Azəri
Monday 25th of March 2019
  421
  0
  0

Səfiyy

4-Səfiyy

Cəm forması «səfayya» şəklində olan «səfiyy» cahiliyyət döv ründə qəbilə rəisinin döyüş və çarpışma yolu ilə əldə olu nan şeylərin bölgüdən qabaq öz ixtiyarına keçirdiyi hissə lə rə deyilirdi. Islam şəriətində səfiyy Peyğəmbəri Əkrəm ¡-ə məxsus olan xalisə mənqul (daşına bilən) və qeyri-mən qul (daşına bilməyən) maldan ibarətdir, müsəlmanların on da heç bir payı yoxdur; və bu da onun xümsdən olan payın dan tamamilə ayrıdır.[1]

Qeyd etdiklərimiz aşağıdakı rəvayətlərdən əldə olunur:

a) Əbu Davud öz «Sünən» kitabında xəlifə Ömərdən rəva yət edir ki, Peyğəmbəri Əkrəm ¡-in üç xalisəsi var idi: «Bəni-nəzir, Xeybər və Fədək.»[2]

Digər bir hədisdə isə deyir: «Allah Peyğəmbərə bir xali sə bağışladı ki, camaatdan heç birinə onu bağışlamamış və bu barədə belə buyurmuşdu: "(Allahın onlardan Öz Rəsuluna qaytar dı ğı şeylər bunlardan ibarətdir) ki, siz nə ona at sürmüsünüz, nə də də və. Lakin Allah Öz rəsullarını istədiyi hər kəsə müsəllət edər, Allah hər bir işə qadirdir."[3] Bəni-nəzirin mal-dövlətini Peyğəmbərə qaytaran da Allah olmuşdu.»

Digər bir hədisdə yuxarıdakı ayə zikir olunduqdan sonra deyi lir: «Bunlar – filan və filan yerin abadlıqları – Peyğəm bər ¡-in xalisəsi və ona məxsus olan şeylərdir.»

Əbu Davud Zühəridən nəqlən belə deyir: «Peyğəmbər ¡ Fədək əhlini və başqa abadlıqları mühasirə etdi, on lar sülh etmək istədikləri zaman "fəma ocəftum əleyhi min xəy lin və la rikab..." - yə`ni bunlar heç bir müharibə olmadan ələ gə tiril mişdir. Bu ayə barəsində demişdir ki, Bəni-nəzir tay fa sının mal-dövləti Peyğəmbəri Əkrəm ¡-in xalisəsi idi. Çünki onu silah və zor işlətməklə fəth etməmişdilər, əksi nə, sülh yolu ilə almışdır.»

Qeyd olunanlardan aydın olur ki, Ibni Əsir kimi təhlil çi lər də həqiqəti dərk edə bilməmişlər. «Nihayətül-lüğət» ki ta bında «sə-fa» maddəsi barəsində deyilir: «Səfiyy o şeydir ki, ordu başçısı qənimətləri bölüşdürməzdən qabaq özü üçün gö tü rür və ona görə də «səfiyyə» adlandırılır. Bunun cəm for ması «səfaya»dır. Ayişənin dediyi hədis də həmin qəbil dən dir: «Səfiyyə (rəziyəlahu ənha) səfiyydən idi» – yə`ni Hüyy ib ni Əxtəbin qızı Səfiyyə o kəslərdən idi ki, Peyğəmbər ¡ onu Xeybər qənimətlərindən özü üçün seçmişdi. Hə dis lərdə səfi və səfaya kəlmələri təkrar gözə dəyir. Əli -ın və Abbasın hədislərində qeyd olunur ki, o ikisi sə va fi – yə`ni Allahın Bəni-nəzir qəbiləsinin mal-dövlə tin dən Öz Peyğəmbərinə qaytardığı şeylər – barəsində bir-biri ilə mübahisə edən halda Ömərin yanına gəldilər...

«Səvafi» o mülklərə və ərazilərə deyilir ki, maliki olma sın, yə`ni sahibi köçüb getmiş olsun, yaxud ölsün və heç bir varisi olmasın. Onun tək forması «safiyə» şəklindədir. Zühə ri deyir: «Sultanın yalnız özü üçün ayırdığı torpaqlara da səvafi deyilir.»

Sonrakı lüğət alimləri, o cümlədən Ibni Mənzur da bu mə` na nı Əzhəridən və Ibni Əsirdən nəql etmişdir. Ibni Mən zur «Lisanül-ərəb» kitabında «səfa» maddəsi barəsində de yir: «Yekun nəzər budur ki, cəm forması «səfaya» olan «sə fiyy» kəlməsi o şeylərə aid edilir ki, rəis müharibədə da şı na bilməyən qənimətlərdən özü üçün götürmüş olsun. Cəm for ması «səvafi» olan «safiyə» də o şeylərə aid edilir ki, sul tan ərazilərdən və əkin sahələrindən özü üçün ayırmış ol sun.»

Mən bilmirəm: Bu söz necə düzgün ola bilər, halbuki, xəli fə Ömər Fədəki, Xeybəri və digər abadlıqları Peyğəm bəri Əkrəm ¡-in «səfaya»sı hesab etmişdir!

Əbu Davud (257-ci ildə vəfat edib)[4] öz «Sünən» kitabında «babu səfaya Rəsulillah» adlı bir bölmə təşkil etmiş və Ömərin və başqalarının hədisində Peyğəmbərin özünə məxsus olan abadlıqları təqdim etmişdir.

Bizim nəzərimizə görə, qeyd olunan təsnifat və təhlil 370-ci ildə, yə`ni Əbu Davuddan təqribən bir əsr sonra vəfat edən Əzhəriyə məxsusdur[5] ki, bəlkə də onu, öz dövründə geniş yayıl mış şeylərdən əxz etmiş və onun özündən olmamışdır. Xü su silə, bunu nəzərə alaq ki, o, uzun müddət Qəramitə qəbi lələri arasında yaşamış, onlarla ünsiyyətdə olmuş və onların ara sözlərindən çox istifadə etmişdir.

Bir sözlə, tək forması «səfi» olan «səfaya» kəlməsi hətta Əbu Davudun dövrünə qədər də Peyğəmbəri Əkrəm ¡-in yalnız özünə məxsus olan xalisəsi, xüsusi torpaqları və mal-dövlətinə aid edilmişdir.

z) Ənfal

«Ənfal» kəlməsi «nəfəl»in cəmidir. «Nəfəl» də lüğətdə əta etmək, bəxşiş etmək mə`nasınadır. Nəfl isə vacib əmələ ar tırılan miqdar mə`nasınadır ki, nafilə namazlırı da hə min qəbildəndir.[6]

Ənfal Islam şəriətində ilk dəfə olaraq «Ənfal» surə si nin 1-ci ayəsində qeyd olunmuşdur. Bu ayənin şə`ni-nüzulunda de yi lir ki, müsəlmanlar ilk dəfə olaraq 2-ci hicri ilində Peyğəmbər ¡-in şəxsən özünün rəhbərlik etdiyi bir or du da böyük Bədr qəzvəsinə getdilər. Müharibənin axırında bö yük bir qələbə ilə düşməni məğlub etdilər, müharibə qəni mət ləri barəsində ixtilaf yarandı. Peyğəmbərə müraciət etdi lər və bunun ardınca «Ənfal» surəsinin ilk ayələri nazil oldu:

﴿يَسْأَلُونَكَ عَنِ الأَنفَالِ قُلِ الأَنفَالُ لِلّهِ وَالرَّسُولِ فَاتَّقُواْ اللّهَ وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْ وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ

"Səndən ənfal barəsində soruşurlar, de: Ənfal Allaha və Onun Rəsu luna məxsusdur. Belə isə, Allah qarşısında təqvalı olun, düş mən çi likləri sülhə, səfa-səmimiyyətə çevirin, Allaha və Onun Peyğəmbərinə ita ət edin – əgər imanınız varsa."

Ibni Hişamın «Sirə», «Tarixi Təbəri», «Sünəni Əbu Da vud» və başqa kitablarda mövcud olan bir rəvayətdə belə deyi lir: «Peyğəmbəri Əkrəm ¡ fərman verdi ki, ordu üzvlə rin dən hər birinin tapdığı şeyləri bir yerə toplasınlar. Ha mı sını bir yerə topladıqları zaman müsəlmanlar onun ba rə sində ixtilafa düşdülər. Həmin malı toplayanlar dedilər: «Bun lar bizə məxsusdur!» Düşmənlə mübarizə edənlər və on la rı tə`qib etməyə məşğul olanlar dedilər: «Allaha and ol sun, əgər biz olmasaydıq, siz bunları əldə edə bilməzdiniz! Biz düş mənin sizə tərəf gəlməsinin qarşısını aldıq, siz də bu iş ləri görə bildiniz.» Peyğəmbərin keşiyini çəkən və onu hi mayə edənlər də dedilər: «Allaha and olsun, bu mal-dövlətə sa hib olmaqda siz heç də bizdən layiqli (irəli) deyilsiniz. Biz də heç bir keşikçisi olmayan qənimətləri yığa bilərdik, la kin düşmənin Peyğəmbəri Əkrəm ¡-ə hücum edə cəyin dən qorxduq, özümüzü o həzrətə sipər qərar verdik. Belə isə, siz bu mal-dövlətə sahib çıxmağa bizdən artıq deyilsiniz!»

Həmçinin, Ibni Hişam Ibadət ibni Samitdən[7] rəvayət edir ki, o, «Ənfal» surəsi barəsində demişdir: «Bu surə bi zim Bədrdə olduğumuz zaman nazil olmuşdur. O zaman ki, onun «nəfli» barəsində ixtilaf və kobudluq etdik, Allah onu bi zim əlimizdən aldı və Peyğəmbərin ixtiyarına qoydu. O həz rət də onları müsəlmanların arasında bərabər şəkildə bölüş dürdü.»

Əbu Üseyd Saidi[8] belə deyir: «Bədr müharibəsində Aiz Məx zu minin qılıncını əlimə keçirtdim. Peyğəmbəri Əkrəm ¡ camaata fərman verib «əldə etdiyiniz hər bir nəfli qay ta rın!» - deyə buyurduğu zaman, gedib onu nəflin içinə at dım.»

Ibni Hişam yazır: «Ondan sonra Peyğəmbəri Əkrəm ¡ öz ordusu və müşrik əsirlərlə birlikdə Mədinəyə gəl di. Səfra təngəsindən keçən zaman qumluq bir yerdə dü şər gə saldı, Allahın müşriklərdən müsəlmanlara qaytardığı nəfli onların arasında bərabər şəkildə böldü.»[9]

Qeyd olunanlardan aydın olur ki, mütəal Allah bə`zən «ən fal» kəlməsini bu şərif ayədə özünün lüğətdəki «əta etmək» və «bağışlamaq» kimi mə`nasını iradə etmişdir. Yə`ni sizin düş mənin mal-dövlətindən əldə etdiyiniz şeylər cahiliyyət döv ründə qəbul edilən qarətçilik qəbilindən deyildir ki, onu öz mülkiyyətinizə keçirmiş olasınız; əksinə, bu, Allah tərə fin dən olan bir əta və bəxşişdir. Onun əsası və əsli Al la ha və Onun Rəsuluna məxsus olduğundan, siz də onu Alla hın Peyğəmbərinə qaytarmalısınız ki, hər hansı şəkildə məs ləhət görürsə, onu məsləhət etsin.

Buradan da Əhli-beyt imamlarının ¢ hədislərində iş lənən «ənfal» kəlməsinin münasibəti aydın olur: «Ənfal bü tün o şeylərə şamildir ki, müharibə məntəqəsində müha ri bə aparılmadan əldə olunsun. Həmçinin, sahibləri müharibə ol ma dan köç edib gedən bütün ölkələr, diyarlar, eləcə də pad şah ların mülkiyyətində olan və qəsbi olmayan hər bir şey, elə cə də meşələr, çöllər, məvat torpaqlar və onun kimiləri.»[10] Bü tün bunların hamısı Allahın əta və bəxşişi, Öz Peyğəm bə rinə etdiyi hədiyyədir. Ondan sonra isə Əhli-beyt imam la rına ¢ məxsusdur. «Ənfal» özünün son mə`nasında Əhli-beyt məktəbinin islami ürfündə qeyd olunan şeylər üçün bir ad hesab olunur.



[1] «Nihayətül-lüğət», Ibni Əsir

[2] «Sünəni Əbu Davud», xərac kitabı, 3-cü cild, səh.141; «Əl-əmval», Əbu Übeyd, səh.9.

[3] «Həşr» surəsi, ayə:6.

[4] Əbu Davud Süleyman ibni Əş`əs Sistani, «Sünnən» kitabının müəllifidir. O deyir: Peyğəmbərdən əli min hədis yazdım və sonra «Sünən» kitabının hədislərini onların arasından seçdim, 4800 hədisi ona daxil etdim. Onların arasında səhih olan, səhihə oxşayan və səhihə yaxın olan hədisləri də qeyd etdim.» O, Bəsrədə yaşamış və elə orada da vəfat etmişdir.

[5] Məhəmməd ibni Əhməd ibni Əzhəri Hərəva Şafei lüğət alimidir. Uzun müddət Qə r amitə qəbilələri arasında yaşamış, çölləri gəzmiş və onların el arasında işlə di lən sözlərindən çoxlarını əxz etmişdir. Onun kitablarından biri «Ət-təhzib»dir. Bəl kə də onun «səvafi»nin tə`rifində qeyd etdikləri Qəramitə tayfasının müharibə, ta rac və qarətçiliklə əlaqədar ara sözlərindən əldə edilmiş olsun. Buna əsasən, onun ver diyi belə tə`rif şər`i istilah deyildir ki, şərif hədislər onun əsasında təfsir edilə bilsin.

[6] Lüğət kitabları, xüsusilə «Lisanül-ərəb» kitabı, nə-fə-lə maddəsi.

[7] Ibadət ibni Samit Əbu Vəlid Ənsari Xəzrəci. Birinci və ikinci Əqəbələrdə, eləcə də Peyğəmbər ¡-in bütün qəzvələrində iştirak etmişdi. O, Ənsarın nəqib lə rindən və Peyğəmbərin sağlığında Qur`an hafizlərindən biri idi. 34, yaxud 45-ci hicri ilində Rəmlədə, yaxud Beytül-Müqəddəsdə vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.107-də qeyd olunub.

[8] Əbu Üseyd Malik ibni Rəbiə Ənsari Xəzrəci Bədrdə və ondan sonrakı döyüşlərdə iş tirak etmişdir. Onun vəfat tarixi ilə əlaqədar ixtilaf gözə dəyir: 60, yaxud 65-ci hicri ili deyilmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 4-cü cild, səh.297-də vardır. Aiz ibni Əbdüllah ibni Məxzumun övladları Qüreyşdən bir şaxə idi ki, onların Müs`əb Zübeyrinin «Nəsəbu Qüreyş» kitabında, səh.299-da gəlmişdir.

[9] «Sireyi Ibni Hişam», 2-ci cild, səh.283-286. Başqa bir çapda: 2-ci cild, səh.296, həmin ayənin «Təfsiri Təbəri»də təfsiri.

[10] «Biharul-ənvar», «xums» kitabı, 96-cı cild, səh.204-214.

  421
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment