Azəri
Wednesday 24th of April 2019
  499
  0
  0

BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ETDIYI HALLAR

3-BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ETDIYI HALLAR

a) Xatəmul-Ənbiya və peyğəmbərlərin ağasının dövründə;

Ibni Əbil Hədid Mö`təzili Əbu Bəkrlə Ömərin Üsa­mə­nin ordusunda iştirak etməmələrinə və bu işdən boyun qa­çır­malarına belə bəhanə gətirib deyir: «Peyğəmbər ¡ öz ictihadı ilə orduları cihada göndərirdi – nə­inki vəhy fərmanı ilə – beləliklə, onunla müxalifət haram deyildi!»1 Sonra Peyğəmbərin bu kimi hadisələrdə ic­ti­hadını ətraflı şəkildə araşdırır.2

b) Birinci xəlifə Əbu Bəkr;

Əllamə Quşçi, Xacə Nəsirəddin Tusinin yazdığı «Təc­rid» kitabını şərh edərkən Xacə Nəsirəddinin Əbu Bəkrə e`ti­razını, eləcə də «Fəcaə Səlmini yandırdı, «kəlalənin» mə`­na­sını və nənənin nə qədər miras sahibi olmasını bil­mir­di» - sözünü izah edərkən deyir: «Fəcaənin odda yan­dı­rıl­ması onun öz ictihadında buraxdığı səhvlərdən və xa­ta­lardan idi ki, bunun oxşarı sair müctehidlərdən daha çox görünmüşdür. Amma kəlalənin mə`nasını və nənənin mi­ra­sını bilməməsinə gəldikdə isə, bu, müctehidlər ara­sın­da təzə bir məsələ deyildir, çünki, onlar bu hökmün mən­bə­lə­rini axtarırlar, hər kəs ona əhatəli olsa ondan soruşur­lar...»3

O, Xacə Nəsirəddinin Əbu Bəkrə e`tirazı və onun Xa­lid ibni Vəlidi zina və qisas həddindən güzəştə getməsi ilə əlaqədar deyir: «O, Malikin həyat yoldaşını müha­ribə­də ələ keçirmişdi və bu da müctehidlərlə əlaqədar məsələ­lər­dəndir.»

Həmçinin deyir: «Ömərin irad tutub onun işini inkar et­məsi də nə Əbu Bəkrin imamətinə zərər çatdırır, nə də zə­rər qəsdinə dəlalət edir. Əksinə, sadəcə olaraq onu inkar edib irad tutmuşdur. Necə ki, müctehidlərdən bə`ziləri di­gər­lərini inkar edərək onlara irad tuturlar.»3

v) Müctehid səhabə Xalid ibni Vəlid

Ibni Kəsir yazır: «Əbu Bəkr Xalidi, Malik ibni Nüvey­rəni öldürməkdə ictihad etməsinə və səhvə yol verməsinə bax­mayaraq, sərkərdəlik vəzifəsində saxladı.»1

q) Ikinci xəlifə Ömər ibni Xəttab

Ibni Əbil Hədid yazır: «Ömərə edilən tənqidlərdən bi­ri də budur ki, belə demişlər: «O, beytul-malı rəvasız ola­raq bölüşdürürdü. Iş o yerə çatmışdı ki, Ayişə və Həf­sə­yə də ildə on min dirhəm pul verir, Əhli-beyti isə öz xüms haqqından mərhum edirdi...»

Bu iradın cavabında deyir: «Beytul-mal mal-dövlətin cəm olunması yeridir ki, maaşlar verilsin, onun artıq və ya az verilməsi də hakimin ictihadına bağlıdır. Amma xüms məsələsinə gəldikdə isə, o da ictihad hallarındandır...»

Yenə də deyir: «Ömər öz hökmündə ictihad üslubundan xaric olmadı. Hər kəs də onun tədbirlərinə irad tutursa, hə­qi­qətdə səhabənin tutduğu ictihad üslubuna irad tutmuş olur.»1

Ibni Coovzidən nəql olunur ki, o, xüms barəsində deyir: «Xüms ictihadi bir məsələdir.»2

Başqa yerdə deyir: Ömərə tutulan iradlardan biri də bu­dur ki, belə demişlər: «O, hökmlərin bəyan və icra olun­ma­sın­da sabit rə`yə malik deyildi. Hətta rəvayətə əsasən, baba­nın irs payı barəsində 70 növ fətva vermiş, başqa bir rə­va­yətə görə 100 növ hökm çıxarmışdır. Hüquqda da bə`zi­lə­ri­ni başqalarından qabağa keçirirdi. Halbuki, Mütəal-Al­lah hamını bərabər şəkildə qərar vermişdir. Həmçinin, hökm­lərin barəsində özünün şəxsi nəzəri və gümanı əsa­sında söhbət edirdi.»

Cavabda deyir: «Alimlər demişlər ki, ictihadi məsə­lə­lər­də nəzər ixtilafı və bir rə`ydən başqa rə`yə keçmək qa­lib zənn və dəlilə görə adi və caiz hesab olunan işdir.»

Həmçinin deyir: «Söz yalnız qiyas ilə ictihadın əslindən ge­dir ki, əgər sübuta yetsə, heç bir iradı olmayacaqdır.»[1]

Quşçi, Şeyx Nəsirəddin Tusinin dediyi «Ömər Peyğəm­bə­rin qadınları üçün xüsusi bir maaş ayırmış, Fatiməni və Əhli-beyti isə öz xüms haqlarından məhrum etmiş, baba­nın irs payı barəsində 100 hökm çıxarmış və beytul-mal­dan olan maaşların bölüşdürülməsində bə`zilərinə üstün­lük vermişdir, halbuki, Peyğəmbərin dövründə belə deyildi» - sözünün cavabında (Quşçi) deyir: Bu dörd iradın cavabında deyirik: Bunlar ona irad tutulmağa səbəb olan işlərdən deyildir, çünki bunlar bir müctehidin başqa bir müctehid ilə ictihadi məsələlərdəki müxalifəti qəbilindəndir.»[2]

Quşçinin məqsədi odur ki, xəlifə Ömər ibni Xəttabın qeyd olunan hökmlərdə Peyğəmbəri Əkrəm ¡-lə müxa­li­fət etməsi Ömər kimi bir müctehidin Peyğəmbəri Əkrəm ki­mi başqa bir müctehidlə müxalifəti qəbilindəndir. Bu iş Ömərə heç bir irad gətirə bilməz!!![3]

e) Üçüncü xəlifə Osman ibni Əffan

Əllamə Quşçi «Osman qisas hökmünü Übeydullah ibni Ömər­dən götürdü» deyə tutulan iradın cavabında deyir: O, icti­had etdi və belə məsləhət gördü ki, bu qətl hökmünün icra olunması ona vacib deyil. Çünki bu iş onun ima­məti­nin başlanmasından qabaq baş vermişdir.»[4]

Ibni Teymiyyə də həmin tənqidin cavabında belə demiş­dir: «Bu, ictihadi bir məsələdir.»[5] Ibni Əbil Hədid Mö`tə­zi­lidən nəql edir ki, xüləfa məktəbinin alimləri Osmanın, Mər­vanın atası Həsən barəsində gördüyü tədbirlərlə (yə`ni onu sürgün yerindən Mədinəyə qaytarılması ilə) əlaqədar be­lə demişdir: «Baxmayaraq ki, Peyğəmbər onun Mədinəyə qayta­rıl­masına icazə verməmişdir, lakin Osmanın ictihadı bu həd­də çatdığına görə onun qaytarılmasını caiz bilirdi. Çünki artıq vəziyyət və dövran dəyişmişdi.»[6] Ibni Teymiyyə de­yir: «Bu, ictihadi bir məsələdir.»

Eləcə də onunla Ibni Məs`ud arasında olan məsələlərin tən­qidi cavabında yazır: «Hər ikisi öz sözlərində müctehid ol­duqlarına görə Allah onların həsənələrinə savab verir, günahlarını bağışlayır.»

Başqa yerdə deyir: «Bə`zən imam cəzalandırmaqda ictihad edir və buna görə də mükafat alır. Bu qrup öz əməllərində ic­tihad etmiş, amma günaha da mürtəkib olmamışdılar, ək­si­nə, onlar öz ictihadları müqabilində mükafat alacaqlar. Bu­na misal olaraq, Əbu Bəkrənin Müğeyrənin əleyhinə ver­di­yi şəhadəti qeyd etmək olar. Çünki Əbu Bəkrə saleh bir ki­şi və müsəlmanların yaxşı adamlarından idi. Allahın ra­zı­lığını qazanmaq üçün şəhadət vermişdi və inanırdı ki, onun şəhadətinə Allah tərəfindən mükafat veriləcəkdir.[7] Əgər Osmanın ibni Məs`ud ilə Əmmarı ədəbləndirməsini bu qəbildən hesab etsək, onda heç bir maneəsi olmaz. Əgər bir-birilə vuruşan kəslərin hamısı müctehid olsa və xəta­la­rı və səhvləri bağışlansa[8], onda bir-birilə çəkişmədə və düşmənçilikdə olan kəslər bu kimi bəxşişlərə daha la­yiq­dirlər!»[9]

O, irad tutularaq deyilən «o, cümə günündə üçüncü azanı ar­tırmışdır» sözünün cavabında deyir: «Bu, ictihadi məsələlərdəndir.»

Ibni Həcər Heysəmi «Səvaiq» kitabında yazır: «Ibni Məs`ud daim Osmana irad tuturdu, məsləhət bu idi ki, o, iş­dən götürülsün.[10] Bunu da qeyd edək ki, müctehid ictihadi iş­lər­də e`tiraza mə`ruz qalmır, lakin irad tutan bu kobud xa­siyy­ətlilərin fəhm qüvvəsi yoxdur, hətta əql qüvvələri be­lə işləmir.»[11]

O deyir: «Ibni Məs`udun maaşının kəsilməsi və onun qovulması bu irad tutmaların təbii nəticəsi idi. Xüsusilə, onların hər ikisi müctehid idi və onların arasında baş verən işlərə irad tutmaq olmaz.»[12]

O, «Həcc səfərində namazını qəsr əvəzinə bütöv qı­lır­dı» iradının cavabında deyir: «Bu, ictihadi bir məsələdir və ona e`tiraz edilməsi də aşkar cəhalət, qəbahət və nadan­lıq­dan irəli gəlir. Çünki alimlərin əksəriyyəti inanırlar ki, namazı qəsr qılmaq vacib deyil, caizdir.»[13]



1 «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.178, Misir çapı, 1329

2 Tezliklə «xəlifə Ömərin ictihadı» bölməsində digər bir halı da qeyd edəcəyik. Ora­da Peyğəmbəri Əkrəm ¡-in hökmü ictihad adlandırılmışdır. Həmçinin, onla­rın Peyğəmbər ¡-in ictihadı və bu barədə izahları və cavabları bəyan edil­miş­dir. Buna görə də Peyğəmbərin adını yalnız «xüləfa məktəbinin müc­tehid­lə­ri» bəh­sinin əvvəlində qeyd etmişik. Çünki Əhli-beyt ¢ məktəbinin nəzərinə görə, o həz­rətdən heç bir ictihad baş verməmişdir.

3 Bax: «Əz-Zəriə», 3-cü cild, səh.351; Əlauddin Əli ibni Məhəmməd Quşçinin yaz­dı­ğı «Təcridin şərhi». Onun atası padşahın quşlarını və şahinlərini Mavəraun­nəhr­də saxladığına görə Quşçu adlandırılmışdır. Əlauddin Səmərqəndin rəsəd­xana­sı­nın tikilişində iştirak etmiş, Osmanlı sultanı ilə Təbriz sultanı Uzun Həsən ara­sında barışıq yaratmaq üçün Təbrizə və Istanbula getmişdir və Osmanlı sultanı onun gəlişini əzizləmiş, onu «Aya Sofiya» mədrəsəsinin başçısı tə`yin etmişdi. O, 897-ci hicri ilində həmin yerdə vəfat etmişdir. («Hədiyyətul-arifin», 1-ci cild, səh.736; «Əl-kuna vəl-əlqab», 3-cü cild, səh.77).

3 «Şərhi-Təcrid», Təbriz çapı, 1301-ci hicri-qəməri, səh.407; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.183, altıncı çap.

1 «Tarixi Ibni Kəsir», 6-cı cild, səh.323

1 «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 2-ci cild, səh.153, həmçinin 3-cü cild, səh.180-da bu iradın cavabında deyir: «Onun ictihadı belə idi.»

2 Yenə orada, səh.154.

[1] Yenə orada, səh.165

[2] «Şərhi-Təcrid», səh.408

«Şərhi Təcrid», səh.409; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 1-ci cild, səh.243.

«Minhacus-sünnə», 3-cü cild, səh.203. Əhməd ibni Əbdülhəlim ibni Əbdüs-səlam ibni Əbdüllah ibni Əbul-qasim ibni Teymiyyə Hərrani Dəməşqi Hənbəli (661-728). O, sələfi məktəbinin banisidir ki, onunla müasir olan alimlər onun azğın əqidəyə malik olmasına dair fətva vermiş, hökumət tərəfindən həbsə alınmış və zindana ölmüşdür. Onun tərcümeyi-halı «Tarixi Ibni Kəsir», 14-cü cild, səh.135-də gəlmişdir.

[3] Ey Islamın növhəçisi! Ayağa qalxıb müsibət oxu!

[4] «Minhacus-sünnə», 3-cü cild, səh.203. Əhməd ibni Əbdülhəlim ibni Əbdüs-səlam ibni Əbdüllah ibni Əbul-qasim ibni Teymiyyə Hərrani Dəməşqi Hənbəli (661-728). O, sələfi məktəbinin banisidir ki, onunla müasir olan alimlər onun azğın əqidəyə malik olmasına dair fətva vermiş, hökumət tərəfindən həbsə alınmış və zindanda ölmüşdür. Onun tərcümeyi-halı «Tarixi Ibni Kəsir», 14-cü cild, səh.135-də gəlmişdir.

[5] «Nəhcül-bəlağə»nin şərhi 1-ci cild, səh.233

[6] Mən bilmirəm: Görəsən, Müğeyrənin barəsində və dörd nəfər şahidin onun Ümmü-Cəmilə ilə zina etməsi barəsində nə deyirlər?! Onu da Peyğəmbərin səhabəsi olduğuna görə müctehid və savab qazanan hesab edirlərmi?!

[7] Hətta onların ictihadları Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə müxalif olsa da belə?!

[8] «Mihacus-sünnə», 3-cü cild, səh.193. Göründüyü kimi, Ibni Teymiyyənin Osmanı müdafiə etmək məqsədilə səhabələrin ictihadını misal gətirməsi «müsadirə be mətlubdur» (müddəanı eynilə dəlil kimi qəbul etməkdir)

[9] Yenə orada, 3-cü cild, səh.204.

[10] Kimin məsləhəti? Ibni Məs`udun məsləhəti, yoxsa Bəni-Üməyyənin və ya müsəlmanların məsləhəti?!

[11] «Əs-səvaiqul-muhriqə», Ibni Həcər, Şəhabuddin Əhməd ibni Məhəmməd ibni Əli ibni Həcər Misri Heysəmi Ənsari (909-974) Qahirə çapı, 1375-ci h.q ili, səh.111

[12] Yenə orada, səh.112

[13] Yenə orada, səh.113.

  499
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      با افتتاح سی ودومین نمایشگاه بین المللی کتاب؛ نشر ...
      گزارش تصویری/ سخنرانی استاد انصاریان در مسجد جامع آل ...
      گزارش تصویری/ سخنرانی استاد انصاریان در حسینیه هدایت ...
      استاد انصاریان: دعا عامِل رفع گرفتاری‌ها، سختی‌ها و ...
      مدیر کتابخانه تخصصی امام سجاد(ع)؛ بیش از 700 نسخه خطی ...
      در آستانه ولادت حضرت امام سجاد علیه السلام؛ تفسیر و ...
      استاد انصاریان تبیین کرد: خداوند در چه صورتی چشم و گوش ...
      نگاهی به کتاب «تواضع و آثار آن» اثر استاد انصاریان
      اعلام برنامه سخنرانی استاد انصاریان درماه شعبان ...
      استاد انصاریان: کنار اسلام دین‌سازی نکنید/ داروی حل ...

بیشترین بازدید این مجموعه

      کودکی که درباره یوسف و زلیخا شهادت داد و جبرئیل را ...
      متن سخنرانی استاد انصاریان در مورد امام علی (ع)
      متن سخنرانی استاد انصاریان در مورد حجاب
      عکس/ پرچم گنبد حرم مطهر امام حسین(ع)
      مطالب ناب استاد انصاریان در «سروش»، «ایتا»، «بله» و ...
      استاد انصاریان: لقمه حلال نسخه شفابخش همه بیماری ها و ...
      استاد انصاریان: کنار اسلام دین‌سازی نکنید/ داروی حل ...
      اعلام برنامه سخنرانی استاد انصاریان درماه شعبان ...
      نگاهی به کتاب «تواضع و آثار آن» اثر استاد انصاریان
      استاد انصاریان: دعا عامِل رفع گرفتاری‌ها، سختی‌ها و ...

 
user comment