Azəri
Wednesday 26th of June 2019
  1405
  0
  0

III "Mövlüd Olimpiadası" və mövlud konserti keçirilmişdir

III
III "Mövlüd Olimpiadası" və mövlud konserti keçirilmişdir

 

   Azərbaycanda İslam Peyğəmbərinin (s) adına həsr edilmiş sayca üçüncü dəfə keçirilən intellektual yarış - "Mövlud olimpiadası" bu il də start götürmüşdür. Bu bilgi yarışı İcərişəhər “Cümə” məsçidi dini icması, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının təşəbbüsü və deyerler.org-un informasiya dəstəyilə həyata keçirilmişdir.
    İlk "Mövlud Olimpiadası" 2008-ci ildə baş tutmuşdur. 2008-in bilik yarışında 117 nəfər iştirak etmək arzusunu bildirmişdir. Onlardan ən çox xal toplayan Kərimli Namiq ilk "Mövlud Olimpiadası"nın qalibi elan edildi. Aynur Məmmədova və Emin Yasinov isə müvafiq olaraq 2-ci və 3-cü yeri bölüşdürmüşdürlər.
    2009-cu ildə isə II mübarək "Mövlud Olimpiadası"nda artıq 135 nəfər iştirak etmişdir. İkinci olimpiadanın nəticələrinə görə Allahverdi Nəcibə və Yusifova Kəmalə 49 xal toplayaraq 2-3 yerləri bölüşdürüblər. Abbasova Leyla isə hər 3 mərhələnin ümumi nəticəsinə görə 50 xal toplamaqla, olimpiadanın qalibi olmuşdur.
    Bu il elmi-intellektual yarışda, "Mövlud Olimpiadası"nda iştirak üçün qeydiyyat müddətinin cəmi 3 gün olmasına baxmayaraq olimpiadada 189 nəfər iştirak istəyini bildirmişdir. Olimpiada 3 turdan ibarət idi. İlk turun nəticələrinə görə daha çox xal toplamış 110 iştirakçı II turda biliklərini sınamaq üçün imkan qazanmışlar. |Deyerler/
  1405
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment