Azəri
Sunday 26th of May 2019
  656
  0
  0

PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI

PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI

Ümrənin həcc aylarında yerinə yetirilməsi cahil qüreyş­li­lərin nəzərində ən böyük günahlardan sayıldığına görə Peyğəmbəri Əkrəm ¡ təməttö ümrəsinin hökmünü bəyan edərkən tədrici olaraq bunu açıqladı.

«Səhihi Buxari», «Sünəni Əbi Davud», «Sünəni ibni Ma­cə», «Sünəni Beyhəqi» kitablarında Ömər ibni Xəttabdan rəva­yət edirlər ki, o demişdir: Vadi-əqiqdə Peyğəmbərdən eşit­dim ki, belə buyururdu:

اَتَانِي آتٍ مِنْ رَبِّي فَقَالَ:صَلِّ فيِ هَذَا الْوَادِي الْمُبَارَكِ وَقُلْ عُمْرَةٌ فيِ حجَّهٍ وَفِي رِوَايِةٍ اُخْرَى : وَقُلْ عُمْرَةٌ وَحِجَّةٌ

 "Pərvərdigarım tərəfindən bir mə`mur mənə gəlib dedi: "Bu mü­ba­rək vadidə namaz qıl və de: Bir ümrə bir həccə daxildir."[1]

Digər bir rəvayətdə belə deyilmişdir: De: "Bir ümrə bir həcc ilə yanaşıdır."

«Sünəni Beyhəqi»nin ibarələrində Peyğəmbər ¡-in be­lə buyurduğu bəyan olunur: "Cəbrail mənim yanıma gəldi... Onun axırında isə deyilir: Belə isə, Qiyamətə qədər ümrə həccə daxildir.[2]"

Peyğəmbəri Əkrəm ¡ Öməri ümrə ilə həccin bir yer­də yerinə yetirilməsi ilə əlaqədar bu vəhydən agah etdi. Bu xas təbliğdə bir hikmət gizlənmişdi ki, onun (Ömərin) döv­rün­də ümrə ilə əlaqədar baş verən hadisələrdən başa düşü­rük.

Bəli, Peyğəmbəri Əkrəm ¡ Əqiq vadisində Öməri və Əs­fan vadisində Süraqə ibni Maliki bu barədəki vəhydən agah etdi. Əbu Davud rəvayət edərək deyir: Peyğəmbəri Əkrəm ¡ Əsfanda olan zaman Süraqə o həzrətə dedi: «Ya Rəsu­ləl­lah! Hökmləri və məsələləri bizim üçün elə şəkildə bəyan edin ki, sanki təzə dünyaya gəlmiş qövm ilə danışırsınız.» Pey­ğəmbər ¡ buyurdu:

اِنَّ اللّهَ تَعَالىَ قَدْ اَدْخَلََ عَلَيْكُمْ فِي حَجَّكُمْ هَذَا عُمْرَةً، فَاِذَا قَدِمْتُمْ فَمَنْ تَطَوَّفَ بِالْبَيْتِ وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ فَقَدْ حَلَّ اِلاَّ مَنْ كَانَ مَعَهُ هَدْيٌ

"Mütəal Allah sizin bu həccinizdə bir ümrə daxil etmişdir. Ona varid olduğunuz vaxt hər kəs Beytin təvafını yerinə yetirib, Səfa və Mərva arasında sə`yi əncam versə, mühill olacaq və ehramdan çıxacaqdır. Qurbanlığı öz yanlarında gətirənlər bu hökmdən istisna olunur."[3]

O Həzrət Məkkədən altı mil, yaxud daha artıq məsafədə yer­ləşən Sərif adlı bir yerdə də həmin məsələni səhabələrə çat­dıraraq buyurdu: "Hər kəs öz ehramını ümrə ehramı qərar vermək is­tə­yirsə, eybi yoxdur." Ayişə də onu rəvayət edərək deyir: «Pey­ğəmbərlə həcc aylarında, həcc gecələrində və həcc ehramında hərəkət etdik, nəhayət Sərif adlı bir yerdə düşdü. O həzrət öz səhabələrinə doğru gedib buyurdu: "Hər kəs qurbanlığı özü ilə gə­tir­məmişsə və öz ehramını ümrə ehramı qərar vermək istəyirsə, eybi yox­dur. Hər kəs qurbanlığı özü ilə gətirmişsə, belə etməsin." O deyir: Bu­nu yerinə yetirənlər və tərk edənlər hamılıqla o həzrətin səha­bələrindən idi.[4]

Qeyd olunanlardan aydın olur ki, onu tərk edən Qüreyş müha­cirləri – cahiliyyət dövründə ümrəni ən böyük günah­lardan hesab edənlər idilər. Peyğəmbəri Əkrəm ¡ Mək­kənin Bətha adlı yerinə çatan zaman da bu təbliği təkrar etdi. Ibni Abbas deyir: Peyğəmbər Zil-həccənin 4-cü günü Bət­hada bizimlə namaz qılaraq buyurdu: "Hər kəs (istəsə) öz ehra­mını ümrə ehramı qərar verə bilər."[5]

Beləliklə, Peyğəmbəri Əkrəm ¡ bu hökmü tədrici şə­kildə təbliğ edirdi. Təvafı, Səfa və Mərvə arasında sə`y əmə­lini tamam etdikləri zaman onun barəsində son və yekun hökm nazil oldu və hamını bunu yerinə yetirməyə fərman ver­di. Beyhəqi yazır: «...Peyğəmbər Səfa və Mərvə arasında olan zaman ona son və qəti hökm nazil oldu. Həzrət fərman verdi ki, səhabələrdən hər kəs həcc ehramı bağlamış və qur­banı özü ilə gətirməyibsə, onu ümrə qərar versin.» Sonra bu­yurdu: «Əgər yolun əvvəlində olsaydım, bu qurbanlığı özüm­lə gətirməzdim. Amma başımı bağlayıb qurbanlığı özümlə ya­na­şı gətirdiyimə görə ehramdan çıxmaq haqqım yoxdur. Yal­nız qurbanlıq yerində ehramdan çıxa bilərəm.» Sü­ra­qə ibni Malik ayağa qalxıb dedi: «Ya Rəsuləllah! Hökm­lə­ri bizim üçün elə bəyan et ki, sanki təzə dünyaya gəlmiş adamla danışırsan! Bizim bu ümrəmiz bu ilimiz üçündür, yoxsa həmişəlik?» Peyğəmbər ¡ buyurdu: "Xeyr! Həmişəlikdir və ümrə Qiyamət gününə qədər həccin tərkibinə daxildir..."[6]

Yuxarıdakı hədislərdə qeyd olunur ki, Peyğəmbəri Əkrəm ¡ Ömərə buyurdu: «Pərvərdigarım mənə fərman ver­mişdir ki, belə deyəm: "Bir ümrə bir həccə daxildir." Yaxud "bir ümrə bir həclə yanaşıdır." (Yə`ni mən bu səfərdə niyyət etməliyəm ki, həcc və ümrəni birlikdə yerinə yetirəm.) Süraqənin Əs­fan­da verdiyi sualın cavabında isə buyurdu: "Allah-taala sizin bu həccinizdə ümrəni həccin daxilində qərar vermişdir." Onun təb­liğ olunması da bu həccə həsr olunmur. Sonra Sərif mən­təqə­sində və Bəthada bütün hacılara e`lan etdi ki, «hər kəs onu ümrə qərar vermək istəyirsə, eybi yoxdur.» Bunu «hər kəs is­tə­yirsə» - ibarəsi ilə qeyd etmişdir. Ümrə ehramını yerinə yetir­dikdən sonra ondan çıxmaq vaxtı gəlib çatan zaman ha­mıya e`lan edərək dedi: "Ümrə həmişəlik olaraq həccin daxilin­də­dir." Süraqənin iki həssas yerdə dediyi «Ya Rəsuləllah, hökm­ləri bizə elə bəyan et ki, sanki təzə dünyaya gələn adam üçün bəyan edirsən!» - sözündən məqsədi bu idi ki, bizim keçmişdə, Qüreyş cahillərinin yerinə yetirdikləri bir əməllərlə heç bir işimiz yoxdur.

Bir sözlə, Peyğəmbəri Əkrəm ¡-in gördüyü tədbirlər və ümrənin həccin bir hissəsi olmasını, ümrə ehramından çıx­mağı və ondan sonra təməttö etməyin şəriət sahibi tərə­fin­dən bir fərman olduğunu göstərən hədislər təvatür həd­dindədir. Aşağıda onları qeyd edirik:

«Müsnədi Əhməd» və «Əl-müntəqi» kitablarında Ənəs belə de­yir: Həcc şüarı ilə hərəkət etdik, lakin Məkkəyə çat­dığı­mız zaman Peyğəmbər ¡ fərman verdi ki, onu ümrəyə çe­vi­rək; və buyurdu: "Əgər yolun əvvəlində olsaydım, onu ümrə qərar verər­dim, lakin mən qurbanlığı özümlə gətirmişəm, həcc və ümrəni bir-birilə yanaşı qərar vermişəm."[7]

«Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında Əbu Səid Xidrinin belə dediyi qeyd olunur: Peyğəmbər ¡-lə hərəkət etdik və bütün varlığımızla həcc nidasını verdik, lakin Məkkəyə çatdığımız zaman Həzrət bizə fərman verdi ki, onu ümrə qərar verək. Yalnız qurbanlığı özləri ilə gətirənlər istisna olunurdu. Təlbiyə günü gəlib çatanda, Mina qəsdi etdiyimiz zaman həcc ehramı bağladıq.[8]

Ibni Qəyyimin «Zadul-məad» kitabında deyilir: «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında Ayişədən rəvayət olunmuşdur ki, o, belə deyirmiş: «Peyğəmbəri Əkrəm ¡-lə yola düşdük və həcdən başqa bir söz getmirdi. Lakin Məkkəyə çatdığımız zaman Peyğəmbər səhabələrinə buyurdu: «Onu ümrə qərar verin.» Camaat ehramdan çıxdı, yalnız qurbanlığı özləri ilə gətirənlər istisna olunurdu.»[9]

O deyir: «Səhihi Buxari» kitabında belə qeyd olunur: «Pey­ğəm­bərlə birlikdə yola düşdük və həcdən başqa bir məqsə­di­miz də yox idi. Lakin Məkkəyə çatıb Beytüllahil-həramın tə­va­fını qurtardıqdan sonra Peyğəmbər ¡ buyurdu: «Hər kəs özü ilə qurbanlıq gətirməyibsə, ehramdan çıxsın.» Qurban­lıq gətirməyənlər ehramdan çıxdılar, o həzrətin qadınları da qurbanlıq gətirmədiklərinə görə ehramdan çıxdılar.[10]

O deyir: «Səhihi Müslüm» kitabında Ibni Ömərdən, o da Həf­sədən – Peyğəmbərin zövcəsindən – rəvayət olunur ki, o belə demişdir: Peyğəmbər vida həccində öz arvadlarına buyurdu ki, ehramdan çıxsınlar. Mən ona dedim: «Bəs siz nə üçün ehramdan çıxmırsınız?» Buyurdu: «Mən öz başımı bağlamış və qurbanlığı özümlə gətirmişəm. Buna görə də bu qurbanlığı kəsməyincə ehramdan çıxa bilmərəm.»[11]

O deyir: «Səhihi Buxari» kitabında Ibni Abbasın belə dediyi nəql olunur: Mühacir, ənsar və Peyğəmbərin qadınları «Həccətül-vida»da ehram bağladılar, biz də ehram bağladıq. Məkkəyə çatdığımız zaman Peyğəmbər əmr etdi ki, onu ümrə qərar verək. Peyğəmbər buyurdu: «Öz həccinizi ümrə qərar verin, yalnız qurbanlığı özləri ilə gətirənlərdən başqa.»[12]

Bu bölmədəki hədislərin ən kamili Cabir ibni Əbdüllah Ənsarinin hədisidir ki, Peyğəmbər ¡-in həccinin necə olduğunu bəyan edir. «Səhih» müəllifləri onu rəvayət etmişlər ki, biz onun xülasəsini «Səhihi Müslüm» kitabından nəql edirik:

Peyğəmbər ¡ 9 il (həcci) tə`xirə saldı və həccə getmədi. Onuncu ildə nida olundu ki, Allahın Rəsulu həccə gedir. Mədinə əhalisindən çoxu gəldi və o həzrətlə yoldaş oldular, Peyğəmbərə iqtida etdilər və öz əməllərini onun kimi yerinə yetirdilər. Biz də o həzrətlə birlikdə yola düşdük, nəhayət Zül-hüleyfəyə çatdıq. Peyğəmbəri Əkrəm ¡ məsciddə namaz qıldı, sonra özünün Qusva adlı dəvəsinə mindi və dəvə onu Beydaya çatdırdı. Mən nə qədər baxırdımsa, o həzrətin sağın-solun və ön tərəfində süvari və piyadaları görürdüm. Bəli, Peyğəmbər ¡ bizim içimizdə idi. Ona Qur`an nazil olur, o isə onun tə`vilini bilirdi. Buna görə də hər nə yerinə yetirirdisə, biz də təkrarən yerinə yetirirdik. Hamı tovhid nidası verirdi!!! Biz həcdən başqa bir niyyət etməmişdik və ümrəni tanımırdıq, nəhayət o, bizimlə Beytüllahil-hərama çatdı. Rüknün müqabilində is­ti­lam etdi... Cabir Peyğəmbəri Əkrəm ¡-in əməllə­ri­ni vəsf edib nəhayət deyir: Mərvədə təvafın axırına çatdığı za­man buyurdu: "Mən əgər yolun əvvəlində olsaydım, özümlə qurbanlıq gə­tirməz və onu ümrə qərar verərdim. Sizlərdən hər kəs qurbanlığı özü ilə gətirməyibsə, ehramdan çıxsın və onu ümrə qərar versin."

Cabir deyir: Bu zaman Süraqə ibni Malik ayağa qalxıb dedi: «Ya Rəsuləllah! Bu hökm bizim bu ilimiz üçündür, yoxsa hə­mi­şəlikdir?» Peyğəmbər ¡ barmaqlarını bir-birinə ke­çi­rərək ikinci dəfə buyurdu: "Ümrə (bu cür) həccin da­xi­lin­də­dir." Sonra buyurdu: "Xeyr, əksinə, həmişəlik və əbədiyyətə qədər."[13] «Sə­hihi Buxari» kitabında isə belə deyilir: Süraqə dedi: «Bu hökm bizə məxsusdurmu?» Peyğəmbər ¡ buyurdu: «Xeyr! Hə­mişəlik üçündür».[14]



[1] «Mö`cəmül-büldan» kitabında deyilir: Əqiq həmin yerdir ki, onun barəsində "innəkə bivadin mübarək»- ayəsi qeyd olunmuşdur. Və o da «Zul-hüleyfə» vadisinin ara­sın­dadır. Həmin yer ki, deyilmişdir: Iraq əhalisinin ehram yeri və miqatı Zati-irq­dən­dir. Ibni Həcər bu hədisin şərhində «Fəthul-bari» kitabında deyir: Oradan Mə­dinəyə qədər dörd mil məsafədir.

[2] «Səhihi Buxari», 1-ci cild, səh.186, 4-cü cild, səh.177; «Sünəni Əbi Davud», 2-ci cild, səh.159; «Sünəni Əbi Macə», səh.991, hədis:2976; «Sünəni Beyhəqi», 5-ci cild, səh. 13-14; «Fəthül-bari», 4-cü cild, səh.135; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.17, 128, 136.

[3] «Sünəni Əbi Davud», 1-ci cild, səh.159, hədis:1081; «Əl-müntəqi», Ibni Teymiyyə, hədis:2427. Süraqə ibni Malik Məkkənin yaxınlığında yerləşən Qədiddə sakin idi. O, hə­min şəxsdir ki, Peyğəmbər ¡ Mədinəyə hicrət edən zaman o həzrəti tə`qib edir­di ki, tutub Qüreyşə qaytarsın. Onun bu işi üçün yüz dəvə mükafat tə`yin olun­muşdu ki, onun atı Peyğəmbəri tə`qib edərkən yerə batdı. Məkkə fəth olunan za­man Islamı qəbul etdi və 24-cü hicri ilində dünyadan getdi. Müslüm öz «Səhih» kita­bında ondan on doqquz hədis rəvayət etmişdir. Onun tərcümeyi-halı «Təqribut-təhzib», 1-ci cild, səh.248; «Cəvamius-sirə», səh.283; «Sireyi Ibni Hişam», 2-ci cild, səh.103, 250 və 309-da qeyd olunmuşdur. Əsfan da Cöhfə ilə Məkkə arasında yerləşir. Cöhfə Məkkənin dörd mənzilliyində yerləşən bir yerin adıdır.

[4] «Səhihi Buxari», 1-ci cild, səh.189; «Səhihi Müslüm», səh.875, hədis:121 və 123, ix­ti­sarla; «Sünəni Beyhəqi», 4-cü cild, səh.356; Ibni Əbi Şeybənin «Müsənnəf», 4-cü cild, səh.102.

[5] «Sünəni Beyhəqi», 5-ci cild, səh.4.

[6] Yenə orada, 5-ci cild, səh.6.

[7] «Müsnədi Əhməd», 3-cü cild, səh.266; «Əl-müntəqi», hədis:2393.

[8] «Səhihi Müslüm», hədis:211-212, Cabirin dilindən, səh.914; «Müsnədi Əhməd», 3-cü cild, səh.3, 5, 71, 75, 148, 266; «Əl-müntəqi», hədis:2418.

[9] «Zadul-məad», 1-ci cild, səh.246-247. Onun əsli «Səhihi Müslüm», səh.873-874, 120 nömrəli hədisdə, həmçinin «Sünəni ibni Macə»də 2981-ci hədisdə mövcuddur.

[10] «Səhihi Buxari», «həcc» kitabı, 1-ci cild, səh.189; «Səhihi Müslüm», səh.877, hədis:128; «Sünəni Əbi Davud», 2-ci cild, səh.161, hdis: 1806.

[11] «Səhihi Müslüm», səh.902, hədis:177, 179; «Sünənin Əbi Davud», 2-ci cild, səh.161, hədis:28, 106.

[12] «Səhihi Buxari», «həcc» kitabı, 1-ci cild, səh.191.

[13] «Səhihi Müslüm», səh.886-888, hədis:147; «Sünəni Əbi Davud», 3-cü cild, səh.182; «Sü­nə­ni ibni Macə», səh.1022; «Sünəni Darəmi», 2-ci cild, səh.44; «Müsnədi Əhməd», 3-cü cild, səh.32; «Sünəni Beyhəqi», 5-ci cild, səh.7, hədis:991; «Əl-mühəlla», 7-ci cild, səh.100.

[14] «Səhihi Buxari», 4-cü cild, səh.166.

  656
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment