Azəri
Monday 25th of March 2019
  482
  0
  0

Ömərin iCtihadlarI

v) Ömərin iCtihadlarI

Təbəri 23-cü ilin hadisələrini qeyd edərkən Ömərin sirə si, eləcə də maaşların verilməsi ilə əlaqədar dəftərlərin açıl ması barəsində belə yazır: «O ilk şəxs idi ki, camaat üçün divanxana və dəftər tərtibə saldı, camaatı qəbilələr əsa sında qeydə aldı, onlar üçün müəyyən olunmuş aylıq maaş tə` yin etdi.» O yazır: «Ömər ibni Xəttab bu dəftərlərin açıl ması barəsində müsəlmanlardan nəzər istədikdə Əli ibni Əbi Talib ona dedi: «Il boyunda əmvaldan hər nə qədər sənin ya nın da cəm olsa, onları bölüşdür və onlardan heç bir şeyi sax lama.» Osman dedi: «Çoxlu malı (beytul maldan) görürəm ki, bü tün camaata çatacaqdır və əgər bu camaat siyahıya alın maz sa, nəticədə maaş alanları maaş almayanlardan ayırd edə bil məzsənsə, qorxuram ki, iş pərakəndəliklə nəticələnsin.» Və lid ibni Hüşam ibni Müğeyrə dedi: «Ya əmirəl-mö`minin! Mən Şama getdikdə gördüm ki, oranın padşahları dəftər, di van xana, ordu və nizamlara malikdirlər. Belə isə, sən də di van xana və ordu tərtib elə.» Ömər onun nəzərini qəbul et di. Əqil ibni Əbi Talibi, Müxrəmət ibni Nofəli və Cübeyr ib ni Müt`imi (o, Qüreyşin nəsəbşünaslarından idi) çağırdı ona dedi: «Camaatı, məqam və mənzilətləri əsasında qeydə alın!»[1]

Ibni Covzi Ömərin xəbərləri və onun sirəsi, eləcə də onun camaata maaş tə`yin etməsi, bə`zilərini başqalarından üstün tutması ilə əlaqədar geniş bir bəyanda belə qeyd edir: «O, Abbas ibni Əbdül-Müttəlib üçün on iki min dirhəm tə` yin etmişdi. Peyğəmbərin zövcələrindən hər biri üçün on min dir həm ayırmışdı. Ayişəyə iki min dirhəm əlavə verməklə, onu Peyğəmbər ¡ başqa zövcələrindən üstün tutmuşdu. Bun dan sonra Bədr müharibəsində iştirak edən mühacirlərdən hər birinə beş min dirhəm, həmin müharibədə iştirak edən ən sar lar üçün dörd min dirhəm tə`yin etmişdi. Deyilmişdir: «Bədr müharibəsində iştirak edənlərin hər biri üçün – hər hansı bir qə bi lədən olsaydılar belə – beş min dirhəm tə`yin edirdi.» Bundan son ra Ühüd müharibəsindən Hüdeybiyyəyə qədər iştirak edən hər bir kəs üçün dörd min dirhəm, Hüdeybiyyədən sonrakı qə lə bələrdə iştirak edənlər üçün üç min dirhəm, Peyğəmbər ¡-in vəfatından sonra baş verən müharibə işti rak çı la rı na isə iki min, beş yüz, nəhayət iki yüz dirhəmə qədər ma aş ayırmışdı.»

O deyir: «Ömər bu hökmü qüvvəyə mindirdikdən sonra vəfat etdi.»

Həmçinin yazır: «Bədr döyüşündə iştirak edənlərin qa dın ları üçün 500 dirhəm, Bədrdən sonra Hüdeybiyyəyə qə dər olan müharibə iştirakçılarının qadınlarına 400 dir həm, bun dan sonrakı müharibələrdə iştirak edənlərin qadın ları na 300 dirhəm, Qadisiyyədə iştirak edənlərin arvadlarına 200 dir həm verdi, bundan sonra da yerdə qalan bütün qadınlara eyni səviyyədə maaş verirdi.»[2]

Yə`qubinin rəvayətində yuxarıda qeyd olunanlardan əlavə, be lə yazılır: «Ömər Məkkə böyükləri – Əbu Süfyan və Müa vi yə kimiləri – üçün beş min dirhəm pul tə`yin etmişdir.»[3]

Beləliklə, maaş almaqda da bə`zilərini başqalardan üstün tu turdu. Hətta iş o yerə çatmışdı ki, bə`zilərinin aylıq ma a şı başqalarından altmış dəfə artıq idi. Belə ki, Üm mül-mö`minin Ayişənin aldığı on iki min dirhəm pul, sair mü səl man qadınlarının aldığı iki yüz dirhəmlə müqayisədə bu miqdarda idi! Bu işlə də Peyğəmbər ¡ sünnəsinin əksi nə olaraq Islam cəmiyyətində sinfi ziddiyyətlərin və ayrı-seç kiliyin əsasını qoydu. Elə oldu ki, bir müddətdən sonra cə miyyətin bir təbəqəsində həddindən artıq mal-dövlət və sər vət toplanmağa başladı, digər təbəqəsində isə yoxsulluq və səfillik baş alıb getdi. Həmçinin, mütrif, işsiz və bö yük iddialı olan bir təbəqə yarandı. Hətta, xəlifə Ömər özü öz həyatının sonlarında bu faciənin nə qədər dərinliklərə iş lə diyini hiss etmişdi. Təbərinin nəql etdiyinə görə o, be lə deyirmiş: «Əgər keçmiş ömrümü yenidən əldə etsəm, var lı la rın mal-dövlətinin artığını alar və mühacir fəqir ləri nin arasında bölüşdürərdim.»[4]

Gördüyünüz kimi, özünün bu arzusunda da mühacir fəqir lə rini ənsar fəqirləri və sair müsəlman fəqirlərindən irəli keçir mişdir.»[5]

Beytül-malın ilk dəfə bu cür bölünməsinin öz ardınca gə tirdiyi ziyanlardan biri də bu idi ki, müsəlmanlar bundan son ra hakimlərin nüfuzları altında qərar tutdular, hər kəs on larla müxalifət etsəydi, onun maaşını kəsirdilər, hər kəs on larla yola gedirdisə, onların maaşları artırılırdı. Belə ki, Osmanın dövründə, eləcə də Ziyad və onun oğlu Übey dul la hın Kufədəki hökmranlıq dövründə bu işlər baş verirdi.[6]



[1] «Tarixi Təbəri», 2-ci cild, səh.22 23; «Fütuxul-büldan», səh.549. Biz böyük şəx siy yətlərin tərcümeyi-halından bəhs edən kitablarda Vəlid ibni Hişam ibni Müğeyrə ad lı bir şəxs görmədik. Bəlkə də o, Vəlid ibni Vəlid ibni Müğeyrə ola bilsin ki, onun tərcümeyi-halı da «Usdul-ğabə», 5-ci cild, səh.92, «Ənsabu Qüreyş», səh.322-də qeyd olun muşdur. Əqil ibni Əbi Talib də Müaviyənin xilafəti dövründə vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.412-də qeyd olunmuşdur. Həmçinin Müx rəmət ibni Nofəl Qüreyşinin tərcümeyi-halı «Usdul-ğabə»nin 4-cü cildinin 337-ci səhifəsində, Cübeyr ibni Müt`im Qüreyşinin də tərcümeyi-halı həmin kitabın 1-ci cil dinin 271-ci səhifəsində qeyd olunmuşdur.

[2] «Nəhcül bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.154; «Fütuhül-büldan», səh.550-565.

[3] «Tarixi Yə`qubi», 1-ci cild, səh.153.

[4] «Tarixi Təbəri», 5-ci cild, səh.33, Ömərin sirəsi.

[5] Biz bilmirik ki, Allahın vacib etdiyi şeylər istisna olmaqla camaatın mal-dövlətini hansı əsasla almaq istəyirmiş?!

[6] Bax: «Ayişənin islam tarixindəki rolu», Osman və Müaviyyənin sirəsi bölmü. Zi ya dın anası Süməyyə, Hərəs ibni Kəldə Təbib Səqəfinin kənizi idi. O, Taifdə ev lə ri nə əlamət vuraraq zinaya yol verən qadınlardan biri idi və şəhərdən kənardakı zina kar arvadların məhəlləsində yaşayırdı. O, öz qazancının müəyyən bir hissəsini Hərəsə ve rir di. Hərəs də onu romalı qulam olan Übeydlə evləndirdi. Əbu Süfyan Taifə etdiyi sə fər lərinin birində şərab satan Əbu Məryəmdən zina etmək üçün bir qadın istə dik də, o, Süməyyəni gətirib göstərdi. Süməyyə ondan hamilə oldu və onu Übeydə nisbət ver di lər. O, həmişə Übeydə mənsub edilirdi, nəhayət Ziyad Bəsrədə Əbu Musa Əş`ərinin ka ti bi oldu və sonra Reyə hakim göndərildi. Bu dövrdə Müaviyə onu Əbu Süfyana mül həq etdi və ona Ziyad ibni Əbu Süfyan deyildi. Bu nisbəti Bəni-üməyyənin hakimiyyət döv ründə rəva görməyənlər onu Ziyad ibni Əbih (atasının oğlu) adlandırırdılar. Müa vi yə onu Bəsrə və Kufəy vali tə`yin etdi. O, Yezidə bey`ət etməkdən imtina etdiyi zaman göz lənilmədən 53-cü hicri ilində Kufədə dünyadan getdi. Ziyadın oğlu Übeydullahın ana sı da Mərcanə adlı bir kəniz idi və 28-ci hicri ilində Kufədə dünyaya gəl miş di. Müaviyə onu atasından sonra Xorasana vali göndərdi və sonra 55-ci hicri ilində Bəs rənin və Yezidin hakimiyyəti dövründə Kufənin valisi oldu. O, 61-ci hicri ilində Hü seyn ibni Əli -ı, onun Əhli-beytini və köməkçilərini şəhadətə çatdırdı. Bun dan sonra 76-cı hicri ilində Muxtarın ordusunun sərkərdəsi Ibrahim ibni Əştərin əli ilə qətlə yetirildi.

  482
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment