Azəri
Friday 22nd of March 2019
  636
  0
  0

ÖMƏRIN DÖVRÜNDƏ

ÖMƏRIN DÖVRÜNDƏ

Imam Əli «Atam-anam sənə fəda olsun, Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı və xüms ilə nə etdilər?» - deyə sual edən bir şəxsin cavabında buyurdu: Ömər dedi: «Sizin bir haqqınız vardır və mən inanmıram ki, əgər artsa, onun hamısı sizə çata bilsin. Indi əgər istəyirsinizsə, mənim nəzərimə çatan miqdarı sizə verərəm.» Biz ondan qəbul etmədik, yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizə versin. O, isə bundan imtina etdi.

Ömər qərara almışdı ki, Peyğəmbərin Mədinədə tərk et di yi şeylərin bir qismini Imama və onun əmisi Abbasa təh vil versin. Onun bu tədbiri o vaxt baş vermişdi ki, fəth olu nan ölkələrin mal-dövləti və sərvəti sel kimi onlara doğ ru artmağa başlamışdı.

Bəli, Ömər ictihad etdi və «zəvil-qurba»nı – Peyğəm bə rin yaxın adamlarını öz haqqı olan xümsdan məhrum etdi. O, yenə ictihad edərək Peyğəmbəri Əkrəm ¡-in mirasının mü sa dirə olumasını davam etdirdi. Nəhayət fəth olunmuş öl kə lərin sərvəti onlara gəlib çatan zaman ictihad etdi və istə di ki, onların paylarının bir qismini özlərinə təhvil ver sin, nəhayət onun da dövranı sona çatdı.

OSMANIN DÖVRÜNDƏ

Osman Afrikanın birinci qəzvəsinin xümsünü özünün xa la sı oğlu və süd qardaşı olan Əbdüllah ibni Əbi Sərəhə ba ğış ladı. Afrikanın ikinci qəzvəsinin xümsünü öz əmi oğlusu və kürəkəni Mərvan ibni Həkəmə hədiyyə etdi və Fə də ki onun mülkiyyətinə keçirtdi. Mədinə bazarının yer ləş diyi Məhzuru da əmi oğlusu və digər kürəkəni Harisə təhvil ver di, halbuki, Peyğəmbər həmin yeri müsəlmanlara vəqf etmişdi. Həmçinin, Qüzaə qəbiləsinin sədəqələrini öz əmisi Hə kə mə bağışladı, sədəqənin işçisi müsəlmanların baza rın dan qayıtdığı zaman onun yanına gəldikdə Osman dedi: «Onu Həkəmə təhvil ver!»

Beyhəqi Peyğəmbər ¡-in tərk etdiyi və Osmanın öz qohum-əqrəbasına hədiyyə etdiyi şeylərin bir qismi barəsində yazır: Osman Peyğəmbəri Əkrəm ¡-dən rəvayət olunan «hərgah Allah-taala bir peyğəmbərə bir pay verirsə, ondan sonra da onun canişini olan şəxsə məxsusdur» - hədisinə istinad edərək ictihad etdi. Özü malik olduğu sərvətlə ondan ehtiyacsız olduğu zaman onu qohum-əqrəbalarına verib sileyi-rəhim etdi. Osman Peyğəmbəri Əkrəm ¡-in tərəkəsi barəsində ictihad edib onu öz qohum-əqrəbalarına verməkdən əlavə, digər bir ictihadı da xüms barəsində edərək onları öz qohumlarına verdi. Sonrakı ictihadında isə sədəqələri onların ixtiyarına keçirtdi və ictihad edib, yenə də ictihad etdi! Bu ictihadın qapısı necə də genişdir?!!

IMAM ƏLI -IN DÖVRÜNDƏ

Imam Əli da öz hökumətində (mövcud siyasi fəzaya görə) Əbu Bəkr və Ömərin sünnəsindən, xüsusilə Əhli-beytə qay tarılan əmval barəsində heç bir şeyi dəyişdirə bilmədi.

MÜAVIYƏNIN DÖVRÜNDƏ

Müaviyənin Peyğəmbər ¡-in qohum-əqrəbasını xüms dən məhrum və o həzrətin mirasını müsadirə etməkdə tutduğu ictihadlar əvvəlki xəlifələrin ictihadına oxşayırdı. Onun əlavə etdiyi şey bu idi ki, öz valisinə belə yazmışdı: «Qənimət olan bütün qızılları, gümüşləri və nəfis şeyləri mənim üçün kənara qoy və onlardan heç bir şeyi müsəlmanların arasında bölüşdürmə.»

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZIN DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz çalışırdı ki, şər`i nəslərə tabe olsun. Bu yolda Peyğəmbər nəvələrinin xüms səhmini Fədəklə birlikdə onlara qaytardı ki, bu da yalnız müəmmalı şəkildə vəfat etdiyi vaxta qədər davam etdi.

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZDƏN SONRA

Yezid ibni Əbdül-məlik ictihad edərək yenidən Fədəki Fa timə övladlarından aldı. Abbasi xəlifəsi Səffah ha ki miyyətə çatan zaman onu Fatimə övladlarına qaytar dı. Bundan sonra Mənsur Abbasinin ictihadı çatdı və o, Fə dəki Fatimə övladlarından aldı, Mehdi onu yenidən on lara qaytardı. Sonra Mehdinin oğlu Musa ictihad edərək onu Fatimə övladlarından aldı, Mə`mun yenidən onu ge ri yə qaytardı. Mütvəkkil hakimiyyətə çatana qədər onların ix ti yarında oldu və o, ictihad edərək yenidən onlardan aldı və Əb düllah Bazyarın ixtiyarına keçirtdi.[1] O da Peyğəmbəri Ək rəm ¡-in öz əli ilə Fədəkdə əkdiyi on bir xurma ağa cı nı kökündən çıxardıb atdı. Bu xəlifələrin xüms və Pey ğəm bərin mirası barəsində bizə gəlib çatan son mə`lu matlardır. Amma xüləfa məktəbinin alimlərinin nəzəri isə aşağıdakı kimidir.

Xüləfa məKtəbinin alimlərinin xümsün məsrəf olunma yerləri barəsindəKi nəzəri

Xüləfa məktəbi alimlərinin Peyğəmbər ¡-dən sonra xümsün sərf edilməsi yerlərindəki nəzərlərinə gəldikdə isə, onlar xəlifələrin bu barədə gördüyü tədbirlərə tabe olmuşlar və onların arasında heç bir fərq gözə dəymir. Onlardan bir qrupu deyir: «Peyğəmbərin payı ondan sonrakı imama, yə`ni xəlifəyə, «zil-qurba» payı da həmin xəlifənin qohum-əqrəbasına çatır.» Başqa bir qrup deyir: «Hər iki pay silah alınmasına və ordunun təchizatına xərclənməlidir.» Digər bir qrup isə deyir: «Xümsün məsrəf olunma yerinin tə`yin olunması xəlifənin ictihadına bağlıdır.»

Bə`ziləri Ömərin Əhli-beytin xümsdan məhrum edilməsi ilə əlaqədar gördüyü tədbirləri onun ictihad işi hesab edərək deyirlər: «Ömər öz hökmündə ictihad yolundan xaric olmadı, onun işinə irad tutan şəxs, yalnız səhabələrin tutduğu ictihad yolunda irad tutmuş olur.»

Öməri tənqid edərək «o, Peyğəmbərin xanımları üçün xüsusi bir maaş ayırıb, Fatimə və Əhli-beyti öz xümslərindən məhrum etdi... halbuki, bu üslubun Peyğəmbərin zamanında misli görünməmişdi» - deyə irad tutan şəxsin cavabında belə cavab verirlər: «Bu, bir müctehidin digər müctehid ilə ictihadi məsələlərdəki müxalifəti ilə eynidir. Yə`ni Ömərin Rəsuli Əkrəmlə müxalifəti bir müctehidin baş qa müctehidlə olan müxalifəti kimidir.»

Unutmaq olmaz ki, bütün bu sözlər fəth olunmuş qəni mət lə rin xümsü barəsindədir. Çünki bu sözlərə inananlar deyir lər: "Və`ləmu ənnəma ğənimtum" - ayəsi yalnız fəth olunmuş qəni mət lərin xümsüna nəzər yetirir. Buna əsasən, onlar deyirlər: «Mü təal Allah bu ayədə fəthlərin qənimətlərinin xümsünün məs rəf olma yerini təy`in etmiş, eyni zamanda xümsün harada məs rəf olunması xəlifələrin ictihadları ilə şərtlənir!!» Xəli fələr də xümsün məsrəf olunma yerlərini aşağıdakı şəkil də tə`yin etmişlər:

Əbu Bəkr və Ömər ictihad edərək Peyğəmbərin qızı Fati mə ni və sair Haşimi övladlarını, yaxınlarını və Əbdül-Müt təlibin nəvələrini xüms payından məhrum etdilər. Osman bu ictihada digər birini əlavə etdi və xüms ilə Peyğəmbərin mi ra sını sileyi-rəhim ünvanı ilə öz qohum-əqrəbalarına ver di. Bundan sonra Müaviyə başqa bir ictihad edərək fərman ver di ki, fəth olunmuş yerlərin qənimətlərindən əldə olu nan bütün qızıl, gümüş və nəfis əşyaları onun özü üçün ayı rıb kənara qoysunlar, sonra onların hamısını özünün xü susi xəzinəsinə qatdı. Bundan sonra başqa əməvi və abbasi xə li fələri də xümsü özlərinin xüsusi xəzinələrində yer ləş dir dilər və onu fasiq şairlərin, mütrib kənizlərin yo lun da xərclədilər!!

Xüləfa məktəbinin alimləri də ictihad edərək xəlifə lə rin əncam verdiyi hər bir işi islami əhkamlar qəbilindən say dılar və müsəlmanları ona tabe olmağa çağıraraq müxa lif lə ri «sünnə və camaatla müxalif» adlandırdılar! Deməli, «xə li fə bu məsələdə ictihad etmişdir» - sözünün mə`nası bu dur ki, xəlifənin nəzəri bu idi və onun ictihadi məsələ lə rin dəndir. Yə`ni bu məsələ barəsində xəlifənin nəzəri həmin is lami hökmdən ibarətdir. Deməli, onlar deyirlər: Allah bu yur muşdur, Peyğəmbəri Əkrəm ¡ buyurmuşdur, xəlifələr icti had etmişdir və xəlifələrin ictihadı Allahın Kitabı və Peyğəmbərin sünnəsi ilə eyni səviyyədə olmaqla, islami şəriət mənbələrindən biri hesab olunur!

"Inna lillahi və inna iləyhi raciun!!!"

Xüləfa məktəbinin xüms barəsindəki tədbirləri, rə`yləri və dəlilləri ilə əlaqədar azacıq izahat verdik və Əhli-beyt imam larının ¢ nəzərindən xüms barəsində olan nəzər lə ri ni də qeyd etdik. Belə ki, onların nəzərində xüms altı yerə bölü nür: Üç hissə Allah, Peyğəmbər və onun qohum-əqrəbaları üçün dür; və o həzrət bu payları öz həyatında da əxz edirdi. On dan sonra Əhli-beytdən olan imamların ixtiyarına veril məlidir. Yerdə qalan üç hissə isə Bəni Haşimdən olan fəqir lər, yetimlər və yolda qalan kasıblar üçündür.[2]

Həmçinin buyurmuşlar: «Xümsün bir müsəlmanın müharibə və başqa yollarla əldə etdiyi əmvalının hamısından ayrıl ma sı vacibdir.»[3] Bu iki məsələdə ümumi xüms ayəsinə və öz əl lərində mövcud olan Peyğəmbər sünnəsinə istinad edirlər. Bu məktəbin fəqihləri də bütün istidlallarda xüms ayəsinin ümumi mə`nasına əsas tutur və deyirlər: «Bu ayənin Bədr qəzvəsinin qənimətləri barəsində nazil olmasına baxmayaraq, bu hal təxsis tapa bilməz. Dəlilsiz olan təxsis də batildir.» Bu istidlala tutulan irad və onun cavabı belədir:

Irad: Bu ayə Bədr qəzvəsinin qənimətləri barəsində nazil ol muşdur və müharibə qənimətlərindən başqa bir şeyə şa mil olmur.

Cavab: Ayənin Bədr qəzvəsində nazil olması həmin ayədə gəl miş ümumi hökmünə – xümsün qənimətlərdən çıxa rıl ma sı nın vacibliyinə – təxsis vurmur və bu hökmü yalnız müha ri bə qənimətlərinə aid etmir. Bu haldan başqa onun nümunəsi o kəslərə şallaq vurmaq hökmü kimidir ki, bir kəsin zina et mə si barəsində şəhadət versin və şahidlərin sayı dörd nə fərə çatmasın. Elə bir hökm ki, «ifk» hadisəsində nazil ol muş və onun nazil olma yerinə, yə`ni «ifk» hadisəsi ayələrdə va rid olan bu ümumi hökmə – dörd nəfərdən az olan şahid lə rə şallaq vurulmasına – təxsis vurmur. Həmçinin, ci had hök münü qeyd etmək olar ki, «Mücadilə» surəsində nazil ol muş dur və həmin gündə bir-birilə mübahisə edən o qadın və ki şi yə məx sus laşdırılmamışdır. O iki nəfərin mübahisəsi ba rə sində nazil olmasına baxmayaraq, sair hallarda da eynilə belə dir.

Iradın cavabında demişlər: Ayənin müharibə qənimətləri ilə təxsis vurulması dəlil gətirilməsinə daha layiqdir.[4] Ayəni təxsis vuran şəxs dəlil gətirməlidir.[5]

Bu cavabları dəstəkləyən bir məsələni Qurtubi yuxarıdakı ayə nin təfsirində xüləfa məktəbinin alimlərindən qeyd edə rək demişdir: Alimlərin fikir birliyi bu əsasdadır ki, "ma ğənim tum min şəy`in" ayəsində məqsəd kafirlərin mal-dövlət lə ri dir ki, müsəlmanlar zor və qələbə ilə onlara nail olmuş lar. Amma bəyan etdiyimiz kimi, ərəb dili bu cür təxsisi tələb etmir.[6]

Deməli, qənimətlərin yalnız müharibə qənimətlərinə təx sis edilməsi dinşünasların nəzərində həmin kəlmənin ca maat arasında işləndiyi mə`nanın əksinədir və xüləfa məktəbinin alimlərinin nəzəri bu ayənin təxsis vurulması ilə əlaqədar ayənin itlaqından (qeydsiz-şərtsiz olmasından) ilk növbədə başa düşülən mə`nanın xilafınadır.

Həmçinin iradın cavabında demişlər: Bu ayənin xüsusi bir halda, yə`ni Bədr müharibəsi ilə əlaqədar nazil olmasına baxmayaraq, aydındır ki, həmin hal üçün ixtisas tapmır. Hət ta xüləfa məktəbindən mütləq şəkildə qənimətlərdə xümsün va cib olmadığına inanan şəxslər belə, ayəni həmin hala məxsus etməmiş, əksinə, ümumi və mütləq şəkildə müharibə qə ni mətlərindən əldə olunan şeylərə tə`mim vermişlər (dəla lə tinin əhatə dairəsini genişləndirmişlər). Əgər biz xümsü bu ayədən əxz etməklə əlaqədar olan nəzərimizi bir kənara qoy saq və heç bir vəchlə onun nazil olduğu haldan qırağa çıx masaq, onda gərək xüms Bədr müharibəsində iştirak edən və o qəzvənin qənimətlərini müşriklərdən əldə edənlərdən baş qa heç bir şəxsə vacib olmasın, halbuki, heç kəs bu nəzə rə inanmamışdır. Deməli, mütləq ayənin nazil olduğu haldan kənara çıxmalıyıq. Biz qənimət adlandırılan şeylərin nazil olduğu yerdən mütləqə doğru keçirik, istər müharibə yolu ilə olsun, istər ticarət, istərsə də sənətkarlıq və s.[7]

Əhli-beyt məktəbinin alimləri xüms ayəsinə istinad et mək dən əlavə, sair islami hökmlərdə olduğu kimi, Əhli-beyt imam larından əldə olunan rəvayətləri dəlil gətirirlər. Çün ki Peyğəmbəri Əkrəm ¡ «Səqəleyn» hədisində və başqa yer lərdə buyurmuşdur ki, müsəlmanlar gərək onlara sarıl sın lar. Indi istər öz hədislərini öz əziz ata-babalarından və on lar da Peyğəmbəri Əkrəm ¡-dən nəql etmiş olsunlar, is tərsə də onlara istinad verməsinlər, heç bir fərqi yoxdur. Pey ğəm bərə istinad verilən hədislərdən biri də Səduqun «Xi sal» kitabında Cə`fər ibni Mühəmməddən, o da atasından, o da babasından, o da Əli ibni Əbi Talib -dan, o da Peyğəm bərdən rəvayət etdiyi bir hədisdir. Peyğəmbər ¡ buyur muşdur:

في الخصال عن علي بن ابي طالب عن النبي (ص ) قال في وصيته له K يَا عَلِيُّ، اَلْجَاهِلِيَّةُ خَمْسُ سُنَنٍ اَجْرَاهَا اللّهُ لَهُ فِي الْاِسْلَامِ، حَرَّمَ نِسَاءَ الْاَبَاءِ عَلَى الْاَبْنَاءِ فَاَنْزَلَ اللّهُ عَزَّ وَجَلَّ وَلاَ تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النَّسَاءِ وَوَجَدَ كَنْزًا فَاَخْرَجَ مِنْهُ الْخُمُسَ وَتَصَدَّقَ بِهِ فَاَنْزَلَ اللّهُ عَزَّ وَجَلَّ وَاعْلَمُوا اَنَّ مَا غَنِمْتُمْ مِنْ شَيْ ٍء فَاِنَّ لِلّهِ خُمُسَهُ

Ya Əli! Əbdül-Müttəlib cahiliyyət dövründə beş sünnə qoy muş dur ki, Allah-taala onu Islamda da cari etmişdir: Ata la rın arvadlarını (ögey) oğullara haram etmişdir. Allah-taa la da «Nisa» surəsinin 22-ci ayəsini nazil edərək buyur muş dur: "Və la tunkihu ma nəkəhə abaukum minən-nisa." "Atalarınızın iz divac etdiyi qadınlarla evlənməyin." O, bir qədər xəzinə tapdı və onun xümsünü ayırıb, sədəqə verdi. Allah-taala da xüms ayə sini nazil etdi: «Və`ləmu...»[8]

Bu hədis göstərir ki, xüms ayəsi müharibə qənimətlə rin dən başqa şeylərə də şamildir. Bu barədə əvvəllər Peyğəm bə rin sünnəsini də qeyd etdik. Bu, Əhli-beyt məktəbinin bu mə qam dakı dəlillərinin xülasəsi idi.



[1] Bazyar fars dilində olan bir kəlmədir, mə`nası da Şahin quşudur. Zahirən o, Mütvəkkilin şikarçı şahinlərinin məs`uliyyətini daşıyırdı.

[2] Onun ətraflı izahı «Əhli-beyt məktəbi nəzərindən xumsun məsrəf olunma yerləri» babında keçmişdir.

[3] Bax: Əhli-beyt ¢ fəqihlərinin elmi risalələri və hədis məcmuələrinə müraciət edə bilərsiniz.

[4] «Məsalikul-əfham», 2-ci cild, səh.80.

[5] «Əl-xilaf», Şeyx Tusi, 2-ci cild, səh.110, 1-ci cild, səh.385, həmin məzmunun oxşarı: «Misbahul-fəqih», «xums» kitabı, səh.19.

[6] «Təfsiri Qurtubi», 8-ci cild, səh.1.

[7] Mərhum Ayətullah Bürucerdinin dərslərinin təqriratı, «Zubdətul-məqal», səh.5.

[8] «Xisal», Səduq; Əli Əkbər Qəffarinin təhqiqi, səh.312.

  636
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment