Azəri
Tuesday 26th of March 2019
  540
  0
  0

KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI

KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI

1-Qur`ani Kərimdə

Xüms ayəsi aşkar şəkildə göstərir ki, xüms Allahın, Pey ğəmbərin, zil-qurbanın, yetimlərin, miskinlərin və yolda qa lan ların haqqıdır. Indi belə bir sual yaranır: Bu ayədə Zil-qurba və zil-qurbadan sonra qeyd olunan şəxslər kim lərdir?

a) Zil-qurba

Ərəb kəlamında zil-qurba, qurba və ulul-qurba (qohum-əqrə ba) kəlmələrinin şə`ni zəmirin qayıtdığı yer və zahir isim ba xı mından «valideyn»in şə`ni kimidir. Yə`ni hər yerdə «vali deyn» kəlməsi gəldikdə, ondan əvvəl zəmirlə, yaxud müqəddər şəkil də təqdim olunan şəxslərin valideyni nəzərdə tutulur, ona görə də qurba, ulul-qurba, zəvil-qurba kəlmələri də eynilə belədir. Bunun aşkar nümunələri Qur`ani Kərimin «Tövbə» surəsinin 113-cü ayəsində belə buyurur:

مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُواْ أُوْلِي قُرْبَى

"Peyğəmbər və mö`minlər müşriklər üçün heç vaxt istiğfar etməməlidirlər, hətta onların ən yaxnı adamlarından olsa belə."

Burada «uli qurba» (yaxınlar) dedikdə, məqsəd Peyğəmbərin və mö`minlərin yaxın adamlarıdır ki, ayənin əvvəlində aşkar şə kildə qeyd olunmuşdur.

Onun zəmir şəklində gətirilməsi isə «Ən`am» surəsinin 152-ci ayəsindədir:

وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى

"Bir söz deyəndə, ədalətli olun, hətta əgər öz yaxınlarınız barə sində olsa belə."

Burada «za-qurba» kəlməsindən məqsəd «qultum» kəlməsin də ki zəmirin qayıtdığı yerdir, yə`ni sizin yaxın qohum-əqrə ba nız.

Onun müqəddər forması isə «Nisa» surəsinin 8-ci ayəsi dir:

وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا

"Əgər meyyitin mirası (irsi) bölüşdürülən zaman qohumları da hazır olarsa..."

Burada «ulul-qurba»dan məqsəd o meyyitin qohum-əqrə ba larıdır ki, bu cümlədə müqəddər formada gəlmişdir və əv və lki ayədə aşkar qeyd edilmişdir. Qur`ani Kərimdə «zil-qur ba» və «ulul-qurba» ilə əlaqədar gələnlərin hamısı da eynilə belə dir.

Allah-taala iki yerdə də valideyni və «zil-qurba»nı bir-bi ri lə yanaşı qərar vermişdir. Belə ki, «Bəqərə» surəsinin 83-cü ayəsində buyurulur:

وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِين

"Ata-ananıza və qohum-əqrəbalarınıza ehsan edin."

«Nisa» surəsinin 36-cı ayəsində buyurulur:

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى ...

"...Valideynlərinizə və yaxın qohum-əqrəbalarınıza yaxşılıq edin."

Birinci ayədə Bəni-Israil qövmünün ata-anası və qohum-əqrə basından söhbət açılır ki, bundan əvvəl aşkar şəkildə qeyd olunmuşdur.

Ikinci ayədə isə ata-ana və qohum-əqrəbadan zəmir qayıt dı ğı mərcə "və`budullahə vəla tuşriku..." kəlmələridir ki, bu ümmə tin mö`minlərindən ibarətdir.

Indi bizim dediyimiz «Allah-taala xüms ayəsində "və`ləmu ənnə ma ğənimtum min şəy`in fə innə lillahi xumusəhu və lir-Rəsuli və li-zil-qurba" - deyə buyurduqda məqsədi hökmən «zil-qurba» de dik də, Peyğəmbəri Əkrəm ¡-in qohum-əqrəbaları nəzərdə tu tul malıdır ki, onun adı bundan öncə, heç bir fasilə olma dan zikr olunmuşdur. Əks halda, əgər belə olmazsa, belə sual yara nır ki, görəsən, Allah-taalanın bu ayədə zil-qurba dedik də məqsədi kimlərdir?

Həmçinin «Həşr» surəsinin 7-ci ayəsindəki «zil-qurba» nın vəziyyəti də eynilə belədir:

مَا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

"Allahın bu abadlıqların əhlindən Öz Rəsuluna qaytardığı şeylər Allaha, Peyğəmbərə və qohum-əqrəbasına məxsusdur."

Burada məqsəd Peyğəmbərin qohum-əqrəbalarıdır ki, onun adı bundan öncə aşkar şəkildə qeyd olunmuşdur.

Həmçinin «Şura» surəsinin 23-cü ayəsində

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

"Ey Peyğəmbər, de: Mən sizdən yalnız qohum-əqrəbama məhəbbətdən başqa heç bir muzd və zəhmət haqqı istəmirəm."

«Qurba» sözündən məqsəd «Əs`əlukum» kəlməsindəki fail zəmi rinin (əvəzliyinin) qohum-əqrəbasına işarədir.[1]

b) Yetim – atasını əldən verən və hələ həddi-büluğa çat ma yan səğir uşağa deyilir.

v) Miskin – o ehtiyaclıya deyilir ki, onun ehtiyacları onu biçarə etmişdir.

q) Ibni səbil – öz səfərində yolda qalan müsafirə deyilir.[2]

«Xüms» ayəsinin düzümü dəlalət edir ki, yetimlər, miskin lər və yolda qalanlardan məqsəd Peyğəmbərin qohum-əqrəba la rı dır. Bu ayədə həmin sözlərin şə`ni ilə əlaqədar demək la zım dır ki, onlar «zil-qurba»dan ibarətdir ki, onlardan qabaq qeyd olunur.

Xüsusilə bunu qeyd edək ki, Allah-taala Bəni Haşimdən qeyri-miskinlər və yolda qalanlar üçün «sədəqat»da xüsusi bir pay qərar vermişdir. Belə ki, «Tövbə» surəsinin 60-cı ayəsin də sədəqənin xərclənmə yerlərini bəyan edərək buyurur:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينِ .... وَابْنِ السَّبِيلِ

"Onların sədəqələri fəqirlərə, miskinlərə... və yolda qalanlara məx susdur." Və bu sədəqə Bəni-Haşimdən olan fəqir və mis kin lə rə haramdır. Allah-taala onun əvəzi olaraq xümsü onlar üçün qərar vermişdir.

2-SÜNNƏDƏ VƏ MÜSƏLMANLARIN NƏZƏRINDƏ

Peyğəmbər ¡-in həyatı dövründə xüms altı yerə bölü nür dü: Iki pay Allaha və Onun Rəsuluna, bir pay Peyğəmbəri Əkrəm ¡-in qohumlarına və... Bu, Peyğəmbər ¡-in və fat etdiyi vaxta qədər bu minvalla davam etmişdir.[3]

Əbu Aliyə Riyahidən rəvayət olunur ki, belə demişdir: «Hər vaxt bir qəniməti Peyğəmbərin yanına gətirsəydilər, onu beş yerə bölür və beşdə dörd hissəsini mücahidlərə verirdi. Son ra onun xümsünü götürürdü, daha sonra ondan bir ovuc götü rüb Kə`bə üçün qərar verirdi və o da Allahın payı idi. Son ra yerdə qalanlarını beş yerə bölüşdürürdü: Bir pay Pey ğəm bəri Əkrəm ¡ üçün, bir pay «zil-qurba» üçün, bir pay ye tim lər üçün, bir pay miskinlər üçün, bir pay da yolda qalan lar üçün.» O belə deyir: «Kə`bə üçün qərar verdiyi şey elə Alla hın payı idi.»[4]

Bu iki rəvayətdə aşkar şəkildə qeyd olunur ki, xüms altı yerə bölünürdü və bu tamamilə düzgündür. Çünki «xüms» ayəsi nin aşkar buyruğu ilə tam uyğundur. Əbu Aliyənin rəvayə tin də də qeyd olunduğu kimi, Peyğəmbəri Əkrəm ¡ Al la hın səhmini Kə`bə üçün qərar verirdi. Bəlkə də bu iş bir də fə baş vermiş olsun. Bizim nəzərimizə görə bu barədə düz gün söz budur ki, Əta ibni Əbi Ribah onu nəql etmişdir. O deyir: «Allahın və Peyğəmbərin xümsü bir idi və Peyğəmbər onu istədiyi və bəyəndiyi kimi məsrəf edirdi.»[5]

Eynilə bunun oxşarı Ibni Cərihin rəvayətidir. O deyir: «...Onun beşdə dördü müharibədə iştirak edən mücahidlərə məx sus idi, yerdə qalan beşdə biri isə Allahın və Peyğəm bə rin payı idi ki, Peyğəmbər istədiyi kimi onu məsrəf edirdi. Həm çinin, «zilqurba»nın və... payı.»[6]

Əbu Aliyənin və Ibni Cərihin rəvayətlərində düzgün şey bu dur: «Allahın və Peyğəmbərin xümsdan olan payı Pey ğəm bə rin ixtiyarında idi və o həzrət istədiyi kimi məsrəf edir di.» Amma bu iki rəvayətdən belə aydın olur ki, «Allahın və Peyğəmbərin payı birdir.» Bu mə`na isə xüms ayəsinin zahiri ilə müxalifdir. Çünki Allah-taala xümsü bu ayədə altı yerə bölmüşdür. Yalnız bu halda düzgün ola bilər ki, o iki səhmin məsrəf olunma yerini bir hesab edək, nəinki hər iki səhm bir səhm olmuş olsun.

Həmçinin Qutadənin rəvayətini qeyd etmək olar ki, ayənin za hiri ilə uyğun gəlmir. Çünki o belə deyir: «Peyğəmbəri Ək rəm ¡ hər vaxt bir qənimət əldə etsəydi, onu beş yerə bö lüb onun xümsünü Allaha və Peyğəmbərə məxsus edər, qala nı nı isə müsəlmanların arasında bölüşdürərdi. Allahın və Pey ğəm bərin səhmi olan xümsü Peyğəmbərin özü, onun qohum ları, yetimlər, miskinlər və yolda qalanlar üçün qərar verər di. Və bu xüms beş hissəyə bölünürdü: Bir hissə Peyğəmbərə və...»[7]

Ibni Abbasın nəql etdiyi rəvayətdən aydın olur ki, o, iki səhmin bir səhmə çevrilməsi Peyğəmbərin vəfatından sonra baş vermişdir. O deyir: «Allahın və Peyğəmbərin səhmi birdir; «zil-qurba» da bir səhmə malik idi ki, bu iki səhm silah və minik üçün məxsus edilmişdi.»[8]

Təbəri Mücahiddən nəqlən belə deyir: «Sədəqə Ali-Peyğəmbərə halal olmadığına görə də xümsün beşdə biri onlara məxsus edilmişdi.»[9]

Başqa yerdə deyir: «Allah-taala bilirdi ki, Bəni Haşimdə də fəqirlər olacaqdır, buna görə də xümsü onlar üçün sədəqə əvəzi qərar vermişdir.»[10]

Yenə deyir: «Bunlar Allah Peyğəmbərinin qohumlarıdır; o kəslərdir ki, sədəqə onlara rəva deyildir.»[11]

Imam Əli ibni Hüseyn şamlı bir kişiyə belə buyurdu: «Məgər «Ənfal» surəsinin bu ayəsini oxumamısanmı?:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

O dedi: «Əlbəttə, oxumuşam, məgər siz onlardansınızmı?»

Imam buyurdu: «Bəli.»[12]

Bu, «xüms» ayəsində və başqa yerlərdə «zil-qurba» sözünün təf sirindən ibarət idi. Amma yetimlərə və miskinlərə gəl dik də isə, Nişapuri bu ayənin təfsirində deyir: Əli ibni Hüseyn dən rəvayət olunur ki, o həzrətə deyildi: Allah-taala bu yurmuşdur: «Vəl-yətama vəl-məsakin.» Həzrət buyurdu: "Yetim lər və miskinlər dedikdə, bizim (yə`ni Bəni-haşimin) yetimlərimiz və mis kinlərimiz nəzərdə tutulur."[13]

Təbəri Minhal ibni Ömərdən nəqlən belə yazır: «Əbdül lah ibni Məhəmməd ibni Əli və Əli ibni Hüseyndən xüms ba rə sində soruşdum. Dedilər: «Xüms bizə məxsusdur.» Mən Əli yə dedim: Allah-taala "vəl-yətama vəl-məsakinə vəbnissəbil" - deyə buyurur. Onlar dedilər: «Bizim (yə`ni Bəni-haşimin) miskinlər və bizim yetimlərimizdirlər.»[14]

Bura qədər xüləfa məktəbinin təfsir, hədis və sirə kitab la rında xüms bəhsini qeyd etdik. Sonrakı bəhsdə isə Əhli-beyt məktəbində xümsün məsrəf olunma yerlərini araş dıra ca ğıq.

Əhli-beyt imamlarından ¢ mütəvatir şəkildə nəql olu nan rəvayətlər göstərir ki, xüms altı yerə bölünür; Alla hın payı, Peyğəmbərin payı, «zil-qurba»nın payı. Peyğəmbərin həya tında və ondan sonra «zil-qurba» payı Əhli-beytə məxsus idi və ondan sonra sair Əhli-beyt imamlarına verilirdi. Al la hın və Peyğəmbərin, «zil-qurba»nın payından ibarət olan həmin pay bu ünvan altındadır və bu ünvana məxsusdur, yə`ni Alla hın payı Peyğəmbərin ixtiyarındadır ki, onu istədiyi yerdə məs rəf edə bilər. Peyğəmbərin vəfatından sonra da Peyğəm bə rin və Allahın payı onun canişini olan imamın ixtiya rın da olacaqdır. Deməli, xümsün yarısı bizim əsrimizdə tama mi lə Imam Əsr -a məxsusdur: iki pay Peyğəmbərin varisi ol maq cəhətindən, bir pay isə «zil-qurba» payından ibarət olan Ilahi bölgü yolu ilə. Bu üç pay imamət yolu ilə Imam Za man -a çatır. Digər üç pay isə Bəni Haşimdən Peyğəm bə rin qohumları olan yetimlər, miskinlər və yolda qalanlara məx sus dur. Həmin şəxslər ki, Allah-taala «Şüəra» ayəsinin 214-cü ayəsində onları xatırladaraq buyurmuşdur: "Və ənzir əşirətəkəl-əqrəbin" - "Öz yaxın qohum-əqrəbanı Ilahi əzabdan qorxut!" Belə ki, onlar Əbdül-Müttəlibin övladları – onların qa dın ları və kişiləridir və onlar da Əhli-beyt ¢-dan ta ma milə ayrıdırlar. Onların bu üç qrupda xümsa layiq görül mələri (müstəhəq olmaları) me`yarı iki şeydir:

a) Peyğəmbəri Əkrəm ¡-lə qohum olmaq.

b) Məişət xərclərini ödəmək üçün xüms almağa olan ehti yac.

Halbuki, əvvəldəki üç qrupun – pay sahiblərinin müstəhəq ol ma sı-yə`ni Allah, Peyğəmbər və «zil-qurba» - yalnız ehtiyaca görə deyil, ünvana görə olmuşdur.

Xümsün bu yarısı yalnız həyat və məişət xərclərinin tə` min olunacağı miqdarda Bəni Haşimdən olan bu üç qrup ara sın da bölüşdürülür. O miqdar verilir ki, onların bir illik eh ti yaclarını tə`min etsin. Əgər ondan bir şey artıq qalarsa, şəri ət hakiminin ixtiyarına verilməlidir. Əgər ehtiyac la rı nı tə`min edəcək miqdarda olmazsa və onları ehtiyacsız et məz sə, hakimə vacibdir ki, maldan onları ehtiyacsız edəcək miq darda mal onların ixtiyarlarına versin. Bu iş onların öh də sinədir, artıq olan miqdar da yenidən onun ixtiyarına ve ri lir.

Bu üç qrup ata tərəfdən Əbdül-Müttəlibə gedib çatmalı dır lar. Əgər yalnız ana tərəfdən ona mənsub edilərsə, onlara xüms dan bir şey verilməyəcək və sədəqə onlara halal ola caq dır. Çünki mütəal Allah «Əhzab» surəsinin 33-cü ayəsində buyu rur: «Ud`uhum li-abaihim» - «onları atalarının adları ilə çağırın.»

Imam Sadiq -ın belə buyurduğu nəql olunur: "Əbdül-Müt təlibin nəvələri də haşimilərlə xüms səhmində şərikdirlər."

Digər bir hədisdə isə belə buyurulur: "Əgər ədalət icra olun saydı, Haşimidən, yaxud Müttəlibidən heç bir şəxs sədəqəyə ehti yac lı olmazdı. Çünki Allah-taala Öz kitabında onlar üçün elə bir şey müqəd dər etmişdir ki, onunla əlləri açıq olsun."

Sonra buyurdu: "Insan yeməyə heç bir şey tapmadıqda, ölü (murdar olmuş) heyvan ona halal olur; sədəqə onlardan hər hansı bir şəxs üçün yalnız o vaxt rəva olur ki, bir şeyi olmasın və ölü heyvanı yeməyə icazə verildiyi şəxslərdən olsun."

Həmçinin, bu üç qrupdan hər hansı bir şəxsin xümsdan al dığı və malik olduğu şeylərin onun vəfatından sonra va ris lərinə nəql olunması da səhihdir. Eləcə də Peyğəmbər, ya xud imamdan fövtə gedən şeylər üç qrupun payından əldə olu nur və malik olur, o malda onun vəfatından sonra xüms ayə sinin yox, «irs» ayəsinin tələbinə əsasən onun varisinə ça tır.[15]



[1] Mümkündür ki, gələcək alimlər «zil-qurba» və sair ilə əlaqədar apardığımız bəhsləri «gün kimi aydın olan şeylərin yenidən izah edilməsi» qəbilindən hesab etsinlər və desinlər ki, onun şərh olunmasına vaxt sərf etmək layiq deyildir. Əlbəttə, onlar bilmirlər ki, biz bu əsrin yeni rə`ylərini-islam istilahlarının əqaid və əhkamının başa düşülməsi ilə əlaqədar nələr çəkirik! Bu da bizi bu qədər ətraflı izahlar verməyə vadar edir.

[2] «Məcməül-bəyan» təfsirində «xums» ayəsinin təfsirinə; «Müfrədati Rağib» kitabında «sübül» maddəsinə baxa bilərsiniz.

[3] «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində, 10-cu cild, səh.40.

[4] Əbu Übeydin «Əl-əmval» kitabı, səh.325 və 14; «Təfsiri Təbəri», 10-cu cild, səh.40; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60, onun xülasəsi 61-ci səhifədə. Əbu Aliyə, Rəfi ibni Mehran 90-cı ildə, yaxud ondan sonra vəfat etmişdir. «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 1-ci cild, səh.252.

[5] Yenə orada, səh.14. Əta ibni Əbi Ribah 114-cü hicri qəməri ilində vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 2-ci cild, səh.22.

[6] «Təfsiri Təbəri», 10-cu cild, səh.5, iki sənədlə. Ibni Cərih Əbdül-məlik ibni Əbdül-Əziz Məkki də Bəni Üməyyənin həmpeymanı idi ki, 150-ci hicri ilində, yaxud ondan sonra vəfat etmişdir. «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 1-ci cild, səh.520.

[7] «Təfsiri Təbəri», 10-cu cild, səh.40.

[8] Yenə orada, 10-cu cild, səh.5.

[9] Yenə orada.

[10] Yenə orada.

[11] Yenə orada.

[12] Yenə orada.

[13] «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində; «Təfsiri Təbəri»nin özündə, 10-cu cild, səh.7.

Imam Əli ibni Hüseyn Zeynül-abidin 94-cü hicri ilində vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri də rəvvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 2-ci cild, səh.35.

[14] Minhal ibni Ömər Kufə məvalilərindən və beşinci təbəqədən olan ravi lər dən dir. «Sihah» müəllifləri Müslümdən başqa onun rəvayətlərini nəql etmişlər. Bax: «Təh zibut-təhzib», 2-ci cild, səh.278.

[15] Bu bəhsdə, hədis:məcmuələrinə müraciət etməkdən əlavə, Hacı Ağa Rza Həmə da ni nin «Misbahul-fəqih» kitabının «xums» bölməsinin 144-cü səhifəsinə də müraciət et dik və istinad olunan hədislərin mətnini xülasə şəkildə gətirdik.

  540
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment