Azəri
Friday 29th of March 2024
0
نفر 0

BURADA AYRI-SEÇKILIKDӘN YOX, FӘRQLILIKDӘN DANIŞMAQ LAZIMDIR!

BURADA AYRI-SEÇKILIKDӘN YOX, FӘRQLILIKDӘN DANIŞMAQ LAZIMDIR!

Yaradılışda olan şey ayrı-seçkilik deyil, fərqlilikdir. Ayrı-seçkilik bərabər şərait və yeksan haqlılıqda, şeylər arasında fərq qoyulması deməkdir. Amma fərqliliyin mə`nası, bərabər olmayan şəraitdə şeylər arasında fərq qoyulmasıdır. Başqa sözlə desək, ayrı-seçkilik bəxş edənin tərəfindən, fərq isə qəbul edənin özündəndir.

Sadə bir məsəl çəkməklə məsələ aydınlaşacaq. Biz, əgər tutumu on litr olan iki qabı su kranının altına qoyub birinə on, digərinə isə beş litr su töksək, ayrı-seçkilik etmiş oluruq. Burada fərqin mənşəyi su tökən qüvvədir. Amma qarşımızda bir ədəd beş litrlik və bir ədəd də on litrlik qabımız olsa və biz onların hər ikisini dənizə batıraraq su doldursaq yenə də suların miqdarında fərq olduğunu görəcəyik. Amma bu fərqin mənşəyi dəniz və ya suyun təzyiqi deyil, həmin qabların tutum baxımından olan fərqləridir.

Başqa bir misal çəkim. Müəllimin, hamısı bir səviyyədə olan və dərsləri bərabər olan şagirdlərə müxtəlif qiymətlər verməsi ayrı-seçkilikdir. Amma birdən müəllim hamıya bir gözlə baxır və bir cür dərs keçirsə və hamıdan bir cür imtahan götürürsə və şagirdlərin bə`ziləri kütbeyinlik, yaddaşsızlıq, çalışmamazlıq və sairə səbəblərdən imtahanı pis vercələr və ya ümumiyyətlə verə bilməcələr, bə`ziləri isə güclü iste`dada malik olmaları və çalışqanlıq göstərmələri nəticəsində imtahanın suallarına tam cavab versələr və müəllim onlara, verdikləri cavab əsasında qiymət versə, burada ayrı-seçkilik deyil, fərq baş verəcəkdir. Әdalət, müəllimin bütün qiymətləri bir-birinin üstünə gələrək bütün şagirdlər arasında bərabər bölməsi demək deyildir. Әdalət odur ki, müəllim şagirdlərin hər birinə layiq olduğu qiyməti versin. Bu cür yerlərdə tərəflər arasında fərq qoymaq eynilə ədalət və bərabərlik, fərq qoymamaq isə ayrı-seçkilik və zülmdür.

Burada təbii olaraq qarşıya belə bir mətləb gəlir ki, Allahı müəllimlə müqayisə etmək olmaz. Allah varlıqların yaradanıdır və mövcud olan hər bir fərq onun tərəfindəndir. Amma müəllim şagirdlərin yaradanı deyil və onlardan birinin zehnli, digərinin isə kütbeyin olması müəllimdən asılı deyil. Әgər biri iste`dadlı və çalışqandırsa və digəri iste`dadsız və tənbəldirsə, bunun müəllimlə heç bir əlaqəsi yoxdur. Allah və varlıq barəsində isə, e`tiraf etmək lazımdır ki, bütün fərq və ayrı-seçkiliklər Onun tərəfindəndir. Allahın işi ikimərhələli olub. Belə ki, O, bir mərhələdə varlıqları fərqli yaradıb, digər mərhələdə isə onlarla fərqləri əsasında rəftar edərək onlara layiq olduqlarını verib. Irad işin birinci mərhələsinə aiddir ki, Allah nə üçün əvvəldə hamını bərabər və yeksan yaratmayıb? Fərqlərin sirri nədədir?

FӘRQLӘRIN SIRRI

Fərqlərin sirri bir kəlmədir:

«Varlıqlar arasındakı fərqlər onlar üçün zatidir və o, səbəb-nəticə qanununun zərurətlərindəndir.» Bu çox ağır cümlədir, amma izah etməkdən başqa heç bir çarə yoxdur. Biz burada dediyimiz şeyləri bir daha sadə dillə təkrar etmək və dərin bir bəhsin çətinliyini asanlaşdırmaq məcburiyyətindəyik. Ali və lazımi nəticə əldə etmək ümidi ilə əvvvəlki bəhsimizi davam etdirək və icbari olaraq bir az filosoflaşaq.

Әvvəldə dediyimiz kimi, bu bəhs ilahi fəlsəfədə «varlıqların Haqq-taalanın zatından xaric olma tərzi» adı altında irəli sürülür. Bəhsin mövzusu budur ki, görəsən Allah varlıqların yaranmasını ayrı-ayrılıqda, bir-bir iradə edib, yoxsa yox? Məsələn, iradə edərək əvvəlcə «A»-nı yaradıb, sonra başqa bir iradə ilə «B»-ni və sonra üçüncü iradə ilə «V»-ni və beləliklə, hər bir şeyi ayrı-ayrılıqda və özünəməxsus bir iradə ilə yaradıb, yoxsa bütün şeyləri vahid və bəsit bir iradə ilə vücuda gətirib?

Ilahi maarifdə səthi fikirləşən bir qrup mütəkəllim, birinci ehtimalın tərəfdarıdır. Amma əqli dəlillər və qəti fəlsəfi bürhanların sübut etdiyi və Qur`anın da düzlüyünü təsdiqlədiyi, ikinci nəzəriyyədir. Həmin nəzəriyyəyə əsasən, dünyanın hamısı əvvəldən axıra kimi bir iradə ilə vücuda gəlir və hamı Allahın iradəsi ilə yaranır. Amma onlar ayrı-ayrı iradələrlə deyil, bir iradə ilə, özü də bəsit bir iradə ilə yaranır. Qur`ani-kərim buyurur:

إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ

«Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq.Bizim buyuruğumuz bir göz qırpımında yerinə yetər.» (Qəmər-49-50)

Bu əqidəyə əsasən, yaradılış üçün xüsusi quruluş, müəyyən qanun və tərtibat mövcuddur və Allahın, şeyləri yaratmaq iradəsi, quruluş iradəsinin eynidir. Səbəb-nəticə qanunu da oradan yaranır. Səbəb-nəticə qanununun mə`nası budur ki, hər bir nəticənin özünəməxsus səbəbi və hər bir səbəbin özünəməxsus nəticəsi var; nə müəyyən bir nəticə, heç bir vasitə olmadan, istənilən səbəbdən yarana bilər və nə də müəyyən bir səbəb vasitəsiz, hər bir nəticəni yarada bilər. Həqiqət budur ki, səbəb-nəticə qanununda, hər bir varlıq və şey müəyyən yer və məqama malikdir, yə`ni nəticə müəyyən bir şeyin nəticəsidir və bu ayənin «Şübhəsiz ki, Biz hər bir şeyi müəyyən ölçüdə yaratdıq» ifadəsinin dəqiq mə`nasıdır. Bu mətləbin aydınlaşması üçün, dünyanın quruluşunu şaquli və üfüqi hissələrə bölməklə izah edirik.

ŞAQULI SISTEM

Şaquli quruluşdan məqsəd, səbəb-nəticə, şeylərin yaradılma tərtibi, necə deyərlər, Allahın əşyalara nisbət failliyi və şeylərin ondan yaranma tərtibidir. Ilahi zatın ucalığı və müqəddəsliyi varlıqların Ona nisbətdə mərtəbə-mərtəbə, bir-birinin ardınca yerləşmələrini, yə`ni birinci, ikinci, üçüncü və bu cür tərtiblə olmaları və bir-birlərindən sonra yaranaraq hər birinin özündən qabaqkının nəticəsi olmasını tələb edir. Әlbəttə məqsəd, zaman baxımından birinci, ikinci, üçüncü və sairə olmaq deyil. Orada, zaman məsələsi yoxdur, zamanın özü də məxluqlardan biridir.

Dini teriminologiyada mələk, ilahi qoşun, Allahın şəriəti deyil, yaradılış elçiləri, işlərin bölücü və tədbirçisi kimi gəlmiş ifadələr və Allahın bir sıra ilahi və mə`nəvi təşkilatının olmasını göstərən ərş, kürsi, lövhə və qələm kimi məfhumların hamısı, bu həqiqəti başa salmaq üçündür ki, Allah-taala yaradılışı xüsusi quruluş və müəyyən tərtiblə idarə edir. Filosoflar bu mətləbi fəlsəfədə xüsusi terminlərlə, İslam maarifində isə başqa ifadələrlə bəyan ediblər. Biz burada həmin məfhumların, İslamın daha şirin və sadə dili ilə ifadə olunmasına üstünlük veririk.

Bu quruluşda, Allahın zatı bütün varlıqların fövqündə dayanır və mələklər Onun fərmanının icraçılarıdır. Mələklərin öz arasında da silsiləvi mərtəbələr mövcuddur. Onlardan bə`ziləri başçı və fərman verən, bə`ziləri isə köməkçi sayılırlar. Mikail ruzi üçün, Әzrail can və ruhun alınması üçün tə`yin edilmiş mələkdir. Bu iki mələyin hər birinin köməkçiləri də vardır. Hər bir mələyin müəyyən vəzifə və yeri vardır.

وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَّعْلُومٌ

«...Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın.» (Saffat-164).

Yaddan çıxarmamalıyıq ki, Allahın varlıqlarla olan nisbəti yaratmaq və icad etməkdir və Onun təşkilatını ictimai təşkilat və insan cəmiyyətlərində olan şərti əlaqələr kimi təsəvvür etmək olmaz. Allahla mələklər arasındakı fərman vermək və itaət quruluşu, şərti və e`tibari deyil, həqiqi və inkaredilməz xarakter daşıyır. Allahın fərmanı söz deyil, «icad»dır və mələklərin ona tabeçilikləri də ona uyğun bir şeydir. Bizim «Allah mələklərə filan şey etmələri fərmanını verdi» deməyimizin mə`nası budur ki, O, onları elə yaradıb ki, onlar müəyyən iş və nəticə üçün fail olsunlar. Mələklərin itaət etmələrinin mə`nası da həmin təkvini səbəb və nəticədir. Qeyd edilən təşkilat təkvini bir quruluşun nümunəsidir.

Buna görə də, Qur`ani-kərim yaradılışın tədbiri və idarəsini bə`zən Allaha, bə`zən isə mələklərə nisbət verir. Bə`zən deyir:

يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاء إِلَى الْأَرْضِ

«O, göydən yerə qədər olan bütün işləri idarə edir...» (Səcdə-5).

`zən isə belə deyir:

فَالْمُدَبِّرَاتِ أَمْرًا

«And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə)...» (Naziat-5).

`zən ölən insanların canlarının alınmasını mələklərə, bə`zən xüsusi ölüm mələyinə, bə`zən isə Özünə nisbət verir.

Vəhy çatdırılmasını bə`zən bir mələyə nisbət verərək belə buyurur:

نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ

«Onu Cəbrail (Ruhulmin) endirdi.» (Şuəra-193).

`zən isə Öz müqəddəs zatına nisbət verir:

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنزِيلًا

«...Həqiqətən, Biz Qur`anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.» (Insan-23).

Məsələnin sirri budur ki, Allahın işi müəyyən nizam və tərtibə malikdir, Onun, dünyanı yaradıb idarə etmə quruluşu, iradə etməsinin eynidir.

Varlıqlar arasında müəyyən quruluşun olmaması, hər bir varlığın hər bir şeyin mənşəyi olmasını və həmçinin, hər bir şeyin hər bir şeydən yaranmasının mümkünlüyünü tələb edir. Məsələn, kiçik bir qüvvədən böyük bir qüvvəyə münasib olan böyük partlayışın yaranması və bunun əksinə olaraq, böyük qüvvənin kiçik qüdrət göstərməsi mümkün olmalıdır. Həmçinin bir kibrit şö`ləsinin tə`siri dünyanı işıqlandıran günəşlə bərabər olmalıdır. Yaxud nəticə, öz səbəbinin yerini tutmalı, səbəb isə onun yerində durmalıdır. Bu hesabla gərək Allahın məxluq, məxluqun isə Allah olması da mümkün olsun.

Vacibin vacib, mümkünün isə mümkün olması, onların zati xüsusiyyətləridir, yə`ni vücudu mümkün olan, vacibul-vücud, vücudu vacib olan isə mümkünül-vücud ola bilməzdi. Başqa sözlə desək, məsələ belə deyil ki, vücuda gəlməsi mümkün olan varlıq vacibul-vücud və ya bunun əksi ola bilərdi. Amma təsadüfən və ya xarici bir amilin tə`siri ilə biri vacib, digəri isə mümkün olub. Xeyr, mümkünul-vücud vacibul-imkan, vacibul-vücud isə vacibul-vücuddur.

Mümkünlərin dərəcələri də belədir. Mümkünlərin hər bir dərəcəsi, varlığın hansı məqamındadırsa, həmin hala da malikdir. Məsələn, canlılara ruzi vermək və ya onların canlarını almaq vəzifəsinə tə`yin edilmiş varlığa verilmiş məqam, ona əta edilmiş vücud mərtəbəsinin zərurətlərindəndir. Yə`ni belə deyil ki, məsələn ağcaqanad bir göstərişlə Mikailin, qarışqa Әzrailin, insan isə Cəbrailin yerini tuta bilərmiş.

Kamilin naqisin, naqisin isə kamilin yerində oturması fərzindəki bütün səhvlər, insan varlıqlarının əlaqə zatiliyi, zərurilik və qətiliyini dərk etməmələri və onların varlıq aləmindəki, mərtəbələrini insanların cəmiyyətdəki, şərti və fərzi əlaqələri kimi fərz etmələrindən yaranır. Bütün səhvlər Allahı insana oxşatmaq və dünyanın zati quruluşunu şərti insan cəmiyyətləri ilə müqayisə etməkdən yaranır. Belə adamlar öz-özlərində fikirləşirlər ki, sabah filan rəisin adi işçi, adi işçinin rəis olmasına heç bir maneə olmadığı kimi, nə üçün qoyun insanın, insan isə qoyunun yerində ola bilməsin? Nə üçün Allah onu qoyun, bunu isə insan yaradıb?

Amma onlar bu işin qeyri-mümkünlüyünü bilmirlər. Çünki, hər hansı bir səbəbin müəyyən nəticə üçün səbəb olması və həmçinin hər bir nəticənin müəyyən səbəb üçün nəticə olma qanunu şərti deyildir. Әgər «A» «B» üçün səbəbdirsə, bu səbəb onun zati xüsusiyyətlərinə görədir. Həmçinin əgər «B» «A»-nın nəticəsidirsə, bu ona görədir ki, o, bir sıra xüsusiyyətlərə malikdir və ona görə də «A» üçün nəticə olub və həmin xüsusiyyət onların vücudlarının necəliyindən başqa bir şey deyil. Buna görə də həmin xüsusiyyət şərti, aksidensal (arizi) və başqasına ötürülmək qabiliyyətinə malik deyil, gerçək bir həqiqətdir. Deməli, hər bir səbəbin öz nəticəsi və hər bir nəticənin öz səbəbi ilə əlaqəsi, səbəb və nəticənin zatından yaranır. Nəticə özünün tam zatı ilə səbəbə bağlıdır və səbəb bütün zatı ilə nəticənin yaranma mənşəyidir.

Әvvəldə dediyimiz kimi, buradan belə mə`lum olur ki, hər bir varlığın vücud məqamı, onun zatının eynidir və bu, düz ədədlərin mərtəbələri barəsində olduğu kimi dəyişməz bir şeydir. Avtobus növbəsində dayanmış insanları dala-qabağa çəkərək onların yerlərini dəyişmək mümkündür, amma ədədlərin yerlərini dəyişərək onları arxaya və ya qabağa çəkmək mümkün deyil. Rütbəsi dörddən sonra olan beş rəqəminin dörddən qabaq yerləşməsi mümkün deyil. Dörddən qabaq üçdən başqa heç bir ədəd ola bilməz, hətta onu beş adlandırsaq belə, yalnız ad dəyişmiş oluruq və onun həqiqətini dəyişdirmək qeyri-mümkündür.

Dünyanın bütün varlıqları arasında, belə zati və köklü bir sistem mövcuddur. Qur`ani-kərimin «Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun müəyyən bir yeri olmasın» ayəsi bütün varlıqlar barəsində düz gəlir. Hər bir şeyin öz yeri var və onu öz yerindən başqa bir yerdə fərz etmək onun zatını əldən verməklə bərabərdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment