Azəri
Tuesday 19th of March 2019
  573
  0
  0

IMAM ƏLI ™-IN XÜMS VƏ PEYĞƏMBƏRIN MIRASI BARƏSINDƏ TUTDUĞU

IMAM ƏLI -IN XÜMS VƏ PEYĞƏMBƏRIN MIRASI BARƏSINDƏ TUTDUĞU YOL

Ibni Abbas belə nəql edir: Peyğəmbərin dövründə xüms beş yerə bölünürdü: Allaha və Peyğəmbərə bir pay, «zil-qurba» ya bir pay, yetimlərə bir pay, miskinlərə bir pay və «ibnus-sə bi lə» (yolda qalanlara) bir pay. Bundan sonra Əbu Bəkr, Ömər və Osman onu üç yerə böldülər: Peyğəmbərlə «zil-qurba» nın pa yı nı çıxartdılar və yerdə qalan üç qrupun arasında böl dülər.

Bundan sonra Əli ibni Əbi Talib (kərrəməllahu vəchəh) onu Əbu Bəkr, Ömər və Osmanın bölüşdürdüyü kimi bölüşdü rür dü.»[1]

Imam Baqir -dan soruşdular: «Əli (kərrəməllahu vəchəh)-in xüms barəsindəki nəzəri nə idi?» Buyurdu: «Onun xüms barəsindəki nəzəri öz Əhli-beytinin nəzəri idi. Lakin o, Əbu Bəkr və Ömərlə müxalifət etməyi xoşlamırdı!»[2]

Məhəmməd ibni Ishaq deyir ki, Əbu Cə`fər Mühəmməd ibni Əlidən soruşdum: «Əli ibni Əbi Talib bu ümmətin və liy yi-əmrliyini qəbul etdiyi zaman «zil-qurba» payı barəsində ne cə rəftar edirdi?» Həzrət buyurdu: «Əbu Bəkr və Ömərin üslubunu davam etdirirdi.» Soruşdum: «Necə? Halbuki, sizin nəzəriniz tamam başqadır?!» Buyurdu: «Onun Əhli-beti onun rə`yindən başqa heç nə deməmişlər.» Dedim: «Buna nə mane olmuşdur?» Buyurdu: «Allaha and olsun! Onu Əbu Bəkr və Ömərin müxalifi adlandırmalarını istəmirdi!»[3]

«Sünəni Beyhəqi» kitabında nəql ounan digər bir rəvayətə görə belə buyurdu: «Çünki Əbu Bəkr və Ömərlə müxalif qərar verilməsini istəmirdi.»[4]

Bu rəvayət göstərir ki, imam Əli ondan qabaq kı la rın xüms və Peyğəmbərin mirası barəsində yolunu dəyiş dir mə di. Çünki onu dəyişdirməyə qüdrəti yox idi!

«Sünəni Beyhəqi» kitabında imam Sadiq -dan, o da ata sından nəqlən belə buyurur: «Həsən, Hüseyn, Ibni Abbas və Əbdül lah ibni Cə`fər (rəziyəllahu ənhum) Əlidən istədilər ki, onların xümsdən olan payını versinlər. O buyurdu: «O si zin haqqınızdır, lakin indi mən Müaviyə ilə müharibə ha lın dayam. Əgər istəsəniz, ondan olan haqqınızdan keçər si niz.»[5]

Müəllif: Bu rəvayət göstərir ki, Imam xümsü Müavi yə nin əleyhinə ordunun yaraqlandırılmasında xərcləyərdi.

XÜMS və PEYĞƏMBƏR ¡-IN MIRASI BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRINin DÖVRÜNDƏ

Rəvayətlərin zahiri göstərir ki, Müaviyə xümsü Bəni Ha şi mə verməməkdə və Peyğəmbər övladlarını onun irsindən məh rum etməkdə eynilə əvvəlki üç xəlifənin ictihadlarına ox şar nəzər vermişdir. Onların fərqi burasındadır ki, Müa viyə özünəməxsus ictihadının nəticəsini də ona əlavə et miş di. Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Ömər ibni Əb dül-Əziz fərman verdi ki, xümsün bir qismini Bəni Ha şimə qaytarsınlar. Onlardan bir qrupu toplaşıb məktub yaz dılar və nümayəndə hey`əti ilə onun yanına göndərdilər ki, onların barəsində etdiyi sileyi-rəhim xatirinə təşəkkür etmiş olsunlar. Çünki onlar Müaviyənin dövründən o günə qədər yoxsul və çox ağır vəziyyətdə dolanırdılar.»[6]

Həmçinin demişdir: Əli ibni Əbdüllah ibni Abbas və Əbu Cə`fər Mühəmməd ibni Əli demişlər: «Müaviyənin döv rün dən indiyə qədər bizim aramızda heç bir xüms bölüşdürül mə miş dir.»[7]

Amma Müaviyənin bu barədəki xüsusi ictihadlarının nə ti cəsinə gəldikdə isə, Hakim «Müstədrək» kitabında, Zəhəbi «Təl xis» kitabında, Ibni Sə`d «Təbəqat»da, Ibni Əbdül-Birr «Istiy`ab»da, Ibni Əsir «Usdul-ğabə»də, Həkəm ibni Əmrin tər cümeyi-halında, eləcə də Təbəri, Ibni Əsir, Zəhəbi və Ib ni Kəsir 50-ci hicri ilinin hadisələrində qeyd etmişlər. Ha kim yazır: «Ziyad, Həkəm ibni Əmr Qəffarini bir ordu ilə Xo ra sana göndərdi və onlar çoxlu qənimət əldə etdilər. Ziyad onlara yazdı: «Əmma bə`d. Əmirəl-mö`minin (Müaviyə) fərman ver mişdir ki, qızıl-gümüşləri onun üçün yığıb ayırsınlar, on lar dan heç bir şeyi müsəlmanlar arasında bölüşdürməsin lər!»

«Tarixi Təbəri» kitabında da belə qeyd olunur: «Əmirəl-mö` minin (!) fərman verdi ki, bütün qızılları və gümüşləri, nə fis əşyaları onun üçün ayırıb saxlasınlar, bunları ayır mayınca heç bir şeyi yerbəyer etməsinlər.»

 Həkəm ibni Əmr ona belə yazdı: Amma bə`d. Məktubun gə lib çatdı. Mö`minlərin əmiri göstəriş verir ki, bütün qı zıl ları, gümüşləri və nəfis əşyaları onun üçün ayırıb sax la yam və bunları ayırmamış heç nəyi bir-birinə qarışdır ma yam. Halbuki, Allahın fərmanı mö`minlərin əmirinin fərmanından yüksəkdir. Allaha and olsun, əgər göylərin və yerlərin yolları bir bəndənin üzünə bağlansa və o da Allah dan qorxub təqvalı olsa, şübhəsiz, mütəal Allah onun üçün nicat yolu qərar verəcəkdir!» Sonra öz ordusuna dedi: «Sübh çağı öz qənimətlərinizi əldə etmək üçün hazır olun.» On lar gəlib qənimətin xümsünü ayırdılar, yerdə qalanlar isə onların arasında bölüşdürüldü. O deyir: Ziyad ona belə yazdı: «Al laha and olsun! Əgər diri qalsam, oynaqlarını bir-birin dən ayırıb səni tikə-tikə edəcəyəm!»

Hakim yazır: Müaviyə Həkəmin qənimətləri necə bölmə sin dən agah olduqdan sonra ona tərəf bir mə`mur göndərdi ki, onu tutub həbs etsin. O, Həkəmi tutmaq istədiyi halda öldü və dəfn edildi. Ölməmişdən qabaq dedi: «Mən şikayət edə cə yəm!» «Təhzibut-təhzib» kitabında, onun tərcümeyi-halında be lə yazılır: Müaviyə başqa bir mə`mur göndərdi və o, Həkəmi tu tub həbs etdi və o, əl-qolu bağlı halda dünyadan getdi.[8]

Təbəri və başqaları yazırlar: Həkəm dedi: «Pərvərdigara! Əgər Sənin dərgahında bir xeyir əməlim varsa, məni öldür!» O, Xorasanın Mərv əyalətində dünyadan getdi.

Müəllif: Alimlərin bə`ziləri bu xəbəri xoşlamadıqları üçün onu natamam və təhrif olunmuş şəkildə qeyd etmişlər. O cümlədən, Zəhəbini qeyd etmək olar ki, onun tarixində belə ya zı lır: Sonra ona belə yazdı: Heç bir qızıl və gümüşü bö lüş dürmə.» O isə cavabında yazdı: «Allaha and olsun, əgər asi man lar bağlanarsa...»

Ibni Kəsir belə yazır: Ziyadın məktubu ona çatdı. Mək tubda Müaviyənin dilindən deyilmişdi ki, qənimət olaraq əl də olunan qızıl və gümüşləri Müaviyə üçün və onun beytül-malına qatılmaq üçün ayırıb bir kənara qoysun.

Ibni Həcər Həkəmin tərcümeyi-halında, habelə «Təhzib» və «Isabə» kitablarında yazır: Müaviyə onu Xorasana vali tə`yin etdi və sonra bir şey barəsində onu məzəmmət etdi, başqa bir mə`muru göndərdi. O, Həkəmi həbs edib əli-qolu bağlı halda zindana atdı və onun özü həmin yerdə öldü.

Bu, Həkəm ibni Əmrin hadisəsi idi. Bə`ziləri səhv olaraq de mişlər ki, bu hadisə Rəbi ibni Ziyad Harisi ilə əlaqə dar dır, halbuki, Rəbi, Hücr ibni Ədinin qətlə yetirilmə xəbə ri ni eşidən kimi dedi: «Pərvərdigara! Əgər Rəbi üçün Sənin ya nın da bir xeyir (əməl) varsa, onu öldür.» O, elə oturduğu hə min yığıncaqda vəfat etdi.[9]

Bu, Müaviyənin dövründə xümsün vəziyyəti idi. Amma Pey ğəm bəri Əkrəm ¡-in mirasının onun dövründə necə ol ma sına gəldikdə isə, Ibni Əbil Hədid «Nəhcül-bəlağə»nin şər hində belə rəvayət edir: Müaviyə Həsən ibni Əlinin vəfa tın dan sonra Fədəkin üçdə birini Mərvanın mülkiyyətinə ver di və digər üçdə birini Əmr ibni Osman ibni Əffana, qa lan üçdə birini isə Yezid ibni Müaviyəyə verdi. Onlar hə mi şə Fədəki əldən-ələ dolandırırdılar, nəhayət onların ha mısı Mərvana qismət oldu.[10]

Ibni Sə`d «Təbəqat» kitabında yazır: Müaviyə, Mərvanı Mədinə valiliyindən çıxardıb ona qəzəbləndiyi zaman Fədəki ondan aldı və uzun müddət onun Mədinədəki vəkilinin ixtiyarında idi. Nəhayət Vəlid ibni Ütbə ibni Əbi Süfyan onu istədi və Müaviyə qəbul etmədi. Bundan sonra Səid ibni As istədi və Müaviyə onun da istəyinə müsbət cavab vermədi. Digər dəfə olaraq Mərvanı Mədinəyə hakim tə`yin etdiyi zaman onu Mərvanın tərəfindən heç bir istək olmadan ona bağışladı və onun keçmiş məhsullarını da Mərvana verdi, axıra kimi də Mərvanın ixtiyarında qaldı.»[11]

Müəllif: Bə`ziləri səhv olaraq belə güman etmişlər ki, Mü a viyə Fədəki Mərvanın mülkiyyətinə verən ilk şəxs ol muş dur. Halbuki, Osman Müaviyədən öncə onun mülkiyyətinə ver mişdi. Bəlkə də səhvin mənşəyi bu ola bilər ki, Fədəki Mər vana qaytaran axırıncı şəxs Müaviyə olmuşdur!



[1] «Əl-xərac», səh.23.

[2] Yenə orada; «Əl-əmval», Əbu Übeyd, səh.332; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.63.

[3] Yenə orada.

[4] «Sünəni Beyhəqi», 6-cı cild, səh.343.

[5] Yenə orada. Sonra Şafei belə demişdir: Bu hədisi Əbdül-Əziz ibni Məhəmməd üçün bəyan etdim. O dedi: Ravi düz demişdir və Cə`fər (imam Sadiq ) onu bu cür bəyan etmişdir.

[6] «Təbəqati ibni Sə`d», Avropa çapı, 5-ci cild, səh.289.

[7] Yenə orada.

[8] «Müstədrəki Hakim» və onun xülasəsi haşiyədə, 3-cü cild, səh.442; «Təbəqati ib ni Sə`d», Avropa çapı, 7-ci cild, 1-ci hissə, səh.18; «Istiy`ab», 1-ci cild, səh.118; «Us dul-ğabə», 2-ci cild, səh.36; «Tarixi Təbəri», Avropa çapı, 2-ci cild, səh.111; «Tarixi ib ni Əsir», Avropa çapı, 3-cü cild, səh.391; «Tarixi Zəhəbi», 2-ci cild, səh.223; «Tari xi ibni Əsir», 8-ci cild, səh.47; «Təhzibut-təhzib», 5-ci cild, səh.288. Həmçinin «Həkə min tərcümeyi-halı», «Təqribut-təhzib», 1-ci cild, səh.192; «Cəvamius-sirə», səh.306-ya baxa bilərsiniz.

[9] «Usdul-ğabə», 2-ci cild, səh.164, Rəbinin tərcümeyi-halı.

[10] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.80.

[11] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.288.

  573
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment