Azəri
Tuesday 21st of May 2019
  1958
  0
  0

IXTILAFIN MƏNŞƏYI VƏ ONUN DƏF EDILMƏ YOLU

IXTILAFIN MƏNŞƏYI VƏ ONUN DƏF EDILMƏ YOLU

Müsəlmanlar Islamın əvvəllərində Peyğəmbərin mübarək ağzından elə sözlər eşidirdilər ki, onlara təməttö ümrəsinə-yə`ni həcc ilə ümrəni bir yerdə yerinə yetirməyə fərman ve­rir­di. Onlar bu sözü eşitdikləri kimi də rəvayət edirdi­lər. Peyğəmbər ¡ öz sünnəsində təməttö ümrəsinin necə yeri­nə yetirilməsini onlara öyrətmişdi, onlar da görüb eşitdik­l­əri kimi nəql etmişdilər. Elə həmin ilk dövrlərdən e`ti­barən Peyğəmbərin təməttö ümrəsi barəsindəki hədis və sünnə­si Islam cəmiyyətində özünə adi hal almışdı. Necə ki, səha­bə Ömər ibni Xəttabın dövrünə qədər bu iş öz adi qayda­sında cərəyan edirdi. O, bu sünnəni, yə`ni təməttö ümrəsinin yerinə yetirilməsini müsəlmanlara qadağan etdi. Sonra səhabə xəlifə Osman ibni Əffan onun yolunu getdi, daha sonra da Məkkənin hakimi Əbdüllah ibni Zübeyr və səhabə xəlifə Müaviyə ibni Əbi Süfyan onu davam etdirdilər. Ondan sonra da xüləfa məktəbinin ardıcıllarının bə`ziləri çoxlu hədis­lər uyduraraq onu Peyğəmbər ¡-ə nisbət verirdilər ki, gu­ya o həzrət təməttö ümrəsini-yə`ni həcc ilə ümrəni bir yer­də yerinə yetirməyi qadağan etmişdir! Əlbəttə, bu hədisləri xe­yir­xahcasına və raşidin xəlifələrinin bə`zi siyasətlərini dəs­təkləmək üçün quraşdırır və müsəlmanlar da (istər bilə­rək­dən, istərsə də bilməyə-bilməyə) onları yayırdılar. Axırda da bunlar tədrici olaraq ilk dövrlərdəki səhih hədislər məc­muəsinə qoşuldu və əməvi xəlifəsi Ömər ibni Əbdül-Əziz hədis yazılmasına dair fərman verdiyi zaman bu iki məc­muə – səhihlə qondarma rəvayətlər bir-birinə qarış­dırı­lıb Peyğəmbəri Əkrəm ¡-ə mənsub edildi, «sihah», «müs­nəd» və «sünən» kitablarında, eləcə də xəlifə məktəbinin hədis kitablarında özünə yer aldı, hədislərin arasındakı ix­ti­laflar da məhz buradan qaynaqlandı. O da müsəlmanlar ara­sın­dakı boşluğun yaranmasına və ixtilafın dərinləşməsinə səbəb oldu. Iş o yerə çatdı ki, quraşdırılaraq Peyğəmbəri Ək­rəm ¡-ə nisbət verilən hədislərin aradan qal­dı­rıl­ması mümkün olmadı; yalnız belə mümkün ola bilərdi ki, hər hə­dis Peyğəmbərin sünnəsi ilə müxalif olarsa, hətta səhih hə­dis kitablarında qeyd olunmuş olsa belə, onu kənara qoyaq. Həm­çinin, müsəlmanlar arasında yekdil nəzər icad edilməsi və ixtilafın aradan qaldırılması da eynilə bu yolla müm­kündür. Yə`ni yalnız Peyğəmbər sünnəsinə müraciət və onun sün­nəsi ilə müxalif olanları tərk etməklə mümkün ola bilər – hət­ta raşidin xəlifələrinin sünnəsi olsa da belə!

“RAŞIDIN XƏLIFƏLƏRININ SÜNNƏSINƏ TABE OLMAQ” HƏDISI

Yuxarıda qeyd olunanlardan yəqin şəkildə anlamaq olar ki, «raşidin xəlifələrinin sünnəsinə tabe olmağın lüzumu» kimi məşhur bir hədis, hətta xüləfa məktəbinin səhih və müs­nəd kitablarında nəql olunsa belə, düzgün deyildir. Çünki biz çox hallarda raşidin xəlifələrinin sünnələrinin Pey­ğəm­bər sünnəsi ilə müxalif olduğunu görür və bilirik ki, Pey­ğəm­bər ¡ öz sünnəsi ilə müxalif olan bir şeyə əməl etməyə heç vaxt əmr etməzdi. O hədisin mətni belədir: «Mə­nim sünnəmə və hidayət olunmuş raşidin xəlifə­lərinin sün­nə­sinə sarılın! Onu dişinizlə-dırnağınızla möhkəm tu­tun!»[1]

BU HƏDISIN IRADLARI

Peyğəmbərə mənsub edilən bu hədis yuxarıda qeyd olu­nan­lar­dan əlavə, aşağıdakı şərhlə qeyd olunacaq iradlara da malik­dir:

a) «Imamət və xilafət bəhsinin istilahları»nda qeyd et­di­­yi­miz kimi, Islamın əvvəllərində-hətta ikinci xəlifənin döv­­ründə belə, xəlifə kəlməsi Qur`ani Kərimdə, şərif nəbəvi hə­dis­lərində, camaat arasında və hədislərdə müsəlmanların ümu­mi hakimi mə`nasında – sonuncu əsrlərdə başa düşülən bir mə`nada – istifadə olunurdu. Qur`anda, hədisdə və müsəl­man­ların arasında işlənən xəlifə kəlməsi ikinci xəli­fə­nin dövrünə qədər onun lüğətdəki mə`nasında işlədilirdi və məq­səd də «şəxsin xəlifəsi», yə`ni onun canişini nəzərdə tu­tu­lurdu. Belə ki, xəlifə kəlməsi müzaf və muzafun ileyh (iza­­fət) şəklində istifadə olunurdu. Deməli, biz hər vaxt Pey­­ğəmbərə mənsub edilən bir hədisdə, yaxud o dövrün adam­la­rı­nın birinin dilində xəlifə kəlməsini «Islamın ümumi ha­ki­mi» mə`nasına görsək, onun düzgün olmadığına yəqinlik ta­pa­cağıq. Həmçinin, əvvəldəki dördlük təşkil edən xəli­fə­lə­­rin «raşidin xəlifələri» kimi vəsf edilməsi də eynilə be­lə­­dir. Çünki bu ünvan bə`zi zalım əməvi və abbasi xəli­fə­lə­rinin hakimiyyətə gəlişindən sonra qondarılmış və xü­lə­fa məktəbinin ardıcılları əvvəldəki dörd xəlifəni «ra­şi­din xəlifəsi» adlandırmışdılar. Indi aydın olur ki, hər bir hədisdə raşidin xəlifələri kəlməsi olarsa, o hədis­lər əv­vəlki xəlifələrin dövründən sonra quraşdırılaraq ya­yıl­ma­ğa başlamışdır.

b) Bu hədis aşkar şəkildə göstərir ki, Peyğəmbər ¡ ra­şi­din xəlifələrinin sünnəsini Allahın Kitabı və Pey­ğəm­bər sünnəsinin müqabilində Islam şəriət mənbələrindən biri kimi qərar vermişdir! Peyğəmbəri Əkrəm ¡-in belə bir iş görməsi heç vaxt ağıla sığan bir iş deyildir!

v) Əgər Peyğəmbər ¡ raşidin xəlifələrinin sünnəsinə tabe olmağa əmr etsəydi, o fərmanın nəticəsi ziddiyyətdən ibarət olardı. Çünki Imam Əli onların arasındadır və o, əvvəlki iki xəlifə – Ömərlə Osmanın təməttö ümrəsi barəsindəki sünnəsi ilə müxalifət edərək onu yerinə yetirir və camaatı da bunu yerinə yetirməyə təşviq edirdi. Buna əsasən, Peyğəmbər ¡ həm bir şeyin yerinə yetirilməsinə fərman vermiş, həm də onu qadağan etmiş olur! Peyğəmbəri Əkrəm ¡-in belə bir iş görməsi doğrudan da ağlasığmazdır!

Buna görə də yuxarıda qeyd olunanlara diqqət yetirməklə, bizim nəzərimizə görə, bu hədis xüləfa siyasətlərini dəstək­lə­yən saxta hədislər sırasındadır.

Əvvəlki xəlifələr Müaviyənin və Əbdüllah ibni Zübeyrin dövrünə qədər Peyğəmbər səhabələrindən olduğuna, onlar da öz ic­ti­had və sünnələrində bir-birilə şiddətli ixtilaf törət­dik­lərinə görə xüləfa məktəbinin ardıcıllarının dediyi «səhabələrin hətta biri barəsində belə şəkk-şübhə etmək caiz deyil və şər`i hökmləri onların hamısından əxz etmək səhih­dir» - sözü «səhabələrin ədaləti» bölməsində qeyd olun­duğu kimi düzgün deyildir.

Həmçinin təməttö ümrəsi barəsindəki hadisələr imam Əli və Osman arasında araşdırdığımız zaman aydın olur ki, Əhli-beyt imamları həmişə Peyğəmbər sünnəsinə tabe olaraq bu işin yerinə yetirilməsinə fərman verir, bu yolda ciddi-cəhdlə çalışır və öz məktəbinin ardıcıllarını buna də`vət edirdilər.

Ibni Abbasla Ibni Zübeyr arasında baş verən həmin ha­disə ilə əlaqədar məsələnin Əhli-beyt məktəbi ilə xüləfa mək­təbi arasında çəkişməyə gətirib çıxardığından, aydın olur ki, onların münaqişəsi Əhli-beyt məktəbinin Peyğəmbər sün­nə­sinə tabe olmaqda iltizamlı olmasının, xüləfa mək­təbi­nin isə Peyğəmbər sünnəsi müqabilində şəxsi nəzər və icti­hadlarına əməl etməsi müqabilində olmuşdur.

Keçən bəhslərdə bu iki məktəbin necə yaranması ilə tanış olduq və gördük ki, bir məktəb Peyğəmbər sünnəsini dişi-dırnağı ilə qoruyub-saxlayır və inanır ki, Peyğəmbər sünnəsi müqabilində heç kəsin ictihad etməyə haqqı yoxdur və onlar da bu barədə ciddi-cəhdlə çalışmışlar. Bu da Peyğəmbər Əhli-beytinin məktəbindən ibarətdir. Digər bir məktəb də var-qüvvəsi ilə bu əqidədədir ki, xəlifələrin və səhabələrdən olan qüdrət sahiblərinin, Peyğəmbər sünnəsinin müqabilində nəzər vermək üçün ictihad haqqı vardır. Onlar da bu kimi şəxslərin sünnəsini dişləri-dırnaqları ilə qoruyub-saxlayırlar, o da xüləfa məktəbidir.

Peyğəmbər sünnəsi ilə əlaqədar bu qədər ixtilaf və çəkişmələrin baş verdiyinə görə biz də naçar olaraq bu kitabın fəsillərini və digər bəhslərini – təqribən qırx ildən artıq bir müddətdə – Peyğəmbər sünnəsini paklamağa, ona nail olmağın yollarını araşdırmağa sərf etmişik ki, o «müctehidlərin» ictihadlarına qarışmayan səhih hədis və sirəni tanıyaq. Allah bizim dediyimizə şahid və vəkildir. Belə isə, məzəmmət edənlər bizi üzürlü saysınlar!



[1] «Müsnədi Əhməd», 4-cü cild, səh.126-127; «Sünəni Darəmi», «müqəddimə», 1-ci cild, səh.44-45; «Sünəni ibni Macə», «müqəddimə», 1-ci cild, səh.15-16; «Sünənin Əbi Davud», «sünnə» kitabı, hədis:4607; «Sünəni Termizi», «elm» kitabı, 10-cu cild, səh.144-145. «Müsnədi Əhməd» kitabından sonra qeyd olunan bu dörd hədis kitabı, xüləfa məktəbinin altılıq təşkil edən səhih kitablarındandır.

  1958
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment