Azəri
Friday 19th of April 2019
  523
  0
  0

Əbu BəKrin və Ömərin Xüms barəsində iCtihadI

5- Əbu BəKrin və Ömərin Xüms barəsində iCtihadI

Tarix kitablarında qeyd olunduğu kimi, Əbu Bəkrin və Ömə rin ictihadlarının digər bir nümunəsi Əhli-beytin öz haq ları olan xümsdən, xüsusilə Fatimeyi Zəhra -ın öz haq qın dan məhrum edilməsi idi. Bu iki xəlifənin bu barədə ne cə ictihad etmələri ilə tanış olmaq üçün aşağıdakı kəl mə lə rin lüğətdəki və istilahdakı mə`nalarını araşdırmağı zə ru ri hesab edirik:

1-Zəkat, sədəqə, fey`, səfiyy, ənfal, qənimət və xüms kəlmə ləri nin lüğətdəki mə`nası.

2-Xümsün şə`ni və Peyğəmbəri Əkrəm ¡-in qızının haqqı.

Bu kəlmələrin və bu mövzuların arşdırılmasından sonra bu iki xəlifənin xüms, xüsusilə Peyğəmbəri Əkrəm ¡-in qızının haqqı barəsində etdikləri ictihadın necəliyini dərk etmək asan olacaqdır. Buna görə də deyirik:

1-2-Zəkat və sədəqə

Zəkat ərəb kəlməsi olub paklıq, pakizəlik, inkişaf, xe yir-bərəkət və mədh etmək mə`nasına gəlmişdir.[1] Belə ki, Qur` ani-Kərimdə də («Kəhf» surəsi, ayə:19) buyurulur:

أَيُّهَا أَزْكَى

"Hər hansı yemək daha pak-pakizə olsa."

Rəvayət olunur ki, həzrət Imam Baqir belə buyurur:

زكاة الارض يبسها

"Yerin pakı onun qurusudur."[2]

Imam Əli belə buyurmuşdur:

العلم يزكو على الانفاق

"Elm, başqalarına infaq etməklə və sərf olunmaqla artar."[3]

Ərəblərin dediyi «Zəkəz-zər`u» cümləsinin mə`nası «əkin sa hə si inkişaf edib bərəkət tapdı» deməkdir. Allah-taala nın da «Nisa» surəsinin 49-cu ayəsində buyurduğu "əlləzinə yu zək kunə ənfusəhum" sözünün mə`nası budur ki, "o kəslər ki, özünü mədh və tə`rif edərlər."

Şəriətdə zəkatın mə`nası: Zəkat – Allahın bir haqqıdır ki, insan öz malından ayırıb müstəhəqlərə verir.» Buna görə zə kat adlandırılmışdır ki, insanın malının və canının pak-pakizəliyinə və xeyir-bərəkətinə səbəb olur.»[4]

Bura qədər qeyd olunanlar lüğət alimlərinin zəkat kəl məsinin barəsində verdiyi nəzərlərdir.[5]

Sədəqə barəsində isə Rağib özünün «Müfrədat» kitabında belə yazır:

الصدقة ما يخرجه الانسان من ماله على وجه القربة كالزكاة لكن الصدقة تقال في الاصل للمتطوع به، والزكاة للواجب

«Sədəqə o şeydir ki, insan qürbət qəsdi ilə öz malından ayır sın, eynilə zəkat kimi. Lakin sədəqə əslində müstəhəb ola raq verilən şeylərə, zəkat isə vacib yolla verilənlərə deyi lir.»[6]

Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində yazır:

الفرق بين الصدقة والزكاة ان الزكاة لاتكون الافرضا، والصدقة قد تكون فرضا وقد تكون نفلا

«Sədəqə ilə zəkatın fərqi budur ki, zəkat vacibdir, lakin sədəqə bə`zən vacib, bə`zən də müstəhəb olur.»[7]

Buna görə də gördüyünüz kimi, zəkatda «vacib» məsələsi nə zərə alınmışdır – ondan məqsəd də mal-dövlətdə Allaha məx sus olan haqq nəzərdə tutulur. Belə ki, sədəqədə də Allah dər gahına yaxınlaşmaq üçün malın verilməsinin müstəhəbliyi nə zərdə tutulur. Bə`zən də «sədəqə alan şəxsə bəxşiş etmək» mə` nasına işlənir. Belə ki, Yusifin qardaşları ondan bəx şiş istəyərək demişdilər: "və təsəddəq ələyna – bizə bəxşiş et!" «Yusüf» surəsi, ayə:88

Zəkat vücubla, yə`ni malda Allahın haqqını sübut etməsi ilə yanaşı olduğundan, bizim nəzərimizə görə vacib sədə qə lə rə, vacib xümslərə və Allahın insanın malında qərar ver di yi sair vaciblərə də şamildir. Bunun şahidi Peyğəmbəri Ək rəm ¡-in Himyər padşahlarına yazdığı məktubdur:

وآتيتم الزكاة من المغانم خمس اللّه وسهم النبي وصفيه وما كتب اللّه على المؤمنين من الصدقة

"Və zəkatı, qənimətlərdən Allahın xümsünü, Peyğəmbərin səhmini və onun xalisəsini, Allahın mö`minlərə vacib etdiyi sədəqələri verin."

Çünki zəkat kəlməsindən sonra gələn «min» kəlməsi zəka tın növlərini bəyan edir ki, o da aşağıdakılardan iba rət dir:

a) Allahın xümsü;

b) Peyğəmbərin səhmi və onun xalisəsi;

v) Allahın mö`minlərə vacib etdiyi sədəqələr, yə`ni sədəqənin vacib qisimləri.

Beləliklə, vacib sədəqə zəkatın qisimlərindən biri olaraq qə rar verilmişdir. Mütəal Allah onun hansı yerlərdə işlə dil məsi ilə əlaqədar «Tövbə» surəsinin 60-cı ayəsində belə buyur muşdur:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللّهِ وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

"Sədəqələr yalnız fəqirlərə, miskinlərə, onun toplanmasına mə`mur olu nanlara, qəlblərinin Islama yönəldilməsi lazım olan şəxslərə, qul la rın azad edilməsinə, borclulara, Allah yolunda və yolda qalanlara aid dir. Bu, Allah tərəfindən tə`yin olunan bir fərizədir. Allah elmli və hik mətlidir."

Mütəal Allah zəkatın hökmünü bəyan edərkən bir-iki qi sim lə kifayətlənməmiş, əksinə, onu Qur`anda 25 yerdə «səlat» (na maz) kəlməsi ilə yanaşı qərar vermişdir.[8] Hər vaxt «zəkat» və «səlat» kəlmələri Allahın kəlamında və Peyğəmbərin sözlə rin də yanaşı gəlibsə, onlardan məqsəd Allah-taalanın malda olan mütləq haqqı nəzərdə tutulur. O cümlədən, nəqdeyn (qı zıl və gümüş), ənam (mal-heyvan), ğəllat (taxıl) – yə`ni vacib sə dəqələr – bu kimi hallarda nisab həddinə çatmalıdır. Digə ri isə Allahın qənimətlərdə olan haqqı yə`ni xümsdür və ondan başqalarıdır.

Hər vaxt zəkat sözü Allahın və Peyğəmbərin kəlamında xü ms lə yanaşı gəlsə, ondan məqsəd yalnız vacib sədəqələrdir. Həm çinin, kəlamda sədəqə siniflərindən hər hansı bi ri nə izafə şəklində olub, misal üçün, zəkatül-ğənəm (qoyu nun zəkatı), yaxud zəkatül-nəqdeyin (qızıl-gümüşün zəkatı) de yi lirsə, ondan da məqsəd vacib sədəqələrdir. Eləcə də, sədəqə işlərinə baxanlar da hə dis də və sirədə müzzəki – zəkatı toplayanlar deyil, müsəddiq,[9] yə` ni sədəqəni toplayanlar adlandırılmışdır. Həmçinin, sə də qə verən kəsə müzəkki, yaxud mətəzəkki deyil, müsəddiq deyi lir.[10] Bəni Haşimə haram edilən zəkat deyil, sədəqədir.[11] Müs lüm bu məsələyə diqqət yetirmədiyindən, özünün «Səhih» kita bın da «zəkatın Peyğəmbərə və onun Əhli-beytinə haram olma sı» adlı bir babda (3-cü cild, səh.117) sədəqənin onlara haram ol ma sı ilə əlaqədar səkkiz hədisi bu babda qeyd etmişdir. Hal buki, zəkat onun dediyi kimi deyildir.

Buna əsasən, hər vaxt Qur`anda «əqimus-səlat və atuz-zəkat» (na maz qılın və zəkat verin) kimi iki cümlə bir yerdə qeyd edi lirsə,[12] bu iki cümlədə əvvəlcə fərman verilir ki, vacib na maz lar yerinə yetirilsin, istər gündəlik namaz olsun, istər ayət namazı, istərsə də başqası; sonra fərman verilir ki, mal-dövlətdə Allahın vacib buyurduğu haqq yerinə yetirilsin. Bu haqq istər vacib sədəqə hallarından olsun, istər xüms yer lə rində Allahın haqqı, istərsə də digər hüquqlar – hamı sı na şamil olur.

Həmçinin, Peyğəmbər ¡-dən rəvayət olunan «hər vaxt ma lı nın zəkatını verdinsə, öhdəndə olan hər bir şeyi əda etmi sən» hədisində («Sünən»i Termizi», 3-cü cild, səh.97) məqsəd budur ki: «Əgər öz malında olan Allahın haqqını əda etmisənsə və malda olan Allah hüquqlarının hamısını ver misənsə, öhdəndə olan hər bir şeyi yerinə yetirmisən». Həm çinin, o həzrətdən rəvayət olunan «hər kəs bir malı əldə et sə, ilin axırına qədər onun öhdəsində zəkat yoxdur» (yenə ora da, səh.125) hədisindən məqsəd budur ki, Allahın onun ma lın da heç bir haqqı yoxdur. Əhli-beyt imamlarından ¢ nəql olunan hədislərdə də deyilir: "Əmvaldakı haqq zəkatdır."[13] Bu nun camaata gizli qalmasının səbəbi bəlkə də bu ola bi lər ki, xüləfalar xüms hökmünü Peyğəmbər ¡-dən sonra qüv vədən saldıqlarına, əməli olaraq zəkat üçün sədəqədən baş qa bir nümunə qalmadığına görə xüms mövzusu tədrici ola raq unudulmuş və iş o yerə çatmışdır ki, son zamanlarda «zə kat» kəlməsindən sədəqədən başqa bir şey düşünülmür!

2-Fey`

Fey` lüğətdə «qayıtmaq» mə`nasınadır. Günəşin günortadan sonrakı hərəkəti nəticəsində kölgənin qayıtmasına da fey` deyilir. Amma Islam şəriətində, «Lisanül-ərəb» kitabında qeyd olunduğu kimi, bu mə`naya gəlir: «Müharibə olmadan ka fir lərdən əldə olunan mal-dövlət.» Həmçinin, «o mal-döv lət dir ki, Allah-taala Öz dininin əhlinə qaytarmışdır, özü də mü ha ribə aparılmadan din müxaliflərinin mal-dövlətindən alı nan, yaxud cəlayi-vətən edildiyinə, yaxud müsəlmanlar üçün bo şal dıldığına, yaxud müsalihə yolu ilə, yaxud da cizyə ver məklə – onun vasitəsilə fida verilir, qanlarını qoruyurlar və nəticədə islamın pənahında qalırlar – əldə olunan əm lak da fey`dən ibarətdir.[14]

Allah-taala «Həşr» surəsinin 7-ci ayəsində buyurur:

﴿مَّا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ

"Allahın qəryələrin əhalisindən Öz Peyğəmbərinə qaytardığı şeylər Alla ha, Peyğəmbərə və onun qohumlarına, yetimlərə, miskinlərə və yolda qalan lara məxsusdur."

Bu ayə və bütünlükdə «Həşr» surəsi Bəni-nəzir yəhudi lə ri nin barəsində nazil olmuşdur. Onlar Peyğəmbərlə bağla dıq ları əhd-peymanı pozmuş və on nəfərlə birlikdə onların ya nı na getdiyi halda böyük daş parçası dığırladıb o həzrəti öl dürmək istəyirdilər. Buna görə də Allah-taala vəhy vasi tə silə onların bu hiyləgərlik məqsədlərini ifşa etdi və o həz rət çox sür`ətlə, sanki bir ehtiyacı varmış kimi, oradan çıx dı və Mədinəyə getdi. O yubandığı zaman köməkçiləri ona qo şuldu. Peyğəmbər ¡ onların yanına adam göndərdi və on ların qurduqları məkirli tədbirlərini bildiyini onlara agah etdi və onlara əmr etdi ki, oradan köçüb getsinlər. On lar bunu qəbul etmədilər, on beş gün qalalarında qaldılar. Son ra oradan çıxdılar və silahdan başqa, daşınmağa qabil olan bütün şeylərini dəvələrlə apardılar və onların öz mal ları oldu. Onlar altı yüz dəvə ilə çıxıb Xeybərə və digər yer lərə getdilər. Allah-taala onların qoyub getdiyi çoxlu si lah ları, əraziləri və xurma bağlarını bütünlüklə Peyğəm bə rin ixtiyarına verdi. Ömər dedi: «Əldə etdiyin şeylərin xüm sü nü vermirsənmi?» Yə`ni onun xümsünü ayırmırsanmı ki, yer də qalanlarını camaatın arasında bölüşdürək?! Peyğəmbər ¡ cavabında buyurdu: «Allah-taalanın müsəlmanların ha mı sının deyil, yalnız mənim üçün qərar verib "ma əfaəllahu əla Rəsulih" deyə buyurduğu şeyi, iki hissəsi müsəlmanlar üçün olan bir şeylə eyni səviyyədə qərar vermərəm!»

Vaqidi və başqaları demişlər: O həzrət öz ailəsinin xərc lərini onun öz xalisəsi olan Bəni-nəzir əmvalından ödə yir di. Istədiyi şəxslərə də onlardan bağışlayır, istəmədiyi şəxs lərə də vermirdi. O, öz xidmətçisi Əbu Rafeni həmin yer də işçi tə`yin etmişdi.[15]



[1] «Nihayətül-lüğət», Ibni Əsir, Zəkat maddəsi.

[2] Yenə orada.

[3] «Nəhcül bəlağə», hikmət 147.

[4] «Müfrədati Rağib», zəkat maddəsi.

[5] Bax: «Mürədati Rağib», «Nihayətül-lüğət», Ibni Əsir, «Lisanul-ərəb», Ibni Mənzur, «Qamus», Firuzabadi və onun şərhi, Qur`an təfsirlərindən «Təfsiri Təbəri», «Məcməul-bəyan» və sair kimi təfsirlər.

[6] «Müfrətadi Rağib», sə-də-qə maddəsi.

[7] «Məcməül-bəyan», «Bəqərə» surəsinin 272-ci ayəsinin təfsiri.

[8] «Mö`cəmül-fehrest», «zəkat» maddəsi.

[9] «Müfrədati Rağib», «Nihayətül-lüğət», «Lisanül-ərəb», «sədəqə» maddəsi.

[10] Mütəal Allah «Hədid» surəsinin 18-ci ayəsində buyurmuşdur: "Sədəqə verən kişilər və sədəqə verən qadınlar...» Həmçinin bax: «Səhihi-Müslüm» zəkat babı, 3-cü cild, səh.172; «Sünəni Əbu Davud», 1-ci cild, səh.202; «Sünəni Termizi», 3-cü cild, səh.172. Müttəqi Hindi kimi son zamanın bə`zi alimlərinin qeyd etdiklərinə diqqət yetirilmir.

[11] Bunun ətraflı izahı sonradan qeyd ediləcəkdir.

[12] «Mö`cəmül-müfəhris», zəkat maddəsi.

[13] «Kafi», 2-ci cild, səh.19-20; «Təfsiri Əyyaşi», 1-ci cild, səh.253; «Biharul-ənvar», 68-ci cild, səh.337-389.

[14] «Lisanül-ərəb», fey` maddəsi.

[15] Bəni-nəzir tayfası barəsində qeyd etdiklərimiz Vaqidinin «Məğazi» kitabından, səh.363-378 idi. Həmçinin Məqrizi də «Əmtaul-əsma», səh.178-182-də onun xülasəsini qeyd etmişdir. Əlavə mə`lumat üçün «Təfsiri-Təbəri»yə baxa bilərsiniz. Əbu Rafe Abbasın qibti qulamı idi ki, onu Peyğəmbərə bağışladı, o həzrət də onu azad etdi və öz kənizi Səlmanı ona ərə verdi. O Məkkədə islamı qəbul etdi. Ühüddə və ondan sonrakı hadisələrdə Peyğəmbərin yanında olmuşdur. Oğlu Rafe Imam Əli -ın katibi idi. Əbu Rafe Osmanın xilafət dövründə, yaxud ondan sonra vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 1-ci cild, səh.41 və 77-də qeyd olunmuşdur.

  523
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment