Azəri
Tuesday 21st of May 2019
  1990
  0
  0

ÖMƏRIN ARDICILLARI MÜVƏQQƏTI IZDIVACI QADAĞAN EDIR

8-ÖMƏRIN ARDICILLARI MÜVƏQQƏTI IZDIVACI QADAĞAN EDIR

Müvəqqəti izdivacın haram olmasının tərəfdarlarından biri də Əbdüllah ibni Zübeyrdir. Ibni Əbi Şeybə «Müsən­nəf» kitabında Ibni Əbi Ze`bdən belə rəvayət etmişdir: Ibni Zübeyr xütbə oxuyub deyirdi: "Əla və innəl-müt`ətə hiyəz-zi­na, yə`ni "agah olun ki, müt`ə elə həmin zinadır!"[1]

Digəri isə Ibni Səfvandır ki, onun hədisi qeyd oluna­caq­dır. Üçüncüsü Əbdüllah ibni Ömər özünün iki nəzəriy­yə­sin­dən birində haram etmişdir. (Bunun da şərhi gələcəkdir.) Həm­çinin, bu məsələdə Ömərin ardıcılları ilə müxalifləri ara­sında çoxlu çəkişmələr və münaqişələr olmuşdur ki, onu aşa­ğıda qeyd edirik:

9-ÖMƏRIN MÜXALIFLƏRI ILƏ TƏRƏFDARLARI ARASINDA IXTILAF

Müvəqqəti evlənmənin halal olması barəsində Ibni Ab­bas­la müxaliflərdən olan Ibni Zübeyr kimiləri arasında aşa­ğıdakı şəkildə bəhslər və mübahisələr baş vermişdir:

Müslüm «Səhih» kitabında və Beyhəqi «Sünən» kitabında Ür­­vət ibni Zübeyrdən belə rəvayət edirlər: Əbdüllah ibni Zü­beyr Məkkədə ayağa qalxıb dedi: «Allah, qəlblərini də göz­lə­ri kimi kor etdiyi insanlar müvəqqəti izdivacın halal ol­ma­sı­na dair fətva verirlər!» Bu sözlə Əbdüllah Ibni Abba­sı nə­­zər­də tuturdu ki, o zaman gözlərini əldən vermişdi. Ibni Ab­bas cavabında dedi: «Sən əclaf və yelbeyin bir varlıqsan! Ca­nıma and olun ki, müt`ə Imamul-müttəqinin (məqsədi Pey­ğəm­bər idi) dövründə halal idi. Ibni Zübeyr dedi: «Sən özün sınaqdan çıxart; Allaha and olsun, əgər belə etsən – müt`ə əncam versən – səni öz daşlarırla daş-qalaq edəcəyəm!»

Ibni Şəhab yazır: Xalid ibni Mühacir ibni Seyf mənə xə­bər verərək dedi: Mən bir kişinin yanında oturmuşdum, baş­qa bir kişi onun yanına gəlib müt`ənin hökmünü souşdu. O, müt`ənin yerinə yetirilməsinə dair fətva verdi. Əbu Əmrə Ən­sa­ri ona dedi: «Yavaş!» O dedi: «Nə üçün? Allaha and ol­sun ki, biz Imamul-muttəqinin dövründə onu yerinə yetirir­dik.»[2]

Səid ibni Cübeyr rəvayət edərək deyir: Əbdüllah ibni Zü­beyr bir xütbə oxudu və Ibni Abbasın müt`ənin halal olması barəsindəki fətvasına e`tiraz edirdi. Ibni Abbas dedi: «Əgər düz deyirsənsə, anandan soruş!» Əbdüllah öz anasından soruş­duqda, belə bir cavab eşitdi: «Ibni Abbas düz deyir: bəli, belədir.» Ibni Abbas deyir: «Əgər istəsən, müvəqqəti izdivac yolu ilə dünyaya gələn Qüreyş kişilərinin adını sayaram.[3]

Aydındır ki, bu söhbətlər Əbdüllah ibni Zübeyrin Mək­kəyə hakim olduğu vaxtda baş verməlidir. O zamanda cümə və cama­at namazları Beytüllahil-həramda qılınırdı. Düzgün nə­zər budur ki, bu söhbətlər cümə namazı xütbələri vaxtında və müsəlmanlardan çoxunun iştirakı ilə olan məclisdə baş ver­mişdi. Çünki bizim nəzərimizə görə, Ibni Abbas, Ibni Zü­bey­rin çıxışlarında iştirak etməyi səhih bilmirdi, yal­nız cümə namazında iştirak edirdi ki, onda iştirak etməyə də məcbur idilər.

Buradan aydın olur ki, Ibni Zübeyrin və hakim hey`ətin, yə`­­ni xilafət aparatının Peyğəmbərin müt`əni qadağan etməsi ba­­­rə­­sində söz, əməl və təqriri barəsində heç bir sənədləri yox idi. Çünki əgər malik olsaydılar, Ibni Abbasın müqa­bi­lin­­­də və onun dediyi: «Müt`ə Peyğəmbərin dövründə yerinə ye­ti­­­ri­­lirdi» - kimi möhkəm fətvası qarşısında ona istinad edər­­dilər.

Bəli, həcc müt`əsini və qadınlar müt`əsini bu günkü günə qə­dər haram edən, onu günün məntiqinə uyğunlaşdıran və xi­la­fətin hakim hey`ətinin əksinə olaraq onun halal olmasına inananlar isə, Peyğəmbəri Əkrəm ¡-in sünnəsinə isti­nad etmiş, onların qarşısına çıxmış və Peyğəmbərin sün­nə­sindən dəlil gətirmişdilər.

«Səhihi Müslüm», «Müsnədi Əhməd», «Müsnədi Təyalisi», «Sünə­ni Beyhəqi» və sair kitablarda Əbu Nəzrədən belə rəva­yət olunur: Cabir ibni Əbdüllahın yanında idim, bir şəxs gəlib dedi: «Ibni Abbas və Ibni Zübeyr həcc və qadınlar müt`ə­si barəsində ixtilaf etmişlər.» Cabir dedi: «Biz onu Peyğəmbərin dövründə yerinə yetirirdik. Sonra Ömər bizi bu işdən çəkindirdi, biz də yerinə yetirmədik.»[4]

Digər bir rəvayətdə isə belə dediyi nəql olunur: Cabirə dedim: «Ibni Zübeyr müvəqqəti evlənməni qadağan edir, Ibni Abbas isə onun halal olmasına göstəriş verir. Cabir dedi: Hə­dis mənim ixtiyarımdadır, biz Peyğəmbərin dövründə mü­vəq­qəti izdivac edirdik. Ömər ibni Xəttabın vaxtı gəlib çatan­da bir xütbə oxuyaraq dedi: «Allah-taala Öz Peyğəmbəri üçün istədiyi hər bir şeyi halal etmişdir. Qur`an da öz ye­rin­də nazil olmuşdur. Indi öz həccinizi ümrənizdən ayı­rın və bu qadınlarla müt`ə etməkdən çəkinin! Əgər müvəqqəti izdi­vac etmiş olan bir kişini mənim yanıma gətirsələr, onu daş-qalaq edəcəyəm.»[5]

Bu rəvayət Beyhəqinin «Sünən» kitabında belə qeyd olunur: «Biz Peyğəmbərin dövründə və Əbu Bəkrin xilafətində müt`ə edirdik. Ömər ibni Xəttab xilafətə çatan zaman dedi: Alla­hın Rəsulu elə Allahın Rəsulu, Qur`an da elə həmin Qur`an­dır. Bu ikisi (ki, deyirik) iki müt`ədir ki, Peyğəmbərin döv­rün­də bərqərar idi və mən (indi) onları qadağan edirəm, hər kəs yerinə yetirsə, cəzalandıracağam: Onlardan biri müvəqqəti izdi­vacdır, əgər müvəqqəti əqd ilə bir iş görmüş olan bir kiş­ini mənim yanıma gətirsələr, onu daş-qalaq edəcəyəm və daş­lar altında dəfn olunacaqdır! Digəri də həcc müt`əsidir. Öz həccinizi ümrənizdən ayırın; çünki bu iş sizin həcc və ümrə­nizi daha kamil edər.»[6]



[1] «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.293; «fi nikahil-müt`ə və hurmə­ti­hi.»

[2] «Səhihi Müslüm», səh.1026, hədis:277; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.205. Əbu Əmrə Ənsarinin apardığı mübahisələri Əbdür-Rəzzaq öz «Müsən­nəf» kitabında 7-ci cild, səh.502-ci qeyd etmişdir.

[3] «Məanil-asarın şərhi», Təhavi; «nikahul-müt`ə» babı.

[4] «Səhihi Müslüm», səh.1023, hədis:1405; «nikahul-müt`ə» babı; «Müsnədi Əhməd», 1-ci cild, səh.52, azacıq fərqlə və 2-ci cild, səh.325, 363, xülasə şəkildə; «Sünəni Beyhə­qi», 7-ci cild, səh.206; «Məanil-əxbarın şərhi», səh.401; «Kənzül-ümmal», 8-ci cild, səh.293-294.

[5] «Səhihi Müslüm», səh.885, hədis:145; «müt`ətun bil-həcc» babı; «Müsnədi Təya­li­si», səh.247, hədis:1792; «Əhkamul-Qur`an», Cəssas, 2-ci cild, səh.178; «Təfsiri Süyuti», 1-ci cild, səh.216; «Kənzül-ümmal», 8-ci cild, səh.294; «Təfsiri Kəbir», 3-cü cild, səh.26.

[6] «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

  1990
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment