Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ISLAMDAN BAŞQA HEÇ BIR DIN QӘBUL DEYIL

2. ISLAMDAN BAŞQA HEÇ BIR DIN QӘBUL DEYIL

Әsas mövzumuza girişməzdən əvvəl, aydınlaşması lazım olan digər bir məsələ isə budur ki, qeyri-müsəlmanların xeyirli işləri barəsində iki cür danışmaq olar. Bu əslində iki sualdır. Onlardan biri budur ki, Islamdan başqa digər bir din qəbul edilir, yoxsa Allah dərgahında qəbul edilən yeganə din ancaq Islam dinidir? Başqa sözlə desək, insan hər hansı bir dinə və səma elçilərinin hər hansı birinə mənsub olmalıdır və bunun hansı səma dini olması fərq etmir, məsələn müsəlman, yəhudi və ya xristian və hətta zərdüşt olmaq kifayət edir, yoxsa bütün zamanlarda haqq din ancaq və ancaq bir dindir?

Digər bir məsələ isə budur ki, biz haqq dinin həmişə ancaq bir din olmasını qəbul etdikdən sonra, haqq dində olmaya-olmaya doğrudan da yaxşı olan və haqq dinin təsdiqlədiyi bir əməli yerinə yetirən şəxsin dediyimiz əməlinin mükafatlandırılib-mükafatlandırılmayacağı barəsindəki sualla qarşılaşırıq. Başqa sözlə desək, görəsən saleh əməllərin mükafatlandırılmalarının şərti, haqq dinə iman bəsləməkdir, ya yox?

Burada söhbət ikinci məsələdən gedir.

Birinci məsələ barəsində xülasə olaraq bunu deyirik ki, bütün zamanlarda haqq din ancaq bir dindir və hamı həmin dinə tabe olmalıdır.

Ziyalılıq iddiasında olan bə`zi şəxslər tərəfindən son zamanlar yayılan «bütün səma dinləri mö`təbər olmaları baxımından bütün zamanlarda bərabərdirlər» fikri səhv bir fikirdir.

Әlbəttə, Allah peyğəmbərləri arasında heç bir ixtilaf və ziddiyyətin olmaması fikri tamamilə düzdür. Allah peyğəmbərlərinin hamısı bəşəriyyəti bir hədəf və bir Allaha doğru çağırıblar və onlar insanlar arasında ziddiyyətli firqə və qruplar yaratmağa gəlməyiblər.

Amma bu o demək deyil ki, bütün zamanlarda bir neçə haqq din var və insan bütün zamanlarda onlardan istədiyini qəbul edə bilər. Әksinə, həmin sözün mə`nası budur ki, insan bütün peyğəmbərləri qəbul etməli və əvvəlki peyğəmbərin ondan sonra gələn peyğəmbər, xüsusilə onların ən fəzilətli və sonuncusu olan Islam Peyğəmbərinin müjdəsini verməsini və sonrakı peyğəmbərlərin özlərindən əvvəlki peyğəmbərləri təsdiqləmələrini bilməlidir. Deməli, bütün peyğəmbərlərə iman bəsləmək, hər bir dövrdə zəmanə peyğəmbərinə tabe olmağımızı tələb edir və bizim peyğəmbərlərin sona çatdığı zamanda Allah tərəfindən son peyğəmbər vasitəsi ilə gətirilən son hökmlərə əməl etməyimiz zəruridir. Bu, Islam deməkdir, yə`ni Allaha təslim olmaq və Onun elçilərinin peyğəmbərliklərini qəbul etməyin zərurətlərindəndir.

Müasir insanların əksəriyyəti belə bir fikrin tərəfdarıdırlar ki, insanın Allaha ibadət edərək Onun tərəfindən göndərilmiş dinlərdən birinə mənsub olması və Onun göstərişlərini həyata keçirməsi kifayətdir, amma həmin göstərişlərin formaları o qədər də əhəmiyyət daşımır. Həzrət Isa (ə) da, həzrət Məhəmməd (s) də peyğəmbərdirlər, bizim xristianlıq dininə əsasən həftədə bir dəfə kilsəyə getməyimiz də düzdür, həzrət Məhəmmədin (s) dininə uyğun əməl edərək gündə beş dəfə namaz qılmağımız da! Bunlar deyirlər ki, əsas məsələ insanın Allaha imanının olması və ilahi proqramların birinə uyğun əməl etməsidir.

«Әl-imam Әli» kitabının müəllifi Corc Cordaq və məşhur livanlı yazıçı Cobran Xəlil və bu kimi digər şəxslər belə ideyaya malikdirlər. Bu iki yazıçı Həzrət Peyğəmbər (s) və Әmirəl-mö`minin (ə), xüsusilə Әli (ə) barəsində onlara iman gətirmiş bir şəxs kimi danışırlar.

(Corc Cordaqın danışığından belə mə`lum olur ki, o, həzrət Peyğəmbərin (s) peyğəmbərliyi və ona vəhy gəlməsinə iman bəsləyirmiş və həmçinin Әlinin (ə) tamamilə ilahi bir şəxsiyyət olmasına inanırmış. O, həzrət Әlini Həzrət Isa (ə) ilə bir sırada tuturmuş. Amma bütün bunlara baxmayaraq, o, xristianlıq dinindən əl çəkməyib. Cobran Xəlil, Әli (ə) barəsində belə deyir: «Mənim fikrimcə Әli ibni Әbu Talib dünyanın ümumi ruhu ilə əlaqədə olaraq onunla söhbət etmiş ilk ərəbdir». O, həzrət Әliyə həzrət Peyğəmbərdən (s) də çox məhəbbət bəsləyirmiş. Onun Әli (ə) barəsində çox maraqlı cümlələri var. Bu cümlə də onundur: «Әli dodaqları namaz zikr etdiyi halda öldü.» O həmçinin belə deyib: «Әli öz zamanından qabaqda olub. Mən bu sirdən baş aça bilmirəm ki, ruzigar nə üçün bə`zilərini öz zamanlarından qabaq yaradır.»

Maraqlı burasıdır ki, bu cümlə, həzrət Әlinin özünün bir cümləsinin məzmunudur. O həzrət «Nəhcül-bəlağə»nin 149-cu xütbəsində belə buyurub: «Sabah mənim günlərimi xatırlayacaqsınız və mənim fikirlərim sizə aydınlaşacaq; məni yerim boşaldıqdan və orada başqası durduqdan sonra tanıyacaqsınız.»

`ziləri soruşurlar ki, bu iki yazıçı Peyğəmbərə (s) və Әmirəl-mö`mininə (ə) belə inam bəsləyə-bəsləyə yenə də necə xristian qalıblar? Onlar əgər düz desəydilər, müsəlman olardılar, əgər müsəlman olmayıblarsa, deməli burada nə isə var və Peyğəmbərə (s) və Әliyə (ə) inam bəsləmələri barəsindəki sözlərində düzlük yoxdur.

Bu iradı tutanların cavabı budur ki, onlar Peyğəmbərə (s) və Әliyə (ə) məhəbbət bəsləmələrini bildirməkdə yalan danışmırlar. Amma onlar dinlərə bağlılıq barəsində xüsusi təfəkkür tərzinə malikdirlər. Həmin şəxslər belə fikirləşirlər ki, insanlar müəyyən bir dinə bağlanmaq zərurətində deyildirlər və onların hər hansı bir dinə malik olmaları kifayətdir. Buna görə də onlar xristian olmalarına baxmayaraq, özlərini Әlinin (ə) tərəfdar və aşiqi hesab edir və belə fikirləşirlər ki, o həzrət də onların əqidəsində olub. Corc Cordaq belə deyir: «Әli ibni Әbu Talib camaatı müəyyən bir dini qəbul etməyə məcbur etməkdən çəkinir.»

Amma biz bu ideyanı batil və puç hesab edirik. Dində icbar və məcburiyyətin olmaması tamamilə düzdür: «Dində məcburiyyət (zorakılıq) yoxdur.»

Amma bu ayə`nin mə`nası bütün zamanlarda Allahın bir neçə dininin olması və bizim istədiyimizi seçmək haqqına malik olmağımız demək deyil. Hər bir zamanda ancaq və ancaq bir haqq din var. Allah tərəfindən nə vaxt şəriət sahibi olan Peyğəmbər gəlibsə, camaat onun hidayətindən istifadə etmək və ibadətlə bağlı olan və olmayan qanun və hökmləri ondan öyrənmək vəzifəsi daşıyıblar. Bu məsələ, peyğəmbərlərin sonuncusuna kimi belə olub. Indiki zamanda da, kim Allaha tərəf yol axtarmaq istəyirsə, o həzrətin dininin qanun və göstərişlərindən istifadə etməlidir.

Qur`ani-kərim bu barədə belə buyurur:

وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ

«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali-Imran-85).

Burda deyilə bilər ki, ayədəki «Islam» kəlməsindən məqsəd bizim dinimiz deyil, Allaha təslim olmaqdır.

Bu e`tiraza cavab olaraq demək lazımdır ki, Islamın təslim olmaq mə`nasında olması düzdür və Islam dini təslim dinidir. Amma hər bir zamanda təslim olmağın bir forması olub və indiki zamanda təslim forması, Həzrət Məhəmmədin (s) vasitəsilə zühur etmiş həmin dinə tabe olmaqdır və Islam kəlməsi də naçar olaraq ancaq onda gerçəkləşir.

Başqa sözlə desək, Allaha təslim olmağın zərurəti Onun göstərişlərini qəbul etməkdir və mə`lumdur ki, həmişə Allahın son göstərişinə əməl etmək lazımdır və Allahın son göstərişləri son ilahi peyğəmbərin gətirdikləridir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment