Azəri
Tuesday 26th of March 2019
  526
  0
  0

PEYĞƏMBƏR¡-iN ƏSRINDƏ XÜMSÜN MƏQAMINI BƏYAN EDƏN VAHID RƏVAYƏT

PEYĞƏMBƏR¡-iN ƏSRINDƏ XÜMSÜN MƏQAMINI BƏYAN EDƏN VAHID RƏVAYƏT

«Sünəni Əbu Davud», «Müsnədi Əhməd», «Təfsiri Təbəri», «Sünəni Nəsai» və «Səhihi Buxari» kitablarında Cübeyr ibni Müt`imdən belə nəql edilmişdir: «Peyğəmbər ¡ Xey bərin fəth olunması zamanı «zil-qurba» payını Bəni Haşim və Bəni Müttəlib üçün ayırdı, Bəni Nofəl və Bəni Əbdüş-şəmsi isə ondan məhrum etdi. Mən və Osman ibni Əffan Pey ğəmbərin yanına gedib dedik: «Ya Rəsuləllah! Biz sizinlə ya xın lıq cəhətindən Bəni Haşimin fəzilətini inkar et mirik, amma nə olmuşdur ki, Əbdül-Müttəlib övladlarını da bəhrələndirmisiniz və yalnız bizi və bizim qohum-əqrəbamızı məhrum etmisiniz?» Peyğəmbər buyurdu: «Mən və Bəni Əbdül-Müttəlib bir-birimizdən ayrılmırıq. (Nəsainin rəvayətində: Bəni Müttəlib məndən ayrılmır) nə cahiliyyət dövründə, nə də Islam dövründə. Biz və onlar bu yolla (bu zaman barmaq la rı nı bir-birinə keçirib göstərdi) bir-birimizlə qovuşmuşuq və birik..[1]

Əhməd ibni Hənbəlin özünün «Müsnəd» kitabında nəql et diyi başqa bir rəvayətdə deyilir ki, bu hadisə «Hüneyn» müha ri bə sində baş vermişdi.[2]

Əbu Davudun «Sünən»ində, Nəsainin «Sünən»ində və «Müs nə di Əhməd»də üçüncü bir rəvayət o qəzvəni tə`yin etmə miş dir.[3]

Osmanla Cübeyrin sualı və Peyğəmbəri Əkrəm ¡-in on lara cavabı buna görə olmuşdur ki, Əbdü Mənafın dörd oğul var idi:

1-Haşim, onun adı Əmr idi;

2-Müttəlib;

3-Əbdüş-Şəms;

4-Novfəl.[4]

Bu sülalədən Bəni Haşimlə Bəni Müttəlib Peyğəmbəri Ək rəm ¡-ə kömək etməkdə əlbir olmuşdular. Qüreyş də ha mı lıqla onlara qarşı müharibəyə başlamış, onlarla bütün əla qələrin kəsilməsinə dair əhdnamə yazmışdılar. Peyğəmbəri Ək rəm ¡ və onun köməkçiləri çarəsizlik üzündən «Əbu Ta lib» dərəsinə gedərək 3 il orada qalıb onlarla əla qələ ri ni kəsdilər. Əbdüş-şəms və Novfəlin övladları da onların ək si nə olaraq Qüreyşlə əlbir olmuşdular.

Ibni Əbil Hədid bu barədə belə yazır: «Bəni Novfəlin Islama meyl etməməsi və bu yolda tə`xirə yol vermələrinin səbəblərindən biri Əbdüş-şəms övladlarının tə`xirə yol vermələri idi. Onlardan heç bir şəxs belə, Peyğəmbərə kömək etməmiş, onun «Kərimə məşahidində» hazır olmamışdılar. Halbuki, Əbdül-Müttəlibin övladları Bəni Haşimi sevməklə yanaşı, Peyğəmbərin yolunun aydın olduğunu, müxaliflərin tədbirlərinin də kin-küdurət və həsəddən irəli gəldiyini bilir, amma bundan başqa heç bir şeyi islama meyl etmək qarşısında maneə hesab etmirdilər. Haris ibni Əbdül-Müttəlibin övladları – Übeydə, Tüfeyl və Hüseyn, Ibad ibni Müttəlibin övladı olan Müstəh ibni Əsasə ilə birlikdə Bədr müharibəsində iştirak etmişdilər. Əbu Talib Qüreyşin Peyğəmbər əleyhinə əlbir olduğu zaman Müt`əm ibni Ədi ibni Novfələ dedi:

جزى اللّه عنا عبد شمس ونوفل        اجزاء مسي ء عاجلا غير آجل

"Allah bizim əvəzimizə Əbdüş-şəms və Novfəl şaxəsinə cəza versin.

Elə bir cəza ki, pis adamlara verər, sür`ətli və möhlətsiz!"[5]

Cübeyr ibni Müt`im bu rəvayətdə xatırladır ki, Peyğəm bə ri Əkrəm ¡ «zil-qurba» payını Bəni Haşimlə Bəni Müt təlib arasında bölmüşdür. Bizim nəzərimizə görə, bu hə di sin ravisinin gördüyü şey bu idi ki, Peyğəmbəri Əkrəm ¡ xüms səhmlərindən onlara vermişdi və Bəni Üməyyə və Bəni Novfələ onlardan heç nə verməmişdi. Amma Peyğəm bə ri Əkrəm ¡-in onlara verdiyi payın (zil-qurba payı nın) ayırd edilməsinə gəldikdə isə, bunu ravi özündən qu raş dırmış və öz təsəvvürü əsasında demişdi. Amma bunu qeyd etməmişdi ki, Peyğəmbəri Əkrəm ¡ bunu buyurmuş ol sun. Buna görə də mümkündür ki, Peyğəmbər Allahın və özü nün səhminin bir qismini onlara bağışlamış olsun. Çünki qeyd olunduğu kimi, Peyğəmbərin onu məsləhət gördüyü hər bir şəkildə məsrəf etməyə haqqı var idi. Bəlkə də miskin səhmlərindən bə`zilərini onlara vermişdi, çünki sədəqə onların fəqirlərinə haram idi.

SƏDƏQəNIN PEYĞƏMBƏRƏ VƏ ONUN QOHUMLARINA HARAM EDILMƏSI

Bu barədə hədislər olduqca çoxdur. O cümlədən, «Səhihi Müs lüm» kitabında deyilir: «Hər vaxt Peyğəmbər üçün yemək gətir səydilər, onun vəziyyətindən soruşardı. Əgər «hədiyyədir» - deyilsəydi, onu qəbul edib yeyər, əgər «sədəqədir» – deyil səydi, onu yeməzdi.»[6]

Həmçinin «Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Əbi Davud» və «Sünəni Darəmi» kitablarında deyilir: Pey ğəm bəri Əkrəm ¡ yolda bir xurma dənəsini görüb buyur du: «Əgər sədəqə əmvalından olmasaydı, onu yeyərdim.»

Həsən ibni Əli bir dəfə sədəqə xurmalarından olan bir də nə xurmanı götürdü və onu ağzına qoyduqda, Peyğəmbər bu yur du: "Onu çıxart! Bilmirsənmi ki, biz sədəqə yemirik?!" Başqa bir rəva yətdə isə "sədəqə bizə halal deyildir" - deyə buyurmuşdu.[7]

Peyğəmbər ¡ Bəni Haşim qəbiləsindən olan ları sə də qə nin bir yerə toplanmasına mütəvəlli (cavabdeh, başçı, məs`u liyyətçi) etməyi və onları «amilinə əleyha» (sədəqəni yığanlar) səhmindən bəhrələnməkdən çəkindirmişdir. Belə ki, Müslüm, Əhməd, Əbu Davud, Nəsai, Termizi, Əbu Übeydə və başqaları da belə rəvayət edirlər:

Rəbiət ibni Haris ibni Əbdül-Müttəlib və Abbas ibni Əbdül-Müttəlib bir-birinə dedilər: «Allaha and olsun, yaxşı olar ki, bu iki cavanı-Əbdül-Müttəlib ibni Rəbiə və Fəzl ibni Abbası Peyğəmbərin yanına göndərək ki, ondan istə sin lər, bu iki şəxsi sədəqələrin toplanmasına mə`mur etsin, cama atın verdiyi şeyləri versinlər, onların bəhrələndikləri şey lərdən də bəhrələnsinlər.»

Ravi deyir: Həmin halda Əli ibni Əbi Talib gəlib çatdı və o iki nəfərin yanında dayandı, məsələni onun üçün bəyan et dik də, Əli ibni Əbi Talib buyurdu: «Belə bir iş görməyin, çün ki... Allaha and olsun ki, o, bu işi görməyəcək!» Rəbiə ona dedi: «Allaha and olsun, bu sözü paxıllıq üzündən deyir sən, halbuki, sən Peyğəmbərin kürəkəni olmaq məqamına çatmı san, biz isə sənə paxıllıq etmədik.»

Əli dedi: «Onda isə, onları göndərin.» Özü isə yat dı. Rəvayətdə qeyd olunur ki, Əli öz ridasını yerə salıb onun üstündə yatdı və dedi: «Mən rə`yi möhkəm olan Əbul-Həsə nəm. Allaha and olsun, sizin oğlanlarınız əli boş qayı dana qədər mən yerimdən qalxmayacağam.»

Əbdül-Müttəlib ibni Rəbiə dedi: – Peyğəmbəri Əkrəm ¡ zöhr namazını qılıb qurtaran zaman ondan qabaq otağa tərəf getdik və onun yanında oturduq. Nəhayət o gəldi və bizim yanaqlarımızdan öpüb buyurdu: «Çantanızda nə var dı sa, çıxarın.» Sonra daxil oldu, biz də daxil olduq. O gün Pey ğəm bər Zeynəb binti Cəhşin evində idi. Hər birimiz da nış mağı digərin öhdəsinə atdıq, axırda birimiz dedik: «Ya Rəsu ləllah! Sən camaatın ən yaxşısısan, sileyi-rəhim etmək də onların hamısından öndəsən. Bizim hər ikimiz izdivac həd dinə çatmışıq və gəlmişik ki, bizi bu sədəqələrdən bə` zi lərinin toplanmasına mə`mur edəsən, onu sair camaat kimi sə nin yanına yığıb gətirək və onlar kimi bu işdən (bağdan) bəh rələnək.» Peyğəmbər bir qədər sükut etdi. Biz qərara aldıq ki, yenidən onunla bu barədə danışaq. Bu zaman Zeynəb pərdə nin arxasından bizə işarə etdi ki, belə bir söz deməyin, son ra Peyğəmbər buyurdu: «Sədəqə Ali-Mühəmməd üçün layiq de yil dir, çünki o, camaatın çirkləridir. Mühəmiyyəni mənim yanı ma çağırın.»

O, Novfəl ibni Haris ibni Əbdül-Müttəliblə xüms işini öh dəsinə almışdı. O deyir: Bu iki nəfər gəldikdə Pey ğəm bər ¡ Mühəmiyyəyə buyurdu: «Öz qızını bu oğlanın (Fəzl ib ni Abbasa işarə edirdi) əqdinə keçir.» Novfəl ibni Ha ris ibni Əbdül-Müttəlibə isə belə buyurdu: «Qızını bu oğla na – Əbdül-Müttəlib ibni Rəbiəyə – ver.» Onu mənim əqdimə keçir di və Peyğəmbər ¡ Mühəmiyyəyə buyurdu: «Onların mehriyyəsini xümsdan filan qədər ver.»[8]

Beləliklə, Peyğəmbəri Əkrəm ¡ Bəni Haşimdən bir kə si sədəqənin toplanmasına mə`mur etməkdən çəkindi. Bura dan aydın olur ki, Peyğəmbəri Əkrəm ¡-in Əli -ı sə də qələri toplamaq üçün Yəmənə göndərməsini güman edənlər ya nıl mışlar. O sözün düzgünü Ibni Qəyyim Covziyyənin sözü dür. O, özünün «Zadul-məad» kitabında «Peyğəmbəri Əkrəm ¡-in əmrləri» fəslində deyir: «Və Əli ibni Əbi Tali bi xümsü toplamaq və qəzavət işlərini yerinə yetirmək üçün Yə mə nə göndərdi.»[9] Ondan öncəki fəsildə – «Həzrətin pad şah lara göndərdiyi səfirlər və məktublar» fəslində deyir: «Əbu Musa Əş`əri və Məaz ibni Cəbəli Təbukdan qayıtmazdan əvvəl Yəmənə göndərdi.» Deyilmişdir ki, əksinə, hicrətin 10-cu ilinin Rəbiul-əvvəl ayında göndərdi ki, onları Islam dininə də`vət etsinlər, oranın ümumxalq kütlələri könüllü şəkildə və heç bir çarpışma olmadan Islamı qəbul etdilər. Sonra Əli ibni Əbi Talibi oraya göndərdi və o, Məkkədə «Həccətül-vida»da onlara (Peyğəmbər və səhabələrə) qovuşdu.»[10]

Bəlkə də bə`zilərinin səhvinin səbəbi budur ki, Peyğəm bər dən sonra iki xəlifə xüms fərizəsini camaatın arasından yı ğış dırdılar. Bundan sonra artıq vacib sədəqəni müsəl man lar dan almaqdan başqa bir şey qalmamışdı və onlar da Pey ğəm bər dövrünü öz dövrləri kimi təsəvvür edərək güman edir di lər ki, Peyğəmbəri Əkrəm ¡ Əlini sədəqələri top la maq üçün Yəmənə göndərmişdi. Amma unutmuşdular ki, Pey ğəm bər ¡ hətta öz xidmətçisini belə sədəqə top l a ma tədbirlərində iştirak etməkdən çəkindirmişdi. In di öz əmi oğlusu və itrətinin atasını necə göndərə bilər di?!

Əbu Davud, Nəsai və Termizi öz «Sünən» kitablarında rə va yət etmişlər ki, Peyğəmbəri Əkrəm ¡ bir nəfəri sə də qə almaq üçün Bəni Məhrum qəbiləsinə göndərdi. Ter mizi deyir: Onun adı Ərqəm ibni Ərqəm idi və Əbu Ra feyə belə dedi: «Mənimlə birlikdə gəl, sənin də ondan bir pa yın olsun.» O dedi: «Xeyr! Əvvəlcə Peyğəmbərin yanına ge dib ondan soruşmalıyam.» Sonra Peyğəmbərin yanına gedib so ruş du və o həzrət buyurdu: «Bir qövmün xidmətçisi onların özün dəndir və sədəqə bizim üçün halal deyildir.»[11]

Bəli, Peyğəmbəri Əkrəm ¡ məhz buna görə Əbu Rafe ni sədəqə toplayanlarla birlikdə getməkdən saxladı ki, «ami li nə əleyha» payı ona çatmasın. Çünki o, həzrətin xidmətçisi idi. Əhli-beyt imamları ¢ da Peyğəmbər ¡-dən son ra belə edərək, onu almaqdan imtina etmiş və bütünlükdə Bə ni Haşimi onu almaqdan çəkindirmişlər.

«Dəaimul-Islam» kitabında deyilir: Imam Sadiq -a de di lər: «Indi ki, xümsdan məhrum olmusunuz, sədəqə sizə ha lal olurmu?» Həzrət buyurdu: "Xeyr! Allaha and olsun ki, Allah onu bizə haram etmişdir. Zalımların bizim haqqımızı qəsb etməsinə görə bizə halal olmaz. Allahın bizə halal etdiyi şeylərə nail ol maqdan onların bizi məhrum etmələri Allahın bizə haram etdiyi şeyin halal olma sına səbəb olmaz.[12]

Səduq özünün «Xisal» kitabında Imam Sadiq -ın öz atasından belə buyurduğunu rəvayət edir:

لاَتَحِلُّ الصَّدَقَةُ لِبَنِي هَاشِمٍ اِلاَّفِي وَجْهَيْنِKاِنْ كاَنُوا عِطَاشَى وَاَصَابُوا مَاءً شَرِبُوا،وَصَدَقَةُ بَعْضِهِمْ عَلَى بَعْضٍ

"Sədəqə Bəni Haşim üçün halal deyildir. Yalnız iki halda halaldır: Birincisi budur ki, susuz olsun və (sədəqə alaraq) suya çatıb onu içsinlər. Digəri də onların özlərindən olan bir şəxsin digərinə sədəqə verməsidir."[13]

Buradan aydın olur ki, Əhli-beyt imamlarının öz dövr lə ri nin hakimlərindən beytül-mal əmvalından qəbul etdikləri şey ləri bə`zilərinin təsəvvür etdiyi kimi vacib sədəqə ünva nı ilə deyil, özlərinin fey`, ənfal, zimmə əhlinin cizyəsi və fəth olunan qənimətlərin xümsündan olan hüquqlarının bir qis mi olması ünvanı ilə qəbul etmişlər.

Amma içməli axar sulara gəldikdə isə, onların əksə riy yə ti vəqf olunmuşdur ki, sahibləri onları ümum müsəl man la rın bəhrələnməsi üçün vəqf etmişlər, onların vəziyyəti mü səl manların yolları arasında böyük dayanacaqlar və onların məs cidləri kimidir ki, əgər «qürbətən iləllah» niyyəti ilə tikil miş olsa və həmin münasibətlə onlara sədəqə deyilsə də, onlar bizim bəhs etdiyimiz vacib sədəqə növündən deyildir ki, onlardan bəhrələnmək qeyri-fəqirlər üçün qadağan olsun; əksinə, onlar bütün müsəlmanların mənfəət aparması üçündür, fəqir-varlı, əmir-mə`mur, Haşimi və qeyri-Haşimi onlardan bəhrələnməkdə eyni səviyyədədirlər. Məhz buna görə də bizim bəhs etdiyimiz növdən xaricdir.

Bura qədər Islam mənbələrində xüms və onun səhmlərinin sahiblərinin (Peyğəmbər dövründə) qeyd olunduğu mənbələri bə yan etdik. Həmçinin, sədəqənin Bəni Haşimə, onların xid mət çilərinə və onlara bağlı olanlara haram olmasında; onla rın Peyğəmbər dövründə və ondan sonra sədəqənin qəbul etmə lə ri nin qadağan olunmasını və sair kimi məsələləri bəyan et dik. Amma xəlifələrin xüms fərizəsi barəsində, eləcə də on la rın bu barədə ictihadının necəliyi və Peyğəmbərin qı zı nın haqqında xüsusi bir şəkildə rəftar etmələrinə gəl dik də isə, bu işlərin dərk olunması üçün gərək əvvəlcə Pey ğəm bərin mirası və özündən sonra tərk etdiyi şeyləri, bundan son ra xəlifələr tərəfindən Fatimeyi-Zəhra -a varid edilən müsibətlər, o həzrətin şikayətləri və sair kimi məsə lələri araşdıraq:

PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN MIRASI VƏ TƏRK ETDIYI ŞEYLƏR

Qazi Mavərdi (450-ci ildə vəfat edib) və Qazi Əbu Yə`la (458-ci ildə vəfat edib) demişlər: «Peyğəmbəri Əkrəm ¡-in iki haqqı var idi: Birincisi xüms haqqı, yə`ni «fey`» və qənimətlərin beşdə biri, digəri isə Allahın «fey`» dən Peyğəmbərə qaytardığı və müsəlmanların heç bir müha ri bə olmadan fəth etdikləri şeylərin beşdə dördündən ibarət dir. (Nəhayət axırda deyirlər:) Amma Peyğəmbərin sədəqələrinə gəl dikdə isə o, səkkiz yerdə idi:

1-Peyğəmbəri Əkrəm ¡-in yəhudi Müxeyriqin vəsiyyəti əsa sında malik olduğu yeddi bağ.

2-Mədinədə Bəni-nəzir tayfasından o həzrətə çatan torpaq sahəsi.

3-4-5-Xeybərdəki üç qala.

6-Fədəkin yarısı.

7-Vadil-qura ölkəsinin üçdə biri.

8-Mədinənin «Məhruz» adlı bazar yeri.[14]

Qazi Əyaz (544-cü ildə vəfat edib) deyir: «Bu sədəqələr o Həz rətə üç yolla çatmışdı: Hibə və hədiyyə yolu ilə; misal üçün yəhudi Müxeyriq islamı qəbul edən zaman – Ühüddə və siy yət etmişdi. O, özünün Bəni-nəzir tayfasında olan yeddi ba ğı nı Peyğəmbər ¡-ə hədiyyə etmişdi. Ənsarın öz yer lərindən o həzrətə verdiyi hədiyyələr, su çıxmayan torpaq sahələri də o həzrətin mülkündə idi.

Ikincisi, o həzrətin Bəni-nəzir torpaqlarından, onların köç edib getdikləri zaman «fey`» haqqı idi ki, o həzrətin «xas sə» si və «xalisə»si adlandırılırdı. Çünki müsəlmanlar onu əldə etmək üçün heç bir döyüş aparmamışdılar. Amma Bə ni-nəzirin «mənqul» mal-dövlətinə gəldikdə isə, onlar öz mal larını bacardıqları qədər dəvələrə yükləyib apardılar. Yal nız silahlarını aparmadılar ki, bu da müqavilə əsasında idi və o həzrət yerdə qalan şeyləri müsəlmanların arasında bö lüş dürdü, onlardan qalan torpaq sahələri onun özünə məxsus ol du və onu müsəlmanların çətinliklərinin həll olunması məq sə dilə sərf etdi.

Həmçinin, «Fədək» torpaqlarının yarısı da ona hədiyyə olun muşdu. Belə ki, Xeybər qalası fəth olunduqdan sonra onun sahibləri ilə müsalihə etdi və bu da o həzrətin xali sə sin dən sayılırdı.

Eləcə də «Vadil-qura» ölkəsinin üçdə biri; belə ki, ora nı, onun yəhudi sahibləri ilə müsalihədə əldə etmişdi. Həm çinin, Xeybər qalalarından «vətih» və «səlalim» də müsa lihə yolu ilə o həzrətin ixtiyarına keçmişdi.

Üçüncüsü, o həzrətin Xeybər xümsündan, eləcə də qələbə gü n ündə nəsibi olduğu şeylərin xümsü; belə ki, onların hamı sı Peyğəmbəri Əkrəm ¡-in xüsusi mülkiyyətində idi və heç kəsin onda haqqı yox idi.[15]

Indi isə bu üç qazinin sözlərini şərh edirik:

a) Onların dediyi «Peyğəmbərin sədəqələri» sözünə gəldik də isə, bu, xüləfa məktəbinin alimləri-mühəddisləri, tarix çi ləri, fəqihləri və lüğətçiləri arasında məşhur olan bir is ti lahdır və bu, Peyğəmbərin qeyri-mənqul mirası üçün düzəl dilmişdir. Onların istinad etdikləri şey, yalnız Əbu Bək rin rəvayətidir ki, onun ravisi də yalnız onun özüdür. O de yir ki, Peyğəmbər buyurmuşdur: «Bizim qoyduğumuz hər bir şey sədəqədir.»

b) Peyğəmbəri Əkrəm ¡-in əmlakının şərhi və onun öz mülkiyyətinə necə keçirməsi də aşağıda qeyd olunacaqdır:



[1] «Sünəni Əbi Davud», 2-ci cild, səh.50; «Təfsiri Təbəri», 10-cu cild, səh.50; «Müsnədi Əhməd», 4-cü cild, səh.81; «Səhihi Buxari», 3-cü cild, səh.36-də başqa ibarətlə; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Sünəni ibni Macə», səh.961; «Məğaziyi Vaqidi», səh.696; «Əl-əmval», Əbu Übeyd, səh.331.

[2] «Müsnədi Əhməd», 4-cü cild, səh.85.

[3] «Sünəni Əbi Davud», 3-cü cild, səh.51-52; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Müsnədi Əhməd», 4-cü cild, səh.83.

[4] «Cəmhərəyi ibni Həzm», səh.14.

[5] «Nəhcül-bəlağə»nin şərhi, 3-cü cild, səh.486. Biz onun xülasəsini qeyd etdik.

[6] «Səhihi Müslüm», 3-cü cild, səh.121; «Məcməüz-zəvaid», 3-cü cild, səh.90.

[7] «Səhihi Buxari», 1-ci cild, səh.181; «Səhihi Müslüm», 3-cü cild, səh.117; «Sünəni Əbi Davud», 1-ci cild, səh.212; «Sünəni Darəmi», 1-ci cild, səh.383 və 373; «Məcməüz-zəvaid», 3-cü cild, səh.89; «Dəaimul-islam», səh.246; «Bihalur-ənvar», 96-cı cild, səh.76; «Hörmətüz-zəkat əla Bəni Haşim» babı.

[8] «Səhihi Müslüm», «təhrimuz-zəkat əla Ain-Nəbi» babı, 3-cü cild, səh.118; «Müsnədi Əhməd», 4-cü cild, səh.166; «Sünəni Nəsai», 1-ci cild, səh.365; «Sünəni Əbi Davud», 2-ci cild, səh.52, hədis:2985; «Daru ehyais-sünnə» çapı, 3-cü cild, səh.147-148; «Əl-əmval», Əbu Übeyd, səh.329; «Məcməüz-zəvaid», 3-cü cild, səh.91; «Usdul-ğabə», Əbdül-Müttəlib ibni Rəbiə və Novfəl ibni Haris və Mühəmiyyənin tərcümeyi-halı; «Təfsiri Əyyaşi», 3-cü cild, səh.93; «Məğaziyi Vaqidi», səh.696.

[9] «Zadul-məad», 1-ci cild, səh.47, Misrin «Hələbi» çapı, səh.1290-cı il.

[10] Yenə orada, 1-ci cild, səh.46. Həmçinin bax: «Sünəni Əbi Davud», «əqziyə» kitabı, 3-cü cild, səh.127.

[11] «Sünəni Əbi Davud», «zəkat» kitabı, 1-ci cild, səh.212; «Sünəni Nəsai», 1-ci cild, səh.366; «Sünəni Termizi», 3-cü cild, səh.159; «Məcməüz-zəvaid», 3-cü cild, səh.90-91; «Kənzül-ümmal», 6-cı cild, səh.252, 256; «Əmaliyi Tusi», 2-ci cild, səh.17; «Biharul-ənvar», 96-cı cild, səh.57. Rəvayətlərin sözlərində azacıq ixtilaf vardır. «Sünəni Beyhəqi», 7-ci cild, səh.32.

[12] «Dəaimul-islam», səh.246; «Biharul-ənvar», 96-cı cild, səh.76.

[13] «Xisal», 1-ci cild, səh.32; «Biharul-ənvar», 96-cı cild, səh.76.

[14] «Əl-əhkamus-sultaniyyə», Mavərdi, səh.168-171; «Əl-əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.181-185.

[15] Nüvəvinin «Səhihi-Müslüm»ə yazdığı şərh, «cihad» kitabı; «hökmül-fey» bölümü, 12-ci cild, səh.82; Qazi Əyaz Əbül-fəzl ibni Musa ibni Əyaz Yəhsəbi Sibti məşhur məğribli alim, öz əsrinin mühəddislərinin imamı və məşhur kitabların sahibidir ki, onlardan biri də öz əlyazması olan Müslümün «Səhih» kitabına şərhdən ibarətdir. Bəlkə də Nüvəvinin burada qeyd etdikləri bu nüsxədə olsun. 544-cü hicri ilində Mərakeşdə vəfat etmişdir. Onun tərcümeyi-halı «Vəfəyatul-ə`yan» və «Əl-ə`lam» kitablarında qeyd olunmuşdur.

  526
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment