Azəri
Tuesday 19th of March 2019
  657
  0
  0

Müctehid qadın Ümmül-mö`minin Ayişə

ğ) Müctehid qadın Ümmül-mö`minin Ayişə

Ibni Teymiyyə Əllamə Hillinin Ümmül-mö`minin Ayi şə yə tutduğu irada belə cavab verir: «Onun dediyi «Ayişə mütəal Allahın hökmü ilə müxalifət etmiş və Qur`anın buyurduğu "vəqərnə fi buyutikunnə və la təbərrəcnə təbərrücəl-ca hi liyyətil-ula" ayəsinin hökmünü görməməzliyə vurmuşdur»[1] ira dı da yersizdir. Çünki o, rəziyəllahu ənha, əvvəlki cahi liy yət dövranında olduğu kimi özünü göstərməmişdir, evində qal ması və aramlaşma fərmanı da məsləhət üzündən olan qi yam la ziddiyyətli deyildir.[2] Əgər Peyğəmbər qadınlarının məs ləhət üzündən olan səfəri Ayişə üçün caiz olsa, o, tə` vil və ictihad etmiş və bu səfəri müsəlmanların məs ləhə ti nə bilmişdir. Xətakar müctehidin xətası bağış landı ğı na görə müctehid Ayişə üçün də bəxşiş və bağışlanmaq ona, öz evində qərarlaşmadığına görə daha layiqdir. Bu izahla Ayi şə rəziyallahu ənhanın qiyamına cavab verilir. Əgər müc tehid xətakar olsa, bu xəta Allahın Kitabında və Pey ğəm bərin sünnəsində bağışlanır.»[3]

Qurtubi deyir: «O, haqqa çatan və düz iş görən bir müc te hid idi, onun etdiyi tə`bir və ictihadda ona savab veri lir. Çünki əhkamlarda müctehid olan hər şəxs haqqa çatır və əməli salehdir.»[4]

d) Müaviyə ibni Əbu Süfyan

«O əvəz çıxmayan bir müctehid və həddini aşmayan bir alim dir!»[5]

e) Müaviyənin vəziri Əmr ibni As

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Müaviyə və onun yoldaşları əcr alan xətakar müctehidlər idilər ki, bir əcr və savab qazanırlar.»[6]

O bir daha Müaviyə ilə Əmr Ası xatırlayıb deyir: «Bu iki şəxs qan və qan axıdılması kimi məsələlərdə ictihad et mişlər. Necə ki, bu barədə fətva verənlər ictihad edir di lər. Fətva verənlərin bə`ziləri sehrkarı qətlə yetirməyi va cib bildiyi, bə`ziləri isə belə bir nəzərə malik olma dıq la rına görə bu ictihadlarla Müaviyə, Əmr As və başqa la rı nın ictihadları arasında – əgər cəhalət və qəlbin kor luğu, eləcə də bilməməzlik üzündən qarışıqlıq baş verərsə – onda nə fərqi var?![7]»

Ibni Teymiyyə də Müaviyə və onun gördüyü tədbirlərə üzr və bəhanə gətirərək belə deyir: «O, müctehid idi.» Sonra deyir: «O, bu barədə eynilə Əli ibni Əbitalib kimidir.»

Ibni Kəsir deyir: «Müaviyə müctehiddir və ona savab verilib, inşaallah.»[8]

Əmr ibni As ilə Əbu Musa Əş`əri arasında baş verən həkəmiyyət hadisəsini qeyd etdikdən sonra deyir: «Əmr Müaviyəni hökumətdə saxladı. Çünki onu məsləhət bilirdi. Ictihad da həm xataya gedə bilər, həm də düz çıxa bilər.»[9]

Ibni Həcər Heysəmi «Səvaiq» kitabında yazır: «Əhli-sün nət və cəmaətin əqidəsi budur ki, Müaviyə Əlinin döv ra nında xəlifə deyildi. Əksinə, sultanlardan biri idi və ic ti hadına görə bir savab qazanır. Lakin Əliyə iki savab verilir: Biri ictihadına görə, biri isə haqqı düzgün ayırd etdiyinə görə verilən savab.»

O, digər bir kitabı olan «Təthirul-cinan vəl-lisan ənil-xuturi vət-təfəvvuhii bi səlbi səyyidina Müaviyət ibni Əbi Süfyan»[10] adlı kitabında deyir: «Müaviyə ictihad et di yinə görə ona savab veriləcək. Çünki hədisdə deyilir ki, müctehid hər vaxt ictihad edib haqqa çatsa, iki savab qa za n ır. Əgər ictihad edib xətaya yol versə, bir savab qaza nır.» Müaviyə şübhəsiz, müctehid idi, əgər bu ictihadında xəta ya yol vermiş olarsa, ona bir savab verilir və ona heç bir irad yoxdur.»[11]

O, öz kitabında Müaviyənin ictihadını isbat etmək üçün uzun bir fəsil gətirmişdir.

«Baği» (iğtişaşçı, qiyamçı) kəlməsinin tə`vil və mə`na sın da deyir:

«Əl-ənvar» kitabında son zamanın alimlərinin kitab la rın dan nəqlən belə deyilir: «Bağilər və qiyamçılar fasiq və ka fir deyildirlər, lakin tutduqları yol və rəftarda xəta kar dırlar, Müaviyəni tənqid edib eyblərini demək caiz deyildir, çünki o böyük səhabələrdən idi.»[12]

Şeyx Əbdül-Vəhhab Əbdül-Lətif «Təthirül-lisan» kita bı na yazdığı haşiyədə – «Dirasatül-ləbib» kitabından nəql et dik dən sonra – demişdir: «Səhabələrdən çoxu Müaviyənin bid` ət lərini rədd edərək yersiz hesab etmişlər» sonra deyir: «O, nümunə üçün, elə hadisələri və fətvaları xatırlat mış dır ki, onların hamısının qayıdış yeri müctehidlərin fət va və nəssə elmli olmamaları ilə əlaqədar ixtilaflara qayı dır. Bunun da oxşarı həm səhabə, həm də qeyrilərəri üçün baş verir ki, bu da Müaviyəni müctehidlik cərgəsindən xaric et mir.»[13]

i) Əmmarın qatili müctəhid Əbül Ğadiyə

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbül Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanın iştirakçı la rın dan, Allahın batini niyyətlərini təsdiqləyib Öz aram lı ğı nı onlara nazil etdiyi və onlardan razı olduğu şəxslərdən idi. Əbül Ğadiyə də (rəziyəllahu ənh) da mütəəvvil müctehid idi ki, səhv üzündən ona zülm etmişdi və eyni zamanda Allah dər gahında mükafata layiqdir. O, Osmanın qatilləri kimi deyil dir. Çünki onlar Osmanı qətlə yetirməkdə ictihad maca lı tapmamışdılar.[14]

Ibni Həcər də «Əl-isabə» kitabında Əbül Ğadiyənin tər cü meyi-halında eynilə belə demiş və onu müctehid səhabələri sıra sında qeyd etmişdir.

k) Ümumi şəkildə olan müctehidlər

Ibni Teymiyyə Əllamə Hillinin dediyi «Bu camaata vuru lan tə`nələr elədir ki, bütün alimlər onun bir çox hissələ ri ni nəql etmişdir. Kəlbi[15] səhabələrin eybləri barəsində xü su si bir kitab yazmışdır. Həmin halda, Əhli-beytdən bir iş kal (eyb) belə, onlarda gəlməmişdir» sözünün cavabında deyir: «On lardan baş verən bu işlərin çoxunda üzr və bəhanə var dır ki, onu günah dairəsindən çıxararaq ictihadi hallar cər gəsində qərar verir. Elə bir ictihad ki, əgər müctehid on da haqqa çatarsa, iki mükafat, əgər səhvə yol verərsə, bir müka fat alacaq. Raşidin xəlifələri barəsində nəql olunan ların hamısı da bu qəbildəndir.»

O, «Minhacus-sünnə» kitabının 3-cü hissəsinin 19-30-cu sə hi fə lərində bu barədə uzun-uzadı bəhs aparmışdır. Daha son ra isə Əllamənin böyük səhabələrə tutduğu iradlara cavab verə rək deyir: «Bunların hamısı ictihad hallarındandır.»[16]

Ibni Həcər Əbül Ğadiyənin tərcümeyi-halında yazır: «Bü tün bu müharibələrdə səhabələr barəsində bizim gümanımız bu dur ki, onlar tə`vil (və ictihad) əhli olmuşlar, səhvə yol ve rən müctehid bir savab alır. Əgər bu qayda camaatın hər bi ri nin haqqında sübuta yetərsə, onun səhabələr barəsində sübu ta yetməsi daha layiqdir.»[17]

Şeyx Əbdül-Vəhhab Əbdül-Lətif «Səvaiq»in haşiyəsində yazır: «Əlinin dövründə olan bütün səhabələr ya onunla bir likdə döyüşdülər, ya da onun əleyhinə çıxdılar, yaxud da hər iki ordudan kənara çəkilib bitərəf oldular və onunla müha ri bə etmədilər. Belə ki, Ibni Məs`udun səhabələri, Sə`d ibni Əbi Vəqqas və sairləri onunla müharibə aparmaqdan imtina etdilər. Hüzeyfə, Ibni Məsləmə, Əbuzər, Imran ibni Həsin, Əbu Musa Əş`əri kimilər də hər iki dəstədən kənara çəkildilər. Onların hamısı da tə`vil (ictihad) əhli idilər, onlardan baş verən işlər onları ədalətdən çıxarmır.»[18]

Bəli, xüləfa məktəbinin ardıcılları beləcə ikinci hic ri əsrindən bu günkü günə (on beşinci əsrin əvvəllərinə) qə dər bu məsələ barəsində fikir birliyində olub deyirlər: «Bü tün səhabələr adildir və sübhan olan Allah, onların etdiyi hər bir işə: düşmənçilik, kin-küdurət, bir-birini qırmaq və qan axıtmaqla əlaqədar onların hamısına mükafat verəcək dir!» Yə`ni Allah nəinki onların günahlarını əməl dəftə ri nə yazmır, əksinə, onların pis işlərinə də mükafat verir!!

Onların təsəvvürlərinə görə bu Allah necə də ədalətli qazi dir! Bizi günahlarımıza görə cəzalandırır, onları isə günah larına görə mükafatlandırır!!!

Onlar səhabələrin haqqında olan bu sözlər barəsində – Mü a viyənin əsrinə qədər – fikir birliyində olmuş, onlardan bə` zi ləri demişdir: «Bu qayda Yezidin əsrinə qədər də cərə yan dadır.» Belə ki, Ibni Xəldun Yezidin dövründəki səha bə lər barəsində yazır: «Onlardan bə`ziləri Yezidin işini nala yiq bir əməl kimi qiymətləndirir, bə`ziləri onunla müharibə apar mağı vacib bilirdilər...» Sonra yazır: «Və bu bütün mü səl manlara layiq bir iş idi, hamısı müctehid idilər, iki qrup dan heç birinə irad gəlmir, onların yaxşılıq etməkdə və haqqı axtarmaqda olan hədəfləri mə`lumdur. Allah-taala on lara iqtida etməkdə bizə tovfiq versin.»[19]

Mən bilmirəm: Əgər onların hamısı Peyğəmbərlə yoldaş ol du ğuna görə müctehiddirlərsə, onda Osmanın qatillərinin və ziy y əti necə olar?! Nə üçün onlar müctehid hesab olun mur lar?! Ibni Həzm Əmmarın qatili Əbül Ğadiyənin ictihadı barə sində yuxarıda da qeyd olunduğu kimi, belə deyir: «Və bu (Əbül Ğadiyə) Osmanın qatilləri kimi deyildir. Çünki Os ma nın öldürülməsində ictihad üçün heç bir macal olma mışdı. Ona görə ki, o nə bir kəsi öldürmüş, nə bir kəslə müharibə apar mış, nə möhsinə zina etmiş, nə də mürtəd olmuşdur ki, onu öldürməkdə tə`vil və ictihada caiz olsun. Əksinə, onlar fa siq cəngavərlər idilər ki, qəsdən və heç bir tə`vil olma dan zülm və sitəmlə, haram olan bir qanı axıtdılar. Belə isə onlar fasiq və məl`unlardır!»[20]

Ibni Həcər Heysəmi yazır: «Alimlərdən çoxunun əqidəsi bu dur ki, Osmanın qatilləri qiyamçılar deyil, inadkar zalım lar idilər. Onların şübhələri heç bir yola yozulası deyildi və onlar şübhənin kəşf edilməsindən, haqqın aşkar olun ma sından sonra batil yola israr etdilər. Belə deyildir ki, hər kəs bir şübhəni görüb dərk etdisə, onun vasitəsilə müctehid ola;, çünki, şübhə o kəsə ariz olur ki, ictihad dərəcəsinə çatmaqdan bacarıqsızdır.»[21]

Mən bilmirəm: Əgər belədirsə, onda necə olur ki, Imam Əli -ın qatili müctehid mütəəvvil olur və o həzrəti Ku fə məscidinin mehrabında namaz halında şəhadətə çatdırır?!

k) Müctehid mütəəvvil – Imamın qatili Əbdür-Rəhman ibni Mülcəm

Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani «Əl-cöv hərün-nəqiyy» kitabında, yuxarıda da qeyd olunduğu kimi, be lə yazır: «Ümmət övladlarından heç kəsin şəkki yoxdur ki, Əb dür-Rəhman ibni Mülcəm Əli -ı öldürərkən mütəəvvil və müctehid olmuşdur. O belə təsəvvür edirdi ki, düz yola ge dir; buna görə də Imran ibni Həttan onun barəsində deyir:

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا[22]

Mən bilmirəm: Əbdür-Rəman ibni Mülcəm səhabə olma dığı halda necə müctehid oldu?!

Bunu da başa düşə bilmirəm ki, səhabələrdən sayılmayan Yəzid necə müctehid oldu?!

q) Yezid ibni Maviyə – xəlifə və imam!

Əbül Xeyr Şafei Yezidin barəsində yazır: «O, imam və müc tehid idi.» Ibni Kəsir Əbül Fərəc ibni Covzinin[23] Yezidi lə` nət ləməyin caiz olmasını nəql etdikdən sonra deyir: «Baş qa bir qrup da bu işi nəhy etmiş və onlar da bu barədə ki tab yazmışlar ki, Yezidi lə`nətləmək onun atasının və ya sə ha bə lərdən birinin lə`nətlənməsinə gətirib çıxarmasın. Onun yaramaz işlərinə və gördüyü cinayətlərə bəraət qazan dır maq barəsində belə demişlər: «O ictihad edərək səhvə yol ver mişdir.»

Demişlər: Bununla belə, o, fasiq bir imamdır. Imam fa siq olarsa, sadəcə onun fisqinə görə – alimlər arasında iki nə zə riyyədən daha düzgününə əsasən – o xilafətdən götü rül mür, hətta onun əleyhinə qiyam etmək də caiz deyildir. Çünki bu iş ümmətdə fitnə-fəsadın, hərc-mərçliyin yaranmasına və ha ram qan axıdılmasına səbəb olur.»

Amma camaatın bə`zilərinin dediyi «Yezid Mədinə əh li nin başına gələn əhvalatları, Müslüm ibni Əqəbənin vasi tə silə törədilən «hirrə» cinayətini eşitdikdə çox şiddətlə se vinc hissi keçirdi» - sözünə gəldikdə isə, bunun səbəbi o idi ki, o özünü imam hesab edirdi, onlar da Yezidin itaə tin dən çıxmışdılar və başqa birisini özlərinə əmir seçmiş di lər. Yezidin onlarla müharibə aparmağa və nəticədə öz ita ə tinə vadar edib camaatla bir səviyyədə saxlamağa haqqı var idi.»[24]

Ibni Həcər «Səvaiq» kitabında Ğəzzalidən və Mütə vəl li dən[25] nəql edərək demişdir: «Yezidi lə`nətləmək və onu kafir he sab etmək caiz deyildir, çünki o mö`minlərin cərgəsindədir və onun axır-aqibəti Allahın məşiyyət və iradəsinə bağlı dır: əgər istəsə, ona əzab verər, istəməsə, onu bağış layar.»[26]



[1] Yə`ni: "Ey Peyğəmbərin qadınları! Öz evlərinizdə qalın və əvvəlki cahiliyyət dövranında olduğu kimi, özünüzü göstərməyin.»

[2] Əllamə Hilli – Əbu Mənsur Cəmaluddin Həsən ibni Yusif Mütəhhəri Hilli. Onun kitablarından biri də «Minhacul-kəramət»dir ki, Ibni Teymiyyə ona rədd cavabı yazmış və onu «Minhacus-sünnə» adlandırmışdır. Biz bu bəhsdə onun 1322-ci il «Əmiriyyə» çapına müraciət etmişik

[3] «Minhacus-sünnə», Ibni Teymiyyə, 3-cü cild, səh.190

[4] «Təfsiri Qurtubi», 14-cü cild, səh.182, «Və la təbərrəcnə» ayəsinin təfsirində.

[5] Bu sifətləri Ibni Həcər Heysəmi «Təthirul-lisan» kitabında (səh.22) ona aid etmişdir.

[6] Yenə orada 4-cü cild, səh.89

[7] «Minhacus-sünnə», 3-cü cild, səh.261, 257-276, 284, 288-289.

[8] «Tarixi Ibni Kəsir», 7-ci cild, səh.279

[9] Yenə orada, 7-ci cild, səh.283

[10] Yə`ni: canın və qəlbin bizim ağamız Müaviyə ibni Əbu Süfyan barəsində eyb axtarmaqdan təmizlənməsi.

[11] «Təthirul-cinan», səh.15.

[12] «Əs-səvaiqül-muhriqə», səh.221.

[13] Şeyx Əbdül-Vəhhab Qahirədə şəriət institutunun müəllimi idi və onun yazdığı haşiyə Ibni Həcərin «Təthirul-lisan» kitabının 18-ci səhifəsində və Muin ibni Əminin yazdığı «Dirasatul-ləbib» kitabında qeyd olunmuşdur ki, yuxarıda bəyan etdiyimiz dirasatus-saniyə hissəsidir.

[14] «Əl-fəsl», 4-cü cild, səh.161.

[15] Əllamənin Kəlbi dedikdə məqsədi Hişam ibni Məhəmməd ibni Saib Kəlbidir. Zəhəbi «Əl-ibər» kitabının 1-ci cildinin 346-cı səhifəsində yazır: «O, yüz əllidən artıq kitab yazmışdır.» Əhməd Zəki «Əl-əsnam» kitabına yazdığı haşiyədə onların sayını 141 qeyd etmişdir. Əhməd Zəkinin qələmindən düşənlərin çoxunun adı «Ricalu Nəcaşi» kitabında Hişamın tərcümeyi-halında qeyd edilmişdir. Xüləfa məktəbinin alimlər Hişamı şiəlikdə həddi aşmağa və rafizliyə nisbət vermişlər. O 204, yaxud 206-cı hicri ilində vəfat etmişdir. Onun tərcümeyi-halı «Təbəqatül-hüffaz», «Ənsabu səm`ani» kitablarında qeyd olunmuşdur.

[16] «Minhacus-sünnə», 3-cü cild, səh.19-dan sonra.

[17] «Əl-isabə», 4-cü cild, səh.151

[18] «Səvaiq»in haşiyəsi, səh.209. Bu sözü «Əl-müxtəsər» kitabında tə`kid etmişdir, halbuki ibni Məs`udun bu fitnədən kənara çəkilən səhabələrini tanımırıq. Belə ki, Hüzeyfə də o zamanda Mədinədə deyil, Mədaində idi və orada vəfat etdi. Vəfatından qabaq vəsiyyət etmişdi ki, Imam Əliyə tabe olsunlar. Əbuzər də hakimlərin qoyduğu bid`ətlərlə aşkar mübarizə aparırdı, nəhayət şəhərdən-şəhərə sürgün olundu və Osmanın xilafətinin axırlarında, 32-ci hicri ilində sürgün olunduğu Rəbəzədə vəfat etdi. Sə`d ibni Vəqqas da Imam Əliyə kömək etmədiyi üçün peşmançılıq hissi keçirirdi. Imran ibni Həsin də bu hadisədən qabaq vəfat etmişdir.

[19] Ibni Xəldunun müqəddiməsi, darul-kitabil-Lobnan, 1956-cı il, səh.380. Əbdür-Rəman ibni Xəldun (732-808) Misri Sufiyə qəbiristanlığında dəfn olunmuşdur. «Yezidə qarşı müharibə aparmağı vacib bilən kəslər» dedikdə onun məqsədi Hirrə vaqiəsində Mədinə camaatı və Məkkə şəhərində olan Əbdülah ibni Zübeyr idilər.

[20] «Əl-fəsl», 4-cü cild, səh.161.

[21] «Əs-səvaiqil-muriqə», səh.215

[22] «Əl-mühəlla», 10-cu cild səh.484; «Əl-cövhərun-nəqiyy», «Sünəni Beyhəqi»nin haşi yə sində, 8-ci cild, səh.58-59. Onun müəllifi Əlauddin Əli ibni Osmandır ki, Ibni Türk mani Hənəfi adı ilə məşhurdur (750-ci ildə vəfat edib). O, kitabın müqəd di məs in də deyir: «Bunlar elə faydalı məsələlərdir ki, bu böyük «Sünən» kitabının haşiyəsində bə yan edirəm. Hacı Xəlifə «Kəşfuz-zunun» kitabının 2-ci cildinin 1007-ci səhi fə sin də «Sünəni Beyhəqi»nin barəsində yazır: «Onun misli-bərabəri islamda yazılmamışdır.»

[23] Əbül Fərəc ibni Covzi Əbdür-Rəhman ibni Əli ibni Məhəmməd Bikri Hənbəli, məş hur vaiz, mühəddis və müfəssirdir (597-ci ildə vəfat edib). Kitablarından «Ər-rəd du əla Əbdil-Muğis ibni Züheyr Hənbəli»dir ki, o da «Fəzailu Yezid» kitabını yazmış dır.

[24] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.223-224.

[25] Əbu Səid Əbdür-Rəman ibni Əbi Məhəmməd Mə`mun ibni Əli Mütəvəlli, Bağ da dın «Nizamiyyə» mədrəsəsinin müəllimi, Şafei fiqhinin fəqihi və üsulçusu olmuş dur (478-ci ildə vəfat edib). Onun tərcümeyi-halı «Əl-kuna vəl-əlqab», 3-cü cild, səh.119-da qeyd olunmuşdur.

[26] «Əs-səvaiqul-muhriqə», səh.221; həmçinin «Ehyau ülumid-din» Ğəzzali (505-ci ildə vəfat edib), 3-cü cild, səh.125.

  657
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment