Azəri
Friday 29th of March 2024
0
نفر 0

QANUN NӘDIR?

QANUN NӘDIR?

Bura qədər söylədiklərimizdən mə`lum oldu ki, dünyada baş verən hadisələr bir sıra sabit qanunlar və dəyişməz ilahi sünnələr çərçivəsindədir. Başqa sözlə desək, Allahın dünyada bir sıra iş üsulları var və O öz işlərini heç vaxt həmin üslublardan xaricdə həyata keçirmir.

Indi isə qanunun nə olmasına baxaq. Qanun nədir? Sünnə nə deməkdir? Görəsən ilahi qanun və sünnə, şərti düzəldilən qanunlar, ictimai öhdəçiliklər və əqli zərurətlər qismindəndir? Bəlkə onlar Allahın yaratdığı xüsusi bir məxluqdurlar? Yoxsa bu iki ifadə, ilahi qanun və sünnə barəsində düzgün deyil? Nə isə, görəsən Allahın öz sünnəsini yaratmaması mümkündürmü? Nə üçün Allahın qanun və sünnəsinin dəyişməsi qeyri-mümkündür?

Sualın cavabında qeyd etməliyik ki, sünnə və qanun xüsusi və ayrı bir yaradılışa malik ola bilən bir şey deyil. Qanun ümumi və zehndən ayrılan bir məfhumdur və xarici aləmdə külliyyat və qanun şəklində bir şey yoxdur. Xaricdə mövcud olan şey, həmin səbəb-nəticə sistemi və varlığın dərəcə və məqamlarıdır ki, onlar bizim zehnimizdə abstraklaşaraq qanun kimi əks olunur. Varlığın dərəcələri və onun hər bir dərəcəsinin sabit və müəyyən bir mövqeyi var. Səbəbin öz xüsusi yerini başqasına tapşırması və ya nəticənin öz yerini dəyişməsi təsəvvüredilməzdir. «Dünyanın qanunu var» ifadəsi həmin həqiqət barəsindədir:

Deməli, yaradılış qanunu şərti və e`tibari deyil. Çünki o, şeylərin necəliyindən yaranıb və həmin səbəbdən, onun dəyişməsi qeyri-mümkündür.

ISTISNALAR

Görəsən yaradılış qanunları istisnalara malikdirmi? Görəsən mö`cüzə və qeyri-adi işlər ilahi sünnənin ziddinədirmi?

Hər iki sualın cavabı mənfidir. Nə yaradılış qanunlarının istisnaları var və nə də xariqüladə işlər yaradılış qanunlarından istisna şeylərdir.

Әgər dünyanın sünnələrində dəyişikliklər müşahidə olunursa, həmin dəyişikliklər şəraitin dəyişməsinin nəticəsidir. Aydındır ki, hər bir sünnə xüsusi şəraitdə icra olunur və şəraitin dəyişməsi ilə o əvəz edilir və yeni şəraitdə digər bir sünnə həyata keçirilir və həmin yeni sünnə də yalnız özünün xüsusi şəraitində ümumi hal daşıyır. Deməli, qanun və sünnənin dəyişməsi də qanun və sünnənin hökmü ilədir. Amma bu, qanunun qanun ilə ləğv edilməsi demək deyildir. Onun mə`nası budur ki, bir qanunun şəraiti dəyişir və yeni şərait yaranır və yeni şəraitdə yeni qanun hakim olur.

Dünyada dəyişməz qanun və sünnələrdən başqa bir şey yoxdur. Әgər ölü, möcüzəvi olaraq dirilirsə, onun öz şərait və qanunu var. Həmçinin əgər Isa ibni Məryəm kimi bir uşaq atasız doğulursa, bu heç də ilahi sünnənin ziddinə deyil.

Sadəcə olaraq bəşəriyyət, yaradılışın bütün qanun və sünnələrini bilmir. Buna görə də öz nəzərində olan qanun və sünnəyə zidd bir şey görən kimi, onun qanun və sünnəyə zidd olmasını, istisnanın baş verməsi və səbəb-nəticə qanununun pozulmasını güman edir. Çox vaxt da, onun qanun kimi nəzərdə tutduğu şey həqiqi qanun deyil, qanuna oxşar bir şey olur. Məsələn, biz belə güman edirik ki, yeni nəsil yaranmasının qanunu canlıların erkək və dişi cütləşməsi ilə hasil olur. Amma unutmaq olmaz ki, bu, sünnənin özü deyil, zahiridir. Isanın qeyri-adi yaradılışı da sünnənin özündə deyil, zahirində dəyişikliklə təzahür edir. Həqiqi yaradılış qanunlarının dəyişməzliyi bir məsələ, bizim tanıdığımız qanunların dünyanın həqiqi qanunları olub-olmaması isə başqa bir məsələdir.

`cüzənin mə`nası onun qanunsuz olması və ya qanundan xaric və üstün bir şey olması deyil. Materialistlər belə bir səhvə yol veriblər. Onlar dünyanın elm vasitəsi ilə kəşf edilmiş təbii qanunlarının bir hissəsini gerçək və yeganə qanunlar fərz edərək möcüzələri qanuna zidd hadisələr adlandırıblar. Biz deyirik ki, elmin bəyan etdiyi şeylər xüsusi və məhdud şəraitdə düzdür, amma peyğəmbər və ya övliyaların birinin iradəsi ilə xariqüladə bir iş həyata keçəndə şərait dəyişir, yə`ni yenilməz ilahi qüdrətə birləşmiş güclü və pak bir iradə şəraiti dəyişdirir. Başqa sözlə desək, meydana xüsusi bir amil və ünsür daxil olur. Mə`lumdur ki, yeni amil, yə`ni Haqq övliyasının güclü və səmavi iradəsindən yaranmış yeni şəraitdə başqa bir qanun hakim olur.

Dua və sədəqənin bəlaların uzaqlaşdırılmasındakı tə`siri də belədir. Hədislərdən birində deyilir ki, Peyğəmbərdən (s), dünyada baş verən hər bir hadisənin ilahi təqdir və qəzası ilə olmasına baxmayaraq, dua və dava-dərmanın nə tə`siri ola bilməsi barəsində soruşurlar və o həzrət cavabında buyurur ki, duanın özü də qəza-qədərdəndir.

Digər bir rəvayətdə deyilir ki, Әli (ə) bir divarın dibində oturubmuş. O həzrət divarın çartlaq olmasını və onun aşıb dağılmaq ehtimalını başa düşən kimi tez ayağa durur və oradan uzaqlaşır. Bir nəfər ona e`tiraz edərək deyir ki, Allahın qəzasından qaçırsanmı? Yə`ni əgər sən ölməlisənsə, uçuq divarın kənarından qaçıb-qaçmamağından asılı olmayaraq öləcəksən, amma əgər sənə ziyan dəyməli deyilsə, hər necə olsa salamat qalacaqsan. Buna görə də divarın altından qaçmağının nə mə`nası var? Әli (ə) onun cavabında belə buyurur: «Mən Allahın qəzasından Onun qədərinə doğru qaçıram».

Bu cümlənin mə`nası budur ki, dünyada qarşıya çıxan hər bir hadisə, ilahi qəza-qədər çərçivəsindədir. Birinin özünü təhlükəyə atıb zərər görməsi Allahın qəza və qanunudur. Həmçinin təhlükədən qaçaraq nicat tapması da Allahın qanun və qədəridir. Insanın mikroblu yerə daxil olaraq xəstələnməsi və müalicə olunaraq xəstəlikdən qurtarması da qanundur. Buna görə də əgər insan uçuq divarın altından durub kənara çəkilirsə, Allahın qanun və qəzasına zidd bir iş görməyib və bu şəraitdə Allahın qanunu onun ölümdən qorunmasıdır. Әgər divarın altında oturursa və divarın uçması ilə məhv olursa, bu da yaradılışın qanunudur.

Qur`ani-kərim bu həqiqəti çox gözəl ifadə ilə bəyan edib. Təlaq surəsində belə oxuyuruq:

وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

«...Kim Allah qarşisinda təqvalı olsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz buyurduğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) tə`yin etmişdir.» (Təlaq 2-3)

Bu ayədə, sanki bütün qanunlardan üstün və onların hamısına hakim olan bir qanun bəyan edilib və o, təqva və təvəkkül qanunudur.

Həmin ayədən belə bir nəticə əldə edilir ki, təvəkkülün ardınca Allahın inayət və lütf göstərməsi qaçılmaz bir işdir. Kim həqiqətən Allaha təvəkkül etsə, Allahın inayət və lütfünə nail olacaqdır. Bu bütün şəraitlərdə hakim olan bir qanundur. Eyni zamanda, ilahi işlərin də müəyyən qayda-qanun çərçivəsində olmasının yaddan çıxmaması üçün buyurub:

«Allah hər şey üçün bir ölçü (hədd, müddət) tə`yin etmişdir». Həmçinin buyurub: «Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər».`ni Onun işi qanunsuz və vasitəsiz deyil, hərçənd ki, həmin vasitənin adi və hamı üçün mə`lum olan vasitə və üsullardan olmaması, «Və ona gözləmədiyi yerdən ruzi verər» formasında olması da mümkündür.

QӘZA-QӘDӘR VӘ CӘBR MӘSӘLӘSI

Ilahi təqdir dünyanın qanun və sünnəyə malik olması mə`nasında olduğu üçün, qəza-qədərdə e`tiqad baxımından yaranan cəbr məsələsi də həll olur. Biz «Insan və tale» kitabında bu barədə geniş söhbət etmişik və bu barədə ətraflı mə`lumat əldə etmək istəyənlər həmin kitaba müraciət etsinlər. Həmin məsələ barədə burada da xülasə şəkildə söhbət etmək məcburiyyətindəyik.

Bu irad, bir qrupun ilahi təqdiri hər bir hadisəni birbaşa və dünyanın qanunlarından xaric şəkildə idarə etməsi mə`nasında təsəvvür etmələrindən yaranıb. Aşağıdakı şe`r Xəyyama məxsusdur:

Mən mey xurəmo hər ke çun mən əhl bovəd

Mey xurdəne mən be nəzdi u səhl bovəd

Mey xurdəne mən həqq ze əzəl mi danest

Gər mey nə xurəm elmi xuda cəhl bovəd

 

`nası: Mən şərab içirəm və kim mənim kimi şərab əhlidirsə, mənim bu işim ona asan gəlir; Allah mənim şərab içəcəyimi əvvəldən bilirdi və indi mən şərab içməsəm Allahın elmi düz çıxmaz.

Bu şe`rin sahibi elə fikirləşirmiş ki, insanın bir işin görülməsini istəməsi, Allahın iradəsinə zidd olan bir şeydir və buna görə də o, insanın şərab içmək istəməməsinin qeyri-mümkünlüyünü güman edib. O belə güman edib ki, insanın şərab içmək istəməməsinin qeyri-mümkünlüyünün səbəbi Allahın onun şərab içməsini istəməsidir. Çünki, Allahın iradəsi dəyişməzdir. Insan istəsə də, istəməsə də şərab içməlidir.

Bu çox mə`nasız bir sözdür və tam nadanlıq üzündən deyilib. Buna görə də həmin şe`rin sahibinin filosof Xəyyam olmasına inanmaq çox çətindir. Hər bir filosof və hətta «yarım filosof»lar da Allahın heç kəsin şərab içib-içməməsini birbaşa istəmədiyini başa düşür. Allah dünya üçün qanun və quruluş müəyyənləşdirib və dünyada heç bir qanun həmin çərçivədən kənara çıxmır. Heç bir təbii hadisə təbii səbəb olmadan baş vermədiyi kimi, insanların ixtiyari işləri də onun ixtiyar və iradəsi olmadan baş vermir. Allahın insan barəsindəki qanunu insanın iradə, qüdrət və ixtiyara malik olması, yaxşı və ya pis işi öz razılığı ilə seçməsidir. Ixtiyar və bir şeyi seçmək, insan vücudunun sütunudur və onun ixtiyarsız olması qeyri-mümkündür. Belə ki, varlığın insan, amma ixtiyarsız olmasının fərz edilməsi yalnız fərziyyədir. Әgər o, insan deyilsə, başını şərab kuzəsinə soxaraq onu içən inək və ya uzunqulaq kimidir və heç bir şər`i məs`uliyyət də daşımır. Deməli, insanı istəyən ilahi qəza-qədər, onun muxtar olmasını da istəyib. Buna görə də insanın öz ixtiyar və iradəsi ilə deyil, ilahi cəbr ilə şərab içməsi əzəli elmə ziddir və o, ilahi cəbr və məcburiyyətlə şərab içəndə Allahın elmi cəhl olar.

Әvvəldə qeyd etmişdik ki, müasir tədqiqatçılar həmin şair Xəyyamın filosof Xəyyam olmasında şəkk edirlər. Onlar ehtimal verir və hətta sübut edirlər ki, Xəyyam adlı bir neçə şəxsiyyət olub və tarix onları qarışdırıb. Hər halda istər bir neçə Xəyyam olmuş olsun və istərsə də bir Xəyyam, o və ya onlar bir-birinə zidd şəxsiyyətə malik olublar. Allah elmini və ilahi təqdiri, insanın günah etməsinin səbəbi saymaq və seçici amil olan insanın məs`uliyyətini aradan aparmaq puç bir sözdür və onun cavabında gözəl deyiblər:

 

Elme əzəli elləte osyankərdən

Nəzde uqəla ze ğayəte cəhl bovəd

 

`nası: Allahın əzəli elmini günah edilməsinin amili hesab etmək, ağıllı insanların yanında çox böyük bir nadanlıqdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment