Azəri
Saturday 23rd of March 2019
  676
  0
  0

ÜÇÜNCÜ XӘLİFӘ OSMAN İBNİ ӘFVAN

20. ÜÇÜNCÜ XӘLİFӘ OSMAN İBNİ ӘFVAN

İkinci xəlifə Ömər ibni Xəttabın vəfatından sonra onun müəyyənləşdirdiyi altı nəfərlik şura Osman ibni Әfvanı müsəlmanların üçüncü xəlifəsi təyin etdi. Üçüncü xəlifənin qarşısında qoyulan ilkin şərtlərin ən mühüm tərəfi onun Peyğəmbər (s), Әbu Bəkr və Ömərin rəftarlarına uyğun xilafət etməsi idi. Lakin çox təəssüflər olsun ki, üçüncü xəlifə bu şərtlərin əksinə olaraq, Peyğəmbər (s) və əvvəlki iki xəlifənin rəftarlarına da əməl etmədi.

Məşhur əhli-sünnət alimləri İbni Xəldun, İbni Ә᾿səm Kufi, Məs᾿udi, İbni Әbil Hədid və başqaları yazırlar:

«Osman ibni Әfvan xilafətə çatdığı gündən Peyğəmbər (s) və iki şeyxin (Әbu Bəkr və Ömər) rəftarlarına uyğun əməl etmədi.»

᾿sudinin «Mürucuz-zəhəb» kitabında, İbni Әbil Hədidin «Şərhu-nəhcil-bəlağə» kitabında yazdıqlarına əsasən Osmanın ümdə səhvlərindən biri Әbu Bəkr və Ömərin əksinə olaraq israfçılığa yol verməsi idi. O, ilk xəlifə idi ki, gözəl qapıları olan böyük daş imarət tikdirdi. O, Azərbaycan torpaqlarından gələn beytul-malın 20 faizini 100 min dirhəm nəqd pulla birlikdə əmisi oğlu Mərvan ibni Həkəmə bağışladı.

Lakin həmin kitablarda qeyd olunur ki, ikinci xəlifə Ömər, oğlu Abdullahla birlikdə həcc ziyarətinə gedib qayıtdıqdan sonra xərclədikləri cəmi 16 dirhəm pulun israfçılıq olduğunu deyirdi.

Xəlifə Osmanın ən böyük səhvi Peyğəmbərin (s) tapşırıqlarına zidd olaraq, Bəni-üməyyə tayfasına öz hakimiyyət orqanlarında geniş yer verməyi idi. Osman ibni Әfvan özü də Bəni-üməyyə tayfasından idi. Lakin o, öz tayfasının əksinə olaraq İslamın çətin günlərində iman gətirmiş, həmişə Peyğəmbərin (s) ətrafında olmuşdu. Bəni-üməyyə tayfası barəsində gələcək bəhslərimizdə geniş söhbət açacağıq. Qısa şəkildə qeyd edirik ki, bu tayfa bütün əhli-sünnət alimlərinin yazdıqlarına görə, Qurani-Kərimdə «lənətlənmiş ağac» adını almışdır.

«...Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik; Həmçinin lənətlənmiş ağacı Quranda zikr etmişik...» 

İmam Fəxri Razi «Məfatihul-ğeyb» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Fazil Nişapuri «Ğəraibul-Quran» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Şəhabuddin Alusi «Ruhul-məani» kitabında və Məhəmməd Təbəri «Təfsiri Kəbir» kitabında yazır: 

«İsra surəsində «lənətlənmiş ağac» İbni Abbasın nəql etdiyi hədisə əsasən Bəni-üməyyə tayfasıdır. Peyğəmbər (s) yuxuda onların meymun şəklində onun mənbərinə çıxdıqlarını gördüyü gecə bu ayə nazil olmuşdur.»

Xəlifə Osmanın Bəni-üməyyə tayfasına əsassız şəkildə xüsusi ehtiramla yanaşmasına, hətta onlara səlahiyyətli vəzifələr tapşırmasına bir neçə misal gətiririk.

1. Bütün tarixçilərin yazdığına əsasən, Osmanın əmisi Həkəm ibni Әbil As oğlu Mərvanla birlikdə Peyğəmbər (s) tərəfindən lənətlənərək Mədinə şəhərindən sürgün olunmuşdu.

Hakim Nişapuri «Әl-müstədrək» kitabında İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:

Mərvan ibni Həkəm uşaq olduğu zaman Peyğəmbər (s) onun barəsində buyurdu: «O, ilan oğlu ilan, məl᾿un oğlu məl᾿undur...»

İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında Hələbi «Әs-sirətul-hələbiyyə» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, İmamul-hərəm «Zəxairul-uqba» kitabında və Duməyri «Həyatul-həyəvan» kitabında yazır:

«Həkəm ibni Әbil As Peyğəmbərin (s) evinə daxil olmaq üçün icazə istədi. Həzrət onun səsini tanıyıb - buraxın gəlsin... Allah ona və onun belindən gələnlərə lənət eləsin! - deyə buyurdu.»

İmam Fəxri Razi öz təfsirində İsra surəsinin 60-cı ayəsində işlənmiş «lənətlənmiş ağac» kəlməsini şərh edərkən Ummul-mö᾿minin Aişədən nəql edir:

«(Mərvan ibni Həkəmə üzünü tutaraq) Allah sənin atanı lənətləyən zaman sən onun belində idin. Sən məl᾿unun bir parçasısan...»

Bu iki şəxs (Həkəm və Mərvan) Әbu Bəkr və Ömərin dövründə Osmanı dəfələrlə vasitəçi salsalar da, Mədinəyə daxil ola bilmədilər. Lakin xəlifə Osman hakimiyyətə gələn kimi onları Mədinəyə gətirdi və hətta xilafətin idarə işlərini Mərvana tapşırdı.

2. Xəlifə Osmanın xilafət işlərində ağına-bozuna baxmadan ləyaqətsiz adamlara vəzifə verməsinə daha bir nümunə Vəlid ibni Üqbəni Kufə şəhərinə hakim təyin etməsi idi.

Məs᾿udi «Mürucuz-zəhəb» kitabında yazır:

«Peyğəmbər (s) Vəlid ibni Üqbənin barəsində buyurdu: O, cəhənnəm əhlindəndir.»

Siyuti «Tarixul-xüləfa» kitabında, Әbul Fərəc «Әğani» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında, Beyhəqi «Sünən» kitabında» İbni Әsir «Üsdul-ğabə» kitabında və Yəqubi «Tarix» kitabında yazır:

«Vəlid ibni Üqbə xəlifə Osmanın hökmü ilə Kufə şəhərində hakim olarkən bir gecə sübhə qədər eyş-işrət məclisində şərab içdi. Sübh azanı verildikdən sonra məst halda məscidə gedib camaat namazına imam durdu. O, iki rəkət sübh namazını dörd rəkət qıldı. Xalq səs-küy salanda Vəlid, istəyirsiniz bir az da artırım, dedi.»

3. İslam tarixinə silinməz ləkə olan Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə hakim təyin olunması da üçüncü xəlifənin səhvlərindən biri idi. Müaviyənin kim olduğunu bir neçə cümlə ilə yazmaq təbii ki, kifayət etməz. Buna görə də bu ləyaqətsiz şəxsin əhli-sünnət kitablarında lənətlənməsi və onun mənfur cinayətləri barədə xüsusi söhbət açacağıq. Amma əziz oxucular intizarda qalmasınlar deyə, görkəmli alim Məhəmməd Təbərinin öz tarix kitabında nəql etdiyi bir hədisi gətiririk:

«Bir gün Peyğəmbər (s) gördü ki, Әbu Süfyan bir ulağa minmiş, Müaviyə ulağın cilovunu tutmuş, Yezid isə ulağı arxadan qırmancla sürür. Həzrət buyurdu: Allah o ulağa minənə də, cilovunu tutana da, qırmancla sürənə də lənət eləsin...»

Xəlifə Osmanın bu diqqətsizlikləri, xüsusilə hakimiyyət orqanlarında yerləşmiş Bəni-üməyyə tayfasının zülmləri bütün xalqı Osmana qarşı üsyan etməyə vadar etdi. Nəhayət Osman ibni Әfvan öz səhvləri ucbatından bir dəstə qiyamçı tərəfindən öldürüldü.

Xəlifə Osmanın dövründə baş verən hadisələr o qədər acınacaqlı idi ki, bütün səhabələr xəlifəyə etiraz edir, ona ağıllı məsləhətlər verməyə çalışırdılar.

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında yazır:

«Ummul-mö᾿minin Aişə fəryad edərək Osmanın barəsində deyirdi: Öldürün bu yəhudi sifəti, Allaha and olsun ki, o kafir olmuşdur.»

Lakin xəlifənin öldürülməsinin nə demək olduğunu bilən Әli (ə) bütün tarixçilərin yazdığına görə var qüvvəsi ilə bu fitnənin qarşısını almağa çalışırdı.

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Әli (ə) son nəticədə Osmanın öldürüləcəyini başa düşdüyü üçün onun yanına gedib çoxlu nəsihətlər verdi. Tövsiyələrinin sonunda Әli (ə) xəlifə Osmana dedi: Səni and verirəm Allaha ki, bu ümmətin qətlə yetirilən xəlifəsi olma! Әvəllər deyilərdi ki, bu ümmətin bir xəlifəsi öldürüləcək. Onun qətli ilə müsəlmanlar arasında başlanan qanlı müharibə qiyamətə qədər qurtarmayacaqdır...»

21. UMMUL-MÖMİNİN AİŞӘ

bəzi əhli-sünnət alimlərinin şiə məzhəbinə bid᾿ətçi və azğın gözlə baxmasının səbəblərindən biri də şiələrin Peyğəmbərin (s) həyat yoldaşlarından biri Ummul-mö᾿minin Aişəyə olan münasibətləridir. Bu qərəzli alimlər iddia edirlər ki, Peyğəmbərin (s) həyat yoldaşı Aişə xəlifə Әbu Bəkrin qızı olduğuna görə şiələr ona töhmətlər yağdırır, lənət və söyüş verir, hətta onun Peyğəmbərə (s) xəyanət etdiyini deyirlər.

Allaha pənah aparırıq bu iftira və böhtanlardan...

Burada şiə məzhəbinin Peyğəmbərin (s) həyat yoldaşları, xüsusilə Ummul-mö᾿minin Aişə barəsində olan əqidələrini açıqlamaq məcburiyyətindəyik.

Şiə məzhəbinin əqidəsinə görə, hər kəs Peyğəmbərin (s) həyat yoldaşlarının hər hansı birinə xəyanət (fəhşa və zina) nisbəti versə kafir və mürtəd sayılır.

O cümlədən, kimliyindən asılı olmayaraq söyüş vermək şiə əqidəsinə əsasən böyük günah sayılır. Peyğəmbərin (s) həyat yoldaşlarına, yə᾿ni həzrətin namus və şərəfinə söyüş verməyə nəinki şiələrin, hətta kafirlərin belə cəsarəti çatmaz.

Şiə məzhəbi də digər müsəlmanlar kimi Qurani-Kərimin hökmünə əsasən Peyğəmbərin (s) həyat yoldaşlarını, o cümlədən Aişə xanımı ummul-mö᾿minin, yə᾿ni mö᾿minlərin anası hesab edir.

Qeyd etmək lazımdır ki, Qurani-Kərim Nur surəsində Aişəyə atılan böhtanın yalan olduğunu bəyan edir. Şiə alimləri tərəfindən yazılan təfsir kitablarına müraciət etsək görərik ki, bütün şiə təfsirçiləri mə᾿lum hadisəni olduğu kimi açıqlamış və əhli-sünnətin “hidayət ulduzları” hesab etdikləri səhabələrin Aişə xanıma atdıqları böhtanı rədd etmişlər.

Aişə xanımın xəlifə Әbu Bəkrin qızı olmasına gəldikdə isə, çəkinmədən deyə bilərik ki, şiə məzhəbi belə nadan təəssüblərdən uzaqdır. Әgər şiələr Aişə xanımın Әbu Bəkrin qızı olduğu üçün, onun bəzi hallarda səhvə yol verdiyini iddia edirlərsə, bəs xəlifə Ömərin qızı ummul-mö᾿minin Həfsənin barəsində nə üçün belə sözlər demirlər?! Xəlifə Әbu Bəkrin oğlu iman və sədaqət sərçeşməsi Məhəmməd ibni Әbu Bəkri tə᾿zim və ehtiramla yad edirlər? Doğrusunu desək, şiə məzhəbini başqalarının gözündə bədnam edən onların bütün hadisələrə təəssübsüz və obyektiv yanaşmalarıdır. Şiə məzhəbinin əqidəsinə görə səhv addım peyğəmbər səhabəsi, peyğəmbərin həyat yoldaşı, bir sözlə hər kim tərəfindən atılarsa, səhv kimi qiymətləndirilməlidir. Tam qətiyyətlə deyə bilərik ki, şiə məzhəbi ummul-mö᾿minin Aişə xanımı hər hansı bir əxlaqsız hərəkətdən pak bilir, yalnız onun diqqətsizlik və ya başqa səbəblərdən müəyyən səhv və xətalara düçar olduğunu deyirlər. Maraqlı burasıdır ki, şiə məzhəbinin Aişə xanımın barəsində qeyd etdiyi səhvlərin hər biri əhli-sünnət kitablarında da dəqiq şəkildə yazılmışdır. Әhli-sünnət kitablarında qeyd olunmuş bu tarixi faktları əziz oxuculara təqdim etməzdən öncə, dəfələrlə vurğuladığımız bir məsələni bir daha xatırlatmaq istərdik. Heç bir kəsin şəxsi keyfiyyətləri, məqamı onun mənsub olduğu tayfa, xalq, ailə ilə ölçülməməlidir. Müqəddəs Quranımız insanların şəxsiyyət və məqamlarının ölçülməsi üçün bizə yalnız bir me᾿yar göstərmişdir.

«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır.» 

Әgər Peyğəmbər xanımı olmaq səhvsiz və günahsız olmaq deməkdirsə, nə üçün Qurani-Kərim Nuh və Lut peyğəmbərlərin həyat yoldaşlarının kafir və cəhənnəm əhli olduqlarını bəyan edir?

«Allah kafirlər üçün Nuhun arvadı ilə Lutun arvadını misal gətirir. Onlar bizim iki saleh bəndəmizin tabeliyində idilər. Peyğəmbər arvadı olması onların heç birinə fayda vermədi. Biz onlara - cəhənnəmə daxil olanlarla birlikdə cəhənnəmə daxil olun - dedik...» 

Aişə xanım hələ Peyğəmbərin (s) öz dövründə tez-tez səhvlərə yol verir, həzrətə qarşı çıxır və atası Әbu Bəkr tərəfindən məzəmmət olunurdu.

İmam Ğəzzali «Ehyaul-ülum» kitabında, Mövla Әli Müttəqi «Kənzul-ümmal» kitabında, Әbu Yə᾿la «Müsnəd» kitabında, Әbu Şeyx «Әl-əmsal» kitabında yazırlar:

«Bir gün Aişə xanım atası Әbu Bəkri evinə də᾿vət etdi ki, onunla Peyğəmbər (s) arasında yaranmış ixtilafa hakimlik etsin. Әbu Bəkr gəlib əvvəlcə Aişədən əhvalatı olduğu kimi danışmasını istədi. Aişə xanım danışarkən sərt şəkildə Peyğəmbərin (s) ədalətsiz olduğunu deyir, təhqiramiz sözlərdən istifadə edirdi. Aişənin sözlərindən qəzəblənən Әbu Bəkr ona elə bir sillə vurdu ki, ağzından qan axmağa başladı.»

Aişə xanımın ən böyük səhvi Qurani-Kərimin aşkar hökmünü sındıraraq siyasət meydanına atılması və ən nəhayət kişilərə qoşulub Әli (ə)-ın üzərinə hücum etməsi idi.

Allah-taala Әhzab surəsində Peyğəmbərin (s) xanımlarına müraciət edərək buyurur ki, siz başqa qadınlar kimi deyilsiniz; daha sonra onlara Peyğəmbərdən (s) sonra evdə oturmağı əmr edir:

«Oturun evlərinizdə, cahiliyyət zamanındakı kimi xalqın arasına çıxmayın.» 

Görəsən əhli-sünnət qardaşlarımız Qurani-Kərimin bu ayəsi ilə Aişə xanımın Cəməl döyüşündə başçılıq etdiyi müharibəni necə təhlil edirlər?

Xəlifə Osmanın dövründə fəryad edərək «öldürün bu yəhudi sifəti» deyən Aişə xanım, görəsən nə üçün birdən-birə onun intiqamını almaq həvəsinə düşdü?

Xalqa zülm və sitəm edib xəlifə Osmanın qanına bais olan, Peyğəmbərin (s) dili ilə lənətlənmiş Mərvan ibni Həkəmə qoşulub Osmanın müdafiəsində az qala oğlanlarını qurban verən Әli (ə)-a qarşı üsyan etməyi necə başa düşmək olar?

Bütün tarixçilərin yazdığına görə Aişə xanım, «Osmanı məzlumcasına öldürdülər, gəlin mənimlə, Allaha and olsun ki, onun intiqamını alacağam» - deyə Mədinədən Bəsrə şəhərinə getdi.

Təbəri, İbni Әsir və başqaları Bəsrədə hansı faciələrin baş verdiyini geniş şəkildə yazmışlar. Әhli-sünnət tarixçisi Məs᾿udi «Mürucuz-zəhəb» kitabının 7-ci cildində yazır:

«Bəsrədə yaralananlardan başqa 70 kişi öldürüldü. Onların 50 nəfərinin boynu vuruldu.»

Təəssüflər olsun ki, Әli (ə)-ın öz dili ilə desək, Təlhə və Zübeyr (iki məşhur səhabə) öz xanımlarını evdə pərdə arxasında gizlətdilər; Peyğəmbərin (s) xanımını dəvəyə mindirib kişilərin döyüşünə gətirdilər.

Әli (ə) döyüşdə qalib gəldikdən sonra Aişə xanımı 20 nəfər mühafizlə birlikdə Mədinəyə göndərdi. Aişə xanım Mədinəyə çatdıqdan sonra Әli (ə)-ın ona qarşı etdiyi hörmət və məhəbbəti razılıqla yad edərək dedi: Amma Әlinin məni 20 nəfər yad kişi ilə yola saldığını anlamadım. Bu zaman onunla gələn 20 nəfər şəxs üzlərini açdı və onların hamısının Әbdul-qeys tayfasının qadınları olduğu məlum oldu. Bununla belə Aişə xanım yenə də sakitləşmədi.

Təbəri öz tarix kitabında yazır:

Әli (ə)-ın ölüm xəbəri Aişəyə çatanda aşağıdakı məzmunda bir şe᾿r oxudu: «Әli tərəfdən fikrim rahat oldu. Mən bir qonaq gözləyən şəxs kimi bu xəbəri gözləyirdim.»

Cəməl döyüşündən ibrət almayan Aişə xanım Әli (ə)-ın oğlu imam Həsən (ə)-la da düşmənçiliyi davam etdirdi.

Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında, Mə᾿sudi «Әxbaruz-zaman» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında və Məhəmməd Xavəndşah «Rovzətus-səfa» kitabında yazır:

«İmam Həsən (ə) şəhid olduqdan sonra Bəni-haşim tayfası onun cənazəsini Peyğəmbərin (s) yanında dəfn etmək istəyirdi. Cənazə hərəkət edəndə Aişə xanım bir qatıra minərək Bəni-üməyyə tayfası ilə birlikdə onların qarşısını kəsdi. İbni Abbas dedi: Aişə, sənin əməllərinə təəccüb edirəm. Sənin üçün Cəməl müharibəsini xatırlamaq bəs idi. Deməli, bir gün dəvəyə minərsən, bir gün qatıra. Gözlə ki, bir gün filə minməyəsən…»

22. MÜAVİYӘ İBNİ ӘBU SÜFYAN

Üçüncü xəlifə Osman ibni Әfvanın haqqında danışarkən onun Bəni-üməyyə tayfasına öz hakimiyyətində xüsusi yer verməsini qeyd etmişdik. Xüsusilə, Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə (indiki Dəməşq) hakim təyin olunması barədə qısaca mə᾿lumat vermişdik. Müaviyənin necə bir məl᾿un və çirkin şəxsiyyət olması bütün İslam tarixçilərinə mə᾿lumdur. Təəssüflə qeyd etməliyik ki, bəzi əhli-sünnət alimləri, Müaviyə Peyğəmbərin (s) səhabəsi və ya vəhy katibidir - deyə, onun cinayətlərinə göz yummağa çalışırlar. Lakin insafla demək lazımdır ki, belə alimlər çox azdır. O alimlər özləri də yaxşı bilirdilər ki, hər hansı bir cinayəti ört-basdır etmək və o cinayətlə razılaşmaq həmin cinayətə şərik olmaq deməkdir.

İlk növbədə Müaviyənin xilafət və hakimiyyətinin əsaslarına nəzər salaq. O, hansı əsasla İslam xəlifəsi sayılır? Müaviyə Osman ibni Әfvan tərəfindən Şam şəhərinə hakim, yə᾿ni xəlifənin nümayəndəsi təyin olundu. Bütün əhli-sünnətin rəsmi şəkildə dördüncü xəlifə qəbul etdikləri Әli (ə) xilafətə çatdığı ilk gündən Müaviyəni bu vəzifədən kənarlaşdırdı. Lakin Müaviyə dövri xəlifənin hökmünü ayaq altına ataraq özünü müstəqil bir hökumət e᾿lan etdi. Buna görə də tam qətiyyətlə deyə bilərik ki, İslam xilafətini parçalayıb ümməti fəlakətə salan ilk şəxs Müaviyə olmuşdur.

Müaviyənin lənətlənməyə layiq olduğunu təsdiqləyən bəzi dəlilləri əziz oxuculara təqdim edirik:

1. Qurani-Kərimin açıq-aşkar ayəsinin hökmünə əsasən Müaviyə və atası Әbu Süfyan başda olmaqla Bəni-üməyyə tayfası Allah tərəfindən lənətlənmişdir.

Bütün təfsirçilərin, o cümlədən İmam Sə᾿ləbi, İmam Fəxri Razi, Siyuti və başqalarının yazdıqlarına əsasən Peyğəmbər (s) bir gecə Bəni-üməyyə tayfasının meymun şəklində onun mənbərinə çıxdıqlarını gördü. Həzrət yuxudan ayılan kimi bu ayə nazil oldu:

«Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik. Həmçinin Quranda zikr olunan lənətlənmiş ağac da (belədir).» 

Qeyd etdiyimiz təfsirçilər və onlarla digər alimlər ayədə deyilən «lənətlənmiş ağacın» Bəni-üməyyə tayfası olduğunu yazmışlar.

2. Ötən bəhslərimizdə Məhəmməd Təbərinin «Tarixul-uməmi vəl-müluk» kitabında yazdığı bir hədisi təqdim etmişdik. Әbu Süfyan bir ulağa minib oğlu Müaviyə və nəvəsi Yezidlə birlikdə getdiyi zaman Peyğəmbər (s) onların hər üçünü lənətlədi.

3. Qurani-Kərim günahsız insanların öldürülməsi barədə buyurur:

«Bir mö᾿mini bilərəkdən öldürən şəxsin cəzası əbədi cəhənnəmdir. Allah o şəxsə qəzəb və lənət edər, onu böyük bir əzaba düçar edər.» 

Minlərlə günahsız insanın qanını tökən Müaviyə şübhəsiz ki, bu ayənin hökmünə daxildir.

İbni Әsakir, Yə᾿qub ibni Әbu Süfyan, Beyhəqi, İbni Әbdül-birr, İbni Әsir və başqaları öz tarix kitablarında yazırlar:

«Peyğəmbərin (s) ən sadiq səhabələrindən olan Hücr (ya Hicr) ibni Әdi (Üdey) və digər yeddi nəfər səhabə Әli (ə)-a lənət oxumadıqlarına görə Müaviyənin əmri ilə ağır işgəncələrlə öldürüldülər.» (Bu səhabələrin qəbri indiyə qədər Dəməşq şəhərində qalır.)

Peyğəmbərin (s) əziz nəvəsi, behişt cavanlarının ağası imam Həsən ibni Әli (ə) Müaviyənin planı ilə öldürülmədimi?

Məs᾿udi, İbni Әbdül-birr, Әbdul-fərəc İsfəhani, Məhəmməd ibni Sə᾿d öz tarix kitablarında imam Həsən (ə)-ın Müaviyənin hiyləsi ilə öz arvadı tərəfindən zəhərlə öldürülməsini geniş şəkildə yazmışlar.

Təbəri, İbni Xəldun, Səmhudi kimi tarixçilərin yazdığına əsasən qaniçmiş sərkərdə Bosr ibni Әrtat Müaviyənin əmri ilə Peyğəmbərin (s) müqəddəs şəhəri Mədinəyə və eləcə də Yəmənə hücum edərək qocalı, cavanlı, qadınlı, uşaqlı 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər.

Bu qədər tökülən müsəlman qanları Müaviyənin məl᾿un və zalim olduğunu isbat etməyə yetərli deyilmi?

4. Әllidən artıq əhli-sünnət alimi, o cümlədən İmam Sə᾿ləbi, imam Fəxri Razi, İbni Səbbağ Maliki, İmamul-hərəm, Müslim ibni Həccac (Səhihi-Müslimin müəllifi) və başqaları Peyğəmbərdən (s) bu hədisi nəql edirlər:

«Hər kəs Әli (ə)-ı söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür.»

Məscidlərdə, mənbərlərdə Әli (ə)-a lənət və söyüş söydürən Müaviyə kafir və məl᾿un sayılmırmı?

Bütün tarixçilərin yazdığına əsasən Müaviyənin qoyduğu bu bid᾿ət səbəb oldu ki, Әli (ə) 69 il müsəlmanlar tərəfindən nalayiq sözlərlə təhqir olunub söyülsün.

Müaviyənin Peyğəmbər (s) səhabəsi və ya vəhy katibi olması onun bu cinayətlərinə, fəsad və küfrünə bəraət qazandıra bilərmi?

Yeri gəlmişkən Müaviyənin vəhy katibi (Quran yazan) olması barədə də bir neçə kəlmə mə᾿lumat verək. Müaviyə Peyğəmbərin (s) risalətinin son illərində iman gətirdi. Hamıdan axırda iman gətirdiyi üçün xalq arasında xəcalət çəkirdi. Tarixçilərin yazdığına əsasən Peyğəmbərin (s) əmisi Abbas o həzrətdən xahiş etdi ki, Müaviyəyə bir iş tapşırmaqla onu bu vəziyyətdən xilas etsin. Peyğəmbər (s) ərəblərə göndərdiyi məktubları yazmağı Müaviyəyə tapşırdı.

Әhli-sünnət tarixçisi Mədaini nəql edir ki, Zeyd ibni Sabit vəhy katibi idi.

Müaviyə isə Peyğəmbərlə (s) ərəblər arasında olan məktubları yazırdı.

Təəccüblüdür ki, fasiq və məl᾿un olması bütün tarix kitablarında təsdiqlənən bir şəxsin cinayətləri ört-basdır edilir və Peyğəmbərin (s) yoldaşı ummul-həbibənin qardaşı olduğu üçün xalul-mö᾿minin - mö᾿minlərin dayısı adlanır!? Lakin xəlifə Әbu Bəkrin oğlu, Aişə xanımın qardaşı Məhəmməd ibni Әbu Bəkr Әli (ə)-ın sədaqətli səhabəsi olduğu üçün heç kim tərəfindən xatırlanmır...! 

  676
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment