Azəri
Saturday 20th of April 2019
  433
  0
  0

QƏNIMƏT VƏ MəğNƏM

6-QƏNIMƏT VƏ MəğNƏM

Cahiliyyət dövründən sonra ğənimət və məğnəm kəlmə­ləri­nin mə`nasında iki dəfə dəyişiklik olmuşdur: Bir dəfə Is­lam şəriətində, digər dəfə isə müsəlmanların nəzərində. Nə­ha­yət, son dövrlərdə ğənimət və məğnəmin mə`nası soymaq, qa­rət etmək və hərb mə`nası ilə eyni olub. Onun izahı belə­dir: «Ərəblər hər vaxt «sələbəhu hərbən» desəydilər, məqsəd­lə­ri bu idi ki, öz rəqibinin paltar, silah və başqa ləva­zi­matını ondan alsın. Çünki «sələb» libas mə`nasınadır ki, o da «əslab» formasında cəm bağlanır.

Bə`zən də «hərəbəhu hərbən» deyilir və məqsəd budur ki, bir nəfər öz rəqibinin bütün mal-dövlətini alıb onu burax­mış­dır. Malı oğurlanan və qarət olunan şəxsə məhrub və hə­rib (malı əldən getmiş) deyilir, ondan alınan mala isə «hə­ri­bə» deyilir. Bə`zən də «uxizət həribətuhu» - dedikdə məq­səd­ləri budur ki, onun məişət vəsaitlərini və həyat avadan­lıq­ları və mal-dövləti ondan alınmışdır.

Hər vaxt «nəhəbəhu və nəhibəhu» - deyilsə, məqsəd budur ki, rəqibi onun malını zorla almışdır. «Nəhb, nöhba və nü­həy­ba» qarət və tarac mə`nasınadır. Hər vaxt «ənhəbə irzəhu və maləhu» deyilsə, yə`ni «abır-heysiyyət və mal-dövlətini başqa­sına mübah etdi» mə`nasını ifadə edir.

Bu, lüğət kitablarında zikr olunan kəlmələrin təfsiri idi.[1] Sirə, hədis və səhabələrin arasında mövcud olan adi danı­şıqlarda da həmin mə`naya işlənmişdir.

Misal üçün: Hədisdə buyurulur ki, «mən qətələ qətilən fələhu sələbuhu», yə`ni «hər kəs (cihad meydanında) bir kəsi qətlə yetirsə, öldürülən şəxsin mal-dövləti ona çatacaqdır.»[2]

Peyğəmbər ¡-in bəyanında qeyd olunur ki, bir müğən­ni o həzrətdən icazə istədi ki, Mədinədə mütriblik etsin. Həz­rət buyurdu: "Sənin varını-yoxunu Mədinə cavanları üçün halal etdim!"[3]

«Sirə» kitabında isə belə qeyd olunur: «Peyğəmbəri Əkrəm ¡ Hüneyn müharibəsində Əbu Süfyan, Səfvan ibni Üməy­yə, Üyeynət ibni Həsin və Əqrə ibni Habis kimi şəxslərin hər birinə yüz dəvə verdi, Abbas ibni Mərdasa isə onlardan az verdikdə, o, belə dedi: «Mənim qarət etdiklərimi, (mənim atımı), Əbidin qarət etdiklərini Üyeynə ilə Əqrə arasında bölüşdürdünmü?»[4]

Qüreyşlilər Bədr hadisəsində dedilər: «Uxrucu ila həraibikum, yə`ni mal-dövlətlərinizə doğru gedin.»[5]

Peyğəmbər ¡-in kəlamında qeyd olunur ki: "Əgər geri çə­kil­sələr, məzlum və malını uduzmuş halda geri çəkilmiş olarlar."[6]

Ömərin dediyi isə: «Borcdan çəkinin, onun əvvəli qəm-qüs­sə, axırı isə maldan məhrum olmaqdır.»[7]

Səhabələrin dövründə Müaviyə ibni Əbi Süfyan, Süfyan ib­ni Ovf Qamidini öz hökumətindən kənarda yerləşən müsəl­man­lara tərəf göndərən zaman ona belə tövsiyə etdi: "Qar­şı­laşdığın hər kəs sənin rə`yində olmasa, onu qətlə yetir. Keçdiyin hər bir abadlığı qarət et, bütün mal-dövləti ça­pıb qarət et, çünki malı qarət etmək öldürmək kimidir və qəlb üçün dərd gətirər."[8]

Hədisdə qeyd olunur ki, Peyğəmbərin səhabələri bir neçə qoyunu qarət edib kəsdilər və ətini bişirdilər. Peyğəmbər ¡ buyurdu: "Qarət olunan şey halal deyildir." Bu zaman səhabələr qazanları boşaltdılar.[9]

Kabul müharibəsində də bir qədər qoyunu qənimət aldılar, sonra onları qarət etdilər ki, Əbdür-Rəhman (Ibni Səmrət) göstəriş verdi ki, münadi nida edərək belə desin: Mən Peyğəmbər ¡-in belə buyurduğunu eşitdim: "Hər kəs müəyyən bir malı qarət etsə, bizdən deyildir. Belə isə, qoyunları qaytarın!" On­lar qoyunları qaytardılar və o, yenidən bərabər şəkildə bölüş­dürdü.[10]

Bunlar «səlb, nəhb və hərb» kəlmələrinin mə`nası idi. Am­ma «qənimət və məğnəm» kəlmələrinə gəldikdə isə, Rağib və Əzhəri «ğənəmə» maddəsində belə deyirlər: «Ğənəm» (qoyun) məş­hur bir sözdür, «ğunm» isə onu ələ keçirməkdən ibarətdir. Son­ra­lar «əldə olunan hər bir şeyə» – istər müharibə, is­tər­sə də qeyri yollarla əldə olunan şeylərə aid edilirdi. Mütə­al Allah buyurur: "Bilin ki, əldə etdiyiniz hər bir şeydə..." "Əldə etdiyiniz şeyləri yeyin, halal və pakizədən."

«Məğnəm» əldə olunan şeylərdir ki, onun cəmi də «mə­ğa­nim» formasında gələr. Mütəal Allah buyurur: "Allah ya­nın­da çoxlu qənimətlər vardır."[11]

«Lisanul-ərəb», «Təhzibul-lüğət», «Nihayətul-lüğət» və «Mö`­­cəmü əlfazil-Qur`an» kitablarında deyilir: «Ğunm» – «ğə­nə­­­mi» əldə etməyə deyilir ki, bundan sonra da düşməndən və ya başqa hər hansı bir şəxsdən hər növdə əldə etməyə aid edi­lir.»

Həmçinin deyilmişdir: «Ğunm» məşəqqət olmadan əşyaları əl­­də etməyə deyilir. Hər vaxt «ğəniməş-şey`ə» deyilsə, mə`nası bu­­dur ki, o şeyi əldə etdi. «Iğtinam» da qənimətin inti­za­rın­­da olmağa deyilir.[12]

Ibni Macənin «Sünən» kitabında qeyd olunur ki, Peyğəm­bər ¡ belə buyurdu: "Malın zəkatını ayırıb bir tərəfə qo­yan­­da "Əllahumməc`əlha məğnəmən və la təc`əlha məğrəmən" deyilsin; yə`ni Pər­­vərdigara, onu qənimət və əldə edilmiş qərar ver, ziyan və məğrəm yox!"[13]

«Müsnədi Əhməd» kitabında Peyğəmbərin belə buyurduğu nəql olunur: "Zikr məclislərindən əldə olunan şey behiştdir."[14]

Ramazan ayı barəsində buyurulur: "O ay mö`minin qənimət ayıdır."[15]

BU BƏHSLƏRIN QISA XÜLASƏSI

Qeyd olunduğu kimi, ərəblər cahiliyyət dövründə və Isla­mı qəbul etdikdən sonra silahı, paltarı və miniyi rəqibinin tə­rə­findən qarət olunan şəxsə məslub, bütün mal-dövləti qa­rət olunan şəxsə məhrub deyirdilər. «Nəhibə» və «nöhba» kəl­mə­ləri onların nəzərində bizim əsrimizdəki qənimət və məğ­nəm sözləri ilə eyni mə`nalıdır.

Həmçinin qeyd olundu ki, «ğunm» kəlməsi məşəqqət və çə­tin­lik olmadan əşyaları əldə etməyə, «iğtinam» isə qənimət və qazancın intizarında olmağa deyilir. «Məğnəm», qənimət ma­lına deyilir ki, onun cəmi də «məğanim» şəklində gəlir. Hə­disdə qeyd olunur ki, «ləhu ğunmuhu», yə`ni onun qazancı və qiy­mətinin əlavəsi ona məxsusdur. Mübarək Ramazan ayının vəs­fində isə deyilir: «Huvə ğunmul-mu`min», yə`ni o, mö`minin qə­ni­mət və qazanc ayıdır.» Zəkatı verən zaman deyilən duada «Əlla­humməc`əlhu məğnəmən», yə`ni «Pərvərdigara, onu qənimət və qazanc qərar ver.» «Qənimətu məcalisiz-zikr əlcənnətu», yə`ni «zikr məclislərinin qazanc və qəniməti behiştdir.»

Həmçinin demişlər ki, «ğunm» əslində «ğənəm»i əldə et­mə­yə deyilirdi, sonralar isə əldə olunan hər bir şey barə­sin­də işlədilmişdir: istər müharibə yolu ilə, istərsə də başqa yol­larla. Bizim nəzərimizə görə, «ğunm» kəlməsinin əldə olu­nan hər bir şeyə şamil olması – istər müharibə, istərsə də qey­ri-müharibə – Islam əsrinə qayıdır və ondan əvvəl möv­cud olmamışdır. Çünki müsəlmanlar Peyğəmbəri Əkrəm ¡-in bayrağı altında ilk dəfə Bədr müharibəsində dö­yü­şüb qələbə çaldıqları zaman onun qənimətləri barəsində mü­na­qişəyə yol verdilər və Allah-taala müharibə yolu ilə əl­də olunan mal-dövlətin malikiyyətini onlardan alıb, Allaha və Onun Rəsuluna məxsus etdi və onun adını «ənfal» qoydu. Bu hökmün «Ənfal» surəsində nazil olmasından sonra bütün mü­ca­hidlər hər bir qəzvədə və müharibədə əldə etdikləri hər bir şeyi sərkərdənin yanına gətirib onun ixtiyarına verir­di­lər ki, onun nəzarəti altında bölüşdürülsün. Heç bir şəx­sin də haqqı yox idi ki, aşkarda və ya gizlində ondan bir şey götürsün. Peyğəmbəri Əkrəm ¡ qarəti haram buyu­ra­raq belə demişdi: "Qarət və oğurlamaq halal deyildir." Sonra buyur­muşdur: "Hər kəs qəniməti oğurlasa, bizdən deyildir."[16]

«Səhihi Buxari» və «Müsnədi Əhməd» kitablarında Üba­də­dən belə nəql olunur: Peyğəmbərlə bu əsasda bey`ət etdik ki, qa­rət etməyək.[17]

Həmçinin «Səhihi Buxari»də Peyğəmbərdən belə nəql olu­nur: "Şərif və mö`min insan heç vaxt qarət etməz."[18]

«Sünəni Əbi Davud» kitabında nəql olunur ki, ənsardan olan bir kişi deyirmiş: Peyğəmbərlə birlikdə səfərə getdik. Bir nəfər şiddətlə acdı, bir neçə qoyuna çatdılar və onla­rı qarət etdilər. Bizim qazanlarımız xörəklə dolu halda qay­na­dığı bir vaxtda Peyğəmbər ¡ gəlib çatdı və öz kama­nı ilə qazanları aşırtdı, ətləri torpaqla qarışdırdı və bu­yur­du: «Qarət olunmuş şey murdar olmuş heyvan ətindən heç də artıq halal deyildir.»[19]

Allah-taala xəyanəti haram etmiş və «Ali-Imran» surəsinin 161-ci ayəsində belə buyurmuşdur:

وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ

"Hər kəs xəyanət etsə, Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə (məhşərə) varid olar."

Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur: "Qarət, xəyanət və oğurluq haramdır, hər kəs xəyanət etsə, Qiyamət günü öz xəyanəti ilə məhşərə varid olar."[20]

Bu hədisdə qarət, xəyanət və oğurluq eyni cərgədə qeyd olunmuşdur.

Digər bir hədisdə isə buyurdu: "Iynənin sapını, ondan artı­ğı­nı və ya azını da təhvil verin; çünki xəyanət Qiyamətdə xəyanətkar şəx­sin ar və rüsvayçılığına səbəb olacaqdır."[21]

Əbdüllah ibni Əmr ibni As belə deyir: «Peyğəmbəri Ək­rəm ¡ hər vaxt qənimət əldə etsəydi, Bilala buyururdu ki, nida edib belə desin: «Qənimətləri gətirin!» Sonra onun xümsünü ayırıb, onların arasında bölüşdürürdü. Bir gün bir nə­fər tükdən toxunmuş bir cilovu əlində gətirib dedi: «Ya Rəsu­ləllah! Bu əldə etdiyim bir qənimətdir.» Peyğəmbər ¡ buyurdu: «Məgər Bilalın üç dəfə nə dediyini eşit­mə­dinmi?!» Dedi: «Əlbəttə, eşitdim!» Buyurdu: «Bəs nə üçün onu gətirmədin?» O, bəhanə gətirdikdə Peyğəmbər ¡ bu­yur­du: «Onunla qal, Qiyamət günü onunla birlikdə gələrsən, in­di səndən qəbul etməyəcəyəm.»[22]

«Sünəni ibni Macə» kitabında «ğünm» və «xəyanət» adlı bab­da deyilir: Əşcə qəbiləsindən olan bir nəfər Xeybərdə və­fat etdikdə, Peyğəmbər ¡ buyurdu: «Öz yoldaşınıza na­maz qılın!» Camaat nigaran oldu, üzləri dəyişdi. Peyğəmbər ¡ vəziyyəti belə gördükdə buyurdu: «Sizin dostunuz xəya­nət etdi!»[23]

«Sünəni Darəmi» kitabında xəyanətlə əlaqədar Ömər ibni Xət­tabdan nəql olunan rəvayətdə deyilir: Xeybər müha­ribə­sin­də bir neçə nəfər qətlə yetirildi və camaat dedi: «Filankəs şə­hid oldu və...» Nəhayət bir şəxsin adını çəkib dedilər: «Fi­lan­kəs şəhid oldu!» Peyğəmbər ¡ isə buyurdu: «Belə deyil! Mən onu cəhənnəm odunda gördüm. O, xəyanət etdiyi əba və rida ilə birlikdə idi!»[24]

«Sünəni ibni Macə»nin «ğünm» babında deyilir: «Kərkərə ad­lı bir nəfər Peyğəmbərin anbardarı idi. O ölən zaman Peyğəmbər ¡ buyurdu: "O, cəhənnəm odundadır." Camaat bu barə­də əlavə axtarış apardılar və gördülər ki, onun üstünə çək­diyi mələfə xəyanət yolu ilə oğurlanmışdır.»[25]

Bu mə`na «Səhihi Buxari», «Səhihi Müslüm» və «Sünəni Əbi Davud» kitablarında digər ibarələrlə qeyd olunur ki, onun axırı belədir: «Peyğəmbərin bu sözünü eşidən şəxs bir, yaxud iki ayaqqabı bağını gətirdi. Peyğəmbər ¡ buyurdu: «Bir, yaxud iki oddan olan qaytan.»[26]

Mə`lum oldu ki, Islam dini ordunu başqaların mal-döv­lə­tini qarət etməkdən çəkindirmiş və müharibə meydanında qə­ni­mət olaraq əldə olunan mal-dövləti öz mülkiyyətinə ke­çir­məyi heç kəsə icazə verməmişdir. Hətta Peyğəmbəri Əkrəm ¡ ordunun ac olduğu halda onların qazanlarını çevir­miş, qarət olunmuş qoyunların ətlərini yerə tökərək tor­paq­la qarışdırmış, qənimətə və mal-dövlətlərinə gizli şəkil­də əl uzatmağı nəhy etmiş və onu xəyanət adlandıraraq buyur­muş­dur: "Iynə, sap, ondan yuxarı və yaxud aşağı səviyyəli şeyləri də təh­vil verin." O həzrət xəyanət edən şəxsə cənazə namazı qıl­madı, əbanı oğurlamış öldürülən şəxsi şəhid hesab etmədi. Bir sözlə, indi ki, Islam müharibə meydanında qənimət ola­raq əldə olunan mal-dövlətin mülkiyyətə keçirilməsini qada­ğan edir və hətta bir ayaqqabı bəndini belə gizlində, yaxud da aşkarda özü ilə aparan şəxsləri bu işdən çəkindirir və ica­zə vermir, bu qənimətləri «ənfal» adlandırır və onu Alla­ha və Onun Rəsuluna məxsus edir ki, Peyğəmbər ¡ harada məsləhət görsə məsrəf etsin. Indi Peyğəmbəri Əkrəm ¡-in müharibə qənimətlərini necə məsrəf etdi­yi­ni araşdırırıq:



[1] Bax: «Misbah», Cövhəri; «Nihayətu ibni Əsir», «Lisanul-ərəb», Ibni Mənzur; «Qamusul-lüğət» və s.

[2] «Sünəni Darəmi», «mən qətələ qətilən» babı, 2-ci cild, səh.229; «Müsnədi Əh­məd», 5-ci cild, səh.295, 306, 312; «Sünəni Əbi Davud», 2-ci cild, səh.3 və 13.

[3] «Sünəni ibni Macə», «hüdud» kitabı, hədis:2613.

[4] «Səhihi Müslüm», «zəkat» kitabı, 3-cü cild, səh.108; «Əğani», Abbas ibni Mər­dasın tərcümeyi-halı, 14-cü cild, səh.290. Peyğəmbər ¡ Hüneyn müharibəsində «müəl­lifətu qülubihim» payından onlara verdi və bu zaman Abbas ibni Mərdas ona e`tiraz etdi.

[5] «Nihayətul-lüğət», Ibni Əsir; «hərəbə» maddəsi.

[6] «Müsnədi Əhməd», 4-cü cild, səh.328; «Səhihi Buxari», 3-cü cild, səh.31.

[7] «Müvəttə», Malik, 2-ci cild, səh.336.

[8] «Nəhcül-bəlağənin şərhi», (Ibni Əbil Hədid), 2-ci cild, səh.58-90, Səqəfinin «Əl-ğarat» kitabından nəqlən.

[9] «Müsnədi Əhməd», 5-ci cild, səh.367; «Sünəni ibni Macə», , hədis:3938.

[10] Yenə orada, 5-ci cild, səh.62-63, Əbdür-Rəhman ibni Səmrət Qüreyşinin tərcümeyi-halı; «Usdul-ğabə», 3-cü cild, səh.297-də qeyd olunmuşdur.

[11] «Müfrədati Rağib», «ğənəmə» maddəsi; «Təhzibul-lüğət», Əzhəri, 8-ci cild, səh.149; «Mö`cəmü əlfazil-Qur`an», 2-ci cild, səh.293. Ayələr isə «Ənfal» surəsi, 41-49 və «Nisa» surəsi, 94.

[12] Bax: «Nihayətul-lüğət», «Lisanul-ərəb», «Təhzibul-lüğət», «Məqayisul-lüğət», «ğənəmə» maddəsi; «Fəxr Razinin təfsiri», 15-ci cild, səh.166.

[13] «Sünəni ibni Macə», «zəkat» kitabı, hədis:1997.

[14] «Müsnədi Əhməd», 2-ci cild, səh.177.

[15] Yenə orada, 2-ci cild, səh.330, 374 və 524.

[16] «Sünəni ibni Macə», «fitən» kitabı, hədis:1299; «Müsnədi Əhməd», 4-cü cild, səh.194, 439, 443, 446, 3-cü cild, səh.140, 197, 312, 323, 380, 395, 5-ci cild, səh.62.

[17] «Səhihi Buxari», 2-ci cild, səh.49; «Müsnədi Əhməd», 5-ci cild, səh.321.

[18] Yenə orada; «əşribə» kitabı, 3-cü cild, səh.214.

[19] «Sünəni Əbi Davud», «kitabul-cihad», 3-cü cild, səh.66.

[20] «Sünəni Darəmi», 2-ci cild, səh.230.

[21] Yenə orada.

[22] «Sünəni Əbi Davud», «cihad» kitabı, 2-ci cild, səh.13, həmin kitabda, xəyanət­ka­rın cəzası barədə qeyd olunur ki, onlar xəyanətkarın malını yandırırdılar!

[23] «Sünəni ibni Macə», səh.95.

[24] «Sünəni Darəmi», 2-ci cild, səh.230.

[25] «Sünəni ibni Macə», səh.950.

[26] Bu hədisin hamısı «Səhihi Buxari»nin «Xeybər qəzvəsi» bölməsində, 3-cü cild, səh.37; «Səhihi Müslüm», «iman» kitabı, 1-ci cild, səh.75; «imarə» kitabı, 6-cı cild, səh.10; «Sünəni Əbi Davud», «cihad» kitabı, 2-ci cild, səh.13-də qeyd olunmuşdur.

  433
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Characteristics and Qualities of the Imam Mehdi (A.S)
      Tawheed and Imamate of Imam Mahdi (A.S.)
      The Twelfth Imam, Muhammad ibn al-Hasan (Al-Mahdi-Sahibuz Zaman) (as) (The hidden Imam who is ...
      Sayings of Imam Mahdi (A.T.F.)
      A Supplication from Imam Mahdi (A.T.F.)
      Saviour of Humanity
      Imam Mahdi (A.S.), the Twelfth Imam, the Great Leader and Peace-Maker of the World
      The Deputies of the Imam of the Age Hazrat Hujjat ibnil Hasan al-Askari (a.t.f.s.)
      Imam Mahdi (A.J.)
      A brief biography of Imam Al-Mahdi (pbuh)

 
user comment