Azəri
Sunday 21st of July 2019
  2085
  0
  0

XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI

6-XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI

Ömər həcc müt`əsini və qadınlar müt`əsini (müvəqətti iz­di­vacı) haram etdi və bunu özünün ictihadi məsələlərindən saydı.

Ibni Əbil Hədid «Nəhcül-bəlağə»nin şərhində və Əhməd ibni Hənbəl öz «Müsnəd» kitabında Cabir ibni Əbdüllah Ən­­sa­rinin belə dediyini rəvayət edir: «Biz Peyğəmbərin döv­rün­də həcc müt`əsini və qadınlar müt`əsini yerinə yetirirdik. Ömər bizi qadağan etdiyi zaman ondan əl çəkdik.»[1]

«Təfsiri Süyuti» və «Kənzül-ümmal» kitablarında Səid ibni Müsəyyibin belə dediyi qeyd olunmuşdur: «Ömər həcc müt`ə­sini və qadınlar müt`əsini qadağan etdi.»[2]

«Bidayətül-müctehid», «Zadul-məad», «Nəhcül-bəlağənin şərhi», Ibni Qudamənin «Əl-muğni» və Ibni Həzmin «Əl-mühəlla» kitiblarında Ömərin dilindən rəvayət edirlər ki, o, belə demişdir: «Peyğəmbərin dövründə iki müt`ə yerinə yetirilirdi, mən ikisini də qadağan edirəm, hər kəs onu yerinə yetirsə, cəzalandıracağam: Həcc müt`əsi və qadınların müt`əsi (müvəqqəti izdivac).»[3]

Cəssasın və Ibni Həzmin rəvayətlərində Ömərin belə de­di­yi nəql olunmuşdur: «Iki müt`ə Peyğəmbərin dövründə yeri­nə yetirilirdi, mən onları qadağan edirəm və onu yerinə yeti­rən­­lərə şallaq vuracağam: Qadınların müt`əsi və həcc müt`ə­si.»[4]

Yuxarıdakı rəvayətlər icmal şəkildə bunu göstərir ki, xə­lifə Ömər iki Islam hökmü barəsində-həcc müt`əsi və qadınların müt`əsi barəsində iki ictihad etmiş və öz şəxsi nəzərini vermişdir. Indi onu ətraflı şəkildə izah edirik:

a) HƏCC MÜT`ƏSI

Həcc müt`əsi təməttö həcci əsnasında yerinə yetirilir, onun bəyanı bundan ibarətdir ki, həcc üç qismdir: Təməttö həcci, ifrad həcci, qiran həcci.

1-Təməttö həcci:

O, Məscidül-həramın hüdudlarında olmayan kəslərə vacib­dir. Onun yerinə yetirilmə qaydası belədir ki, həccə gedən şəxs həcc aylarında-Şəvval, Zil-qə`də və Zil-həccə aylarında mi­qatdan ümrə həccinə getmək üçün ehram bağlayır və təlbiyə de­yir, Məkkəyə gəlib yeddi dəfə Allah evinin təvafını yeri­nə yetirir, iki rükət təvaf namazını qılır, Səfa və Mərva ara­sında yeddi dəfə sə`y əməlini yerinə yetirir, sonra «təq­sir» əməlini əncam verir və ehramdan çıxır. Bu zaman bu eh­ram­da haram edilən şeylərin hamısı ona halal olur və Məkkədə tərviyə (Zil-həccənin 8-ci) gününə qədər iqamət seçir, həmin gün yenidən həcc üçün ehram bağlayıb, Ərəfata gedir, sonra 9-cu gün məğrib zamanı Məş`ərə doğru hərəkət edir, oradan Minaya gedir, qurbanlıq edir, başını qırxmaqla, yaxud təqsir etməklə (qısaltmaqla) ehramdan xaric olur, həccin digər əməllərini də yerinə yetirir. Bu həccə təməttö həcci, onun ümrəsinə isə təməttö ümrəsi deyilir. Çünki mütəal Allah Qur`ani Kərimdə buyurumuşdur:

فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ

"Hər kəs təməttö ümrəsini sona yetirsə, həcci başlasın."[5]

Hacılar bu iki ehram – ümrə və həcc ehramı arasında mü­­hill olduqlarına və onlara haram olan şeylərdən bəhrə­lən­­d­iklərinə görə bu iki ehram arasındakı fasilə eynilə həcc müt`əsidir ki, xəlifə Ömər və onun ardıcılları haram et­­miş­lər. Lakin müsəlmanların əksəriyyəti bu dövrdə onu yeri­nə yetirirlər.

2-3-Ifrad və Qiran həCləri

1-ƏHLI-BEYT ¢ FIQHINDƏ

Ifrad həcci belə yerinə yetirilir ki, hacı miqatdan, ya­xud öz mənzilindən-əgər miqatdan yaxın olarsa,-ehram bağ­la­yır, Ərəfata gedir, 9-cu günü orada keçirir və ondan sonra həc­cin yerdə qalan əməllərini tamamilə yerinə yetirib ehram­dan xaric olur. Onun üzərində yalnız bir müfrədə ümrə qa­lır ki, onu da il boyunda ən yaxın hill məkanlarından (Hə­rəm­dən xaricdə olan məhəldən), yaxud miqatların birindən baş­layır və sona çatdırır. Hacı onların hər birini ayrı-ayrı­lıqda yerinə yetirdiyinə görə onlara «ifrad» həcci və «müf­rədə» ümrəsi deyilir.

Qiran həccində həccin bütün əməlləri ifrad həccində ol­­duğu kimidir, onların arasında olan fərq bundan ibarət­dir ki, hacı qiran həccində qurbanlığı ehram halında özü ilə yanaşı aparır və özü ilə birlikdə qurbangaha çatdırır. Hal­buki, ifrad həccində ümumiyyətlə qurbanlıq vacib deyil­dir və bu iki həcdən biri Məkkə əhalisinə vacibi-təxyi­ri­dir.[6]

2-XÜLƏFA MƏKTƏBININ FIQHINDƏ

a) Qiran həcci xüləfa məktəbinin fiqhində bundan iba­rət­dir ki, «qarin» olan hacı ümrə və həcci yanaşı yerinə yeti­rir. Yə`ni o ikisini vahid bir niyyət və vahid bir təlbiyə ilə yerinə yetirir və deyir: «Ləbbeyk». Başqa sözlə, bir ümrə və bir həcc üçün «ləbbeyk» deyir. Yaxud həcc aylarında ümrə eh­ra­mı bağlayıb «təlbiyə» deyir və ondan xaric olmayaraq həc­cə birləşdirir. Qarin hacı əgər Məkkə əhlindən olmazsa, mü­tə­mətte kimi qurbanlıq etməlidir.[7] Ifrad həcci o iki­sindən ayrıdır və hacı yalnız həcc təlbiyəsi deyir. Deyilmişdir ki, həcci təklikdə yerinə yetirsin.[8] Bə`zi rəvayətlərdə belə deyilir: «Təkcə həcci yerinə yetirər.»[9]

Bunlar müsəlmanların nəzərində həccin növləri idi. Amma cahiliyyət dövrünün müşriklərinin həcc əməllərinə gəldikdə isə, «Səhihi Müslüm», «Səhihi Buxari», «Müsnədi Əhməd», «Sünəni Beyhəqi» və sair kimi kitablarda Ibni Abba­sın belə dediyi nəql olunur: «Onlar ümrə əməlinin həcc aylarında yerinə yetirilməsini yer üzündə ən pis günah; Məhərrəm ayını da Səfər ayı hesab edərək deyirdilər: Hər vaxt dəvələrin kürəyi sağalsa və səfər əzab-əziyyəti sona çatsa, Həmçinin, onun əsərləri aradan gedib, Səfər ayı axıra çatarsa, ümrəni yerinə yetirmək ümrəçi üçün halal olur.»[10]

Nüvəvi «Səhihi Müslüm» kitabına yazdığı şərhində deyir: Alimlər bu rəvayətin şərhində demişlər: «Onlar Mə­hər­rəm ayını Səfər ayı hesab edirdilər» sözü «nəsiə» işa­rə­dir və o, yerinə yetirdikləri tə`xirdən ibarətdir ki, Məhər­rə­mül-həramı Səfər adlandırır və onu halal edirdilər. Məhərrəmin haram olmasını Səfərdən sonraya qədər tə`xirə salırdılar ki, bir-birinin ardınca olan üç aylıq ehramla qarşılaşmasınlar, qarətçilik üçün əlləri bağlanmasın.»

Ibni Həcər onların bu tədbirlərinin səbəbini izah edə­rək deyir: Ümrənin yerinə yetirilməsinin Səfər ayının axır­la­rı­na qədər tə`xirə salınması ona görə idi ki, ümrə onla­rın nəzərində həcc aylarından başqa vaxt yerinə yetirilməli idi və Səfər də həcc aylarından deyildi, belə ki, Məhərrəm də həcc aylarından sayılmırdı. Onlar Məhərrəmi Səfər he­sab edirdilər. Çünki onun axırında hələ dəvələrin belləri sə­­fər məşəqqətinə görə sağalmamışdı. Buna görə də onu «ta­be­çilik yolu» ilə həcc aylarına birləşdirirdilər. Ümrə­nin bi­rinci ayını Məhərrəm olmaqla tə`xirə salınmış hesab edir­­­dilər ki, əslində Səfər ayı idi, çünki onların nəzə­rin­də ümrə həcc aylarından başqa aylarda yerinə yetirilməli­dir.»[11]

Bunlar Qureyşin sünnə və adətləri idi ki, Peyğəmbər ¡ sonradan qeyd olunacağı kimi, bu barədə onlarla mü­xa­lifət etdi:

ÜMRƏNIN YERINƏ YETIRILMƏSINDƏ PEYĞƏMBƏR ¡-IN SÜNNƏSI

Ibni Qəyyim deyir: «Peyğəmbər hicrətdən sonra dörd ümrə yerinə yetirdi ki, onların hamısı da Zil-qə`də ayında idi.» Öz sözünü əsaslandırmaq üçün Ənəsdən, Ibni Abbasdan və Ayişədən bə`zi rəvayətləri qeyd edir ki, axırıncı iki nəfər demişlər: «Peyğəmbər Zil-qə`də ayından başqa aylarda ümrə yerinə yetirməmişdir.»[12]

Ibni Qəyyim deyir: Məqsəd budur ki, o həzrətin ümrələri həcc aylarında və müşriklərin adətlərinə müxalif olmuş­dur, çünki onlar ümrənin həcc aylarında yerinə yetirilməsini qə­bul etməyərək deyirdilər: «Bu, ən pis günahlardandır.» Bu da göstərir ki, ümrənin həcc aylarında yerinə yetirilməsi şüb­həsiz, Rəcəb ayından daha fəzilətlidir.

O deyir: Şübhəsizdir ki, Allah-taala Öz Peyğəmbərinin ümrə əməlini yerinə yetirməsi üçün ən yaxşı və ən üstün za­man­lardan başqa bir şeyi tə`yin etməmişdir. Ümrənin həcc ay­la­rında yerinə yetirilməsi eynilə həccin həmin aylarda baş ver­məsi kimidir. Bu aylar Allah-taalanın ibadət yerinə yeti­ril­məsi üçün tə`yin etdiyi aylardır. Ümrə də kiçik həcdən ibarətdir, onun yerinə yetirilməsinin ən yaxşı vaxtı həcc aylarıdır, Zil-qə`də ayı da onlardan biridir. Bu da Allah tərəfindən tə`yin olunan bir seçimdir. Belə ki, hər kəsin elmdən bəhrəsi olsa, onu seçməlidir.

Həm müşriklərin, həm də Peyğəmbəri Əkrəm ¡-in ümrənin yerinə yetirmə qaydasından agah olduqdan sonra Kitab və sünnədə həcc müt`əsi barədə söhbət açır və xəlifələrin bu barədəki ictihadlarını qeyd edirik:

ALLAHIN KITABINDA HƏCC MÜT`ƏSI

Allah-taala belə bir qanun qoymuşdur ki, həcc aylarında müş­riklərin adətlərinin əksinə olaraq ümrə ilə həcc və tə­mət­tö bir yerə yığılsın. Belə ki, «Bəqərə» surəsinin 196-cı ayə­sində buyurulur:

فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ

"Hər vaxt amanda olsanız, onda hər kəs ümrə və həcc ilə təməttö ax­tararsa, qurbanlıqdan müyəssər olduğu şeyi (qurbanlıq etsin) və hər kəs tapmasa, üç gün həcc günlərində və qayıtdıqdan sonra yeddi gün oruc tutsun ki, bu, on gün tamamdır. O, həmin kəslərdir ki, onların ai­ləsi Məscidül-həramda (Məkkə və hərəmin sakini) olmasın. Allah qar­şısında təqvalı olun və bilin ki, Allah çox ağır cəza verəndir!"

Allah-taala bu şərif ayədə ümrə ilə həcci təməttö etmə­yi o kəslər üçün müqəddər etmişdir ki, onların əhli-əyalı Məkkədə və hərəmdə olmasın və özü də əmin-amanlıqda olsun. Sonrakı ayədə buyurulur:

"Əl-həccu əşhurun mə`lumat – Həcc mə`lum aylardadır."

Həcc ilə ümrənin bir yerdə yerinə yetirilməsi bunu tələb edir ki, o ikisi həcc aylarında baş versin və bu iki ayə tam aş­kar şəkildə bu hökmə dəlalət edir. Səhabələrdən olan Im­ran ibni Həsin də «Səhihi Buxari» kitabındakı hədisə əsa­sən, həmin məsələyə işarə edərək deyir: «Müt`ə ayəsi Allahın Kita­bında nazil oldu və biz Peyğəmbərlə birlikdə onu yerinə yetirdik. Qur`anda onun haramlığına dair heç bir şey nazil olmadı. Peyğəmbər də ömrünün axırına qədər onu nəhy etmədi.»[13]

Bu rəvayət «Səhihi Müslüm» kitabında belə qeyd olunur: «Müt`ə ayəsi – yə`ni həcc müt`əsinin ayəsi-Allahın Kitabında na­zil oldu və Peyğəmbər bizə, onu yerinə yetirməyə dair fər­man verdi. Sonra həcc müt`əsini nəsx edib qüvvədən salacaq heç bir ayə nazil olmadı və Peyğəmbər də ömrünün son vaxt­larına qədər onu qadağan etmədi.»[14]

Bu hökm barəsində bütün müfəssirlər və alimlər nəzər bir­liyinə malikdir və onların arasında heç bir ixtilaf yox­dur. Maraqlıdır ki, mütəal Allah bu ayəni "innəllahə şədidul-iqab – Allah-taala şiddətlə cəzalandırandır» - deyərək sona çat­dır­mışdır.

Bəli, mütəal Allah həcc müt`əsini tam aşkar şəkildə bu ayədə şəriət qanunu halına salmış və Peyğəmbər ¡ də vida həccində onu yerinə yetirmişdir. Onun mütəvatir hədis­ləri səhih hədis kitablarında nəşr olunub yayılmışdır.



[1] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid, 1-ci cild, səh.61, 3-cü cild, səh.167-168, Məhəmməd Əbül-fəzl Ibrahimin təhqiqi ilə olan çap, 1-ci cild, səh.182, 12-ci cild, səh.251-255; «Müsnədi Əhməd», 3-cü cild, səh.363, onun oxşarı səh.365, onun xülasəsi səh.325.

[2] «Təfsiri Süyuti», 2-ci cild, səh.141; «Kənzül-ümmal», 8-ci cild, səh.293; «Muşkilul-asar», Təhavi, səh.375.

[3] «Bidayətül-müctehid», 1-ci cild, səh.346; «Zadul-məad», 2-ci cild, səh.205; «Nəh­cül-bəlağənin şərhi», 3-cü cild, səh.167; «Əl-muğni», 7-ci cild, səh.527; «Əl-mühəlla», 7-ci cild, səh.107; «Təfsiri Qurtubi», 2-ci cild, səh.167; «Təfsiri Razi», 3-cü cild, səh.201-202; «Kənzül-ümmal», 8-ci cild, səh.293-294; «Əl-bəyanu vət-təbyin», 2-ci cild, səh.223; «Şərhu məanil-asar», səh.374.

[4] «Əhkamül-Qur`an», Cəssas, 1-ci cild, səh.279; «Əl-mühəlla», 7-ci cild, səh.107. Bəl­kə də ibarələrdə və kəlmələrdə təfavütün mənşəyi bu ola bilər ki, xəlifə bu sözü iki dəfə demişdir: Bir dəfə «onu yerinə yetirəni cəzalandıracağam», başqa bir dəfə isə «onu yerinə yetirənə şallaq vuracağam» - demişdir.

[5] «Bəqərə» surəsi, 196-cı ayə.

[6] «Dəlilul-mənasik», Ayətullah Həkim, Nəcəf çapı, 1377, səh.37-45.

[7] «Bidayətül-müctehid» kitabının nəql etdiyinə görə Malikin ardıcıllarından bə`ziləri bunun əksini demişlər.

[8] «Bidayətül-müctehid», 1-ci cild, səh.348; «Nihayətül-lüğət», «qiran» kəlməsi.

[9] «Sünəni Beyhəqi», 5-ci cild, səh.5; «ixtiyarul-ifrad» babı.

[10] «Fəthul-bari», 4-cü cild, səh.168-169; «Səhihi Müslüm», «cəvazul-ümrə» babı, hədis:198; «Müsnədi Əhməd», 1-ci cild, səh.249, 252, 332, 339; «Sünəni Əbi Davud», «məna­sik» kitabı; «ümrə» babı: «Sünəni Nəsai», «həcc» kitabı, səh.77; «Sünəni Beyhəqi», 4-cü cild, səh.354; «Əl-müntəqi», hədis:2422; «Muşkilul-asar», 3-cü cild, səh.155; «Məanil-əxbar»ın şərhi, 1-ci cild, səh.381.

[11] Nüvəvinin «Səhihi Müslüm»ə olan şərhi; «Fəthül-bari», Ibni Həcərin «Səhihi Buxari»yə olan şərhi.

[12] «Zadul-məad», 1-ci cild, səh.209. Bu rəvayətin ətraflı izahı «Səhihi Buxari», 1-ci cild, səh.212; «Səhihi Müslüm», «həcc» kitabı, hədis:217-220, 916-917; «Sünəni Beyhə­qi», 4-cü cild, səh.357, 5-ci cild, səh.10-12; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.209-da qeyd olunmuşdur.

[13] «Səhihi Buxari», 3-cü cild, səh.71; «Sünəni Beyhəqi», 5-ci cild, səh.19.

[14] «Səhihi Müslüm», «cəvazut-təməttö» babı, səh.900, hədis:172; «Təfsiri Qurtubi», 2-ci cild, səh.338; «Zadul-məad», 1-ci cild, səh.252; «Təbəqati ibni Sə`d», Avropa çapı, 4-cü cild, 2-ci hissə, səh.28.

  2085
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment