Azəri
Monday 17th of June 2019
  686
  0
  0

MÜAVIYƏDƏN SONRA BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRININ DÖVRÜNDƏ

MÜAVIYƏDƏN SONRA BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRININ DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz istisna olmaqla Bəni Üməyyə xəli­fə­ləri xümsü öz şəxsi mülkiyyətləri hesab edir və bə`zən onu is­tə­diyi şəxsə bağışlayırdılar. Bə`zi vaxtlar da onu əldə et­dikləri digər mal-dövlətlə birlikdə öz xəzinələrində bir yerə yığırdılar. Belə ki, Vəlid ibni Əbdül-məlik («Sünəni Nəsai» kitabında nəql olunana əsasən) onu öz oğlu Ömərə bağışladı.

O deyir: Ömər ibni Əbdül-Əziz bir məktub yazaraq Ömər ib­ni Vəlidə dedi: – ...Və sənin atan bütün xümsü sənin payın qə­rar vermişdir, halbuki, atanın payı adi bir müsəlmanın pa­yı qədərdir! Xümsdə, Allahın haqqı, Peyğəmbərin haqqı, Pey­ğəmbərin qohum-əqrəbaları, yetimləri, miskinləri və yolda qa­lan­ları üçün tə`yin edilmişdir. Atandan haqq tələb edənlər nə qədər də çoxdur! Bu qədər düşmənin varlığı ilə, bunla­rın əlindən necə qurtara bilər?! Həmçinin, sənin musiqi və ləhv alətləri ilə həmdəm olmağın Islamda qoyulan bir bid`ət­dir. Buna görə də qərara almışam ki, bir nəfəri sənə doğru göndərim, sənin çirkin məclislərinin kökünü kəssin.»[1]

Biz bu rəvayətdən əlavə, elə bir hədis tapmamışıq ki, Müa­viyədən sonra Ömər ibni Əbdül-Əzizin vaxtına qədər xüms və Peyğəmbərin mirası barəsində, eləcə də onun Müa­viyənin vaxtında olduğu vəziyyətin dəyişdirilməsi barəsində bir söz demiş olsun.

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZIN DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz Mədinənin qazisi Əbu Bəkr ibni Mə­həmmədə yazdı ki, Kətibə (Xeybər qalalarından biridir) ba­rə­sində araşdırma aparıb görsün ki, o, Peyğəmbərin Xey­bər­dən olan xümsüdur, yoxsa o həzrətin şəxsi əmlakındandır. O, təhqiqat aparıb belə cavab yazdı: «Kətibə Peyğəmbərin xüm­südür.» Ömər ibni Əbdül-Əziz dörd, yaxud beş min dinar qı­zıl pulu onun üçün göndərdi və fərman verdi ki, Kəti­bə­dən əldə etdiyi beş-altı min dinar qızıl pulu da ona əlavə edib on min dinara çatdırsın və onu Bəni Haşim arasında – qadın-kişi, böyük-kiçik arasında heç bir fərq qoymadan – bölüş­dürsün. O da belə əməl etdi.[2]

Ibni Sə`d, Cə`fər ibni Məhəmməddən belə rəvayət etmiş­dir: «Ömər ibni Əbdül-Əziz «zil-qurba» payını Əbdül-Müt­təlib övladları arasında bölüşdürdü və onların Əbdül-Müt­t­əlib övladlarından olmayan arvadlarına heç bir pay ver­mə­di.»

Həmçinin rəvayət edərək deyir: Ömər ibni Əbdül-Əzizin mək­tubu Mədinənin valisinə çatdıqda xümsü Bəni Haşimin ara­sında bölüşdürdü. Vali qərara aldı ki, Əbdül-Müttəlib öv­ladlarını xümsdan məhrum etsin, amma bu zaman dedilər: «On­lar almasa, biz də bir nəfər kimi almayacağıq!» Vali onu Ömər ibni Əbdül-Əzizə xəbər verdi və o, cavabda dedi: «Mən on­ları bir-birindən ayrı hesab etmirəm. Onlar qədim pey­manda Əbdül-Müttəlib övladlarından hesab olunurlar. Belə isə, onları da Əbdül-Müttəlib övladlarından hesab et.» Bun­dan sonra onlara da pay verildi.[3]

Əbu Yusif «Xərac» kitabında rəvayət edərək deyir: Ömər ibni Əbdül-Əziz Peyğəmbərin payını və «zəvil-qurba»nın payını Bəni Haşim üçün göndərdi.[4]

Ibni Sə`d deyir: Hüseynin qızı Fatimə bir məktub ya­za­raq onun bu tədbiri qarşısında təşəkkür etdi və yazdı: «Hə­qi­qətən, xadimsizlərə xidmət etdin, çılpaqlara paltar ge­yin­dirdin!» Ömər ibni Əbdül-Əziz bu sözdən sevinib şad ol­du. Həmçinin, deyir: Ömər ibni Əbdül-Əziz belə demişdir: «Əgər diri qalsam, sizin hüquqlarınızın hamısını özünüzə qayta­racağam.»[5]

FƏDƏKIN TALEYI

Yaqut Həməvi «Mö`cəmül-büldan» kitabında yazır: Ömər ibni Əbdül-Əziz xilafətə çatan zaman özünün Mədinədəki iş­çilərinə yazaraq fərman verdi ki, Fədəki Fatimənin nəvələrinə qaytarsınlar.[6]

«Nəhcül-bəlağənin şərhi»ndə deyilir: Əbu Bəkr ibni Həzəm onun işçilərinə cavab olaraq yazdı: «Fatimə -ın nəvələri ali-Osman, ali-filan və ali-filanda doğulmuşlar. Fədəki onlardan hansı birinə qaytaracaqsan?» Cavabında yazıldı: «Əmma bə`d. Mən əgər yazsam və fərman versəm ki, bir qoyunu qurbanlıq et, mənim üçün yazacaqsan ki, buynuzlu olsun, yoxsa buynuzsuz?! Əgər göstəriş versəm ki, bir inək qurbanlıq edəsən, məndən soruşacaqsan ki, hansı rəngdə olsun? Bu məktubum sənə çatan kimi Fədəki Fatimənin Əlidən olan övladları arasında bölüşdür! Vəssəlam!»

O deyir: Bəni Üməyyə Ömər ibni Əbdül-Əzizin bu tədbi­rini xoşlamadılar və onu danlayaraq dedilər: «Şeyxeynin (Əbu Bəkr və Ömərin) işini qəbahətli etdin!»

Kufə əhalisindən bir qrupu e`tiraz əlaməti olaraq onun yanına getdilər və bu işlə əlaqədar onu danladılar, o dedi: «Siz də bilmədiniz, mən də bilmədim: siz unutdunuz, mən xa­tır­ladım! Həqiqətən Əbu Bəkr ibni Ömər ibni Həzəm ata­sın­dan, o da babasından mənim üçün rəvayət etmişdir ki, Pey­ğəm­bəri Əkrəm ¡ buyurmuşdur: "Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir, hər kəs onu sevindirsə, məni sevindirmişdir." Fədək Əbu Bəkr və Ömərin dövründə Peyğəmbəri Əkrəm ¡-in safiyəsi və xalisəsi idi. Ondan sonra Mərvanın ixtiyarına keçdi və o, Fədəki atam Əbdül-Əzizə bağışladı, mən və qardaşlarım da onu irs apardıq. Mən qardaşlarımdan istədim ki, öz paylarını mənə satsınlar. Onların bə`ziləri satdı, bə`ziləri isə bağışladı. Nəhayət onun hamısı mənim ixtiyarıma keçdi. Mən qərara aldım ki, onu Fatimənin nəvələrinə qaytarım.» Onlar dedilər: «Əgər belədirsə, onda əslini saxla, taxılını isə onların arasında bölüşdür.» O, belə etdi.[7]

Digər rəvayətdə deyilir: Ömər ibni Əbdül-Əziz xilafətə çatan zaman onun qaytardığı ilk məzalim Fədək idi. O, Əli ibni Hüseyni çağırdı və Fədəki ona qaytardı. Fədək Ömər ibni Əbdül-Əzizin hakimiyyəti dövründə Fatimənin nəvələri­nin əlində idi.»[8]

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZDƏN SONRA

Ömər ibni Əbdül-Əzizdən sonra xüms barəsində heç bir söhbət olunmur. Amma Fədəkə gəldikdə isə, Yaqut Həməvi və Ibni Əbil Hədid belə yazırlar: Yezid ibni Atikə (Yezid ibni Əbdül-məlik)[9] hakimiyyətə çatan zaman onu Fatimə -ın övladlarından aldı və yenə də mərvanlıların ixtiyarına verdi. Onlar da bunu, xilafəti əldən verdikləri vaxta qədər əldən-ələ dolandırdılar. Onlardan sonra Əbu Cə`fər Mənsur imam Həsən -ın nəvələrinin qiyamından sonra onu öz ix­ti­yarına keçirtdi, daha sonra Mənsurun oğlu Mehdi onu Fa­timə övladlarına qaytardı. Ondan sonra Musa ibni Meh­di və onun qardaşı Harun onu geri aldılar və axıra qə­dər – Mə`munun hakimiyyəti dövrünə qədər – onların ixti­ya­rında oldu. Mə`mun onu Fatimə övladlarına qaytardı.

Əbu Bəkr Məhəmməd ibni Zəkəriyyadan, o da Mehdi ibni Sabiqdən rəvayət edir ki, belə demişdir: Mə`mun məzalimi qaytarmaq üçün bir məclis təşkil etdi. Əlinə çatan birinci məktuba baxdı və ağladı. Onun başı üstündə dayanan adama dedi: «Car çəkərək belə de: Fatimənin vəkili haradadır?!» Bu zaman ləbbadə və əmmamə geymiş qoca bir kişi ayağa qalxaraq irəli gəldi və onunla Fədək barəsində mübahisəyə başladı. Mə`mun onun üçün bir dəlil gətirdi, o da Mə`muna dəlil gətirdi. Sonra fərman verdi ki, Fədəki onların adına keçirtsinlər. Yazıldıqdan sonra ona oxundu və Mə`mun onu möhürlədi. Di`bil ayağa qalxıb Mə`muna xitabən bir neçə şe`r oxudu ki, onun əvvəli belədir:[10]

اَصْبَحَ وَجْهُ الزَّمَانِ قَدْ ضَحِكَا                        بِرَدِّ مَاْمُونَ هَاشِمَ فَدَكًا

"Ruzigarın siması nə qədər gülərüz oldu!

Fədək Mə`mundan Haşimə qaytarıldı."

«Fütuhul-büldan»ın müəllifi Mə`munun yazısını şərh et­miş və demişdir: 210-cu hicri ilində Harun ər-Rəşidin oğlu əmirəl-mö`minin Mə`mun fərman verdi ki, Fədəki Fati­mə­nin nəvələrinə qaytarsınlar. O, özünün Mədinədə olan iş­çi­lərinə belə yazdı: «Əmma bə`d. Həqiqətən əmirəl-mö`minin Al­la­hın dini, Peyğəmbərin xilafəti və onunla qohumluğa gö­rə malik olduğu məqama əsasən, onun sünnəsinə əməl etməyə, fər­manını qüvvəyə mindirməyə hamıdan artıq layiqdir ki, onun bağışladıqlarını təslim edib, sədəqələrini yerində təs­bit etsin. Əmirəl-mö`mininin tovfiqi və isməti Allah­dan­dır və Allaha doğrudur. Bu işi Allahın dərgahına yaxın­laş­maq üçün yerinə yetirir, onun sədəqəsi qaytarılır. Bu, Pey­ğəm­bər Əhli-beytinin arasında məxfi saxlanan bir məsələ idi və onun barəsində heç bir ixtilaf yox idi. Buna ən çox haq­lı olan şəxsə (yə`ni Fatiməyə) hədiyyə edilmişdi və Fa­timə də onu tələb edirdi. Indi əmirəl-mö`minin qərara alır ki, onu Fatimənin varislərinə qaytarsın, onlara təhvil ver­sin ki, bununla da Allaha və Peyğəmbərə yaxınlaşsın, Ilahi ədalət və haqqı bərqərar etsin, Peyğəmbərin sədəqə və fər­ma­nı­nı qüvvəyə mindirsin. Buna görə də fərman verir ki, bu hök­mü onun divanlarında qeydə alsınlar və onu e`lan şək­lin­də bütün işçilərinə çatdırsınlar. Əgər Peyğəmbərin vəfa­tın­dan sonra hər bir mövsümdə sədəqə bağışlanan, hədiyyə ve­ri­lən, bir şeyə və`də verilən şəxslər səslərini qaldırsalar və onların sözləri təsdiqlənsə, onların və`dəsinə əməl olun­sa, şübhəsiz, Fatimə (rəziyəllahu ənha)-nın onun üçün nəzərdə tu­tul­muş şey barəsindəki sözünü təsdiqləmək daha yaxşı olar­dı.

Buna görə də mö`minlərin əmiri Fədəkdəki xidmətçisi və işçisi Mübarək Təbəriyə fərman verir ki, Fədəki bütün sər­həd­ləri, onda xərclənən pullar, işçilər və məhsullarla bir­lik­də Peyğəmbərin qızı Fatimənin varislərinə qaytarsın və onu Məhəmməd ibni Yəhya ibni Hüseyn ibni Zeyd ibni Əli ib­ni Hüseyn ibni Əli ibni Əbi Talibə və Məhəmməd ibni Əb­dül­lah ibni Həsən ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbi Ta­libə qaytarsın ki, mö`minlərin əmiri bu ikisini həmin əra­ziyə sərpərəst tə`yin etdi ki, sahiblərinin işçiləri olsun.

Bil ki, mö`minlərin əmirinin bu tədbiri Allah-taaladan Ona itaət etdiyinə, Onun dərgahına yaxınlaşdığına və Pey­ğəm­bərə sileyi-rəhim etdiyinə görə verilən bir ilhamdır. In­di onu (Mübarək Təbəri) agah et və Məhəmməd ibni Yəhya və Məhəmməd ibni Əbdüllah ilə də Mübarəklə rəftar etdiyin ki­mi rəftar et. Fədəkin tə`mir olunub islah edilməsində, taxı­lının artmasında kömək ol, inşaallah, vəssəlam!»

Bu hökm 210-cu hicri ili, Zil-qə`də ayının ikisində çər­şən­bə günü yazıldı. Amma Mütəvəkkil Ələllah Mə`munun cani­şini olan zaman fərman verdi ki, onu Mə`mundan qabaq ma­lik olduğu vəziyyətə qaytarsınlar.[11]

Ibni Əbil Hədid bu rəvayətin ardını xatırladaraq deyir: Fədək bu minvalla həmişə onların əlində oldu, nəhayət Mü­tə­vək­kilin dövrü çatdı və onu Əbd ibni Ömərə qaytardı. Fə­dək­də on bir xurma ağacı var idi ki, Peyğəmbəri Əkrəm ¡ onu öz əli ilə əkmişdi. Fatimənin nəvələri onun xur­masını dərir və hacılar gələn zaman onlara hədiyyə ve­rir­dilər. Buna görə də onlara çoxlu mal-dövlət çatırdı. Əbd ib­ni Ömər Büşran ibni Əbi Üməyyə Səqəfini Mədinəyə gön­dərdi ki, onların hamısını kökündən kəssin. Sonra Bəsrəyə qayıtdı və orada iflic oldu.[12]

Bura qədər qeyd olunanlar xəlifələrin xüms və Fədək barəsindəki nəzəri idi. Amma onların alimlərinin bu barə­dəki nəzərləri isə, aşağıda qeyd olunur:



[1] «Sünəni Nəsai», «qismul-fey» babı, 2-ci cild, səh.178; «Tarixul-xüləfa», Süyuti, səh.223-224. Orada deyilir: Vəlid (Ömər ibni Əbdül-Əzizin atası) çox zalım bir şəxs idi, danışanda çoxlu ədəbi səhvlər buraxırdı. 86-cı hicri ilində xilafətə çatmış və 96-cı hicri ilinin Cəmadiul-axir ayının ortalarında əlli bir yaşında dünyadan getmişdir.

[2] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.287-288. Biz onun xülasəsini qeyd etdik. Əbu Həfs Ömər ibni Əbdül-Əziz Mərvan Əməvi 63-cü hicri ilində dünyaya gəlmiş, 99-cu hic­ri ilində onunla bey`ət olunmuş və xilafəti iki il beş ay davam etmişdir. 101-ci ilin Rəcəb ayında vəfat etmişdir. Onun tərcümeyi-halı Ibni Sə`din «Təbəqat» kita­bın­da 5-ci cild, səh.243; «Tarixül-xüləfa», Süyuti, səh.228 və «Əl-ibər», 1-ci cild, səh.120-də qeyd olunmuşdur. Əbu Bəkr ibni Məhəmməd (Mədinənin qazisi) 120-ci hicri ilin­də vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. «Təq­ribut-təhzib», 2-ci cild, səh.399.

[3] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.289.

[4] «Əl-xərac», səh.25.

[5] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.288-289.

[6] «Mö`cəmül-büldan», «Fədək» maddəsi.

[7] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.103.

[8] Yenə orada, 4-cü cild, səh.81.

[9] Yezid ibni Əbdül-məlik Mərvanın anası Atikə Yezid ibni Müaviyənin qızıdır. O, Ömər ibni Əbdül-Əzizdən sonra xilafətə çatmışdı və qardaşı Süleymanın vəsiy­yə­ti­­nə əsasən Ömər ibni Əbdül-Əzizin tutduğu yolla getməli idi ki, onun ətrafında olan­lar 40 nəfər şeyxi onun yanına gətirdilər, onlar şəhadət verdilər ki, xəli­fə­lə­rə hesab-kitab və əzab yoxdur. Onun Hübabə adlı mə`şuqəsi valiləri işə tə`yin edir, iş­dən götürürdü və digər hökumət işlərini ələ almışdı. Bir gün məst halda dedi: «Mə­ni buraxın, havada uçum!» Onun mə`şuqəsi dedi: «Bu ümməti kimə tapşırırsan?» De­di: «Sənə!» Bu qadın vəfat edən zaman üç gün onun cənazəsini buraxmadı və onun üs­tü­­nə düşüb, iyləyir, öpür və ağlayırdı. Özü də ondan bir neçə gün sonra, hicrətin 105-ci ilində dünyadan getdi. Deyilmişdir ki, o, eşqinin şiddətindən öldü. Ondan başqa heç bir xəlifə eşq yolunda ölməmişdir. Bax: «Fehresti Əğani», «Tarixi ibni Əsir», 5-ci cild, səh.90-93; «Tarixul-xəmis», 2-ci cild, səh.318; «Mir`atul-cənan», 1-ci cild, səh.224-225.

[10] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81; «Fütuhul-büldan» «Fədək» maddəsi.

[11] «Fütuhul-büldan», «Fədək hadisəsi», səh.37-38.

[12] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81.

  686
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment