Azəri
Monday 18th of March 2019
  1507
  0
  0

Yasin surəsi-2

21. Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!

22. (Antakiyalılar Həbib Həccardan: - Sən bu elçilərə tabe olmusanmı? - deyə soruşduqda o dedi: ) "Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!

23. Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.

24. Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.

25. (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"

26. (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): "Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: "Kaş qövmüm biləydi ki,

27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!"

28. Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.

30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar).

31. Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?

32. Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!

33. Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

34. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,

35. Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?

36. Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)

37. Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

38. Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

39. Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.

40. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.

  1507
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
      Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
      Quranda kişilərin qadınlara nisbət üstünlüyünün açıqlanması, qadınların təhqir ...
      Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir?
      Meymun olmaq o şəxsin cəzasıdır ki, ehtiyacına görə şənbə günü balıq tutubdur?
      Digər dinlərin ardıcılları ilə müsəlmanların sülhsevr rəftarları barəsində Qurani- ...
      Həyat və ölüm kəlməsi Quranda neçə dəfə işlədilmişdir?
      Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
      Təthir ayəsi Quranın hansı surəsindədir?
      Nisa surəsinin 34- cü ayəsindəki “və izribuhunnə” «وَ اضرِبُوهُنَّ» ...

 
user comment