Azəri
Sunday 21st of April 2019
  674
  0
  0

Almatıda “3+2" formatında keçirilən görüşdən quru bəyanat çıxdı

Ter-Petrosyan: “Müharibə realdır və Azərbaycanın münaqişənin hərbi yolla həllinə dair xəbərdarlıqları başadüşüləndir”

 

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən dünən Qazaxıstanın Almatı şəhərində ATƏT xarici işlər nazirlərinin qeyri-formal toplantısı çərçivəsində keçirilən Qarabağ danışıqlarından heç bir nəticə hasil olmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan əvvəlcə ikitərəfli görüş keçiriblər, daha sonra görüşə ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, Fransa xarici işlər naziri Bernar Kuşner və Rusiya xarici işlər naziri Sergey Lavrov qatılıblar.

 

“3+2" formatında keçirilən və təxminən saat yarım çəkən danışıqlardan sonra nazirlərin heç biri jurnalistlərə açıqlama verməyib. Ancaq daha sonra Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri adından danışıqlara dair birgə bəyanat yayılıb. Bəyanatda bildirilir ki, həmsədr ölkələr 2009-cu il dekabrın 1-də Afinada verilən bəyanata sadiq qaldıqlarını bəyan edir və tərəfləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırırlar: "Münaqişə tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmalı və nizamlanma prosesi Helsinki Yekun aktına, o cümlədən güc tətbiq etməmək, dövlətlərin ərazi bütövlüyü, tərəflərin bərabər hüquqluğu və millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır".

 

Bəyanat müəllifləri xatırladıb ki, 2009-cu il iyulun 10-da Akvilldə, 2010-cu il iyunun 26-da Kanadada ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin rəhbərləri Dmitri Medvedyev, Barak Obama və Nikola Sarkozi birgə bəyanatla çıxış edərək qeyd ediblər ki, tərəflər Helsinki Yekun Aktına və qeyd olunan prinsiplər əsasında münaqişənin ədalətli və uzunmüddətli həllinə nail olmalıdır. Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Staynberq Rusiya prezidenti Dmitri Medvedyevin və xarici işlər naziri Sergey Lavrovun tərəflərin mövqeyini yaxınlaşdırmağa yönəlmiş səylərini yüksək qiymətləndiriblər. Bəyanatda qeyd olunur ki, “münaqişə tərəflərinin səyləri fikir ayrılıqlarının aradan qaldırmaq üçün kifayət qədər yetərli olmayıb”.

 

Bəyanatda iyunun 19-20-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən və hər iki tərəfin itki verməsi ilə nəticələnən silahlı insidentə də münasibət bildirilib. XİN başçıları münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə çağırıb və bildirib ki, bu kimi hallar sülh prosesinə zərər vura bilər. Bəyanat müəllifləri baza prinsiplərini razılaşdırmaq və danışıqlar prosesini davam etdirmək üçün tərəfləri kompromis ruhunda köklənməyə çağırıblar. (APA)

 

Bəyanatın yayılmasının ardınca danışıqları şərh edən xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, (APA)heç bir irəliləyiş əldə etmək mümkün olmayıb: “Biz çox çalışdıq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, üstəgəl ATƏT-in Minsk Qrupuna rəhbərlik edən ölkələrin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı ilə çıxış edək. Təəssüf ki, Ermənistanın xarici işlər naziri bir sıra məsələlərə etirazını bildirməklə birgə bəyanatın qəbul olunmasına imkan vermədi. Buna görə də bəyanat üç həmsədr ölkənin nazirləri adından qəbul olundu. Biz çalışırdıq ki, qəbul olunacaq bəyanat irəliyə doğru daha bir addım olsun. Bilirsiniz ki, hələ Kanadada prezidentlər səviyyəsində bəyanat qəbul olunub və orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının 6 prinsipi öz əksini tapıb. Bunların sırasında Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Ermənistanla Dağlıq Qarabağ arasında yolun açılması da var. Əgər Ermənistan birinci mərhələdə qoşunlarını çıxarsa, elə həmin gündən bütün yollar və kommunikasiyalar açılmış olacaq. Ermənistanla Dağlıq Qarabağ arasında yol Laçından da, Kəlbəcərdən də, Zəngilandan da keçə bilər. Təəsüf ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmadı və biz həmsədrlərlə birgə işi davam etdirmək barədə qərar qəbul etdik”. Elmar Məmmədyariov qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabra kimi regiona səfər edəcəklər. Amma o səfərin dəqiq tarixinin məlum olmadığını deyib.

 

Danışıqlar prosesinin dalana dirəndiyi bir vaxtda vaxtilə Qarabağa görə hakimiyyətdən devrilmiş Levon Ter-Petrosyan maraqlı açıqlamalar verib. O deyib ki, münaqişənin həlli üçün Qərbdən kömək gözləməyə dəyməz və Rusiyaya ümid etmək lazımdır. Çünki münaqişənin açarı Rusiyanın əlindədir: «Əfqanıstan, İraq, İran problemləri, həmçinin iqtisadi böhran Qərb üçün daha vacibdir. Cənubi Qafqaz enerji daşıyıcılarının tranziti baxımından da Qərb üçün prioritet olmadı. Qərbdən fərqli olaraq, Rusiya üçün bu region vacibdir. Bəzi Qərb dövlətləri də bu üzdən Cənubi Qafqazda baş verənlərə müdaxilə etmir. Odur ki, həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də İrəvan-Ankara münasibətlərinin normallaşdırılmasında açar Moskvanın əlindədir».

 

Ter-Petrosyana görə, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək barədə xəbərdarlıqları təəccüblü deyil. Çünki Ermənistan olmasa da Azərbaycan hərbi variantı heç vaxt gündəmdən çıxara bilməz. “Əgər Ermənistan da ərazi itirən tərəf olsaydı, bu cür davranardı. Müharibənin başlanması təhlükəsi bu gün keçmişdə olduğu qədər realdır, gələcəkdə də belə olacaq. Ermənistan hakimiyyəti bu məsələdə xalqla səmimi olmalıdır”, - deyə o bildirib. Eks-prezident və müxalifət lideri Ermənistanda əhalinin sürətlə azalmasını xatırladaraq deyib ki, bu məsələdə türklərin arzusunun gerçəkləşəcəyi gün uzaqda deyil: “Ermənilərsiz Ermənistan arzusu gerçəkləşmək üzrədir, əhali günbəgün azalır. Hakimiyyət bu suala cavab verməlidir ki, hansı yolla davam edən mühacirəti dayandırmaq istəyir”. Ter-Petrosyan onu da əlavə edib ki, Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkün olmayacaq: “Türkiyə hökuməti bunu daha nə qədər təkrar etməlidir ki, reallığı başa düşsünlər?”

  674
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      از نظر بهائیان چه کسانی عالم و عاقل هستند؟!
      تسلط بر مطالب علمی
      تعدیل معیشت در نگاه علی‌محمد باب!
      جایگاه زن در بهائیت
      اقتدا به خشونت‌طلبی یا تعصب در تکریم علی‌محمد باب!
      آیا بهائیان حرمتی برای ایّام محرم قائل هستند؟
      جايگاه باب و بهاء در ميان پيروانشان
      ادله ردّ بهاییت
      آیا بهائیان حرمتی برای ایّام محرم قائل هستند؟
      نام چهار زن بهاء الله در تضاد با منع تعدد زوجات در ...

بیشترین بازدید این مجموعه

      بهائیت، گذشته و اعتقادات کنونی و نقد جدی آن(2)
      حکم ازدواج با محارم در بهائیت
      نام چهار زن بهاء الله در تضاد با منع تعدد زوجات در ...
      ادله ردّ بهاییت
      جايگاه باب و بهاء در ميان پيروانشان
      اقتدا به خشونت‌طلبی یا تعصب در تکریم علی‌محمد باب!
      جایگاه زن در بهائیت
      تعدیل معیشت در نگاه علی‌محمد باب!
      تسلط بر مطالب علمی
      از نظر بهائیان چه کسانی عالم و عاقل هستند؟!

 
user comment