Azəri
Sunday 24th of March 2019
  676
  0
  0

Dar qesmat vasad az left aval item akhar .

Dar qesmat vasad az left aval item akhar .

 

DİN VƏ MƏZHƏBİN ƏSASLARI

Məhəmməd zəkalı bir şagirddir. O, hamı ilə mehriban davranır, böyüklərə hörmət edir və özündən kiçiklərə kömək göstərir. Elə buna görə də ailəsi, dostları və müəllimləri onu çox sevirlər.

O, müəllimə çox diqqətlə qulaq asır və bütün dərsləri yaxşı başa düşür. Dərs barəsində və ümumiyyətlə başa düşmədiyi məsələlər haqda suallar verir və müəllimlər heç vaxt onun verdiyi suallardan narahat olmurlar.

Bir gün din müəllimi şagirdlər üçün «Üsuli-din»in mə`nasını açıqlayaraq dedi:

Mənim əzizlərim! Din, əqidə və şəriətdən ibarətdir. «Üsulidin» İslam dininin aqidələrəri, «Firuidin» isə İslam şəriəti deməkdir.

Din və məzhəb əsasları beş hissədən ibarətdir:

Tövhid, Ədl, Nübuvvət, İmamət və Mə`ad.

1-Tövhid:

Tövhid, Allah-taalanın vahid və yeganəliyi və Onun heç bir şərikinin olmamasından ibarətdir.

Bə`zi insanlar heyvan, büt və ya ulduzlara, bə`ziləri isə insana ibadət edərək, onu Allah adlandırırlar. Digər insanlar da müxtəlif mə`budlara sitayiş edərək yağış, günəş, əkinçilik, məhəbbət, müharibə, xeyir, şər və s. bu kimi işlər üçün xüsusi «allahlar» təsəvvür edirlər. Belə şəxslər «müşrik» adlanırlar.

Uşaqlar! İslam, tövhid dinidir. Həqiqətən Allah-taala bütün elçi və peyğəmbərlərini yalnız Allahın yeganəliyi və şəriksiz olduğunu insanlara çatdırmaq üçün göndərmişdir. Əgər Allah üçün bir şərik olsaydı, o da öz peyğəmbərini göndərərdi.

Həzrət Əmirəl-mö`minin İmam Əli (ə) İmam Həsən Müctəbaya (ə) buyurmuşdur:

«Oğlum! Bil ki, Rəbbinin bir şəriki olsaydı, şübhəsiz o da öz peyğəmbərini göndərərdi.»

Məhəmməd dedi: Müəllim! Atam deyir ki, Allahdan başqa kimsəyə ibadət edən şəxs müşrikdir. Bu söz doğrudurmu?

Müəllim dedi: Bu söz doğrudur. Allahdan başqa heç bir şeyə və şəxsə ibadət və itaət etmək olmaz. Çünki vahid olan Allahdan başqa heç bir mə`bud yoxdur.

2-Ədl (Ədalət):

Əziz uşaqlar! Ədl sözündən məqsəd, Allah-taalanın xalqı yaratmaqda, onlara ruzi verməkdə və axirət həyatında pis işlər müqabilində günahkarların cəzalandırılmasında və bu kimi qalan işlərdə ədalətli olmasıdır.

Amma dünyada müşahidə etdiyimiz zülm və ədalətsizliklər, xalqın ilahi dinə iman gətirib, onu icra etməkdən boyun qaçırmalarının nəticələridir.

Allah-taala buyurur:

«Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özlərinə zülm edirlər!»

(Qeyd etmək lazımdır ki, bu əsas, Əhli-beyt (ə) məzhəbinin prinsiplərindən sayılır).

3-Nübuvvət:

Nübuvvət, Allah-taalanın bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlər göndərməsi, həmçinin hidayət, ədalət və səadət olan dini onlara vəhy etməsindən ibarətdir. Tarixin əvvəlindən Allah-taala tərəfindən yüz iyirmi dörd min peyğəmbər göndərilmişdir ki, onların sonuncusu əziz peyğəmbərimiz həzrət Məhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm)-dir. O həzrət (s) sonuncu ilahi peyğəmbər olduğu üçün, İslam dini də sonuncu din, Qur`an isə sonuncu səmavi kitab sayılır.

Məhəmməd dedi: Müəllim! Keçmişdə yaşamış xalqlar ilahi peyğəmbərlərdən itaət edirdimi?

Müəllim: Peyğəmbərlərə iman gətirib onlardan itaət edənlərin sayı çox az olmuşdur və onlar kafirlər tərəfindən müxtəlif əzab-əziyyətlərə mə`ruz qalmışlar.Lakin bütün bunlarla yanaşı o ilahi şəxsiyyətlər daim səbrli olub, Allah yolunda yorulmadan çalışmış və nəticədə Allah-taala onlara kömək etmişdir. Necə ki, İslam Peyğəmbəri (s) və ona iman gətirənlər bu yolda səbr etmiş və Allah-taala da onların kafirlər üzərində qələbə çalmasına və ilahi ədaləti bərqərar etməsinə yardımçı olmuşdur.

Toğrul soruşdu: Nə üçün həmişə mö`minlərin sayı az olmuşdur?

Müəllim: Həcmi böyük, amma meyvəsi az olan ağac görmüsənmi? Mənim əzizlərim! Daş, torpaq və kəsək olduqca çox, qiymətli daş-qaşlar isə həddindən artıq azdır. Mö`minlər cəmiyyətin meyvələri, dəyərli və bahalı daş-qaşları kimidir. Allah-taala buyurur:

«...Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükr etməz!»

Qur`ani-kərimdə «xalqin çoxu» haqda bir çox mənfi ifadələr işlənmişdir:

«…Lakin xalqın çoxu bilmir.»

«…Lakin xalqın çoxu iman gətirmir.»

«…Lakin xalqın çoxu haqdan ikrah edəndir.»

«…Onların çoxu fasiqdir.»

«…Onların çoxu öz ağlını işlətmir.»

4-İmamət:

Əziz Peyğəmbərimiz (s) özündən sonra Əli ibn Əbi Talib (ələyhis-səlam)-ı və daha sonra ardıcıl olaraq onun on bir övladını İslam ümməti üçün İmam və rəhbər tə`yin etmişdir. Çünki İslam peyğəmbəri həzrət Məhəmməddən (səlləllahu ələyhi və Alihi və səlləm) sonra xalqı o həzrətin (s) peyğəmbərliyinə hidayət edən, İslam ədaləti və qayda-qanunlarını həyata keçirən mə`sum bir rəhbərə ehtiyac vardır. (Bu əsas da məzhəb prinsiplərindən sayılır).

Allah-taala tərəfindən tə`yin olunan mə`sum İmamlar aşağıdakılardan ibarətdir:

1-İmam Əli (əleyhis-salam);

Rəcəb ayının 13-ündə dünyaya gəlmiş və Ramazan ayının 21-ində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İraqın Nəcəf şəhərində yerləşir.

2-İmam Həsən Müctəba (əleyhis-salam);

Ramazan ayının 15-ində anadan olmuş və Səfər ayının 28-ində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı Mədinə şəhərinin Bə`qi qəbristanlığında yerləşir.

3-İmam Hüseyn (əleyhis-salam);

Şə`ban ayının 3-ündə dünyaya gəlmiş və Məhərrəm ayının 10-unda şəhid edilmişdir. Məzarı İraqın Kərbəla şəhərində yerləşir.

4-İmam Zeynəl-abidin (əleyhis-salam);

Cəmadiyəl-əvvəl ayının 15-ində dünyaya göz açmış və Məhərrəm ayının 25-ində şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bə`qi qəbristanlığında yerləşir.

5-İmam Məhəmməd Baqir (əleyhis-salam);

Rəcəb ayının 1-ində dünyaya gəlmiş və Zil-hiccə ayının 7-sində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı Mədinə şəhərinin Bə`qi qəbristanlığında yerləşir.

6-İmam Cə`fər Sadiq (əleyhis-salam);

Rəbiul-əvvəl ayının 17-sində dünyaya göz açmış və Rəcəb ayının 25-ində şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bə`qi qəbristanlığında yerləşir.

7-İmam Musa Kazim (əleyhis-salam);

Səfər ayının 7-sində dünyaya göz açmış və Rəcəb ayının 25-ində şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərində yerləşir.

8-İmam Rza (əleyhis-salam);

Zil-qə`də ayının 11-ində anadan olmuş və Səfər ayının 30-unda şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İranın Məşhəd şəhərində yerləşir.

9-İmam Cavad (Məhəmməd Təqi) (əleyhis-salam);

Ramazan ayının 19-unda anadan olmuş və Zil-hiccə ayının 5-ində şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərində yerləşir.

10-İmam Hadi (Əliyyən-Nəqi) (əleyhis-salam);

Zil-həccə ayının 10-unda dünyaya göz açmış və Rəcəb ayının 3-ündə şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İraqın Samirra şəhərində yerləşir.

11-İmam Həsən Əskəri (əleyhis-salam);

Rəbiüs-sanı ayının 8-də dünyaya göz açmış və Rəbiül-əvvəl ayının 8-ində şəhid edilmişdir. O həzrətin (ə) müqəddəs məzarı İraqın Samirra şəhərində yerləşir.

12-İmam Məhəmməd ibnil-Həsən əl-Mehdi (əleyhis-salam);

O həzrət (ə) hicri tarixi ilə 255-ci ilin Şə`ban ayının 15-də dünyaya göz açmış və hal-hazırda da diridir. O həzrət (ə) müəyyən məsləhətlərə əsasən xalqın gözünə görünmür və Allah-taala məsləhət bildiyi vaxt zühur edib, İslam dinini bütün dünyada hakim edəcəkdir.

Məhəmməd dedi: Müəllim! İmamlar həzrət Peyğəmbərdən (s) sonra nə işlə məşğul olurdular?

Müəllim: Onlar Allah yolunda çalışaraq xalqa İslamı öyrədir, böyük alimlər və mö`minlər yetişdirir, azğınlarla mübarizə apararaq, ilahi dinin qorunması yolunda hətta öz canlarını belə fəda edirdilər.

Məhəmməd soruşdu: O zaman müsəlman ölkələrinə mə`sum imamlar başçılıq edirdilərmi?

Müəllim: Mənim əzizlərim! Həzrət Peyğəmbərdən (s) sonra bir çox hadisələr baş vermiş və imamlar arasında yalnız həzrət Əli (əleyhis-salam) və daha sonra az bir müddət ərzində həzrət imam Həsən Müctəba (əleyhis-salam) İslam hakimiyyətinə yiyələnmişdir.

Səkkizinci imam həzrət Rza (əleyhis-salam)-a gəldikdə isə, qeyd etməliyik ki, xəlifə Mə`mun özündən sonra o həzrəti (ə) canişin tə`yin etməyə məcbur oldu, lakin az keçmədi ki, o həzrətə (ə) qarşı zülm edib onu şəhid etdi.

Həzrət imam Mehdi (əleyhis-salam) isə Allah və`də verdiyi zaman gəlib çatdiqda, qiyam edərək İslam dinini dünyaya yayacaq və həzrət Peyğəmbərin (s) bu müjdəsini həyata keçirəcək:

«Mehdi mənim Əhli-beytimdəndir, adı isə mənim adımdır. Allah-taala onun vasitəsi ilə yer üzünü zülm bürüdükdən sonra ədalətlə dolduracaqdır.»

Toğrul soruşdu: İnsan min ildən artıq necə yaşaya bilər?

Müəllim: Həqiqətən Allah-taala hər bir şeyə qadirdir. O, Məryəm oğlu İsa (əleyhis-salam)-ı asimana aparmışdır, iki min ilə yaxındır ki, onu diri saxlayır və məsləhət bildiyi vaxt yer üzünə qaytaracaqdır. Həmçinin Xızr (əleyhis-salam)-ın ömründən min illər ötməsinə baxmayaraq, indiyədək sağ-salamatdır. O, gözlərə görsənmir və İmam Mehdi (əleyhis-salam)-la birgə yaşayır. Biz isə onların harada qaldıqlarını və hara getdiklərini bilmirik.

İslam Peyğəmbərinin (s) buyurduğuna əsasən, həzrət İsa (ə) və Xızr (ə), İmam Mehdi (əleyhis-səlam)-ın köməkçilərindən olacaqlar.

5-Mə`ad:

Ölümdən sonrakı həyat, axirət dünyası, məhşər, sorğu-sualı və digər şeylərdən ibarətdir. Həqiqətən insan, dünyasını dəyişərkən, yalnız onun cismi ölür, ruhu isə diri qalaraq axirət həyatını davam etdirir.

İnsan, Qiyamət günü gəlib çatdıqda yenidən dirilərək sorğu-sual üçün Allah-taala hüzuruna gətiriləcək, o zaman yerlər və göylər dəyişdiriləcək, bədənlərimiz otlar kimi yerdən qalxacaq və ruhlarımız öz bədənlərinə qayıdacaqlar. Belə ki, ata-anamız olan Adəm və Həvva (əleyhiməs-salam)-dan başlayaraq bəşəriyyətin sonunadək hamı torpaqdan qalxacaqdır. Daha sonra Allah-taala xalqın hamısından etdikləri əməllərin hesabını çəkəcək və hesab başa çatdıqdan sonra mö`minləri Cənnətə, kafirləri isə Cəhənnəmə ötürəcəkdir.

Mənim əzizlərim! Hər bir insan gördüyü işlər haqqında sorğu-suala tutulacaq və nəticədə layiq olduğu cəza və ya mükafata yiyələnəcək. Ona görə də həddindən artıq diqqətli olmalı, daim yaxşı işlər görməli və pis işlərdən çəkinməliyik.

Allah-taala müqəddəs Qur`anda buyurur:

«O gün insanlar əməllərinin özlərinə göstərilməsı üçün (qəbrlərdən məhşərə) dəstə-dəstə çıxacaqlar…!

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır).

Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir).»

DƏRSİN XÜLASƏSİ

1-Tövhid, Allahın yeganə və şəriksiz olmasından ibarətdir.

2-Ədl, Allahın hər bir işdə ədalətli olması deməkdir.

3-Nübuvvət, Allahın xalqı hidayət etmək üçün peyğəmbərlər göndərməsindən ibarətdir.

4-Mö`minlərin sayı azdır, amma tarix boyu Allahın izni ilə bir çox az dəstələr, sayı çox olan dəstələrə qalib olmuşdur.

 5-İmamət, əziz Peyğəmbərimizin (s) özündən sonra Əli ibn Əbi Talib (əleyhis-salam)-ı və daha sonra ardıcıl olaraq onun on bir övladını İslam ümməti üçün imam və rəhbər kimi tə`yin etməsindən ibarətdir;

6-On iki imamın birincisi həzrət Əli (əleyhis-səlam), sonuncusu isə Sahibəz-zəman imam Mehdi (əleyhis-salam)-dır ki, Allah-taala onun vasitəsi ilə İslamı bütün dünyaya yayaraq, bəşəriyyəti zülmdən xilas edəcəkdir;

7-Mə`ad dedikdə, ölümdən sonrakı həyat nəzərdə tutulur. Belə ki, mö`minlər Cənnətdə yaşayacaq, kafirlər isə Cəhənnəmdə əzab çəkəcəklər.

  676
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment