Azəri
Tuesday 26th of March 2019
  1205
  0
  0

“FATİMEYİ-ZƏHRA” MƏSCİDİNİN MƏSƏLƏSİ ALİ MƏHKƏMƏNİN PLENUMUNA ÇIXARILACAQ

 

Şeyx Allahşükür Paşazadə: “Yalnız bundan sonra məscidlə bağlı digər hüquqi məsələlər həllini tapacaq

 

 

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə Yeni Günəşlidəki “Fatimeyi-Zəhra” məscidinin gələcək taleyi ilə bağlı danışıb. “Turan” informasiya agentliyinin məlumatına görə, şeyx prezident İlham Əliyevin göstərişilə məscidin QMİ-nin sərəncamına verildiyini deyib, məscidin bütünlüklə idarənin tabeçiliyinə keçməsi üçün isə məhkəmə prosedurundan keçməsini vacib sayıb: “Bundan sonra məscidlə bağlı digər məsələlərin də həllini tapacaq”.

 

Bəzi məlumatlara görə, “Fatimeyi-Zəhra (s.ə.)” məscidi barədə əsassız məhkəmə qərarlarının Ali Məhkəmənin Plenumunda ləğv ediləcəyi barədə qərarın qəbul ediləcəyi də gözlənilir.

 

Məscidin dini icmasının vəkili Aslan İsmayıl “Yeni Müsavat”a açıqlamasında Ali Məhkəmənin plenumuna artıq kasasiya şikayəti verildiyini bildirdi: “Ölkə başçısı məscidin açılması üçün sərəncam verməklə iradə nümayiş etdirdi. Onu deyə bilərəm ki, hazırda məscid heç kimin sərəncamında deyil. Çünki Ali Məhkəmə məscidin sökülməsi haqqında qərar verib. Məhkəmə bundan öncəki qərarları ləğv etdikdən sonra dini icma ilə QMİ öz aralarında məscidin kimin sərəncamına verilməsi haqqında qərar qəbul etməlidirlər”.

 

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu da deyerler.org-a açıqlamasında “Fatimeyi-Zəhra (s.ə.)” məscidi ətrafında narahatlıqların tam çözülməsi üçün müvafiq hüquqi prosedurların tətbiq edilməsinin böyük əhəmiyyəti olduğunu deyib. Onun sözlərinə görə, bu mövzu hələ də ictimaiyyətin diqqət mərkəzindədir: “Müraciətlərdən bəlli olur ki, inanc kəsimi "Fatimeyi-Zəhra (s.ə.)" məscidi barədə bir neçə ay öncə qəbul edilmiş müsbət qərardan məmnunluq hissi keçirsələr də, bunun müfaviq hüquqi tərtibatının həyata keçirilməsi baxımından müəyyən nigaranlıq mövcuddur".

 

İ.İbrahimoğlunun fikrincə, Ali Məhkəmənin plenumunun bu situasiyaya müəyyənlik gətirəcəyi barədə xəbər - narahatlıqların tam aradan getməsi baxımından əhəmiyyətli ola bilər.

  1205
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment