Azəri
Saturday 20th of April 2019
  670
  0
  0

ƏBDÜLLAH IBNI ÖMƏRIN IBNI ABBASLA IXTILAFI

11-ƏBDÜLLAH IBNI ÖMƏRIN IBNI ABBASLA IXTILAFI

Əbdüllah ibni Ömərdən müvəqqəti evlənmə ilə əlaqədar nəql ounan rəvayətlər müxtəlifdir. Onların bə`zilərində deyi­lir:

«Əhməd ibni Hənbəl öz «Müsnəd» kitabında Əbdür-Rəhman ibni Nəim Ə`rəcidən rəvayət edir ki, o, belə demişdir: Ibni Ömə­rin yanında idim ki, bir nəfər ondan müvəqqəti izdivac barə­sində soruşdu, Əbdüllah qəzəblənib dedi: «Allaha and olsun, biz Peyğəmbərin dövründə zinakar deyildik!»[1]

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: «Ibni Ömə­rə deyildi: «Ibni Abbas müvəqqəti evlənməyə icazə verir.» O dedi: «Güman etmirəm ki, Ibni Abbas belə bir söz demiş ola.» Dedilər: «Bəli, Allaha and olsun ki, belə deyir.» Əb­dül­lah dedi: «Agah olun! Allaha and olsun, o, Ömərin dövründə də belə söz deyə bilməzdi. Ömər sizi bu işdən şiddətlə çə­kin­­dirmişdi, mən də onu zinadan başqa bir şey hesab etmi­rəm!»[2]

Ibni Əbi Şeybənin «Müsənnəf» və Süyutinin «Durrul-mən­sur» kitablarında belə nəql olunur: Əbdüllah ibni Ömər­dən müvəqqəti izdivac barəsində soruşduqda, dedi: «Haram­dır!» Ona deyildi ki, axı Ibni Abbas onun halallığına dair fət­va vermişdir. Dedi: «Onda nə üçün Ömərin dövründə onu züm­zümə etmirdi?!»[3]

«Sünəni Beyhəqi» kitabında «haramdır!» - ibarəsindən son­ra deyilir: Ömər ibni Xəttab əgər bir kəsi ona görə tut­say­dı, onu daş-qalaq edərdi.»[4]

12-MÜT`Ə BARƏSINDƏ XÜLƏFA MƏKTƏBININ ARDICILLARININ SONRAKI TƏDBIRLƏRI

Gördüyümüz kimi, xüləfa məktəbinin müvəqqəti izdivacı qa­da­ğan etmək barəsindəki məntiqləri Ibni Zübeyrin haki­miy­yə­ti dövrünə qədər zorakılıq və qüdrət mehvərində dolanırdı. Bu məktəbin ardıcılları ondan sonra mövqelərini dəyiş­di­lər, hədis qondarma və təhrif etmə məqamına gəldilər ki, onla­rın nümunələrini qeyd edirik:

a) «Sünəni Beyhəqi» kitabında deyilir: «Ibni Abbas müvəq­qə­ti izdivacın halal olmasına dair fətva verir və elm əhli onu görməməzliyə vururdular. Ibni Abbas bu işdən çəkin­mir­di, nəhayət şairlərdən biri onun fətvası barəsində belə bir şe`r oxudu:

يَا صَاحِ هَلْ لَكَ فِي فَتْيَا ابْنِ عَبَّاسٍ                   هَلْ لَكَ فِي نَاعِم خُودٍ مُبْتَلَةٍ

تَكُونُ مَثْوَاكَ حَتَّى مَصْدَرِ النَّاسِ .

"Ey dad! Bilirsinizmi ki, Ibni Abbasın fətvası nə idi?!

Bilirsiniz ki, sənin nazlı qızını hara aparırlar?!

O yerə aparırlar ki, mənzilinin bucaqları kişilərin mehman qəbul edəni olsun."

Deyir: «Elm əhli bu şe`rləri eşitdikdən sonra müt`əyə şid­dətlə nifrət etdilər və onu xoşlamadılar.»[5]

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Zəhridən belə rəva­yət olunur: Şair bu şe`rləri – "ya sahə həl ləkə fi fətya Ib­ni Abbas" şe`rini oxuyan zaman alimlər müvəqqəti izdi­vacı çirkin iş hesab etdilər.[6]

Bu rəvayətdə qeyd olunur ki, Ibni Abbas heç vaxt müvəqqə­ti izdivacın halal olması fətvasından geri çəkilməmişdir, alim­lərin bu barədə e`tinasız yanaşmaları və şairlərin həcv şe`rləri onu bu işdən çəkindirə bilməmişdir.

b) Səid ibni Cübeyrin əvvəlki rəvayətini təhrif etmiş və onu belə rəvayət etmişlər: Ibni Abbasa dedim: «Bilirsənmi nə etmisən və nə fətvalar vermisən? Sənin fətvanı süvarilər uzaq məntəqələrə aparmış, şairlər onun barəsində şe`rlər qoşmuşlar?!» O dedi: «Nə demişlər?» Dedim: Belə demişlər:

اَقُولُ لِلشَّيْخِ لَمَّا طَالَ مَجْلِسُهُ               يَا صَاحِ هَلْ لَكَ فِي فَتْيَا ابْنِ عَبَّاسٍ

يَا صَاحِ هَلْ لَكَ فِي بَيْضَاءَ بَهْكَنَة                    تَكُونُ مَثْوَاكَ حَتَّى مَصْدَرِ النَّاسِ

Ibni Abbas dedi: «Inna lillah və inna iləyhi raciun! Alla­ha and olsun, mən buna dair fətva verməmişəm və bunu nəzər­də tutmamışam. Mən müt`ədən yalnız Allah-taalanın zəru­rət halında meytə, qan və donuz ətinin yeyilməsi miq­da­rın­da fətva vermişəm.»[7]

Ibni Qüdamənin «Muğni» kitabında deyilir: O, ayağa qal­xıb dedi: «Müvəqqəti evlənmə eynilə murdar olmuş heyvan, qan və donuz əti kimidir. Amma Peyğəmbərin bunun halal olma­sı­na dair icazəsinə gəldikdə isə, şübhəsiz, o, qüvvədən düş­müş­dür.»[8]

BU RƏVAYƏTIN IRADI

Müt`ənin halal olmasına müxalif olanlar bu rəvayəti Sə­id ibni Cübeyrin dilindən nəql edərkən unutmuşlar ki, Səid ibni Cübeyr həmin kəsdir ki, Məkkədə[9] müt`ə edirdi. Həmçi­nin, bunu da unutmuşlar ki, Ibni Abbasın səhabələri – məkkəlilər və yəmənlilər hamılıqla Ibni Abbasın məzhəbinə əsasən müvəqqəti izdivacı halal hesab edirdilər.[10] Əgər Ibni Abbas öz fətvasından geri çəkilsəydi, onda Əta, Tavus və başqa səhabələr həmin əsasda qalmazdılar.[11]

Heysəmi «Məcməüz-zəvaid» kitabında bu hədisin səhih olmadığını faş edərək deyir: «Bu hədisin sənədində Həccac ibni Ərtat kimi hiyləgər adam vardır.»[12]

Onun «Təhzibut-təhzib» kitabındakı tərcümeyi-halında deyi­lir: «O, Yəhya ibni Əbi Kənir və Məkhuldan bir şey eşit­mədən rəvayət nəql edir, buna görə də hədisşünaslar onu müdəl­lis və hiyləgər adlandırmışlar. Çünki ondan artırılmadan salamat qalan bir hədis tapılmamışdır.»

Ibni Mübarək deyir: «Həccac hiyləgərlik edir və bizim üçün Əmr ibni Şüeybdən, o da Əzrəmidən tərk olunmuş hə­dis­­lər deyirdi.»

Yə`qub ibni Əbi Şeybə deyir: «Onun (Həccacın) hədisləri süst və qarışıqdır.»[13]

v) Termizi və Beyhəqi Musa ibni Übeydədən, o da Məhəm­məd ibni Kə`bdən, o da Ibni Abbasdan rəvayət edirlər ki, belə demişdir: «Müvəqqəti izdivac Islamın əvvəllərində var idi. Belə ki, tanınmaz ölkəyə daxil olan bir kişi iqamət qəs­di etdiyi müddətdə bir qadınla evlənir və o qadın onun mal-dövlətini saxlayır, həyatını tənzim edirdi. Nəhayət "illa əla əzvacihim – yə`ni öz arvadları və kənizlərindən başqa – ayəsi na­zil olduqda Ibni Abbas dedi: «Bu iki qrupdan başqa ayrı­la­rı ilə izdivac etmək haramdır.»[14]

BU HƏDISIN IRADI

Bu hədisin sənədində Musa ibni Übeydə adlı bir kəs var­dır ki, «Təhzibut-təhzib» kitabında onun barəsində deyi­lir: Əh­məd demişdir: «Onun hədisi münkər və tanın­maz­dır. Mə­nim nəzərimə görə onun rəvayəti caiz deyildir. O, xoşagəlməz hə­dis­ləri rəvayət etmişdir.»[15]

Müəllif: Bu hədisin mətnində qeyd olunur ki, müvəqqəti ev­lənmə Islamın əvvəllərində var idi. Nəhayət "illa əla əzva­cihim..." ayəsi nazil oldu. Bu ayədə qeyd olunan iki şəxsdən baş­qa­ları ilə evlənmək haramdır.

Mən bunu başa düşə bilmirəm... Əgər bu, Ibni Abbasın sözüdürsə, onda nə üçün bu ayənin nazil olmasından yarım əsr keçdikdən sonra Əbdüllah ibni Zübeyrlə müxalifətə qalxır və müvəqqəti izdivacın halal olmasına dair israr edir?! Bundan əlavə, məgər müvəqqəti evlənmə, evlənmənin növlərindən de­yil­dirmi? Həmçinin, əgər bu rəvayət səhih olsa və Ibni Abbas öz fətvasını – bu ayənin nazil olmasından sonra – Peyğəmbəri Əkrəm ¡-in dövründə boşlamışsa, onda imam Əli ona müt`ə barəsində mülayimlik göstərirdi ki,nə vaxt «sən özünüsevən bir adamsan!» - deyə buyurmuşdur![16]

q) Cabir ibni Əbdüllahdan nəql etmişlər ki, o demişdir: «Mü­vəq­qəti izdivac etdiyimiz qadınlarla birlikdə çölə çıx­dıq ki, Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Bunlar Qiya­mə­tə qədər haramdır.» Bundan sonra onlar bizimlə vidalaşdı və ona görə də ora «ayrılıq yeri» adlandırıldı. Halbuki, on­dan əvvəllər «vüsal yeri» idi.[17]

BU HƏDISIN IradLARI

Heysəmi deyir: «Bu rəvayəti Təbərani «Ovsət» kitabında gə­­tir­­mişdir. Onun sənədində Sədəqət (Ibni Əbdüllah) adlı adam vardır ki, Əhməd ibni Hənbəl onun barəsində deyir: «Onun heç bir dəyəri yoxdur. Onun hədisi münkər və tanın­maz­­dır.» Müslüm («Səhihi Müslüm» kitabının müəllifi) onun barəsində demişdir: «Onun hədisi münkərdir.»[18]

Müəllif: Hədisin mətnində qeyd olunur ki, Cabir Peyğəmbərdən rəvayət edərək o həzrətin «Bunlar Qiyamətə qədər haramdırlar» - buyurduğunu demişdir. Halbuki, Cabir səhih və mütəvatir hədislərdə rəvayət edərək deyir: «Biz Pey­ğəm­bərin dövründə, Əbu Bəkrlə Ömərin dövründə müvəqqəti iz­di­vac edirdik. Nəhayət Ömər onu Əmr ibni Hərisin gördüyü işə görə qadağan etdi.

ğ) Beyhəqi «Sünən» kitabında və Heysəmi «Məcməüz-zəvaid» kitabında Əbu Hüreyrədən rəvayət edirlər ki, belə demişdir: Peyğəmbərlə birlikdə Təbuk müharibəsinə doğru yola düşdük. Sənyətul-vidada düşərgə saldıq. Peyğəmbər ağlayan bir neçə qadını gördükdə, buyurdu: «Nə üçün ağlayırlar?» Deyildi ki, bu qadınların ərləri onlarla müvəqqəti evlənmiş, sonra onlardan ayrılmışlar. Peyğəmbər ¡ buyurdu:

حَرَّمَ اَوْ هَدَمَ الْمُتْعَةَ النِّكَاحُ وَالطَّلاَقُ وَالْعِدَّةُ وَالْمِيرَاثُ

«Yə`ni: evlənmək, təlaq, iddə və miras müt`əni haram (yaxud məhv) etmişdir.»

Bu rəvayət «Məcməüz-zəvaid» kitabında belə qeyd olunur: «Pey­ğəmbər ¡ bir çıraq gördü və ağlayan qadınları müşahidə etdi.»[19]

BU HƏDISIN IRADLARI

Bu hədisin sənədində Müəmməl ibni Ismail, Əbu Əbdür-Rəhman Ədvi adlı iki adam vardır ki, 205, yaxud 206-cı ildə vəfat etmişdir. «Təhzibut-təhzib» kitabında deyilir: «Buxari demişdir ki, onun hədisi münkər və tanınmazdır.»

Digəri demişdir: «O, kitablarını dəfn etdi, sonra (yaz­ma­dan) rəvayət etməyə başlamışdı. Buna görə də xatası və səhv­ləri çox oldu. Belə ki, hətta bə`zi vaxtlar onun hədi­si­nin müqabilində dayanmaq elm əhlinə vacibdir. Çünki o, mün­kər və tanınmaz rəvayətləri mö`təbər və e`timadlı şeyxlərin di­­lindən nəql edir (onların adına yazır) və bu da çox pis bir işdir. Çünki əgər bu münkər və tanınmaz rəvayəti zəif ra­vi­lərin dilindən desəydilər, onun üçün müəyyən bəhanə gəti­rərdik.»[20]

Müəllif: Hədisin mətnində qeyd olunur ki, onlar Sənyətul-vi­da­da düşərgə saldılar. «Mö`cəmül-büldan» kitabında qeyd olun­­duğu kimi, Sənyətül-vida Mədinəyə açılan bir çınqıllı yer­dir ki, hər kəs Mədinəyə tərəf gedərsə, oradan keçməli olur. O deyir: Səhih budur ki, bu, cahiliyyət dövrünə (Islam­dan əvvəlki dövrə) məxsus olan qədimi bir addır. Buranın be­lə adlandırılmasının səbəbi bu idi ki, müsafirlər orada vida­laşır­dılar.[21]

Bunun dəlili də budur ki, Peyğəmbəri Əkrəm ¡ Mək­kədən Mədinəyə hicrət etdiyi zaman ənsar qadınları o həzrə­tin pişvazına çıxıb dedilər:

طَلَعَ الْبَدْرُ عَلَيْنَا مِنْ ثَنْيَاتِ الْودَاعِ

"Ay Sənyətül-vidada bizim üzümüzə saçdı."[22]

Buna əsasən, Sənyətül-vida cahiliyyət dövrlərindən e`ti­ba­rən müsafirlərin görüşüb ayrıldığı yerin adıdır. Bu da Is­lam­dan sonra deyil, Islamdan qabaqkı dövrlə əlaqədar ad qoy­madır.

Bundan əlavə, görəsən, nə üçün təkcə müvəqqəti izdivacla əq­də keçirilən qadınlar sağollaşmaq üçün evdən çıxmalı, dai­mi qadınlar isə gəlməməlidirlər?! Onların ağlamağının səbə­bi nə idi? Onların ərləri qayıdışı olmayan bir səfərə get­mir­dilər ki?!

ə) Beyhəqi Əli ibni Əbi Talibin belə dediyini nəql edir: Peyğəmbər ¡ müt`əni qadağan edərək deyirdi: «Müvəqqəti evlənmə o kəs üçündür ki, (daim arvad) tapa bilməsin; və evlənmə, təlaq, iddə, mirasın hökmləri nazil olduğu zaman müt`ə hökmü qüvvədən düşdü.»[23]

BU HƏDISIN IRADI

Bu hədisin sənədində Musa ibni Əyyub vardır ki, Əqili onu zəiflər cərgəsində qeyd etmiş, Yəhya ibni Muin və Saci onu münkirul-hədis (hədisi inkar olunan) adlandırmışlar.[24]

Müəllif: Bu hədisin mətnində Əli -ın adından deyilir ki, o həzrət guya belə buyurmuşdur: «Peyğəmbəri Ək­rəm müt`əni qadağan etmişdir.» Halbuki, o həzrətin özü buyurur: "Əgər Ömərin keçmiş rə`yi olmasaydı, fərman verərdim ki, müt`ə etsinlər. Bundan sonra bədbəxtdən başqa heç kəs zina etməzdi."

ç) Beyhəqi Əbdüllah ibni Məs`uddan rəvayət edir ki, belə de­mişdir: «Müt`ə qüvvədən düşmüşdür: təlaq, mehriyyə, iddə və miras onu nəsx etmişdir.»[25]

BU HƏDISIN IradI

Bu ünvanda olan hədislərin ravilərindən biri Həccac ibni Ərtatdır ki, Həkəmdən və o da Əbdüllahın səha­bə­lə­rin­dən rəvayət edir. Belə ki, onun təqdimatı əvvəldə qeyd olundu. Onun barəsində demişlər: «Yalançı, (hiyləgər), mətrukdur və hədislərə özündən bə`zi şeylər artırır.» Bundan əlavə biz Həkəmin Əbdüllahın səhabələrinin hansı birindən rəvayət etdiyini bilmirik.

Digər bir rəvayətdə deyilir: «Bizim səhabələrdən bə`ziləri Həkəm ibni Üteybədən, o da Əbdüllah ibni Məs`uddan rəvayət etmişlər.» Biz bilmirik ki, «bə`zi səhabələr» - dedikdə məq­səd kimlərdir. Əgər 113-cü ildə, yaxud ondan sonra dünyadan ge­dən və altmışdan yuxarı yaşı olan Həkəm ibni Üteybəni deyir­sə, onda otuz ikinci ildə vəfat edən Əbdüllah ibni Məs`­uddan necə rəvayət nəql edə bilər?![26]

Bundan əlavə, hədisin mətni Əbdüllah ibni Məs`udun müt`ənin halal olması barəsindəki danılmaz rə`yi, eləcə də «fəməstəmtə`tum bi minhunnə ila əcəlin» - kimi qiraət və təfsir etməsi ilə aşkar ziddiyyətdədir.[27]

Yuxarıdakı üç hədisdə qeyd olunur: «Nikah, təlaq, iddə və miras müt`əni haram və məhv edir.» Bunun mə`nası odur ki, müvəqqəti evlənmə daimi izdivac və onunla əlaqədar işlərdən öncə qanun halına salınmışdır. Əgər «Müvəqqəti izdivac daimi izdivacın qanun halına salındığı vaxta qədər olmuş və bundan sonra nəsx edilmişdir» - deyilsə, bundan belə çıxır ki, Peyğəmbərin və səhabələrin əvvəldəki izdivac­ları­nın hamısı – daimi izdivacın hökmü nazil olduğu vaxta qə­dər müvəqqəti evlənmə olmuşdur!!

s) «Məcməüz-zəvaid» kitabında Zeyd ibni Xalid Cəhənidən belə rəvayət olunur: «Dostumla birlikdə bir qadınla müvəq­qəti evlənmə barəsində söhbət edirdik ki, bir nəfər gəldi və bizə dedi: «Peyğəmbəri Əkrəm ¡ müvəqqəti izdivacı, həm­çinin, hər bir caynaqlı vəhşi heyvanın ətini və əhli­ləşmiş uzunqulağın ətini haram etmişdir.»[28]

BU HƏDISIN IRADI

Heysəmi demişdir: «Bu hədisi Təbərani rəvayət etmişdir ki, onun da sənədində Musa ibni Übeydə Rəbəzi adlı şəxs zəif­­dir.[29] Bizim onun zəifliyi barəsindəki nəzərimiz yuxarıda qeyd olundu.

Bu hədisin mətnindən belə çıxır ki, onun ravisi Məkkə­nin fəthində Səbrə Cühənənin rəvayəti ilə Xeybər barəsin­də­ki digər bir rəvayəti birlikdə nəql etmiş, caynaqlı heyvan­la­rın ətinin yeyilməsinin haramlığını ona artırmış və ha­mı­­sını vahid bir sənəd və vahid tərkiblə rəvayət etmişdir.

d) «Məcməüz-zəvaid» kitabında Haris ibni Əziyyədən rə­va­yət olunur: Məkkə fəth olunan zaman Peyğəmbər ilk dəfə dedi: « Müvəqqəti evlənmə haramdır.»[30]

BU HƏDISIN IRADI

Heysəmi demişdir: Təbərani onu rəvayət etmişdir, halbu­ki, onun sənədində Ishaq ibni Əbdüllah ibni Əbi Fərvə var­dır.[31]

Digər alimlər də onun barəsində demişlər: «O, münkər və tanın­maz hədisləri rəvayət edir, onun hədisinə istinad olun­mur. Onu boşlamışlar, ondan rəvayət nəql etmək caiz deyil­dir, onun hədisi yazılmır və s.»[32]

e) «Məcməuz-zəvaid» kitabında Kə`b ibni Malikdən belə rə­vayət olunur: Peyğəmbər qadınlarla müvəqqəti evlənməyi qa­da­ğan etmişdir.

Heysəmi deyir: Təbərani onu rəvayət etmişdir, halbuki, onun rəvayətində Yəhya ibni Ənisə vardır.[33] Alimlər onun ba­rə­sində demişlər: «O zəifdir, hədis əhli onun rəvayətlərini yazmırlar. O yalançıdır, onun hədisi mətrukdur.»[34]

ə) Beyhəqi «Sünəni-kubra» kitabında Əbdüllah ibni Ömər­dən belə rəvayət edir: Ömər minbərdə Allaha həmd-səna etdik­dən sonra belə dedi: «Nə olub ki, bə`zi adamlar müt`ə ilə ev­lə­nirlər, halbuki, Peyğəmbər onu qadağan etmişdir?! Agah olun! Hər müt`ə edən bir şəxsi mənim yanıma gətirsələr, hökmən onu daş-qalaq edəcəyəm!»[35]

BU HƏDISIN IŞKALI

Bu hədisin sənədində Mənsur ibni Dinar adlı bir şəxs var­dır. Yəhya ibni Muin onun barəsində deyir: «Hədisi zəif­dir.» Nəsai deyir: «Onun hədisi güclü deyildir.» Buxari deyir: «Onun hədisində münaqişəli məsələ çoxdur.» Əqili onu zəiflər cərgəsində hesab etmişdir.»[36]

Bura qədər rical elmi alimlərinin tə`rifinə uyğun olaraq sənə­dində zəiflik və irad olan hədisləri qeyd etdik. Gələcək fəsildə alimlərin səhihliyi barəsində yekdil fikirdə olduq­ları hədisləri qeyd edəcəyik. Çünki ya kitablarda «səhih» adı ilə gəlmiş, yaxud da onun sənədinin düzgün­lüyündə işkal etmə­mişlər:

Birinci hədis: «Səhihi Müslüm», «Sünəni Nəsai», «Sünəni Beyhə­qi», Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında[37] Şəhab Zəhri­dən, o da Məhəmməd ibni Əlinin oğlu Əbdüllah və Həsəndən, onlar da atalarından belə rəvayət edirlər ki, Əli ibni Əbi Talibin Ibni Abbasa belə dediyini eşitmişlər: «Sən özünü bəyə­nən bir adamsan! Peyğəmbəri Əkrəm ¡ Xeybərin fət­hin­də onu (müvəqqəti evlənməni) və əhliləşmiş ulaq əti­ni yeməyi qadağan etmişdir.»[38]

Bu rəvayət həmin sənədlə və azacıq fərqlə «Səhihi Buxa­ri», «Sünəni Əbi Davud», «Sünəni ibni Macə», «Sünəni Ter­mizi», «Sünəni Darəmi», «Müvəttəi Malik», Ibni Əbi Şey­bənin «Müsənnəf», «Müsnədi Əhməd», «Müsnədi Təyalisi» ki­tab­larında və başqa yerlərdə qeyd olunmuşdur.[39]

Ikinci hədisdə Əbuzərdən belə nəql olunur: «Müvəqqəti evlənmə bizim üçün – Peyğəmbər səhabələri üçün yalnız üç gün halal idi və ondan sonra Peyğəmbər qadağan etdi.»[40]

Həmçinin dedi: «Müvəqqəti evlənmə bizim qorxumuz və müha­ribəmiz üçündür.»[41]

Üçüncü hədis: «Səhihi Müslüm», «Sünəni Darəmi», «Sünə­ni ibni Macə», «Sünəni Əbi Davud» və digər kitablarda Mək­kənin fəthində Peyğəmbərlə birlikdə olan Səbrə Cəhəni­dən rəvayət olunur ki, o belə demişdir: «On beş gün ərzində Məkkədə iqamət etdik. Peyğəmbəri Əkrəm ¡ bizə icazə verdi ki, müvəqqəti evlənək. Mən və qohumlarımızdan bir kişi birlikdə çölə çıxdıq. Mən bir qədər göyçək, dostum isə bədqiyafəli idi. Hər birimizdə bir ədəd bərd (rida) var idi. Mə­nim bərdim köhnəlmişdi, əmi oğlumunku isə təzə idi. Mək­kənin aşağısına çatmışdıq ki, cavan və uca boylu bir qa­­dınla qarşılaşdıq. Ona dedik ki, bizim ikimizdən biri­miz­lə müvəqqəti izdivac etməyə razısanmı? O dedi: «Mehriyyə ola­raq nə verirsiniz?» Bizim hər birimiz öz bərdimizi açıb gös­tərdik. O, yoxlamağa başladı. Dostum ona dedi: «Bunun bər­di köhnə, mənimki isə təzədir.» Belə cavab eşitdik: «Bunun bərdinin heç bir eybi yoxdur.» Bunu da iki-üç dəfə tək­rarladı. Sonra onunla müvəqqəti evləndim. Məkkədən çıx­mamış Peyğəmbəri Əkrəm ¡ onu qadağan etdi.»[42]

Digər bir rəvayətdə deyir: Peyğəmbər ¡ bu­yur­du: «Ey camaat! Mən özüm sizə icazə verdim ki, müvəqqəti iz­di­vac edəsiniz. Indi Allah onu Qiyamətə qədər haram etmiş­dir.»[43]

Başqa bir rəvayətdə deyilir: «Peyğəmbəri gördüm ki, Rükn ilə Məqam arasında dayanıb buyururdu.»[44]

Yenə bir rəvayətdə deyir: «Peyğəmbəri Əkrəm ¡ Mək­kə­nin fəth olunduğu ildə Məkkəyə daxil olduq. Bizə müvəq­qəti izdivaca dair əmr etdi. Məkkədən çıxmamışdıq ki, onu qadağan etdi.»[45]

Yenə başqa bir rəvayətdə deyilir: «Mən Peyğəmbərin döv­rün­də Bəni Amirdən olan bir qadınla müvəqqəti evlən­miş­dim və iki qırmızı bordu mehriyyə vermişdim. Sonra Pey­ğəm­bər bizi müt`ədən çəkindirib bu işi qadağan etdi.»[46]

Daha başqa bir rəvayətdə deyilir: «Peyğəmbər ¡ Mək­­kənin fəthində qadınlarla müvəqqəti izdivacı qadağan etdi.»[47]

Başqa bir rəvayətdə: Peyğəmbər ¡ müt`əni qadağan edə­­rək buyurdu: «Müt`ə bu gündən e`tibarən Qiyamətə qədər haram­dır.»[48]

«Sünəni Əbi Davud», «Sünəni Beyhəqi» və sair kitablarda Rəbi ibni Səbrədən rəvayət olunur ki, o demişdir: Mən özüm şahid idim ki, atam belə rəvayət edirdi: «Peyğəmbəri Əkrəm ¡ «Həccətül-vida»da müt`əni qadağan etdi.»[49]

Dördüncü hədis: «Səhihi Müslüm», Ibni Əbi Şeybənin «Müsənnəf», «Müsnədi Əhməd», kitablarında Səlmət ibni Əkvədən belə rəvayət olunur: «Peyğəmbəri Əkrəm ¡-in Ovtasın fəth olunduğu ildə müvəqqəti evlənməni üç gün azad qoydu, sonra onu qadağan etdi.»[50]



[1] «Müsnədi Əhməd», 2-ci cild, səh.95, hədis:5694, 2-ci cild, səh.104, hədis:5808; «Məc­məüz-zəvaid», 7-ci cild, səh.332-333, 4-cü cild, səh.265. Ibni Ömərdən rəvayət edi­lir ki, ondan müt`ə barəsində soruşduqda, o, qəzəblənib dedi: «Haramdır!» Dedilər: «Axı Ibni Abbas onu işkalsız hesab edir?!» O dedi: «Allaha and olsun, Ibni Abbas bi­lir­di ki, Peyğəmbəri Əkrəm Xeybərin fəthində onu qadağan etmişdir və biz də zina­kar deyildik!» «Məcməüz-zəvaid» kitabının müəllifi yazır: Təbərani onu rəvayət etmiş­dir ki, onun nəql olunduğu vasitələrdən Mənsur ibni Dinar zəif şəxsdir.

Müəllif: Aydındır ki, o, Ibni Ömərin hədisini təhrif etmişdir.

[2] «Müsənnəf», Əbdürrəzaq, 7-ci cild, səh.502.

[3] «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.293; «Təfsiri Süyuti», 2-ci cild, səh.140.

[4] «Sünəni Beyhəqi», 7-ci cild, səh.306.

[5] «Sünəni Beyhəqi», 7-ci cild, səh.205.

[6] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.503.

[7] «Sünəni Beyhəqi», 7-ci cild, səh.204.

[8] Ibni Qüdamənin «Muğni» kitabı, 7-ci cild, səh.573.

[9] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.496.

[10] «Təfsiri Qurtubi», 5-ci cild, səh.133.

[11] «Muğni», Ibni Qüdamə, 7-ci cild, səh.571.

[12] «Məcməüz-zəvaid», 4-cü cild, səh.265.

[13] «Təhzibut-təhzib», 3-cü cild, səh.196-198.

[14] «Sünəni Termizi», 5-ci cild, səh.50; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

[15] «Təhzibut-təhzib», 10-cu cild, səh.356-360.

[16] Bu rəvayəti tezliklə «Səhih hədislər» bölməsində qeyd edəcəyik.

[17] «Məcməüz-zəvaid», 4-cü cild, səh.264; «Fəthul-bari», 11-ci cild, səh.34.

[18] Əhmədin və Müslümün Sədəqətin tərcümeyi-halı barəsindəki nəzərlərini «Təhzibut-təhzib», 4-cü cild, səh.416-dan nəqlən qeyd etmişik.

[19] «Sünəni Beyhəqi», 7-ci cild, səh.207; «Məcməüz-zəvaid», 4-cü cild, səh.264; «Fəthul-bari», 11-ci cild, səh.73.

[20] «Təhzibut-təhzib», 10-cu cild, səh.380-381.

[21] Bax: «Mö`cəmül-büldan», «Sənyətül-vida» maddəsi.

[22] «Ərrovzul-mö`tar», Himyəri; «Sənyətül-vida» maddəsi.

[23] «Sünəni Beyhəqi», 7-ci cild, səh.207.

[24] «Təhzibut-təhzib», Musa ibni Əyyubun tərcümeyi-halı, 1-ci cild, səh.336.

[25] «Sünəni Beyhəqi», 7-ci cild.

[26] «Təqribut-təhzib», 1-ci cild, səh.192 və 459.

[27] «Ömərdən sonra müt`ənin halal olmasına dair israr edilməsi» bölməsinə müraciət edə bilərsiniz.

[28] «Məcməüz-zəvaid», 4-cü cild, səh.266.

[29] Yenə orada.

[30] Yenə orada.

[31] Yenə orada.

[32] «Təhzibut-təhzib», 1-ci cild, səh.240, Ishaqın tərcümeyi-halı.

[33] «Məcməüz-zəvaid», 4-cü cild, səh.266, ravinin adı ilə birlikdə.

[34] «Təhzibut-təhzib», 11-ci cild, səh.183-814. Yəhya ibni Ənisənin tərcümeyi-halı.

[35] «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

[36] «Əl-cərhu vət-tə`dil», Razi, 4-cü cild, 1-ci hissə, səh.171; «Mizanul-e`tidal», 4-cü cild, səh.183; «Lisanul-mizan», 6-cı cild, səh.95.

[37] Mətnin ibarələri müəllifdəndir.

[38] «Səhihi Müslüm», səh.1027; «nikahul-müt`ə» babı; «Sünəni Nəsai», «təhrimul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.201; «Müsənnəfi Əbdür-Rəzzaq», 7-ci cild, səh.501; «Məcməüz-zəvaid», 4-cü cild, səh.265.

[39] «Səhihi Buxari», 3-cü cild, səh.36; «Xeybər qəzvəsi» babı, 3-cü cild, səh.164; «nəhyu Rəsulillah ən nikahil-müt`ə əxirən» babı; «lühumul-hümüril-insiyyə» babı, 3-cü cild, səh.208, 4-cü cil, səh.135; «əl-hiylətu finnikah» babı; «Sünəni Əbi Davud», 2-ci cild, səh.90; «Sünəni ibni Macə», 13-cu cild, hədis:1961; «Sünəni Termizi», 5-ci cild, səh.48-49; «Sünəni Darəmi», 2-ci cild, səh.140; «Müvəttəi Malik», səh.542, hədis:42; «ni­kahul-müt`ə» babı; Ibni Əbi Şeybə, «Müsənnəf», 4-cü cild, səh.292; «Müsnədi Əhməd», 1-ci cild, səh.79, 130, 143; «Müsnədi Təyalisi», hədis:111; «Fəthül-bari», qeyd olunan bab­larda.

[40] «Sünəni Beyhəqi», 7-ci cild, səh.207.

[41] Yenə orada.

[42] «Səhihi Müslüm», səh.1024; «nikahul-müt`ə» babı; «Məcməüz-zəvaid», 4-cü cild, səh.264; «Sünəni Beyhəqi», 7-ci cild, səh.202.

[43] «Səhihi Müslüm», səh.1025; «Sünəni Darəmi», 2-ci cild, səh.140; «Sünəni ibni Macə», səh.631, hədis:1962; «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.348.

[44] «Səhihi Müslüm», səh.1025; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.292.

[45] «Səhihi Müslüm», səh.1025; «Sünəni Beyhəqi», 7-ci cild, səh.202 və 204.

[46] «Səhihi Müslüm», 1027; «Sünəni Beyhəqi», 7-ci cild, səh.205.

[47] «Səhihi Müslüm», səh.1028; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.294.

[48] «Səhihi Müslüm», səh.1027. Artıq şərhlə Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında 4-cü cild, səh.506; «Sünəni Beyhəqi», 7-ci cild, səh.203.

[49] «Sünəni Əbi Davud», 2-ci cild, səh.227; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.204-205; «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.348.

[50] «Səhihi Müslüm», səh.1023, hədis:1405; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.292; «Müsnədi Əhməd», 4-cü cild, səh.55; «Sünəni Beyhəqi», 7-ci cild, səh.204; «Fəthul-bari», 11-ci cild, səh.73.

  670
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Characteristics and Qualities of the Imam Mehdi (A.S)
      Tawheed and Imamate of Imam Mahdi (A.S.)
      The Twelfth Imam, Muhammad ibn al-Hasan (Al-Mahdi-Sahibuz Zaman) (as) (The hidden Imam who is ...
      Sayings of Imam Mahdi (A.T.F.)
      A Supplication from Imam Mahdi (A.T.F.)
      Saviour of Humanity
      Imam Mahdi (A.S.), the Twelfth Imam, the Great Leader and Peace-Maker of the World
      The Deputies of the Imam of the Age Hazrat Hujjat ibnil Hasan al-Askari (a.t.f.s.)
      Imam Mahdi (A.J.)
      A brief biography of Imam Al-Mahdi (pbuh)

 
user comment