Azəri
Sunday 24th of March 2019
  672
  0
  0

IMAM ƏLI ™-IN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

IMAM ƏLI -IN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Qeyd olunduğu kimi, imam Əli Osmanın dövründə onun la şiddətlə mübarizə aparır və Peyğəmbər sünnəsinin yerin də qalmasına israr edirdi.[1] Aydındır ki, onun öz xi la fəti dövründə sünnənin bərqərar etdirilməsi – heç bir e`ti raz çının olmamasını da əlavə etməklə – daha layiqli idi. Xüsu silə müsəlmanların ümdə qrupları da onunla eyni fikir də idilər. Buna görə də təməttö ümrəsi ilə əlaqədar bəhs və müba hisə aparmağa heç bir lüzum yox idi ki, bizim üçün rəvayət olunsun və hədis kitablarında qeydə alınsın. Lakin Müaviyənin dövründə, Ömərin sünnəsini dirçəltmək istədiyi bir dövrdə bu söz-söhbətlər yenidən başlandı:

MÜAVIYƏNIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Müaviyə öz əsrində var-qüvvəsi ilə çalışırdı ki, əvvəlki üç xəlifənin – Əbu Bəkr, Ömər və Osmanın sünnələrini – xüsusilə Əhli-beytin mə`nəvi cəhətdən inciməsinə səbəb olan işlərdə və onların məktəbi ilə müxalifətçilik edilən hallarda – dirçəltsin. Bu, Müaviyənin ümumi siyasətindən ibarət idi ki, o və onun tərəfdarları bütün var-qüvvəsi ilə bunlara sə`y göstərirdilər.[2]

Aşağıdakı hədislərə diqqət yetirin:

«Sünəni Nəsai» kitabında Ibni Abbasın belə dediyi nəql olunur: «Bu Müaviyə camaatı müt`ədən çəkindirdi, halbuki, Peyğəmbər təməttönü yerinə yetirirdi.»[3]

«Sünəni Darəmi» kitabında Məhəmməd ibni Əbdüllah ibni Nofəldən belə nəql olunur: «Bir həcc mövsümündə eşit dim ki, Müaviyə Sə`d ibni Malikdən belə soruşdu: «Təməttö ümrəsini həcc ilə necə rəva bilirsiniz?» O dedi: «Gözəl bir həsənədir.»

Müaviyə dedi: «Axı Ömər onu qadağan etmişdi! Sən Ömər dən üstünsənmi?!»

O dedi: «Ömər məndən üstündür, lakin Peyğəmbər onu yeri nə yetirmişdi, o da Ömərdən üstün idi.»[4]

Bə`zi rəvayətlərin zahiri mə`nası belədir ki, Müaviyənin dövrün dəki bu ciddi-cəhdlər onun özü ilə xülasələnmirdi, əksinə, onun fədailərindən bə`ziləri də bu işdə ona kömək edirdilər., o cümlədən aşağıdakı rəvayətlərə diqqət yetirin:

Malikin «Müvəttə», Nəsainin «Sünən», Beyhəqinin «Sünən» və Termizinin «Sünən» kitablarında və digər kitablarda Məhəmməd ibni Əbdüllah ibni Harisdən belə nəql olunur: Mən özüm eşitdim: Sə`d ibni Vəqqas və Zəhhak ibni Qeys, Müaviyə ibni Əbu Süfyanın həccə getdiyi bir ildə təməttö ümrəsinin həcc ilə birlikdə yerinə yetirilməsindən söhbət edilərkən Zəhhak ibni Qeys dedi: «Onu bir kəs əncam verməz; yalnız o kəs əncam verər ki, Allahın hökmünə cahil olsun.» Sə`d dedi: «Qardaş oğlum! Dediyin söz çox pis sözdür!» Zəhhak dedi: «Ömər ibni Xəttab onun yerinə yetirilməsini qadağan edib!» Sə`d dedi: «Peyğəmbəri Əkrəm ¡ onu yerinə yetirirdi və biz də onunla birlikdə yerinə yetirirdik.»[5]

Zəhhak ibni Qeys, həmin Qüreyşi Fehridir. Məhz buna görə də Sə`d ona «qardaş oğlu» demişdi. Zəhhak Peyğəmbəri Əkrəm ¡-in vəfatından yeddi il qabaq dünyaya gəlmiş, Müaviyənin fədailərinin sərkərdəsi olmuş və müharibələrlə onun tərəfində olaraq böyük cinayətlərə əl atmışdı. Əli -ın dövründə Iraqın ətraf nahiyələrinə yürüş etmiş, gördüyü və qarşılaşdığı hər bir kəsi qılıncdan keçirtmiş, Allah evinin hacılarına hücum edərək mal-dövlətlərini qarət etmiş, onlardan bə`zilərini də qətlə yetirmişdi. O, Müaviyənin dəfn işlərini öhdəsinə aldı və Yezidi onun ölümündən xəbərdar etdi, Yeziddən sonra Əbdüllah ibni Zübeyrlə bey`ət etdi. O, Mərvanla Mərəci-rahitdə müharibə apardı və 64-cü hicri ilində orada öldürüldü.[6]

Bəli, Zəhhak ibni Qeys Müaviyənin fədailərinin rəisi idi və belə bir şəxsin Müaviyəyə sarılması və onun istək ləri nə çatmaqda ona kömək etməsi çox da qəribə deyildir.

Həmçinin aydın olur ki, Müaviyə yuxarıda qeyd olunan lar dan əlavə, təməttö həccinin qarşısını almaq üçün saxta hə dis qondarılmasından da istifadə etdi. Beyhəqi, Əbu Davud və başqalarının da rəvayət etdiklərinə nəzər salaq:

Müaviyə Peyğəmbər səhabələrindən bir qrupuna dedi: «Bi lir sinizmi Peyğəmbəri Əkrəm ¡ pələng dərisindən olan pal tar geyməyi qadağan etmişdir?» Dedilər: «Pərvərdigara! Əlbət tə ki, belədir!» Müaviyə dedi: «Mən də şahidlik edi rəm.» Sonra dedi: «Bilirsinizmi Peyğəmbər qızıl şeylərin geyin məsini qadağan etmişdi?» Dedilər: «Pərvərdigara, şahid ol ki, bəli!» Müaviyə dedi: «Bilirsinizmi ki, Peyğəmbəri Əkrəm ¡ həcc ilə ümrənin birlikdə yerinə yetiril mə si ni qadağan etmişdir?» Dedilər: «Pərvərdigara, şahid ol ki, xeyr!» Müaviyə dedi: «Allaha and olsun ki, bu da onlar dan dır.»[7]

Ibni Qəyyim bu rəvayəti nəql etdikdən sonra deyir: «Biz də Al la hı şahid tuturuq ki, bu, Müaviyənin vəhmi və xəya lı dır, yaxud onun uydurduğu bir yalandır. Peyğəmbəri Əkrəm heç vaxt onların birlikdə yerinə yetirilməsini qadağan etmə miş dir.»[8]

Ibni Qəyyim həmçinin deyir: Müaviyə hüsnü-zənn etdiyinə, onun həmin mövzuda olan başqa bir hədisi – Peyğəmbəri Əkrəm ¡-lə birlikdə yoldaş olması ilə – əlaqədar rəvayət etdiyinə görə... öz müddəasının ziddini deyir. Bu rəvayət «Səhihi Buxari», «Səhihi Müslüm» və «Müsnədi Əhməd» kitablarında belə qeyd olunur: Ibni Abbas deyir: Müaviyə mənə dedi: Bilirsənmi ki, mən Peyğəmbəri Əkrəm ¡-in tüklərinin bir qismini Mərvdə süngü ilə qısaltmışam?» Mən ona dedim: «Bunu bilirəm ki, bu yalnız sənin əleyhinə tamam olan bir dəlildir.» Ibni Qəyyim deyir: «Və bu o hallardandır ki, camaat Müaviyədən qəbul etmədilər və onun səhvə yol verdiyini dedilər.»[9]

Birinci rəvayətdə Peyğəmbər ¡ səhabələrini şahid tutur ki, o həzrət qadağan etdiyi şeylər içərisində həcc ilə ümrənin bir yerdə yerinə yetirilməsini də qadağan etmişdir və Müaviyə and içirdi ki, bu qadağan onlarla birliklədir. Müaviyənin bu rəvayəti bizə anladır ki, o, digər bir rəvayəti – Müaviyənin öz nəzəriyyəsi ilə müvafiq olan bir rəvayəti – də öz əsrində qondarmışdır. Bu rəvayəti tezliklə həmin bölmənin axırında araşdıracağıq.

Amma birinci rəvayətin ziddinə olan ikinci rəvayətə gəldikdə isə, bu rəvayətdə Müaviyə öyünərək demək istəyir ki, Peyğəmbər ¡-in yaxınlarından, yaxud köməkçilərindən olmuşdur. Amma bunu unutmuşdur ki, onun bu iddiası birinci rəvayəti və məşhur fətvası ilə ziddiyyətlidir!

Müaviyə Həmçinin, Ömərin sünnəsini dirçəltmək yolunda Sə`d ibni Əbi Vəqqasın şiddətli və kəskin müxalifəti ilə qar şılaşdı. Müslüm öz «Səhih» kitabında Qənim ibni Qeys dən belə nəql edir: Sə`d ibni Əbi Vəqqasdan müt`ə barəsində soruşduqda, o dedi: Biz onu yerinə yetirirdik və bu (yə`ni Müaviyə) bu gün Ərşə kafir olmuşdur.»[10]

Ravi deyir: «Ərş» dedikdə məqsəd Məkkənin evləridir.

Müəllif: Ərş kəlməsini «ürüş» hesab etmişlər ki, o da Mək kə evləri mə`nasına olan ürşün cəm formasıdır. Halbuki, bəlkə də Sə`d ibni Əbi Vəqqas onu ərş kimi tələffüz et miş di ki, məqsədi də Müaviyənin o gündə ərşin Pərvərdi garına qarşı kafir olması imiş.

Beləliklə də Sə`d ibni Əbi Vəqqas müxtəlif yerlərdə Müaviyə ilə mübarizəyə qalxmışdı. Çünki o, özünü Iraqın fatehi və Ömərin xilafət üçün tə`yin etdiyi altı nəfərdən (sağ) qalan biri kimi hesab edirdi. Halbuki, digər səhabələr bu məqamdan məhrum idilər. Bununla da xilafət iddiaçıları ilə müxalifətə qalxmışdı. Hətta onların arasında Imran ibni Həsin kimi bir səhabə də var idi ki, öz həyatı dövrün də səsini çıxartmamışdı. Nəhayət ölüm yatağına düş dük də öz rə`yini aşkar etdi. Müslüm və başqaları Mütarəfdən belə rəvayət etmişlər: Imran ibni Həsin, ölümü ilə nəticələnən xəstəlik yatağında məni çağırıb dedi: «Mən sənin üçün elə hədisləri rəvayət edəcəyəm ki, bəlkə məndən bir fayda aparmış olasan. Əgər sağ qalsam, onları mənim tərəfimdən gizlət, əgər ölsəm, onları rəvayət edə bilərsən: «Həqiqətən mənim üçün aydın bir məsələdir və bilirəm ki, Peyğəmbəri Əkrəm ¡ həcc və ümrəni birlikdə yerinə yetirirdi. Sonra nə onun barəsində bir ayə nazil oldu, nə də Peyğəm bəri Əkrəm ¡ onu qadağan etdi. (Bəli,) bu kişi öz nəzərini istədiyi kimi bu barədə qüvvəyə mindirdi.»[11]

Digər bir rəvayətdə isə deyir: «Mən bu gün sənin üçün bir hədis nəql edəcəyəm ki, Allah-taala gələcəkdə onunla sənə fayda versin. Bilirəm ki, Peyğəmbəri Əkrəm ¡ öz xanədanından bir qrupunu Zil-həccənin on günlüyündə ümrəyə apardı və bu hökmü nəsx edib qüvvədən salacaq heç bir ayə na zil olmadı. Nəhayət o həzrət Allah dərgahına getdi və on dan sonra da hər kəs necə istədisə, nəzər verdi.»

Digər bir rəvayətdə deyilir: «Bir kişi – Ömər – öz nəzərini icra etdi.»[12]

Bəli, Müaviyənin işləri bu minvalla keçib getdi, nəhayət o öldü və oğlu Yezidlə bey`ət olundu. O, hökumətinin birinci ilin də imam Hüseyn -la müharibə apardı, onun Əhli-bey ti ni əsir tutdu və bundan sonra səhabə və tabeinlə Mə dinətur-Rəsulda müharibəyə başladı, nəhayət oranı fəth etdi və orada acınacaqlı faciələr törətdi. Bundan sonra Ibni Zübeyrlə müharibə aparmaq üçün Məkkəni hədəf tutdu, nəhayət həlak oldu və Əbdüllah ibni Zübeyr ilə bey`ət olundu. O da xəlifələrin təməttö ümrəsi barəsində olan «sünnə»sini dirçəltməkdə canla-başla çalışırdı.



[1] Ibni Kəsir öz tarixində (5-ci cild, səh.132) Həsən ibni Əli £-dan nəql edir ki, o, belə demişdir: «Əli ilə hərəkət etdik və Zül-hüleyfəyə çatdıq. Həzrət bu yur du: "Mən həcc ilə ümrəni birlikdə yerinə yetirmək istəyirəm. Hər kəs belə istəyirsə, mənim dedi yi mi desin.» Sonra ləbbeyk dedi; o, bir ləbbeyklə bir həcc və bir ümrəni nəzərdə tuturdu.

[2] Onun nümunələrindən biri kimi xəlifələrin Peyğəmbər hədisinin yayılmasının qa ba ğının alınmasındakı siyasətlərini qeyd etmək olar ki, Əbu Bəkr və Ömər onun ya yıl masının qabağını alırdılar, Müaviyə onlara tabe oldu və Peyğəmbər minbərinə çı xıb dedi: «Heç kəsin Əbu Bəkr və Ömərin dövründə eşidilməyən bir hədisi rəvayət et mə yə haqqı yoxdur!» Həmçinin deyirdi: «Siz gərək Ömərin dövründə yayılan hədisləri rə va yət edəsiniz.» Bax: «Kənzül-ümmal», «Müsnədi Əhməd»in haşiyəsində, 4-cü cild, səh.64; «Müntəxəbi kənzül-ümmal», 4-cü cild, səh.61.

[3] «Sünəni Nəsai», «təməttö» babı.

[4] «Sünəni Darəmi», 2-ci cild, səh.35.

[5] «Müvəttəi Malik», 1-ci cild, səh.344, hədis:60; «Sünəni Nəsai», «təməttö» babı, 2-ci cild, səh.15; «Sünəni Termizi», 4-cü cild, səh.38; «Sünəni Beyhəqi», 5-ci cild, səh.17; «Təfsiri Qurtubi», 2-ci cild, səh.388-də deyilir: «Bu, səhih hədisdir.» «Zadul-məad», 2-ci cild, səh.218; «Bədayiul-minən», hədis:903; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.127 və 135.

[6] «Usdul-ğabə», Zəhhakın tərcümeyi-halı; «Ayişənin islam tarixindəki rolu», «Müaviyə ilə birlikdə» bölməsi.

[7] «Sünəni Beyhəqi», 5-ci cild, səh.20; «Sünəni Əbi Davud», səh.157; «Məcməüz-zəvaid», 3-cü cild, səh.236, xülasə şəkildə; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.140-141.

[8] «Zadul-məad», 1-ci cild, səh.229.

[9] «Səhihi Buxari», 1-ci cild, səh.207; «Səhihi Müslüm», «əttəqsir fi-ümrə» babı, hə dis:209; «Sünəni Əbi Davud», 2-ci cild, səh.159-160, hədis:2803; «Müsnədi Əhməd», 4-üc cild, səh.96-97; «Əl-müntəqi», 2-ci cild, səh.270, hədis:2579-2580; «Münhətül-mə`bud», hə dis:1503.

[10] «Səhihi Müslüm», səh.898, hədis:164; «Şərhi Nüvəvi», 7-ci cild, səh.304; «Əl-müntəqi», hədis:2386; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.127 və 135.

[11] «Səhihi Müslüm», səh.899, hədis:166, 168-169; «Nüvəvinin şərhi», səh.305-306; «Usdul-ğabə», 4-cü cild, səh.137 və deyilir: Ömər Imran ibni Həsini qəzavət məqsədi ilə Kufəyə göndərdi. Onun duası qəbul olunurdu; mələklər onun ölümü ilə nəticə lə nən xəstəlik yatağında ona salam verdilər. 52-ci hicri ilində (Müaviyənin xilafəti döv rün də) Bəsrədə dünyadan getdi.

[12] «Səhihi Müslüm», «həcc» kitabı, hədis:165-166; «Müsnədi Əhməd», 4-cü cild, səh.429, 434, 436, 438, 439; «Sünəni Darəmi», 2-cü cild, səh.35; «Səhihi Buxari», 1-ci cild, səh.190; «Sünəni ibni Macə», hədis:2978; «Sünəni Beyhəqi», 4-cü cild, səh.344, 5-ci cild, səh.14: «Əl-müntəqi», hədis:2380-2381; «Zadul-məad», 1-ci cild, səh.217 və 220; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.126 və 137.

  672
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment