Azəri
Tuesday 26th of March 2019
  639
  0
  0

bir MISAL VƏ ibrət

bir MISAL VƏ ibrət

Gördüyünüz kimi, təməttö ümrəsinə – bu qədər israr və ma ne çiliklərlə belə-nəhayət təqribən yetmiş min, yaxud yüz min nəfərin vasitəsilə və Peyğəmbəri Əkrəm ¡-lə birlikdə «Həccətül-vida»da əməl olundu və bu Nəbəvi sünnə sini bu qədər saya malik olan bu qrup Peyğəmbərdən rəvayət etdi lər. O kəslər ki, öz gözləri ilə görmüş, qəlbləri ilə onun əncamını müşahidə etmişdilər, eyni halda səhabə xə li fə olan Ömər ibni Xəttab müsəlmanları ondan çəkin dir miş və bunu yerinə yetirənləri cəzalandırmışdır.

Həmçinin, müsəlmanlar – istər səhabələr, istərsə də tabe in lər –bu hadisədə onu dəstəklədilər, onların bu işi dəs tə k ləyən əməllərindən biri də Peyğəmbəri Əkrəm ¡-dən hə dis rəvayət etmələri idi. Guya o həzrət ümrəni qadağan et miş di. Bu hadisədə müşahidə etdiyimiz digər bir hadisə və digər bir dastan da xəliflərin Allahın Kitabı, Peyğəm bə rin sünnəsi müqabilində ictihadları, müsəlmanların – sə habə, tabein və başqalarının ona tabe olmaları idi. Bu bizim üçün bir ibrət dərsidir: bilməliyik ki, onların Pey ğəm bəri Əkrəmlə Qədir-Xum günündəki hökmü ilə, eləcə də o həzrətin imam Əli -ın haqqında buyurduğu aşkar fər ma nı ilə (elə məhz həmin səfərdə baş vermişdi) və o həzrətin baş qa hədisləri ilə müxalifət etmələri qəribə bir iş de yil di, xüsusilə bunu nəzərə alaq ki, onların hökumət və ima mət ilə əlaqədar ictihadi məsələlərdə məqsədləri onla rın təməttö ümrəsini dəyişdirməklə əlaqədar məqsəd lərindən qat-qat güclü idi. Belə isə, ey ağıllılar, ibrət alın!

b) MÜT`ƏTUN-NISA, YAXUD MÜVƏQQƏTI IZDIVAC

Ömər ibni Xəttabdan mütəvatir şəkildə nəql olunmuşdur ki, o belə demişdir: «Peyğəmbərin dövründə iki növ müt`ə (ha lal şeydən bəhrələnmək) var idi ki, mən indi onları qa da ğan edirəm. Hər kəs onu yerinə yetirsə, cəzalandıracağam: Həcc müt`əsi və qadınlar müt`əsi.»[1]

Həcc müt`əsi, eləcə də xəlifə Ömərin onu qadağan etməsi ilə əlaqədar bəhslər yuxarıda qeyd olundu. Burada isə qadın la rın müt`əsi və onun Ömər tərəfindən qadağan olunmasının sə bə b lərini araşdıracaq, xəlifənin bu barədəki ictihadla rı nı bəyan edəcəyik:

1- XÜLƏFA MƏKTƏBININ MƏNBƏLƏRINDƏ MÜT`ƏTUN-NISA, YAXUD MÜVƏQQƏTI IZDIVAC

«Təfsiri Qurtubi» kitabında deyilir: Keçmişdəki və ha zır kı alimlər bu barədə yekdil nəzərdədirlər ki, müt`ə mü vəq qəti bir izdivacdır ki, onda irs yoxdur, ayrılması da tə laq sız baş verir və tə`yin olunmuş müddətin axırında bir-birindən ayrılırlar.

Ibni Ətiyyə deyir: «Müt`ə (müvəqqəti izdivac) odur ki, ki şi qadını iki şahidin hüzurunda və qadının vəlisinin ica zə si ilə müəyyən olunmuş müddətə qədər özünə arvad etsin. Bu şərtlə ki, bir-birindən irs aparmırlar, kişi də razı laş dıqları mehriyyəni ona verməlidir. Tə`yin olunmuş müd dət sona çatan zaman kişinin qadın üzərində heç bir haqqı yox dur; qadın aylıq adəti baş verib paklanana qədər iddə sax la malıdır, çünki (ehtimal olunan) övlad şəksiz o ikisinə mül həq olur və iddə saxlayıb hamilə olmadığına yəqin etdik dən sonra onun başqa kişilərlə izdivacı caizdir.[2]

«Səhihi Buxari» kitabında Peyğəmbər ¡-in belə bu yur duğu rəvayət olunur: "Hər kişi və qadın (müvəqqəti izd ivac da) razılığa gəlsələr, o ikisinin müvəqqədti həyatı üç ge cəyə qədər davam edir. Ondan sonra istəsələr, ya ona əla və edər lər, ya da bir-birində ayrılarlar."[3]

Ibni Əbi Şeybənin «Müsənnəf» kitabında Cabirdən belə rə va yət olunur: «Hər vaxt tə`yin olunmuş müddət sona çatsa və ye ni dən başlamaq istəsələr, gərək qadına digər bir mehriyyə ver sin.»

Ondan soruşdular: «Qadının iddəsi nə qədərdir?»

Dedi: «Bir heyz miqdarındadır ki, öz əri üçün saxla ma lı dır.»[4]

«Qurtubi təfsiri»ndə Ibni Abbasın belə dediyi rəvayət olu nur: «Qadının iddəsi bir heyz miqdarındadır.» Və demiş dir: «Bir-birindən irs aparmırlar.»[5]

Təbərinin təfsirində Sədidən nəql olunur ki, "fəməs təm tə` tum bihi minhunnə ila əcəlin müsəmmən fəatuhunnə" – ayəsi nin təf sirində deyir: Bu müt`ə belə bağlanır ki, kişi və qa dın bir müəyyən olunmuş müddət üçün iki şahidin hüzurunda və qa dı nın vəlisinin icazəsi ilə izdivac edirlər. Müddət so na çat dığı zaman kişinin qadın üzərində heç bir haqqı yox dur və qadın azaddır. Yalnız öz bətnini pak etməlidir (id də saxlamalıdır). Onlar bir-birindən irs aparmır.»[6]

Zəməxşəri özünün «Kəşşaf» təfsirində "fəməstəmtə`tum bi hi minhunnə..." - ayəsinin təfsirində demişdir ki, bu ayə üç gün lük müt`ə barəsində nazil olmuşdur və onun hökmü Alla hın Məkkəni Peyğəmbərin üzünə açdığı (fəth etdiyi) dövrə qə dər qalmışdır. Sonra nəsx olundu. O belə idi: Kişi qadı nı mə`lum bir müddətdə bir gecə, iki gecə-yeddi gecəyə qədər pal tar və ya başqa bir şey (mehriyyə ünvanı ilə) verməklə öz əq di nə keçirir və ondan ləzzət alır, sonra azad qoyur. Ona gö rə müt`ə (faydalanmaq) adlanır ki, kişi qadından ləzzət, ya xud qadın kişidən mehriyyə alır.»[7]

Bura qədər qeyd olunanlar xüləfa məktəbinin mənbələrində müt`ətun-nisa, yaxud müvəqqəti izdivacla əlaqədar idi. Onun imamiyyə fiqhindəki tə`rifi aşağıda qeyd olunacaq.

2-ƏHLI-BEYT ¢ FIQHINDƏ MÜVƏQQƏTI EVLƏNMƏ

«Müt`ətun-nisa», yaxud «müvəqqəti evlənmə» belədir ki, qa dın şəxsən, yaxud öz vəkilinin vasitəsilə özünü mə`lum bir müddət və tə`yin olunmuş mehriyyə ilə bir kişinin iz di va cı na keçirir. Əvvəlcədən də onunla izdivacına şər`i bir ma neə olmamalıdır. Şər`i maneə: nəsəbi qohumluq, səbəbi qo hum luq, süd vasitəsilə yaranan qohumluq, iddədə olmaq və ya ər də olmaq. Nəzərdə tutulmuş və mə`lum olunmuş müddət so na çatdığı, yaxud ər müddətin qalanını qadına bağış la dı ğı zaman bir-birindən ayrılırlar. Əgər yaxınlıq baş ver miş olsa, qadın iki (adət) müddətində iddə saxlamalıdır. Əgər aylıq adəti olmayan qadınlar sır asındadırsa və yai sə lik həddinə çatmayıbsa, qırx beş gün gözləməlidir. Amma əgər yaxınlıq baş verməmişsə, onda, düxuldan qabaq təlaq veril miş qadın kimidir və iddə saxlaması lazım deyil.

Müvəqqəti evlənmədən əmələ gələn övlad bütün şər`i hökm lərdə daim izdivacdan yaranan övladın hökmünə malik dir.[8]

3-ALLAHIN KITABINDA MÜVƏQQƏTI EVLƏNMƏ

Mütəal Allah buyurur:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا

"Ləzzət aldığınız qadınların mehriyyəsini onlara verin. Əgər müəy yən mehriyyədən sonra bir şeyə razılaşsanız, sizə qorxusu yoxdur, çünki Allah əlim (elmli) və həkimdir."[9]

XÜLƏFA MƏKTƏBINDƏKI RƏVAYƏTLƏRDƏ BU AYƏNIN TƏFSIRI

1. Əbdür-Rəzzaq özünün «Müsənnəf» kitabında Ətanın be lə dediyini nəql edir: Ibni Abbas bu ayəni qiraət edərək be lə təfsir edirdi:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ--- اِلَي اَجَلٍ مُسَمًّي ---فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً

Yə`ni "mə`lum bir müddət üçün ləzzət aldığınız qadınların meh riy yəsini onlara verin."[10]

2. «Təfsiri Təbəri» kitabında Həbib ibni Əbi Sabitin be lə dediyi nəql olunur: Ibni Abbas mənə bir Müshəf verdi və dedi: «Bu Qur`an Übeyyin qiraəti (və təfsiri) əsa sın da dır.» O deyir: Bu ayənin təfsiri o Müshəfdə belə idi:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ--- اِلَي اَجَلٍ مُسَمًّي

Yə`ni "mə`lum və tə`yin olunmuş müddətə qədər qadınlardan ləzzət alsanız..."[11]

3. «Təfsiri Təbəri»də Əbu Nəzrədən iki yolla belə rə vayət olunur: «Ibni Abbasdan «müt`ətün-nisa» barəsində so ruş dum. O dedi: «Məgər «Nisa» surəsini oxumamısanmı?» De dim: «Əlbəttə ki, oxumuşam!» O dedi: "Fəməstəmtə`tum bihi min hunnə ila əcəlin musəmma" - ayəsini oxumamısanmı? Dedim: «Əgər onu belə oxusaydım və öyrənsəydim, sizdən soruş maz dım.» O dedi: «(Necə ki, dedim) elədir»!

4. Həmçinin Əbu Nəzrədən belə rəvayət olunur: Bu ayəni Ib ni Abbasa qiraət etdim: "Fəməstəmtə`tum bihi minhunnə." Ib ni Abbas dedi: «Ila əcəlin musəmma», yə`ni mə`lum müddətə qədər. O deyir: «Mən dedim ki, mən bunu belə oxumamışdım və belə bilmirdim.» O dedi: «Allaha and olsun ki, Allah onu belə nazil etmişdir.» Və bu ayəni üç dəfə təkrarladı.

5. Ümeyr və Əbu Ishaqdan rəvayət edilir ki, ayəni belə qira ət (və təfsir) etmişdir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcə lin musəmma."

6. Mücahidin belə dediyi rəvayət olunur: "Fəməstəmtə`tum bi hi minhunnə", yə`ni müvəqqəti nikahdan ibarətdir.

7. Əmr ibni Mürrə rəvayət edir: Səid ibni Cübeyrdən eşit dim ki, ayəni belə qiraət (və təfsir) edirdi: "Fəməs təm tə` tum bihi minhunnə ila əcəlin musəmma."

8. Qütadə deyir: «Übeyy ibni Kə`bin qiraətində (və təfsi rin də) belə idi: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin mu səm ma."

9. Şö`bə ibni Həkəm rəvayət edir ki, belə demişdir: «On dan soruşdum ki, bu ayə qüvvədən salınıb nəsx edilmiş dir mi?» Dedi: «Xeyr!»[12]

10. Cəssasın «Əhkamul-Qur`an» kitabında Əbu Nəzrənin rəva yəti və Əbu Sabitin rəvayəti Ibni Abbasdan, Übeyy ibni Kə` bin qiraət hədisi də qeyd olunmuşdur.[13]

11. Beyhəqi özünün «Sünəni-kubra» kitabında Məhəmməd ib ni Sə`ddən rəvayət edir ki, Ibni Abbas dedi: Müt`ə (müvəq qə ti izdivac) Islamın əvvəllərində olmuşdur və müsəl man lar bu ayəni belə qiraət (və təfsir) edirdilər: "Fəməstəm tə` tum bihi minhunnə ila əcəlin musəmma."[14]

12. Nüvəvi özünün «Səhihi Müslüm» kitabında yazdığı şər hində deyir: Ibni Məs`udun qiraətində (təfsirində) ayə belədir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin."[15]

13. Zəməxşəri öz təfsirində deyir: Ibni Abbasdan rəvayət olun muşdur ki, belə deyirmiş: «Bu ayə Qur`anın möhkəm ayə lə rindəndir, yə`ni nəsx olunmamışdır.» Onun özü də bu ayə ni həmişə belə qiraət (və təfsir) edərmiş: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəmma."[16]

14. Qurtubi deyir: «Alimlərin hamısı deyirlər ki, bu ayə dən məqsəd müt`ə nikahı (müvəqqəti izdivac)-dır ki, Isla mın əv vəl lərində olmuşdur. Ibni Abbas, Ibni Əbi Kə`b və Ibni Cü beyr ayəni belə qiraət (və təfsir) etmişlər: "Fəməstəm tə` tum bihi minhunnə ila əcəlin musəmma, fəatuhunnə ücurəhunnə." - Yə` ni müəyyən və tə`yin olunmuş müddət ərzində (əqdinizə keçirtdiyiniz müd dət də) ləzzət aldığınız qadınların mehriyyəsini onlara verin."[17]

15. Ibni Kəsirin təfsirində qeyd olunur: «Ibni Abbas, Übeyy ibni Kə`b, Səid ibni Cübeyr və Sədi ayəni belə qiraət (və təfsir) edirdilər: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəm ma, fəatuhunnə ücurəhunnə fərizətən."[18]

16. Süyutinin təfsirində Übeyy ibni Sabit, Əbu Nəzrənin hə disi, Qütadənin və Səid ibni Cübeyrin rəvayəti, Übeyy ibni Kə` bin qiraəti (və təfsiri) barəsindəki, eləcə də Müca hi din, Sədinin və Ətanın Ibni Abbasdan etdiyi rəvayətlərdə və Həkəmin hədisində deyilir: «Bu ayə nəsx olunmamışdır.» Əta nın Ibni Abbasdan nəql etdiyi rəvayətdə deyilir: «Həkəm «Ni sa» surəsindəki "Fəməstəmtə`tum bihi" - ayəsini müt`ənin ha lal olmasına hökm etmişdir.»

O deyir: «Onlar bir-birindən irs aparmır, əgər müəyyən olun muş müddətdən sonra izdivacı davam etdirmək istəsələr, çox yaxşı; amma əgər bir-birindən ayrılsalar, o da yaxşı dır.»[19]

Müəllif: Bütün bu müfəssirlər və onlardan başqaları bu ayə nin təfsirində qeyd olunanları nəql etmişlər. Gördüyünüz ki mi, Ibni Abbas, Übeyy ibni Kə`b, Səid ibni Cübeyr, Müca hid, Qütadə və onlardan başqaları[20] ondan rəvayət etmişlər ki, ayəni belə qiraət (və təfsir) etmişdir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəmma." Yə`ni misal üçün: Übeyy ibni Kə`b ayəni belə qiraət və təfsir etdikdə məqsədi bu idi ki, bu təfsiri Peyğəmbərdən eşitmiş və Peyğəmbər də "ila əcə lin musəmma" - deyə buyurduqda, ayəni həmin cümlə ilə təfsir et mişdir.

4-SÜNNƏDƏ MÜVƏQQƏTI EVLƏNMƏ

a) «Səhihi Müslüm», «Səhihi Buxari», Əbdür-Rəzzaqın «Mü sən nəf», Ibni Əbi Şeybənin «Müsənnəf», «Müsnədi Əh məd», «Sünəni Beyhəqi» və digər kitablarda Əbdüllah ibni Məs ` ud dan rəvayət olunur ki, o, belə demişdir: «Biz Peyğəm bə rin önündə cihad aparırdıq və həyat yoldaşımız yanı mız da deyildi. Dedik: «Yaxşı olmazmı ki, özümüzü axtalayaq?» Pey ğəm bər ¡ əvvəlcə bizi bu işdən çəkindirdi, sonra ica zə verdi ki, mehriyyə (paltar və sair kimi şeylər) ver mək lə dul qadınları müvəqqəti olaraq əqdlərinə keçir sin lər. Əbdüllah sonra bu ayəni («Maidə» surəsi, ayə:87) tilavət etdi:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ

"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pakizə şeyləri ha ram etməyin və həddinizi aşmayın, çünki Allah hədlərini aşanları sev mir."[21]

b) «Səhihi Müslüm, «Səhihi Buxari», Əbdür-Rəzzaqın «Mü sən n əf» kitablarında Cabir ibni Əbdüllahdan və Səl mət ibni Əkvədən rəvayət edirlər ki, onlar belə deyir miş lər: Peyğəmbərin münadisi (carçısı) bizə tərəf gəlib de di: «Pey ğəmbər sizə icazə vermişdir ki, dul qadınlarla müt`ə edə siniz, yə`ni müvəqqəti olaraq evlənəsiniz.»[22]

ğ) «Səhihi Müslüm», «Müsnədi Əhməd» və «Sünəni Bey həqi» kitablarında Səbrət Cühənidən rəvayət edilir ki, belə de mişdir: «Peyğəmbər bizə müt`əni (müvəqqəti izdivacı) icazə ver di. Mən və başqa bir kişi Bəni Amir qəbiləsindən olan bir qadına elçi getdik. O, güclü və uca boylu bir qadın idi. Soruşdu: «Mehriyyə olaraq nə verirsiniz?» Mən dedim: «Ri damı.» Mənim yoldaşım da dedi: «Ridamı.» Yoldaşımın ri da sı mənim ridamdan yaxşı idi, lakin mən ondan cavan idim. Onun ridasına baxdığı zaman onu bəyəndi və mənə bax dığı zaman özümü bəyənib mənə dedi: «Sən və sənin ridan mə nə kifayətdir.» Onunla müvəqqəti olaraq evləndim və üç gün onunla birlikdə oldum. Sonra Peyğəmbər buyurdu: «Hər kəs bu qadınlarla müvəqqəti evlənibsə, onları azad burax sın.»[23]

q) «Müsnədi Təyalisi» kitabında Müslüm Qürəşidən rə vayət olunur ki, o, belə demişdir: «Əbu Bəkrin qızı Əsma nın yanına getdim və ondan müvəqqəti evlənmə barəsində soruşdum. O dedi: «Biz Peyğəmbərin vaxtında onu edirdik.»[24]

d) «Müsnədi Əhməd» və başqa kitablarda Əbu Səid Xid rinin dilindən belə nəql olunur. «Biz Peyğəmbərin dövründə müt`ə edir və paltarı mehriyyə kimi qərar verirdik.»[25]

ə) Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: Biz lər dən bə`zilərimiz un ilə dolu olan bir qabla (mehriyyə qə rar verib) müt`ə edirdik.[26]

j) «Səhihi Müslüm», «Müsnədi Əhməd» və başqa kitab lar da Ətadan belə rəvayət olunur: «Cabir ibni Əbdüllah üm rə ni yerinə yetirmək üçün (Məkkəyə) gəldi və biz mənzildə onun görüşünə getdik. Camaatdan ondan bə`zi məsələləri soruş dular. Sonra müt`ə bəhsini irəli çəkdilər. Cabir dedi: «Bəli, biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müt`ə (müvəqqəti izdivac) edirdik.»[27]

«Müsnədi Əhməd» kitabında ondan sonra deyilir: «Bu iş Ömərin xilafətinin axırlarına qədər davam etdi.»

«Bidayətul-müctehid» kitabında deyilir: «Bu iş Ömərin xila fətinin ortalarına qədər davam etdi, sonra Ömər camaatı onu yerinə yetirməkdən çəkindirdi.»[28]



[1] «Təfsiri Qurtubi», 2-ci cild, səh.370; «Təfsiri Kəbir», 2-ci cild, səh.167, 201-202; «Kənzül-ümmal», 8-ci cild, səh.293-294; «Əl-bəyanu vət-təbyin», Cahiz, 3-cü cild, səh.223.

[2] «Təfsiri Qurtubi», 5-ci cild, səh.132.

[3] «Səhihi Buxari», 3-cü cild, səh.164; «nəhyu Rəsulillah ən nikahil-müt`əti əxirən» babı.

[4] «Əl-müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.499; «müt`ə» babı.

[5] «Təfsiri Qurtubi», 5-ci cild, səh.132; «Təfsiri Nişaburi», 5-ci cild, səh.17.

[6] «Təfsiri Qurtubi», 5-ci cild, səh.9.

[7] «Təfsiri Kəşşaf», 1-ci cild, səh.519.

[8] Imamiyyə fəqihlərinin əməli risalələrinə, eləcə də istidlali fiqh kitab ları na, «Şərhi-lüm`ə», «Şəraye» və sair kimi yerlərdə müt`ə nikahının hökmlərinə baxa bi lər siniz.

[9] «Nisa», surəsi, 24-cü ayə.

[10] «Əl-müsənnəf», 7-ci cild, səh.497-498; «müt`ə» babı. Əbdür-Rəzzaq ibni Hümam Sən` a ni nin kitabıdır ki, 126-cı ildə dünyaya gəlmiş, 211-ci ildə vəfat etmişdir. Beyru tun el mi məcmə nəşri, 1390-1392-ci ilin çapı. Onun hədisini altı «Sihah» müəllif lə ri nin hamısı rəvayət etmişlər. Onun tərcümeyi-halı «Əl-cəm`u beynə ricalis-səhi heyn», «Təq ribut-təhzib», «Bidayətul-müctehid», 2-ci cild, səh.63-də oxuya bilərsiniz.

[11] «Təfsiri Təbəri», 5-ci cild, səh.9.

[12] 2-9-cu rəvayətlər «Təfsiri Təbəri»dəndir. Biz onların bə`zilərini xülasə şəkildə qeyd etdik.

[13] «Əhkamul-Qur`an», 2-ci cild, səh.147.

[14] «Sünəni Beyhəqi», 7-ci cild, səh.205.

[15] «Şərhi Nüvəvi», «Səhihi Müslüm» kitabına yazdığı şərh, 9-cu cild, səh.179.

[16] «Təfsiri Kəşşaf», Zəməxşəri, 1-ci cild, səh.519.

[17] «Təfsiri Qurtubi», 5-ci cild, səh.130.

[18] «Təfsiri ibni Kəsir», 1-ci cild, səh.474.

[19] «Təfsiri Süyuti», 2-ci cild, səh.140-141. Ətanın rəvayəti Əbdür-Rəzzaqın «Müsən nəf» kitabında 7-ci cild, səh.49.-də mövcuddur. Həmçinin Ibni Rüşdün «Bidayətul-müc te hid» kitabının 2-ci cildinin 63-cü səhifəsinə baxa bilərsiniz.

[20] Məsələn, Qazi Əbu Bəkr Əndəlusi (542-ci ildə vəfat edib) «Əhkamul-Qur`an» kita bı, 1-ci cild, səh.163-də, Bəğəvi Şafei (510, yaxud 516-cı ildə vəfat edib) «Xazinə» yazdığı «Haşiyə təfsiri»ndə 1-ci cild, səh.423, Alusi (1379-cu ildə vəfat edib) öz təfsirində 5-ci cild, səh.5-də.

[21] «Səhihi Müslüm», «nikah» kitabı, hədis:1404, səh.1022, müxtəlif sənədlərlə; «Sə hi hi Buxari», 3-cü cild, səh.85; «Maidə» surəsinin təfsirində, «nikah» kitabı, 3-cü cild, səh.159; «ma yəkrəhu minət-təbəttuli» babında, ibarələrdə azacıq fərqlə; Əbdür-Rəz zaqın «Müsənnəf» kitabı, 7-ci cild, səh.506, hədisin axırına qədər əlavə izahatla; Ib ni Əbi Şeybənin «Müsənnəf» kitabı, 4-cü cild, səh.294; «Müsnədi Əhməd», 1-ci cild, səh.420 və onun haşiyəsində deyilir: Ibni Məs`ud bu hökmə əməl və müvəqqəti ev lən məni halal hesab edirdi, 432-ci səhifədə xülasəsini qeyd edib; «Sünəni Beyhəqi», 7-ci cild, səh.200-201; «Təfsiri ibni Kəsir», 2-ci cild, səh.87.

[22] «Səhihi Müslüm», səh.1022, hədis:1405; «Səhihi Buxari», 3-cü cild, səh.164; «nəhyu Rəsu lillah ən nikahil-mut`əti əxirən» babı. Buxarinin ibarələrində deyilir: «Biz bir or du da idik ki, Peyğəmbərin göndərdiyi adam yanımıza gəldi və...» «Müsnədi Əh məd» kita bında da belə qeyd olunur, 4-cü cild, səh.51, onun xülasəsi, səh.47; Əbdür-Rəzzaqın «Müsənnəf» kitabı, 7-ci cild, səh.498, azacıq fərqlə.

[23] «Səhihi Müslüm», «nikah» kitabı, səh.1024, hədis:1046; «Sünəni Beyhəqi», 7-ci cild, səh.202-203; «Müsnədi Əhməd», 3-cü cild, səh.405.

[24] «Müsnədi Təyalisi», hədis:1637.

[25] «Müsnədi Əhməd», 3-cü cild, səh.22; «Məcməüz-zəvaid», 4-cü cild, səh.265.

[26] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.458.

[27] «Səhihi Müslüm», «nikah» kitabı, səh.1023, hədis:1405; «Şərhi Nüvəvi», 9-cu cild, səh.183; «Müsnədi Əhməd», 3-cü cild, səh.380; «Ricali Əhməd», «Ricalus-səhiheyn», Əbu Davud; «sədaq» babında deyir: Peyğəmbərin, Əbu Bəkrin dövründə və Ömərin xila fə tinin yarısında müvəqqəti izdivac edirdik. Sonra Ömər onu qadağan etdi. Həmçinin «Ümdətul-qari», 8-ci cild, səh.310.

[28] Bidayətul-müctehid», Ibni Rüşd, 2-ci cild, səh.63.

  639
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment