Azəri
Wednesday 27th of March 2019
  677
  0
  0

Obamanın siyasətləri ürəkaçan deyil

Obamanın siyasətləri ürəkaçan deyil

İİR-nin təhlükəsizlik naziri Heydər Moslehi bəyan edib ki, hadisələr gedişatı ABŞ prezidenti Barak Obamanın fəaliyyətlərinin uğursuz olduğunu göstərir.
 İranın Təhlükəsizlik naziri bazar günü fevralın 28-də Tehranda Fələstinin Gələcəyi Uğrunda Milli-İslami Həmrəylik konfransında etdiyi çıxışında deyib: Obama dəyişiklik siyasətinin həyata keçirilməsini vəd etməsinə xilaf çıxaraq, Yaxın Şərq məsələlərinə müdaxilə etməyi qərara alıb və siyasətlərinin böyük hissəsini bu sahəyə yönəldib.

  İranlı nazirin sözlərinə görə, Yaxın Şərq regionunda təhlükəsizliyin əsas səbəblərindən biri əcnəbi qüvvələrin məhz özlərinin ekspansionist maraqları barədə düşünmələri və region məsələlərinə müdaxilə etmələri olmuşdur.

 Moslehi onu da qeyd edib ki ,cərəyan edən siyasi proseslər ABŞ-ın Yaxın Şərqdə müsəlman xalqlarının zərərinə sülh planını gerçəkləşdirməyə çalışdığını göstərir.
 ABŞ bu məsələni əsas tutaraq saziş və iranofobiya kimi planlar proqramlaşdırır. Amerika və sionistlər bir daha təzadlı bir strategiya ilə ikitərəfli bir koalisiya nəzərdə tutsalar da, onun altında ortaq məxrəcə gəliblər.

 İranın təhlükəsizlik naziri habelə ərəb ölkələrində o cümlədən Birləşmiş Ərəb Əmirliklərində müqavimət rəhbərlərinin qətlə yetirilməsini, Suriyanın təhdid edilməsi və ABŞ-ın regionda at oynatmasını Birləşmiş Ştatlar və Sionistlərin gərginlik yaratmaq planlarının tərkib hissəsi adlandırıb.

  677
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment