Azəri
Monday 17th of June 2019
  905
  0
  0

“D-8” qrupuna üzv olan ölkələrin sənaye nazirlərinin Tehran iclasının iştirakçıları ilə görüş (

“D-8” qrupuna üzv olan ölkələrin sənaye nazirlərinin Tehran iclasının iştirakçıları ilə görüş (

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “D-8” qrupuna üzv olan ölkələrin sənaye nazirlərinin Tehranda baş tutan iclasının iştirakçıları ilə görüşmüşdür. O, “D-8” qrupuna üzv olan ölkələr arasındakı müştərək dinə və mədəniyyətə, bu ölkələrin Asiya və Afrikada tutduğu olduqca həssas coğrafi mövqeyə, onların 1 milyarda çatan əhalisinə və zəngin enerji mənbələrinə toxunaraq təkidlə qeyd etdi: “Bu 8 ölkə arasındakı əməkdaşlıq bütün müsəlman dövlətləri üçün örnək ola bilər. Sənaye sferasında əməkdaşlığın uğurla davam etdirilməsi, sözsüz ki, İslam dünyasına və qrupa üzv olan ölkələrə öz müsbət təsirini göstərəcək”.

“D-8” qrupunun yarandığı ilk gündən bəri İranın müsəlman dövlətləri arasında əməkdaşlığı dəstəklədiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran İslam Respublikası elm və sənaye sahəsində əldə etdiyi nailiyyətləri İslam dövlətləri ilə bölüşməyə hazırdır”.
 
Başqa ölkələri öz ağalığı altında saxlamaq üçün imperialist dövlətlərin elmin və sənayenin gücündən maksimum dərəcədə istifadə etdiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Müsəlman ölkələri özlərinin böyük insan potensialından, zəngin təbii resurslarından, görkəmli istedadlarından və öz aralarında qarşılıqlı əməkdaşlıqdan səmərəli şəkildə istifadə etməklə layiq olduqları yüksək nüfuz və mövqeyi əldə etməlidirlər”.

Tehran iclasında əldə olunan razılaşmaların icrasının vacibliyini təkidlə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qrupa üzv olan 8 ölkə bu razılaşmaların praktik surətdə həyata keçirilməsini özlərinin mühüm vəzifəsi hesab etməli, Allaha iman və təvəkküllə qarşılıqlı əməkdaşlığın və sənayenin əvvəlkindən də artıq inkişaf etdirilməsi istiqamətində çalışmalıdırlar”.  

Görüşün əvvəlində İran İslam Respublikasının Sənaye və Mədənlər naziri cənab Mehrabiyan çıxış edərək dedi: “İİR-nın təşəbbüsü ilə Tehranda “D-8” qrupuna üzv olan ölkələrin sənaye nazirlərinin ilk iclası keçirildi. Bu, qrupa üzv olan ölkələrin qarşılıqlı əməkdaşlığında dönüş nöqtəsi kimi götürülə bilər”.

Cənab Mehrabiyan sənaye nazirlərinin Tehranda baş tutan iclasının sonunda 8 ölkənin nümayəndələrinin yekdil rəyi ilə qəbul olunmuş yekun bəyanatı ölkələr arasındakı sənaye əməkdaşlığının gələcək istiqamətini müəyyənləşdirən mühüm sənəd adlandırdı.

Türkiyənin Sənaye və Ticarət naziri cənab Nihat Ərgün də “D-8” qrupuna üzv olan ölkələrin sənaye nazirlərinin Tehran iclasını uğurlu bir addım adlandıraraq bu cür görüşlərin keçirilməsi ilə qrupun üzvü olan ölkələr arasında iqtisadi və ictimai əlaqələrin daha da genişlənəcəyinə, Tehran iclasının davamı olaraq yeni və müsbət addımların atılacağına ümidvar olduğunu bildirdi.

Türkiyənin Sənaye və Ticarət naziri əlavə etdi: “Biz Tehran iclasında qəbul edilmiş qərarları öz ölkəmizdə həyata keçirmək, investorların və sənaye müəssisələrinin rəhbərlərinin uğurlu fəaliyyəti üçün lazımi zəmin hazırlamaq niyyətindəyik”. 

Görüşdə Banqladeşin Sənaye naziri cənab Dilib Barua da çıxış edərək sənaye nazirlərinin Tehran iclasını “D-8” qrupuna üzv olan ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, bu ölkələrin sənaye və texnologiyasının modernizasiyası üçün müsbət bir başlanğıc hesab etdiyini qeyd edərək əlavə etdi: “İclasın yekun bəyanatı gələcək əməkdaşlıqlar üçün olduqca müsbət bir əsasdır”. 

Daha sonra o, belə əlavə etdi: “Hazırda dünyada cərəyan edən iqtisadi böhran asanlıqla həll olunub yoluna qoyulmayacaq. Buna görə də “D-8” qrupuna üzv olan ölkələr bütün sferalarda əməkdaşlığı mütləq genişləndirməlidirlər”.

  905
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment