Azəri
Saturday 20th of April 2019
  706
  0
  0

IMANIN DӘYӘRI

IMANIN DӘYӘRI

Imanın dəyəri barəsində üç mərhələdə danışmaq lazımdır:

1. Görəsən tövhid, nübüvvət və məad — şiəliyə görə bunlardan əlavə imamət və ədl — kimi dini əsaslara iman və e`tiqadın olmaması bütün şəraitlərdə (səbəbindən asılı olmayaraq) ilahi əzaba səbəb olacaqmı? Yoxsa bə`zi imansızların üzürlü olmaları və imansızlıqlarına görə cəzalandırılmamaları mümkündür?

2. Görəsən iman, yaxşı əməlin qəbul edilməsinin zəruri şərtlərindəndir və heç bir qeyri-müsəlman və hətta qeyri-şiənin xeyir əməli qəbul edilməyəcək?

3. Görəsən Allahı inkar etmək əməllərin məhv olaraq aradan getməsinə səbəb olur?

Gələn bəhslərdə bu üç mərhələni araşdıracağıq.

KÜFRÜN CӘZASI

Küfrün iki növ, yə`ni birinin inadkarlıq, digərinin isə nadanlıq və həqiqətlə tanış olmamaq ucbatından olmasında heç bir şəkk-şübhə yoxdur. Qəti əqli və nəqli dəlillərdə bildirilir ki, haqqa qarşı bilərəkdən inadkarlıq edən və onu başa düşərək inkar edən şəxs əzaba layiqdir. Amma ikinci növ küfr barəsində demək lazımdır ki, əgər həmin nadanlıq və cahillik təqsir və səhlənkarlıq üzündən olmasa, həmin şəxs Allahın əfv və bağışlamasına nail olacaq.

Bu məsələni izah etmək üçün bir az təslim və inadkarlıq barəsində danışmaq lazımdır. Qur`ani-kərim buyurur:

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

«O gün ki nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz (daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö`minlərdən) başqa!...» (Şüəra 88-89)

TӘSLIMIN DӘRӘCӘLӘRI

Qəlbin sağlamlıq və saflığının əsas şərti onun həqiqət müqabilində təslim olmasıdır. Təslimin üç mərhələsi - bədənin, əqlin və qəlbin təslim olma mərhələləri vardır.

Iki rəqib bir-biri ilə döyüşəndə onlardan məğlub olacağını hiss edənin təslim olması mümkündür. Belə hallarda adətən məğlub olan tərəf əllərini təslim əlaməti olaraq yuxarı qaldırır, döyüşdən əl çəkir və qarşı tərəfə tabe olur, yə`ni onun göstəriş verdiyi kimi hərəkət edir.

Təslimin bu növündə insanın cism və bədəni təslim olur, amma fikir və düşüncəsi təslim olmur və hətta, fikrində bir daha döyüşdüyü tərəfə qalib gəlməyin yolları barəsində fikirləşir. Onun əql və fikrinin vəziyyəti belə olur. O, daxili hiss və duyğuları baxımından da həmişə düşmənə nifrin edir. Təslimin, daha doğrusu bədənin təslimi olan bu növü gücün ələ ala bildiyi ən son nöqtədir.

Təslimin digər mərhələsi, əql və fikrin təslim olmasıdır. Әqli təslim edə bilən qüdrət və güc, məntiq və deduksiya qüdrətidir. Burada fiziki güc heç bir rol ifa etmir. Heç vaxt şagirdi döyməklə ona riyazi tənlikləri başa salmaq olmaz. Riyazi məsələləri ancaq deduksiya yolu ilə başa salmaq lazımdır və onun başqa yolu yoxdur. Әql və düşüncəni də fikir və deduksiya ilə fəth edərək ələ almaq olar. Әgər kifayət qədər dəlil mövcud olsa və onlar əqlə təqdim edilsə və o, həmin dəlilləri başa düşsə, dünyanın bütün güc və qüdrətləri onun təslim olmamasını tapşırsalar belə, təslim olacaq.

Deyirlər ki, Qalileyə yer kürəsinin hərəkəti və günəşin mərkəz olması fikrinə görə işgəncə verəndə, yandırılmaq qorxusundan öz elmi nəzəriyyəsindən tövbə edib və həmin halda yerə nə isə yazıb. Baxıb görüblər ki, o, yerə bu cümləni yazıb: «Qalileyin tövbəsi ilə yer kürəsi öz hərəkətini dayandırmayacaq.»

Güc insanı dildə öz sözündən dönməyə vadar edə bilər, amma insanın fikri, məntiq və dəlil gücü ilə qarşılaşmayınca təslim olmur.

اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

«...De ki: (Ey müşriklər!) Әgər (Allah barəsindəki iddialarınızda) haqlısınızsa, dəlilininzi gətirin!» (Nəml-64).

Təslimin üçüncü mərhələsi qəlbin təslim olmasıdır. Imanın həqiqəti də məhz, qəlbin təslim olmasıdır. Әgər dil və fikrin təslimi qəlbin təslimi ilə birgə olmasa, ona iman deyilməz. Qəlbin təslim olması insanın bütün vücudunun təslim olması və hər bir inadkarlıq və inkarın rədd edilməsidir.

Ola bilər ki, bir nəfər müəyyən fikir müqabilində hətta əqli və məntiqi baxımdan təslim olsun, amma onun ruhu təslim olmasın. Insan təəssübkeşlik ucbatından inadkarlıq edəndə və ya şəxsi mənafeyinə görə həqiqətə təslim olmayanda onun əql, fikir və düşüncəsi təslim olur, amma ruhu inadkar olaraq qalır və təslim olmur. Buna görə də onun imanı olmur, çünki imanın həqiqəti qəlb və ruhun təslim olmasıdır.

Allah-taala Bəqərə surəsinin 208-ci ayəsində belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ

«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin....»

`ni ruhunuz əqlinizlə müharibə etməsin, duyğularınız dərkinizlə vuruşmasın!

Şeytanın, Qur`anda nəql edilmiş əhvalatı qəlbin küfrü, əqlin isə təslim olmasına bir nümunədir. Şeytan Allahı tanıyır, qiyamətə e`tiqad bəsləyir, peyğəmbərlər və onların vəsilərini tamamilə qəbul edir və onların məqamlarını e`tiraf edirdi, amma bütün bunlara baxmayaraq, Allah-taala onu kafir adlandıraraq belə buyurub:

 فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

«...(Yalnız) o (Şeytan) lovğalanaraq imtina etdi və kafirlərdən oldu.» (Bəqərə-34).

Qur`an baxımından şeytanın Allahı tanımasının dəlili, bu ilahi kitabda aşkarcasına onun, Allahın Xaliq olmasını e`tiraf etməsidir:

قَالَ مَا مَنَعَكَ أَلاَّ تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَاْ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ

«....Sən məni oddan, onu isə palçıqdan yaratdın!..» (Ә`raf-12).

Qiyamətə e`tiqad bəsləməsinin dəlili isə budur:

قَالَ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ

«...Mənə qiyamətə kimi möhlət ver!» (Ә`raf 14).

Şeytanın peyğəmbərlər və mə`sumları tanımasının dəlili isə onun belə deməsidir:

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

«(Iblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!» (Sad 82-83).

Təkcə əməlləri deyil, hətta bütün vücudları Allahdan başqasından pak və azad olan sadiq bəndələrdən məqsəd, Allah övliyaları və günahlardan pak olanlardırlar. Şeytan, onları tanıyır və onların günahlardan pak olmalarına e`tiqad bəsləyirdi.

Qur`an, şeytanı bütün bunları tanıyan bir varlıq kimi təqdim etdikdən sonra onu kafir adlandırır. Deməli, buradan belə mə`lum olur ki, təkcə tanımaq və agah olmaq kifayət etmir, yə`ni hər hansı bir varlığın mö`min kimi tanınması üçün onun fikir və idrakının təslim olması yetərli deyil. Bunun üçün başqa bir şey lazımdır.

Qur`an məntiqi baxımından şeytanın bütün bu agahlıqlarına baxmayaraq, kafir hesab edilməsinin səbəbi nədir?

Cavab mə`lumdur. Çünki şeytanın dərk etmə qüvvəsinin həqiqəti qəbul etməsinə baxmayaraq, onun hiss və duyğuları döyüşə qalxdı, qəlbi əqlinin dərki müqabilində üsyan etdi və həqiqəti qəbul etməkdən imtina edərək təkəbbürlük göstərdi. Bəli, onun qəlbi təslim olmadı.

  706
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Characteristics and Qualities of the Imam Mehdi (A.S)
      Tawheed and Imamate of Imam Mahdi (A.S.)
      The Twelfth Imam, Muhammad ibn al-Hasan (Al-Mahdi-Sahibuz Zaman) (as) (The hidden Imam who is ...
      Sayings of Imam Mahdi (A.T.F.)
      A Supplication from Imam Mahdi (A.T.F.)
      Saviour of Humanity
      Imam Mahdi (A.S.), the Twelfth Imam, the Great Leader and Peace-Maker of the World
      The Deputies of the Imam of the Age Hazrat Hujjat ibnil Hasan al-Askari (a.t.f.s.)
      Imam Mahdi (A.J.)
      A brief biography of Imam Al-Mahdi (pbuh)

 
user comment