Azəri
Tuesday 26th of March 2019
  610
  0
  0

Osmanın dövründə:

2-Osmanın dövründə:

Ibni Əsir öz «Tarix» kitabında yazır: Osman Afrikanın fəth olunduğu dövrdəki ilk ilin xümsünü Əbdüllah ibni Əbi Sə rəhə bağışladı, ikinci fəthin xümsünü isə (bu, bütün Af ri kanın fəth olunması ilə nəticələndi) Mərvana hədiyyə etdi.[1]

Ibni Əbil Hədid yazır: «Osman Afrikanın fəthində qərb dəki Trablosdan Təmcəyə qədər Allahın Islama nəsib et diyi qənimətlərin hamısını Əbdüllah ibni Əbi Sərəhə ba ğış ladı, müsəlmanlardan bir kəsi belə, onda şərik etmədi!»[2]

Təbəri yazır: Osman Əbdüllah ibni Sə`d ibni Əbi Sərəhi Af rikaya göndərdiyi zaman onun Cər-cir adlı bir məntəqədə on larla razılaşma məbləği bir milyon beş yüz iyirmi min di nar qızıl pula çatırdı. O deyir: Əbdüllah ibni Sə`din müsa lihə etdiyi məbləğ üç yüz qintar qızıl idi ki, Osman onu Həkəm övladlarına, yaxud Mərvana bağışladı.»[3]

Ibni Əbdül-həkəm «Fütuhu Afrika» kitabında yazır: Mü a viyə ibni Xüveyc afrikalılarla üç dəfə müharibə etdi ki, bi rin ci müharibə 34-cü hicri ilində, Osmanın öldürül mə sin dən öncə baş vermişdi. Osman bu müharibənin xümsünü Mər va na bağışladı. Bu bir qəzvə idi ki, camaatın əksəriyyəti on d an xəbərsiz qalmışdılar.[4]

Bilazəri Osmanın sirəsində inkar olunan halları zikr edərkən, Süyuti də «Tarixi xüləfa» kitabında deyir: «O, Af ri ka qənimətlərinin xümsünü Mərvana bağışladı.»[5]

Əbdüllah ibni Zübeyrdən belə nəql olunmuşdur: «Osman 27-ci hicri ilində bizi Afrika müharibəsinə göndərdi və Əbdüllah ibni Əbi Sərəh çoxlu qənimət əldə etdi, Osman onun xümsünü Mərvana bağışladı.»[6]

Rəvayət olunmuşdur ki, Mərvan Mədinədə özünə bir ev tikdikdən sonra camaatı yeməyə çağırdı və onlara dedi: «Allaha and olsun ki, bu evin tikilişində müsəlmanların malından bir dirhəm, yaxud ondan artığını xərcləməmişəm.» Də`vət olunanlardan biri – Misvər dedi: «Əgər sən öz yemə yi ni yeyib sakit qalsaydın, sənin üçün daha yaxşı olardı. Çün ki sən həmin şəxssən ki, bizimlə Afrikada vuruşurdun, sə nin mal-dövlətin, qulamların və köməkçilərin bizdən az idi. Nə hayət Ibni Əffan (Osman) Afrikanın xümsünü sənə bağış la dı, sədəqələrin və maliyyatların işçisi oldun və müsəl man ların mal-dövlətini mənimsədin.»[7]

Əsləm ibni Ovs Saidi Osmanın Bəqidə dəfn olunmasına ma ne oldu. O, bu barədə belə deyir:

اُقْسِمُ بِاللّهِ رَبِّ الْعِبَا                        دِ مَا تَرَكَ اللّهُ خَلْقًا سدَى

دَعَوْتَ اللَّعِينَ فَاَدْنَيْتَهُ                        خِلاَفًا لِسُنَّةِ مَنْ قَدْ مَضَى

وَاَعْطَيْتَ مَرْوَانَ خُمُسَ الْعِبَادِ              ظُلْمًا لَهُمْ وَحَمِيتَ الْحمَى

"Bəndələrin Pərvərdigarı olan Allaha and içirəm:

Allah heç bir bəndəni boş buraxmamışdır.

Sən (Osman) o məl`unu (Həkəmi) çağırıb özünə yaxınlaşdırdın.

Və bu rehlət edən şəxsin (Peyğəmbərin) sünnəsinin əksinə idin.

Bəndələrin xümsünü Mərvana bağışladın.[8]

Onlara zülm etdin, Həmçinin, qorunan bir məntəqəni öz malın etdin."[9]

«Əğani» kitabında deyilir: Mərvan o xümsü beş yüz minə müa milə etdi və Osman həmin məbləği də ona bağışladı. Bu, hə min hallardandır ki, ona irad tuturdular. Əbdür-Rəhman ib ni Həmdan da onun barəsində belə şe`r qoşmuşdur...[10]

Bunlar üçüncü xəlifə Osmanın xüms barəsindəki şəxsi ic tihadları idi. Amma onun Peyğəmbərin mirası barəsindəki ic ti hadlarına gəldikdə isə, Əbül-fida və Ibni Əbdi Rəbbih be lə demişlər: «Osman Peyğəmbərin sədəqəsi olan və Fati mə nin Əbu Bəkrdən tələb etdiyi Fədəki Mərvanın ixtiyarına ver di».[11]

Ibni Əbil Hədid yazır: «Osman Fədəki Mərvanın ixtiya rı na verdi, halbuki, Fatimə Peyğəmbərin vəfatından son ra onu bir dəfə miras ünvanı ilə, bir dəfə də Peyğəm bə rin hədiyyəsi ünvanı ilə Əbu Bəkrdən tələb etmiş və onun istə yinə cavab verilməmişdi.»[12]

Əbu Davud və Beyhəqi öz «Sünən» kitablarında Ömər ibni Əb dül-Əzizdən rəvayət edirlər ki, o, Fədəkin barəsində belə demişdir: «Ömər hakimiyyətə çatan zaman onunla keçmiş də ki lər kimi rəftar etdi və vəfat edən zaman Osman onu Mər va nın ixtiyarına qoydu.»[13]

Beyhəqi bu rəvayətin hamısını qeyd etdikdən sonra deyir: Fədək Osman ibni Əffanın dövründə bəlkə də ona görə Mər va nın ixtiyarında olmuşdur ki, Osman Peyğəmbərə mənsub edi lən rəvayətdə tə`vil və ictihad etmişdi. O rəvayətdə belə deyi lir: «Hər vaxt Allah ruzidən hər hansı bir payı Peyğəm bərə nəsib etsə, o pay onun canişini üçün olacaqdır. Və o (Os man) öz sərvəti ilə ondan ehtiyacsız olduğu zaman onu öz qo hum-əqrəbasının ixtiyarına verdi və onunla sileyi-rəhim haq qını ödədi.»

Ibni Əbdü Rəbbih və Ibni Əbil Hədid yazırlar: Peyğəm bəri Əkrəm ¡ Mədinə bazarındakı «Məhruz» adlı yeri müsəlmanlara vəqf etdi. Osman isə onu Mərvanın qardaşı Haris ibni Həkəmin ixtiyarına verdi.[14]

Bunlar xəlifə Osmanın xüms və Peyğəmbərin mirası barə sindəki ictihadları idi ki, bizim əlimizə gəlib çatmışdır. Amma camaatın onunla düşmənçiliyinin səbəbinə gəldikdə isə, aşağıdakı iki mövzudan ibarətdir:

Birincisi budur ki, ondan əvvəlki iki xəlifə bu əmvalı ümumxalq istifadəsinə verirdilər. Osman isə onu öz qohum-əqrəbalarına məxsus etdi.

Ikincisi, onun qohum-əqrəbasının Islam və müsəlmanlar qarşısında tutduğu aşağıdakı mövqelərdir:



[1] «Tarixi ibni Əsir», Avropa çapı, 3-cü cild, səh.71, Misrin 1-ci çapı, 3-cü cild, səh.35.

[2] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid, 1-ci cild, səh.67.

[3] «Tarixi Təbəri», Avropa çapı, 1-ci cild, səh.2818; «Tarixi ibni Əsir», Misrin 1-ci çapı, 3-cü cild, səh.35.

[4] «Fütuhi Afrika», səh.58-60.

[5] «Ənsabul-əşraf», 5-ci cild, səh.25; «Tarixi xüləfa», səh.256.

[6] Yenə orada, 5-ci cild, səh.27.

[7] Yenə orada, 5-ci cild, səh.28.

[8] Şair burada xumsu «bəndələrin xumsu» adlandırır. Çünki Əbu Bəkrin və Ömə rin dövründə adət üzrə xumsu bəndələrin xumsu hesab edir və ona Allaha, Peyğəmbərə və Peyğəmbərin yaxın adamlarına vermirdilər.

[9] «Ənsabul-əşraf», 5-ci cild, səh.38.

[10] «Əğani», 6-cı cild, səh.57; «Tarixi Əbil-fida», 1-ci cild, səh.233; «Məarif», Ibni Qüteybə, səh.84; «Əqdül-fərid», 2-ci cild, səh.283.

[11] «Tarixu Əbil-fida», 11-ci cild, səh.232; «Əqdül-fərid», 4-cü cild, səh.273, bu ta rix çilər Əbu Bəkrin rəvayətinə istinad edərək Fədəki «Peyğəmbərin sədəqəsi» hesab et mişlər.

[12] «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67.

[13] «Sünəni Əbi Davud», 2-ci cild, səh.49-50. «Xərac» kitabından «Səfaya Rəsulil lah» bölməsindən; «Sünəni Beyhəqi», 6-cı cild, səh.310.

[14] «Əqdül-fərid», 4-cü cild, səh.283; «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67, orada «Bəhruz» ibarəti təhrif olunmuşdur. Eləcə də «Mühazirati Rağib», 2-ci cild, səh.211; «Məarif», Ibni Qüteybə, səh.84; Mavərdi və Əbu Yə`la da Peyğəmbərin hərəkətini bəyan edərkən yazırlar: Osmaq Məhruzu Mərvanın ixtiyarında qoydu.

  610
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment