Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ÖVLIYALAR ÜÇÜN BӘLA

ÖVLIYALAR ÜÇÜN BӘLA

Buna görə də Allah-taala, bəndələrindən birinə xüsusi lütf göstərəndə onu çətinliklərə salır. «Bəla övliyalar üçündür» məşhur cümləsi də həmin məsələni bəyan edir.

Imam Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:

«Kişi səfərdən ailəsinə hədiyyə göndərdiyi kimi, Allah da mö`min bəndəsini axtararaq ona bəla hədiyyə edir.»

Imam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə isə belə deyilir:

«Allah-taala bir bəndəsini sevdikdə onu çətinliklər dəryasında batırıb çıxarır».

`ni, Allah sevdiyi və kamala çatmalarını istədiyi bəndələrini, öz şagirdini çalışması və çabalayaraq üzgüçülüyü öyrənməsi üçün suya atan məşqçi kimi bəlalar dəryasına atır. Insan üzgüçülük barəsində ömrü boyu kitab oxusa da, suya girməyincə üzgüçü ola bilməz. O, üzgüçülüyü əməli surətdə suya girib, boğulmaqla mübarizəni təcrübədən keçirdikdən və bə`zən gec tərpəndiyi üçün özünü boğulmaq təhlükəsi qarşısında gördükdən sonra öyrənir. Insan çətinliklərdən çıxa bilməsi üçün çətinliklərlə üzləşməli və püxtələşərək kamilləşməsi üçün çətinlik çəkməlidir.

`zi quşlar barəsində yazırlar ki, onlar balaları tükləşərək qol-qanad açdıqdan sonra, onlara uçmağı öyrətmək üçün yuvadan kənara çıxarır və yuxarı qaldıraraq göyün ortasında buraxırlar. Quşun balası məcburi olaraq sə`y göstərməyə başlayır və hərəkət edərək qeyri-münəzzəm qol-qanad çalmağa başlayır. Mehriban ana balası yorulanda və ya yerə çatmağa az qalanda özünü yetirərək onu qanadları üstünə alır və yorğunluğunu alması üçün qanadlarının üstündə saxlayır. Amma bala quşun yorğunluğu çıxan kimi anası onu bir daha göyə qaldıraraq oradan buraxır və onu sə`y göstərərək qanad çalmağa vadar edir və yorulanda yenə də balasını tutur. Ana quş bu əməli balası uçmaq öyrənincəyə qədər təkrar edir.

Bir dəfə müsəlmanlardan biri Peyğəmbəri (s) evinə qonaq çağırır. Peyğəmbər (s) həmin müsəlmanın həyətinə daxil olanda görür ki, onun hasarının üstündə bir toyuq yumurta qoydu, amma yumurta ya yerə düşmədi, ya da düşdü, lakin sınmadı. O həzrət bu hadisədən çox təəccübləndi. Ev sahibi dedi: «Təəccübləndinizmi? Səni, Peyğəmbərliyə göndərən Allaha and olsun ki, mənə heç vaxt ziyan dəyməyib.» Peyğəmbər (s) həmin kişinin evini tərk etdi və buyurdu ki, çətinlik və müsibətlərə giriftar olmayan şəxs Allahın lütfündən uzaqdır.

Imam Sadiqdən (ə) nəql edilib: «Bəlalara ən çox giriftar olan şəxslər Peyğəmbərlər, onlardan sonra fəzilət baxımından sonrakı yerdə duranlar və onlardan sonra da həmin baxımdan yuxarıdan aşağı olanlardır».

Hədis kitablarında Әmirəl-mö`minin Әli (ə), imamlar və onların övladlarının bəla və çətinliklərinin ağırlığına aid fəsillər vardır.

Ne`mət və yaxşılıqlar azğınlar və Allahın xoşu gəlməyən adamlar üçün ne`mət və lütf şəklində olan əzab ola bildiyi kimi, bəlalar da Allah dostları üçün qəzəb və hiddət formasında olan lütfdür.

BӘLALARIN TӘRBIYӘVI TӘ`SIRI

Çətinlik və bəlalar həm fərdləri formalaşdıran və həm də xalqları oyadan bir amildir.

Çətinlik, yatmış insanları oyadaraq sayıqlaşdırır, iradə və əzmləri təhrik edərək hərəkətə gətirir. O, dəmir və polada vurulan cila kimi, insanların ruhları ilə hər nə qədər çox təmasda olsa, onları bir o qədər qətiyyətli, fəal və zirək edir. Çünki həyatın xüsusiyyəti insanın çətinliklər müqabilində müqavimət göstərməsi və bilə-bilə və ya bilmədən onunla mübarizəyə hazır olmasıdır.

Çətinlik xariqüladə qüvvəyə malik maddə kimi mahiyyəti dəyişdirmək xüsusiyyətinə malikdir. O, insanın ruhunu təzələyir. Həyat maddəsi iki şey, yə`ni eşq və bəladır. Bu iki şey dahilər yetişdirir, solğun və sönük maddədən parlaq və nurlu gövhər yaradır.

Həmeye omr təlxi keşidəəst Sə`di

Ke naməş bər aməd be şirin zəbani.

`nası: Sə`di bütün ömrü boyu çətinlik çəkib ki, axırda adı şirindil olmaqda çəkilir.

Çətinliklər qoynunda yaşayan xalqlar güclü və iradəli olurlar. Rahatlıq sevən insanlar naz-qəmzəli, məğlub və bədbəxtdirlər.

Әn dər təbiətəst ke bayəd şəvəd zəlil

Hər melləti ke rahətiyo eyş xu konəd.

`nası: Təbiətin qanunu belədir ki, rahatlıq və eyş-işrətdə olan xalq zillətə düçar olsun.

Mövləvi Yusifin (ə) zindan əhvalatı barəsində necə də gözəl deyib:

Şe`rin məzmunu belədir: Doğruçu Yusifin uzaq yoldan bir qonağı gəldi; onlar uşaqlıqdan bir-birləri ilə tanış olmuşdular; o, Yusifə qardaşları və həsədin zülmünü başa saldı. Yusif deyir ki, qardaşlarım zülm və həsəd zəncirinə bənzəyirdilər, mən isə şir kimi idim; şirə zəncirdə olmaq ar deyil və biz Haqqın təqdirindən gileylənmirik; şirin boynunda zəncir olmasına baxmayaraq, o bütün zəncir düzəldənlərə ağalıq edir; o (qonaq) dedi ki, sən zindan və quyuda olanda necə idin? Cavab verdi ki, ay yoxa çıxan kimi; dedi ki, əgər aysız gecədən sonra ay yenidən iki dənə olsa axırda göydə bədr (on dörd gecəlik ay) olar; üzərliyi döyməklərinə baxmayaraq o sonradan elə əziz olur ki, ondan bəlanın uzaqlaşdırılması üçün istifadə edirlər; torpağın altına toxum atdılar, sonra ondan sünbüllər düzəltdilər; onu sonra bir daha dəyirmanda döydülər, qiyməti artdı və canları gücləndirən çörək oldu; çörəyi də dişin altında çeynədilər və o, xeyirli əql, ruh və dərrakə oldu; həmin ruh sonra bir də eşqdə məhv oldu, «əkinçiləri təəccübləndirən» (Qur`an ayəsinə işarədir) şəklə gəldi.

Başqa bir yerdə bu həqiqəti başa salmaq üçün döyüldükcə kökələn heyvanın halını nəql edir:

Şe`rin məzmunu: Adı əsğər (kirpinin bir növü) olan bir heyvan var ki, ona nə qədər çubuq zərbəsi vursalar daha da kökəlir; ona çubuq vuran kimi yaxşılaşır və o, çubuq yarasından kökəlir; mö`min insanın ruhu əsğər kimidir ki, o, çubuq yarası ilə yağlı və kök olur; buna görə də peyğəmbərlərin çətinlikləri hamıdan çoxdur, onların canları bütün canlardan möhkəm olur.

Sonra bəlanın ruhun təmizlənməsindəki tə`sirini dabbaqlıq zamanı dərinin aşılanmasında işlədilən dərmana bənzədərək belə deyir.

Şe`rin məzmunu belədir: Dəri dərmandan bəla çəkir və yaxşı gönə çevrilir; əgər ona acı və iti şey sürtməsəydin şişər, iylənərək qurd basardı; insanı da həmin dəri kimi hesab et ki, rütubətlərdən çirkin hala düşüb; ona acı və iti şeyi çox sürt ki, pak, lətif və şövkətli olsun; ey insan, əgər belə olmaq istəyirsənsə, Allah sənin ixtiyarın olmadan sənə müsibət və bəla verməsinə razı ol; çünki Allahın bəlası sizin paklığınızdır, onun elmi sizin tədbirinizdən üstündür.

Әli ibni Әl-Cəhm Abbasi xəlifələrinin zamanında yaşamış güclü şairlərdəndir. O, zindana düşüb və zindanın azadlıqsevər insanlar üçün faydaları, insanı yetişdirməsi və insan üçün fəxr olması, habelə zindana düşməyin necə fəzilət olması və hansı üstünlükləri yaratması barəsində çox gözəl və ali şe`rlər deyib və Məs`udi, onun həmin şe`rlərini «Murucuz-zəhəb» kitabında nəql edib. Biz həmin şe`rlərdən birini ədəbiyyatsevərlər üçün nəql edirik.

«Mənə dedilər ki, sən həbs edildin?! Dedim ki, hansı iti qılınc qın zindanına getmir?

Görmürsən ki, şir böyüklüyü və e`tinasızlığı üzündən bir guşədə qalır, amma alçaq yırtıcılar hər yerə hücum çəkirlər?

Od daşın bağrında gizlənib və dəmirlə toqquşmayınca sıçramır.

Zindan nə qədərki cinayət üçün deyil, yaxşı yerdir».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment