Azəri
Monday 14th of October 2019
  789
  0
  0

ÖMƏRIN MÜVƏQQƏTI EVLƏNMƏNIN QABAĞINI ALMASININ SƏBƏBI

5-ÖMƏRIN MÜVƏQQƏTI EVLƏNMƏNIN QABAĞINI ALMASININ SƏBƏBI

«Səhihi Müslüm», Əbdür-Rəzzaqın «Müsənnəf», «Müsnədi Əhməd», «Sünəni Beyhəqi» və sair kitablarda Cabir ibni Əb‌dül‌lahdan belə rəvayət edilir: «Peyğəmbərin və Əbu Bəkrin hə‌y‌atının bütün dövrlərində bir qədər unu və xurmanı meh‌riyyə qərar verir və müvəqqəti olaraq evlənirdik. Nəhayət Əmr ibni Hərisin gördüyü işə görə Ömər onu qadağan etdi.»[1]

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Ətadan, o da Cabirdən nəqlən deyir: «Biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nəhayət Ömərin xilafətinin axırlarında Əmr ibni Həris bir qadınla müvəqqəti olaraq izdivac etdi. Ravi deyir: Cabir onun adını dedi, amma mən unutdum. O qadın hamilə oldu və bu xəbər Ömərə çatdıqda, onu çağırdı və soruşdu ki, «bu xəbər düzdürmü?» Dedi: «Bəli!» Ömər dedi: «Kim buna şahiddir?» O qadın anasının, yaxud qəyyumunun adını çəkdikdə, Ömər al‌da‌dılmanın baş verməsindən qorxaraq dedi: «Nə üçün on‌lar‌dan başqası olmamışdır?!»[2]

Digər bir rəvayətdə deyilir ki, Cabir demişdir: «Əmr ib‌ni Həris Kufədən Mədinyə gəldikdə, bir kənizlə müvəq‌qə‌ti olaraq evləndi. Kəniz hamilə olduğu zaman Ömərin yanı‌na gətirdilər. Hadisənin nə yerdə olduğunu soruşduqda, ca‌vab verdi ki, Əmr ibni Həris mənimlə müvəqqəti izdivac et‌miş‌dir. Ömər, Əmr ibni Hərisi də çağırdı və o da aşkar şəkildə iqrar etdi. Ömər dedi: «Nə üçün ondan başqasını seçmədin?!» Bu Ömərin müvəqqəti izdivacı qadağan etdiyi zaman baş vermişdi.[3]

Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf de‌yir: «Əmr ibni Hovşəb Bəni Amir ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə ol‌du. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini is‌tədi və dedi: «Əmr ibni Hovşəb mənimlə müvəqqəti olaraq ev‌lən‌mişdir.» Ömər hadisəni Əmrdən soruşdu və o da təs‌diq‌lədi. Ömər dedi: «Kimi bu işə şahid tutmuşdunuz?» Ravi deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: «Ya anamı, ya bacımı, yaxud qardaşımı.» Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: «Nə olub ki, kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar etmirlər?!» Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: «Camaat bunu ondan qəbul etdilər.»[4]

«Kənzül-ümmal» kitabında Əbu Xeysəmənin qızı Ümmü Əbdüllah rəvayət edir ki, Şamdan bir kişi gəlib mənim mənzilimdə məskən saldı və dedi: «Aravadsızlıq məni çətinliyə salmışdır, mənim üçün bir arvad tap, onunla müvəqqəti olaraq evlənim.» Onu bir qadına elçi göndərdim, mehriyyə tə`yin etdilər və adil şəxs də ona şahid tutuldu. Bun‌dan sonra Allahın istədiyi vaxta qədər o qadınla yaşa‌dı‌lar. Sonra Mədinədən çıxdı. Bu xəbər Ömər ibni Xət‌taba çatdıqda məni çağırıb soruşdu: «Bu deyilənlər düz‌dürmü?» Dedim: «Bəli.» O dedi: «Əgər o kişi qayıtsa, mənə xəbər ver.» O gəldikdə, Öməri agah etdim. Onu çağırtdırıb dedi: «Səni bu işə nə vadar etmişdir?» Dedi: «Mən bu işi Peyğəmbərin zamanında da yerinə yetirirdim və o həzrət sağ olan vaxta qədər bizi bu işdən çəkindirməmişdi. Əbu Bəkrin dövründə də bunu davam etdirdik, o da həyatda olduğu vaxta qədər bizi bu işdən çəkindirmədi. Sizin xilafətiniz dövründə də onun qadağan olunması bizə çatmamışdır.» Ömər dedi: «Agah olun! Canım əlində olan Allaha and ol‌sun, əgər bundan qabaq onu nəhy etmiş olsaydım, səni daş-qa‌laq edərdim. Bir-birinizdən ayrılın ki, nikah və izdivac zina‌dan ayrılsın.»[5]

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Ürvədən belə rəva‌yət olunur: «Rəbiə ibni Üməyyə ibni Xələf Mədinənin qeyri-ərəb qadınlarının biri ilə müvəqqəti evləndi. Biri Xovlə bin‌ti Həkim olmaqla iki qadın ona şahidlik etdilər. Xov‌lə əməlisaleh bir qadın idi. Çox keçmədi ki, o qeyri-ərəb qa‌dın hamilə oldu. Xovlə hadisəni Ömər ibni Xəttaba xə‌bər verdi. Ömər qalxıb qəzəbindən əbasının bir ucu yerlə sü‌rü‌nən halda tələm-tələsik minbərə çıxıb dedi: «Mənə xə‌bər vermişlər ki, Rəbiə ibni Üməyyə Mədinə qadınlarından olan qeyri-ərəb bir qadınla müvəqqəti evlənmiş və o iki qadını da ona şahid tutmuşlar. Əgər bundan qabaq bunu qadağan etmiş olsaydım, indi onu daş-qalaq edərdim!»[6]

Malik «Müvəttəə» və Beyhəqi «Sünən» kitablarında rəva‌yət edirlər ki, Xüveylə binti Həkim Ömər ibni Xəttabın ya‌nı‌na gəlib dedi: «Rəbiə ibni Üməyyə bir qadınla müvəqqəti ola‌raq evlənmiş və o qadın hamilə olmuşdur.» Ömər qəzə‌bindən öz ridası yerlə sürünə-sürünə çölə çıxdı və dedi: «Bu müt`əni (müvəqqəti izdivacı) əgər bundan qabaq nəhy etmiş olsaydım, onları daş-qalaq edərdim!»[7]

«Əl-isabə» kitabında deyilir: «Səlmət ibni Üməyyə Həkim ib‌ni Üməyyə ibni Ovqəs Əsləmənin kənizi Səlma ilə müvəq‌qə‌ti izdivac etdi. Səlmə ondan hamilə oldu və o, övladını in‌kar etdi. Məsələni Ömərə dedikdə, müvəqqəti evlənməni qada‌ğan etdi.[8]

Əbdür-Rəzzaq özünün «Müsənnəf» kitabında Ibni Abbas‌dan belə rəvayət edir: «Mö`minlərin əmirini (yə`ni Öməri) müt`‌əni qadağan etməyə Ümmü Ərakədən başqa bir şəxs vadar etmə‌mişdi. O, hamilə halda çölə çıxdı və Ömər səbəbini soruşduqda, dedi: «Səlmət ibni Üməyyə ibni Xələf mənimlə müvəqqəti evlənmişdir.»[9]

Ibni Əbi Şeybə «Müsənnəf» kitabında Əla ibni Mü‌sey‌yib‌dən, o da atasından belə nəql edir: Ömər dedi: «Əgər bir qa‌dınla müvəqqəti izdivac etmiş olan bir kişini mənim ya‌nıma gətirsələr və o da möhsinə (həyat yoldaşına sahib ola-ola) olarsa, onu daş-qalaq edəcəyəm, əgər subay olsa, ona şal‌laq vuracağam.»[10]

Yuxarıdakı rəvayətlərdən belə aydın olur ki, Peyğəmbərin sə‌habələri deyirdilər ki, "Fəməstəmtə`tum bihi" - ayəsi müvəq‌qə‌ti izdivac barəsində nazil olmuş və Peyğəmbəri Əkrəm onu yerinə yetirməyə göstəriş vermişdir. Onlar da tə`yin olun‌muş mehriyyə ilə – un, ya xurma, yaxud paltarı mehriyyə qə‌rar verərək – Peyğəmbərin dövründə qadınlarla müvəqqəti ev‌lə‌nirdilər. Bu hökm Əbu Bəkrin dövründə və Ömərin xila‌fə‌tinin bir qismində də davam etmişdir. Nəhayət Ömər Əmr ibni Hərisin gördüyü iş xatirinə onu qadağan etdi.

Həmçinin, aydın oldu ki, müt`ə nikahı Ömərin xilafəti döv‌ründə qadağan olunmamışdan öncə aşkar şəkildə yerinə ye‌ti‌rilirdi. Bəlkə də onun bu işi qadağan etməsi tədrici və mərhələ-mərhələ olmuşdur. Əvvəlcə şahidlərlə əlaqədar cid‌di tələbkarlıq göstərir və əmr edirdi ki, mö`minlərin adil‌lərindən şahid tutsunlar. Bu da yuxarıdakı bə`zi rə‌va‌yət‌lərdən aydın olur. Sonra özünün yekun qadağasını bəyan edib dedi: «Əgər bundan qabaq qadağan etmiş olsaydım, indi daş-qalaq edərdim.»

Bu hadisədən sonra müvəqqəti izdivac Islam cəmiyyətində qadağan və haram edildi. Xəlifə Ömər də öz hakimiyyətinin axırına qədər ona israr etdi, nəsihət edənlərin xeyirxahlıq və öyüd-nəsihətləri ona heç bir tə`sir qoymadı.

Təbəri «Sireyi-Ömər» bölməsində Imran ibni Səvadədən rə‌vayət edir ki, o, xəlifədən icazə istəyib onun yanına da‌xil oldu və dedi: «Sənə öyüd-nəsihət etmək üçün gəlmişəm!» Ömər dedi: «Sübh-axşam sənə eşq olsun, ey nəsihətçi!»

O dedi: «Ümmətin dörd şeydə sənə irad tuturlar...»

Ömər şallağın dəstəyini çənəsinin altına, ucunu isə diz‌lərinin üstünə qoyub dedi: «De gəlsin!»

Imran dedi: «Onlar deyirlər ki, sən ümrəni həcc ayla‌rın‌da haram etmisən, halbuki, Peyğəmbər bu işi gör‌mə‌mişdir. Əbu Bəkr də onu halal saymışdır.»

Ömər dedi: «O halaldır, lakin ümrəni həcc aylarında ye‌ri‌nə yetirsələr, belə təsəvvür edərlər ki, o, həclərinin əvə‌zi‌nə kifayət edir və bu halda yumurta cücəsiz olar, yə`ni Mək‌kə ilin başqa aylarında ümrəçilərdən boş olar, onla‌rın həcci də xəlvət olar, halbuki, həcc Ilahi nurlardan olan bir nurdur. Deməli, mənim işim düz olmuşdur!»

Imran dedi: «Deyirlər ki, sən müvəqqəti evlənməni haram etmi‌sən, halbuki, o, Allah tərəfindən icazə verilən bir iş idi. Biz münasib bir mehriyyə ilə müt`ə edir, üç gündən son‌ra ayrılırdıq.»

Ömər dedi: «Peyğəmbəri Əkrəm onu zərurət halında halal bi‌lirdi. Ondan sonra camaat rifah halına çatdılar, indi mü‌səl‌manlardan bir kəsi tanımıram ki, ona əməl etsin, ya‌xud ona doğru qayıtsın. Indi də hər kəs istəyirsə, münasib bir mehriyyə ilə (daimi) evlənsin və üç gündən sonra təlaqla ayrıl‌sın. Deməli, mənim işim düzgündür.»[11]

Müəllif: Xəlifə Ömərin müt`ə həccini qadağan etməsinə bə‌‌ra‌ət qazandırılan sözü «əgər müsəlmanlar ümrəni həcc ay‌la‌‌rında yerinə yetirsələr, onların həccinin əvəzinə kifayət et‌‌diyini təsəvvür edərlər» – deyə nəhy etməsi ilə əlaqədar sö‌zü ilə, yə`ni həcc və ümrənin bir yerə yığılması ilə əla‌qə‌dar sözü ilə düzgün gəlmir. Həqiqətdə onun səbəbi digər bir rəvayətdə qeyd olunandır. Orada demişdir: «Məkkə əha‌li‌sinin nə süd verən heyvanları, nə faydalı əkin sahələri var‌dır. Onların ticarətlərinin rövnəqləndiyi vaxt yalnız bu evin qonaqlarının gəldiyi günlərdədir. Buna əsasən, adam‌lar gərək iki dəfə ona tərəf gəlsinlər: Bir dəfə müf‌rə‌də həcci üçün, bir dəfə də müfrədə ümrəsi üçün. Bunu et‌mə‌lidirlər ki, mühacirlərin əsli və kökü olan Qüreyş on‌lar‌dan (maddi cəhətdən) bəhrələnsin.»

Amma xəlifənin müt`ə nikahı barəsindəki nəzərinə, yə`ni «Pey‌ğəmbərin dövrü zərurət dövrü idi, indi isə belə deyil‌dir» - sözünə gəldikdə isə, bu yozum da qəbulolunası deyil‌dir. Çünki müt`ənin Peyğəmbər dövründə baş verməsini aş‌kar şəkildə bəyan edən rəvayətlərin çoxu bunu çatdırmaq is‌tə‌yir ki, onun nazil olması müharibə və səfər halında ol‌muş‌dur. Buna görə də Peyğəmbərin əsri, Ömərin əsri və bi‌zim dövrümüzə qədərki əsrlər arasında heç bir fərq olmaya‌caq‌dır.

Çünki insan yer üzündə tapıldığı bir vaxtdan həmişə səfərə ehtiyaclıdır, günlər, aylar, bə`zən illərlə öz əhli-əyalından ayrı olur. Indi əgər bir kişi səfərə getsə və səfəri uzansa, özünün cinsi qərizəsi ilə nə etməlidir? Onu özündən ayıraraq başqa bir yerdə qoya bilərmi ki, yenidən qa‌yıt‌dıqdan sonra ondan istifadə etsin?! Yoxsa cinsi qərizəsi hə‌mişə onunladır və səfər və qeyri-səfərlərdə ondan ayrıl‌mır? Əlbəttə ki, bu qərizə həmişə onunladır. Belə olan hal‌da onu inkar etmək olarmı?! Hələ bunlar bir tərəfə, əgər bəşər övladlarından olan nadir şəxslər (hər bir şə‌rait‌də) iffətçiliyə riayət edə bilsələr, onda yenə də bütün in‌san‌lar belə ola bilərmi?! Yoxsa onların əksəriyyəti öz cin‌si qərizələri qarşısında acizdir? Cəmiyyətdə bəşər nəs‌lindən belə bir böyük qrup ola-ola onu cinsi qərizədən çə‌kin‌dirmək mümkündürmü ki, o özünün fitri qanunları ilə mü‌xa‌lifət etsin?! Onun üçün cəmiyyətə xəyanət etməkdən baş‌qa bir yol qalırmı?!

Görəsən, insanın bütün maddi və mə`nəvi müşküllərini ən münasib yollarla həll edən Islam dini bu müşkülü ca‌vab‌sız qoyubdurmu?! Xeyr! Əksinə, bu müşkül üçün müvəqqəti evlənmə yolunu qanuni hala salmışdır. Necə ki, imam Əli buyurmuşdur: "Əgər Ömər (müvəqqəti evlənməni) qadağan et‌mə‌səydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi." Amma qeyri-is‌lami cəmiyyətlərə gəldikdə isə, çıxış yolunu zinanın caizliyində görür və onu hər bir halda azad qoyurlar.

Qeyd olunanlar təkcə vətənlərindən uzaqda yaşayan müsa‌fir‌lərin çətinliyi deyil; əksər camaat da öz vətənlərində çox vaxtlar daimi əqdlə evlənə bilmirlər. Bu çətinlikdə qa‌dın və kişi eyni səviyyədədir. Halbuki, əgər uzun illər boyu dai‌mi olaraq evlənə bilməyən insan vardırsa, onda müvəqqəti izdi‌vaca pənah aparmasa, nə etməlidir? Xüsusilə bunu nəzə‌rə alaq ki, Qur`ani-Kərim müsəlman kişilərə buyurmuşdur: "Və‌la tuvaiduhunnə sirrən- onlarla gizlində qərar qoymayın." Müsəl‌man qadınlara isə belə buyurmuşdur: "Vəla müttəxizati əxdan- xəl‌vətdə özlərinə dost seçməsinlər."

Amma xəlifə Ömər özünün bu qadağasını izah edərək de‌diyi: «Müvəqqəti izdivacı daimi izdivaca çevirin və üç gün‌dən sonra təlaq verin» - sözünə gəldikdə isə, bu işin nəti‌cə‌si iki halda ola bilər: Birincisi budur ki, bu qərar qa‌dın‌la kişinin əvvəlcədən mə`lumatı ilə yanaşı olsun, hər ikisi onunla razılaşsınlar. Bu da elə müt`ə nikahından iba‌rət olacaqdır.

Ikincisi budur ki, ərin belə məqsədi olsun və onu qa‌dın‌dan gizlətsin ki, bu halda qadını aldatmaq və onu təh‌qir etmək sayılacaqdır. Çünki onlar daim izdivac əsasında qə‌rar qoyur və kişi batini niyyətini (üç gündən sonra təlaq ver‌məyi) gizlədir. Halbuki, zahirdə üç günlük olan daimi iz‌di‌vac da baş verdikdən sonra qadınların və onların hima‌yə‌çilərinin daimi izdivaca olan e`timadları aradan gedəcək‌dir.

Sonda bunu deyirik ki, Imranla xəlifə Ömərin və baş‌qa‌la‌rının arasında baş verən söhbətlərdən, eləcə də Ömə‌rin bu barədə dediyi söhbətlərindən aydın olur ki: Müvəq‌qə‌ti izdivacın qadağan olunmasına dair Peyğəmbəri Əkrəmdən nəql olunan və əsl təfsir və hədis kitablarında yayılan rə‌va‌‌yət‌lərin hamısı saxta rəvayətlərdir ki, Ömərin əsrindən son‌‌ra düzəldilmişdir. Çünki əgər Ömərin xilafəti döv‌rün‌də Peyğəmbər səhabələrindən hər hansı biri o həz‌rət‌dən Ömə‌rin həcc müt`əsi və qadınlar müt`əsi barəsindəki si‌y‌asə‌tini təsdiqləyən bir rəvayət nəql etsəydi, hökmən onu aş‌kar edərdi. Çünki xəlifənin bu işi qadağan edib və onu yeri‌nə yetirənləri cəzalandırması ilə əlaqədar aşkar tə`kid‌ləri və təhdidləri ilə yanaşı, onun xəlifədən gizlə‌dil‌məsinə heç bir ehtiyac görülmürdü. Xəlifənin özü də əgər bir müddət ər‌zində siyasətini təsdiqləyən bir şey tap‌saydı, ona istinad edər və müsəlmanlara bu qədər təzyiq göstər‌məyə ehtiyac duy‌maz‌dı.

Beləliklə, Ömərin dövrü öz siyasətinin müxaliflərini məhv edib nəfəslərini çəkməyə qoymadığından və hətta Pey‌ğəm‌bər hədislərinin ravilərini rəvayət nəql etməkdən saxla‌masına baxmayaraq sona çatdı.

Bu siyasət Osmanın xilafətinin əvvəlindəki altı ildə də davam etdi. Xəlifənin müt`əni qadağan etməkdəki hökmü təd‌‌‌rici olaraq Islam ölkələrinə və cəmiyyətinə yayıldı və bun‌‌‌dan sonrakı Islamda – xilafət aparatının icazə verdiyi şey‌‌‌lər‌dən başqa heç bir şey bilməyən – yeni bir nəsil yaran‌‌dı.



[1] «Səhihi Müslüm», «müt`ə» kitabı; «nikahi müt`ə» bölməsi, səh.1023, hədis:1405; «Şər‌hi Nüvəvi», 9-cu cild, səh.183; «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.500; «Sü‌nə‌ni Beyhəqi», 7-ci cild, səh.237; «ma yəcuzu ən yəkunə mehrən» babı; «Müsnədi Əhməd», 3-cü cild, səh.304, onun ibarələrində deyilir: «Nəhayət, son zamanlarda Ömər onu bizə qa‌da‌ğan etdi.» «Təhzibut-təhzib» kitabının müəllifi də onun xülasəsini Musa ibni Müs‌lümün tərcümeyi-halında, 10-cu cild, səh.371-di qeyd etmişdir. «Fəthul-bari», 11-ci cild, səh.76; «Zadul-məad», Ibni Qəyyim, 1-ci cild, səh.205; «Kənzül-ümmal», 8-ci cild, səh.293.

[2] «Müsənnəf» Əbdür-Rəzzaq, 7-ci cild, səh.496-497; «müt`ə» babı.

[3] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.500; «Fəthul-bari», 11-ci cild, səh.76, onun ibarələrində deyilir: «Hadisəni ondan soruşdu və Əmr aşkar şəkildə bunu e`ti‌raf etdi.»

[4] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.500-501. Müəllif: Mənim nəzərimcə Əmr ibni Hovşəb səhvdir, onun düzgünü Əmr ibni Hərisdir. Belə ki, Ömərin sözlə‌ri‌nin bə`zi hissəsində «Ona adil şahid tutmursunuz?» - ibarəsi də ixtisara salınmış‌dır.

[5] «Kənzül-ümmal», 8-ci cild, səh.294, Heydərabadın «Dairətul-məarif» çapı, 1312-ci il.

[6] «Müsənnəf» Əbdür-Rəzzaq, 7-ci cild, səh.500; «Müsnədi Şafei», səh.132; «Əl-isabə», Rəbiə ibni Üməyyənin tərcümeyi-halı, 1-ci cild, səh.514.

[7] «Müvəttə Malik», səh.542, hədis:42; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.206. Orada deyilir: «Onu daş-qalaq edərdim.» «Əl-ümm», Şafei, 7-ci cild, səh.219; «Təfsiri Süyuti», 3-cü cild, səh.141.

[8] «Əl-isabə», 4-cü cild, səh.345, 2-ci cild, səh.61, Səlmanın tərcümeyi-halında.

[9] «Əl-müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.449.

[10] «Əl-müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.293.

[11] «Tarixi Təbəri», 2-ci cild, səh.32; «Ömərin sirəsinin bir hissəsi» bölməsi, 22-ci ilinin hadisələri.

  789
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment