Azəri
Monday 25th of March 2019
  715
  0
  0

UZUN ÖMÜR

BEŞİNCİ BÖLMƏ

UZUN ÖMÜR

İmam Məhdi (ə)-ın həyatı ilə əlaqədar olan bəhslərdən biri də o həzrətin uzun ömürlü olmasıdır. Bə`ziləri üçün belə bir sual irəli gəlir ki, bir insanın bu qədər uzun ömrə malik olması necə mümkün ola bilər![1]

Bu sualın mənşəyi və onun çəkilmə səbəbi hazırkı dövrdə insanların çox qısa ömürlü olub, 80-100 arasında ömür sürməsidir ki,[2] bu kimi ömrü görmək yaxud eşitməklə uzun ömürlülüyə inana bilmir,yaxud onu çox çətin bir iş kimi qəbul edirlər. Halbuki, əql və elm nəzərindən bu iş qeyri-mümkün deyil. Alimlər bədən üzvləri üzərində təhqiqat aparıb bu nəticəyə çatmışlar ki, insan çox uzun illər ömür sürə bilər, hətta bu dövrdə qocalığa və zəifliyə də düçar olmaya bilərlər. Bernad Şav deyir: «Bütün bioloqların nəzərində qəbul olunan elmi bir prinsip bundan ibarətdir ki, bəşər ömrü üçün heç bir hədd-hüdud tə`yin etmək olmaz və uzun ömür sürməyin heç bir məhdudiyyəti yoxdur.»[3]

Professor Etinger yazır: «Mənim nəzərimə görə bizim başladığım işlərin və teknikanın inkişaf etməsi ilə, iyirmi birinci əsrin insanı minlərlə il ömür sürə bilər.»[4]

Buna əsasən, qocalığa qarşı mübarizədə qələbə çalmaq və uzun ömürlülüyə yol tapmaq barədə alimlərin göstərdikləri fəaliyyətlər belə bir hadisənin mümkünlüyünü göstərir. Belə ki, bu yolda müvəffəqiyyətli tədbirlər görülmüşdür. İndinin özündə dünyanın müxtəlif yerlərində münasib ab-hava və qidalanmaq, eləcə də münasib fiziki fəaliyyətlər, fikri səy`lər və kimi münasib şəraitlər nəticəsində 150 ilə yaxın ömür sürmüş insanlar görünür və bə`zi hallarda bundan artıq da ömür sürürlər. Mühüm məsələ budur ki, insanların tarixində uzun ömürlülük keçmişdə də çox təcrübədən çıxarılmış, asimani və tarixi kitablarda onların adları, əlamətləri və tərcümeyi-halları ilə birlikdə çoxlu insanlar qeydə alınmışdır ki, onların ömürləri bugünkü insan ömüründən olduqca uzun olmuşdur.

Bu barədə çoxlu kitab və məqalə yazılmışdır ki, nümunə olaraq bir neçəsini qeyd edirik:

1-Qur`ani-Kərimdə bir ayə vardır ki, nəinki uzun ömürlülüyün, hətta əbədiyyətə qədər diri qalmağın mümkünlüyündən xəbər verir. O da Həzrət Yunus barəsində nazil olan ayədir ki, buyurulur: «Əgər o (Yunis), balığın qarnında təsbih deməsəydi, qiyamət gününə qədər balığın qarnında qalacaqdı.»[5]

Bu ayəyə uyğun olaraq həddindən artıq uzun ömürlülük (Həzrət Yunisin əsrindən qiyamətə qədər) əbədi həyat adlandırılmaqla, Qur`ani Kərimin nəzərində insan və balıq üçün mümkün olan bir işdir.[6]

2-Qur`ani Kərim Həzrət Nuh barəsində buyurur: «Həqiqətən, Biz Nuhu öz qövmünə doğru göndərdik və o, qövmü arasında 950 il qaldı.»[7]

Bu şərif ayədən aydın olan müddət o Həzrətin peyğəmbərlik dövründən ibarətdir. Başqa rəvayətlərə əsasən, o həzrət 2450 il həyat sürmüşdür.[8]

Maraqlıdır ki, İmam Səccad (ə)-dan nəql olunan bir rəvayətdə deyilir: «İmam Məhdi (ə) barəsində Həzrəti Nuh (ə)-ın həyatından bir üslub və sünnə vadır: o da uzun ömürlülükdür.»[9]

3-Həzrət İsa (ə) barəsində isə belə buyurulur: «...Onu əsla öldürmədilər və dara da çəkmədilər; əksinə, bu iş onları səhvə saldı... Yəqin olaraq onu öldürmədilər, əksinə, Allah Onu öz yanına apardı. Allah qüdrətli və elm sahibidir.»[10]

Qur`an və hədislərə istinadən bütün müsəlmanlar inanırlar ki, Həzrət İsa (ə) diridir və asimanlardadır, Həzrəti Məhdi (ə) zühur edən zaman yen üzünə nazil olaraq o həzrətə kömək edəcəkdir.

İmam Baqir (ə) buyurur: «Bu əmrin sahibində (Həzrəti Məhdidə) dörd peyğəmbərdən dörd sünnə vardır... İsa (ə)-dan olan sünnə bundan ibarətdir ki, (Məhdi barəsində də): «O vəfat etmişdir», halbuki, o diridir deyəcəklər»[11]

Qur`andan əlavə, Tovrat və İncildə də uzun ömürlülər barəsində söhbət açılır. Tövratda deyilir: «Adəmin yaşadığı bütün ömür 930 il idi ki, ondan sonra dünyadan getdi... Ənuşun ömrü 950 il idi ki, ondan sonra ölmüşdü... Qeynanın ömrü 910 il olmuş sonra ölmüşdü... Mətuşalehin ömrü 969 il olmuşdur.»[12]

Buna əsasən, Tövratda uzun ömürlülüyün varlığına (900 ildən artıq həyat sürməyə) aşkar şəkildə dair e`tiraf olunur.

İncildə də mövcud olan bə`zi ibarələrdə deyilir ki, «İsa (ə) dara çəkildikdən sonra dirilmiş və asimanlara getmişdir.»[13]

O, müəyyən bir vaxtda nazil olacaqdır və şübhəsiz ki, o həzrətin ömrü 2000 ildən artıqdır. Bu bəyanla aydın olur ki, iki dinin–yəhudi və məsihiət dininin ardıcılları müqəddəs kitaba inandıqlarına görə, uzun ömürlülüyü də qəbul etməlidirlər.

Uzun ömürlülük elmi və əqli cəhətdən qəbul edildiyinə və keçmişdə onun çoxlu uzun nümunəsi olduğuna görə, Allah təalanın sonsuz qüdrəti dairəsində də isbat olunmağa qadirdir. Bütün asimani din ardıcıllarının inancına görə, aləm zərrələri hamılıqla Allahın ixtiyarındadır və bütün səbəblərin tə`siridə yalnız Onun iradəsinə bağlıdır. Əgər O istəməzsə, səbəblər tə`sirdən düşər, eləcə də əgər o bir şeyi istəyərsə təbii səbəblər olmadan bir şeyi xəlq edərək yaradır.

O elə bir qüdrətli Allahdır ki, dağın içindən bir dəvə çıxarır, yandırıcı odu hə1zrəti İbrahim (ə) üçün sərin və salamatlıq yeri edir, dəryanı Musa və onun ardıcılları üçün qurudur, onları sudan olan iki sütunun arasından keçirdir![14] Peyğəmbərlərin və ilahi övliyaların xülasəsi, ilahi zəxirələrin sonuncusu, bütün yaxşı və saleh bəndələrin son arzuları və əzəmətli Qur`anın və`dələrini həyata keçirən bir şəxsin Allah tərəfindən uzun ömürlü olması mümkün ola bilməzmi?! İmam Həsən Müctəba (ə) buyurmuşdur: «...Allah onun (Həzrəti Məhdinin) ömrünü qeybət dövründə uzadacaqdır. Sonra ilahi qüdrətlə onu, hələ 40 yaşına çatmayan bir cavan simasında aşkar edəcəkdir ki, Allah təalanı hər bir şeyə qadir olduğunu dərk etsinlər[15].

Buna əsasən, 12-ci imamın uzun ömürlü olması həm əqli, həm elmi, həm də tarixi cəhətdən mümkün olan və qəbul ediləsi bir işdir. Bunların hamısından öncə də, Allah təalanın iradəsinin cilvəgahı və qüdrət məzhəri hesab olunur.



[1] İndi (kitabın yazıldığı) 1425-ci hicri qəməri ilində yaşayırıq. İmam Məhdi (ə)-ın 255-ci qəməri ilində dünyaya gəlməsini əsas tutaraq, bizim imamımızın hal-hazırda 1070 yaşı vardır.

[2] Əlbəttə, indinin özündə 100 yaşdan artıq ömürlər də tapılır ki, çox azdır.

[3] İmam Zaman (ə)-ı uzun ömürün sirri, Əli Əkbər Məhdipur, səh 13

[4] Elm jurnalı, 6-cı il, nömrə 6, səh 147

[5] Saffat surəsi, 144

[6] Xoşbəxtlikdən, Madaqaskar sahillərində dörd yüz milyon il ömür sürmüş balığın tapılması balıq üçün belə bir ömrün mümkünlüyünü əyani etmişdir. («Keyhan» qəzeti, 6413-cü nömrə, 22-8-1343)

[7] Ənkəbut surəsi, ayə 14

[8] Kəmalud din, ikinci cild, 46-cı  bab, üçüncü hədis, səh 309

[9] Kəmalud din, birinci cild, 21-ci bab, dördüncü hədis, səh 591

[10] Nisa surəsi, 157

[11] Biharul-ənvar, 51-ci cild, səh 217

[12] «Zindeyi ruzigaran», səh 132 (Tövratdan nəqlən; Fazil Xaninin tərcüməsi, Sifri peydayiş, 5-ci bab, 5-32-ci ayələr.)

[13] Zindeyi Ruzgaran, səh 134 (Əhdi-cədiddən nəqlən; Ə`mali Rəsulan kitabı, birici bab, 1-12-ci ayələr)

[14] Bunlar Qur`ani Kərimdə gələn həqiqətlərdir Ənbiya surəsi 69, Şüəra surəsi 63

[15] Biharul-ənvar, 51-ci cild səh 109

  715
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment