Azəri
Wednesday 26th of June 2019
  522
  0
  0

OSMANIN QOHUM-ƏQRƏBASINIn TUTDUĞU MÖVQE

OSMANIN QOHUM-ƏQRƏBASINIn TUTDUĞU MÖVQE

1-Osmanın xala oğlusu və süd qardaşı Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh.

Hakim «Müstədrək» kitabında yazır: O, Peyğəmbərin katibi idi ki, yazıda xəyanəti aşkar olduqda Peyğəmbər onu bu iş­dən götürdü. O, Islamdan çıxaraq məkkəlilərə qoşuldu və on­lara dedi: «Mən Mühəmmədi istədiyim kimi istiqamət­lən­di­rir­­dim, o, məni «əzizun həkimun» - deyə imla etdiyi zaman, mən deyirdim ki, ya «əlimun həkimun», o deyirdi: «Bəli, ha­mı­sı düzdür.» Nəhayət Allah-taala onun barəsində «Ən`am» surə­sinin 93-cü ayəsini nazil etdi:

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

"Allahın adından yalan danışan, yaxud "heç bir şey vəhy olunmadığı hal­da mənə vəhy olunur" - deyən, yaxud "mən də onun nazil etdiyi şeylər ki­mi­sini nazil etməyə qadirəm" - deyən şəxslərdən də zalım şəxs var­mı?! Əgər görsəydin, zalımlar ölüm astanasında qərar tutduğu zaman mə­ləklər əllərini açaraq onlara "Öz canlarınızı çıxardın, bu gün Al­laha bağladığınız yalanlara, Onun ayələrinə nisbət verdiyiniz təkəb­bür­lüyə görə xaredici cəzaları görün!" - deyərlər."

Buna görə də Peyğəmbəri Əkrəm ¡ onun qanını hə­dər saymışdır. Məkkəni fəth edərkən dörd kişi və iki qa­dın­dan başqa, bütün insanlara aman verdi. Buyurmuşdu ki, on­lar hətta əgər Kə`bə pərdəsinin altında tapılsalar belə, öl­dürülməlidirlər! Onlardan biri də həmin Əbdüllah idi ki, Os­manın yanına getdi. Osman onu gizlətdi və Məkkə əhalisi aman tapdıqdan sonra onu Peyğəmbərin yanına gətirib onun üçün aman istədi. Peyğəmbər bir müddət sükut etdikdən sonra «yax­şı» - deyə buyurdu. Osman çölə çıxdıqdan sonra Peyğəmbər ¡ öz ətrafındakılara buyurdu: «Mən yalnız buna görə sü­kut etdim ki, biriniz ayağa qalxıb onun boynunu vursun.» Ən­sardan bir nəfər dedi: «Ya Rəsuləllah! Nə üçün mənə işa­rə etmədin?» Buyurdu: «Işarə etmək Peyğəmbərə yaraşan iş de­yil.»[1]

Məhz bu Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh Osman xila­fə­tə çatan zaman Misrin hakimi Əmr ibni Ası xərac ida­rə­sin­dən kənarlaşdırdı, onu camaat namazı qılmaq və ordu işin­də saxladı. Əbdüllahı da Xərac işinə tə`yin etdi. On­lar bir-birilə dalaşdığı zaman Əmr Ası namaz qılmaq işin­dən götürdü və namazı da Əbdüllahın işlərinə artır­dı. Əbdüllah Osmanın ölümündən sonra Müaviyəni bəyənmədi və ondan kənara çəkilərək dedi: «Mən Osmanın qətlə yeti­ril­məsini istəyən bir şəxslə bir yerə yığışmaram!» Bundan son­ra imam Əli -ın xilafəti dövründə Rəmlədə vəfat etdi. Zəhə­bi deyir: «O, bir hədis rəvayət etmişdir.»[2]

2-3-OSMANIN ƏMISI HƏKƏM IBNI ƏBIL-ASIN OĞLANLARI-MƏRVAN VƏ HARIS

Bilazəri yazır: Həkəm ibni Əbil-as cahiliyyət dövründə Pey­ğəmbərin qonşusu idi və Islam dövründə o həzrətə verdiyi əzab-əziyyət daha çox artmışdı. Həkəm Mədinəyə Məkkənin fət­hindən sonra gəlmişdi və həmin halda da düzgün dinə ma­lik deyildi. Belə ki, bə`zən Peyğəmbərin arxasınca yol ge­dir və onu yamsılayırdı. Peyğəmbər namaz qılanda onun arxa­sın­da dayanır və öz barmaqları ilə onu məsxərə edirdi. Nə­ha­yət bir gün Peyğəmbərin evində axtarış aparmağa başladı və həzrət onu tanıyıb əsa ilə qovdu və buyurdu: «Kim məni bu kərtənkələnin şərindən qurtarar?! (Sonra buyurdu:) O və onun övladları mənim yanımda olmamalıdırlar!» Bundan son­ra onların hamısını Taif şəhərinə sürgün etdi. Peyğəmbər və­fat etdikdən sonra Osman Əbu Bəkrdən xahiş etdi ki, onu Mə­dinəyə gətirsin, amma Əbu Bəkr qəbul etməyib dedi: «Mən elə bir adam deyiləm ki, Peyğəmbər tərəfindən sürgün olu­nanlara pənah verəm!« Ömər xilafətə çatan zaman Osman öz is­təyini yenidən təkrarladı, o da Əbu Bəkrin sözünü dedi. Nəhayət özü xilafətə çatan zaman onu Mədinəyə gətirdi.»[3]

O, Mədinəyə paltarları cırılıb köhnəlmiş halda daxil ol­du və o zaman qabağında bir keçini də gətirirdi. Camaatın ha­mı­sı ona baxırdı. O gəlib xəlifənin yanına daxil oldu. Çox çəkmədi ki, xəz jiletdə və fəxrli bir qəbada çölə çıx­dı.[4]

Həmin günün axırında Osman müsəlmanların bazarında ver­gi və sədəqə işlərinə baxan şəxsə dedi: «Bu işləri Hə­kə­mə tapşır.»[5] Sonra onu Qüzaə qəbiləsinin vergi və sədəqə­lə­rinin toplanmasına tə`yin etdi ki, onların miqdarı üç yüz min dirhəmə çatırdı. O qayıtdıqda, Osman həmin pulların hamısını onun özünə bağışladı[6] və dünyadan getdikdə, onun qəbrinin üzərində bir xeymə qurdu.[7]

Həkəmin oğlu Mərvan Osmanın qızı Ümmü Əbanı aldı. Onun digər bir oğlu Haris də Osmanın Ayişə adlı bir qı­zı ilə evləndi. Peyğəmbər ¡ çoxlu hədislərdə Həkə­mi[8] və onun övladlarını lə`nətləmiş, məzəmmət edərək buyur­muş­du: "Vay olsun mənim ümmətimə! Bunun (Həkəmin) sülbündə olanların əlin­dən!"[9]

Həmçinin buyurmuşdu: "Allahın lə`nəti ona və onun sülbündən gə­l­ən kəslərə olsun! Yalnız onlardan az saylı mö`minlər istisnadır."

Yenə buyurmuşdur: "Hər vaxt Əbil-as övladları otuz nəfərə çat­salar, Allahın dinini pusqu, Allah bəndələrini qul edər və Allah ma­lını özlərinə sərf edərlər."

Yenə buyurmuşdur: "Mən yuxuda gördüm ki, Əbil-asın övladları mey­mun şəklində mənim minbərimə dırmaşırlar!" Peyğəmbər ¡ bun­dan sonra ömrünün axırına qədər gülərüz müşa­hidə olun­madı.[10]

Həmçinin Hakim Əbdür-Rəhman ibni Ovfun belə dediyini nəql edir: Elə bir körpə dünyaya gəlmirdi ki, onu Peyğəm­bə­rin yanına gətirməsinlər və o həzrət onlar üçün dua etməsin. Am­ma Mərvan ibni Həkəmi gətirdikləri zaman Peyğəmbər buyur­du: "Bu, kərtənkələ oğlu kərtənkələ, məl`un oğlu məl`undur!"[11]

Bura qədər üç xəlifənin xüms və Peyğəmbərin mirası barə­sindəki ictihadlarını qeyd etdik.



[1] «Müstədrəki Hakim», 3-cü cild, səh.100; «Usdul-ğabə», 3-cü cild, səh.173; «Təfsiri Kəş­şaf», 2-ci cild, səh.35; «Ənsabul-əşraf», 5-ci cild, səh.49; «Sünəni Əbi Davud», 4-cü cild, səh.128; eləcə də «Təfsiri Qurtubi», «Təfsiri Razi», «Təfsiri Beyzavi», «Təf­si­ri Xazin», «Təfsiri Nəsəfi», «Təfsiri Şovkani», həmin ayənin təfsirində.

[2] «Siyəru ə`lamin-nübəla», 3-cü cild, səh.23-24.

[3] «Ənsabul-əşraf», 5-ci cild, səh.27.

[4] «Tarixi Yə`qubi», 5-ci cild, səh.163.

[5] Yenə orada, 2-ci cild, səh.168.

[6] «Ənsabul-əşraf», 5-ci cild, səh.28.

[7] Yenə orada, 5-ci cild, səh.səh. 27.

[8] Yenə orada, 5-ci cild, səh.126; «Müstədrəki Hakim», 4-cü cild, səh.481.

[9] «Usdul-ğabə», 2-ci cild, səh.34, Həkəmin tərcümeyi-halı.

[10] «Müstədrək», 4-cü cild, səh.479-481.

[11] Yenə orada.

  522
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment