Azəri
Saturday 23rd of March 2019
  581
  0
  0

ƏBU BƏKRIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

ƏBU BƏKRIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Qüreyş cahiliyyət dövründə həcc ilə ümrəni bir yerdə və həcc aylarında yerinə yetirməyi haram hesab edir və onu ən böyük günahlardan sayırdılar. Amma Islam dini onu şəriət qanunu halına saldı. Peyğəmbəri Əkrəm ¡ də onun yerinə yetirilməsini göstəriş verdi və onu sünnə halına saldı. Qüreyş hakimləri də Peyğəmbərdən sonra onun yerinə yetirilməsini rəva bilməyib, həcci ümrədən ayırdılar. Qüreyş qəbiləsindən Həcci təklikdə yerinə yetirən ilk şəxs Əbu Bəkr idi. Beyhəqinin nəql etdiyi rəvayətə əsasən, Əbdür-Rəhman ibni Əsvəd öz atasından nəqlən deyir: Əbu Bəkrlə həcc əməlini yerinə yetirdik və o, təkcə həcci yerinə yetirdi. Ömər də yerinə yetirdikdə, o, təkcə həcci əncam verdi, Osman da yerinə yetirdi, o da təkcə həcci əncam verdi.»[1]

ÖMƏRIN DÖvRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Peyğəmbər ¡-dən sonra təkcə həcci yerinə yetirən ilk şəxs Qüreyş xəlifəsi Əbu Bəkr, Peyğəmbərdən sonra tə mət tö ümrəsini müsəlmanlara qadağan edən ilk şəxs isə Qü reyş xəlifəsi Ömər oldu ki, aşağıdakı rəvayətlər ona dəlil dir:

«Səhihi Müslüm», «Müsnədi Təyalisi» və «Sünəni Beyhəqi» kitablarında Cabirin belə dediyi nəql olunur: «Peyğəmbəri Əkrəmlə təməttö ümrəsini yerinə yetirdik. Ömər hakimiyyətə ça tan zaman dedi: «Allah hər nəyi və necə istəyirdisə, Öz Pey ğəm bərinə halal edirdi. Qur`an öz yerində və öz məqamında na zil olmuşdur. Belə isə, həcc və ümrəni Allah üçün və Al la hın fərman vediyi şəkildə yerinə yetirin və qadınlarla mü vəq qəti izdivacdan əl çəkin. Əgər müvəqqəti əqd bağlamış olan bir kişini mənim yanıma gətirsələr, hökmən onu daş-qa laq edəcəyəm!»

Bunun ardı «Səhihi Müslüm» kitabında belə nəql olunur: «Həclərinizi ümrələrinizdən ayırın, çünki bu iş sizin həc cinizi və ümrənizi daha kamil edər.»[2]

Bu rəvayət «Sünəni Beyhəqi» kitabında daha artıq təfsi lat la qeyd olunmuşdur. Orada Cabirdən belə nəql olunur: «Pey ğəmbər ¡ və Əbu Bəkrlə təməttö ümrəsini yeri nə ye tir dik. Amma Ömər hökumətə çatanda camaata xitab edərək de di: «Peyğəmbəri-Əkrəm həmin Allahın Rəsuludur, Qur`an hə min Qur`andır. Iki müt`ə Peyğəmbərin dövründə qanuni hal idi, mən onun hər ikisini qadağan edirəm. Kim onu yerinə ye tir sə, cəzalandıracağam: Onların biri «müt`ətun-nisa» (müvəq qə ti izdivac) idi ki, əgər bir qadını müvəqqəti izdivac əq di nə keçirən bir kişi tapsam, onu hökmən daş-qalaq edib bas dıracağam! Digəri isə həcc müt`əsidir. Həccinizi ümrədən ayı rın, çünki bu iş sizin həccinizi və ümrənizi daha kamil edər.»[3]

Birinci rəvayətdə xəlifə Ömər işarə edir ki, Allah-taala təməttö ümrəsini həcc ilə birlikdə, istədiyi kimi Öz Peyğəmbərinə halal etdi, əks halda tamam ümrə həcc ilə birlikdə bir yerə yığışmaz. Belə isə, həccinizi ümrədən ayırın, çünki bu iş həcc və ümrənizi daha kamil edər.

Ikinci rəvayətdə Əsvəd ibni Yezid bir hadisəni nəql edir ki, bu da Ömərin həcc və ümrəni bir yerdə yerinə yetirməyi qadağan etməsini bəyan edir. O deyir: «Ərəfə günü axşam çağı Ömərlə birlikdə Ərəfatda dayanmışdıq. Bir kişi bəzənmiş, saçları daranmış və ətirlənmiş halda bizim yanımıza gəldi. Ömər ona dedi: «Sən möhrimsənmi?» Dedi: «Bəli!» Ömər dedi: «Sənin zahirin ehramda olanlara oxşamır. Ehramda olan şəxsin tükləri qarışıq, toz-torpağa bulaşmış və pis iyli olur.» O dedi: «Mən təməttö ümrəsini yerinə yetirdim və həyat yoldaşımla birlikdəyəm. Bu gün ehram bağlamışıq.» Ömər dedi: «Bu günlərdə təməttö etməyin. Əgər mən onlara müt`ə icazəsi versəm, bu kolların arasında öz həyat yoldaşları ilə yaxınlıq edəcək, sonra onlarla birlikdə həcc yerinə yetirəcəklər.»[4]

Ibni Qəyyim bu rəvayəti nəql etdikdən sonra yazır: «Bu mə sə lə göstərir ki, bu söz Ömərin şəxsi rə`yi olmuşdur.» Ib ni Həzm deyir: «Bu belə olmuşdur. Necə də gözəldir! Aydındır ki, Peyğəmbər öz arvadlarının yanına getmiş və bun dan sonra ehram bağlamışdır. Ehramdan qabaq hətta bir an belə, qadınlarla yaxınlıq etməyin mübah olmasında heç bir ixtilaf yoxdur.»

Əbu Musa Əş`əri özünün həcc müt`əsi barəsində Ömərlə söh bətlərini bəyan edərək deyir: «Rəsuli Əkrəm məni Yəmənə gön dərmişdi. O, həcci yerinə yetirdi və mən o həzrətə qo şul dum. O mənə buyurdu: «Əbu Musa! Möhrim olduğun vaxt dan nə deyirsən?» Mən dedim: «Deyirəm ki, «ləbbeyk» və mənim niy yə tim eynilə Peyğəmbərin niyyəti olsun.» O həzrət mənə buyur du: «Özünlə qurbanlıq gətirmisən?» Dedim: «Xeyr!» Həzrət bu yur du: «Belədirsə, onda get və Beytüllahil-həramın təvafını ye ri nə yetir, Səfa və Mərvə arasında sə`y et və ehramdan çıx...»

Bu hədisin davamı ondan əvvəlki rəvayətdə belə qeyd olunur: «Mən Beytin təvafını yerinə yetirdim, Səfa və Mərvə arasında sə`y etdim, sonra qohumlarımdan bir qadının yanına gəldim. O mənim saçlarımı daradı və başımı yudu.»

Digər bir rəvayətdə isə deyir: «Sonra həcc niyyəti etdim.» «Müs nədi Əhməd» kitabında «tərviyə» gününü ona əlavə edərək de yir: Mən Əbu Bəkr və Ömərin dövründə o əsasda camaata fətva verirdim. Nəhayət həcc mövsümündə dayanmışdım, bir nə fər gəlib dedi: «Sən bilmirsən ki, əmirəl-mö`minin (Ömər) həcc əməlləri barəsində necə təzə hökm vermişdir?!»

Beyhəqinin ibarəsində deyilir: «Həcərül-əsvədin yaxın lı ğın da, Ibrahim məqamında idim və Peyğəmbərin mənə bu yur d uqlarını camaat üçün bəyan edirdim. Birdən bir nəfər gə lib yavaşca mənə dedi: «Fətva verməkdə tələsmə, çünki əmi rəl-mö`minin mənasik barəsndə yeni bir hökm çıxartmışdır.»[5] Mən dedim: «Ey camaat! Hər kəsə bir şey barəsində fətva ver mişəmsə bir az gözləsin, çünki əmirəl-mö`minin indi sizə tə rəf gələcək. Siz ona iqtida etməlisiniz.» O gəldikdə dedim: «Ya Əmirəl-mö`minin! Həcc barəsində çıxartdığınız yeni hökm nədir?»

Beyhəqinin ibarəsində isə deyilir: Mən dedim: «Həcc barə sin də yeni bir şey əmələ gəlib?» Ömər bu sözdən qəzəblənib de di: «Əgər Allahın Kitabına əməl ediriksə, onda Allahın Kita bı (həcci) tamamlamağa fərman verir.»[6]

Başqa bir rəvayətdə isə onun belə dediyi nəql olunur: «Al lah-taala buyurmuşdur: "Və ətimmul-həccə vəl-ümrətə lillah – Həcc və ümrəni Allah üçün sona çatdırın."[7] Əgər Peyğəm bərini zin sünnəsini tutsaq, onda (bil ki,) Peyğəmbər qurbanlıq etmə yincə ehramdan çıxmırdı.»[8]

Xəlifə Ömər başqa bir hədisdə həcc və ümrənin kamil olması ilə əlaqədar öz nəzərlərini bəyan etmişdir. Halbuki, o hədisi Malik «Müvəttə» kitabında, Beyhəqi «Sünən» kitabında Əbdüllah ibni Ömərdən rəvayət edərək demişlər: Ömər ibni Xəttab dedi: «Həcc və ümrənizi bir-birindən ayırın, çünki bu, sizin hər birinizin həccinin ən kamil olması, həcc aylarında yerinə yetirdiyiniz ümrənin isə daha da tamam olmasına səbəb olur.»[9]

KEÇƏN HƏDISLƏRIN XÜLASƏSI

Xəlifə Ömər inanırdı ki, həcc və ümrəni ayrı-ayrılıqda yerinə yetirmək onların kamal həddinə çatması üçün daha yaxşıdır və həcc, həcc aylarında, ümrə isə o aydan başqa ay larda yerinə yetirilməlidir. Öz nəzərini isbat etmək üçün "Və ətimmul-həccə vəl-ümrətə" – ayəsini, Peyğəmbər sünnəsindən də o həzrətin «Həccətül-vida»da qurbanlıq etməyincə ehramdan çıxmamağını əsas gətirirdi.

Halbuki həcc və ümrənin yuxarıdakı ayədə qeyd olunan «sona çatdırılmasından» məqsədin bu iki fərizənin özünün lazım olan bütün hüdudları və laziməsi ilə birlikdə, eləcə də vacib əməlləri və sünnələri yerinə yetirməyin vacib olmasıdır. Belə ki, yolları bağlanan və qorxan şəxslər onu yerinə yetirməkdə acizdirlər. Şərif ayə bu cümlədən sonra təməttö ümrəsinin şəriət qanunu halına salınmasını aşkar şəkildə bəyan edərək buyurur:

فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ

"Hər kəs təməttö ümrəsi ilə həcci başlasa..." Peyğəmbəri Əkrəm ¡ qurbanlığı özü ilə gətirdiyinə görə ehramdan çıx ma mış və aşkar şəkildə buyurmuşdur: «Əgər yolun əvvə lin də ol saydım, qurbanlığı gətirməzdim və onu ümrə qərar verər dim.» Sonra buyurmuşdu: «Ümrə həmişəlik olaraq həccin içi nə daxil olur.» Haşa ki, Əbu Həfs Ömər bu mə`nanı başa düş məmiş ola! Xüsusilə bunu nəzərə alaq ki, Ibni Abbasın «eşit mişəm ki, Ömər deyir ki, Allaha and olsun, mən sizi bu müt`ədən çəkindirəcəyəm və (bilirəm ki,) o Allahın Kitabında vardır, mənim özüm də Peyğəmbərlə birlikdə onu yerinə yetirmişəm!» - sözündən sonra, yə`ni o, özü e`tiraf edir ki, ümrə həcc ilə yanaşıdır!»[10]

Deməli, xəlifənin Allahın Kitabına və sünnəyə istinad et mə sinə heç bir əsas yoxdur. Onu bu işə vadar edən şey özü nün digər bir hədisdə aşkar dediyidir. Ravi deyir: Ömər ibni Xət tab ümrənin həcc aylarında yerinə yetirilməsini qadağan edə rək dedi: «Mən özüm onu Peyğəmbərlə birlikdə yerinə yeti rir dim, indi onu qadağan edirəm. Çünki sizin bə`ziləriniz həcc aylarında yorğun və toz-torpaqlı halda ümrəyə gəlir si niz, onun toz-torpağı, yorğunluğu və «ləbbeyk» deməsi yalnız ümrədədir, sonra Beytüllahil-həramın təvafına varid olur və ehramdan çıxır, paltar geyir, ətirdən istifadə edir, öz əhli-əyalı ilə (birlikdədirsə, onunla) yaxınlıq edir, nəhayət «tərviyə» günü gəlib çatır və həcc niyyəti edərək Minaya gedib, həccin ləbbeykini deyir ki, onun nə toz-torpağı vardır, nə yorğunluğu. Bu yalnız bir gün olur! Halbuki, həcc ümrədən fəzi lətlidir; əgər onları özbaşına buraxsan, bu ərak kolla rı nın dibində öz həyat yoldaşları ilə yaxınlıq edərlər. Hal buki, Beytüllahil-həramın sakinlərinin nə süd verən döş ləri (dəvələri) vardır, nə məhsuldar əkin sahələri; onların baha rı yalnız oraya gələnlərin əli ilədir!»[11]

Başqa bir rəvayətə görə Ömər dedi: «Mən bilirəm ki, Pey ğəmbər və onun səhabələri bunu yerinə yetirirdilər, lakin is tə mirəm ki, onlar ərak kollarının dibində öz həyat yol daş ları ilə yaxınlıq etsinlər, sonra həccə getsinlər və qüsl lərinin damcıları başlarından yerə damsın!»[12]

Ömər bu iki rəvayətdə aşkar bəyan edir ki, onun bu işi yerinə yetirməkdə iki məqsədi varmış:

Birincisi: Həccə ehtiram qoymaqdır. O, bu barədə səha bə lərin gətirdiyi bir dəlili gətirir ki, «Həccətül-vida»da tə məttö ümrəsinin həcc ilə yerinə yetirilməsini qəbul et mirdilər. Buradan aydın olur ki, bu sözü deyənlər hər iki məqamda bir qismdən olub: Qüreyş mühacirlərindən ibarətdir ki, təməttö ümrəsinin, həcc və ümrə barəsində mövcud olan ca hi liyyət adət-ən`ənələri ilə müxalif olduğunu bilirdilər,!

Ikincisi: Bir səfərdə həcc və ümrənin bir yerdə yerinə ye ti ril məsinin qadağan olunması iki rəvayətdən birində ona aş kar işarə edilmişdir: «Məkkə sakinlərinin nə süd verən döş ləri var, nə də məhsuldar əkin sahələri, onların bahar ları yalnız oraya gələnlərin əli ilədir.»

Deməli, xəlifə fərman verir ki, həcc və ümrəni bir-bi rindən ayırsınlar, ümrə həcc aylarından başqa vaxtlarda yeri nə yetirilsin ki, müsəlmanlar Məkkəyə iki dəfə gəlsin lər: Bir dəfə həcc üçün, bir dəfə də ümrə üçün. Bu işlə Mək kə sakinlərinin və Qüreyş tayfasından olanların ticarət baza rı rövnəqlənsin. Bu mə`na ona Əli ibni Əbi Talib -a ver diyi cavabda da qeyd olunur. Beyhəqi rəvayət edərək deyir: Əli ibni Əbi Talib Ömərə dedi: «Sən müt`əni qadağan etmi sənmi?» Dedi: «Yox, lakin istəyirəm ki, Allahın evini çox ziyarət etsinlər.» Əli dedi: «Ifrad həccini və təməttö həccini yerinə yetirən şəxs, şübhəsiz Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əməl etmiş olur.»[13]

Yuxarıda qeyd olunanlar Ömərin təməttö ümrəsini qadağan etməsi ilə əlaqədar rəvayətlərdən ibarət idi. Biz bu rəvayət ləri, mənbələrin az olması ilə əldə etmişik. Bütün çatış maz lıqları ilə eyni zamanda, yenə də xəlifə Ömərin şəxsi ic ti had və rə`yini, bu hökmü çıxarmaqdakı məqsədini müəyyən qə dər bəyan edir. Biz belə bir nəticəyə çatırıq ki, Ömər həcc müt`əsini şiddətlə qadağan edir və camaatı onu yerinə ye tir diyinə görə cəzalandırırdı.[14] Ibni Kəsir yazır: «Səhabə (rəziyəllahu ənhum) çox hallarda ondan qorxur və onunla müxalifət etməyi cür`ət etmirdilər.»[15] Biz elə bir kəsi tapa bil mədik ki, onun hökuməti dövründə onunla münaqişə etsin, ya xud müxalifətə cür`ət etsin. Yalnız imam Əli ona cür`ət edərək deyirdi: «Hər kəs təməttö həccini yerinə yetirsə, şübhəsiz, Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əməl etmiş olur.»[16]

Məhz Ömərin qadağan etməsindən sonra təkcə həccin ye rinə yetirilməsi Ömər tərəfindən qoyulan bir bid`ət oldu və Qü reyş xəlifələri, o cümlədən Osman bu sünnəyə iqtida etdi.

OSMANIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Osman həcci ümrədən ayırmaqda Ömərin sünnəsinə və bid`ə tinə tabe oldu ki, burada da heç bir qəribəlik yoxdur. Çün ki onların hər ikisi Qüreyş mühacirlərindən idi və bu hökm qarşısında vahid nəzərə malik idilər. Yalnız imam Əli aşkar şəkildə onunla müxalifət etdi və öz yol daşlarına fərman verdi ki, onunla aşkar şəkildə müxalifətə qalxsınlar. Halbuki, xəlifə Ömərin dövründə və onun «Peyğəmbərin dövründə iki müt`ə cari idi, mən onları qadağan edirəm, hər kəs yerinə yetirsə, cəzalandıraram: Həcc müt`əsi və qadınların müt`əsi»[17] - dediyi zaman heç kəsin onunla aşkar müxalifət etməyə haqqı və cür`əti yox idi. Indi aşağıdakı rəvayətdə imam Əli -ın xəlifə Osmana e`tiraz etməsini o həzrətin öz dilindən nəql edirik:

«Müsnədi Əhməd» kitabında Əbdüllah ibni Zübeyrdən belə nəql olunur: «Allaha and olsun, Osman ibni Əffanla Cöh fə də idim. Şam camaatından bir qrupu, o cümlədən Həbib ibni Məs ləmət Fehri də onunla idi. Təməttö ümrəsindən söhbət açıl dıqda, o dedi: «Kamil həcc və ümrə odur ki, hər ikisi həcc aylarında yerinə yetirilməsin. Deməli, əgər bu evi iki də fə ziyarət etmək üçün ümrəni tə`xirə salsanız, bu daha fəzi lətli və daha üstündür. Allah da xeyir işlərə genişlik bağışlamışdır.» Bu zaman Əli ibni Əbi Talib dərədə idi və dəvəsinə ot verirdi. Osmanın sözlərindən agah olduqda, onun qarşısında dayanıb dedi: «Peyğəmbər sünnəsini yığış dır maq fikrindəsən?! Allah-taalanın Öz kitabında bən dələ ri nə verdiyi rüxsəti onlara daraldır və onu qadağan edirsən. Elə bir hökm ki, uzaqlarda yaşayan ehtiyaclılar üçündür?!» Son ra bir-birilə yanaşı olan həcc və ümrə nidası verdi ki, Os man camaata üz tutaraq dedi: «Məgər onu mən qadağan etmi şəm mi? Mən onu qadağan etməmişəm. Bu yalnız bir nəzər idi ki, ona işarə etdim, hər kəs istəyirsə, ona əməl etsin, hər kəs istəmirsə, boşlasın.»[18]

Malik «Müvəttə» kitabında Cə`fər ibni Məhəmməddən, o da atasından nəqlən deyir: «Miqdad ibni Əsvəd Səqyada Əli ib ni Əbi Talib -ın yanına gəldi. O, dəvəsini yemlədiyi hal da Miqdad dedi: «Osman ibni Əffan həcc ilə ümrəni bir yerdə yerinə yetirməyi qadağan edir!» Əli ibni Əbi Talibin əl ləri dirsəyə qədər buğda unundan hazırlanan yemə bat mış dı. Mən onu heç vaxt unutmaram; o, hərəkət edərək Osmanın yanına gəldi və dedi: «Sən həcc və ümrəni bir yerdə yerinə yetirməyi qadağan edirsən?!» Osman dedi: «Bu, mənim öz nəzə rimdir.» Əli qəzəbləndi, qəzəbli halda çıxıb dedi: "Ləbbeykəl lahu mmə ləbbeyk bi-hiccətin və ümrətin məən." Yə`ni "ləbbeyk, ey Pər vər digar! Göstərişini qəbul etdim və həcclə ümrəni birlikdə yerinə yetirməyi niyyət etdim."[19]

«Sünəni Nəsai», «Müstədrəki Səhiheyn» və «Müsnədi Əh məd» kitablarında Səid ibni Müseyyibin belə dediyi yazı lır: «Əli və Osman həcc üçün yola düşdülər. Yolun bir hissəsində Os man təməttö ümrəsini qadağan etdi. Əli isə dedi: O nə za man hərəkət etsə, siz də hərəkət edin.» Sonra Əli və onun sə ha bələri ümrə ləbbeykini dedilər. Osman onları çəkin dir dikdə, Əli dedi: «Sənin təməttönü nəhy etdiyin bu xəbər sə hih dirmi?» Osman dedi: «Bəli.» Əli dedi: «Bəs eşitməmisən ki, Peyğəmbəri Əkrəm ¡ təməttö ümrəsini yerinə yetir di?» Dedi: «Əlbəttə ki!»[20]

Imam Sindi bu hədisin haşiyəsində yazır: Əlinin dediyi «hər vaxt hərəkət etdiyini görsəniz, hərəkət edin» - sözündən məq sədi bu idi ki, onunla hərəkət edin və ümrə ləbbeyki de yin ki, sizin sünnəni onun (şəxsi) rə`yindən irəli keçir diyi ni zi və sünnə müqabilində ona itaət etməyin rəva olmadı ğı nı bilsin.»[21]

Bu hədis «Müsnədi Əhməd» kitabında digər bir ibarə ilə belə qeyd olunur: «Osman həcc əməllərini yerinə yetirmək üçün hərəkət etdi. Yolun əsnasında Əliyə xəbər verdilər ki, Osman öz səhabələrini təməttö ümrəsini yerinə yetirməkdən çə kindirir. Əli səhabələrinə dedi: «Hər vaxt hərəkət etsə, siz də hərəkət edin.» Sonra Əli və səhabələri ümrə ləbbeyki de dilər, Osman onlara bir söz demədi. Əli dedi: «Düzdürmü ki, sən təməttö ümrəsini qadağan etmisən? De görüm, Peyğəm bəri Əkrəm ¡ təməttönü yerinə yetirmədimi?» Ravi deyir: Osmanın nə cavab verdiyini bilmədim.[22]

Bəli, gördüyümüz kimi, xəlifə Osman bu hallarda təməttö ümrəsi barəsində müəyyən qədər yumşaqlıq göstərdi, amma başqa hallarda çox kobudluq, daşürəklilik edərdi.

 «Səhihi Müslüm», «Müsnədi Əhməd», «Sünəni Beyhəqi» və digər kitablarda Şö`bədən, o da Qütadədən, o da Əbdüllah ibni Şəqiqdən nəql edir ki, o belə demişdir: Osman müt`əni qadağan etdi, Əli ona fərman verdi. Osman Əliyə e`tiraz etdikdə, Əli dedi: «Sən yaxşı bilirsən ki, biz Peyğəmbəri Əkrəmlə birlikdə təməttö ümrəsini yerinə yetirirdik.» Osman dedi: «Bəli, amma biz qorxurduq, xaif idik.»

«Müsnədi Əhməd» kitabının digər bir rəvayətində deyilir: Osman Əliyə dedi: «Sən belə-belə işlər görmüsən!» Digər bir rəvayətdə isə deyir: «Osman Əliyə bir söz dedi.»

Bu rəvayətin axırında Şö`bə Qütadəyə deyir: «Onlar nədən qorxurdu?» Dedi: «Bilmirəm»![23]

Bu rəvayətdə Osmanın Əliyə dediyini gizlətmiş və onun yeri nə «sən belə-belə işlər gördün- cümləsini gətirmişlər. Baş qa bir yerdə isə «bir söz dedi» - cümləsi qeyd olunur. Am ma Osmanın dediyi «bəli, biz xaif idik!» - sözünə gəl dik də isə, bu xovfu nə Qütadə başa düşmüşdür, nə biz başa dü şü rük, nə də münəccimlər! Peyğəmbəri Əkrəm ¡ Həc cə tül-vidada onlara fərman vermişdi ki, təməttö ümrəsini yeri nə yetirsinlər, onlar da Peyğəmbəri Əkrəm ¡-in həya tının axırıncı ilində onu yerinə yetirdilər. Yə`ni Islamın genişlənib yayıldığı, şirkin Ərəbistan yarımadasından həmişəlik olaraq məhv edildiyi bir dövrdə! Ibni Kəsir deyir: «Mən bilmirəm bu xovf hansı yerə yozula bilər və görəsən hansı cəhətdən törənmişdir?!»

Ondan əvvəl isə belə deyir: «Allah-taala Islamı onun üçün təsbit və Bələdül-həramı fəth etdi. Keçən ildə geniş çöldə – Minada e`lan olundu ki, bu ildən sonra heç bir müşrik həcc əməlini yerinə yetirməməlidir, heç kəs çılpaq halda təvaf etməməlidir.»[24]

Yuxarıdakı hədisdə Osman öz fətvasının düzgünlüyünün dəlilini belə bəyan etmişdir: «Onlar buna görə xaif idilər ki, təməttö ümrəsi yerinə yetirirdilər.» Lakin gələcək rəva yət lərdə heç bir dəlilə istinad edilmir və daha artıq qaba lıq göstərilir:

«Səhihi Müslüm», «Səhihi Buxari», «Sünəni Nəsai», «Müs nədi Təyalisi», «Müsnədi Əhməd» və digər kitablarda Sə id ibni Müseyyibin belə dediyi nəql olunur: Əli və Osman Əsfan da bir yerdə idilər və Osman müt`əni, yaxud ümrəni qa da ğan etdiyi zaman Əli dedi: «Nəyə əsasən Peyğəmbər ¡-in yerinə yetirdiyi bir işi hədəf tutmusan və onu qadağan et misən?!» Osman dedi: «Bizdən əl çək!» Əli dedi: «Səndən əl çə kə bilmərəm!» Bundan sonra Əli vəziyyəti belə gördükdə hər iki sinin (həcc və ümrənin) ləbbeykini birlikdə deməyə başla dı.»[25]

Həmçinin «Səhihi Buxari», «Sünəni Nəsai», «Sünəni Da rə mi», «Sünəni Beyhəqi», «Müsnədi Əhməd», «Müsnədi Təya li si» və digər kitablarda Mərvan ibni Həkəmin belə dediyi qeyd olunur: «Mən Əli ilə Osmanı gördüm, Osman müt`əni, həcc və təməttö ümrəsini bir yerdə yerinə yetirməyi qadağan edir. Bunu belə görən Əli hər ikisinin ləbbeykini – ümrə ləb beykini və həcc ləbbeykini deməyə başladı: Sonra dedi: «Mən elə adam deyiləm ki, Peyğəmbərin sünnəsini bir kəsin sözü nə görə boşlayam!»

Nəsainin ibarələrində belə deyilir: «Osman müt`əni və həcc ilə ümrənin bir yerdə yerinə yetirilməsini qadağan etdi. Bu na görə də (Əliyə) dedi: «Mənim bu işləri qadağan etmə yim lə yanaşı, sən o ikisini yerinə yetirirsən?!» Əli dedi: «Mən elə bir kəs deyiləm ki, Peyğəmbərin sünnəsini camatdan hər hansı birinin sözünə görə boşlayam!»

Digər bir rəvayətdə «Sənin sözünə görə boşlayam.»[26] deyə qeyd edilir.

Ibni Qəyyim bu hədisləri qeyd etdikdən sonra deyir: bu söhbətlər onu göstərir ki, həcc və ümrənin hər ikisini birlikdə yerinə yetirən şəxs onların arasında mütəmətte sayılır. Bu da bir iş idi ki, Peyğəmbər ¡ onu yerinə yetirmiş, Osman da ona e`tiraf etmişdi. Çünki Əli ona «nə üçün Peyğəmbəri Əkrəm ¡-in yerinə yetirdiyi bir işi qadağan edirsən?» - deyə e`tiraz etdikdə, o heç də demədi ki, Peyğəmbər ¡ onu yerinə yetirmirdi.» Əgər bu barədə onun la müvafiq olmasaydı, iddiasını inkar edərdi. Əli də Peyğəm bərlə müvafiq olmaq, ona iqtida etmək, eləcə də o həzrə tin sünnəsinin nəsx olunub qüvvədən düşmədiyini bəyan etmək üçün həcc və ümrənin niyyətini birlikdə etdi və ikisi nin ləbbeykini birlikdə deməyə başladı ki, əməldə Peyğəm bərə, Qur`ana və sünnəyə iqtida etdiyini göstərək istəyirdi ki, Os man özünün tə`vili və şəxsi nəzəri ilə onu qadağan etmiş di![27]

Yuxarıda qeyd olunan rəvayətlərdən aydın olur ki, imam Əli təməttö həccinin niyyətini aşkar şəkildə e`lan etmək lə istəyirdi ki, xəlifə Osmanla qəsdən və aşkar şəkil də müxalifət etsin, xəlifə də bu məsələni bə`zən mülayim lik lə, bə`zən də kobudluqla araşdırırdı. Bizim zənnimizcə onun mü layimliyi hökumətinin əvvəllərində idi. Bunun ardınca gələn kobudluq xislətləri də onun davamında olmuşdur. Bu kobudluq elə bir həddə çatmışdı ki, onu yerinə yetirənlərə şallaq vurur, başını qırxdırırdı! Ibni Həzm rəvayət edərək deyir: «Osmana xəbər verdilər ki, bir nəfər ümrə ilə həcc niyyətini birlikdə etmişdir. O dedi: «Onu mənim yanı ma gətirin!» Gətirdikləri zaman ona şallaq vurdurdu və ba şı nı qırxdırdı.»[28] Onu şallaqladı ki, cəzası olsun; başını da qırxdırdı ki, başqaları üçün ibrət dərsi olsun! Amma bütün bu qədər tələbkarlıqla belə, müsəlmanların müqavimət və mübarizələri də həmin dövrdən başladı ki, imam Əli onunla müxalifətini aşkar edən ilk şəxs idi, öz ətra fın da olanları da bu işə fərman verirdi. Bu mübarizələr ondan sonra digər xəlifələrin dövründə daha da genişləndi.



[1] «Sünəni Beyhəqi», 5-ci cild, səh.5; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.123.

[2] «Səhihi Müslüm», səh.885, hədis:124; «Müsnədi Təyalisi», səh.247, hədis:1729; «Sünəni Beyhəqi», 5-ci cild, səh.21.

[3] «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

[4] «Zadul-məad», 1-ci cild, səh.258-259. Əsvəd ibni Yezid Nəxəi Əbu Ömər, yaxud Əb dür-Rəhman Məxzum, siqə (e`timadlı), çox, hədis deyən və fəqihdir. O, ikinci təbə qədən olan ravilərdən sayılır. Onun hədislərini bütün «Sihah» müəllifləri nəql etmişlər. 74, yaxud 75-ci illərdə vəfat etmişdir. («Təqribut-təhzib», 1-ci cild, səh.77.)

[5] «Sünəni Beyhəqi», 5-ci cild, səh.20.

[6] Yenə orada, 4-cü cild, səh.338, 5-ci cild, səh.20; «Münhətül-mə`bud», hədis:1502.

[7] «Bəqərə» surəsi, 196-cı ayə.

[8] «Səhihi Müslüm», səh.895-896, səh.155 və 156; «Səhihi Buxari», 1-ci cild, səh.188-189; «Sünəni Nəsai», 2-ci cild, səh.15 və 18; «Müsnədi Əhməd», 4-cü cild, səh.393, 395, 410; «Sünəni Beyhəqi», 4-cü cild, səh.88; «Kənzül-ümmal», 5-ci cild, səh.86; «Səhihi Buxari», 1-ci cild, səh.214-də xülasə şəkildə.

[9] «Təfsiri Süyuti», 1-ci cild, səh.218; «Hilyətül-övliya», 5-ci cild, səh.205; «Şərhi məanil-asar», səh.375.

[10] «Sünəni Nəsai», 2-ci cild, səh.16; «Beyrut» çapı, 5-ci cild, səh.135; «Tarixi ibni Kə sir», 5-ci cild, səh.122. Ibni Kəsir deyir: «Bu hədisin sənədləri çox yaxşıdır, la kin onu rəvayət etməmişlər.»

[11] Kənzül-ümmal», 5-ci cild, səh.86; «Hilyətül-övliya», 5-ci cild, səh.205.

[12] «Səhihi Müslüm», səh.896, hədis:157; «Müsnədi Təyalisi», 2-ci cild, 2-ci cild, səh.70, hədis:516; «Müsnədi Əhməd», 1-ci cild, səh.29 və 50; «Sünəni Nəsai», 1-ci cild, səh.16; «Sünəni Beyhəqi», 5-ci cild, səh.20; «Sünəni ibni Macə», səh.692, hədis:2979; «Kənzül-ümmal», 5-ci cild, səh.86.

[13] «Sünəni Beyhəqi», 5-ci cild, səh.21.

[14] «Səhihi Müslümün şərhi», 1-ci cild, səh.170, Qazi Əyazdan nəqlən.

[15] «Tarixi ibni Kəsir», 5-ci cild, səh.141.

[16] «Sünəni Beyhəqi», 5-ci cild, səh.21.

[17] Bu rəvayətin mənbələri bu bəhsin əvvəlində qeyd olundu.

[18] «Müsnədi Əhməd», 1-ci cild, səh.92, hədis:707; «Zəxariul-məvaris», səh.416.

[19] «Müvəttə Malik», səh.336, hədis:40; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.129.

[20] «Sünəni Nəsai», 2-ci cild, səh.15; «Müsnədi Əhməd», 1-ci cild, səh.57; hədis: 402; «Müstədrəki Səhiheyn», səh.472; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.126 vvə 129.

[21] Imam Sindi Əbul-Həsən Məhəmməd ibni Əbdül-Hadi Hənəfi Mədinədə yaşamış və 1138-ci ildə vəfat etmişdir.

[22] «Müsnədi Əhməd», 1-ci cild, səh.60, hədis:424.

[23] «Səhihi Müslüm», səh.896, hədis:158; «Müsnədi Əhməd», 1-ci cild, səh.97, hədis:756, 2-ci rəvayət: səh.60, hədis:431-432; «Sünəni Beyhəqi», 5-ci cild, səh.22; «Əl-müntəqi», hədis:2382; «Kənzül-ümmal», 3-cü cild, səh.33; «Şərhi məanil-əxbar», səh.380-381; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.127, qısa şəkildə. Ibni Kəsir 129-cu səhifədə də bu hədi si qeyd etdikdən sonra yazır: «Bu, Osmandan Əlinin rəvayət etdiyinə dair bir e`tiraf dır. Mə`lumdur ki, Əli «Həccətül-vida»da Peyğəmbər ¡-in ehram bağladığı hə min niyyətlə ehram bağlamışdır.»

[24] «Tarixi ibni Kəsir», 5-ci cild, səh.137; «Daru ehyait-turasil-ərəbi» çapı, səh.102-103.

[25] «Səhihi Müslüm», səh.897, hədis:157; «Səhihi Buxari», 1-ci cild, səh.190; «Müsnədi Tə ya lisi», 1-ci cild, səh.16; «Müsnədi Əhməd», 1-ci cild, səh.136; «Sünəni Beyhəqi», 5-ci cild, səh.22; «Münhətül-mə`bud», 1-ci cild, səh.210, hədis:1005; «Məanil-asarın şərhi», səh.371; «Zadul-məad», 1-ci cild, səh.218 və 220; «Tarixi ibni Kəsir», 1-ci cild, səh.129; «Daru ehya» çapı, səh.98. Əsfan Cöhfə ilə Məkkə arasında bir dayanacağın adıdır. («Mö`cəmül-büldan».)

[26] «Səhihi Buxari», 1-ci cild, səh.190; «Sünəni Nəsai», 2-ci cild, səh.15; «Sünəni Da rə mi», 2-ci cild, səh.69; «Sünəni Beyhəqi», 4-cü cild, səh.352, 5-ci cild, səh.22; «Müs nədi Təyalisi», 1-ci cild, səh.16, hədis:95; «Müsnədi Əhməd», 1-ci cild, səh.91, hədis:733 və səh.136, hədis:139; Zadul-məad», 1-ci cild, səh.217; «Məanil-asarın şərhi», səh.376; «Kənzül-ümmal», 3-cü cild, səh.31; «Mülhətül-mə`bud», hədis:1004; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.126-129; «Daru ehya» çapı, səh.96 və 98.

[27] «Zadul-məad», 1-ci cild, səh.218.

[28] «Əl-mühəlla», 7-ci cild, səh.107.

  581
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment