Azəri
Sunday 24th of March 2019
  545
  0
  0

QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ

QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ

QUR᾽AN VƏ DƏRS OXUMAMIŞ PEYĞƏMBƏR

Qur᾽ani-Kərimin bir çox ayələrində Peyğəmbərin (s) kimsədən dərs almamasına dəfələrlə işarə olunmuşdur. Peyğəmbər (s) özü də, böyüyüb boya-başa çatdığı qəbilə ilə ünsiyyətdə olarkən dəfələrlə bu həqiqəti onlara bəyan etmiş və bu haqda nazil olmuş Qur᾽an ayələrini onların qarşısında tilavət etmişdir. Onlar da hamılıqla bu həqiqəti qəbul etmiş, inkar etməyə heç bir dəlil tapa bilməmişlər.

O həzrət hətta ibtidai savad almamasına baxmayaraq, bəşəriyyətə hikmət dolu, alim və mütəfəkkirləri özünə cəlb edən, şərq və qərb filosoflarını heyran qoyan və qiyamət gününədək əbədi olaraq qalacaq ilahi vəhyi – Qur᾽anı özü ilə gətirdi.

* * *

Əgər bə᾽zi inadkar şəxslərin Peyğəmbər (s)-ın müxtəlif elm və fənlərə yiyələndiyinə dair irəli sürdükləri iddianı həqiqət olaraq qəbul etsək də belə, yenə irəli sürülən iddia cavabsız olaraq qalacaqdır. Çünki əgər Peyğəmbər (s) zəmanəsinin alim və bilicilərindən dərs alsaydı, öz də᾽vət və bəyanatlarında onların təcrübəsindən istifadə etməli idi. Amma tarixə nəzər saldıqda, biz bunun tam əksini müşahidə edirik.

Peyğəmbər (s) bütpərəstlik və xürafatla mübarizə aparır, təkallahlıq e᾽tiqadının əsasını qoyurdu. Peyğəmbərlə (s) müasir olanlar da ya bütpərəstlər, yaxud da Kitab əhli adlanan yəhudi və məsihilər idi. Peyğəmbər (s)-ın İslamın təbliğində onlardan bəhrələndiyini güman edənlər də sözsüz ki, böyük səhvə yol vermiş olurlar. Belə bir fərziyyəni yalnız o zaman qəbul etmək olardı ki, Qur᾽anın, Tövrat və İncillə mə᾽na və məfhum baxımından müəyyən bir oxşarlığı olmuş olsun. Həqiqət isə tam bunun əksinədir. Qur᾽an xürafat və yanlış e᾽tiqadlarla mübarizə aparır. Tövrat və İncilin ayələrində isə bundan savayı bir şey nəzərə çarpmayır. Qur᾽anın bəşəriyyətə təqdim etdiyi təkallahlıq, əxlaq, elm, mə᾽rifət prinsipləri «ətiqeyn» (Tövrat və İncil) də bir çox hallarda nəzərə çarpan xürafat və iftiralardan uzaq və oxşarsızdır. Qur᾽an tövhid və Allahtanıma prinsiplərinə xüsusi diqqət yetirir. Burada Allah-taala bütün eyb və nöqsanlardan münəzzəh tutularaq, Ona layiq olan ən gözəl sifətlərlə vəsf edilmişdir.

QUR᾽ANDA TƏKALLAHLIQ

وَقَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ بَل لَّهُ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ

«[Yəhudilər, xaçpərəstlər və müşriklər] dedilər: “Allah özü üçün övlad götürmüşdür.” Allah pak və müqəddəsdir [bu sözlərin Ona heç bir aidiyyatı yoxdur, O bütün eyb və nöqsanlardan xalidir]. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!» (Bəqərə 116).

وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ

«Sizin tanrınız tək olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimli və mərhəmətlidir.» (Bəqərə-163).

اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ

«Allahdan başqa heç bir tanrı yoxdur [Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa hamısı Onundur!» (Bəqərə-255).

إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

«Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz. Anaların bətnində sizə istədiyi surəti verən Odur! O qüdrət və hikmət sahibindən başqa heç bir tanrı yoxdur!» (Ali-İmran 5-6).

ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

«O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona itaət edin. O hər şeyə vəkildir. Gözlər Onu [görüb] dərk etməz, O, gözləri dərk edər.» (Ən᾽an 102-103).

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ قُلِ اللّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ فَأَنَّى تُؤْفَكُونَ

«De ki: Allah məxluqu yoxdan yaradır, sonra da [öldürüb yenidən] dirildir. Elə isə [haqdan] üz döndərirsiniz?» (Yunus-34).

وَهُوَ الَّذِي مَدَّ الأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

«Göyləri, gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta [dünyanın axırına, qiyamətə] qədər [səmada] dolanan günəşi və ayı [iradəsinə] tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. [Bütün bu dəlillərdən sonra] Rəbbinizlə qarşılaşacağınıza [qiyamət günü dirilib haqq-hesab hüzurunda duracağınıza] bəlkə inanasınız!» (Rə᾽d-3).

وَهُوَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْحَمْدُ فِي الْأُولَى وَالْآخِرَةِ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

«Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız.» (Qəsəs-70).

هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ  هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْأَسْمَاء الْحُسْنَى يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

«O özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və mərhəmətlidir! [Allah dünyada bütün bəndələrinə rəhm edən, Rəhman, axirətdə isə yalnız mö᾽minləri bağışlayan Rəhimdir!] O özündən başqa heç bir tanrı olmayan, [bütün məxluqatın] sahibi, müqəddəs və pak olan, [bəndələrinə] əmin-amanlıq, salamatlıq bəxş edən, [peyğəmbərlərini öz köməyinə] arxayın edən, [hər şeyə] göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, [hər işdə] qalib olub hökmü keçən [bəndələrinin işini yoluna qoyan, həm də onları istədiyi hər bir şeyə məcbur etməyə qadir olan] və [hər şeyin] fövqündə olan Allahdır! Ən gözəl adlar [əsmayi hüsna] ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsdiq edib, şə᾽ninə tə᾽riflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!» (Həşr 22-24)

Göründüyü kimi Allah-taala Qur᾽ani-Kərimdə ən gözəl ad və sifətlərlə vəsf edilmişdir. Belə ki, insan əqli dəlillərlə bütün bunları asanlıqla qəbul edir və ona tərəddüd etmədən iman gətirir.

Əziz oxucular! Özünüz nəticə çıxarın, kimsədən dərs almamış, həddindən artıq geri qalmış bir mühitdə yaşayan insan bu kimi ifadələri bəyan edə bilərdimi?

QUR᾽ANDA PEYĞƏMBƏRLİK

Qur᾽an keçmiş peyğəmbərlərin tarixi, mö᾽cüzələri, ismət və şəxsiyyətləri barəsində də dəyərli mə᾽lumatlar verir. Peyğəmbərlər ən gözəl xüsusiyyətlərlə vəsf və bütün mənfi xislət, adət-ən`ənələrdən uzaq bəyan edilmişdir.

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ...

«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz [pak] ne᾽mətləri halal, murdar [napak] şeyləri haram edər...» (Ə᾽raf-157).

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

«[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizləyər, onlara kitabı və hikməti [Qur᾽an və şəriəti] öyrədər.» (Cümə-2).

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ

«Və həqiqətən, səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir. Doğrudan da, sən böyük bir əxlaq sahibisən! [Böyük bir din üzərindəsən!]» (Qələm 3-4)

إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

«Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərində seçilmiş [üstün] etdi.» (Ali-İmran-33).

وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاء مِّمَّا تَعْبُدُونَ إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ

«Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: Mən sizin ibadət etdiklərinizdən [bütlərdən] tamamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir.» (Zuxruf 26-27).

وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ

«Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini [oradakı qəribəlikləri və gözəllikləri, onların Allahın qüdrəti ilə yaranmasını] göstərdik ki, tam qənaətlə inananlardan olsun.» (Ən᾽am-75).

وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلاًّ فضَّلْنَا عَلَى الْعَالَمِينَ

«Biz İshaqı və Yə᾽qubu Ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə] çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onlar hamısı əməli-salehlərdən idi. Biz həmçinin İsmaili, Əl-Yəsə᾽i, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları [özləri ilə bir dövrdə yaşayan bütün] insanlardan üstün etdik.» (Ən᾽am 84-86).

وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ

«Biz Davud və Süleymana elm [insanlar arasında mübahisələri həll edib, ədalətli hökm çıxarmaq, quşların dilini bilmək və s.] verdik. Onlar dedilər: «Bizi öz mö᾽min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun».» (Nəml-15).

وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ وَكُلٌّ مِّنْ الْأَخْيَارِ

«[Ya Peyğəmbər!] İsmaili, [İlyasın əmisi oğlu] Əl-Yəsə᾽i və Zül Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdir.» (Sad-48).

أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

«Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsmailin [Yə᾽qubun] nəslindən seçilib haqq yola yönəltdiyimiz və Allahın ne᾽mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın [Allahın] ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanardılar.» (Məryəm-58).

  545
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment