Azəri
Saturday 23rd of March 2019
  605
  0
  0

XÜLƏFA MƏKTƏBININ ALIMLƏRININ XÜMS BARƏSINDƏKI NƏZƏRLƏRI

XÜLƏFA MƏKTƏBININ ALIMLƏRININ XÜMS BARƏSINDƏKI NƏZƏRLƏRI

Bura qədərki bəhsdə xüləfa məktəbinin xüms barəsindəki nə zər ləri, eləcə də onların biri digərindən sonra gördüyü təd birləri bəyan etdik, onların bir-birilə aşkar zid diyyət lə ri ni müşahidə etdik. Xüləfa məktəbinin alimlərinin xüms ba rə sindəki nəzəri elə xəlifələrin tədbirlərinin davamıdır. Be lə ki:

Ibni Rüşd yazır: «Alimlər xüms barəsində ixtilafa dü çar olaraq dörd məşhur yola ayrılmışlar:

Şafei deyir: «Xüms şərif ayənin aşkar buyurduğuna əsa sən, 5 yerə bölünməlidir.»

Digəri deyir: «Xüms 4 yerə bölünməlidir.»

Üçüncü bir nəfər deyir: «Hal-hazırda üç yerə bölünür. Çünki Peyğəmbərin və «zil-qurba»nın payı Peyğəmbərin vəfa tı ilə qüvvədən düşmüşdür.»

Dördüncü dəstə deyir: «Xüms eynilə «fey`» kimidir ki, həm fə qirə, həm də varlıya verilməlidir.»

Dörd, yaxud beş yerə bölünməsini deyənlər Peyğəmbərin və «zə vil-qurba» payının onun vəfatından sonra harada xərc lən mə si barədə ixtilafa düşmüşlər. Onlardan bə`ziləri demiş lər ki, haqq sahibi olan digər siniflərə qaytarılacaqdır. Di gər ləri demişlər ki, əksinə, ordunun qalanlarına veril mə lidir. Başqa biri isə demişdir: Peyğəmbərin payı ima ma məx susdur, «zəvil-qurba» payı isə imamın qohum-əqrə basına ça tır. Digər bir qrupun nəzərinə görə bu iki səhm silah alın masına və ordunun təchiz edilməsinə sərf olunur. Həmçinin, «zəvil-qurba», Peyğəmbərin qohumları və onların kim olması barəsində də ixtilaf etmişlər.»[1]

Ibni Qudamə «Muğni» kitabında Əbu Bəkrin xümsü üç ye rə bölməsini rəvayət etdikdən sonra deyir: Bu, rə`y səhabə lə ri nin – Əbu Hənifə və onun ardıcıllarının nəzəridir ki, de yir lər: Xüms üç yerə bölünməlidir: Yetimlərə, miskinlərə və «ib ni səbil»ə (yolda qalanlara). Peyğəmbərin və onun qohum la rı nın səhmi də o həzrətin vəfatı ilə qüvvədən düşdü.

Malik deyir: «fey`» və xüms birdir və beytül-malda qərar ve ril məlidir.» Süfyan Suri və Həsən Bəsri deyir: «Imam onu Allah-taalanın buyurduğu yerdə xərcləyir.»

Həmçinin deyir: Əbu Hənifənin nəzərinə gəldikdə isə, o, xüms ayəsinin zahiri mə`nası ilə müxalifdir. Çünki mütəal Al lah Peyğəmbərin və onun qohumlarının adlarını çəkmiş və onlar üçün də yerdə qalan üç qrup kimi, haqq ayırmışdır. O həzrətlə müxalifət edən şəxs də Qur`anın aşkar buyruğu ilə müxalifət etmiş olur. Əbu Bəkr və Ömərin «zil-qurba» pa yı nı Allah yolunda sərf etmələrinə gəldikdə isə, onu Əh mə din (Ibni Hənbəlin) yanında xatırlatdığı zaman sükut edərək başını yelləmiş, onu qəbul etməmiş və belə nəzər vermişdir ki, Ibni Abbas və onun müvafiqlərinin sözü daha layiq lidir. Çünki bu, Allahın Kitabı və Peyğəmbərin sünnə si ilə uyğun gəlir.»[2]

Əbu Yə`la və Mavərdi belə nəzər vermişlər: «Xümsün sərf olun ma yerinin tə`yin olunması xüləfanın ictihadına bağ lı dır.»[3]

Indi ki, bizim sözümüz xüləfanın xüms və Peyğəmbərin qı zı nın haqqı barəsindəki ictihadları genişləndi, məsə lənin daha ətraflı dərk olunması və nəticə alınması üçün bu bəhsi yekunlaşdırıb onu xülasə şəkildə izah edirik.

KEÇƏN BƏHSIN XÜLASƏSI

Xüləfanın xüms və Peyğəmbər qızının haqqı barəsindəki ictihadlarının dərinliklərini dərk etmək üçün (bu, uzun əsr lər boyu müəmmalı və mürəkkəb şəkildə qalmışdır), hök mən əvvəlcə islami istilahlar olan zəkat, sədəqə, fey, sə fiyy, ənfal, qənimət və xüms kəlmələrini araşdırır və aşa ğı dakı ları əldə edirik:

1-Zəkat dedikdə Islam şəriətində Allah-taalanın əmvalda olan tamam haqqı nəzərdə tutulur.

2-Sədəqə də nəqdeyndən (qızıl və gümüşdən), taxıldan və hey vanlardan – əgər nisab həddinə çatarsa, – ayrılaraq lazım olan yerə veriləcək miqdarın adıdır. Fitr bayramı günündə ve rilənə də zəkat sədəqəsi deyilir. Bizim dəlillərimizdən biri də budur ki, xüms, sədəqə və səfiyy Peyğəmbər ¡-in zə ka tın növlərini bəyan etmək məqsədilə yazdığı məktublarda qeyd olunmuşdur. Buna əsasən, sədəqə zəkatla eyni səviyyədə de yil, əksinə, zəkatın növlərindən biridir. Bundan əlavə, biz de yi rik ki, necə olar ki, zəkat sədəqə mə`nasına gəlsin, hal bu ki, zəkat Qur`anın Məkki ayələrindəndir və Mədinədə sədə qə hökmü nazil olmazdan qabaq gəlmişdir?![4]

Deməli, yuxarıda qeyd olunanların əsasında bu şərif hə dis də qeyd olunan zəkatın «əgər malının zəkatını verdinsə, ma lında olan Allah haqqını yerinə yetirmiş olursan» - təf siri və izahı belə olar: Əgər mal-dövlətinin barəsində sə nə va cib olan şeyləri ödəmiş olsan, Allahın haqqını yeri nə ye tir miş olarsan.» Amma ondan başqalarının verilməsi vacib haqq deyildir, sadəcə müstəhəbdir. Həmçinin, «hər kəs bir ma lı əldə etsə, ilin axırına qədər onun zəkatı yoxdur» – hə di si bu mə`nayadır ki, Allah-taalanın ilin axırına qədər onun malında heç bir haqqı yoxdur. Həmçinin, bu iki hədisin oxşar ları da eynilədir. Amma qeyd etdiyimiz yerlərdə «sədəqə» kəlməsi, eləcə də insanın Allah dərgahına yaxınlaşmaq – «qür bətən iləllah» niyyəti ilə verdiyinə gəldikdə isə, müstəhəb və vaciblərdə müştərəkdir, onların arasında fərq bundan ibarətdir ki, əgər Islam hakimi qızıl, gümüş, taxıl və heyvanlardan olan vacib haqqı zorla alsa, vacib sədəqə və zəkat hesab olunur. Amma insanın «qürbətən iləllah» məqsədi ilə verdiyi sədəqə yox!

3-«Fey`»: Müharibə olmadan kafirlərdən əldə olunan mal-dövlətə deyilir. Müsəlmanların fikir birliyində olduğu mə sələ budur ki, Bəni-nəzir əmvalı «fey`»in bir hissəsidir və Pey ğəmbərin ondan təsərrüf etməsi malikin öz şəxsi mül kiyyətində təsərrüf etməsi kimi olmuşdur.

4-Ənfal «hibə» və «hədiyyə» mə`nasına olan «nəfl» sözünün cəm formasıdır, nəfl isə vacib miqdara artırılan əlavə his səyə deyilir. Ənfal Qur`ani Kərimdə Bədr müharibəsi zama nı işlənmişdir ki, Allah-taala müsəlmanları müharibə ol ma dan müşriklərdən əldə etdikləri şeyləri öz mül kiyyət lə ri nə keçirmələrindən saxlamışdı. Eləcə də sahibləri müharibə ol ma dan köçüb gedənlərin mal-dövləti, əmlakı, eləcə də pad şahların mülkiyyətində olanlar, seyrək və sıx meşələr, bataq lıqlar və xam torpaq sahələri və sair də eynilə belədir.

5-Qənimət və məğnəm həm cahiliyyət dövrünün ərəbləri ara sında, həm də Islam dövründə zəhmət və əzab-əziyyəti olma dan əldə olunan şeylərə deyilirdi. Iğtinam, yə`ni qənimətin in tizarında olmaq və qənimət malı barəsində fikirləşmək.

Bir kəsin silahı, miniyi, yaxud paltarı müharibə və düş mən çilik nəticəsində ondan alınsa, onu «səlb» adlan dırır lar, amma əgər onun malının hamısı alınsa, ona «hərb» deyi lir. «Nəhibət» və «nuhba» kəlmələri də həm cahiliyyət döv rü nün ərəbləri, həm də islam əsrindəki qənimət və məğnəm kəl mə lərinin sinonimi kimi işlənirdi. Qur`ani Kərimdə «ğə nəm» kəlməsinin mütləq şəkildə mal-dövlət əldə edilməsi üçün – asan şəkildə əldə edilməsi nəzərdə alınmadan – iş lə dildiyi ilk yer Bədr müharibəsində müşriklərin mal-dövlə ti nin toplanması ilə əlaqədar idi ki, Allah-taala onun mül kiy yətini həmin şəxslərdən aldığı zaman ənfal adlandırdı və onu Allah və Rəsulu üçün qərar verdi. Bundan sonra ğəna imi başqa şəxslərə məxsus etdi və onun mütləqinin beşdə bi rinin verilməsini Allaha, Peyğəmbərə və o həzrətin qohum-əqrə balarına (yetimlərinə, miskinlərinə və yolda qalanlarına) ve rilməsini qanun halına saldı. Bundan sonra əxz edilmə halı nı mütləq şəkildə qənimətlərə və əldə olunan şeylərə doğru ümumiləşdirdi. Halbuki, cahiliyyət dövründə qənimət lə r in dörddə biri qəbilə rəisinə məxsus idi. Allah-taala dördə birin yerinə beşdə biri vacib etdi və rəisə məxsus olan pay yerinə onu altı dəstəyə bölüşdürdü.

Xümsün mütləq şəkildə qənimətlərdən və əldə olunan hər bir şeydən verilməsinin vacibliyinin dəlili-yuxarıda qeyd olu nanlardan əlavə, müsəlmanların bu barədə fikir birliyinə çat masıdır ki, Peyğəmbər ¡ yerdən çıxarılan mal-döv lət dən-mə`dən və xəzinədən də xüms alırdı. Bu, elə bir şey deyildir ki, müsəlmanlar müharibə ilə onu əldə etmiş olsun lar.

Digər bir dəlil də Peyğəmbəri Əkrəm ¡-in sünnə sin dən əldə olunurdu: Peyğəmbəri Əkrəm ¡ Əbdül-qeys qəbi ləsinin nümayəndə hey`ətinə qənimətin xümsünün verilməsi ba rəsində fərman verdi. Onlar Həzrətdən istəmişdilər ki, Is lam hökmlərini onlara öyrətsin, nəticədə bu hökmləri bil sin lər və öz qəbilələrinə öyrətsinlər. Çünki Müzər qəbi ləsi nin qorxusundan yalnız haram aylarda öz sərhədlərindən xaric ola bilirdilər. Bu qəbilənin cəngavər bir qəbilə olmasını təsəvvür etmək də olmaz ki, məğnəm və qənimət bu fərmanda müharibə qənimətləri hesab edilsin. Deməli, hökmən kəsb olunan mütləq mal-dövlətə məğnəm deyilir.

Peyğəmbər ¡-in Islamı qəbul edən sair ərəb qəbilə lə rinə yazdığı məktubların məzmunu da eynilə belədir. O həz rətin öz valilərinə, o cümlədən Yəməndəki valilərinə ver di yi göstərişdə belə qeyd olunur: «Vali gərək qənimətin xüm sünü, həmçinin, mö`minlərə vacib olan sədəqələri də alsın.»

Peyğəmbəri Əkrəm ¡-in Sə`d qəbiləsinə yazdığı mək tub da deyilir ki, «gərək xümsü və sədəqəni o həzrətin nüma yən dəsinə versinlər.» Bu qəbilə heç bir müharibədə iştirak etməmişdi ki, Peyğəmbər müharibə qənimətlərini onlardan tə ləb etsin. Yalnız belə hökm olunur ki, o həzrət vacib sədə qələri, onların kəsb, ticarət və qazanclarının xümsünü ver məyi onlardan tələb edirdi.

Peyğəmbər ¡-in müsəlman olan sair ərəb qə bi lələri nə yazdığı məktublarda da «qənimətin xümsü» de dikdə, onla rın kəsb, ticarət və qazanclarının xümsü nəzərdə tutulurdu.

Bizim müddəamızı təsdiq edən şey budur ki, Islamda mü ha ribə hökmü cahiliyyət ərəblərinin müharibələri ilə müxa lif idi. Çünki cahiliyyət dövründə hər bir qəbilənin haqqı var idi ki, öz həmpeymanlarından başqalarına yürüş edərək on la rın mal-dövlətlərini qarət etsinlər. Onlar yürüş zamanı qa rət etdikləri hər şeyin sahibi olurdular, qarət etdikləri şey lərin dördə birini də qəbilə başçısına verməkdən başqa bir vəzifələri yox idi. Amma Islamda belə bir qanun yox idi ki, Peyğəmbər də onların müharibə qənimətlərinin beşdə biri ni–xümsünü qəbilə rəislərinin tələb etdiyi dörddə bir yerinə götürmüş olsun. Xeyr! Islam rəhbəri elə bir şəxsdir ki, müharibəni Islam qanunları əsasında aparır və müsəl manlar onun göstərişlərini icra edirdilər. Qələbədən sonra qənimətləri ixtiyarına alan məhz hakimin şəxsən özü, yaxud nümayəndəsidir, cəngavərlərdən heç biri-öldürdüyü adamın şəxsi əmlakından başqa bir şeyə malik olmur. Əksinə, hər kəs hər nə əldə edirdisə, hətta iynə və sap olsa belə, təhvil verməlidir. Əks halda, xəyanətkar hesab olunur, qəbiləsinə ar qazanır, Qiyamət günü isə atəşi özünə almış olur. Sonra həmin hakim qənimətin xümsünü götürür, yerdə qalanını isə ordunun əsgərləri arasında bölüşdürürdü.

Deməli, Islamda yalnız hakim müharibə e`lan edə bilər və qənimətləri ixtiyarına keçirərək onun xümsünü götürə, yerdə qalanlarını isə cəngavərlərin arasında bölüşdürə bilər.

Deməli, Islamda cihad e`lan edən və qənimətləri ixtiya rı na keçirərək onun xümsünü götürüb yerdə qalanlarını isə bö lüş dürən yalnız Islam hakimidir. Halbuki, Islamın əvvəl lə rində onların tutduğu üslub belədir: Peyğəmbərin dövründə mü ha ribə qənimətlərinin xümsünü ayırmaq o həzrətin bu üm mət arasındakı işlərindən biri idi. Onda nə üçün Peyğəm bə ri Əkrəm ¡ özünün biri digərindən sonra yazdığı mək tub larında camaatdan istəyir ki, öz xümslarını versinlər? Cavab da yalnız belə deyə bilərik: Xüms da vacib sədəqə və ma liy yətlər kimi elə vacibatlardan idi ki, məktubların din lə yi ciləri onu öz mallarından verməli idilər və bu, təkcə mü ha ribə qənimətlərinə aid deyildi!

Deməli, Peyğəmbər ¡ Islamı qəbul edən hər bir şəxs dən istəyirdi ki, vacibi sədəqələrdən əlavə əldə etdiyi şey lərin xümsünü da versin və o dövrdə qənimət və «ğənaim» söz lərinin məfhumu ümumi şəkildə əldə olunan mal ilə bə ra bər idi. Sonralar geniş fəthlər baş verdi və xəlifələr xüm sü onun öz sahiblərinə verməkdən imtina etdikləri dövr də, eləcə də müsəlmanların bu hökmü unutduqları bir zaman bu kəlmənin məfhumunda dəyişiklik icad edildi.

Amma şərif ayədəki xümsün məfhumunun məqamına gəl dik də isə, aşkar şəkildə deyilir ki, xüms Allaha, Peyğəm bər ¡-ə, o həzrətin qohum-əqrəbalarından olan yetimlərə, miskinlərə və onların arasında yolda qalanlara məxsusdur. Bu hesabla, xüms altı yerə bölünməlidir. Bə`zi rəvayətlərin de diyi: «Allahın və Peyğəmbərin payı birdir» - sözünə gəl dikdə isə, əgər məqsəd onların bir yolda istifadə edilməsi olarsa və Peyğəmbər də hər ikisindən eyni səviyyədə istifadə edərsə, bu düzgündür. Əks halda ayənin zahiri mə`nası ilə müxalifət edəcəkdir.

Əhli-beyt imamlarından ¢ mütəvatir şəkildə nəql olu nan rəvayətdə deyilir: «Zil-qurba payı Peyğəmbəri Əkrəm ¡-in dövründə onun Əhli-beytinə məxsus idi və o həz rətdən sonra sair Əhli-beyt imamlarının payı olmalıdır. Üç lük təşkil edən-Allahın, Peyğəmbərin və «zil-qurba»nın pa yı qeyd olunan ünvana şamildir. Çünki Allahın payı Pey ğəm bərin ixtiyarına verilirdi ki, istədiyi yerdə sərf etsin, bu iki pay da Peyğəmbərdən sonra onun haqq canişinləri olan imam lara məxsusdur. Buna görə də xümsün yarısı hazırkı dövr də imam Zaman -a, onun imamətinə görə verilir, di gər yarısı isə Peyğəmbərin qohum-əqrəbasının – o həzrətin Əhli-beytindən əlavə – yə`ni Peyğəmbər ¡-in qohumla rın dan olan yetimlər, miskinlər və yolda qalanların payıdır ki, Peyğəmbəri Əkrəm ¡-lə ata tərəfdən qohumluq əla qə lə rinə malik olduqlarına görə xümsü əxz etmək və öz eh tiyaclarını tə`min etmək üçün layiqdirlər. Belə ki, əgər artıq qalarsa, hakimin ixtiyarına verilir, az gələrsə, valiyə və hakimə vacibdir ki, onun ehtiyacını tə`min etsin. Onlar dan hər birinin aldığı və malik olduğu xüms ölü mündən son ra onun varislərinə və Peyğəmbərin Əhli-beytindən əlavə olan qohumlarına, yə`ni fəqirlik səbəbilə xümsün yarısına la yiq olanlara nəql olunur ki, onlar Əbdül-Müttəlibin oğlan öv lad larıdırlar. Onlar həmin kəslərdir ki, sədəqə onlara ha ram dır və Peyğəmbər ¡ onların heç birinə, hətta xid mət çilərinə belə, sədəqə işinə mütəvəlli olaraq, "amilinə əley ha" – yə`ni xüms işinə baxanlar – payından bəhrələnməyə ica zə verməmişdir. O həzrət hətta öz xidmətçisini belə, sə də qə işinə baxanlarla şərik olmaqdan çəkindirmişdir ki, sə də qədən bir şey ona çatmasın.[5] Əhli-beyt də o həzrətə tabe olur dular.

Bu bəyanla Ibni Hişam kimi, Peyğəmbəri-Əkrəm ¡-in öz əmi oğlusu Əlini sədəqə almaq üçün Yəmənə göndə r di yi ni güman edənlərin yol verdiyi səhv aşkar olur. Çünki onu zə kat üçün yox, başqalarının da aşkar şəkildə dediyi kimi, xüm sü almaq üçün göndərmişdi!

Ibni Hişam «sədəqə işçilərinin və əmirlərinin xürucu» bölü mündə deyir: Peyğəmbəri Əkrəm ¡ sədəqə əmirlərini və işçilərini göndərdi... Əli ibni Əbi Talibi Nəcrana gön dər di ki, onların sədəqələrini toplasın və onların cizyə sini alaraq Peyğəmbərin yanına qayıtsın.

Sonra «Əli -ın həcdə Peyğəmbəri Əkrəm ¡-lə müa fat etməsi» bölümündə deyir: Əli (rəziyəllahu ənh) Peyğəmbərlə görüşmək üçün Yəməndən Məkkəyə gəldiyi zaman onunla yanaşı olan yoldaşlarından bir nəfərini orduda canişin tə`yin etdi və çox sür`ətlə Peyğəmbərin yanına gəldi. Canişin tə`yin olunan o şəxs ordu üzvlərindən hər birinə Əlinin yanında olan sandıqdakı libaslardan geyindirdi, orduya doğru qayıdıb hillələri onların çiynində görən zaman dedi: «Vay olsun sənə, onları, Peyğəmbəri Əkrəm ¡-ə çatmazdan qabaq geri al!» Onları geri alıb sandığa qoydu və orduda olanlar ondan giley-güzar etdilər.

Ravi deyir: Camaat Əlidən şikayət etdilər və Peyğəmbəri Ək rəm ¡ ayağa qalxıb belə buyurdu: «Ey camaat! Əlidən şi kayət etməyin; çünki Allaha and olsun ki, o, Allahın işində, yaxud Allahın yolunda elə ciddidir ki, ondan şikayət edə bilməzsiniz!»[6]

«Qüvvələrin və xərac yığanların göndərilməsi» fəslində deyir: «Digəri də Əli ibni Əbi Talibin (rəziyəllahu ənh) Yə mən yolundakı qəzvəsidir ki, bu da iki dəfə baş vermişdir. Belə ki, Peyğəmbər ¡ Əli ibni Əbi Talibi Yəmənə gön dərdi və Xalid ibni Vəlidi də başqa bir ordu ilə həmin di yara doğru göndərdi və buyurdu: "Bir-birinizə çatdığınız za man hamının sərkərdəsi Əli ibni Əbi Talibdir."[7]

Qeyd olunan rəvayətlərdə göstərilir ki, imam Əli Yə mə nə də üç dəfə getmişdir. Iki dəfə müharibə üçün, bir də fə də sədəqələri toplamaq üçün. Bu səfərlərlə əlaqədar rəva yət lər alimlərə gizli qalırdı. Onlar səhvə yol verdik lərin dən, həqiqətin aşkar olması üçün onun xülasəsini bəyan edi rik:

«Səhihi Buxari» kitabında Bərra ibni Azibdən nəql olu nur ki, o, belə deyir: Peyğəmbəri Əkrəm ¡ bizi Xalid ibni Vəlidlə birlikdə Yəmənə göndərdi, sonra Əlini onun yerinə tə`yin edərək buyurdu: "Xalidlə gedənlərə de ki, onlardan hər biri istəsə, səninlə yoldaş ola bilər."[8]

Bu rəvayətin ətraflı izahını Beyhəqi Bərradan rəvayət edə rək deyir: «Rəsuli Əkrəm Xalid ibni Vəlidi Yəmənə gön dər di ki, onları Islama də`vət etsin. Mən Xalid ibni Vəli din dəstəsində idim və altı ay onun yanında qaldım. O, ca ma atı Islama də`vət etdi, amma onlar qəbul etmədilər. Sonra Peyğəmbər ¡ Əli ibni Əbi Talibi göndərdi və fərman verdi ki, Xalidin dəstəsini qaytarsın; yalnız əvvəldən Xa lid lə olub, indi isə Əli ilə olmaq istəyən şəxslər qala bilər lər və onlardan başqaları Əli ilə qalsınlar.

Bərra deyir: Mən Əli ilə qalanların cərgəsində idim. Yə mən lilərə yaxınlaşdığımız zaman onlar bizə tərəf gəldilər, Əli irəli çıxdı və bizimlə birlikdə namaz qıldı. Sonra ha mımızı bir cərgəyə düzdü, bizim qarşımızda qərar tutdu və Peyğəmbəri Əkrəm ¡-in məktubunu onlar üçün qiraət etdi. Həmdan qəbiləsi hamılıqla Islamı qəbul etdilər. Əli onlarla olan əhvalatı yazıb Peyğəmbərə xəbər verdi. O həz rət məktubu oxuyandan sonra səcdəyə düşdü, səcdədən qal xıb dedi: – "Salam olsun Həmdana! Salam olsun Həmdana!"[9]

«Üyunul-əsər» və «Əmtaul-əsma» kitablarında deyilir ki, Pey ğəmbər sonra üç dəfə buyurdu: "Salam olsun Həmdana!" Bundan son ra Yəmən əhalisi bir-birinin ardınca Islamı qəbul etdi lər.»[10]

Bu, Buxarinin natamam, başqalarının isə tamam şəkildə nəql etdiyi iki qəzvənin hadisəsidir. Çünki rəvayətin ar dın da qeyd olunanlar, Xalid ibni Vəlid kimi məşhur səhabənin mə qa mını Əli -ın məqam və ləyaqəti qarşısında aşağı gə ti rir. Mühəddislərin imamı Buxari səhabələrin qar şısında malik olduğu ifrat təəssüb və qeyrətə görə onların mə qamına azacıq xələl gətirən mə`lumatları bəyan etməkdən çəkin mişdir.

Ikinci qəzvənin rəvayətinin qısası (ikinci dedikdə onla rın tərtibi yox, sayı nəzərdə tutulur) belədir: Vaqidi, Məq rizi və Ibni Sidə belə qeyd etmişlər: Peyğəmbər ¡ Əlini üç min nəfərlə birlikdə Məzhəc adlı yerə göndərdi. Onun ordusu bu ölkəyə yollanan ilk ordu idi. O, əsgərlərini ətrafa göndərdi, onlar qənimət və əsirlərlə birlikdə qayıtdılar. Sonra Əli onlarla hərəkət edib bir qrupla qarşılaşdı və onları Islama də`vət etdi, amma onlar qəbul etmədilər və Həzrət Əlinin tərəfdarlarını oxa bağladılar. Bu na görə də Imam yürüş etdi və onların süvarilərindən 20 nə fəri qətlə yetirdi. Yerdə qalanlar qaçdılar. Həzrət onları tə` qib etmədi, onları yenidən Islama də`vət etdi, bu dəfə qə bul etdilər. Onların qəbilə başçılarından bir neçəsi Is la mı qəbul edərək onunla bey`ət etdi. Həzrət qənimətləri beş yerə böldü, dörd hissəsini ordu arasında böldü və sür`ətlə qayıtdı ki, Peyğəmbəri görsün. Əbu Rafeni öz canişini seçdi. Onlar Əbu Rafedən istədilər ki, onlara geyim üçün təzə paltarlar versin. O da hər birinə iki paltar geyindirdi. Əli qayıdıb onları gördüyü zaman paltarları onlardan aldı. Onlar bu işdən Peyğəmbərə şikayət etdilər.[11]

Qeyd olunanlar bu iki qəzvənin xülasəsi idi. Amma Əli -ın əmvalı toplamaq üçün göndərilməsinə gəldikdə isə, Bu xari və Ibni Qəyyim belə demişlər: «Bu səfər xümsün top lanması üçün idi.»[12]

Ibni Hişam və onun ardıcılları demişlər: Bu səfər Nəcran əhlindən sədəqə və cizyə toplamaq üçün olmuşdur.

Bu barədə digər rəvayətlər «Sihah», «Müsnəd», «Sirə» ki tab larında pərakəndə vəziyyətdə mövcuddur ki, Imam -ın Yəmə nə səfərindən xəbər verir. Amma onlar səfərin hansı məq sədlə olduğunu qeyd etməmişlər. Buxari, Müslüm, Nəsai və Əh mədin gətirdiyi rəvayəti qeyd edirik: «Yəməndə olarkən Əli bir qədər xalis olmayan qızılı Peyğəmbər üçün göndərdi.»[13]

Digər bir rəvayətdə isə belə yazırlar: Qızılları aşı lan mış dəridə yerləşdirdi, hələ onlar əridilib xalis edilmə miş di.[14]

Burada digər bir rəvayət də vardır ki, deyilir: «Peyğəmbər ¡ onu qəzavət və bə`zi hökmləri şərh etmək üçün Yəmə nə göndərdi.» «Müsnədi Əhməd» və «Sünəni Əbi Davud» ki tab larındakı iki rəvayətdə Əli -ın belə buyurduğu nəql olu nur: «Peyğəmbəri Əkrəm ¡ məni qəzavət üçün Yəmənə gön dərdi. Mən dedim: Ya Rəsuləllah! Məni elə bir qrupa tə rəf göndərirsən ki, onlar çarpışmadadır. Mən də qazilikdən hə lə bir şey bilmirəm.» Peyğəmbər buyurdu: "Allah-taala tez liklə sənin qəlbini hidayətə və dilini düzgün yola möhkəmlədəcəkdir."

«Müsnədi Əhməd» kitabında isə belə deyilir: «Sonra əli ni onun sinəsinə qoyaraq buyurdu: "Pərvərdigara! Sabit və möhkəm qə rar ver. Əgər iki nəfər sənin qarşında bir-birlərilə münaqişəyə baş layıb, haqqı istəsələr, (dərhal) qəzavət və mühakimə yürütmə, yalnız ikin ci şəxsin də sözlərini birinci şəxs kimi eşitdikdən sonra müha kimə yürüt. Bu qəzavət mövzusunun bəyan olunmasında sənin üçün da ha layiqdir." Əli deyir: "Bundan sonra heç vaxt qazilikdə şəkk-şüb həyə və tərəddüdə düçar olmadım."[15]

Ravilər o həzrətin Yəməndəki səfərində bə`zi qəzavətləri se çərək rəvayət etmişlər, o cümlədən bunu qeyd edirlər: «Yə mən əhalisindən üç nəfər bir qadınla, eyni bir paklıq müd dətində yaxınlıq etmişdilər. Ondan dünyaya gələn övlad barə sində münaqişəyə başlayıb Əli -ın yanına gəldilər. Həz rət onların ikisinə buyurdu: «Siz öz razılığınızla (övla dı) bu bir nəfərə tapşırın.» O iki şəxs qəbul etmədi, son ra onların ikisinə buyurdu: «Övladınızı razılıqla bu biri nə verin.» O iki şəxs yenə də qəbul etmədi. Həzrət buyurdu: «Siz davaçı şəriklərsiniz! Mən sizin aranızda püşk atıram, ki min adına çıxsa, övlad onundur, diyənin üçdə ikisi də qa lan iki yoldaşın xeyrinə olaraq onun üzərində olacaqdır.» Həz rət Əli püşk atdı və kimin adına çıxdısa, uşağı ona verdi. Bu xəbəri Peyğəmbər üçün nəql etdikləri zaman Pey ğəmbər o qədər sevinib güldü ki, hətta arxa dişləri də görün dü.[16]

Digər bir hadisə də Həzrət Əli -ın öz dilindən nəql olunmuşdur ki, onun xülasəsi belədir: Həzrət Əli deyir: Peyğəmbər ¡ məni Yəmənə göndərdi. Orada bir dəs tə adam şiri ovlamaq üçün bir çala qazmışdılar. Şir hə min çalaya düşdü. Camaat onun ətrafına yığışıb tamaşa et məyə başladılar ki, bu zaman bir nəfər həmin çalaya tərəf sürüşdü, yıxılmamaq üçün əlini başqasının ətəyinə atdı, o da ikinciyə, o da üçüncüyə, bu qayda ilə hamısı çalaya düşdü və şir onları yaraladı. Axırda bir nəfər silahla şiri öl dür dü. Yaralanmış dörd nəfərin hamısı da öldü. Bundan son ra ölənlərin adamları əlinə silah alıb bir-birilə vuruş ma ğa hazırlaşdılar. Amma Əli onları sakitləşdirdi və buyur du: «Peyğəmbərin sağlığında vuruşmaq istəyirsinizmi?» Digər bir rəvayətə əsasən belə buyurdu: «Istəyirsinizmi iki yüz nəfəri dörd nəfərin xatirinə öldürəsiniz?! Mən sizin ara nızda qəzavət edirəm, əgər bəyənsəniz, ona əməl edin, əgər bəyən məsəniz, bir-birinizdən aralanın və Peyğəmbərin yanına ge din, o, şəxsən sizin aranızda qəzavət etsin. Hər kəs onu qə bul etməsə, heç bir haqqı yoxdur. Indi bu çalanı qazan qə bi lələrdən diyənin dördə birini, üçdə birini, yarısını və bir ka mil diyəni alın; çünki birinci şəxsin qəyyumlarının payı dörd də birdir, çünki o, quyunun yuxarısında həlak olmuşdur. Ikin ci şəxsin payı üçdə bir diyədir, üçüncü şəxsin payı yarı diyə və dördüncü şəxsin diyəsi kamil bir diyədir. On lar qəbul etmədilər və Ibrahim məqamının kənarında Pey ğəm bər ¡-in yanına gəlib hadisəni dedilər: Həzrət buyurdu: «Mən sizin aranızda qəzavət edərəm.» Peyğəmbər ¡ hazırlaşan zaman onlardan biri dedi: «Əli bizim ara mızda qəzavət etmişdir.» Sonra baş verən hadisəni Pey ğəmbərə nəql etdikdə, həzrət onu təsdiqlədi.[17]

Bunlar həzrət Əli -ın Yəmənə göndərildiyi zaman baş verən hadisələrlə əlaqədar mətləblər idi ki, alimlər səh vən bu mə`muriyyətdə olan hadisələri ondan başqa yerlərə nisbət vermişlər. Onlardan bə`ziləri bu mə`muriyyətlər xəbə ri ni göstərən üç rəvayəti bir yerdə,[18] başqaları da iki fərqli yer də qeyd etmişlər.[19] Bu və bundan başqa məsələlərə görə də[20] bu mə`muriyyətlərin xəbərlərində müəmmaya və səhvlərə yol ver mişlər. Biz də ümidvarıq ki, rəvayətlərin içindən həqi qət ləri aşkar edək. Indi deyə bilərik ki, misal üçün, Məzhəc qəz vəsi imam Əli -ın Yəmənə doğru mə`muriyyətinin birin cisi, Həmdan qəzvəsi isə ikinci mə`muriyyətidir, onun üçün cü mə`muriyyəti isə hökumət və qəzavət işlərini qayda sına salmaq, xüms toplamaqdan ibarət idi. Çünki:

Əvvəla: Alimlər Məzhəc qəzvəsi barəsində demişlər ki: «Onun ordusu bu ölkəyə – Yəmənə daxil olan ilk ordu ol muş dur.»

Ikincisi: Məzhəc qəzvəsində müharibənin baş verməsidir, hal buki, Həmdan qəzvəsində müharibə olmamışdır. Bu müha ri bə də onların Islamı qəbul etməsindən öncə olmalıdır. Həm dan qəzvəsi barəsində deyilmişdir: «Həmdan qəbiləsi ha mı lıqla Islamı qəbul etdilər.» Həmçinin, deyilmişdir: «Son ra Yəmən əhalisi ardıcıl olaraq Islamı qəbul etdilər.» Bu na əsasən, ondan sonra Yəməndə heç bir müharibə olmamış və Peyğəmbər ¡ yalnız maliyyə işçilərini və vali lə rini, o cümlədən Həzrət Əli -ı Yəmənə göndərmişdi. Bu da Həzrət Əli -ın Yəmənə doğru üçüncü mə`muriyyəti idi ki, Peyğəmbər onu hökumət və qəzavət işlərini yerinə ye tir mək və xümsləri toplamaq üçün göndərmişdi. Bu dəfə də elə qə zavətlər etdi ki, ağılları heyran qoydu. Məhz həmin mər hə lə də qızıl qarışıq torpaqlar bağlamını Peyğəmbər üçün gön dərdi, bu da müharibə qənimətlərindən deyildi. Çün ki Yə mən əhli bundan öncə Islamı qəbul etmişdilər. Pey ğəm bər də onlar üçün maliyyət mə`murları, qazilər və valilər gön dər miş di. Müharibə qənimətlərini cihadda iştirak edən döyüş çü lər müharibənin sona çatmasından sonra özləri ilə Mədi nə yə aparırdılar, istər onda xüms payı olsun, istərsə də di gər qənimətlər. Bu halda malın, ordunun Mədinəyə qayıt ma sın dan əvvəl göndərilməsi mə`nasız idi; belə bir mal hakim tə rəfindən və vergi işçilərinin vasitəsilə göndərilməli idi.

Həmçinin qızıl qarışıq torpaq bağlamaları sədəqədən də de yildi. Çünki yuxarıda qeyd olundu ki, Peyğəmbər Imamı sə dəqə işinə baxmaq üçün göndərməmişdi. Bunu Əhli-beyt imam larının fiqhi hökmləri də təsdiqləyir. Belə ki, yalnız sik kəli qızıl və gümüş zəkat hökmünə daxildir.[21]

Həmçinin o bağlamalar Nəcran əhlinin verdiyi cizyələr də deyildi. Çünki onların cizyəsi qırx dirhəmlik min hül lə dən ibarət idi.[22] Deməli, o bağlamalar ya mə`dənlərin xümsü, yaxud da kəsb və ticarətdən əldə etdikləri şeyin xümsü idi.

Yuxarıda qeyd olunanlara əsasən, Peyğəmbər imam Əlini bu mə`muriyyətdə Yəməndən xüms almaq üçün göndərmişdi. Onun göndərdiyi digər iki nəfəri – Übeyy və Ənbəsəni də Hüzeym və Cəzam qəbilələrinə tərəf göndərmişdi ki, sədəqələrini və xümslarını alıb gətirsin.[23] Bəlkə də Peyğəmbəri Əkrəm ¡-in sədəqə işçiləri sırasında hesab olunan digər amilləri sədəqə toplamaqdan əlavə, xüms toplamağa da mə`mur olun muşdular və xümsü əlaqədar yerlərdən əxz edib Pey ğəm bərə çatdırırdılar. Peyğəmbərdən sonrakı xəlifələr xümsü ləğv etdiyinə görə[24] ravilər və işçilər də onu qeyd etməkdən çə kinmişlər. Çünki onun Islam xilafəti dövründə zikr olun ması xəlifələrin siyasəti ilə təzadlı idi! Əgər qeyd olu nanlarla birlikdə Ərəbistan yarımadasında sakin olan la rın o zamankı sərvət və imkanlarını da araşdırsaq, (belə ki, onun sərvətinin ən əsas və ümdə hissəsini mal-heyvan, bağ lar və əkin sahələri təşkil edirdi) onların hamısı xüm sün deyil, zəkatın təəllüq tapdığı hallardan olacaqdır. Mə di nə Islam ölkəsinin mərkəzi olmaqla belə, əkinçilik şəhə ri idi və əhalinin əsas sərvəti əkinçilik və heyvandarlıqdan iba rət idi. Ticarət isə Məkkə əhalisinə və bə`zi əhli-kitab qəbi lələrinə məxsus idi. Mədinə müsəlmanlarının Qüreyş, yəhu di və sair ərəb qəbilələrinə qarşı müharibə aparmasına gəl dikdə isə, (on il müddətində təqribən 80 səriyyə və qəzvə bər qərar etmişdilər; yə`ni hər ildə səkkiz müharibə və çar pışmadan ibarət idi) bunların da hamısı nəticə e`tibarı ilə Hicazın ticarət yollarının yürüş, müharibə və qarət çilik meydanına çevrilməsinə səbəb olmuşdu. Bu illər ticarəti sönüklüyə uğratdığına görə qazanc gətirən hallar sədəqədən başqa yerlərdə çox az idi.

Bütün bu amillər nəticəsində Peyğəmbəri Əkrəm ¡-in vasitəsilə kəsb və ticarət qazancından xüms alınmasına dəlalət edən rəvayətlər sirə və hədis kitablarında nəşr olunmadı. Amma xəzinə və mə`dəndən xümsün alınması, xüms işinin mütəvəllilərinin sədəqə mütəvəlliləri ilə birlikdə göndərilməsinə gəldikdə isə, onlar əlaqədar mənbələrdə – onların çox az hissəsi bizim əlimizdədir-qeyd etdik.



[1] «Bidayətül-müctehid», Ibni Rüşd, «xumsun hökmləri», 1-ci cild, səh.407.

[2] «Əl-muğni», Ibni Qudamə; «təsmiyətul-fey vəl-qənimət» babı, 7-ci cild, səh.301.

[3] «Əl-əhkamus-sultaniyyə», Mavərdi, səh.126; «Əl-əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.120.

[4] «Mö`minun» surəsinin 4-cü ayəsini qeyd etmək olar: "Vəlləzinə hum liz-zəkati failun.» - "O kəslər ki, zəkat verərlər.» Və «Ə`raf» surəsinin 156-cı ayəsi-"Və onu (rəhmətimi) təqva sahibləri və zəkat verənlər üçün müqəddər etmişəm.» «Məryəm» surəsinin 13, 31, 55; «Ən biya» surəsinin 73-cü ayələrini və s. qeyd etmək olar, halbuki sədəqə hicrətin 7-8, yaxud 9-cu illərində vacib edilmişdir.

[5] «Sireyi Ibni Hişam», 4-cü cild, səh.273-275; «Əmtaul-əsma», səh.509; Beyhəqi «Sü nə ni-kubra» kitabında rəvayət edir ki, Ümmü Külsüm öz xidmətçilərinə sədəqə veril mə sinin qarşısını alır və Peyğəmbəri Əkrəm ¡-dən rəvayət edirdi ki, o belə bu yur muşdur: "Biz Əhli-beytə sədəqə almaq qadağan olunmuşdur, bizim xidmətçilərimiz də biz dəndir.» Sonra demişdir: «Belə isə sədəqəni almayın.»

[6] Yenə orada, 4-cü cild, səh.275.

[7] Yenə orada, 4-cü cild, səh.319; «Tarixi ibni Kəsir», 7-ci cild, səz. 343; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.169; «Üyunul-əsər», 2-ci cild, səh.271.

[8] «Səhihi Buxari», «məğazi» kitabı, 3-cü cild, səh.50.

[9] «Üyunul-əsər», «səriyyətu Əli ibni Əbi Talib» babı, 2-ci cild, səh.272; «Əmtaul-əsma», səh.510.

[10] Bu rəvayəti Ibni Kəsir öz «Tarix» kitabında, 5-ci cild, səh.105-də; «Irsalu Əli ibni Əbi Talib və Xalid ibni Vəlid» bölməsində qeyd etmişdir.

[11] «Məğaziyi Vaqidi», 3-cü cild, səh.1079-1081; «Əmtaul-əsma», səh.503-504; «Üyunul-əsər», 2-ci cild, səh.271-272.

[12] «Səhihi Buxari», «bə`su Əli və Xalid ila Yəmən» babı, 3-cü cild, səh.50; Ibni Qəy yimin «Məvahib»in şərhinə olan haşiyəsi, 1-ci cild, səh.121. «Peyğəmbərin əmrləri» fəs lində deyir: Əli ibni Əbi Talibi Yəməndə xumsu toplamaq və qəzavət işləri üçün gön dərmişdi.

[13] «Səhihi Buxari», «tovhid» kitabı, 4-cü cild, səh.188; «Sünəni Nəsai», 2-ci cild, səh. 359; «Müsnədi Əhməd», 3-cü cild, səh.68, 72-73. Bunun oxşarını «Səhihi Buxari», 2-ci cild, səh.154; «Səhihi Müslüm», «zəkat» kitabı, hədis:143; «Sünəni Əbi Davud», 3-cü cild, səh.301, 4-cü cild, səh.174; «təhrimud-dəm» babı və səh.243; «sünnə» kitabı; «qita lul-xəvaric» babı.

[14] Yenə orada; «məğazi» kitabı, 3-cü cild, səh.50; «Səhihi Müslüm», 2-ci cild, səh.741, hədis:143 və səh.743, hədis:144; «Müsnədi Əhməd», 3-cü cild, səh.4.

[15] «Sünəni Əbi Davud», 3-cü cild, səh.301, hədis:3582; «Sünəni ibni Macə», «əhkam» ki tabı, hədis:2310; «Müsnədi Əhməd», 1-ci cild, səh.149 və 111, hədis:882, səh.84, hədis:636, səh.88, hədis:666.

[16] «Sünəni ibni Macə», «əhkam» kitabı, hədis:2348; «Sünəni Əbi Davud», «mən qalə bil-qur`ə» babı, 2-ci cild, səh.281; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.107. Biz onun iba rələrini qısa şəkildə qeyd etdik. Zahirən, bu hadisə onların cahiliyyət dövründə baş vermiş və o qadın uşağı Islamı qəbul etdikdən sonra doğmuşdu. Bundan sonra on ların Həzrət Əli -ın yanındakı münaqişələri Islamı qəbul etdikləri halda baş vermişdi.

[17] «Müsnədi Əhməd», 1-ci cild, səh.77, hədis:573-574, səh.128, hədis:1064, səh.152, hədis; 1309; «Məcməüz-zəvaid», 6-cı cild, səh.287; «Əl-müntəqi», hədis:3994.

[18] Misal üçün: Ibni Kəsir öz tarixində bu mə`muriyyətlərin bütün xəbərlərini «bə`su Rəsulillah ¡ Əli ibni Əbi Talib və Xalid ibni Vəlid iləl-Yəmən» böl mə sin də qeyd etmişdir.

[19] Ibni Haşim və onun ardıcıllarını qeyd etmək olar ki, «10-cu hicri ilində sə dəqə işçilərinin və əmirlərinin xürucu» babında və «səriyyələrin və mə`muriyyət lə rin sayı» babında qeyd etmişdir.

[20] Imam Əli -ın bütün müsəlmanların minbərlərində, xüsusilə cümə namaz la rı nın xütbələrində lə`n edilməsi dövründə o Həzrətin fəzilət və məqamına dəlalət edən rəvayətlərin nəşr olunub yayılması qadağan edilmişdi. Şəhər valiləri, höku mə tin əli altında olan sərmayədarlar Müaviyənin dövründən başlamış, Abbasilərin əs ri nə qədər – Ömər ibni Əbdül-Əziz və Səffahın dövrü istisna olmaqla – Imam Əli -ın yaxşılıqla yad edən hər kəsi özlərindən qovurdular.

[21] Bax: Əhli-beyt ¢ məktəbinin fiqhi kitablarında nəqdeynin (qızıl-gümüşün) zəkatı babı; Fəqih Həmədaninin «Misbahul-fəqahət», səh.53; «zəkat» kitabından.

[22] «Əmtul-əsma», səh.502.

[23] Yenə orada, səh.102-103.

[24] Necə ki, Fatimeyi-Zəhra onun barəsində Əbu Bəkrlə mübahisəyə qalxmışdı.

  605
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment