Azəri
Wednesday 27th of March 2019
  598
  0
  0

TӘKVINI VӘ ŞӘRTI ŞӘRTLӘR

TӘKVINI VӘ ŞӘRTI ŞӘRTLӘR

Insanlar adətən yaradılış, cəza, mükafat, xoşbəxtlik və bədbəxtliklər barəsindəki ilahi qanunları bəşəriyyətin ictimai qanunları ilə müqayisə edirlər. Halbuki bu işlər təkvini və həqiqi şəraitə tabedirlər. Amma ictimai qanun və şəraitlər şərti və e`tibari qanunlara tabedirlər. Ictimai qanunlar şərti şəraitlərə tabe ola bilərlər, amma yaradılış qanunları, o cümlədən ilahi cəza və ya mükafatlandırma həmin şəraitə tabe ola bilməz və onlar təkvini şəraitə tabedirlər. Təkvini və şərti sistemlərin fərqini aydınlaşdırmaq üçün bir misal gətirirəm.

Bildiyimiz kimi, hər bir ölkə ictimai sistem və quruluşlarda özünə məxsus qanunlara malikdir. Ictimai qanunlar bə`zi məsələlərdə təbii və təkvini şərait baxımından bir-biri ilə bərabər, şərti şərait baxımından isə fərqli, məsələn biri bir ölkədən, digəri isə başqa ölkədən olan iki nəfər arasında fərq qoyur.

Məsələn, Iranda bir nəfəri rəsmi surətdə işə götürmək istəyəndə təkvini cəhətdən bərabər olan müraciətçilərin biri iranlı, digəri isə əfqanıstanlı olsa, ola bilər ki, iranlını işə götürsünlər, amma əfqanıstanlını isə bu ölkə vətəndaşı olmadığı üçün işə götürməsinlər. Belə olan halda əgər əfqanıstanlı e`tiraz edərək işə götürülən iranlı ilə təbii şərait baxımından tamamilə bərabər olmasını desə, məsələn desə ki, əgər o sağlamdırsa, mən də sağlamam, əgər gəncdirsə, mən də gəncəm, əgər filan sahədə mütəxəssisdirsə, mən də mütəxəssisəm və sairə, ona idarə qanunlarının onu işə götürmək icazəsi verməməsini deyəcəklər.

Şərti bir iş ilə həmin əfqanıstanlının da vəziyyəti dəyişə bilər və o da başqaları kimi olar, yə`ni o, müraciət edərək Iran vətəndaşlığını qəbul edə bilər. Vətəndaşlığı qəbul etməyin onun həqiqi şəxsiyyətində heç bir tə`sir göstərməməsi aydın bir məsələdir. Amma ictimai qanunlar baxımından onun şəxsiyyəti dəyişir. Adətən şərti şəraitin nəzərə alınması, həqiqi və təkvini şəraitdəki bərabərliklərin riayət edilməməsi ilə birgə olur.

Amma ictimai və şərti qanunlara tabe olmayan və ancaq təkvini şəraitə tabe olan məsələlərdə iş başqa cürdür.

Məsələn Irana, Allah eləməmiş, vəba xəstəliyi gələndə bu ölkə vətəndaşı ilə başqaları arasında fərq qoymur. Әgər iranlı ilə əfqanıstanlı cismi və mühit baxımından bərabər şəraitdə olsalar mikrobun ayrı-seçkilik salması və «əfqanıstanlı iranlı olmadığı üçün onunla işim yoxdur» deməsi qeyri-mümkündür. Burada məsələ ictimai və şərti deyil, xilqət və təbiət məsələsidir, qanunvericilik və qanun düzəltmək deyil, təkvin məsələsidir.

Ilahi qanunlar, insanların cəza və mükafatlandırılmaları, bədbəxtlik və xoşbəxtlikləri baxımından həqiqi və təkvini şəraitə tabedir. Məsələn, biri «mənim adım müsəlman olduğu üçün üstünlüyə malik olmalıyam» deyərək iddia edəndə onun sözünə baxılmır.

Məsləni qarışdırmayın, söhbət Islamın müsəlmanların ictimai həyatları üçün müəyyənləşdirdiyi qanunlardan deyil, cəza və mükafatla bağlı məsələlərdə Allahın bəndələri ilə rəftarından gedir.

Islamın ictimai qanunlarının da, dünyanın ictimai qanunları kimi bir sıra şəraitləri nəzərdə tutaraq müəyyənləşdirilmiş şərti qanunlar olmasında və insanların, dünyəvi həyatlarına aid olan bu qanunları bir sıra şərti şəraitlərə riayət etmələrinin gərəkliyində heç bir şübhə yoxdur.

Amma Allahın işi və ilahi iradənin yaradılışdakı cərəyanı, o cümlədən insanlara səadət bəxş etmək, onları bədbəxtliyə çəkmək və cəza vermək, yaxud mükafatlandırmaq ictimai qanunlara tabe deyil. Ümumiyyətlə həmin məsələ bu qismə daxil deyil. Allahın müqəddəs zatı mütləq iradəsinin cərəyanında şərti qanunlar əsasında hərəkət etmir. Ictimai sistemlərdə yetərli tə`siri olan şərti qanunların, Allah-taalanın müqəddəs zatının təkvini iradəsinin cəryanında heç bir tə`siri yoxdur.

Islamın bəşəriyyətin ictimai rəftar və davranışlarına aid olan qanunlarına əsasən, dilinə şəhadət kəlməsini gətirən şəxs müsəlman sayılır və o, Islamın zahiri imkanlarından istifadə edir. Amma axirət qanunları və o biri dünya hesabında, Allahın rəftarı baxımından «Kim ardımca gəlsə, o, şübhəsiz ki, məndəndir. «(Ibrahim-36)«Allah yanında ən hörmətli olanınız Allah qarşısında ən çox təqvalı olanınızdır». (Hucurat-13) qanunu hakim olur.

Әziz Islam Peyğəmbəri (s) belə buyurub:

«Ey camaat, sizin hamınızın bir ata və bir Allahınız var, hamınız Adəmdən, Adəm isə torpaqdan yaradılıb.»

`ni hamının əsil-nəsəbi torpağa qayıdır, ərəbin əcəmdən heç bir üstünlüyü yoxdur və yeganə üstünlük me`yarı təqvadır.

Həqiqət axtarışı istiqamətində addımlayan Salman Farsi elə bir yerə çatmışdı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuşdu: «Salman bizdən, Әhli-beytdəndir».

Buna görə də şeytani vəsvəsələrin tə`siri altına düşən və ürəklərini «bizim adımız Әli ibni Әbutalibi sevənlərin adları arasındadır, hər nə olsa onun rəiyyətlərindən sayılırıq» kimi sözlərlə şad edənlər, nahaq yollarla əldə etdikləri və ya yaşadıqları müddətdə xeyir işlərə sərf etməli olduqları pulların böyük miqdarını müqəddəs məkanların idarəçilərinə verərək mələklərin əzab verməyə cürət etməmələri fikri ilə onları övliyaların qəbirləri yaxınlığında dəfn etmələrini vəsiyyət edənlər bilməlidirlər ki, çox xam xəyaldadırlar və qəflət pərdəsi gözlərini örtüb. Onlar özlərini dözülməz ilahi əzabın içində görəndə gözlərini açacaqlar və elə həsrətə düçar olacaqlar ki, ölüm imkanı olsaydı min dəfə ölməyə razı olardılar. Bəs elə isə, bu gün nə qədər ki, gec olmayıb, qəflət yuxusundan ayılsınlar və tövbə edərək keçənlərin yerini doldursunlar.

وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

«(Ya Məhəmməd!) qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib mö`minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!» (Məryəm-39).

Qur`ani-kərimin ayələri və islami rəvayətlər baxımından günahkarın, hətta müsəlman olsa belə, əzaba düçar olacağı qəti bir məsələdir. Həmin sənədlərdən belə bir nəticə əldə edilir ki, əgər günahkar iman əhlidirsə, ola bilsin axırda son nicat və cəhənnəmdən qurtuluşa nail olacaqdır. Amma onun bu nicatı neçə il əzabı daddıqdan sonra ola bilər. Bir dəstə adamın günahı ölüm zamanı çəkdiyi çətinliklərdə, digər bir dəstəninki isə qəbir və bərzəx aləmində təmizlənir. Digər bir qrup isə öz cəzasını qiyamətin qorxuları və hesabın çətinliyində çəkəcək. Bir qrup isə cəhənnəmə düşəcək və illərlə əzabda qalacaq. Imam Cə`fər Sadiqdən (ə) «Onlar orada uzun müddət qalacaqlar» ayəsinin təfsirində nəql edilib ki, bu ayə atəşdən nicat tapanlar barəsindədir.

Indi də ölüm zamanı verilən əzabları açıqlayan rəvayətlərdən nümunə üçün bir neçəsini gətiririk, bəlkə bizim qəflət yuxusundan oyanmağımıza səbəb ola və bizi qarşımızda olan qorxulu və çətin mənzillərə hazırlaya.

1. Şeyx Kuleyni həzrət imam Sadiqdən (ə) nəql edib ki, Әlinin (ə) gözü ağrıyırdı. Həzrət Peyğəmbər (s) ona baş çəkməyə gəlmişdi və Әlinin (ə) ağrıdan ah-nalə səsi ucalırdı. O həzrət soruşdu: Bu səs-küy tabsızlıqdandır, yoxsa ağrının çoxluğundan? Әmirəl-mö`minin dedi ki, ey Allahın Peyğəmbəri, mən indiyə kimi bundan şiddətli ağrı görməmişəm. Peyğəmbər həmin vaxt kafirin çətin və qorxulu olan canvermə halını nəql etdi. Әli (ə) həmin sözləri eşidən kimi durub oturdu və dedi: Ey Allahın Peyğəmbəri, həmin söhbəti bir də danış, o mənə ağrılarımı unutdurdu. Sonra belə dedi: Ey Allahın Peyğəmbəri, sizin ümmətinizdən də bu cür canı alınan olacaq? Peyğəmbər buyurdu: Bəli. Zülm edən hakim, yetim malı yeyən və yalandan şahidlik edən şəxsin canı belə alınacaq.

2. Şeyx Səduq «Mən la yəhzuruhul-fəqiha» adlı kitabında nəql edib ki, Әbuzərin oğlu Zər dünyadan köçəndən sonra Әbuzər onun qəbrinin yanında dayandı və əlini qəbrə sürtüb belə dedi: Allah rəhmət etsin. Allaha and olsun ki, sən mənə qarşı xoşrəftar idin və indi ki, mənim əlimdən çıxmısan, səndən razıyam. Allaha and olsun ki, sənin getməyindən qorxmuram, məndən heç nə əskilməyib və mən Allahdan başqa heç kəsə möhtac deyiləm. Әgər xəbərdarlıq vaxtının qorxusu olmasaydı, mən sənin yerinə getməyi arzulayardım. Amma istəyirəm ki, bir az keçənlərin yerini doldurum və o dünyaya hazırlaşım. Sənin qəmini çəkmək mənə ayrılıq qəmini unutdurub. (Yə`ni bütün fikrim budur ki, nə edim ki, sənə daha xeyirli olsun və bu mənə səndən ayrılığın qəmini çəkmək imkanı vermir.) Allaha and olsun ki, məndən ayrıldığına görə ağlamamışam. Amma sənin halının necəliyinə və başına nələr gəlməsinə ağlamışam. Kki, sənin nə dediyini və sənə nə deyildiyini biləydim. Ilahi! Sənin, övladımın mənim barəmdə qoyduğun haqqından keçirəm, bəs Sən də öz haqqından keç ki, Sən bağışlamaq və kərəm göstərməyə daha layiqsən».

3. Imam Sadiq (ə) ata və babalarından nəql edib ki, Peyğəmbər (s) belə buyurub: Qəbir əzabı və çətinlikləri mö`minin günahlarının kəffarəsidir.

4. Әli ibni Ibrahim «onların önündə dirilib duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır» ayəsi barəsində həzrət Sadiqdən (ə) nəql edib: Allaha and olsun ki, mən sizin bərzəx aləmindən başqa heç nəyiniz üçün nigaran deyiləm. Iş bizə tapşırılanda biz sizi bağışlamağa daha layiqik.»

`ni bərzəxdə şəfaət yoxdur və bizim şəfaətimiz ondan sonradır.

Ümumiyyətlə yalan, qeybət, töhmət, xəyanət, zülm, başqalarının malını yemək, şərab içmək, qumar oynamaq, söz gəzdirmək, söyüş söymək, namaz qılmamaq, oruc tutmamaq, həccə getməmək, cihada getməmək və sairə günahların cəzaları barəsində Qur`anda və mütəvatir rəvayətlərdə o qədər sözlər deyilib ki, saymaqla qurtarmaz. Onların heç biri kafirlərə məxsus deyil. Me`rac hədislərində Peyğəmbərin (s) «ümmətimin kişi və arvadlarının müxtəlif qruplarını əzabın müxtəlif dərəcələrində gördüm ki, onlar müxtəlif günahlarına görə əzab çəkirdilər» məzmunlu sözləri çoxdur.

XÜLASӘ VӘ NӘTICӘ

Bu fəsildə müsəlman və qeyri-müsəlman şəxslərin yaxşı və pis əməlləri barəsində dediklərimizdən aşağıdakı nəticələr əldə edilir:

1. Səadət və bədbəxtliyin hər birinin öz dərəcəsi var və nə səadət əhlinin hamısı bir dərəcədədir və nə də bədbəxtlər. Bu dərəcə və fərqlər cənnət əhli barəsində «dərəcələr», cəhənnəm əhli barəsində isə «dərəkat» ifadəsi ilə işlədilir.

2. Cənnət əhlinin hamısı elə əvvəlcədən cənnətə getməyəcəklər. Cəhənnəm əhinin də hamısı orada əbədi qalmayacaq, yə`ni onlar cəhənnəmdə həmişəlik qalmayacaqlar. Cənnət əhlinin çoxu bərzəx aləmi və ya cəhənnəmdə ağır əzab mərhələlərini keçdikdən sonra cənnətə gedəcəklər. Hər hansı bir müsəlman və ya şiə bilməlidir ki, əgər özü ilə saf bir iman aparmış olsa belə, Allah eləməmiş, dünyada fəsad, günah, zülm və cinayətlərə mürtəkib olubsa, qarşısında çox çətin bir mərhələlər var və günahlardan bə`zilərinin təhlükəsi daha çoxdur və hətta bə`ziləri cəhənnəmdə əbədi qalmağa səbəb ola bilər.

3. Allah və axirətə imanı olmayan şəxslər, təbii ki, əməllərinin heç birini yüksəlmək məqsədi ilə etmirlər və buna görə də onlar Allah və axirətə doğru seyr və hərəkətdə olmurlar. Deməli, onlar Allah və axirətə doğru qalxmır və cənnətə çatmırlar, yə`ni onlar, getməli olduqları məqsəd və hədəfə doğru getmədiklərinə görə ona çatmırlar.

4. Allah və axirətə imanı olan, əməllərini Allaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirən və işlərində niyyətləri saf olanların əməlləri Allah dərgahında qəbul olur və onlar müsəlman olub-olmamalarından asılı olmayaraq, mükafata və cənnətə nail olacaqlar.

5. Allaha və axirətə imanı olan və Allaha yaxınlaşmaq məqsədi ilə xeyir işlər görən qeyri-müsəlmanlar İslam ne`mətindən məhrum olduqları üçün, təbii ki, bu ilahi proqramdan bəhrələnməkdən də məhrum olurlar. Onların xeyir əməllərinin Islamın ilahi proqramları ilə uyğun gələni, məsələn müxtəlif yaxşılıqlar və Allah bəndələrinə xidmət kimi uyğun olan miqdarı qəbul edilir. Təbii ki, heç bir əsası olmayan uydurma ibadətlər qəbul edilmir və kamil proqrama əl çatmamasından yaranan bir sıra məhrumiyyətlər də onlara şamil edilir.

6. Qəbul edilmiş xeyir əməllər müsəlman və ya qeyri-müsəlman tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, bir sıra afət və bəlalara malikdirlər və həmin afətlərin sonradan onları məhv edib aradan aparması mümkündür. Həmin afətlərin başında cuhud, inadkarlıq və qərəzli kafirlik durur. Buna görə də əgər qeyri-müsəlman şəxslər Allaha yaxınlaşmaq məqsədi ilə çoxlu xeyirli işlər görsələr, amma onlara Islam həqiqəti təqdim ediləndə təəssüb və inadkarlıq göstərsələr və həqiqətpərvərlik insafını kənara qoysalar, həmin xeyir əməllərin hamısı tufanın külü sovurması kimi hədərə gedir.

7. Müsəlmanlar və həqiqi tövhid əhli olan digərləri, əgər fəsad və günaha mürtəkib olsalar və ilahi proqrama xəyanət etsələr, bərzəx aləmi və qiyamətdə uzunmüddətli əzablar çəkməli olacaqlar və hətta bilərəkdən, günahsız mö`mini öldürmək kimi bə`zi günahlar səbəbindən həmişəlik olaraq əzabda qalacaqlar.

8. Allah və qiyamətə imanı olmayan və bə`zən Allaha şərik qoşan şəxslərin xeyir əməlləri əzabın yüngülləşdirilməsi və ya aradan qaldırılmasına səbəb olacaq.

9. Xoşbəxtlik və bədbəxtlik şərti deyil, həqiqi və təkvini şəraitə tabedir.

10. Allahın xeyir əməli qəbul etməsinə dəlalət edən ayə və rəvayətlər, təkcə əməllərin fe`li yaxşılığını nəzərdə tutmur. Islam baxımından əməl həm fe`li, həm də faili cəhətdən yaxşılığa malik olanda xeyir və saleh əməl sayılır.

11. Peyğəmbərlik və imaməti inkar edənlərin əməllərinin qəbul olmamasına dəlalət edən ayə və rəvayətlər həmin inkarların inadkarlıq və tərslik üzündən olmasını nəzərdə tutur. Amma yalnız e`tiraf etməməkdən ibarət olan, inkar və e`tiraf etəməmələrinin də mənşəyi təqsir deyil, acizlik olanlar həmin ayə və rəvayətlərdə nəzərdə tutulmurlar. Bu qism inkarlar Qur`ani-kərim baxımından müstəz`əf və Allaha ümid bəsləyənlər sayılırlar.

12. Ibni Sina və Molla Sədra kimi Islam filosoflarının fikrincə, həqiqəti e`tiraf etməyənlərin çoxu müqəssir deyil, acizdirlər. Həmin şəxslər əgər Allahı tanımayanlardan olsalar əzaba düçar olmayacaqlar, hərçənd ki, cənnətə də getməyəcəklər. Amma əgər Allahı tanısalar, məada e`tiqadları olsa və Allaha yaxınlaşmaq məqsədi ilə saf əməllər yerinə yetirsələr, öz əməllərinin yaxşı mükafatlarını alacaqlar. Yalnız aciz deyil, müqəssir olan şəxslər bədbəxtlik və əzaba atılacaqlar.

Ilahi, Səni Məhəmməd və Onun Әhli-beytinə and verirəm ki, bizim işlərimizin axırını xeyir və səadətli et, bizi müsəlman olduğumuz halda dünyadan apar və saleh insanlara qovuşdur! Amin!

  598
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment