Azəri
Wednesday 27th of March 2019
  731
  0
  0

Şirvanda mövlud mərasimi keçirildi

Şirvanda mövlud mərasimi keçirildi

Şirvan şəhərində Muhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu gününə həsr olunmuş tədbir keçirilib
   
    “Milli-əxlaqi dəyərlərin təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 600-dən artıq insan iştirak edib
   
    Martın 4-də Şirvan şəhərində İslam aləminin lideri, böyük şəxsiyyət Həzrət Muhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu gününə həsr olunmuş böyük tədbir keçirilib. “Milli-əxlaqi dəyərlərin təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nüfuzlu rəsmi şəxslər, şəhər ağsaqqalları, möminlər, habelə, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə “Milli-əxlaqi dəyərlərin təbliği” İctimai Birliyinin həmtəsisçisi, ilahiyyatçı-jurnalist Cavid Cabbarlı, Həzrət Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) adını tutaraq tədbirə gələn bütün insanları salamlayıb. Qeyd edib ki, ölkənin əyalət şəhəri olan Şirvanda mənəvi dəyərlərə olan diqqət alqışlanmalıdır: “Bu gün 600-dən artıq insanın “Leyla” şadlıq sarayına toplaşması, Şirvan əhalisin müqəddəs İslam dininə, milli-əxlaqi dəyərlərə sadiq olmasına ən yaxşı sübutdur” – o deyib. C.Cabbarlı, həmçinin tədbiri təşkilati məsələlərdə dəstəklədiyinə görə Şirvan şəhər rəhbərliyinə və “Leyla” şadlıq sarayına öz minnətdarlığını bildirib.
    Sonra “Milli-əxlaqi dəyərlərin təbliği” İctimai Birliyinin rəhbəri Arif Əhədov çıxış edib. O qeyd edib ki, Həzrət Muhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu günü rəhbəri olduğu İB tərəfindən hər il keçirilir və artıq bir ənənə şəklini alıb: “Sevindirici haldır ki, məhz Şirvan şəhərində insanların inancına rəsmi səviyyədə göstərilən diqqət, digər bölgələrə nisbətən çox müsbətdir”. A.Əhədov, bir təşkilat rəhbəri olaraq belə uğurlu tədbir keçirə bildiklərinə sevindiyini dilə gətirib. Lakin bununla bərabər qeyd edib ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacı Mərdan Camalova və “Leyla” şadlıq sarayının rəhbərliyinə xüsusi minnətdarlıq düşür: “Cənab M.Camalov şəhər əhalisinin digər problemləri ilə yanaşı, mənəvi qayğılarına da diqqətlə yanaşır. Diqqət çəkən məqamlardan biri də “Leyla” şadlıq sarayı rəhbərliyinin tədbir üçün təmənnasız olaraq yer ayırmasıdır. Biz onların insanpərvərliyini alqışlayırıq” – Əhədov deyib.
    Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Natiq Əliyev çıxış edərək icra başçısının salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb. Cənab N.Əliyev, Həzrət Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludu günü münasibətilə belə gözəl tədbir təşkil etdiklərinə görə “Milli-əxlaqi dəyərlərin təbliği” İctimai Birliyinə təşəkkür edib: “Həqiqətən, çox izdihamlı bir tədbirdir. Əlbəttə, belə də olmalıdır, İslam aləminin böyük Peyğəmbəri adına yaraşan bir tədbir təşkil olunmalıdır. Lakin belə bir uğurlu tədbiri təşkil etmək də hər kəsə nəsib olan iş deyil. Bu, həm də Şirvan şəhər rəhbərliyi ilə əhalinin həmrəyliyinə bir dəlildir. Rayon rəhbərliyi adından deyə bilərəm ki, bundan sonra da milli-əxlaqi dəyərlər, dövlətçilik və ictimai mənafelərin kəsişdiyi məqamlar baxımından təşkil olunacaq bütün tədbirlər dəstəklənəcək”.
    Şəhər ağsaqqallarından ilahiyyatçı Hacı Əlisəfanın, Kərbəlayi Vəlinin və başqalarının da çıxışları maraqla qarşılanıb. Onlar Həzrət Muhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiq (ə) tarixi şəxsiyyət olaraq dahiliklərindən danışaraq, onlar haqqında böyük Qərb alimlərinin dediklərini misal gətiriblər.
    Paytaxt Bakı şəhərindən gəlmiş qonaqlar arasında məşhur “Əhli-Beyt məddahları” qrupunun tədbir boyu çıxışları, ifa etdikləri ilahi mahnılar, o cümlədən “Milli-əxlaqi dəyərlərin təbliği” İctimai Birliyinin həmtəsisçisi, şair Əvəz Qurbanlının dini və satirik şerləri xüsusi maraqla qarşılanıb.
    Tədbirin sonunda kiçik viktorina təşkil edilib. İslam tarixinə və dini-şəri məsələlərə aid sualları tapan şəxslər mükafatlandırılıb.
   
    Ramiz İsmayılov

  731
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment