhdi (ə)-ın tutduğu yol müsavat və bərabərlik prinsipinə əsaslanır ki, bu da Peyğəmbəri Əkrəmin dövründə də mövcud olan bəyənilmiş bir üslub idi, amma ondan sonra dəyişdirilmiş, ayrı-ayrı şəxslərə saysız-hesabsız sərvət verilməsi üçün yalançı me`yarlar yaranmış və bu da islam cəmiyyətində sinfi ziddiyyətlərin və təbəqələrin arasında parçalanmanın yaranmasına səbəb olmuşdur. İmam Əli (ə) və İmam Həsən (ə) öz xilafətləri dövründə müsəlmanlara beytül-mal verilməsi xüsusunda bərabərliyə riayət etsələr də, lakin onlardan sonra Bəni Üməyyə müsəlmanların mal-dövlətini özlərinin şəxsi əmlakı kimi və eləcə də ayrı-ayrı fərdlərin məsləhətinə uyğun olaraq istifadə etdilər və bu yolla da özlərinin qanunsuz hökumətlərinin əsaslarını möhkəmləndirdilər. Onlar əkinçilik sahələri və başqa yerləri ümumi əmlakdan olduğu halda öz qohum əqrəbalarına hədiyyə edirdilər. Üçüncü xəlifənin, eləcə də Bəni-Üməyyə xəlifələrinin dövründə özünün son hədinə çatan bu üslub tədrciçi olaraq rəsmi şəkildə qəbul edilmişdir.

Ədalət simvolu olan həzrəti Məhdi (ə) insanların beytül malını ümumi və hamının şərik olduğu bir əmlak ünvanı ilə qərar verəcək, onda heç növ ayrı seçkiliyə və yersiz imtiyazlara yol verilməycəkdir.  Ümumi sərvətlərin və torpaq ərazilərinin bəxşiş edilməsi ümumi şəkildə qadağan olacaq.

Peyğəmbəri Əkrəm (s) buyurur:

...اِذا قامَ قائمُنا اصْمَحَلَّتْ القَطائِعُ فَلاقَطائِع

«Bizim qaimimiz qiyam edən zaman qətayeni (zalım hakimlərinin öz mülkiyyətinə keçirdiyi, yaxud başqasına həvalə etdiyi torpaq sahələrini) aradan aparacaq, belə ki, heç bir qətaye qalmayacaqdır.»[20]

İmam (ə)-ın maddi və iqtisadi məsələlərdə tutduğu üslubların bariz nümunələri budur ki, bütün insan fərdlərinin həyatı üçün məqbul sayılan rifahın və maddi imkanların yaradılması və ehtiyacların tə`min edilməsi üçün insanlara çoxlu mal-dövlət bağışlayacaqdır. Onun hakimiyyəti dövründə ondan bir şey istəyən hər bir ehtiyaclı şəxsə çoxlu miqdarda mal-dövlət veriləcəkdir.

Peyğəmbəri Əkrəm (s) buyurur:

...فَهُوَ يَحْثُوا الْمالَ حَثْواً

«O (Məhdi) əmvalı (mal-dövləti) çoxlu miqdarda paylayacaqdır.»[21]

Bu üslub fərdi və ictimai zəminələrdə islahat işlərinin aparılmasına şərait yaradacaqdır ki, bu da yaxşı insanların İmamının böyük hədəfidir. O Həzrət insanları maddi cəhətdən ehtiyacsız etməklə yanaşı, onların Pərvərdigari-aləmə itaət və ibadət etməs üçün münasib şərait yaradacaqdır ki, bu da «hökumətin hədəfləri» bölməsində ətraflı şəkildə qeyd olundu.

İmamın şəxsi üslubu

İmam (ə)-ın şəxsi və eləcə də insanlarla əlaqədar olan rəftarında tutduğu üslub nümunəvi bir islam hakiminin rəftarını bəyan edir ki, hökumət onun nəzərində insanlara xidmət etmək və onları kamalın yüksək həddinə çatdırmaq üçün bir vasitədir, nəinki mal-dövlət toplayıb zülm etmək və Allah bəndələrinin əməyini mənimsəmək!

Doğrusu, saleh insanların imamı hakimiyyət kürsüsündə əyləşən zaman Peyğəmbəri Əkrəm (s) və Əli (ə)-ı xatirələrdə canlandıracaqdır; bütün mal-dövlətin və sərvətlərin onun ixtiyarında olması ilə yanaşı, özünün şəxsi həyatında ən sadə və ibtidai səviyyəli bir şəxs kimi yaşayacaq, minimum miqdarla qənaətlənəcəkdir.

İmam Əli (ə) o həzrəti vəsf edərək buyurur:

«İmam (Məhdi) özü ilə əhd bağalayacaqdır ki, (cəmiyyətin hakimi və rəhbəri olsa da, amma) öz rəiyyəti kimi əməl edəcək, onlar kimi geyinəcək, onların mindiyi miniyə minəcəkdir... və az miqdarla qənaətlənəcəkdir.»[22]

İmam Əli (ə)-ın özü belə idi və maddi dünya həyatında, yeməli və geyməlilər də Peyğəmbər (s) kimi zahidliyə malik idi. Məhdi (ə) da bu xüsusda o həzrətə iqtida edəcəkdir.

İmam Sadiq (ə) buyurmuşdur:

اِنَّ قائِمُنا اِذاقامَ لَبِسَ لِباسَ عَلِىّ وَسارَ بِسيرَتِهِ

«Bizim Qaim qiyam edən zaman Həzrəti Əlinin paltarlarını geyəcək və onun tutduğu üslubla gedəcəkdir.»[23]

Özü barəsində çox ciddiyyətli və dəqiq olduğu halda, ümmətilə mehriban bir ata kimi nəvazişlə davranacaq, onların asayiş, rifah və rahatlığını tə`min edəcəkdir. Belə ki, İmam Riza (ə)-dan nəql olunan bir rəvayətdə o Həzrət belə vəsf edilir:

اَلْاِمام،الْاَنيسُ الرَّفيق وَالوالِدُ الشَّفيق وَالْاَخُ الْشَقيق وَالْأُمُّ البِرَّةِ بِالْوادِ الصَّغير مفْزِعُ الْعِبادَ فِى الدّاهِيةالنّاد

«O imam insanla mehriban yoldaş olan munis, mehriban bir ata, (qardaşına arxa duran doğma) bir qardaş, körpəsinə ürəyiyananlıq və qayğıkeşlik göstərən bir ana kimidir; o, ağır və xoşagəlməz hadisələrdə bəndələrin sığınacağıdır.»[24]

Bəli, o həzrət ümmətlə o qədər səmimi və yaxın əlaqəyə malikdir ki, hamı onu özünə bir pənahgah və sığınacaq hesab edir. Peyğəmbəri Əkrəm (s)-dən nəql olunur ki, Həzrəti Məhdi barəsində belə buyurmuşdur: «Arılar ana arının ətrafına yığışaraq ona sığındığı kimi, ümməti də ona sığınacaqdır.»[25]

O, kamil rəhbərin bir nümunəsi kimi, insanların arasından seçiləcək, onların arasında və onlar kimi yaşayacaqdır. Həmin səbəbə görə də onların dərdlərini yaxşı şəkildə hiss edib çarəsini biləcək, bütün sə`ylərini onların vəziyyətlərinin yaxşılaşdırılmasına sərf edəcək və bu yolda yalnız Allahın razılığını fikirləşəcəkdir. Belə olan halda, ümmət nə üçün onun ətrafında aramlıqda və əmin`amanlıqda olmasın və hansı dəlilə əsasən ondan başqasına ümid bağlasın?!

Ümümxalq tərəfindən qəbul olunma

Hökumətlərin nigarançılıqlarından biri də ümumxalq kütlələrinin razılığını cəlb etməkdir. Lakin onların idarəçilik məcmuələrində mövcud olan çoxlu nöqsanlı hallara və zəifliklərə görə, belə bir razılıq hasil olmamışdır. İmam Məhdi (ə)-ın hökumətinin əsas xüsusiyyətlərindən biri də budur ki, o, cəmiyyətin bütün təbəqələri və sinifləri tərəfindən qəbul ediləcək, təkcə yer əhli deyil, asiman əhli də o ilahi hökumətə və ədalətli hakimin rəhbərliyinə kamil şəkildə razılıq verəcəkdir.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Məhdini sizə müjdə verirəm... Asimanın və yerin əhli ondan (və onun hökumətindən) razıdır. Necə mümkün ola bilər ki, bir kəs Məhdinin hakimiyyətindən narazı olsun, halbuki bütün dünya əhli bəşəriyyətin məsləhət və səadətinin bütün maddi və mənəvi yönlərdə o həzrət ilahi hökumətinin sayəsində müyəssər olduğunu biləcəkdir.»[26]

Yaxşı olar ki, bu bölmənin axırında Əli (ə)-ın gözəl bir kəlamını qeyd edək.

«Allah onu (İmam Məhdini) Öz mələklərinin vasitəsi ilə dəstəkləyəcək, onun köməkçilərini hifz edəcək və Özünün əlamət və nişanələrinin vasitəsi ilə ona kömək edəcək, onu bütün yer əhlinə qalib edəcək. Belə ki, (hamı) ya tam rəğbət və meyl üzündən, ya da ikrah üzündən ona üz gətirəcək, o, yer üzünü haqq-ədalət və aydınlıqla dolduracaqdır. Şəhərlərin (abadlıqların) əhalisi ona iman gətirəcək, nəhayət ona iman gətirməyən heç bir kafir, yaxşı əməl sahibinə çevrilməyən heç bir pis əməl sahibi qalmayacaqdır. Onun hakimiyyəti dövründə vəhşi heyvanlar da bir-biri ilə barışacaq, yer öz xeyir-bərəkətini çölə çıxardacaq, asiman öz xeyrini nazil edəcək, (yerin) xəzinələri onun üçün aşkar olacaqdır... Xoş olsun o kəsin halına ki, onun dövranını görüb sözlərini eşidə!»[27]



[1] Kamalud din, 24-ci bab, hədis 1 və 7

[2] Qeybəti Nömani, Ehticaçi Təbərsi.

[3] Kamalud din, birinci cild,  bab 23, hədis 4, səh. 477

[4] Kamalud din, birici cild, bab 32, hədis 16, səh. 603

[5] Bihar, 53-ci cild, səh. 11

[6] Kamalud din, birinci cild, bab 23, hədis 4, səh. 477

[7] Qeybəti-Tusi, 8-ci fəsil, hədis 493, səh. 472

[8] Bu rəvayətlər barədə əlavə mə`lumat almaq üçün «Məhdi (ə)-ın hökumətinə nəzər» adlı kitaba (Nəcmudin Təbəsi) səh. 173-175-ə baxa bilərsiniz.

[9] Seyyid Sədruddin Sədrin «əl Məhdi» kitabı, səh. 239, Tarixi ma bə`d əzzühur, Seyyid Məhəmməd Sədr

[10] Qeybəti Tusi, fəsil 8, hədis 497, səh. 474

[11] Biharul-ənvar, 52-ci cild, səh. 280

[12] Qeybəti Nömani, 13-cü bab, 13-cü hədis, səh. 236

[13] Kamalud din, ikinci cild, bab 39, hədis 6, səh. 122

[14] İsbatul-hüdat, üçüncü cild, səh 249-251

[15] İsbatul hüdat, üçüncü cild, səh. 439-494

[16] Yenə orada, səh. 450

[17] Əl Fitən, səh. 99

[18] İsbatul-hüdat, ikinci cild, səh. 447

[19] Möcəmi əhadisil imam Məhdi, birinci cild, hədis 152, səh. 246

[20] Biharul-ənvar, 52-ci cild, səh. 309

[21] Möcəmul əhadisi İmam Məhdi, birinci cild, səh. 232, hədis, 143

[22] Müntəxəbul-əsər, 6-cı fəsil» 11-ci bab, hədis 4, səh. 581

[23] Vəsailüş-şiə, üçüncü cild, səh. 348

[24] Üsuli kafi, birinci cild, 1-ci hədis, səh. 225

[25] Müntəxəbul-əsər, 7-ci fəsil,7-ci bab, 2 hədis, səh. 598

[26] Bihar, 51-ci cild, səh. 81

[27] İsbatul hüdat, 3-cü cild, səh. 524

  504
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment