Azəri
Friday 19th of April 2024
0
نفر 0

QANUNUN ZӘIFLIYI

QANUNUN ZӘIFLIYI

Pul, tanış və gücün hər hansı bir cəmiyyətə tə`sir göstərə bilməsi, orada olan qanunun zəiflik və acizliyinin nişanəsidir. Qanun zəif olan cəmiyyətlərdə ədalətsizlik yaranır, güclülər ondan daha çox faydalana bilir və o, öz qüdrətini yalnız zəiflərə göstərir. Zəif qanun, zəif sinifləri tələyə daha yaxşı salır və cəza kürsüsündə oturdur. Amma o, güclüləri mühakimə etməkdə aciz qalır.

Qur`an, ilahi qanunları güclü və möhkəm qanunlar kimi təqdim edərək, ilahi mühakimədə pul, tanış və güc amillərinin tə`sir göstərə bilməsini rədd edir. Qur`anda pul «ədl», (ya kökü «udul»dan - bir şeydən dönmək - olan mə`nada işlədilib), çünki, pul rüşvət kimi veriləndə haqq və həqiqətdən dönməyə səbəb olur; yaxud bir şeyin əvəz və bərabəri mə`nasında gətirilən tanış «şəfaət», güc isə «yardım» adlandırılıb. Bəqərə surəsinin 48-ci ayəsində belə oxuyuruq:

وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ

«Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş-iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!»

`ni, axirət dünyasının quruluşu ictimai bəşər quruluşları kimi deyildir, ki, bə`zən insan qanundan qaçmaq üçün tanış və ya pula sığınır və bə`zən öz qohum-əqrəbasını köməyə çağırır və onlar qanunun icraçıları müqabilində güc nümayiş etdirirlər.

Islamın ilk vaxtlarında müsəlman cəmiyyətlərində qanun çox güclü idi və cəmiyyət başçılarının ən yaxın adamları belə, ondan yaxa qurtara bilmirdilər. Әli (ə), qızının beytul-maldan zəmanətlə müvəqqəti istifadə üçün bir boyunbağı götürməsini eşitdikdə, onu bərk danlayır və tam ciddiliklə belə deyir: Әgər onu zəmanətlə götürməsəydin, əlini kəsərdim. (Yə`ni sənin barəndə oğru hökmünü icra edərdim.)

O həzrət öz əmisi oğlu və alim dostu Ibni Abbasın pis bir iş gördüyünü eşidəndə, məktub yazaraq onu çox kəskin şəkildə təhdid edir. O, həmin məktubunda belə yazır: «Әgər öz pis işindən qayıtmasan, səni qılıncımla ədəbləndirərəm və unutma ki, bu qılıncla öldürülənlər cəhənnəmə vasil olurlar!»

`ni bilirsən ki, mənim qılıncım cəhənnəmə layiq olan şəxslərdən başqa heç kəsin başına enmir və sənin bu işin səni cəhənnəmlik edər.

Sonra öz ədalətinin bütün insanlara bərabər səviyyədə aid olmasını başa salmaq üçün belə buyurur:

«Allaha and olsun ki, əgər Həsən və Hüseyn də bu günaha mürtəkib olsaydılar, onlara güzəşt etməzdim.»

Bunlar, Peyğəmbərin (s) müsəlmanlara öyrətdiyi ədalət idi və müsəlmanlar hələ ki, onları yaddan çıxarmamışdılar. Başqa sözlə desək, bunlar Peyğəmbərin işə saldığı və uzun müddət, az-çox həmin formada hərəkətdə olan mexanizmi idi.

ŞӘFAӘTIN NÖVLӘRI

Әslində şəfaətin bir neçə növü vardır ki, onların bə`ziləri səhv və ədalətsiz hesab olunur və ilahi sistemdə həmin növ şəfaətlərdən mövcud deyildir. Amma onun bə`zi növləri düzgün və ədalətlidir, onun nümunəsi ilahi sistemdə də mövcuddur. Səhv şəfaət, qanunu pozan və ona zidd olan şeylərdir. Lakin düzgün şəfaət, qanuna müvafiq və onun gücləndiricisidir. Səhv şəfaət tanışlıq yolu ilə qanunun icrasının qarşısını almaqdır. Şəfaət barəsində olan bu cür təsəvvürə əsasən, cinayətkar, qanunverici və qanunun hədəflərinin ziddinə olan bir iş görür və tanışbazlığa sığınmaq yolu ilə qanunvericiliyə və onun hədəflərinin iradəsinə qalib gəlir. Bu növ şəfaət dünyada zülm, axirətdə isə qeyri-mümkündür. Şəfaətə tutulan iradlar, onun bu növü barəsində düzdür və bu, Qur`anın rədd və inkar etdiyi vasitəçilik növüdür.

Düzgün şəfaət, başqa bir növ şəfaətdir və onda nə istisna, nə ayrı-seçkilik və nə də qanun pozuntusu var və o, qanunvericiliyin ziddinə getməsini də tələb etmir. Qur`an, tam aşkar formada bu növ şəfaəti təsdiqləyib. Düzgün şəfaətin özünün də növləri vardır ki, biz, tezliklə onları izah edəcəyik.

QANUN POZUNTUSU

Şəfaətin əqli və nəqli (hədislər) dəlillərlə rədd edilən səhv növlərindən biri də günahkarın müəyyən vasitələrlə ilahi hökmün icrasının qarşısını ala bilməsidir. Müasir dövrdə də bir çox geridə qalmış cəmiyyətlərdə cinayətkarlar baş vermiş hadisəni tanışlıqla ört-basdır edirlər.

Avam camaatın çoxu, Peyğəmbər və imamların şəfaətlərini də belə təsəvvür edirlər. Onlar elə fikirləşirlər ki, Peyğəmbər (s), Әli (ə), həzrət Zəhra (s) və pak imamlar, xüsusilə imam Hüseyn (ə) ilahi sistemə nüfuz edə bilən qüvvədir və onlar Allahın iradəsini dəyişdirərək qanunu pozurlar.

Cahillik dövrünün ərəbləri də, Allaha şərik qoşduqları bütlər barəsində belə fikirləşirdilər. Onlar deyirdilər ki, yaradılış, ancaq Allahın əlindədir, bu işdə heç kəs onunla şərik deyil, amma dünyanın idarəçiliyində bütlər onunla şərikdirlər. Onların əqidələri yaradılışda şirk deyil, rübubiyyətdə (idarəçilikdə) şirk idi.

Bildiyimiz kimi, bə`ziləri bir müəssisə yaradır və onun idarəçiliyini başqasına tapşırır və ya həmin müəssisəni başqası ilə birgə idarə edirlər. Müşriklərin Allah, dünya və onun idarə olunması barəsindəki əqidələri də belə idi. Qur`ani-kərim onlarla çox kəskin mübarizə aparıb və dəfələrlə, Allahın nə yaradılışda və nə də rübubiyyətdə şəriki olmamasını e`lan edib. Qur`an bildirir ki, O təkbaşına, dünyanın həm yaradıcısı və həm də idarə edənidir. Dünyanın mütləq hakimliyi Ona məxsusdur və O, aləmlərin Rəbbidir.

Dünyada tədbir və idarəçiliyin Allahla bir başqası arasında bölünməsini güman edən müşriklər, Allahın razılığını qazanmağı özlərinə elə də lazım bilmir və deyirdilər ki, bütlər qarşısında kəsdiyimiz qurbanlar, həyata keçirdiyimiz ibadətlər digər rəblərin razılığını qazanmağımıza səbəb olur, hərçənd bu, Allahın razılığına zidd bir şey olsa da! Әgər bunların razılıqlarını əldə etsək, onlar Allahın yanında öz işlərini bir cür həll edəcəklər.

Әgər müsəlmanlar arasında da kimsə, Rəbbinin idarəçilik sisteminin kənarında hansısa bir sistemin olmasını və Onun müqabilində iş görə bilməsini fikirləşsə, şirkə düçar olmuş olar. Әgər kimsə Allahın razılığını əldə etməklə, imam Hüseynin (ə) razılığını əldə etməyi ayrı-ayrı şeylər hesab etsə və ya onların hər birinin ayrı-ayrılıqda insanın səadətini tə`min edə bilmələrini düşünsə, böyük bir səhv və azğınlığa düçar olduğunu bilməlidir. Bu səhv xülyada, Allah-taalanın bir şey, imam Hüseynin (ə) isə digər şeylərdən razı qalması, məsələn Allahın namaz, oruc, həcc, cihad, zəkat, düzlük, xalqa xidmət, valideynə yaxşılıq və bu kimi vacibi əməllərin yerinə yetirilməsi və ya yalan, zülm, qeybət, şərab içmək, zina və bu kimi digər günahların tərk edilməsindən, imam Hüseynin (ə) isə digər şeylərdən razı qalması və imamın bu kimi şeylərlə işinin olmaması təsəvvür edilir. Onlar elə fikirləşirlər ki, imam Hüseyn (ə), məsələn cavan oğlu Әli Әkbər üçün göz yaşı tökülməsi və ya qəmlənməkdən razı qalır. Necə deyərlər, imam Hüseynlə (ə) Allahın hesabı bir-birindən ayrıdır. Sonra bu bölmədən belə bir nəticəyə gəlirlər ki, Allahın razılığını əldə etmək çətindir və bunun üçün çoxlu işlər görmək lazımdır, amma imam Hüseynin (ə) razılığını əldə etmək asandır. Bunun üçün ancaq ağlamaq və sinə vurmaq lazımdır. Bəs, imam Hüseynin razılığı qazanıldıqdan sonra o, Allahın ümumi quruluşuna nüfuz edərək şəfaət edəcək və işləri düzəldəcək. Yerinə yetirmədiyimiz namaz, oruc, həcc, cihad və Allah yolunda sədəqə məsələlərinin hamısı düzələcək və bütün günahlar bağışlanaraq aradan gedəcəkdir.

Şəfaət barəsində olan bu təsəvvür, nəinki batil və puçdur, hətta rübubiyyətdə şirkdir və ən böyük iftixarı Allah bəndəçiliyi olan imam Hüseynə (ə) hörmətsizlikdir. Necə ki, onun atası həzrət Әli (ə) ifratçı nəzərlərdən çox qəzəblənir, onların sözlərindən Allaha pənah aparırdı. Imam Hüseyn (ə) Allahın ümumi quruluşu və ya babası Peyğəmbərin şəriəti müqabilində yeni bir sistem yaradaraq Allah qanunundan qaçmaq yolu göstərmək üçün şəhid olmayıb!!! Onun şəhadəti Islamın əməli proqramı və Qur`an qanunlarının zəifləməsi üçün olmayıb. Әksinə, o həzrət namaz, zəkat və Islamın digər qanunlarının bərpası üçün həyatından keçərək şəhid olmaqla razılaşıb.

O həzrətin özü, qiyamının fəlsəfəsi barəsində belə buyurub:

«Mən nəfsani istəklər uğrunda və şöhrətpərəstlik üçün qiyam etməmişəm. Mənim qiyamımın məqsədi babamın ümmətini islah etməkdir. Mən yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirmək istəyirəm.»

Biz də o həzrətin ziyarətnaməsində belə oxuyuruq:

«Mən şəhadət verirəm ki, sən namaz qılıb oruc tutmusan, insanları yaxşı işlərə də`vət edərək pis işlərdən çəkindirmisən və Allah yolunda layiqincə cihad edib Onun kitabına və Peyğəmbərinin sünnəsinə əməl etmisən.»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment