Azəri
Tuesday 26th of March 2019
  502
  0
  0

PEYĞƏMBƏR ¡-IN ONA HƏDIYYƏ ETDIYI ŞEYLƏR BARƏSINDƏ

1-PEYĞƏMBƏR ¡-IN ONA HƏDIYYƏ ETDIYI ŞEYLƏR BARƏSINDƏ

Peyğəmbəri Əkrəm ¡ "Və ati zəl-qurba həqqəh" - "Öz qo hum-əqrəbanın haqqını ver!"[1]-ayəsi nazil olduqdan sonra Fədəki Fa ti məyə bağışladı. Vəfat etdiyi bir zaman xilafətə hakim olan hey`ət Fədəki və Peyğəmbərdən qalan başqa şeyləri müsa di rə etdi. Fatimeyi-Zəhra da onlarla münaqişəyə başladı və özünün bu əmlakdan istifadə etməsinin səhihliyinə bir ki şi və bir qadını «Peyğəmbər onu öz həyatında ona bağış la mış dır» - deyə şahid gətirdi. Amma onlar bu şəhadəti qə bul et mə dilər və belə bəhanə gətirdilər ki, şahidlər la zım olan həd də deyildirlər. Fədəkin Fatimə -ın tə sər rüf və isti fa dəsində olması dəlillərindən biri də Imam Əli -ın Bəs rənin hakimi Osman ibni Hüneyfə yazdığı mək tubdur.[2]

بَلَى كَانَتْ فيِ اَيْدِينَا فَدَكٌ مِنْ كُلِّ مَا اَظَلَّتْهُ السَّمَاءُ، فَشَحَّتْ عَلَيْهَا نُفُوسُ قَوْمٍ، وَسَخَتْ عَنْهَا نُفُوسُ قَوْمٍ آخَرِينَ، وَنِعْمَ الْحَكَمُ اللّهُ

"Bəli, asimanın kölgə saldığı hər bir şey içərisində yalnız Fədək bi zim əlimizdə idi ki, bir qrup ona paxıllıq etdilər, başqa bir qrup da (Əhli-beyt) onu səxavətcəsinə boşladılar. Allah necə də yaxşı ha kim dir!"

2-PEYĞƏMBƏR ¡-IN MIRASI BARƏSINDƏ

Peyğəmbər ¡-in tərəkəsinə daxil olan torpaq sahə ləri:

1-Müxeyriqin o həzrətə bağışladığı və hədiyyə etdiyi yed di bağ.

2-Mədinə ənsarının Peyğəmbərə bağışladığı örüşlər və əkin sahələri.

3-Bəni-nəzir xurmalıqları və əkin sahələri.

4-Hicazın təravətli və yaşıl məntəqəsində olan Xeybər əra z ilərinin məcmu halında olan otuz altı payından olan on səkkiz pay.

5-«Vadil-qura» xurma bağları və əkin sahələri.

Peyğəmbər ¡-in vəfatından sonra xəlifə Əbu Bəkr ra vi si yalnız özü olan bir hədisə istinad etməklə on ların ha mı sını öz ixtiyarına keçirərək dedi: «Peyğəmbər buyur muş dur ki, bizdən irs aparılmır, bizdən qalan hər bir şey sədə qə dir. Və guya Peyğəmbər buyurmuşdur ki, Allah-taala hər vaxt bir Peyğəmbərə bir şey əta etsə, onu canişinin öhdə si nə qoyar.»

Imam Əli və Fatimeyi-Zəhra £-ın Qur`anın aşkar şə kil də buyurduğu ayələri dəlil gətirdilər, eləcə də əv vəl ki peyğəmbərlərdən irs aparılmasına və irs qanunlarının ümu mi olmasına istinad etdilər. Fatimeyi-Zəhranın ənsardan və onların seçilmişlərindən kömək istəməsi heç bir fayda ver mədi və iş o yerə çatdı ki, o həzrət Əbu Bəkr və Ömərə qəzəb ləndi. Vəfat etdiyi zamana qədər də onlarla danışmadı və onlardan narazı qaldı.

3-“ZIL-QURBA” PAYI BARƏSINDƏ

Fatimeyi-Zəhra «zil-qurba» payını Əbu Bəkrdən tələb edə rək dedi: «Sən yaxşı bilirsən ki, bizə zülm etmisən... Son ra «və`ləmu ənnəma ğənimtum»[3] - ayəsini ona tilavət etdi. Lakin Əbu Bəkr onu qəbul etməyərək «zil-qurba» payını silah və mi nik alınmasına xərclədi ki, zəkat verməyənlərlə aparılan mü ha ribədə onlardan istifadə etsin. Fatmeyi-Zəhra ona dedi: "Elə bir şeyi ələ keçirmək istəyirsən ki, Allah onu asi mandan nazil et mişdir və onu bizdən əsirgəmisən!"

XƏLIFƏLƏRIN XÜMSÜ, PEYĞƏMBƏRIN TƏRƏKƏSINI VƏ FƏDƏKI ƏLƏ KEÇIRMƏLƏRI

1-Əbu Bəkr və Ömərin dövründə

Əbu Yusifin «Xərac» kitabında, Nəsainin «Sünən» kita bın da, Əbu Übeydin «Əmval» kitabında, Beyhəqinin «Sünən» ki ta bında və Cəssasın «Təfsirul-Qur`an» kitabında Həsən ib ni Məhəmməd ibni Hənəfiyyədən rəvayət olunmuşdur ki, o, be lə demişdir: Camaat Peyğəmbərin vəfatından sonra o həz rətin səhmi ilə «zil-qurba» səhmi barəsində ixtilafa düçar ol du lar. Onlardan bir qrupu dedilər: «Peyğəmbərin payı ondan son rakı xəlifəyə məxsusdur.» Başqa bir qrup isə belə dedi lər: «Zil-qurba payı Peyğəmbərin qohum-əqrəbalarına məxsus dur.» Başqa bir qrup isə belə dedilər: «Zil-qurba payı Pey ğəm bərdən sonrakı xəlifənin qohum-əqrəbasına məxsusdur.» Nə ha yət belə qərara aldılar ki, bu iki səhmi silah və minik alın masına sərf etsinlər.

«Sünəni Nəsai» və Əbu Übeydin «Əmval» kitabında deyi lir: Bu iki səhm Əbu Bəkrin və Ömərin xilafəti dövründə daim silah və minik alınmasına sərf edilirdi.[4]

Ibni Abbasın rəvayətində isə deyilir: Allahın və Pey ğəmbərin səhmi bir səhm hesab olundu, «zil-qurba» payı silah və minik almağa sərf edildi, yetimlərin, miskinlərin və yol da qalanların payları isə onlardan başqasına verilmədi.»[5]

Başqa rəvayətdə deyilir: «Allah-taala Öz Peyğəmbərinin ca nı nı aldığı vaxt Əbu Bəkr Peyğəmbərin qohumlarının pa yı nı beytül-mala qaytardı və müharibə işlərinə sərf etdi.»[6]

Qütadə ona verilən «zil-qurba payı necə oldu?» - sualına ca vab olaraq deyir: Bu pay Peyğəmbərin ruzisinin yolu idi və və fat etdiyi zaman Əbu Bəkr və Ömər onu müharibə işlərinə məx sus etdilər.[7]

Bəlkə də Cübeyr ibni Müt`imin də məqsədi bu olmuşdur. O, belə deyir: Əbu Bəkr Peyğəmbərin öz qohum-əqrəbasına verdiyi şeyləri onlara vermirdi.[8]

Bu rəvayətlərdə qeyd olunanlar həmin məsələlərlə əlaqədar işin əvvəlinə, xüsusilə Əbu Bəkrin dövrünə aid idi. Belə ki, hakim siyasət bu sərmayənin mübariz qrupların məğlub edil məsi üçün göndərilən qoşuna, eləcə də zəkatı hakim qru pa verməkdən imtina edənlərlə, o cümlədən: Malik ibni Nü vey rənin[9] və Kində qəbilələrinin[10] məğlub edilməsinə xərc olu nurdu. Çünki onlar zəkatın necə verilməsində anla şıl maz lığa düçar olmuşdular və hakim hey`ət onları mürtəd ad lan dırdı! Amma bu qrupların məğlub edilməsindən sonra xi la fət aparatı bir ordu təşkil edərək ölkə sərhədlərini ge niş ləndirməyə başladı, fəthlər zamanı mal-dövlət və sərvət art dı, qənimətlərin xümsü müsəlmanların – Bəni Haşim və qey ri ləri arasında – bölüşdürüldü. Peyğəmbərin mirasının bir qismi Bəni Haşimə qaytarıldı ki, sədəqə ünvanı ilə onu pay la sınlar.

Cabir deyir: Xəlifə xümsü Allah yolunda aparılan müha ri bəyə və gözlənilməz hadisələrə sərf edirdi. Mal-dövlət ço xa lan zaman onu başqa yerlərdə istifadə etməyə başladılar.[11]

Çoxlu rəvayətlərin zahiri mə`nası budur ki, xümsün məs rəf edilməsinin dəyişdirilməsi Ömərin dövründə baş ver miş di... O, qərara almışdı ki, xümsün bir hissəsini Bəni Ha şi mə versin. Onlar da bu şərtlə qəbul etdilər ki, pay la rı nın hamısını alsınlar. Bu məsələ Ibni Abbasın Nəcdə Hə ru riyə verdiyi cavabda qeyd olunmuşdur. Nəcdə soruşmuşdu: «Zil-qurba payı kimə məxsusdur?» Ibni Abbas demişdi: «Biz deyir dik ki, «zil-qurba» və Peyğəmbərin yaxın adamları biz lə rik.»[12] Bizim qövmümüz onu qəbul etməyib dedilər ki, Qüreyş hamısı Peyğəmbərin «zil-qurba»sı və qohum-əqrəbasıdır.[13]

Başqa rəvayətdə deyilir ki, Ibni Abbas dedi: «Zil-qurba pa yı Peyğəmbəri Əkrəm ¡-in qohumları üçündür və o həz rət bu payı onların arasında bölüşdürdü, lakin Ömər on la rın bir qismini bizə verdi ki, biz də onu öz haqqımızdan az gördükdə ona qaytardıq və onu qəbul etməkdən imtina et dik.»[14]

Digər bir rəvayətdə deyilir: «O pay biz Əhli-beytindir; Ömər bizdən istədi ki, onunla dullarımızı ərə verək, ehti yac lılarımızı tə`min edək, borclularımızın borcunu verək ki, biz qəbul etmədik. Yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizim özümüzə versin, amma o, qəbul etmədi, biz də boşladıq.»[15]

Digər bir rəvayətdə Ibni Abbas belə deyir: «Ömər xümsdan bi zim haqqımız olduğunu güman etdiyi miqdarı bizə verdi. Biz də onu qəbul etməyərək dedik: Xümsün beşdə biri «zil-qur ba» haqqıdır. Ömər dedi: – Allah-taala xümsü adlarını çək diyi siniflər üçün qərar vermişdir. Onların içərisində buna ən layiqlisi onların sayı və ehtiyacı ən çox olan la rı dır. O deyir: Bə`ziləri onu bizdən aldılar, bə`ziləri də boş la dılar.»[16]

Həmçinin Əbdür-Rəhman ibni Əbi Yə`la deyir: Əlini Əh ca ruz-Zeyt adlı bir yerdə gördüm və ona dedim: «Atam-anam sənə fəda olsun! Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı olan xüms payı barəsində nə etdilər?» Həzrət buyurdu: «Ömər de di ki, sizin bir haqqınız vardır, lakin mən inanmıram ki, əgər artarsa, hamısı sizin malınız olsun; indi əgər istə sə niz, sizin haqqınız olduğunu bildiyim miqdarı sizə verərəm.» Biz qəbul etmədik, yalnız bu şərtlə (qəbul edərdik) ki, onun ha mı sını versin. Amma o, hamısını bizə verməkdən imtina etdi.»[17]

Bə`zi rəvayətlərdə qeyd olunan «xəlifə Ömər Peyğəmbərin mirasının bir qismini Mədinədə Peyğəmbərin əmisi Abbasa və imam Əliyə verdi ki, onun işlərini öhdələrinə alsınlar» - rəvayəti zahirən həmin dövrlərdə olmuşdur.[18]



[1] «Isra» surəsi, 26-cı ayə.

[2] Osman ibni Hüneyf Əli -ın tərəfindən Bəsrədə vali idi ki, Təlhə və Zü beyr Cəməl müharibəsini tərtibə salmaq üçün oraya daxil olan zaman onu şəhərdən qov du lar və o, Müaviyənin xilafət dövründə Kufədə vəfat etdi.

[3] «Ənfal» surəsi, 41-ci ayə. Tərcüməsi: "Bilin ki, hər bir qəniməti əldə etsəniz, onun xumsu (beşdə biri) Allaha, Peyğəmbərə, onun yaxın qohum-əqrəbalarına, yetimlərinə və miskinlərinə və yolda qalanlarına məxsusdur.»

[4] «Xərac» kitabı, səh.24-25; «Sünəni Nəsai», 2-ci cild, səh.179; Əbu Übeydin «Əm val» kitabı, səh.332; «Təfsiri Təbəri», 10-cu cild, səh.6; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.62; «Sünəni Beyhəqi», 6-cı cild, səh.342-343.

[5] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[6] Yenə orada; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60; «qismətul-xums» babında deyilir: Qutadə onun oxşarını Əkrəmədən rəvayət etmişdir.

[7] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[8] «Sünəni Əbi Davud», «məvaziul-xums» babı; «Sünəni Beyhəqi», 6-cı cild; «zil-qur ba payı» babı; «Müsnədi Əhməd», 4-cü cild, səh.83; «Məcməüz-zəvaid», 5-ci cild, səh.341.

[9] Onun başına gələn əhvalatlar əvvəlki səhifələrdə qeyd olundu.

[10] Yenə orada.

[11] «Xərac», Əbu Yusif, səh.23; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.61.

[12] «Səhihi Müslüm», 4-cü cild, səh.198; «Müsnədi Əhməd», 1-ci cild, səh.248, 294, 304, 308; «Sünəni Darəmi», 2-ci cild, səh.225; «Muşkilul-asar», Təhavi, 2-ci cild, səh. 136 və 179; «Müsnədi Şafei», səh.183; «Hilyətul-övliya», Əbu Nəim, 3-cü cild, səh.205.

[13] Bu artıq hissə «Təfsiri Təbəri», 10-cu cild, səh.5; «Əl-əmval», Əbu Übeyd, səh.333-də qeyd olunmuşdur.

[14] «Müsnədi Əhməd», 1-ci cild, səh.224 və 320; «Sünəni Əbi Davud», 2-ci cild, səh.51; «Sünəni Nəsai», 2-ci cild, səh.177; «Sünəni Beyhəqi», 6-cı cild, səh.344 və 345.

[15] «Xərac», səh.23-24; «Məğaziyi Vaqidi», səh.697; «Əl-əmval», Əbu Übeyd, səh.333; «Sü nə ni Nəsai», 2-ci cild, səh.178; «Əhkamul-Qür`an», Cəssas, 3-cü cild, səh.63; «Lisanul-mizan», 6-cı cild, səh.148, Nəcdənin tərcümeyi-halı.

[16] «Əl-əmval», səh.235; «Kənzül-ümmal», 2-ci cild, səh.305.

[17] «Sünəni Beyhəqi», «zil-qurba payı» babı, 6-cı cild, səh.344; «Müsnədi Şafei», «qis mul-fey`» babı, səh.187.

[18] «Səhihi Buxari», «məğazi» kitabı, 2-ci cild, səh.125, 3-cü cild, səh.38; «Sünəni Əbi Davud», «xərac» kitabı, 3-cü cild, səh.47; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Tə bə qa ti ibni Sə`d», 8-ci cild, səh.28; «Müntəxəbi kKənzül-ümmal», 3-cü cild, səh.128.

  502
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment