Azəri
Sunday 21st of April 2019
  604
  0
  0

YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi artıq bizə mə᾽lum oldu. İndi isə bu haqda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Günlərin bir günündə bir nəfər şəxslə səfərə çıxdım. O hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş çıxmazdan əvvəl gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün qürub edərkən, sübh namazını isə dan yeri söküləndə qılardım. O, mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl, çünki günəş üfüqdə bizim üzərimizdə görünməzdən əvvəl başqaları onu bizdən tez görür və axşamlar bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ də qürub etməyir. İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»

Göründüyü kimi, həmin şəxs burada şərq və qərb arasında fərq qoymaqla yer kürəsinin dairəvi olduğuna işarə edir. İmam Sadiq (ə) da öz növbəsində onun dediklərini təsdiq edir və eyni zamanda buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir.

2. İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı edərdi: «Allah gecə və gündüz üçün müəyyən hədd və ölçü tə᾽yin etmişdir. Onlardan hər birini digərinə daxil edir və eyni zamanda digərindən o birinə qovuşdurur.»

İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq gündüzün gecə, gecənin də gündüzlə əvəz olunmasını çox zərif ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur.

ziləri belə güman edə bilər ki, İmam Səccad (ə) gecənin gündüzə, gündüzün də gecəyə daxil olmasını (bir-birilə əvəz olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması olmuşdur. Bu isə tamamilə yanlış bir fikirdir. Çünki əgər İmam yalnız hamının dərk edə bildiyi bir məsələni, yəni gündüzün uzanmasını və gecənin qısalmasını və ya bunun əksini bəyan etmək istəsəydi, «onlardan (gecə və gündüz) hər birini digərinə daxil edir» deməklə kifayətlənər və əlavə olaraq «və eyni zamanda digərini də o birinə qovuşdurur» ifadəsindən də istifadə etməzdi. Çünki bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. Buna əsasən deməliyik ki, ikinci cümlə hal formasında işlənmişdir. Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul etmiş olaq.

NƏTİCƏ

Qur᾽anın mö᾽cüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz dəlillərlə kifayətlənirik. Artıq cəsarətlə deyə bilərik ki, Qur᾽an bəşəriyyətin bacarıq və iste᾽dadından xaric olan ilahi bir vəhy toplusudur.

Qur᾽anın ilahi vəhy olduğunu sübuta yetirmək üçün, İslamın bəşəriyyət üçün Əli ibni Əbi Talib (ə) kimi bir şəxsiyyət yetişdirməsini dəlil gətirmək kifayət edər.

Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və hikmətli kəlamlarını) dərk etməyi özlərinə böyük iftixar bilirlər. Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə edirlər. Onun söylədiyi ifadələr qarşısında nə bir şəxs yeni nəzər verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər.

 Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən birini mütaliə etdikdən sonra belə güman edə bilərlər ki, haqqında söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş və bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa vurmuşdur. Lakin onun elm və zəkası ilahi vəhy məktəbindən qaynaqlanmışdır. Ərəbistan yarımadasının, xüsusilə də Hicazın o günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir nəticəyə gələcəkdir ki, Əli (ə) öz elmini Peyğəmbərə (s) iman gətirdiyi ilk gündən e`tibarən ilahi vəhy məktəbindən əxz edə bilmişdir.

Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi gözəl ifadələrdən birində deyir: «Nəhcül-bəlağə, Xaliqin dediklərindən aşağı, məxluqun [insanların] dediklərindən olduqca üstündür.»

Əlinin (ə) məqamını yalnız o zaman dərk etmək olar ki, onun yiyələndiyi elmlərlə, xüsusilə də fəsahət və bəlağət elmləri ilə tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş, hətta düşmənlərini də bu e᾽cazkarlıqları e᾽tiraf etməyə vadar etmişdir. Elmlə yanaşı o, özünün iman və təqvası ilə də fərqlənərək kamil insan simvoluna çevrilmişdir. O, eyş-işrətə və dünya ləzzətlərinə göz yumar, hər zaman təqvanı me᾽yar tutardı. Hakimiyyət məsələsi meydana çıxdıqda, Əbu Bəkrin idarəetmə üsulunu qəbul etmək şərtilə xilafəti ona təqdim etməyə hazır olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun, haqq-ədaləti hər şeydən üstün tutur, dövlət idarəetmə üsulunu yalnız Qur᾽anda görürdü. Əli (ə) xilafətət gəldikdə, öz mövqeyini möhkəmləndirmək üçün, Müaviyənin hətta bir gün də olsun Şamdakı hakimiyyətinə razı olmurdu. Çünki o, bunun acınacaqlı aqibətini əvvəlcədən görür və nə ilə nəticələnəcəyini çox gözəl şəkildə dərk edirdi.

 

 

  604
  0
  0
امتیاز شما به این مطلب ؟

آخر المقالات

      السيد محمد تقي الخونساري
      السيد محسن الأمين العاملي
      الشيخ عبد الحسين البغدادي
      الشيخ محمد جواد البلاغي
      السيد حسن الصدر
      المؤاخاة من السياسة الداخلية الحكيمة للرسول الأكرم ...
      كيف تكتب بحثا أو رسالة ماجستير أو دكتوراه
      الأدب النبوي
      ترتيلات عاشورائية.. وعطاءات المدرسة الحلِّية
      لغة القرآن إعراب سورة الكوثر

 
user comment