Azəri
Thursday 18th of April 2019
  755
  0
  0

XƏLIFƏLƏRIN TƏDBIRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN DÜZƏLDILƏN HƏDISLƏR

XƏLIFƏLƏRIN TƏDBIRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN DÜZƏLDILƏN HƏDISLƏR

Bura qədər cahiliyyət dövründə təməttö ümrəsi barəsində ya rat dığı bid`ətləri öldürmək üçün Peyğəmbər ¡-in gös tər diyi sə`yləri qeyd etdik. Ondan sonra da xəlifə məktəbi o sün nələrin dirçəldilməsi üçün sə`y edirdi, halbuki, Peyğəmbər Əh li-beytinin məktəbi həmin cahiliyyət sünnələrinin öldü rü lüb məhv edilməsi və Peyğəmbər sünnəsinin dirçəldilməsi yo lun da sə`y göstərilirdi. Bu da camaatın təməttö ümrəsinə üz gə tir məsi ilə nəticələndi. Indi bu bəhsi xüləfa məktəbinin ar dı cıllarının bə`zilərinin xəlifələrin təməttö ümrəsi ba rə sindəki tutduğu mövqeyi müdafiə etmək və onlara bəraət qa zan dırmaqla əlaqədar aşağıdakı rəvayətlərlə sona çatdı rı rıq:

1-Müslüm, Əbu Davud, Nəsai, Ibni Macə, Beyhəqi və baş qaları Qasim ibni Məhəmməd ibni Əbi Bəkrdən, o da Ümmül-mö`minin Ayişədən belə nəql edir: «Peyğəmbər təkcə həcci yerinə yetirirdi.»[1]

2-Ürvə ibni Zübeyr Ayişənin belə dediyini nəql edir: «Peyğəmbər təkcə həcci yerinə yetirdi.»[2]

3-Cə`fər ibni Məhəmməd atasından, o da Cabirdən nəql edir ki: «Peyğəmbəri Əkrəm ¡ təkcə həcci yerinə yetirdi.»[3]

4-Əbdüllah ibni Ömər deyir:

a) «Peyğəmbəri Əkrəm ¡ təkcə həcci yerinə yetirdi. Əbu Bəkr, Ömər və Osman da belə etdilər.»

b) «Peyğəmbəri Əkrəmlə təkcə həcc niyyəti etdik.»

Başqa bir rəvayətdə isə deyir: «Peyğəmbəri Əkrəm ¡ təkcə həcc niyyəti etdi.»[4]

5-Səid ibni Müsəyyib deyir: «Peyğəmbər səhabələrindən bir nəfə ri Ömər ibni Xəttabın yanına gəlib şəhadət verdi ki, Pey ğəm bərin vəfatı ilə nəticələnən xəstəlik yatağında o həz rətdən eşitmişdi ki, həcdən qabaq ümrənin yerinə yetiril məsini qadağan etmişdir.»[5]

6-Cabirdən nəqlən belə deyilir: «Peyğəmbəri Əkrəm, Əbu Bəkr, Ömər və Osman təkcə həcci yerinə yetirirdilər.»[6]

7-Haris ibni Bilal deyir: Mən dedim ki, «Ya Rəsuləllah! Tək cə həcci yerinə yetirmək bizim üçün fəsx olunub ayrıl mış dır, yoxsa camaat üçün?» Buyurdu: «Yalnız bizim üçündür.»[7]

8-Məhəmməd ibni Əlinin iki oğlanları Əbdüllah və Hə sən öz atalarından belə nəql edirlər: «Əli ibni Əbi Ta lib (rəziyəllahu ənh» buyurmuşdur: «Oğlum! Həcci təklikdə ye rinə yetir.»[8]

9-Əbuzərin belə dediyi nəql olunur: «Həcdə müt`ə yalnız Pey ğəmbər səhabələrinə məxsus idi.»

10-Başqa bir rəvayətdə deyir: «Bu həcdə olan müt`ə bizim üçün rüxsət və yüngüllük idi.»

11-Digər bir rəvayətdə deyir: «Bu müt`ə bizdən başqa heç kəs üçün caiz deyildir.»

12-Əbdür-Rəhman ibni Əbi Şə`sa da deyir: «Ibrahim Nəxəi və Ibrahim Teyminin yanına gedib dedim: «Mən qərara al mı şam ki, ümrə və həcci bir ildə birlikdə yerinə yetirəm.» Ib ra him Nəxəi dedi: Amma atan belə bir qərara razı deyildi.»

O, sonra Teymidən, o da atasından rəvayət edir ki, Rə bə zədə Əbuzəri görmüş, bu məsələni onun üçün bəyan etmiş, o isə demişdir: «Bu yalnız bizə məxsus idi, sizə yox!»

«Sünəni Beyhəqi» kitabında deyilir: Əbuzər həcc niyyəti edən, onu ümrə ilə qüvvədən salan və bunları bir-birindən ayı ran şəxslər barəsində deyir: «Bu, yalnız Peyğəmbərlə yol daş olanlara aid və məxsus idi.»[9]

BU HƏDISLƏRIN IRADI

Hənbəlilərin imamı Əhməd ibni Hənbəl 7-ci hədis barə sin də deyir: «Bilal ibni Harisin hədisi mənim yanımda sabit de yil və onun əsasında fətva vermirəm. Çünki bu şəxsi tanı mı ram.»

Həmçinin deyir: «Mənim nəzərimcə, hətta əgər Haris ibni Bilal tanınsaydı belə, yenə də Peyğəmbər səhabələrindən on bir nəfəri «fəsx» mövzusunu rəvayət etmişlər və onların müqabilində Haris ibni Bilalın nə məqamı ola bilər?!»[10]

Müəllif: Hənbəlilərin imamının, rəvayətin səhabədən on bir nəfərin vasitəsilə fəsx olunmasındakı məqsədi onların eh ram fəsxi barəsindəki rəvayəti də ümrə ilə həcc ara sın da kı fasilədə halallardan bəhrələnməkdir və onun dediyi «Ha ri si tanımıram» - sözündən məqsədi bəlkə də Harisin e`ti mad lı şəxs olmasını bilməməsidir.[11]

Imam Əhməd Həmçinin, Əbuzərin hədisi barəsində deyir: «Al lah Əbuzəri bağışlasın! Bu hökm Rəhman Allahın Kita bın da gəlmişdir: "Fəmən təməttə`ə bil-umrəti iləl-həcc- və hər kəs həccin vaxtı çatana qədər ümrə ilə təməttö etsə." Imam Əh mə din məqsədi budur ki: «Bu ayənin hökmü ammdır (ümumidir) və xü su si bir qrupa məxsus deyildir. Əbuzər bu ayə ilə necə mü xa lifət etmişdir?!» Imam Əhməd buna diqqət yetirməmişdir ki, bu rəvayəti Əbuzərin adına qondarmışlar, necə ki, başqa rə va yətləri də saxtalaşdıraraq ondan başqasına nisbət ver miş lər!

Peyğəmbəri Əkrəm ¡-ə də nisbət verərək demişlər: «Təkcə həcci yerinə yetir.» Imam Əli -a nisbət verib demişlər ki, oğlu Məhəmmədə belə demişdir: «Oğlum! Təkcə həcci yerinə yetir.» Halbuki, əvvəlki bəhslərdə onun xəlifə Osmanla müxalifətini gördük!

Amma Sə`d ibni Müsəyyibin rəvayət edərək «Peyğəmbər səhabələrindən bir nəfər Ömərin yanına gəlib şəhadət verdi ki, Peyğəmbərin vəfatı ilə nəticələnən xəstəlik yatağında o həzrətin həcdən qabaqkı ümrəni nəhy etməsini eşitdim» - sözünə gəldikdə isə, bu səhabənin kim olduğunu biz bilmirik və görəsən, necə olmuşdur ki, təkcə xəlifə Ömər öz dövründə bu səhabənin sözünə istinad etmiş, amma nə Osman, nə Müaviyə, nə Ibni Zübeyr, nə onun qardaşı, nə də başqaları heç biri onun sözünə istinad etməmişlər?!

Bəli, bu hədis və onun oxşarlarının hamısı son dövr lər də xəlifələrin təməttö həccini qadağan etməsinə bəraət qazan dırmaq üçün düzəldilmişdir. Ibni Qəyyimin «Zadul-mə ad» kitabında və Ibni Həzmin «Əl-mühəlla» kitabında dediyi söz ləri necə də gözəldir:

Ibni Qəyyim deyir: Biz Allahı özümüzə şahid tuturuq ki, əgər hər bir həcc üçün ehram bağlasaq, özümüzə vacib bilirik ki, onu ümrə ilə fəsx edib qüvvədən salaq ki, Peyğəmbərin qə zə bindən amanda qalaq və onun fərmanına itaət edək. Çünki Al laha and olsun ki, bu hökm o həzrətin nə həyatında, nə də və fa tından sonra qüvvədən salınmamışdır. Bununla müvafiq ol mayan bir söz demək səhih deyildir. O həzrətin səha bə lə ri nə məxsus olması və gələcək nəsillərə aid olmaması dügün deyil dir. Əksinə, Allah-taala Süraqənin dilinə salmışdır ki, onu Həzrətdən sual edib desin: «Bu hökm yalnız bizə məx sus durmu?» Peyğəmbəri Əkrəm ¡ də cavab verib buyur muş du: «Bu hökm əbədiyyətə qədər bərqərardır.» Biz bilmirik ki, nəyi bu hədislərdən qabağa salaq və nəyi bu tə`kidli fər man dan üstün hesab edək?! Elə bir fərman ki, Peyğəmbəri Ək rəm ¡ onunla müxalifətdən qəzəblənir! Imam Əhmədin Səlmət ibni Şəbibə dediyi söz necə də gözəldir! O demişdi: «Ya Əba Əbdillah! Sənin bütün işlərin mənim nəzərimdə yax şı dır, yalnız bir haldan başqa.» O demişdi: «Hansı hal?» De mişdi: «Həccin ümrəylə fəsx olunması barəsindəki fət van.» O demişdi: «Ey Səlmə! Səni ağıllı hesab edirdim! Mən bu barədə Peyğəmbərdən on bir səhih hədisi nəql etmişəm. On ların hamısını sənin rə`yinə görə boşlamalıyammı?!»

Həmçinin deyir: «Həqiqətən, həccin ümrəyə doğru fəsx olun ması fərmanını Peyğəmbər səhabələrindən on dörd nə fər dən nəql etmişəm və onların hədisi hamılıqla səhihdir. On lar aşağıdakılardır:

Ümmül-mö`minin Ayişə, Həfsə, Əli ibni Əbi Talib, Pey ğəm bərin qızı Fatimə, Əbu Bəkr Siddiqin qızı Əsma, Cabir ib ni Əbdüllah, Əbu Səid Xidri, Bərra ibni Azib, Əbdüllah ib ni Ömər, Ənəs ibni Malik, Əbu Musa Əş`əri, Əbdullahi ib ni Abbas, Səbrət ibni Mə`bəd Cühəni, Süraqə ibni Malik.[12]

Ibni Həzm deyir: «Peyğəmbəri Əkrəm ¡-in həcci üm rəyə dəyişmək barəsindəki tə`kidli fərmanının qurbanlığı öz ləri ilə gətirməyən şəxslər üçün olmasını göstərən rəva yə ti Cabir ibni Əbdüllah və Peyğəmbər səhabələrindən on beş nəfər, tabeindən isə 20-dən artıq şəxs rəvayət etmişlər. Sayını Allahdan başqa bir şəxsin bilmədiyi sonsuz qədəri də onlardan rəvayət etmişlər. Deməli, heç bir şəxs bu fərmandan çıxa bilməz.»[13]

Həmçinin deyir: «Peyğəmbəri Əkrəm ¡ onunla gəlib qur banlığı özləri ilə gətirməyən şəxslərin hamısına fər man verdi ki, ümrə ilə ehramdan çıxsınlar və bu da o həz rə tin Məkkədə Səfa yüksəkliyində yerinə yetirdiyi axırıncı əməl idi. Həmçinin, xəbər verdi ki, təməttö ümrəsi qur ban lı ğı özü ilə yanaşı aparmaqdan üstündür və onu (təməttö ümrə si ni) yerinə yetirməməkdən təəssüfləndi. Sonra buyurdu ki, bu hökm Qiyamət gününə qədər bərqərardır. Hər hökm belə olsa, heç vaxt nəsx olub qüvvədən düşmədiyinə iman gətirməliyik. Hər kəs bu sifətlərdə olan bir hökmün qüvvədən düşməsini ca iz bilsə, şübhəsiz, Peyğəmbəri Əkrəm ¡-in xəbərini ya lan hesab etməyi caiz bilər. Bu da bir şəxsdən qəsdən baş ver sə, sırf şəkildə küfrdür. Həmin tə`kidli fərmanda belə qeyd olunur: «Ümrə həccə daxil olur.» Bu da elə bizim öz nə zə rimizdir. Çünki əvvəlcədən ümrəsi olmadan yerinə yetirilən həcc, təməttö ümrəsi, yaxud onunla yanaşı olan ümrə də caiz deyildir, bu da kitfayətdir.»

Sonra deyir: «Və bu, yə`ni Peyğəmbəri Əkrəm ¡-in sözü və fərmanı tabe olunmağa Ömərin nəzər və rə`yindən çox-çox artıq layiqdir.»[14]

Başqa yerdə isə «həccin (ümrəyə) fəsx olunması Peyğəmbər sə habə lərinə məxsus idi» rəvayətlərini qeyd etmiş və ondan son ra onların batil olmasını göstərmək üçün Süraqənin sözü nü və Peyğəmbərin ona verdiyi cavabını dəlil gətirmişdir. O demişdi: «Ya Rəsuləllah! Bu, bizim bu ilimiz üçündür, yox sa əbədiyyətə qədər?» Həzrət buyurmuşdu: «Əbədiyyətə qədər dir.» Sonra deyir: «Deməli, onun hansısa bir qrupa məxsus edil məsi və ya qüvvədən salınması sözü batildir. (Bu hökm) həmişəlik olaraq bu iki şeydən amandadır. Allaha and olsun ki, hər kəs bu xəbəri eşitsə və ondan sonra hansısa bir şəxsin sözünə görə Peyğəmbərin fərmanının əleyhinə çıxsa, hətta əgər o şəxs Ümmül-mö`minin Ayişə, Həfsə, onların ataları olsa belə, şübhəsiz, həlakətə çatmışdır! O ki, qala hörümçək toru kimi bağlanan yalanlara! Bu ki, evlərin ən süstüdür, özü də Haris ibni Bilal və onun kimi şəxslərin dilindən; onlar elə şəxslərdir ki, camaat arasında tanınmaz və məchuldurlar! Heç kəsin haqqı yoxdur ki, o həzrətin buyur duğu "ümrə Qiyamət gününə qədər həccə daxildir" - sözündən belə nə ti cə çıxarsın ki, o həzrətin məqsədi «ümrənin həcc ayla rın da yerinə yetirilməsidir»... Hər kəs belə edərsə, Peyğəm bərin adından aşkar şəkildə yalan danışmış olar!

Onların bə`ziləri başqa bir qəribəlik də icad etmişlər. Ibni Abbasın sabit və danılmaz rəvayətini – «müşriklər ümrəni həcc aylarında yerinə yetirməyi ən çirkin günahlardan hesab edirdilər» – rəvayətini xatırlatdıqdan sonra deyir: Peyğəmbər ¡ yalnız buna görə ümrənin yerinə yetiril mə sini əmr etdi ki, sözdə və əməldə ümrənin həcc aylarında caiz olmasını onlara başa salsın.» Bu çox böyük faciədir ki, onun ilk nəticəsi də Peyğəmbər ¡-ə iftira yaxmaqdır. Çünki onlar iddia edib deyirlər ki, Peyğəmbər həc cin ümrəyə nəsx olunmasına dair yalnız buna görə fərman ver mişdi ki, ümrənin həcc aylarında caiz olmasını onlara öy rət sin.» Indi onlardan belə sual olunur: Fərz edək ki, be lə dir – belə bir sözlərdən Allaha pənah aparırıq! – Onda bu fərman haqq olaraq verilmişdir, yoxsa batil yerə? Əgər «ba til yerə verilmişdir» - desəniz, kafir olmusunuz; əgər «haqq olaraq verilmişdir» - desəniz, onda biz deyərik: Hər bir halda Peyğəmbəri Əkrəm ¡-in fərmanı hər hansı bir məqsədlə olursa-olsun, şübhəsiz, verildikdən sonra haqq və vacib hökmdən ibarət olur. Bunu da qeyd edək ki, əgər bu ha di sə, onların dedikləri kimi, bu qədər əhəmiyyətsiz olmuş sa, onda nə üçün qurbanlığı özləri ilə gətirməyən şəxslərə məx sus olmalıdır?! Bütün bunlardan da qəribəsi odur ki, bu nəzə riyyəni verən cahil şəxs yaxşı şəkildə bilirdi ki, Peyğəmbər ¡ Məkkənin fəth olunmasından qabaq bir ne çə il ardıcıl olaraq öz səhabələri ilə birlikdə ümrə ni ye ri nə yetirmiş və Məkkənin fəth olunması ilinin Zil-qə` də ayın da da ümrəni yerinə yetirmiş, sonra «Həccətül-vida»da (Zul-hüleyfədə) onlara belə buyurmuşdur: «Sizlərdən hər bi ri niz ümrə niyyəti etmək istəsə, etsin; hər kəs də həcc və ümrə niy yəti edirsə, etsin, hər kəs təkcə həcc niyyəti et mək istə yir sə, etsin.»[15] Onların da hamısı onları yerinə yetir di lər.

Müsəlmanları and veririk Allaha! Görəsən, səhabələr (rə zi yəllahu ənhum) bu qədər nadan idilərmi ki, bu qədər nişa nə lərin varlığı ilə belə, ümrənin həcc aylarında caiz olma sı nı başa düşə bilməmişdilər?! Halbuki, mütəmadi olaraq bir neçə ildə Peyğəmbəri Əkrəmlə birlikdə və həcc ayla rın da yerinə yetirmişdilər! Bu qədər dəlillərdən sonra yenə də eh tiyac vardımı ki, həccləri ümrədə qüvvədən salınsın ki, onun caiz olmasını bilsinlər?! Allaha and olsun, hətta ulaq da yolu bundan az dəlillərlə seçə bilir! Onlar necə də də cə sa rətlə sabit Peyğəmbər sünnəsini təqlid yoluna qurbanlıq edir lər! Bir dəfə rüsvayçı yalanla, bir dəfə məşhur axmaq lıq la, bir dəfə isə alçaqlıqla?! «Həsbunəllah və ne`məl-vəkil!»

Müəllif: Ibni Qəyyim, Ibni Həzm və Əhməd ibni Hənbəl mək təbinin başqa ardıcılları da unutmuşlar ki, təməttö ümrə sini inkar edənlərin inkarçılıqları Peyğəmbərdən bu ba rə də nəql olunan mütəvatir və səhih hədislər barəsində cə ha lətdən irəli gəlmirdi ki, agahlığa ehtiyaclı olsunlar. Be lə ki, onun səbəbi bu rəvayətlərin mə`na və məfhumunun başa dü şülməsi də olmamışdır ki, onların məfhumları ilə son ra dan tanış olalar, əksinə, onların əsl məqsədləri xülə faların şər`i hökm qarşısında tutduğu mövqeyə bəraət qazan dır maq olmuş və uzun əsrlər boyu bu yolda çalış mışdılar. Bir qrup xeyir niyyəti ilə hədis qondarmağa başlamış, Bey həqi kimi bə`ziləri də xüləfalara üzürlü bəhanə düzəlt miş lər. O deyir: «Ömərin təməttö ümrəsinin tərk edilməsinə dair fərman verməkdə məqsədi Allah-taala nın fərman verdiyi ümrənin tamam-kamal yerinə yetiril mə sin dən ibarət olmuşdur. Ömərin məqsədi bu idi ki, Beytüllah hər il iki dəfə ziyarət olunsun. O istəmirdi ki, camaat tə mə t tö ümrəsini həcc ilə birlikdə yerinə yetirsinlər, nəti cə də ildə yalnız bir dəfə Allah evinin ziyarətinə getsinlər!»

Digər xəlifələri müdafiə etmək məqamında deyir: «Onlar Ömər ibni Xəttabın fərmanına xeyirxahlıqla tabe olurdu lar.»[16]

Bəli, alimlərdən bə`ziləri bu yolda haqq ilə batili bir-bi rinə qarışdıraraq, səhihi qeyri-səhihdən ayırmamışlar, bə`zi ləri də öz nəzərlərinin ziddini demiş, bə`ziləri də ça lış mışlar ki, xəlifələrin sirə və tutduğu yollardan elə hökm ləri çıxartsınlar ki, Allahın Kitabında və Peyğəmbə rin sünnəsində ona dair heç bir dəlil gətirilməmişdir. Bu böl mədə onlara tabe olmaq istəyən hər bir mühəqqiq heyrətə və sər gərdançılığa düşür, heç bir sabit rə`y və düzgün nəzərə sa hib olmur. Bizim dəlilimiz yuxarıda qeyd olunanlardan əla və, Nüvəvinin «Səhihi Müslüm» kitabına yazdığı şərhin də qeyd olunan mətləbdir. O deyir: «Alimlər bu üç əməlin (tə mət tö həcci, qiran həcci, ifrad həcci) hansının daha fəzi lət li olması barəsində ixtilaf etmişlər.» Şafei, Maliki və bir çoxları demişlər: «Onların ən fəzilətlisi ifrad həc ci, sonra təməttö, ondan sonra qiran həccidir.» Əh məd və baş qa bir qrup da demişdir: «Onların ən fəzilət li si qiran dır.» Bu iki məzhəb Şafeinin digər iki nəzəriy yəsi dir.[17] Am ma (Bizim nəzərimizcə) əvvəlcə ifradın, sonra təmət tö nün, on dan sonra qiranın fəzilətli olmasıdır. Amma Pey ğəm bərin həcci nə gəldikdə isə, onda ixtilaf etmişlər: o həz rə tin həcci ifrad idimi, yoxsa təməttö, ya qarin. Alim lərin bu üç nəzəriyyəsi onlardan əvvəlki məzhəblərə uyğun ola raq verilir. Hər tayfa bir növünə üstünlük vermiş və id dia etmişdir ki, Pey ğəm bərin həcci elə olmuşdur... (Nəhayət axırda deyir:) If rad həccinin üstünlük və fəzilətinə dəlalət edən mətləb bu dur ki, xüləfayi-raşidin Peyğəmbərdən sonra həcci ifrad şək lində əncam verib onu ümrədən ayırmış və onun (ümrə dən) ayrılmasına çox diqqət yetirmişlər. Əbu Bəkr, Ömər və Os man belə etmişlər, amma Əlinin əməlləri müxtəlif olmuşdur.[18] Əgər ifrad həcci əfzəl olmasaydı və Peyğəmbərin if rad həccini yerinə yetirməsini bilməsəydilər, ona üstünlük ver məzdilər.

Bundan əlavə, onlar Islamın üstün rəhbərləri, imamları öz əsrinin müqtədaları və ondan sonrakı dövrlərdə rəhbərlər ol muş lar, Peyğəmbər ¡-in işinin əksinə bir iş görmək də onlara rəva deyildir. Amma Əlinin və başqaları nın ixtilafına gəldikdə isə, bu, yalnız (təməttönün) caiz ol ma sını bəyan etmək üçün olmuşdur.[19] Onun izahı səhih rəva yət lərdə qeyd olunmuşdur. Ifrad həccinə üstünlük veril mə sinin dəlillərindən biri də budur ki, alimlərin icmasına əsa sən, ifrad həccində qurbanlıq etmək vacib deyildir. Əksi nə, bu, onun kamal həddini göstərir, halbuki, bu, təməttö və qi ran həccində vacibdir. Bu qurbanlıq miqatın və başqa şey lərin əldən verilməsini cübran etmək üçündür və cübran edil məyə ehtiyacı olmayan şey də daha fəzilətlidir.

Digər dəlil budur ki, Islam ümməti heç bir kərahət ol ma dan ifrad həccinin caizliyi barəsində icma etmişlər.[20] La kin Ömər, Osman və bə`zi başqaları təməttö həcci ilə qira nı bəyənmirdilər. Deməli, ifrad həcci daha fəzilətlidir. Al lah yaxşısını bilir!

Əgər deyilsə: «Necə oldu ki, Peyğəmbər səhabələri o həz rə tin həcci barəsində ixtilafa düşdülər, halbuki, bir həcc idi və onlardan hər biri vahid bir hadisədən müşa hidə ləri ni xəbər verirdilər?![21] Qazi Əyaz deyir: Camaat bu hədislərin barəsində çoxlu sözlər dedilər: «Bə`ziləri insaflı, bə`ziləri yaxşı, bə`ziləri müqəssir, bə`ziləri mütəkəllif, bə`ziləri uzun-uzadı, bə`ziləri isə qısa və müxtəsər.» Sonra deyir: «Hər şeydən üstün nəzər Əbu Cə`fər Təhavi Hənəfinindir ki, onun barəsində min səhifədən artıq mətləb yazmışdır. Eləcə də Əbu Cə`fər Təbəri də onunla bu barədə həmahəng olmuşdur, sonra Əbdüllah ibni Səfrə, ondan sonra Mühəlləb, Qazi Əbdüllah Mürabit və Qazi Əbulhəsən ibni Qəssar, Bağdadi, Hafiz Əbu Ömər ibni Əbdül-Birr və başqaları.»[22]

O deyir: Bu barədə deyilə biləsi ən yaxşı mətləb aşağı da kı dan ibarətdir (biz bunu onların sözləri içəri sindən tap mış, onların seçilmişlərinin içərisindən seçib çıxar mış və rəvayətlərin düzümünü tənzim etməklə hamısını bir-birilə uyğun görmüşük: «Peyğəmbəri Əkrəm ¡ bu üç növ həcci yerinə yetirməyi bütün insanlar üçün mübah etmişdir ki, onların hamısının caizliyinə dəlil olsun. Əgər bir növünün yerinə yetirilməsinə fərman versəydi, digər bir növü qeyri-müczi, yaxud qeyri-kafi hesab olunacaqdı. Sonra onların hamısı (buyurduğu və hamı tərəfindən eşidildiyi halda) o həzrətə nisbət verildi və onlardan hər biri Peyğəmbərin fərman verib mübah hesab etdiyi şey barəsində rəvayət etdi, onu o həzrətin fərmanı xatirinə, yaxud öz ictihad və tə`vili əsasında o həzrətə nisbət vermişdir.[23]

Nüvəvi öz şərhinin başqa bir yerində yazır: «Mazəri deyir: Ömərin həcdə qadağan etdiyi müt`ə barəsində ixtilaf olunmuşdur: Bə`ziləri demişlər ki, o, ümrəyə fəsx olunan həcdir; bə`ziləri də demişlər ki, o, həcc aylarında olan ümrədir ki, həmin ilin həccini öz ardınca gətirir.» Buna əsasən, Ömərin onu qadağan etməsi camaatı ifrad həccinə rəğbətləndirmək üçün idi, çünki bu, ən fəzilətlidir; nəinki o, bu əməlin batil, yaxud haram olmasına inanmış olsun»![24]

Qazi Əyaz demişdir: «Cabir, Imran və Əbu Musanın hədisinin zahiri mə`nası budur ki, ixtilaflı olan müt`ə yalnız həccin ümrə ilə fəsx olunmasıdır.» Sonra yazır: «Səbəbi bu idi ki, Ömər camaatı, onları təməttönün həcc aylarında yerinə yetirilməsi günahı ilə cəzalandırırdı. Yalnız buna görə ki, o və sair səhabələr inanırdılar ki, həc cin ümrə ilə fəsx olunması, əvvəldə qeyd etdiyimiz hik mətlərə görə həmin ilə aid idi. Ibni Əbdül-Birr deyir: Alim lərin arasında heç bir ixtilaf yoxdur ki, Allah-taala nın buyurduğı: "Fə mən təməttəə bil-ümrəti iləl-həcci..., Hər kəs təməttö ümrəsinin axırında həcci başlasa, qurbanlıq müyəssər olan şəxslər..." - sözündə məqsəd ümrənin həcc aylarında və həcdən qa baq yerinə yetirilməsidir.» O deyir: «Qiran həcci də bir növ təməttödür, çünki ölkəsində etdiyi səfərin saqit olduğu üçün başqa ibadətlər xatirinə təməttö aparmışdır.» O deyir: «Həc cin ümrə ilə fəsx olunması da bir növ təməttödür.» Bu, Qazi nin sözləridir. Mən isə deyirəm: Mənim nəzərimə görə Ömər, Osman və başqaları yalnız həcc aylarında yerinə yeti ri lən və həmin ilin həccinə gəlib çatan ümrəni qadağan et miş lər. Onların məqsədi də ifrad həccinin yerinə yetiril mə si nə rəğbətləndirməyə üstün verilməsi idi.»[25]

Müəllif: Bütün bu alimlər və bu barədə minlərlə səhifə el mi mətləb və əsər yazan başqa şəxslər "fə mən təməttəə bil-ümrə ti iləl-həcc" - ayəsini Allahın Kitabında oxumuş, Pey ğəm bər sirəsi barədə nəql olunan çoxlu səhih və mütəvatir hədis ləri mülahizə etmiş və o həzrətin təməttödən həccə doğru verdiyi fərmanı yaxşı şəkildə dərk etmişdilər!

Həmçinin Ömərin təməttö ümrəsini qadağan edərək onu yeri nə yetirənləri cəzalandırmasını, habelə onun ümrə və həcc üçün ifradın daha tamam olmasına, Məkkə əhlinin ba ha rını onun ifradında olmasına dair tövsiyələrini də gör müş dülər! Bəli, onlar bütün bunları görüb, onların məfhum və məzmunundan agah olmuşlar, amma bütün bunlarla belə, yenə də bir-birilə ziddiyyətli olan bu nəzəriyyələri oxuyuruq ki: Peyğəmbər təməttö həccini bir qrup üçün, ifrad həccini baş qa bir qrup üçün, qiran həccini isə digər bir qrup üçün mü bah etmişdir. Peyğəmbəri Əkrəm ¡-in «Həccətül-vida» d akı sözlərindəki «ixtilafa» görə (!) alimlər də bu ba rə də ixtilafa düçar olmuşlar! Ömər həm həccin fəsx olun masını, həm də təməttö həccini qadağan etdi. Ömərin, Osmanın və başqalarının təməttö həccini nəhy və qadağan etmə ləri ifrad həccinə rəğbətləndirmək üçün idi ki, daha əfzəl olan ovləviyyət nəhyi idi.

Çox qəribədr! Necə olur ki, Allahın Kitabı və Peyğəm bə rin sünnəsi ilə müxalif olan bir hökm daha fəzilətli olur?! Təəc cüblüdür: Görəsən, döyüb, söymək, cəzalandırmaq, baş qırx dır maqla yanaşı olan rəğbətləndirmə və təşviq necə ha sil olur?! Bütün bunlarla belə, bizim haqqımız yoxdur ki, Ibni Həzm kimi bu alimlərə tə`nə vuraq. Əksinə, yaxşı olar ki, on ları üzürlü hesab edək. Çünki onlar xeyirxahcasına xəli fə lərin tədbirlərinə bəraət qazandırmış və bu hədisləri həmin xeyirxahlıq məqsədələri ilə Peyğəmbərin, Əhli-beyt imam larının və səhabə böyüklərinin dilindən düzəldib yay mışlar. Həm də xəlifələrin işlərinə bəraət qazandırmaq üçün onların sözlərini «ictihad» adlandıraraq demişlər: «Xə li fələr xeyirxahcasına tə`vil və ictihad edirdilər.» Haqq söz bundan ibarətdir ki, bu alimlər də yerinə yetirdikləri işlər də tə`vil və ictihad edib, bu sözləri demişlər!



[1] «Səhihi Müslüm», səh.875, hədis:122; «Sünəni Əbi Davud», 2-ci cild, səh.152, hədis:1777; «Sünəni Nəsai», 2-ci cild, səh.13, hədis:2964; «Sünəni Termizi», 4-cü cild, səh.36; «Sünəni Beyhəqi», 5-ci cild, səh.3; «Əl-müntəqi», 2-ci cild, səh.228, hədis:2289; «Müs nədi Əhməd», 6-cı cild, səh.36; «Müvəttəi Malik», 2-ci cild, səh.335, hədis:37.

[2] «Sünəni ibni Macə», səh.988, hədis:2965; «Müvəttəi Malik», 2-ci cild, səh.335, hədis:38; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.120-123.

[3] «Sünəni ibni Macə», səh.989, hədis:2966.

[4] «Sünəni Termizi», 4-cü cild, səh.36; «ma caə fi ifradil-həcc» babı, (b) bəndinin hə di si: «Səhihi Müslüm», səh.904-905, hədis:184; «Əl-müntəqi», 2-ci cild, səh.228, hə dis:1391.

[5] «Sünəni Əbi Davud», 2-ci cild, səh.157, hədis:1793; «Sünəni Beyhəqi», 5-ci cild, səh.19.

[6] «Sünəni ibni Macə», səh.989, hədis:2967.

[7] «Sünəni Əbi Davud», 2-ci cild, səh.161, hədis:1808; «Sünəni ibni Macə», səh.994, hə dis:2984; «Əl-müntəqi», 2-ci cild, səh.238, hədis:2429. Haris ibni Bilal 3-cü təbəqədən olan ravilərdəndir. Onun hədisini bə`zi «Sihah» müəllifləri rəvayət etmişlər. «Təq ribut-təhzib», 1-ci cild, səh.139.

[8] «Sünəni Beyhəqi», 5-ci cild, səh.5. Əbdüllah ibni Məhəmməd ibni Əli ibni Əbi Ta lib 4-cü təbəqədən olan ravilərdəndir ki, 90-cı hicri ilində Şamda vəfat etmiş dir. («Təqribut-təhzib», 1-ci cild, səh.448.) Onun qardaşı Həsən də 3-cü təbəqədən olan ra vi lərdəndir ki, 100-cü hicri ilində vəfat etmişdir. «Sihah» müəllifləri hər iki sinin hədislərini rəvayət etmişlər. («Təqribut-təhzib», 1-ci cild, səh.171.)

[9] 11-12-ci bənddəki rəvayətlər: «Səhihi Müslüm», səh.897, hədis:160 və 13; «Nüvə vi nin şərhi», 8-ci cild, səh.203; «Sünəni ibni Macə», səh.994, hədis:2985; «Sünəni Əbi Da vud», 2-ci cild, səh.161, hədis:1807, azacıq ixtilafla. 9-10 və 12-ci rəvayətlər; «Sünə ni Bey həqi», 5-ci cild, səh.22. On ikinci rəvayətin axır hissəi, 4-cü cild, səh.354; «Əl-mün təqi», hədis:2430. Əbdür-Rəhman ibni Əbi Şə`sa məqbul və altıncı təbəqədən olan ravi lərdəndir. («Təhzibut-təhzib», 6-cı cild, səh.194; «Təqribut-təhzib», 1-ci cild, səh.484.) Ibrahim ibni Yezid 96, yaxud 95-ci ildə vəfat etmişdir. («Təqribut-təhzib», 1-ci cild, səh.46; «Əl-cəm`u beynə ricalis-səhiheyn», 1-ci cild, səh.18-19.) Ibrahim Teymi bəl kə də Əbu Əsma Kufidir ki, 92, yaxud 94-cü hicri ilində Həccac ibni Yusifin zin da nında vəfat etmişdir. («Təqribut-təhzib», 1-ci cild, səh.46; «Əl-cəm`u beynər-rica lis-səhiheyn», 1-ci cild, səh.19.)

[10] «Sünəni ibni Macə», «mənasik» kitabı, səh.994; «Əl-müntəqi», Ibni Teymiyyə, 2-ci cild, səh.238; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.166.

[11] «Əl-müntəqi», 1-ci cild, səh.239, 3431-ci hədisin şərhi.

[12] «Zadul-məad», 2-ci cild, səh.246.

[13] «Əl-mühəlla», 7-ci cild, səh.101.

[14] Yenə orada, 7-ci cild, səh.102-103, biz onun xülasəsini qeyd etdik.

[15] Onun məqsədi budur ki, təməttö ümrəsi işin əvvəlində «Həccətül-vida»da ixti yari idi və onun qəti hökmü Peyğəmbəri Əkrəm ¡-in öz təvafının yeddinci dövrün də olduğu zaman nazil olmuşdu.

[16] «Əssünənül-kubra», Beyhəqi, 5-ci cild, səh.21.

[17] Şafeinin nəzər və fətvasında olan ixtilaflar onun bu şər`i hökmdə sərgərdançılığa düçar olmasını göstərir.

[18] Əgər onun imam Əli -ın əməlinin müxtəlif olmasında məqsədi o Həzrətin əvvəlki xəlifələrin işləri ilə ixtilaflı olmasıdırsa – onun öz dilindən də həmin mətləbin davamında aydın olur – onda bu, düzgün sözdür, amma əgər onun bu sözdə məqsədi Imamın başqaları ilə olan ixtilafı olsa, bu, Imama yaxılan iftiradan başqa bir şey deyildir.

[19] Imam buyurur ki, onun əvvəlki xəlifələrlə müxalifəti Peyğəmbər sünnə si ni dirçəltmək məqsədi ilə olmuşdur. Elə bir sünnə ki, əvvəllər onun dirçəl dilməsi nə maneçilik törədilirdi. Bunun əlavə izahını «Osmanın dövründə» başlığında axta ra bilərsiniz.

[20] Hətta Peyğəmbər ümmətinin ardıcıllarından bə`ziləri o həzrətlə müxalifət et miş və o Həzrət, ifrad həccinin təməttöyə çevrilməsi barəsindəki fərmanına şəkk-şüb hə ilə yanaşanlara qəzəblənmişdir. Əhli-beyt imamları da Peyğəmbəri Ək rəm¡-ə tabe olaraq onlarla müxalifət etmişdir. Əhli-beyt məktəbinin ardı cıl ları və Peyğəmbər sünnəsini bəyənib qəbul edənlər də onlarla müxalifət etmişlər. Demə li, Islam ümməti bu barədə yekdil fikrə malik deyildir.

[21] Bu ixtilaf xəlifələrin Peyğəmbər sünnəsi ilə müxalifətindən sonra, bu məktəb ar dıcıllarından bə`ziləri xəlifələrin tədbirinə bəraət qazandırmaq üçün həqiqətlə uyğun olmayan hədisləri qondardıqda vücuda gəlmişdir.

[22] Həmçinin Ibni Qəyyim Covziyəni qeyd etmək olar ki, o; «Zadul-məad» kitabında məsələnin haqqını əda etmişdir. Ibni Həzm də eynilə. Biz də bu bəhsi onun barəsində yazmışdıq. Bəli, bu məsələ uzun əsrlər boyu minlərlə səhifəni özünə məxsus etmişdir. Halbuki əgər müsəlmanlar Qur`anın aşkar buyuruğu və sünnə ilə kifayətlənsəydilər, kiçik bir səh.onlara bəs olardı!

[23] Xeyr, Öz Peyğəmbərini hidayət və haqq dində göndərən Allaha and olsun ki, Peyğəmbəri Əkrəm «Həccətül-vida»da yalnız bir təməttö həccini yerinə yetirməyə fərman verdi və ondan qeyrisini qadağan etdi. O Həzrətin müasirləri və ondan sonra gələnlərin heç biri təsəvvür etmədilər ki, Peyğəmbər təməttö həccindən başqa bir şeyə fərman vermiş olsun. Bu kimi nəzəriyyələr xəlifələrin tədbirlərinə bəraət qazandırmaq üçün deyilmişdir. Onu deyənlər də öz sözlərinin batil olmasına daha agahdırlar! Bax: «Şərhi Nüvəvi», 8-ci cild, səh.134-137.

[24] Xəlifə Ömər təməttö həccini qadağan etdi və onu yerinə yetirənlərini cəzalandırdı. Fərman verdi ki, həcc və ümrəni bir-birindən ayrılıqda yerinə yetirsinlər. Necə ki, rəvayətlərdə keçdi. Bu alimlər belə sözləri yalnız xəlifəni üzrlü hesab etmək üçün demişlər.

[25] «Şərhi Nüvəvi», 8-ci cild, səh.170.

  755
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment