Azəri
Thursday 28th of March 2024
0
نفر 0

BAĞIŞLANMA ILӘ ŞӘFAӘTIN ӘLAQӘSI

BAĞIŞLANMA ILӘ ŞӘFAӘTIN ӘLAQӘSI

Allahın bağışlamasının şəfaətlə nə əlaqəsi vardır?

Allahın bağışlaması Onun digər bütün rəhmətləri kimi qanun və sistemə malikdir. Biz dünyanın qanun və quruluşa malik olması barəsində geniş söhbət etdik və dedik ki, varlıqlar arasında olan fərqlər onların vücudlarının zərurətlərindəndir. Həmin söhbətdə qeyd etdik ki, varlıqlar arasında olan fərqlər şərti deyil, onların zati zərurətlərindəndir, yə`ni onların mahiyyət və vücudlarının tələblərindəndir. həmin fərqlərin olmaması, eynilə onların özlərinin olmaması deməkdir və onların vücudunu da fərqlərsiz fərz etmək qeyri-əqli bir şeydir.

Həmin söhbətlərdən mə`lum oldu ki, Allahın rəhmət cərəyanlarının heç birinin qanunsuz həyata keçməsi mümkün deyil. Buna görə də Allahın bağışlaması da kamil ruhlar, peyğəmbərlər və övliyaların böyük ruhları vasitəsi ilə günahkarlara çatmalıdır və bu, dünyanın qanuna malik olmasının zərurətlərindəndir. Vəhy rəhməti vasitəsiz həyata keçmədiyi və bütün insanlar Allah tərəfindən peyğəmbərliyə tə`yin edilmədikləri və həmçinin digər heç bir rəhmət vasitəsiz gerçəkləşmədiyi kimi, bağışlanma rəhmətinin də vasitəsiz həyata keçməsi mümkün deyil.

Әgər əlimizdə şəfaət barəsində nəql edilmiş heç bir dəlil olmasaydı, biz ən şərəfli məxluqun olmasının mümkünlüyü və varlığın qanuna malik olması kimi əqli yollar və qəti dəlillərlə ona qail olmalı idik.

Möhkəm əqli əsaslar, Allahın bağışlama rəhmətini qəbul edən şəxsi, bağışlama cərəyanının ümumi əql və ya ümumi ruh, yə`ni tam ilahi vilayətə malik əql və ruh yolu ilə həyata keçməsini demək məcburiyyətində qoyur. Ilahi feyz və lütfün varlıqlara qanun və hesabsız çatması mümkün deyil.

Amma xoşbəxtlikdən Qur`an bizə burada da kömək edib. Biz Islam rəvayətləri, xüsusilə şiələrin mö`təbər və yüksək səviyyəli hədislərində Peyğəmbər və imamların vilayətləri və imanın sonrakı dərəcələrdəki insanlırın məqamları barəsindəki mətləbləri həmin Qur`an ayələrinə artırmaqla belə bir nəticə əldə edirik ki, bağışlama vasitəsi təkcə bir ümumi ruh deyil, bəlkə ümumi və cüz`i bəşəri ruhlar, malik olduqları müxtəlif məqamlara uyğun olaraq şəfaət payına malikdirlər. Bu Islam və Qur`anın ən mühüm tə`limlərindən biridir ki, yalnız müqəddəs şiə məktəbində imamlar və onların şagirdləri tərəfindən yaxşı izah edilib. Buna görə də bu məsələ şiə məktəbinin fəxr etdiyi məsələlərdəndir.

ŞӘFAӘTIN ŞӘRTLӘRI

Şəfaət Allaha nisbət veriləndə həmin bağışlama, rəhmət vasitələrinə nisbət veriləndə isə şəfaət adlandırılmasını nəzərə alanda mə`lum olur ki, bağışlama üçün lazım olan hər bir şərt şəfaət barəsində də vardır. Әqli baxımdan bağışlanmanın şərti, şəxsin bağışlanma qabiliyyətinə malik olmasından başqa bir şey deyil. Әgər kimsə Allahın bağışlama rəhmətindən məhrum olursa, bu, ilahi rəhmətin məhdud olmasında deyil, həmin şəxsin bu qabiliyyətə malik olmamasındadır. Allahın rəhməti hansısa bir varlı şəxsin bank hesabı kimi məhdud deyil. Allahın rəhməti qeyri-məhduddur, amma qabiliyyətlər bir-birindən fərqlidir. Ola bilər ki, bir nəfər qətiyyən bağışlanma qabiliyyətinə malik olmasın və Allahın rəhmətindən bəhrələnməsin.

Dini mənbələr baxımından aydındır ki, Allaha kafir olmaq və şərik qail olmaq əfv və bağışlanmanın insana çatmasına mane olur.

Qur`ani-kərim belə buyurur:

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا

«Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar...» (Nisa-116).

Iman əldən gedəndə insanın bağışlanma ilə olan əlaqəsi birdəfəlik kəsilir və o, bir də bu böyük lütfdən bəhrələnmək imkanına malik olmur. Insanın qəlbinə küfr möhürü vurulanda o, dünyanın bütün okeanlarına atılsa belə, içinə bir damcı su getməyən ağzı bağlı qaba bənzəyir. Həmin şəxsin vücudu, Haqqın rəhmət sularının gül əvəzinə tikan kolları yetişdirdiyi şoranlıqlara bənzəyir.

Təbiətinin lətifliyində heç bir şübhə olmayan yağış bağçada lalə, şoranlıqda isə tikan bitirir.

Әgər şoranlıqda gül bitmirsə, bu, yağışın azlığı deyil, yerin o şeyə hazır olmamasındandır.

Qur`ani-kərim mələklərin dilindən Allahın rəhmətinin genişliyini belə bəyan edir:

الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ

«Әrşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və mö`minlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!»

Bu ayədən həm Allahın rəhmətinin məhdud olmamasını və həm də bağışlanmadan bəhrələnmək ləyaqətinin əsas şərtini başa düşmək olar.

Qur`anın ayələrindən belə başa düşülür ki, Allaha iman, şəfaət və bağışlanmaya nail olmağın əsas və zəruri şərtlərindəndir. Amma bu yeganə şərt deyil və heç kəs bütün şərtlərin nədən ibarət olmasını qəti şəkildə deyə bilməz. Bunu ancaq və ancaq Allah özü bilir. Şirkdən başqa digər bütün günahların bağışlanmasına müjdə verilmiş ayədə «Allah istədiyi şəxslər» şərti vardır və həmçinin şəfaət barəsində olan ayələrdə «Allah razı olduğundan başqa heç kəsə şəfaət etməzlər» qeydi gətirilib. Bunların hər ikisi eyni mə`na əks etdirir. Qur`an sanki şəfaətin bütün şərtlərini aşkarcasına bildirmək istəməyib. Deyəsən ürəkləri qorxu və ümid arasında saxlamaq niyyətində olub. Buradan başa düşmək olar ki, «şəfaətə inam, insanı günah etməyə cür`ətləndirir» iradı yersizdir.

ŞӘFAӘT ALLAHA MӘXSUSDUR

Həqiqi şəfaətlə yanlış şəfaətin fərqi bundadır ki, Həqiqi şəfaət Allahdan başlayaraq günahkarda bitir, amma səhv şəfaətdə məsələ bunun əksinədir.

Həqiqi şəfaətdə vasitəni, yə`ni şəfaət edəni işə salan, yanında şəfaət edilən Allah-taaladır. Amma yanlış şəfaətdə onu işə salan şəfaət edilən, yə`ni günahkardır. Səhv və batil şəfaətlərdə, şəfaətçi vasitəçilik sifətini günahkardan alır, çünki vasitəni oyadaraq şəfaət etməyə vadar edən və vasitəni vasitə edən o (günahkar) olur. Amma Peyğəmbərlər, övliyalar və Allah dərgahına yaxın olan şəxslərə nisbət verilməsi düzgün olan haqq şəfaətlərdə, şəfaətçinin şəfaət etməsi Allah tərəfindəndir. Vasitəni vasitə edən Allahdır. Başqa sözlə desək, səhv şəfaətdə şəfaətçi şəfaət edilən, yə`ni günahkarın yanında şəfaət edilən (qüdrət sahibi) isə şəfaətçinin tə`siri altına düşür. Lakin düzgün şəfaətdə məsələ bunun əksinədir. Yə`ni yanında şəfaət edilən qüvvə, yə`ni Allah şəfaətçidə tə`sir edən səbəb olur və şəfaət edən Onun tə`siri və istəyi ilə günahkara tə`sir edir. Şəfaətin səhv növündə rəhməti oyadan silsilənin başında günahkar durur. Onun düzgün növündə isə həmin silsilənin başında duran Allahdır.

Molla Sədranın «Hədid» surəsinin təfsirində səhv və düzgün şəfaətin bir-birindən ayrılması, batil şəfaət adlandırdığımız şeyin bu dünyada olması, axirət quruluşunda isə olmaması və belə bir şeyin orada olmasının qeyri-mümkünlüyü barəsində çox incə və elmi bir sözü var.

O, söhbəti genişləndirməklə zati və təsadüfi səbəblər və zati və ərəzi hədəflər (qayət) məsələsini irəli sürərək mövzuya bu dünyada, (özü də təkcə insan cəmiyyətlərində yox) təsadüfi səbəblərin bir şeyin müqəddaratını müəyyənləşdirməsinin və ya bir şeyin zati hədəflərə çatmaqdan məhrum olaraq ancaq ərəzi hədəfə çatmasının mümkünlüyü, axirət dünyasının isə təsadüfi səbəblər və ərəzi hədəflərin tə`sirlərindən uzaqlığının necə olması ilə başlayır. Bu mövzunun səviyyəsi çox yüksək olduğu üçün onu şərh etməkdən çəkinərək elm əhlinə Molla Sədranın təfsirinə müraciət etməyi tövsiyə edirəm.

Qur`ani-kərimin Allahın izni olmadan şəfaətin mümkün olmamasını deyən ayələri həmin nöqtəni nəzərdə tutur. Bu ilahi kitab xüsusilə bu barədə çox maraqlı ifadələrə malikdir, o cümlədən:

قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا

«De ki: Bütün şəfaət yalnız Allaha məxsusdur...» (Zumər-44).

Bu ayə tam aydınlıqla şəfaət və vasitəçilik məsələsini təsdiqləyir və bütün şəfaətləri Allaha aid edir. Çünki şəfaətçini şəfaətçi edən Allahdır. Bu ayənin yalnız qiyamətdə həyata keçəcək şəfaəti nəzərdə tutması və necə deyərlər, yüksələn olan qövsə aid olması da mümkündür. Həmçinin onun bütün rəhmət vasitələri barəsində olması, yə`ni azalan qövsə aid olması da mümkündür. Hər halda axirət şəfaətinə aid olduğu üçün bu mə`nanı verir ki, günahkarın Allahın istəyi olmadan şəfaətçini işə salmaq qüdrəti yoxdur və həmçinin şəfaətçi də Onun izni olmadan dəm vurmaq gücünə malik deyil.

Bu mətləbin əqli dəlili, ilahi fəlsəfədə isbata yetirilmiş «vücudu zati cəhətdən vacib olan varlıq bütün cəhət və heysiyyətlərdən vacibul-vücuddur», `ni vücudu öz zatında vacib olan varlıq başqasının nəticəsi olmadığı kimi, öz sifət və işlərində də başqa səbəbin tə`siri altına düşə bilməsinin qeyri-mümkünlüyüdür. O, mütləq tə`sir göstərəndir və heç nədən tə`sirlənmir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment